Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-77/2025 21.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə məhkəmə xərclərinin ödənilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : Şirvan Şəhər Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Müdafiəçi 22 oktyabr 2025-ci il tarixdə hesabat təqdim edərək məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərmiş olduğu müdafiə müddətinin 14 saat 30 dəqiqə iş saatı müddətinə bərabər olduğunu və bu səbəbdən həmin haqqın dövlət büdcəsi vəsaiti hesabına ödənilməsini xahiş edir. Məhkəmə xərclərinin tərkib hissəsi olan müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə dövlət hesabına göstərdiyi hüquqi yardımın haqqının ödənilməsi Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən həll edilməlidir. Vəkilin məhkəmə icraatı zamanı işlə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 14 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 saylı qərarına əsasən 1 (bir) saat hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında nəzərə alınmaqla məhkəmə icraatı zamanı göstərilmiş hüquqi yardıma görə 154 manat (14x11) məbləğində pulun Müdafiəçi Şirvan Regional Vəkil Bürosu vasitəsi ilə ödənilməsi müəyyən olunmalıdır. Məhkəmə şərh olunanları, Azərbaycan Respublikasının CPM-nin 197 və 193.2-ci maddələrini rəhbər tutub, qərara aldi: Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkili Müdafiəçi verilməkdən ötrü məhkəmə icraatı zamanı göstərilmiş 14 iş saatı müddətində hüquqi yardım üçün 154 manat məbləğində pul onun hesabına ödənilsin. Qərardan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №1(032)-77/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-77/2025
21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver