Məhkəmə qərarları › İş №1(032)-76/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-76/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-76/2024 23.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X10 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında 07 avqust 1984-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsrli bilinib 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 01 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan 17 dekabr 2023-cü il tarixdə Salyan rayonu, Kərimbəyli kəndində Şahid5 istintaqa məlum olmayan qiymətə qanunsuz olaraq xeyli miqdarda, yəni 1,432 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək yaşadığı ünvan 1-da saxlamış, 24 dekabr 2023-cü il tarixdə, saat 19:00 radələrində Şirvan şəhər polis şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşları tərəfindən Şirvan şəhəri Mirzəxan Qədirov küçəsində saxlanılaraq yaşadığı ünvan 1-ya baxış keçirilən zaman evdə qanunsuz saxladığı həmin çəkidə psixotrop maddə olan metamfetamin evin yataq otağında olan masanın üzərindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ilkin olaraq ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək Şirvan şəhər Polis şöbəsində ona qarşı qanunsuz hərəkətlər edilməsini, yaşadığı evdən heç bir psixotrop maddənin aşkar edilməməsini bildirməsinə baxmayaraq, sonradan ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini təsdiq etdi və bildirdi ki, Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən videoçəkiliş vasitəsi ilə yaşadığı evdə axtarış aparılmış, axtarış zamanı bükümlərdən birində psixotrop maddə metamfetamin, digərində isə limon duzu olmaqla iki büküm aşkar olunmuşdur. Aşkar olunmuş psixotrop maddəni tapmış və şəxsi istifadəsi üçün yaşadığı evdə saxlamışdır. Şahid5 əvvəllər bir yerdə cəza çəkdikləri üçün tanımış, ondan heç bir narkotik vasitə və ya psixotrop maddə almamış, onun istifadəsində olan bank kartına pulu borc məqsədi ilə göndərmişdir. Şirvan şəhər Polis şöbəsinə aparılarkən və orada olarkən ona qarşı hər hansı bir qanunsuz təsir və təzyiq olmamış, üzərində şəxsi axtarış keçirilən zaman vəkil iştirak etmiş və yaşadığı evdən özünə aid psixotrop maddə metamfetamin və şprislər aşkar edilsə də, üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrindən görünür ki, o, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş və bildirmişdir ki, uzun müddət olar narkotik vasitə istifadə edir. 24 dekabr 2023-cü il tarixdə, saat 10 radələrində Şirvan şəhəri Şəhidlər küçəsində küçə ilə gedən zaman yerdə iki ədəd sellofan büküm görmüş, həmin bükümlər diqqətini cəlb etdiyi üçün həmin bükümləri yerdən götürmüş, bükümlərin içərisinə baxdıqda birinin içərsində psixotrop maddə olan metamfetaminin, digərinin içərsində limon duzunun olduğunu görmüş, özü metamfetamindən istifadə etdiyi üçün həmin büküləri cibinə qoymuş, sonra yaşadığı evə gəlmiş, həmin bükümləri yaşadığı evin yataq otağında olan stolun üzərinə qoymuş, stolun üzərində bundan başqa narkotik vasitələr istifadə etdiyi 05 ədəd şpris, 03 ədəd şpris başlığı, 02 ədəd ampula və 03 ədəd alışqan olmuşdur. Narkotik vasitə və psixotrop maddə istifadə edən zaman həmin şprisdən, ampuladan və alışqandan istifadə etmişdir. 25 dekabr 2023-cü il tarixdə saat 19 radələrində tanışı X4 ilə birlikdə Şirvan şəhəri Mirzəxan Qədirov küçəsində olduğu zaman polis əməkdaşları onlara yaxınlaşmış, özlərini təqdim edib onları Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Onralr etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis əməkdaşları ona yaşadığı fərdi yaşayış evində və üzərində narkotik və psixotrop maddə olması barədə onlara məlumat daxil olduğunu bildirmişlər. Yaşadığı evə baxış, üzərinə şəxsi axtarış keçirmək istədiklərini demişlər. Yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişlər. Yaşadığı evin qapısını anası Şahid2 açmış, polis əməkdaşları anasına yaşadıqları fərdi yaşayış evinə baxış keçirmək istədiklərini bildirdikdə anası polis əməkdaşlarının evə baxış keçirməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə razılıq ərizəsi vermişdir. Polis əməkdaşaları anasının və onun iştirakı ilə evə baxış keçirməyə başlamış, baxış zamanı evin yataq otağında olan masanın üzərindən ona məxsus olan 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin, 01 ədəd sellofan bükümdə limon duzu, narkotik vasitə qəbulu zamanı istifadə etdiyi 05 ədəd şprist, 03 ədəd şprist başlığı, 03 ədəd alışqan, 02 ədəd ampula aşkar olunmuşdur. Polis əməkdaşları ondan 2 ədəd sellofan bükümdə nə olduğunu soruşduqda anasının yanında olduğu üçün həmin bükümlərdə limon duzunun olduğunu bildirmişdir. Yaşadığı evin yataq otağından aşkar olunmuş 2 ədəd sellofan büküm qablaşdırılaraq götürülmüş, sonra polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmiş, polis şöbəsində Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1, bir müddət sonra vəkil Ulduzə Əhmədova gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, üzərində narkotik vasitənin və psixotrop maddənin olmadığını bildirmiş, sonra üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini, evindən aşkar olunan 01 ədəd sellofan bükümdə olan psixotrop maddə olan metamfetaminin ona məxsus olmasını, 01 ədəd sellofan bükümdə olan maddədən narkotik vasitə qəbul edən zaman istifadə etdiyi limon duzunun olduğunu, 05 ədəd şprist, 03 ədəd şprist başlığı, 02 ədəd ampula və 03 ədəd alışqandan isə narkotik vasitə və psixotrop maddə qəbul edən zaman istifadə etdiyini, X2 üzərində narkotik vasitə saxlamasından heç bir məlumatının olmadığını, yaşadığı evdə psixotrop maddə olmasından ailə üzvülərinin məlumatının olmadığını, Şahid5 adlı şəxslə birlikdə həbsdə olduğunu, Şahid5 ilə orada tanış olduğunu, Şahid5 mobil telefonu ilə qumar oynadığını, pulu olmayan zaman Bəhruzun ona zəng vurub ondan kart hesabına borc pul göndərməsini bildirdiyini, Şahid5 kart hesabına pul göndərdiyini, X***** F***** V***** adlı şəxsi tanımadığını, Şahid5 Mais oğlundan 17 dekabr 2023-cü il tarixdə Salyan rayonu, Kərimbəyli kəndində narkotik vasitə və psixotrop maddə almadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 24 dekabr 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhəri, Xanlar küçəsi, dalan 4, ev 3-də qeydiyyatda olmaqla yaşayan X9 üzərində qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri daşımaqla saxlayır, ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlayır və narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarın icrası ilə əlaqədar Şirvan ŞPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4, Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X12 və polis baş leytenanatı X5 ibarət əməliyyat qrupu yaradılmış, sonra 24 dekabr 2023-cü il tarixdə saat 19 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri Mirzəxan Qədirov küçəsinə getmişlər. Həmin küçədə saat 19 radələrində X3 və Təqsirləndirilən şəxs görmüşlər, barələrində məlumat daxil olduğu üçün məlumatın yoxlanılması məqsədilə onlara yaxınlaşaraq Şirvan şəhər polis şöbəsinə dəvət etmək qərarına gəlmişdirlər. X15 və Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirdikdə, sonuncular onların polis əməkdaşı olduqlarını görüb özlərini şübhəli apararaq onlardan yayınıb getmək istəmişdirlər. Buna baxmayaraq Ataxan Hüseynovu və Təqsirləndirilən şəxs polis şöbəsinə gətirməyə müvəffəq olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitənin olub-olmamasının araşdırılması zərurəti yaranmışdır. Evə baxış keçriliməsinə Təqsirləndirilən şəxs etiraz etməmiş və bu barədə polisə razılıq ərizəsi vermişdir. Sonra onlar Təqsirləndirilən şəxs ilə birgə onun yaşadığı ünvan 1-ya getmişlər, evin qapsını Təqsirləndirilən şəxs anası Şahid2 açmış, Təranə Rzayevə evə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə müvafiq ərizə vermişdir. Sonda Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman yataq otağında olan masanın üzərindən 2 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə, 05 ədəd tibbi şprist, 03 ədəd şprist başlığı, 03 ədəd alışqan və 2 ədəd ampula aşkar olunmuşdur. Həmin psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzi vastəsilə çəkilmış, zərfə qoyularaq qablaşdırılmış, sonra Təqsirləndirilən şəxslə birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs Təhqiqat bölməsində vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X1, vəkil Ulduzə Əhmədova gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş, buna hər hansı bir etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşyanın olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə ona məlumat daxil olsa da məlumatın təsdiqini tapmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXB-nün polis nəfəri Şahid3 məhkəmə iclasında vermiş olduğu ifadəsində, eləcə də məhkəmə iclasında ifadəsi elan edilmiş Şirvan şəhər Polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid4 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2022-ci il tarixdə 16 saylı cəzaçəkmə müəssisəsində tanış olmuş və 2022-ci ilin dekabr ayında həbsdən azad olunmuşdur. Azadlıqda olduğu müddətdə Şahidlə görüşmüş, Şahid ona arabir zəng vurmuşdur. Təqsirləndirilən şəxs pul müqabilində heç bir narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs ilə aralarında olan mesajları xatırlamır. Pul ilə onlayn şəkildə qumar oyunları oynamış, pul lazım olan zaman Şahid ona pul göndərmiş və sonra Şahidin pulunu qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu, Şahidin narkotik vasitələrdən istifadə etməsindən heç bir məlumatı olmamışdır. 24 dekabr 2023-cü il tarixdə Şirvan ŞPŞ-nin əməkdaşları yaşadığı evin qapısını döymüş, həmin vaxt Təqsirləndirilən şəxs də polis əməkdaşlarının yanında olmuş, polis əməkdaşları yaşadığı evə baxış keçirmək istədiklərini bildirmişlər. O da buna etiraz etməmiş və bununla bağlı müvafiq razılıq ərizəsi vermişdir. Polis əməkdaşları onun və oğlu Təqsirləndirilən şəxs iştirakı ilə evə baxış keçirmiş, baxış zamanı evin Şahodə məxsus olan yataq otağında olan masanın üzərindən 02 ədəd sellofan bükümdə kütlə, 05 ədəd şpris, 03 ədəd şpris başlığı, 03 ədəd alışqan, 02 ədəd ampula aşkar olunaraq götürülmüşdür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış zamanı evin yataq otağında olan masanın üzərindən 02 ədəd sellofan bükümdə kütlə, 05 ədəd şpris, 03 ədəd şpris başlığı, 03 ədəd alışqan, 02 ədəd ampula, 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 plastik kart aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında həmçinin, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüş, hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş 24 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə saat 20:30-da tutulmuşdur; Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 18/1137 nömrəli, 25 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, 1) tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan 02 ədəd sellofan bükümdə...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 1,432 qram olan ağımtıl rəngli maddə psixotrop maddə olan metamfetamindir. 01 ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi - 5,719 qram olan ağımtıl rəngli maddə narkotik vasitə və psixotrop maddələrə aid deyildir. 2) Təhqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı ünvandan. şpris...” sözləri yazılmış kağız paketdə olan 05 ədəd şprisin, 03 ədəd şpris başlığının, 02 ədəd şüşə ampulanın içərsində narkotik vasitə heroinin izləri vardır. 03 ədəd alışqanın üzərində psixotrop maddə olan metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını təqdim edilən maddələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi - 1,432 qram, tədqiqata istifadə olundu - 0,10 qram, qalıq 1,332 qramdır; Cinayət işi materiallarına əlavə olunmuş 25 dekabr 2023-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər polis şöbəsinin İB-nə verilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 25 dekabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X7 icraatına qəbul edilmiş və istintaqı davam etdirilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 25 dekabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Samsung” markalı mobil telefonun «Qalereya» qovluğuna baxış keçirilən zaman çoxsaylı psixotrop maddə olan metamfetamin bükümlərinin şəkili, 22 dekabr 2023-cü il tarixdə, saat 03:27-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən terminaldan Şahid5 Mais oğlunun kart hesabına 20 manat, 12 dekabr 2023-cü il tarixdə saat 23:48-də Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən marketdən Şahid5 Mais oğlunun kart hesabına 60 manat, 03 dekabr 2023-cü il tarixdə Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən terminal vastəsilə X***** F***** V***** adlı şəxsin kart hesabına 230 manat pul göndərilməsi barədə çeklərin şəkili görünür; Cinayət işi materiallarına əlavə olunmuş 26 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 4(032)-332/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; Cinayət işi materiallarına əlavə olunmuş 26 dekabr 2023-cü il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 24 dekabr 2023-cü il tarixli qərar Təqsirləndirilən şəxs məxsus ünvan 1 ünvanında yerləşən mənzilinə baxış keçirilməsi hissəsində qanuni hesab edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİdən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 01 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 19 yanvar 2024-cü il tarixli, 18-1-35/2-81/2024 nömrəli məktubunda göstərilmişdir ki, 07 avqust 1984-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji kabinetdə qeydiyyatda yoxdur; Cinayət işinə əlavə edilmiş Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 21 nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş 22 fevral 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və "xxxx" MMC tərəfindən təqdim edilmiş CD diskdə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi Şahid5 məxsus olan ***-***-**-** saylı mobil nömrəyə 24 oktyabr 2023-cü il tarixdə “yükə getmək haqda mənə bir cavab denən zəhmət olmasa, 03 noyabr 2023-cü il tarixdə “kartını at mənə pul vurum bir maşın torpağ lazımdır” məzmunlu narkotik vasitələrin və psixotrop maddələrin alıqı-satqısını həyata keçirilməsi ilə bağlı SMS-lərin daxil olması müəyyən olunmuşdur. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs 24 dekabr 2023-cü il tarixdə Şirvan şəhərində olduğu müəyyən olunmuşdur. Həmçinin 17 dekabr 2023-cü il tarixdə saat 16:13:50, 16:38:21, və 16:40-da Təqsirləndirilən şəxs Şahid5 ilə mobil telefonla əlaqə saxladığı müəyyən olunmuşdur” Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 3-16-16/2-18/246 nömrəli, 06 mart 2024-cü il tarixli rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş Şahid5 və Təqsirləndirilən şəxs məxsus olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Metamfetaminin təmiz çəkisi - 1,332 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 1,282 qramdır; Cinayət işi materiallarına əlavə olunmuş 10 mart 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 25 dekabr 2023-cü il tarixli, 665 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; Cinayət işi materiallarında olan məhkəmə - narkoloji ekspertizasının 03 fevral 2024cü il tarixli, 710 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 11 mart 2024cü il tarixli, 4(032)-60/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay müddətinə, yəni 24 aprel 2024-cü il tarixədək uzadılmışdır; Cinayət işi materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 7(010)-380/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xahişi təmin edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı nəzərə alınmaqla qəti olaraq təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cəzanın çəkilməmiş müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Təqsirləndirilən şəxs üzərində nəzarət onun yaşayış yeri üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə tapşırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ilkin ziddiyyətli ifadəsinə, yəni Şirvan şəhər Polis şöbəsində ona qarşı qanunsuz təsirin olması barədə ilkin olaraq bildirdiklərinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) qiymət verərək onları qəbul etmir və bildirir ki, həmin ifadələr işin halları ilə təsdiq olunmur. Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın bütün mərhələsində (barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında verdiyi ifadəsi daxil olmaqla) onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etməklə, etirafedici izahat və ifadələr vermiş, nə müdafiəçisinə, nə videoçəkiliş zamanı narazılığını, etirazını bildirməmişdir. Belə ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən məhkəmə iclasında izahatında pisxotrop maddə metamfetamindən arabir istifadə etdiyini, psixotrop maddəni təsadüfən məhəllədən tapdığını, istifadə etmək üçün evinə apardığını, Hüseynov Ataxanı tanıdığını, onun usta işlədiyini, Şahid5 isə həbsxanadan tanıdığını, ona tanışları ilə tərəfindən verilmiş pulları göndərdiyini bildirmişdir. Şirvan şəhər Polis Şöbəsində ona qarşı fiziki zorakılıq olmadığını və törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən vəsatətin təmin olunmamasını xahiş etmişdir. Həmçinin, araşdırma məqsədi ilə məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasından 20 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, 20-12/261 saylı məktubdan və ona əlavə edilmiş məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olmuş, ilkin tibbi baxış zamanı zədə almadığını bildirmiş və bədən səthinin müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir; Həmçinin, araşdırma məqsədi ilə məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Şirvan şəhər prokurorluğundan 23 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, 181xid-24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər polis şöbəsində qanunsuz hərəkətlərə məruz qalması və ya döyülməsi barədə müraciəti şəhər prokurorluğuna daxil olmamış və həmçinin araşdırma aparılmamışdır; Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının 25 dekabr 2023-cü il tarixli, 665 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsində ona qarşı təsirin olması barədə ilkin olaraq bildirdikləri məhkəmənin buna dair sorğu verməklə əldə etdiyi sübutlar və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam təkzib olunur. Eyni zamanda cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, barəsində olan ********* nömrəli cinayət işi üzrə Şahid5 26 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Şirvan şəhər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 4(032)-334/2023 saylı qərarı ilə onun barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 16 mart 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Şahid5 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilmiş və cinayət işinin ibtidai istintaqı davam etdirilmişdir; Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 3-16-16/2-18/246 nömrəli, 06 mart 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Şahid5 və Təqsirləndirilən şəxs məxsus olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı); Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlaması və onun həmin əməli törətməkdə təqsirli olması şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 01 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də məhkum edilməsinə baxmayaraq islah olunmamasını, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonrakı 1,282 qram qalığı, 05 ədəd şpris, 03 ədəd şpris başlığı, 02 ədəd şüşə ampula və 03 ədəd alışqan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş 04 (dörd) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonrakı 1,282 qram qalığı, 05 ədəd şpris, 03 ədəd şpris başlığı, 02 ədəd şüşə ampula və 03 ədəd alışqan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işinə əlavə edilmiş 04 (dörd) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar