Məhkəmə qərarları › İş №1(032)-8/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-8/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-8/2023 30.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:25-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Məmmədəliyeva (Əhmədova) Könül Firudin qızının, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, cavabdeh kimi ondan, əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 136,6 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Məmmədəliyeva (Əhmədova) Könül Firudin qızına ödənilməsinə dair Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)- 1462/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(032)-604/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 20794.20 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Məmmədəliyeva (Əhmədova) Könül Firudin qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal hazırda Bakı şəhərinin müxtəlif yerlərində fərdi əmək fəaliyyəti ilə yəni fəhləlik edərək gündəlik 25 manat olmaqla, yəni aylıq orta hesabla 750 manat qazanc əldə edir. Məmmədəliyeva (Əhmədova) Könül Firudin qızı ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və bu nikahdan xx.xx.2006-cı il tarixdə Aysu adlı, xx.xx.2007-ci il tarixdə Yusif adlı və xx.xx.2012-ci il tarixdə Nurlan adlı uşaqları anadan olmuşdur. X2 (Əhmədova) ilə münasibətləri yaxşı olsa da, sonradan aralarında olan əsassız söz-söhbətlərə görə münasibətləri pisləşdiyindən rəsmi olaraq ayrılmışlar. Könül Məmmədəliyeva (Əhmədova) uşaqları tək başına saxlamaqda çətinlik çəkdiyini ona bildirərək aliment tələbi ilə məhkəmədə iddia qaldırmış və Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2016-ci il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 136,60 manat olmaqla cəmi 408,80 sabit pul məbləğində alimentin tutularaq Məmmədəliyeva (Əhmədova) Könül Firudin qızına verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və xəbərdarlıq edilmişdir. Həmçinin 2017-ci ildə Şirvan şəhər Məhkəməsinin qərarı ilə ölkədən getmək hüququm müvəqqəti olaraq məhdudlaşdırılmışdır. O Abşeron rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi üçün, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Buna baxmayaraq o Könül Məmmədəliyevaya (Əhmədova) olan aliment borcunu tam ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən mənə yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də, xx.xx.2017-ci il tarixdən təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək ödəməli olduğu 24997 aliment pulundan cəmi 4206 manat ödəniş etmiş, qalıq qalan 20794 manat borcunu isə ödəməmişdir. İstintaq dövründə Könül Məmmədəliyevaya (Əhmədova) olan 20794 manat borcundan cəmi 1600 manat ödəniş etmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, onunla barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Məmmədəliyeva (Əhmədova) Könül Firudin qızı göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və bu nikahdan xx.xx.2006-cı il tarixdə Aysu adlı, xx.xx.2007-ci il tarixdə Yusif adlı və xx.xx.2012-ci il tarixdə Nurlan adlı uşaqları dünyaya gəlmişdir. Əvvəllər Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan Təqsirləndirilən şəxs əsassız söz-söhbətlər yaratdığı üçün münasibətləri pisləşmiş və rəsmi olaraq ayrılmışlar, sonradan uşaqlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə Təqsirləndirilən şəxs qarşı iddia qaldırmış və Abşeron rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2016-ci il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 136,6 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, həmçinin 2017-ci ildə Şirvan şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi üçün, Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu tam ödəməyib, sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, xx.xx.2017-ci il tarixdən təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək ödəməli olduğu 24997 aliment pulundan cəmi 4206 manat ödəniş etmiş, qalıq qalan 20794 manat borcunu isə ödəməmişdir. Təqdimat verildikdən sonra isə, istintaq dövründə 820 manat ödəniş etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, məhkəmə qətnaməsi tam icra edilmiş,təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 1462/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2006-cı ildə anadan olmuş X4, xx.xx.2007-ci ildə anadan olmuş X5 və xx.xx.2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün əvvəli xx.xx.2017-ci ildən hesablanmaqla borclu Təqsirləndirilən şəxs oğlundan hər ay hər bir uşağa 136,6 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsində xx.xx.2017-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirlərinin tətbiq olunması məqsədi ilə Təqsirləndirilən şəxs mülkiyyətində tələbin yönəldilməsinə yol verilən əmlak və gəlirlərin müəyyən edilməsi məqsədi ilə icra tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu şöbəyə dəvət olunmuş, ona hüquq və vəzifələri izah olunmuş və izahatı alınmış, icra sənədi üzrə tələbi icra etməyəcəyi halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Şirvan şəhər Məhkəməsinin 8(032)-638/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs yenidən icra şöbəsinə dəvət olunmasına baxmayaraq o, gəlməmişdir. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün onun yerini müyyən etmək məqsədilə xx.xx.2018-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün aidiyyəti üzrə Şirvan Şəhər Polis şöbəsinə göndərilmiş və Təqsirləndirilən şəxs barəsində xx.xx.2018-ci il tarixdə Şirvan Şəhər Polis şöbəsində axtarış işi açılmışdır. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq icra şöbəsinə təhvil verilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi və məhkəmə qərarını icra etmədiyi üçün borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin 3(032)- 604/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Bundan sonra, borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş və bir daha xəbərdarlıq edilmişdir. Lakin, tələb yenə icra olunmamışdır. Borclunun əmlak vəziyyətinin təkrar yoxlanılması zamanı Təqsirləndirilən şəxs işlədiyi müəyyən olunmuş və icra sənədi üzrə tələb onun əmək haqqına yönəldilmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tələbkara ödəməli olduğu 24997,80 manat aliment pulundan 4203,60 manat ödəmiş, hazırki vaxta 20794,20 manat isə borcu qalmışdır. Tələbkar Zərərçəkmiş şəxs şöbəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-1462/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə təqdimatı Şirvan şəhər Məhkəməsinin 8(032)-638/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə təmin olunmuşdur.(i.v.25-30) X1 13 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının 24 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz (işaxtaran) şəxs kimi qeydiyyatı yoxdur. (i.v. 68) xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarından, eyni zamanda Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(032)- 604/2020 saylı qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-1462/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir.(i.v.6-75) Şirvan şəhər Məhkəməsinin inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(012)- 1462/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilərək xx.xx.2020-ci il tarixdə on beş gün müddətdə inzibati qaydada həbs edilmişdir.(i.v.47-49) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (i.v. 92-93) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Məmmədəliyeva (Əhmədova) Könül Firudin qızı məhkəməyə ərizə ilə müraciət edərək tələbin tam icra olunmasını, şikayət və tələbinin olmamasını bildirdi. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək qanuni qüvvəyə minmiş Abşeron rayon Məhkəməsinin 2(012)-1462/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin tam icra edilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 2(012)-1462/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsini tam icra etdiyindən, zərərçəkmiş şəxsə ziyanı tam ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353,384 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron rayon Məhkəməsinin 2(012)- 1462/2017 saylı, 03 mart 2017-ci il tarixli qətnaməsini tam icra etdiyindən cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar