Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-79/2024 11.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15:00-da Şirvan şəhər Məhkəməsinin hakimi X12 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Axtaçı Muğan kəndində qeydiyyatda olan, ünvan 2-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,518 qram çəkidə psixotrop maddə metamfetamini məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 dekabr 2023-cü il tarixdə, saat 23:30 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində hərəkət edərkən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı 0,518 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd kağız bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, 25 dekabr 2023-cü il tarixdə saat təxminən 23 radələrində işdən çıxıb evə gedərkən H.Əliyev küçəsində bir neçə mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasında şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına demişdir ki, “mənim üzərimdə heç bir narkotik vasitə və ya psixotrop maddə yoxdur”. Buna baxmayaraq ona bildirmişlər ki, “bizimlə polis şöbəsinə getməlisən və orada üzərinə axtarış keçiriləcək”. O, buna etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində adlarını bilmədiyi polis əməkdaşları ona içərisində adını bilmədiyi maddə olan kağız büküm vermişlər və demişlər ki, həmin kağız bükümdə psixotrop maddə olan metamfetamin vardır, həmin psixotrop maddənin özünə məxsus olmasını etiraf etməlidir. O, ilkin olaraq etiraz etmiş və kağız bükümü götürmək istəməmişdir. Polislər ona təzyiq göstərərək ona vəd vermişlər ki, həmin kağız bükümü video çəkilişdə üzərindən çıxarıb təqdim edəcək və həmin psixotrop maddəni Elnur adlı şəxsdən 10 manat müqabilində aldığını bildirəcək, bununla da onu azad edəcəklər. O, polislərin ona verdiyi vədə inanaraq onlarla razılaşmış və videoçəkilişdə onların dediyi kimi demişdir. Əslində isə üzərində həmin vaxt heç bir narkotik vasitə və ya psixotrop maddə olmamış, qeyd olunan Elnur adlı şəxsi tanıdığına baxmayaraq ondan heç vaxt narkotik vasitə və ya psixotrop maddə almamışdır. Bundan sonra onu həmin Elnur adlı şəxslə üzləşdirmişlər, üzləşmə zamanı da o, məcbur qalıb Elnurun üzünə qarşı demişdir ki, üzərindən çıxan psixotrop maddəni Elnurdan 10 manat verərək almışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində 25 dekabr 2023-cü il tarixdə və təqsirləndirilən şəxs qismində 27 dekabr 2023-cü il tarixdə verdiyi ifadələrində cinayət əməlini etiraf edərək göstərmişdir ki, ara bir psixotrop maddə metamfetamindən istifadə edir. Təxminən 3-4 ildir ki, Şirvan şəhəri S.Zeynalov küçəsində yerləşən avtoyuma məntəqəsində fəhlə işləyir. Şirvan şəhər sakini kimi tanıdığı Elnur adlı şəxs mütəmadi olaraq işlədiyi avtoyuma məntəqəsinə avtomobilini yudurtmaq üçün gəlir və oradan onlar tanışdırlar. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Elnur onun iş yerinə gəlmiş, aralarında olan söhbət əsnasında Elnur ona bildirmiş ki, “məndə psixotrop maddə olan metamfetamin var, istəyən olsa xəbər et satım”. O Elnura bildirmiş ki, “arabir özümdə istifadə edirəm lazım olsa səndən götürərəm”. Bundan sonra Elnur onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini öz telefonuna qeyd edərək çıxıb getmişdir. Həmin gün, yəni, xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində işdən çıxaraq evə gedəndə Elnur ona istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurmuşdur. Telefonu açdıqda bildirmiş ki, “mənəm Elnur, 10 manat varındısa yaxşı metamfetaminim var ondan sənə verim”. O həmin vaxtı istifadə etmək istədiyi üçün bildirmiş ki, “pulum var 10 manatlıq düzəlt götürüm”. Elnur ona bildirmiş ki, “problem yoxdu, 5 dəqiqədən sonra Şirvan şəhəri Xəqani küçəsi 88 saylı binanın yaxınlığında görüşək, verim”. Təxminən 5 dəqiqədən sonra Elnurla əvvəlcədən danışdıqları kimi Şirvan şəhəri Xəqani küçəsi 88 saylı binanın yaxınlığında görüşmüşlər və 10 manat pulu Elnura vermiş, Elnur isə bunun müqabilində ona əlində olan kağız bükümdə psixotrop maddə olan metamfetamini vermişdir. Bundan sonra onlar sağollaşıb ayrılmışlar. O, Elnurdan aldığı kağız bükümdə olan metamfetamini cibinə qoymuş və fikirləşmiş ki, gecə evə gedəndə istifadə edər. Həmin günü saat təxminən 23:30 radələrində Şirvan şəhəri H.Əliyev prospekti ilə evə getmək istəyərkən bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona üzərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz gəzdirilməsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O üzərində matamfetamin olduğu üçün buna etiraz etmiş, lakin sonra razılaşaraq polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir müddət sonra vəkil İlqar Tapdıqov gəldikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə, o əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd içərisində metafetamin olan kağız bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə psixotrop maddə matamfetamin olduğunu bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən özünə məxsus “Samsunq” markalı mobil telefonu və şalvarımın arxa sol cibindən isə 2 ədəd 5 manatlıq pul əskinasları aşkar olunmuşdur. Bundan başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq təqdim etdiyi psixotrop maddə matamfetamini xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Şirvan şəhər sakini kimi tanıdığı Elnur adlı şəxsdən 10 manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təqdim etdiyi psixotrop maddə matamfetamin təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərək miqdarı 0,69 qram müəyyən olunmuş və qablaşdırılmışdır. Bundan sonra üzərindən aşkar olunan 2 ədəd 5 manatlıq pul əskinasları özünə qaytarılmış, mobil telefonu isə araşdırılması üçün götürülmüşdür. Daha sonra protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Əlavə olaraq bildirmişdir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, 25 dekabr 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuş ki, Sabirabad rayonu Axtaçı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə etdiyi narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəlidir. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərarın icrası ilə əlaqədar o, Şirvan ŞPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 və Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenanatı X2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra 25 dekabr 2023-cü il tarixdə saat 23:30 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, H.Əliyev prospektində olarkən Təqsirləndirilən şəxs görmüşlər və barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər polis şöbəsinə dəvət etsinlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirdikdə, Təqsirləndirilən şəxs onların polis əməkdaşı olduqlarını görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmişdir. Buna baxmayaraq onlar Təqsirləndirilən şəxs polis şöbəsinə gətirməyə müvəffəq olmuşlar. Polis Şöbəsinə gəldikdən sonra raport üzrə araşdırma aparılması Təhqiqat bölməsinə həvalə olunmuşdur. Təhqiqat bölməsində təhqiqatçı Səxavət Garayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoymuş və kağız bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan əlavə hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini Şirvan şəhər sakini kimi tanıdığı Elnur adlı şəxsdən 10 manat müqabilində aldığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə miqdarı çəkilərək qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 25 dekabr 2023-cü il tarixdə, saat 23:50-də şübhəli şəxs qismində tutulmuş, 27 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 26 dekabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və diskdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və əynində olan şalvarının sağ yan cibindən özünə məxsus “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə 26 dekabr 2023-cü il tarixli, 18/1143 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «…Təqsirləndirilən şəxs üzərindən..» sözləri yazılmış və kağız paketdə 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi-0,518 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin ümumi çəkisi 0,518 qram, tədqiqata sərf edilən miqdarı 0,05 qram, qalıq 0,468 qramdır. İş materiallarında olan Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi X18 28 dekabr 2023-cü il tarixli 672 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 18 yanvar 2024-cü il tarixli, 287 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan epizodik istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şirvan şəhər polis şöbəsinin 18 yanvar 2024-cü il tarixli ********* nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək üçün müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir məlumat əldə olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə kompüter-texniki ekspertizası” üzrə 08 fevral 2024-cü il tarixli, 5/46 nömrəli rəyin nəticə hissəsindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A13” markalı “SM-A137F/DS” modelli “**********26323, **********26327” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A13” markalı “SM-A137F/DS” modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (2023-cü ilin iyul ayının 01-dən 2023-cü ilin dekabr ayının 26-dək olan müddət ərzində kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “WhatsApp” proqram təminatı və digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X10 Bölməsi tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli 3-16-16/2-18/289 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus metamfetaminlə X9 məxsus metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlənir, eyni tərkibli deyildir. Metamfetaminin təmiz çəkisi-0,468 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq-0,418 qram. İş materiallarında olan «Şirvan şəhər Mərkəzi Xəstəxanası» X18 15 yanvar 2024-cü il tarixli 18-1-35/2-38/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMX-nın polikilinika şöbəsinin ruhi-əsəb, narkoloji və nevroloji kabinetin dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF X15 Mil-Muğan regional filialının 12 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda filialdan heç bir növ müavinət, təqaüd və əmək pensiyası almır. İş materiallarında olan «Sabirabad rayon Mərkəzi Xəstəxanası» X18 13 fevral 2024-cü il tarixli 18-1-70/2-114/2024 nömrəli məktubundan görünür ki, Mehtiyev X8 RMX-nın polikilinika şöbəsinin “Əsəb-ruhi və narkoloji” kabinetlərində dispanser qeydiyyatda deyil. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Güdəcühür kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 fevral 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Mehtiyev X8 RİHB-nin Güdəcühür kənd İƏD üzrə nümayəndəliyinin Axtaçı Muğan kəndində qeydiyyatdadır. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Güdəcühür kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 19 fevral 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 16 fevral 2016-cı il təvəllüdlü X6 və 31 oktyabr 2023-cü il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 dekabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 129 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,418 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 dekabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 129 manat 74 məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,418 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-79/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-79/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver