Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-80/2025 17.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:23-də Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə 03 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, məhkumluğu olan, Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 16, mənzil 21-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib daşımaqla üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda 0,386 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində daşımaqla saxlamış, 05 mart 2025-ci il tarixdə saat 20:45 radələrində Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhərin Nizami küçəsində olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Şirvan şəhər Polis Şöbəsinə gətirilib, şöbənin inzibati binasında saat 22:03 dəqiqədən 22:10 dəqiqəyədək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,386 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 05 mart 2025-ci il tarixdə səhər saat 11 radələrində Şirvan şəhəri 20 yanvar küçəsində hərəkətdə olan zaman yerdə bir ədəd gümüşü rəngdə kağız görmüş və həmin gümüşü kağız diqqətini cəlb etdiyi üçün onu yerdən götürüb içərisinə baxmışdır. Həmin vaxt gümüşü kağız bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüş və bu səbəbdən həmin bükümü istifadə etmək məqsədilə əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün axşam saat təxminən 20:45 radələrində Şirvan şəhəri Nizami küçəsində hərəkətdə olduğu vaxt Şirvan ŞPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. O, polislərdən yayınmaq istədiyi üçün polis əməkdaşları onu saxlayıb Şirvan ŞPŞ-yə gətirmişlər. Şirvan şəhər Polis Şöbəsinə gəldikdən sonra onu növbədə olan təhqiqatçının otağına gətirib, araşdırma aparılması üçün ona hüquqlarının müdafiə olunması məqsədilə vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil seçmişdir. Bir qədər keçdikdən sonra vəkil gəlmiş və üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməsi təklif edildikdə, o, əynində olan qara rəngli şalvarının sağ yan cibində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü kağıza bükülmüş metamfetamini və sol yan cibində olan “Samsung A25” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış keçirilmiş və üzərindən başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra təhqiqatçı tərəfindən təqdim etdiyi psixotrop maddə metamfetamin elektron tərəzi vasitəsi ilə çəkilmiş, 0,48 qram olması müəyyən edilmişdir. Daha sonra təqdim etdiyi bir ədəd bükümdə olan psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Eləcə də “Samsung A25” markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 05 mart 2025-ci il tarixdə saat 20:45 radələrində Şirvan ŞPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Şirvan şəhər Nizami küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin küçədə özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxslə söhbət zamanı onun gözlərinin axdığını görmüşlər. Həmin şəxs qaçaraq oradan uzaqlaşmaq istədikdə onlar tərəfindən saxlanılmış və birlikdə polis şöbəsinə gətirilmişdir. Növbətçi hissədə həmin şəxsin Şirvan şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu və istifadəçisi olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təqdim olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar kütləni, şalvarının sol yan cibindən isə 01 ədəd “Samsung A25” markalı mobil telefonu təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərək 0,48 qram təşkil etmişdir. Daha sonra isə həmin kütlə kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarışın sonunda aşkar olunanlarla bağlı protokol tərtib olunmuşdur. O da digər iştirakçılar kimi protokolun doğru olmasını öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai istintaqda Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 05 mart 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 05 mart 2025-ci il tarixdə, saat 21:25-də tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və şalvarının sol yan cibindən 01 ədəd “Samsung A25” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 06 mart 2025-ci il tarixli, 18/207 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...imza Təqsirləndirilən şəxs..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,386 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,386 qram, tədqiqata sərf olundu-0,05 qram, qalıq-0,336 qram. İş materiallarında olan 07 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 07 mart 2025-ci il tarixli, 4(032)-39/2025 saylı Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 mart 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 06 mart 2025-ci il tarixli Məhkəmə-tibbi ekspertizasının 114 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 14 mart 2025-ci il tarixli, 1595 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən Respublika Narkoloji Mərkəzində “F19.2” (Opioidlərin və psixostimulyatorların birgə qəbulu) diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan 07 mart 2025-ci il tarixli, 5(032)-77/2025 saylı Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əlaqələrinin müəyyən edilməsi, cinayət işinin istintaqının hərtərəfli, tam, obyektiv aparılmasını təmin etmək məqsədi ilə ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə 01 fevral 2025-ci il tarixdən, 06 mart 2025-ci il tarixə daxil olan və çıxan zənglərin, cavablandırılmamış zənglərin siyahısının, zəng edən abunəçilərin anket məlumatlarının, daxil olan və çıxan SMS-lərin mətnlərinin və həmin tarixlərdə yuxarıda göstərilən mobil telefon nömrəsinin və həmin nömrəyə zəng etmiş telefon nömrələrinin anten dairəsini əks etdirən məlumatların "xxxx" MMC-dən əldə edilməsi qərara alınmışdır. İş materiallarında olan 28 aprel 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azerfon MMC-dən daxil olmuş bir ədəd diskə “ACER” markalı kompüterdə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2025-ci il tarixdə saat 00:00-dan xx.xx.2025-ci il saat 00:00-dək olan müddət ərzində müxtəlif şəxslərə məxsus olan mobil nömrələrə zənglər və mesajlar olduğu müəyyən edildi, lakin iş üzrə hər hansı bir əhəmiyyət kəsb edən məlumata rast gəlinmədi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə 03 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 5-125/2-177/2025 nömrəli Hacıqabul rayon Məhkəməsinin məktubunda göstərilmişdir ki, Hacıqabul rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə barəsində cinayət işi materialı olan Təqsirləndirilən şəxs məhkəmə istintaqı davam etdirilir, yekun məhkəmə aktı qəbul edilməmişdir İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 14 aprel 2025-ci il tarixdə verilmiş 1725 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 14 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 17 mart 2025-ci il tarixli, 18-1-35/2-414/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər MX PHŞ-in polikilinika şöbəsinin narkoloji kabinetində “Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs əvvələr dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə 03 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Həmin məhkumuğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində cinayətin residivinin olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan, yəni 05 mart 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 0,336 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 02(iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 05 mart 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,336 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №1(032)-80/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-80/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver