Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-8/2024 01.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 11:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1970-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan 28 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Şirvan şəhəri, Vidadi küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq həyətdə yerləşən toyuq damından hər birinin dəyəri 10 manat olan 24 ədəd toyuğu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilkdə 240 (iki yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etmədi, onlardan imtina etdi və bildirdi ki, Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməmiş, baş vermiş oğurluq cinayətinə aidiyyəti yoxdur. 24 ədəd toyuğu oğurlamaq, eləcə də, daha sonra onları aparıb Şirvan şəhərində yerləşən “Sever“ adlanan ərazidə satmasına onun səhhəti belə imkan verməzdi. Yaşadığı evdən Şirvan şəhər Polis şöbəsinə aparılmış, orada olarkən qarşısına narkotik vasitə qoyulmuş, narkotik vasitənin ona aid olması ya da hazırki oğurluq cinayətini etiraf etməsi tələb edilmişdir. Narkotik vasitə istifadə etmədiyi üçün hazırki cinayət əməlini törətməsini etiraf etməyə razılaşmışdır. Təzyiq altında etirafedici ifadə vermişdir. Hazırda düzgün ifadə verir, bunların nəzərə alınmasını xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 22 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmiş və məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq bildirmişdir ki, uzun müddətdir maddi vəziyyəti pis olduğu üçün bir neçə ünvana dəyib iş axtarsa da heç bir nəticə əldə edə bilmədiyindən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə də qonşusu Zərərçəkmiş şəxs həyətində toyuq cücə olmasını bildiyindən xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus evin həyətinə daş hasardan keçməklə daxil olmuş, evin həyətində olan toyuq cücə saxlamaq üçün nəzərdə tutulmuş dama daxil olmuş və orada olan 24 ədəd toyuqu özü ilə gətirdiyi sintetik torbaya yığıb damdan çıxaraq həyəti tərk etmişdir. Bundan sonra o, həmin toyuqları səhər tezdən aparıb Şirvan şəhərində yerləşən “Sever“ adlanan ərazidən keçən tanımadığı yol maşınına 130 manata sataraq geri qayıtmış və həmin pulu öz şəxsi tələbatına xərcləmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Şirvan şəhər, Vidadi küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb, oğurluqda şübhəli olduğunu bildirirək onu Şirvan ŞPŞyə dəvət etmişlər, o da etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, özünə məxsus fərdi yaşayış evində 24 ədəd toyuqdan ibarət xırda təsərrüfatı var. Həmin toyuqları həyətində yerləşən toyuq hinində saxlamışdır. xx.xx.2023cü il tarixdə saat 21 radələrində o, həmin toyuqları hinə salmış və qapısını bağlamışdır. Həmin günün səhəri, yəni xx.xx.2023-cü il tarixdə səhər saat 07 radələrində o, yuxudan oyanmış və həyətə düşmüşdür. Həmin vaxt hinin qapısını açıb toyuqları çölə buraxmaq istəyəndə hinin boş olduğunu görmüş, bundan sonra o, həyəti və ətraf əraziləri axtarsa da toyuqları tapa bilməmişdir. Bundan sonra 24 ədəd toyuğun oğurlanması qənaətinə gəlib bu barədə Şirvan şəhər PŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə icraatına ŞPŞnin TB-nin təhqiqatçısı polis baş leytenantı Samir Məmmədovun raportu daxil olmuşdur. Daxil olmuş raportda Şirvan şəhəri, Vidadi küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində yerləşən toyuq damından 24 ədəd toyuğun oğurlanması göstərilmişdir. Bundan sonra tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində yerləşən toyuq damından 24 ədəd toyuğun ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğrulanması müəyyən edilmiş və Təqsirləndirilən şəxs tərəfindən Şirvan şəhəri, Vidadi küçəsində saxlanılaraq PŞ-nin İB-nə gətirilərək təhvil verilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Şirvan şəhər Məhkəməsinin hökmündən və Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan 28 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işi materiallarında olan Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 366 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan 20 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə, saat 15:00-da tutulmuşdur. Cinayət işi materiallarında olan 22 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işi materiallarında olan qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 may 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2011-ci il tarixli nikah haqqında şəhadətnamənin (AZ-İ № 646329) surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011ci il tarixdə X2 ilə nikahları bağlanmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının AZE 11263457 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X1r. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının AZE 11263451 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X1r. Zərərçəkmiş şəxs oşlunun cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, cinayət əməli nəticəsində ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verərək onu qəbul etmir və bildirir ki, həmin ifadə işin halları ilə təsdiq olunmur. Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın bütün mərhələlərində onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etmiş, Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməsinə dair etirafedici izahat və ifadə vermiş, ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı da cinayət əməlini etiraf etməklə oğurluq etdiyi yeri əyani göstərmiş, nə müdafiəçisinə, nə də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora narazılığını, etirazını bildirməmişdir. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsinə inanıb onu qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. Eyni zamanda məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs cinayət əməlinin törədildiyi ərazidə olmamasını bildirmiş, onun vəsatəti əsasında xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə olan dövrdə istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatları məhkəməyə təqdim edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə daxil olan və çıxan zənglərin siyahısı (aparılmış giriş və çıxış danışıqları), sms mətnlərinin məzmununun siyahısı, eləcə də anten məlumatları "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş, lakin həmin məlumatlarda ifadəsində qeyd etmiş olduğu halları təsdiq edən hər hansı bir sübut aşkar edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respbulikası CM-nin 59.1.4-cü maddəsinə, vurulmuş maddi ziyanın ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından onun cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan 28 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də məhkum edilməsinə baxmayaraq islah olunmamasını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdən 22 may 2023-cü il tarixədək olan dövr üzrə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin 01 fevral 2024-cü il tarixdən hesablansın. Zərərçəkmiş şəxs maddi ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-8/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-8/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver