Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-79/2023 12.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:55-də Şirvan şəhər Məhkəməsinin hakimi X8 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Nazim oğlunun, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X4 Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 31 iyul 2022-ci il tarixdə saat 15 radələrində ayıq vəziyyətdə nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarəetdiyi texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə ilə Şahid məxsus "Opel Vectra" markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, S.Zeynalov küçəsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, buna riayət etdiyi təqdirdə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, şəhərin S.Zeynalov küçəsi ilə hərəkətdə olarkən yolun sol kənarı ilə Zərərçəkmiş şəxs Nazim oğlunun piyada hərəkətdə olduğunu və yolun sol hissəsindən sağ hissəsinə doğru istiqamətləndiyini görüb, avtomobili sol tərəfə sürərək piyada Zərərçəkmiş şəxs yanından keçmək istəyən zaman avtomobilin ön hissəsi ilə Zərərçəkmiş şəxs sol ayağından vurub, sağ ayağının üzərindən keçməklə ehtiyatsızlıqdan sonuncunun sağ ayaq pəncənin İ daraq sümüyünün qapalı sınığı, sol aşıq baldır oynağında şişkinlik, hərəkət məhdudluğu və sıyrıq kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi dindirib, iş üzrə olan bütun sübutları tədqiq edib, məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bildi, ifadə verərək göstərdi ki, 31 iyul 2022-ci il tarixdə xalası oğlu Ramin etibarnamə ilə idarə etdiyi “Opel Vectra” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin radiatoru nasaz olduğu üçün Şirvan şəhərində yerləşən ustaya təmir etdirmək üçün aparmaq istədiyini bildirmiş, Ramil avtomobili idarə etmək üçün ona vermiş və özü isə qarşı sağ oturacaqda əyləşmişdir. Həmin vaxt avtomobili idarə etmək üçün sürücülük hüququ olmamışdır. Onlar birlikdə saat 15 radələrində Şirvan şəhərinə gəlmişlər. Şirvan şəhəri, S.Zeynalov küçəsində yerləşən radiator ustasına avtomobilimi göstərdikdən sonra o, yenindən avtomobilə əyləşərək idarə etməyə başlamış, şəhərin S.Zeynalov küçəsində hərəkətdə olan zaman yolun kənarı ilə Zərərçəkmiş şəxs getdiyini görmüş, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə yaxınlaşan zaman yolun ortası ilə getməyə başlamış, o, Zərərçəkmiş şəxs siqnal vermişdir ki, yoldan çıxsın. Zərərçəkmiş şəxs yoldan çıxmadığı üçün avtomobili sağ tərəfinə sürmək istəmişdir ki, keçsin getsin. O, avtomobili sürmək istəyən zaman Zərərçəkmiş şəxs avtomobili sürüdüyü tərəfə addım atdığı üçün idarə etdiyi avtomobilin təkəri onun sağ ayağının üzərində keçmiş və Zərərçəkmiş şəxs yerə yıxıldığı üçün o, avtomobili saxlamış və qohunun Raminlə birlikdə avtomobildən yerə düşmüşdür. Zərərçəkmiş şəxs yaxınlaşmışlar və onu yerdən qaldırıb avtomobilə mindirərək, oradan Şirvan şəhər Mərkəzi Xəstəxanasına gəlmişlər. Xəstəxanada həkimlər tərəfindən ona ilkin tibbi yardım olunmuşdur. Həmin vaxt o, bilmişdir ki, Namiq Babayevin sağ ayağı əzilmişdir. Bundan sonra o, Namiq Babayevə evinə aparmış, sonradan Zərərçəkmiş şəxs onun barəsində Şirvan şəhər polis şöbəsinə şikayət etdiyini bilmişdir. Bundan başqa o, idarəetdiyi Opel Vectra” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin əyləc sistemində heç bir texniki nasazlıq olmamış, hadisədən əvvəl və hadisə vaxtı o, spirtli içki qəbul etməmiş, o, ümumiyyətlə spirtli içki içən deyil, hadisədən əvvəl və hadisə vaxtı avtomobildə o və ya Şahid başqa kimsə olmamış, hadisə vaxtı ikisində heç bir xəsarət almamışlar. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs Nazim oğlu ifadə verərək bildirdi ki, 31 iyul 2022-ci il tarixdə saat 15 radələrində əvvəlcə qardaşının yanına gəlmiş, orada bir qədər dayandıqdan sonra çıxıb, Şirvan şəhəri, S.Zeynalov küçəsində yerləşən X6 İdarəsinin qarşısında piyada hərəkətə başlamışdır. Onun hərəkət etdiyi yolda yolun kənarı deyilən yer yoxdur, belə ki, həmin yol asfalt yol olmaqla kənarında səki və piyada üçün yol yoxdur. Həmin vaxt o, yolla piyada gedirmiş, hərəkətdə olarkən yoldan bir az yolun sol tərəfinə mailə hərəkət edirmiş, bu zaman qəfildən arxadan ona nəsə dəymiş, o, zərbənin təsirindən yerinə fırlanmış və sağ ayağı avtomobilin təkərinin altında qalmış, həmin vaxt avtomobil onun sağ ayağının üzərindən keçmiş, sonra avtomobilin ondan biraz aralıda dayanmışdır. Avtomobildən iki nəfər şəxs düşmüş və ona yaxınlaşıb, onun qollarından tutaraq, yolun kənara çəkmişlər, həmin vaxt o, su içmiş, sonra isə onu avtomobillə xəstəxanaya aparmışlar. Orada ona ilkin tibbi yardım olunmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 31 iyul 2022-ci il tarixdə xalası oğlu Təqsirləndirilən şəxsla birlikdə etibarnamə ilə idarə etdiyi “Opel Vectra” markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin radiatoru nasaz olduğu üçün Şirvan şəhərində yerləşən ustaya təmir etdirmək üçün aparmaq istədiyini bildirmiş, həmin vaxt avtomobili idarə etmək üçün Vüsala vermiş və özü isə qarşı sağ oturacaqda əyləşmişdir. Onlar birlikdə saat 15 radələrində Şirvan şəhərinə gəlmişlər. Şirvan şəhəri, S.Zeynalov küçəsində hərəkətdə olan zaman yolun kənarı ilə Zərərçəkmiş şəxs getdiyini görmüşlər. Zərərçəkmiş şəxs avtomobilə yaxınlaşan zaman yolun ortası ilə getməyə başlamış, Vüsal Namiqə siqnal vermişdir ki, yoldan çıxsın. Namiq Babayev yoldan çıxmadığı üçün Vüsal avtomobili sağ tərəfinə sürmək istəmişdir ki, keçsin. Vüsal avtomobili sürmək istəyən zaman Zərərçəkmiş şəxs özünü avtomobili sürdüyü tərəfə atmış və avtomobil Namikin sağ ayağının üzərindən keçmiş, həmin vaxt Namik yerdə yıxıldığı üçün o və Vüsal avtomobildən düşmüşlər və ona yaxınlaşmışlarıq. Zərərçəkmiş şəxs yerdən qaldırıb, avtomobilə mindirdik və oradan Şirvan şəhər Mərkəzi Xəstəxanasında gətirmişlər. Xəstəxanada Namiqə ilkin tibbi yardım olunmuş, bundan sonra onu avtomobillə evinə aparmışlar. Sonradan eşitmişdir ki, X12 barəsində Şirvan şəhər polis şöbəsinə şikayət etmişdir. Bundan başqa o bildirmişdir ki, hadisə vaxtı heç bir xəsarət almamışdır. Zərərçəkmiş şəxsin aldığı bədən xəsarətinin ağırlıq dərəcəsi iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən olunur. İşə əlavə edilmiş Məhkəmə tibbi ekspertizasının 03 avqust 2022-ci il tarixli 423 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlərsağ ayaq pəncənin İ daraq sümüyünün qapalı sınığı, sol aşıq baldır oynağında şişkinlik, hərəkət məhdudluğu və sıyrıq -küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 31 iyul 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İşə əlavə edilmiş Məhkəmə yol nəqliyyat hadisələrinə dair 27 oktyabr 2022-ci il tarixli 8/2755 nömrəli rəydən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Opel Vectra” markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşə əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və sxemdən görünür ki, hadisə baş verən yer şəhərin S.Zeynalov küçəsində yerləşən X6 İdarəsinin qarşısıdır. Yolun hərəkət hissə düzdür, ol örtüyü asfatbetondur, yol örtüyü qurudur, Hərəkət iki istiqamətlidir, hərəkət istiqamətləri 1.3 üfüqi nişanlanma xətti ilə ayrılır. Bir istiqamətdə hərəkət zolaqları düz xətlə bölünmüşdür. 4 hərəkət zolağı olmaqla, hərəkət hissənin eni bir istiqamətdə 5 metrdir. İşə əlavə edilmiş 25 fevral 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, şəhərin S.Zeynalov küçəsi ilə Xaqani küçəsi istiqamətində asfalt yolla piyada getmiş, həmin vaxt o, yola tərəf hərəkət edərkən arxadan gələn avtomobil onu vurmuş, həmin vaxt o, yerində fırlanmış, bu zaman sağ ayağı avtomobilin təkərinin altında qalmış və təkər ayağının üstündən keçmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Şirvan RQİ və TB şöbəsinin 27 fevral 2023-cü il tarixli 3-13-16/-7/2-1199/2023 saylı məktubunda göstərilmişdir ki, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi ev 6, mənzil 10-da yaşayan Təqsirləndirilən şəxs X7-İmtahan və texniki baxış şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə “B1, B, C1, C” dərəcəli BD-509119 saylı sürücülük vəsiqəsi verilmiş və halhazırda onun adı sürücülük hüququndan məhrum olunanların siyahısında mövcud deyildir. İşə əlavə edilmiş 18 fevral 2023-cü il tarixli “maddi sübutun tanınması haqqında” qərardan görünür ki, “Opel Vectra” markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmaqla məhkəmə baxışınadək saxlanılması üçün Şahid təhvil verilmişdir. İşə əlavə edilmiş AZ-İİİ № 707207 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə Hacıqabul rayonunda doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X2r. İşə əlavə edilmiş AZ-İİİ № 707360 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə Hacıqabul rayonunda doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X2r. İşə əlavə edilmiş vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs “44 günlük Vətən müharibəsi”nin iştirakçısı olmuş, o “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə və “Hərbi xidmətdə fərqlənməyə görə” İİİ dərəcəli medalla təltif olunmuşdur. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs Nazim oğlunun ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, vəziyyətdə nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarəetdiyi texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə ilə Şahid məxsus "Opel Vectra" markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, S.Zeynalov küçəsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, buna riayət etdiyi təqdirdə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, şəhərin S.Zeynalov küçəsi ilə hərəkətdə olarkən yolun sol kənarı ilə Zərərçəkmiş şəxs Nazim oğlunun piyada hərəkətdə olduğunu və yolun sol hissəsindən sağ hissəsinə doğru istiqamətləndiyini görüb, avtomobili sol tərəfə sürərək piyada Zərərçəkmiş şəxs yanından keçmək istəyən zaman avtomobilin ön hissəsi ilə Zərərçəkmiş şəxs sol ayağından vurub, sağ ayağının üzərindən keçməklə ehtiyatsızlıqdan sonuncunun sağ ayaq pəncənin İ daraq sümüyünün qapalı sınığı, sol aşıq baldır oynağında şişkinlik, hərəkət məhdudluğu və sıyrıq kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaqla Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin tərkibini yaradan cinayət əməlini törətmişdir. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərin təşkil etməsini, cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə, əməlindən peşman olmasını, “44 günlük Vətən müharibəsi” iştirakçısı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar olmasını və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Beləliklə iş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyası hədləri daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunverciliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, cəza təyin edilərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyəti, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi, cinayətin xarakteri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin edilməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində tövsiyyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli məsələlərdən biri kimi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, müəyyən olunmuş cəzanı yüngülləşdirən halların məcmuyu, həmçinin Təqsirləndirilən şəxs cinayəti törədəndən sonra davranışı belə bir qənaətə gəlməyə əsas verir ki, onun əsas cəzanı çəkmədən islah olunması mümkündür, ona görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda qeyd olunan qənaətə gələrkən onu əsas tutur ki, cinayət nəticəsində təyin olunan cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəldilməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəzanı əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial, iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Bununla məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayıb, azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi haqqında qərarın çıxarılmasını lazım bilir. Şərti məhkum etmə təyin edildiyindən məhkəmə tərəfindən təqsirləndirilən şəxsə sınaq müddəti müəyyən olunmalı, onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddəti ərzində təqsirləndirilən şəxs öz davranışı ilə islah olunmasını sübut etməlidirlər. İş üzrə maddi sübut olan “Opel Vectra” markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Şahid təhvil verilməsi nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 85 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 351-353-cü,384cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il azadlıqdan məhrumetmə cəzası 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən yaşadığı yer üzrə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “Opel Vectra” markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Şahid təhvil verilməsi nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-79/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-79/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver