Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-81/2023 30.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 11:10-da Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil bürosunun vəkili X5 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 19 avqust 2000-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı Şirvan şəhəri, M.Mirzəyev küçəsi, ev 30 ünvanında yerləşən evdə anası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə vaxtı sonuncunu qəsdən yumruq zərbələri ilə sağ qol nahiyyəsinə vuraraq Zərərçəkmiş şəxs sağ dirsək oynağında əzələ-bağ aparatının gərilməsi, sağ saidin yuxarı-orta 1/3-də qançırlar kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, atası Yasər, anası Pərvanə və bacısı Lamiyə ilə birlikdə yaşayır. Anası Pərvanə ilə aralarında mütəmadi olaraq sözlə mübahisə yaranmış, münasibətləri normal olmamışdır. 23 fevral 2023-cü il tarixdə, saat 14 radələrində anası Pərvanədən yemək hazırlamasını istəmiş, sonra anasına hamama getdiyini demiş, lakin anası ona komunal ödənişləri ödəmədiyi və işləmədiyinə görə çimməyə icazə vermədiyini bildirmişdir. Həmin vaxt anasına heç bir söz deməmiş, yemək yedikdən sonra anasına hazırladığı yeməyin yaxşı olmadığını demiş və aralarında mübahisə yaranmışdır. Həmin vaxt atası Yasər və bacısı Lamiyə evdə olmamışlar. Mübahisə zamanı anasının qolundan tutaraq sıxmağa başlamış, sonra anasının qol nahiyyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Daha sonra anasının qolunu buraxaraq televizora baxmağa başlamışdır. Bacısı Lamiyə yaşadıqları evə gəldikdən sonra anası baş vermiş mübahisə danışmış, sonra bacısı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra polis əməkdaşları izahatının alınması üçün onu polis şöbəsinə dəvət etdiklərini bildirmişdir. Mübahisə yaşadıqları Şirvan şəhəri, M.Mirzəyev küçəsi, ev 30 ünvanında yerləşən evdə baş vermiş və mübahisə zamanı yanlarında kənar şəxs olmamışdır. Anası Pərvanəni döyərək xəsarət yetirməsini səmimi etiraf etmişdir. Aralarında baş vermiş mübahisə 10 dəqiqə davam etmişdir. Törətdiyi əməldən peşmandır, dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə keçirilmiş ekspertiza rəyi və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 ifadəsində göstərdi ki, əri Yasər, oğlu İlkin və qızı Lamiyə ilə bilrikdə yaşayır. Oğlu İlkin ilə aralarında mütəmadi olaraq sözlə mübahisə yaranmış, münasibətləri normal olmamışdır. 23 fevral 2023-cü il tarixdə, saat 14 radələrində İlkin ondan yemək istəmiş və o, İlkinə yemək hazırlamağa başlamışdır. Həmin vaxt əri və qızı işdə olmuşlar. Sonra hazırladığı yemək İlkinin xoşuna gəlməmiş, İlkin ona öz iradlarını bildirmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı İlkin onun üzərinə gedərək qolunda tutmuş, sonra isə qol nahiyyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra İlkinə DİN-nin 102 xidmətinə məlumat verəcəyini demiş, İlkin onun qoluna yenidən yumruq zərbəsi vuraraq buraxmış və televizora baxmağa başlamışdır. Bir neçə saat keçdikdən sonra qızı Lamiyə yaşadıqları evə gəlmiş, qızına İlkinin onu döyməsi barədə bildirmiş və qızı Lamiyə bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Mübahisə yaşadıqları Şirvan şəhəri, M.Mirzəyev küçəsi, ev 30 ünvanında yerləşən evdə baş vermiş və mübahisə zamanı yanlarında kənar şəxs olmamışdır. Aralarında baş vermiş mübahisə 10 dəqiqə davam etmişdir. Ona dəymiş ziyanı ödənilmiş, əməli törətmiş şəxs ilə barışmış, ondan heç bir şikayət və ya tələbi yoxdur. İş materiallarına əlavə olunmuş məhkəmə - tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 79 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-sağ dirsək oynağında əzələ-bağ aparatının gərilməsi, sağ saidin yuxarı-orta 1/3-də qançırlar-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstəriln 23 fevral 2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, zərərçəkmiş şəxslə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Həmçinin zərərçəkmiş şəxs X1 təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, əməli törətmiş şəxslə barışmış, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı çıxış edərək zərərçəkmiş şəxsin əməli törətmiş şəxslə barışmasını nəzərə alaraq əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Beləliklə məhkəmə hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan halda Təqsirləndirilən şəxs cinayət cəzası tətbiq edilmədən barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-347, 356 və 385-ci maddələrinin tələblərini rəhbər tutub, qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbayan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-81/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-81/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver