Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-80/2024 25.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 11.45-də Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3 və qanuni nümayəndəsi Qanuni nümayəndə, Şirvan şəhər İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayan şəxlərlə işlər üzrə komissiyasının nümayəndəsi X1, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Şirvan şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Belə ki, o, cinsi ehtirasını təmin etmək məqsədi ilə 27 iyun 2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs ilə 2023-cü ilin avqust ayında Lerik rayonuna gedərək, orada yerləşən günlük kirayə verilməsi üçün nəzərdə tutulmuş evdə Zərərçəkmiş şəxs gözü qarşısında çılpaq vəziyyətdə öz cinsi orqanını nümayiş etdirmiş və sonuncunun cinsiyyət orqanlarına toxunmaqla öz cinsi ehtirasını təmin etməklə on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Bundan başqa o, cinsi ehtirasını təmin etmək məqsədi ilə 27 iyun 2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs ilə 2023cü ilin sentyabr ayında Şirvan şəhərində yerləşən və ünvanı istintaqa məlum olmayan evə gedərək, orada Zərərçəkmiş şəxs gözü qarşısında çılpaq vəziyyətdə öz cinsi orqanını nümayiş etdirmiş və sonuncunun cinsiyyət orqanlarına toxunmaqla öz cinsi ehtirasını təmin etməklə on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Sabir qızını tanıyır, onu təxminən 2023-cü ilin avqust ayında Fəridə Qasımovanın yanında görərkən tanımışdır. O, dostu Cavidan, Fuad, Fəridə, Ləman və Şahanə birlikdə avqust ayının ortalarında Lerik rayonuna istirahət üçün getmişlər. Həmin vaxt Lerik rayonunda Fəridənin kirayə tutduğu evə gəlmişlər. Həmin vaxt onlar evin həyətində kabab bişirmiş, sonra hamısı bir masa arxasına oturmuşlar. Həmin vaxt onlar spirtli içki qəbul etmiş, o, da həmin vaxt az içmişdir. Həmin vaxt Şahanə halsız olmuş, bu səbəbdən Şahanəni otaqlardan birinə aparmış, sonra otaqda olarkən Şahanənin yanında üzərində olan paltarlarını çıxartmış və çılpaq qalmış, həmin vaxt ehtiraslanmış və Şahanənin yanında erreksiya vəziyyətində olan cinsi orqanını əli ilə oynatmağa başlamışdır. Həmin vaxt Şahanə ona baxmış və sonra ona yaxınlaşmış və Şahanənin cinsiyyət orqanına və döşlərinə əlləri ilə toxunaraq öz ehtirasını təmin etmişdir. Sonra onlarla birlikdə yatmışlar. Səhəri gün isə onlar Lerik rayonundan Şirvan şəhərinə gəlmişlər. Onlar Şirvan şəhərinə gəldikdən sonra Şahanə ilə telefonda danışmışlar və dəfələrlə yazışmışlar. O, Şahanənin yaşının az olmasını bildiyindən onunla cinsi əlaqədə olmağa qorxmuşdur. Sonra Şahanə ilə danışmışlar ki, Şirvan şəhərində kirayə evdə görüşsünlər. 2023-cü ilin sentyabr ayında Şahanə ilə Şirvan şəhərində ünvanı yadında qalmayan mənzilə getmişlər. Onlar mənzilə getməzdən əvvəl özləri üçün yemək və içki almışlar. Onlar mənzildə olarkən yemək yemişlər və içki içmişlər. Sonra Şahanə ilə öpüşmüşlər, bundan sonra o, əynində olan paltarlarını çıxartmış və ehtiraslı olduğundan erreksiya vəziyyətində olan cinsiyyət orqanını əli ilə oynatmağa başlamışlar. Həmin vaxt bir əli ilə, Şahanənin döşlərini və cinsiyyət orqanını əlləməyə başlamışdır. Bir neçə dəqiqə o, Şahanəni əllədikdən sonra öz cinsi ehtirasını bu yolla təmin etmişdir. Bundan sonra o, əynini geyinmiş və onlar həmin evdə bir müddət oturub söhbət etdikdən sonra oradan çıxmışlar və sağollaşıb ayrılmışlar. Bir müddət Şahanə ilə yenə yazışmışlar və telefonla danışmışlar. X9 tok sosial şəbəkəsində etdiyi hərəkətlərə görə onunla mübahisə etmişlər və ayrılmışlar. Bundan başqa o bildirmişdir ki, Şahanə ilə cinsi əlaqədə olmamışdır. O, Şahanənin yaşını bilirmiş və bu səbəbdən onunla cinsi əlaqədə olmamışdır, bu barədə Şahanə özü ona demişdir. Onu Şahanə ilə Fəridə Qasımova tanış etmişdir. Etdiyi əməldən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs təqsirli olması özünün məhkəmə istintaq zamanı etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında o, Ləman Babayeva, Fəridə Qasmova, Fəridənin qeyri rəsmi yaşadığı Cavidan Atayev, Fəridənin qızı, Cavidanın qardaşı Faud Atayev və dostları Təqsirləndirilən şəxs birlikdə Lerik rayonuna istirahətə getmişlər. Onlar Lerikə çatanda axşam olmuş, həmin vaxt Fəridə istirahət etmək üçün getdikləri yeri reklam da edəcəkmiş, belə ki, Fəridə istirahət yerinin sahibini tanımış, onlar ora çatdıqdan sonra Fəridə onlar üçün ev kirayə götürmüş, həmin ev 3 otaq və 1 qonaqlı olmuş, sonra onlar evə girmişlər. Bundan sonra Cavidan, Cavid və Fuad da arxalarınca gəlmişlər. Sonra Cavidangil aldığı toyuq ətin doğramışlar və kabab çəkmək üçün çölə çıxmışlar. Onlar da evdə yemək üçün salat və digər şeylər hazırlamışlar. Həmin vaxt o, halsız olmuş və ürəyi bulanmışdır. Buna görə, o, yemək yeməmiş, orada olan otaqdan birinə keçmişdir. Bir müddət sonra Fəridə otağa gəlmiş və demişdir ki, o da onlara qoşulsun. O, Fəridənin israrına görə, onların yanına gəlmiş, həmin vaxt o, Fəridəyə kömək etmiş, meyvə doğramışlar və sonra onların yanına getmişdir. Həmin vaxt təxminən 1 saat müddətinə Fəridə və yanında olan oğlanlarla müxtəlif növ spirtli içkilər qəbul etmişdir. O, artıq dərəcədə spirtli içki qəbul etdikdən sonra özünü yaxşı hiss etmədiyindən ayağa durmaq istəmiş, lakin müvazinətini itirmiş və yerə yıxılmışdır. Bu zaman Cavid onun qucağına götürmüş və oradan olan otaqlardan birinə aparmışdır. Onlar otaqda olarkən Cavidlə öpüşmüşlər, sonra otaqda olarkən Cavid əynində olan paltarını çıxartmış, onun cinsiyyət orqanı sərtləşmiş və o, cinsiyyət orqanını əli ilə oyantmış, sonra Cavid ona yaxınlaşmış və cinsiyyət orqanını və döşlərini əlləməyə başlamışdır. Bir neçə dəqiqə sonra Cavid boşalmış, sonra Cavid əynini geyinmiş və onlar birlikdə yatmışlar. Səhəri gün isə onlar Lerik rayonundan Şirvan şəhərinə gəlmişlər. Onlar Şirvan şəhərinə gəldikdən sonra Cavidlə telefonda danışmışlar və dəfələrlə yazışmışlar. O, Cavidə yaşının az olduğunu demiş, bu səbəbdən Cavid onunla cinsi əlaqədə olmaqdan qorxmuş, sonra Cavidlə razılaşmışlar ki, Şirvan şəhərində kirayə evdə görüşsünlər. 2023-cü ilin sentyabr ayında Cavidlə Şirvan şəhərində ünvanı yadında qalmayan mənzilə getmişlər. Onlar mənzildə olarkən yemək yemişlər və içki içmişlər. Sonra Cavidlə öpüşmüşlər, bundan sonra yenə Cavid əynində olan paltarlarını çıxartmış və həmin vaxt Cavidin cinsiyyət orqanı sərtləşmiş və o, cinsiyyət orqanını əli ilə oynatmağa başlamışdır. Həmin vaxt Cavid onun döşlərini və cinsiyyət orqanını əlləmişdir. Bir neçə dəqiqə sonra Cavid boşalmış və əynini geyinmiş və onlar həmin evdə bir müddət oturub söhbət etdikdən sonra oradan çıxmışlar və sağollaşıb ayrılmışlar. Bir müddət Cavidlə yenə yazışmışlar və telefonla danışmışlar. Sonradan o, Tik tok sosial şəbəkəsində etdiyi hərəkətlərə görə Cavidlə aralarında mübahisə yaranmış və onlar ayrılmışlar. Bundan başqa, o, bildirmişdir ki, Cavidlə aralarında cinsi əlaqə olmamış, sonuncu sadəcə onun cinsiyyət orqanını və döşlərini əlləmişdir. Ona cinsiyyət orqanın nümayiş etdirib, boşalmışdır. Cavidlə tanış olmazdan əvvəl Rahib adlı şəxslə qısa müddətli münasibət qurmuş, həmin vaxt bakirəliyi pozulmuş, sonradan Rahiblə ayrılmışlar. Hazırda Rahibin harda olmasını və yerini bilmir, onun telefon nömrəsin xatırlamır. Cavidə onunla ayrıldığından əsəbləşdiyi üçün onun barəsində onun bakirəliyini pozmasını bildirmiş, lakin sonradan etdiyi hərəkətin düzgün olmadığını fikirləşmiş və olduğu kimi ifadə vermək qərarına gəlmişdir. Hazırki ifadəsinin düzgün olduğunu bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq etməklə Təqsirləndirilən şəxs ilə barışıq əldə edildiyini, sonuncuya qarşı heç bir tələb və şikayətlərinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Ləman Babayeva, Fəridə Qasımova, Fəridənin qeyri rəsmi yaşadığı Cavidan Atayev, Fəridənin qızı, Cavidanın qardaşı Faud Atayev və dostları Təqsirləndirilən şəxs birlikdə Lerik rayonuna istirahətə getmişlər. Onlar Lerikə çatanda axşam olmuş, həmin vaxt Fəridə istirahət etmək üçün getdikləri yeri reklam edəcəkmiş, belə ki, Fəridə istirahət yerinin sahibini tanımış, onlar ora çatdıqdan sonra Fəridə onlar üçün ev kirayə götürmüş, həmin ev 3 otaq və 1 qonaqlı olmuş, sonra onlar evə girmişlər. Bundan sonra Cavidan, Cavid və Fuadda arxalarınca gəlmişlər. Sonra Cavidangil aldığı toyuq ətin doğramışlar və kabab çəkmək üçün çölə çıxmışlar. Onlarda evdə yemək üçün salat və digər şeylər hazırlamışlar. Həmin vaxt Şəhanə Axundova halsız olmuş və ürəyi bulanmışdır. Buna görə, o, yemək yeməmiş, orada olan otaqdan birinə keçmişdir. Bir müddət sonra Fəridə otağa gəlmiş və demişdir ki, Şəhanə də onlara qoşulsun. Şəhanə Fəridənin israrına görə, onların yanına gəlmiş, həmin vaxt o, Fəridəyə kömək etmiş, meyvə doğramışlar və sonra onların yanına getmişdir. Həmin vaxt təxminən 1 saat müddətinə Fəridə və yanında olan oğlanlarla müxtəlif növ spirtli içkilər qəbul etmişdir. Şəhanə artıq dərəcədə spirtli içki qəbul etdikdən sonra özünü yaxşı hiss etmədiyindən ayağa durmaq istəmiş, lakin müvazinətini itirmiş və yerə yıxılmışdır. Bu zaman Cavid onun qucağına götürmüş və oradan olan otaqlardan birinə aparmışdır. Sonradan Şahanə özü danışmışdır ki, həmin vaxt onlar otaqda olarkən Cavidlə öpüşmüşlər, sonradan da Cavidlə yazışmağa davam etmişlər. Cavidin Şahanə ilə cinsi əlaqədə olması barədə məlumatı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 20 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür, Təqsirləndirilən şəxs 20 noyabr 2023-cü il tarixdə, saat 21:55-də şübhəli şəxs qismində tutulmuş, 22 noyabr 2023-cü il tarixdə Şirvan şəhər Məhkəməsinin qərarı ilə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə-tibb ekspertizasının 20 noyabr 2023-cü il tarixi, 605 nömrəli rəyindən görünür ki, 2008-ci il təvəllüdlü X2 bədən səthində heç bir xəsarət aşkar olunmamış, X2 qızlıq pərdəsinin tamlığı pozulmuş, müddəti iki həftədən artıqdır. X4 qeyri-təbii yolla (arxa keçəcək vasitəlilə) cinsi əlaqədə olma əlamətləri aşkar olunmamış, arxa keçəcək dəliyinin qapalı olması, qıfabənzər genişlənmənin olmaması, büküşlərin hamarlaşmaması, sfinktorun tonusunun saxlanması bunu sübut edən əlamətlərdən hesab olunur. 22 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-də heç bir məlumat yoxdur. Cinayət işində olan 05 fevral 2024-cü il tarixli, “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması barədə müstəntiqin vəsatəti Şirvan şəhər prokuroru tərəfindən təmin edilməmiş, ev dustaqlığı qətimkan tədbirinin uzadılmasından imtina edilmişdir. Müstəntiqin qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-111/2-19252/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdir. 28 fevral 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsinə tövsif olunmuş, 28 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Şirvan şəhər Məhkəməsinin 1(032)-80/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmiş, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8- ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, yaşayış yerində müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını, səmimi etirafını, ilk dəfə cinayət əməli törətməsini, gənc olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlində cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cazadan azad olunması üçün əsas yoxdur. Buna görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, həmçinin hazırda iş üzrə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, ona yüngül cəza verilməsini xahiş etməsini, cəzanı ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin müddəaları, onun həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 08 ay müddət nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə ekspertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 noyabr 2023-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək və 25 aprel 2024-cü il tarixdən 25 sentyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 08 (səkkiz) ay müddət nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-80/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-80/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver