Məhkəmə qərarları › İş №1(032)-77/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-77/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-77/2024 02.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5, Anlaqsız vəziyyətdə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X6 Vəkil Bürosunun vəkili X7 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1997-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, natamam orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdə saat 23 radələrində Şirvan şəhəri H.Əliyev prospektində yerləşən zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə məxsus A0141005 nömrəli ATM bankomatı yandırmaqla, zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ümumilikdə 10653 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə ilə iştirakı təmin edilmiş Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduğu, həmçinin nitqində ciddi qüsurlar olması səbəbindən ifadə vermək iqtidarında olmadığı üçün dindirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən və anlaqsız vəziyyətdə törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlar, şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X8 ifadəsində, "xxxx" ASC-yə məxsus A0141005 nömrəli ATM bankomatın yandırılması ilə əlaqədar banka ümumilikdə 10653 manat maddi ziyan vurulmasını və cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində hər hansı bir tədbirin görülməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində bildirdi ki, 12 iyun 2023-cü il tarixdə, saat 23 radələrində PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə şəhərin H.Əliyev prospektində xidmətdə olmuşlar. Həmin vaxt prospektin Şirvan şəhər Mərkəzi Xəstəxanası yerləşən tərəfində hərəkətdə olarkən bir nəfər şəxsin xəstəxananın poliklinika şöbəsinin yan tərəfində yerləşən bankomatı yandırmasını görmüşlər, dərhal həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, sonra bankomatın yanmasının qarşısını almışlar. Bundan sonra bankomatı yandıran şəxsi özləri ilə polis şöbəsinə gətirmişlər. Həmin şəxsin psixi qüsurlu olması aydın hiss olunmuşdur. Polis şöbəsində onlara məlum olmuşdur ki, bankomatı yandıran şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra bu barədə raportla şöbə rəhbərliyinə müraciət etmişlər. Bundan başqa o bildirmişdir ki, onlar küçədə olarkən uzaqdan Təqsirləndirilən şəxs bankomatı yandırmasını görmüşlər, lakin məsafə çox olduğundan sonuncunun əlində hansısa yanıcı maddə olan qab və ya başqa vasitə görə bilməmişlər, onlar bankomatın yanına yaxınlaşdıqda isə bankomatın söndürmək üçün səy göstərmişlər. Ola bilsin Təqsirləndirilən şəxs yanıcı maddə olan qabı və ya başqa vasitəsi kənara atmışdır. Həmin vaxt hava qaranlıq olmuş, ətrafda nəyisə görmək mümkün olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, Şirvan şəhər Polis şöbəsinin PPXB-nün polis nəfəri Şahid2 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 01 avqust 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X2 icraatına qəbul edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 527 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; 07 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanımaq haqqında qərardan görünür ki, "xxxx" ASC-yə maddi ziyan vurulduğu üçün cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış, nümayəndəsinə hüquq və vəzifələri izah edilmişdir; 07 oktyabr 2023-cü il tarixli zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin tanınması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin hüquqşünası X8 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 11 oktyabr 2023-cü il tarixli, 2849 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən “ağır dərəcəli əqli gerilik gimbesillik dərəcəsində), davranış pozuntuları ilə müəyyən edilir. Təqsirləndirilən şəxs cinayəti törədərkən onda müəyyən edilən əqli geriliklə əlaqədar olaraq öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham edilən əməl barəsində anlaqsız hesab olunmalıdır. X3 hazırda da ağır dərəcəli əqli gerilik imbesillik dərəcəsində), davranış pozuntuları ilə müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini idarə edib onları qiymətləndirmək iqtidarında deyil. Təqsirləndirilən şəxs onda müəyyən edilən əqli geriliklə əlaqədar istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyil. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Odur ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirinin tətbiq edilməsi məsləhət görülür; 29 noyabr 2023-cü il tarixli, 4(032)-310/2023 saylı Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, xx.xx.1997-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs stasionar məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsində yerləşdirilmiş və Təqsirləndirilən şəxs barəsində stasionar məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün tibbi stasionara yerləşdirilmə müddəti 30 gün müəyyən edilmişdir; 29 dekabr 2023-cü il tarixli, 4(032)-310/2023 saylı Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Şirvan şəhər Məhkəməsinin 4(032)-310/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərarının nəticə hissəsində “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsinə” sözləri “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsinə” sözləri ilə əvəz edilməklə yaranmış anlaşılmazlıq aradan qaldırılmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 Stasionar Məhkəmə Psixiatrik Ekspertizasının 24 yanvar 2024-cü il tarixli, 04 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərann təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə» formasında kəmağıllıqdan əziyət çəkmişdir. Təqsirləndirilən şəxs həmin psixi patologiya nəticəsində təqsirləndirildiyi cinayət hadisəsini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlar idara etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi «Ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə» fomasında kəmağıllıq nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Yoxanılan şəxs Təqsirləndirilən şəxs düçar olduğu «Ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə» fomasında kəmağıllıq nəticəsində hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. «Anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün həmin sual cavablandırılmır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vazifələrini icra etmək qabiliyyətinə malik deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altna düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «Ağır dərəcəli əqli gerilik (imbesilik dərəcəsində), davranış pozuntuları ilə» formasında kəmağıllılıq hazırda kəskin davranış pozuntusu ilə təzahür etdiyindən o, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Halhazırkı psixi durumuna görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür; 05 mart 2024-cü il tarixli cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanılmışdır; 05 mart 2024-cü il tarixli cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi təyin etmək haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində təyin edilməklə işdə iştirakı təmin edilmişdir; 06 mart 2024-cü il tarixli, 4(032)-56/2024 saylı Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, xx xxxx 1997-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, natamam orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir; 06 mart 2024-cü il tarixli, 4(032)-56/2024 saylı Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, xx xxxx 1997-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, natamam orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs xüsusi tibb müəssisəsinə, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X14 stasionarına yerləşdirilməsi qərara alınmışdır; Beləliklə, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı araşdırılmış sübutları, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələrini, məhkəmə ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və iş üzrə sübut əhəmiyyətinə malik sənədləri tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143 və 146-cı maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, yuxarıda şərh olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 11 oktyabr 2023-cü il tarixli, 2849 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 Stasionar Məhkəmə Psixiatrik Ekspertizasının 24 yanvar 2024-cü il tarixli, 04 nömrəli ekspertiza rəylərinə əsasən hesab edir ki, qeyd olunan ictimai təhlükəli əməli törədərkən Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları ölçübbiçmək və idarə etmək iqtidarında olmamışdır, buna görə də onun əməli ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab olunmalı, “Ağır dərəcəli əqli gerilik (imbesilik dərəcəsində), davranış pozuntuları ilə” formasında kəmağıllılıq psixi xəstəlik davam etdiyinə görə Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən onun cinayət məsuliyyətinə cəlb edilməsi mümkün deyil. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 477.3-cü maddəsinin tələbinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Şərh olunan məhkəmə psixiatrik ekspertizasının rəylərindən göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin tələbinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 93.2-ci maddəsinin tələbinə görə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirmək təhlükəsi yaradır. Həmin Məcəllənin 93.1.1-ci maddəsinə görə isə, həmin hal bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasdır. Həmin Məcəllənin 94-cü maddəsinin tələbinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsində məqsəd, həmin şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsininin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0.2-ci maddəsinə görə məhkəmə psixi pozuntusu olan şəxslərə ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. “Hüquq pozucuları ilə davranış və cinayətkarlığa qarşı mübarizə” üzrə BMT-nin 30 avqust 1955-ci il tarixdə qəbul edilmiş “Məhkumlarla davranışın minimal standart qaydaları”nın 82-ci bəndində göstərilmiuşdir ki, psixi xəstə hesab edilənlər həbsxanaya salınmamalı və eyni zamanda onların psixi xəstələr üçün müəssisələrə tezliklə keçirilməsi üçün tədbir görülməlidir. BMT-nin Baş Assambleyasının 17 dekabr 1991-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Psixi xəstələrin müdafiəsi və psixiatrik yardımının yaxşılaşdırılması prinsipləri”nin 20-ci bəndində də müəyyən edilmişdir ki, cinayət qanunu ilə qadağan edilmiş əməl törətmiş şəxslərə münasibətdə, əgər onların psixi xəstəlikdən əziyyət çəkmələri ehtimal edilirsə və ya müəyyən edilmişdirsə, onların hüquqlarına xələl gətirmədən belə hallarda zəruri dəyişikliklər və məhdudiyyətlər, ümumi müdafiə prinsipləri tam həcmdə tətbiq edilməlidir. Göstərilənlər “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8 nömrəli qərarının tövsiyyələrində də müəyyən edilmişdir. Məhkəmə, göstərilən konstitusion və beynəlxalq normaları, habelə CPM-nin göstərilən maddələrini rəhbər tututaraq və işin hallarına əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş hesab edilməli, həmin əməli anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad edilməli, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq təyin edilməli, barəsində seçilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X14 stasionarına yerləşdirilmə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməlidir. Qərarın icra edilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X14 əməkdaşlarına həvalə edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 468 və 477-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq olunaraq ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilsin. Qərarın icrası Şirvan şəhər Polis şöbəsinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X14 əməkdaşlarına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X14 stasionarına yerləşdirilmə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin. Qərardan elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar