Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-78/2024 17.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:25-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının çəkilməmiş qalan hissəsi 01 il 05 ay 14 gün təşkil edən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış , barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini və xeyli miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə təmiz çəkisi – 0,596 qram miqdarında ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 24 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Şirvan şəhəri, S.Zeynalov küçəsində, tanışı X4 35 manat pula alaraq əldə edib əynindəki şalvarının sağ cibində daşıyaraq saxlamış, 25 dekabr 2023-cü il tarixdə saat 21:00 radələrində Şirvan şəhəri, S.Zeynalov küçəsində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilərək həmin tarixdə saat 21:50-dən 22:10-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində üzərində olan həmin xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi – 0,596 qram miqdarında ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, o, təkrarən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,409 qram miqdarında qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 25 dekabr 2023-cü il tarixdə saat 18 radələrində Şirvan şəhəri, S.Zeynalov küçəsində tanışı X4 35 manat pula alaraq əldə edib əynindəki şalvarının sağ cibində daşıyaraq saxlamış, 25 dekabr 2023-cü il tarixdə saat 21:00 radələrində Şirvan şəhəri, S.Zeynalov küçəsində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilərək həmin tarixdə saat 21:50-dən 22:10-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,409 qram miqdarında qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə etsə də, 25 dekabr 2023-cü il tarixdə Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamışdır. Şirvan şəhər polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən aşkar edilib götürülmüş olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ona məxsus olmamış, şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Həmin vaxt polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmış, belə ki, həmin narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ona məxsus olması və onları qonşuluqda yaşayan Rauf Cəfərov adlı şəxsdən hər birini 35 manat müqabilində alması barədə etirafedici izahat verməyəcəyi təqdirdə üzərinə daha artıq çəkidə narkotik vasitə qoyulacağı və rəsmiləşdirmə aparılacağı barədə ona hədələr edilmiş, o da qorxduğundan polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Videoçəkiliş aparılan zaman bu barədə vəkilinə heç bir söz deməmiş, eləcə də barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə də bu barədə bildirməmişdir. İbtidai istintaq zamanı isə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs, eləcə də təqsirləndirilən şəxs kimi verdiyi ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Narkotik vasitə olan heroini iynənin əzələyə və damara inyeksiya vasitəsilə, psixotrop maddə olan metamfetamini isə tüstüsünü ciyərə çəkməklə istifadə edir. X6 uzun müddətdir ki, tanıyır. Onunla arasında münasibətləri normal olmuşdur. Rauf Cəfərov təxminən 1 həftə əvvəl azadlığa buraxılmış, Rauf azadlığa buraxıldıqdan sonra Raufla Şirvan şəhərində söhbət edən zaman Rauf ona narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu və əgər istəyərsə ona da narkotik vasitə və psixotrop maddə sata biləcəyini demiş, həmin gün Raufla sağollaşdıqdan sonra o evə getmiş, o da narkotik vasitələrin və psixotrop maddələrin daimi istifadəçisi olduğu üçün 24 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Raufu yenidən yaşadığı küçədə görən zaman ondan psixotrop maddə olan metamfetamin almaq istədiyini bildirmiş, Rauf da ona olduğu yerdə dayanmasını bildirmiş, o da küçədə Raufu gözləmiş, bir qədər sonra Rauf onun olduğu yerə geri qayıtmış, Rauf ona psixotrop maddə olan metamfetamin gətirdiyini və həmin psixotrop maddə olan metamfetamini 35 manata ona sata biləcəyini demiş, o Raufla razılaşmış və Raufa 35 manat pul vermiş, Rauf da cibindən çıxararaq ona 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamin vermiş, o Raufdan almış olduğu psixotrop maddə olan metamfetamini cibinə qoymuş və evə getmiş, Raufdan almış olduğu psixotrop maddə olan metamfetamini istifadə etməmişdir. 25 dekabr 2023-cü il tarixdə saat 18 radələrində o Raufa zəng edərək ondan narkotik vasitə olan heroin almaq istədiyini bildirmiş, Rauf yenidən ona telefonda yaşadığı küçədə gözləməyini bildirmiş, o da evdən çıxaraq küçədə Raufu gözləmiş, bir qədər sonra Rauf onun yaşadığı küçəyə gəlmiş, o Raufla görüşmüş, Rauf ona narkotik vasitə olan olan heroin gətirdiyini və həmin narkotik vasitə olan heroini 35 manata ona sata biləcəyini demiş, o Raufla razılaşmış və Raufa 35 manat pul vermiş, Rauf da cibindən çıxararaq ona 1 ədəd bükümdə narkotik vasitə olan heroin vermiş, o Raufdan almış olduğu psixotrop maddə olan heroini cibinə qoymuş, həmin vaxt Raufdan almış olduğu metamfetamin də üzərində olmuş, 25 dekabr 2023-cü il tarixdə tarixdə saat 21 radələrində o yaşadığı Şirvan şəhəri, S.Zeynalov küçəsində gəzən zaman özünü şübhəli apardığına görə polis işçiləri ona yaxınlaşıb ona birlikdə polis şöbəsinə getməsini təklif etmiş, o da polis işçiləri birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun razılığı ilə onun üzərinə şəxsi-axtarış keçirilmiş, şəxsi-axtarış zamanı əynindəki şalvarının sağ yan cibində özü qəbul etmək üçün saxladığı 01 ədəd bükümün içərisində narkotik vasitə olan heroin və 01 ədəd bükümün içərisində psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüş, sorğu zamanı o üzərindən aşkar olunmuş 01 ədəd bükümün içərisində narkotik vasitə olan heroin və 01 ədəd bükümün içərisində psixotrop maddə olan metamfetamini 24 dekabr 2023-cü il tarixdə və 25 dekabr 2023-cü il tarixdə yaşadığı Şirvan şəhəri, S.Zeynalov küçəsində əvvəllər tanıdığı X4 ayrı-ayrılıqda hər büküm 35 manat olmaqla 70 manata aldığını bildirmiş, polis işçiləri vəkilin və onun iştirakı ilə üstündən aşkar edilib götürülmüş içərisində narkotik vasitə olan heroin olan bükülünü və psixotrop maddə olan metamfetamin olan bükülünü zərfə qoyaraq möhürləmiş, sonra isə polis əməkdaşları bu barədə protokol tərtib etmiş, həmin protokolla tanış olmuş, düzgün tərtib olunduğuna görə o da digər iştirakçılar kimi protokola və zərfə imza etmişdir Təqsirləndirilən şəxs təqsirli olması özünün məhkəmədə tədqiq edilən, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi işin hallarına uyğun olan etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, şəxsi axtarış və digər istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Şirvan şəhər polis şöbəsinin ŞPŞ-nin PPXB-nın polis nəfəri işləyir. 25 dekabr 2023-cü il tarixdə polis şöbəsinə məlumat daxil olmuşdur ki, xx.xx.1985-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Şirvan şəhəri, S.Zeynalov küçəsi, ev 4, mənzil 20-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs hal-hazırda Şirvan şəhəri ərazisindədir və onun üzərində narkotik vasitə vardır, həmçinin o narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğuldur. Bu barədə rəhbərliyə məlumat verildikdən sonra Şirvan ŞPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, Şahid1 ilə birlikdə təxminən saat 21:00 radələrində Şirvan şəhəri, S.Zeynalov küçəsinə getmiş, Elnuru həmin küçədə hərəkətdə olarkən görmüş, ona yaxınlaşıb özlərini təqdim etmiş, Elnura onlarla polis şöbəsinə getməsini bildirmiş, Elnur da etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkil dəvət edilmiş, Elnura hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üstünə şəxsi axtarış keçirilmiş, şəxsi-axtarış zamanı Elnurun əynindəki şalvarın sağ yan cibindən 02 ədəd büküm və həmin bükümün birinin içərisində narkotik vasitə olan heroinə, digərinin içərisində isə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuş, sorğu zamanı Elnurun özü həmin 02 ədəd bükümün birinin içərisində içərisində narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin içərisində metamfetamin olan bükümü 24 dekabr 2023-cü il tarixdə, saat 12 radələrində, içərisində heroin olan bükümü isə 25 dekabr 2023-cü il tarixdə, saat 18 radələrində tanışı X4 hər birini 35 manat pul verərək aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlələr müdafiəçi-vəkilin iştirakı ilə və video çəkilişlə qablaşdırılaraq zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılardan irad və təklif daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, Şirvan şəhər Polis şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan büküm və 01 ədəd kağız büküm aşkar edilərək götürülmüşdür. Sellofan bükümün içərisində narkotik vasitə olan heroin, digər kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, həmçinin şəxsi axtarış zamanı üzərindən 01 ədəd “RED Mİ” markalı mobil telefon və “Attenti” markalı elektron nəzarət aparatı aşkar olunmuş, Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 dekabr 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdə, saat 21:00-da məhdudlaşdırılmış, xx.xx.2023-cü il tarixdə saat 21:25-də şübhəli şəxs qismində tutulmuşdur. 25 dekabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan büküm və 01 ədəd kağız büküm aşkar edilərək götürülmüşdür. Sellofan bükümün içərisində narkotik vasitə olan heroin, digər kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, həmçinin şəxsi axtarış zamanı üzərindən 01 ədəd “RED Mİ” markalı mobil telefon və “Attenti” markalı elektron nəzarət aparatı aşkar olunmuş, Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 26 dekabr 2023-cü il tarixli, 18/1142 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,409 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi – 0,596 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi - 0,05 qram, qalıq -0,359 qram. Tədqiqata sərf edildi - 0,05 qram, qalıq -0,546 qram. 27 dekabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(032)-337/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həsetmənin əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Şirvan şəhər məhkəməsinin 18 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs nun həbsdə saxlama müddəti 20 gün, yəni 25 mart 2024-cü il tarixdən 14 aprel 2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavələr və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi dəqiqləşdirilmiş məzmunda yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsinin 670 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 843 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomanioya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(032)-131/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 04 mart 2024-cü il tarixli, 885/46/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə elektron nəzarət vasitələri tətbiq edilərək elektron monitorinq sistemində qeydiyyata alınmışdır. Tutulduğu xx.xx.2023-cü il tarixə cəzasının 01 il 06 ay 12 gün hissəsini çəkmiş, cəzanın çəkilməmiş hissəsi 01 il 05 ay 14 gün təşkil edir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-35/2-123/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər X1 kabinetində “opioidlərin suiistifadəsi nəticəsində narkomaniyaya fəal asılılıq sindiromu” diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X9 adında 2 övladı var. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ziddiyyətli ifadəsinə, yəni Şirvan şəhər Polis şöbəsində ona qarşı qanunsuz təsirin olması barədə bildirdiklərinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) qiymət verərək onları qəbul etmir və bildirir ki, həmin ifadələr işin halları ilə təsdiq olunmur. Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın bütün mərhələsində (barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında verdiyi ifadəsi daxil olmaqla) onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etməklə, etirafedici izahat və ifadələr vermiş, nə müdafiəçisinə, nə videoçəkiliş zamanı narazılığını, etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən məhkəmə iclasında da izahatında özünü ona qarşı irəli sürümüş ittihamla təqsirli bildiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsində ona qarşı qanunsuz təsirin olması barədə bildirdikləri işin məhkəmədə araşdırılan və tədqiq edilən halları ilə tam təkzib olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən biri digərinə kifayət qədər uyğun gələn digər mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının “narkotik vasitələrin” nəzərdə tutulduğu İ siyahısına əsasən ittiham aktında göstərilən narkotik vasitənin miqdarı (təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,596 qram, narkotik vasitə olan heroinin 0,409 qram təşkil etmişdir) “xeyli miqdar” olmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X3 cinayətləri təkrar törətməsi onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər qəsdən eyni xarakterli cinayət törətməyə görə məhkum edilməsini, hazırki cinayət əməlini cəza çəkdiyi müddətdə törətməsini, məhkumluğunun ödənilməməsini və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 il 05 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdır . İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,359 qram heroin və qalıq çəkisi 0,546 qram olan psixotrop maddə metamfetamin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 81 manat 69 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 351- 353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş və çəkilməmiş qalan 01 il 05 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,359 qram heroin və qalıq çəkisi 0,546 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 81 (səksən bir ) manat 69 (altmış doqquz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-78/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-78/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver