Məhkəmə qərarları › İş №1(032)-81/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-81/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-81/2024 09.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:41-də Şirvan şəhər Məhkəməsinin hakimi X8 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X4 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək 02 il 03 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X11 ilə birlikdə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs1 avtomobil almaq məqsədi ilə bankdan onun adına 15000 (on beş min) manat məbləğində kredit rəsmiləşdirilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib inandırmaqla vahid niyyətlə əhatə olunan qəsdlə, 2021-ci ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Memar Əcəmi” metrostansiyasının yaxınlığında əlbəəl 1500 (min beş yüz) manat məbləğində pulunu, xx.xx.2021-ci il tarixdə saat 17:06 dəqiqədə Zərərçəkmiş şəxs1 tərəfindən Şirvan şəhəri, Xəqani küçəsi, “Anar Market” adlı ərzaq mağazasının daxilində yerləşən “MilliÖn” ödəmə terminalından göndərilmiş 400 (dörd yüz) manat məbləğində pulu özünə məxsus "xxxx" ASC-yə məxsus bank kartından nağdlaşdırmaqla və 2021-ci ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 tərəfindən Şirvan şəhəri, Xəqani küçəsi, “Anar Market” adlı ərzaq mağazasının daxilində yerləşən “MilliÖn” ödəmə terminalından göndərilmiş 600 (altı yüz) manat məbləğində pulu özünə məxsus "xxxx" ASC-yə məxsus bank kartından nağdlaşdırmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus “BC409665” nömrəli sürücülük vəsiqəsinə “D” kateqoriyası əlavə etdirəcəyinə dair yalan vəd verib inandıraraq, onun 2023-cü ilin may ayının ortalarında Şirvan şəhəri, 1 May küçəsində əlbəəl 700 (yeddi yüz) manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə qəsdən ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadəsində bildirdi ki, o, tanışı X11 ilə birlikdə əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs1 avtomobil almaqda köməklik göstərəcəyinə dair yalan vəd verərək onun 2021-ci ilin oktyabr ayının ortalarında 1500 (min beş yüz) manat, xx.xx.2021-ci il tarixdə 400 (dörd yüz) manat və 2021-ci ilin noyabr ayının əvvəllərində 600 (altı yüz) manat olmaqla ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pulunu ələ keçirmişdir. Bundan başqa o, Şirvan şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus “BC409665” nömrəli sürücülük vəsiqəsinə “D” kateqoriyası əlavə etdirəcəyinə dair yalan vəd verərək onun 2023-cü ilin may ayının ortalarında 700 (yeddi yüz) manat məbləğində pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxslərdən ələ keçirdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Etdiyi əməllərdən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmiş, onıarla barışmışdır. Barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ona məxsus “BC409665” nömrəli sürücülük vəsiqəsinə “D” kateqoriyası əlavə etdirəcəyinə dair yalan vəd verərək onun 2023-cü ilin may ayının ortalarında 700 (yeddi yüz) manat məbləğində pulunu ələ keçirmişdir. Hal-hazırda ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə sinif yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs və X11 ona avtomobil almaqda köməklik göstərəcəklərinə dair yalan vəd verərək onun 2021-ci ilin oktyabr ayının ortalarında 1500 (min beş yüz) manat, xx.xx.2021-ci il tarixdə 400 (dörd yüz) manat və 2021-ci ilin noyabr ayının əvvəllərində 600 (altı yüz) manat olmaqla cəmi 2500 (iki min beş yüz) manat məbləğində pulunu ələ keçirmişdir. Hal-hazırda ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan 01 iyun 2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhərində tutularaq Şirvan ŞPŞ-yə gətirilmiş, aidiyyəti üzrə ŞPŞ-nin MSY-ə təhvil verilmişdir. İş materiallarında olan 02 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərarından görünür ki, Yasamal rayon polis idarəsində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 178.2.1 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan əməlin tövsif edilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs əməli 15 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1-ci maddəsinə, 13 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.2-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 22 mart 2024-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işindən X6 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi faktına görə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan 08 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək 02 il 03 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi isə hazırda Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatındadır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin hazırlıq iclasının xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 09 iyul 2024-cü il tarixli Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 02 il 03 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, qeyd edilən hökm xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş və məhkum xx.xx.2023-cü il tarixdə qeydiyyata düşmüşdür. Belə ki, xx.xx.2023-cü il tarixə kimi Təqsirləndirilən şəxs cəzasından 04 ay 09 günü çəkilmiş, 01 il 10 ay 27 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 14 mart 2024-cü il tarixdə verilmiş 1790 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, 28 May küçəsi, ev 3, mənzil 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 14 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X2 xx.xx.2023-cü il tarixdə, anası X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ərizələrindən görünür ki, onlara dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan "xxxx" ASC-yə məxsus 09 iyul 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu maddi ziyanın, yəni 3200 manatın 25 faizi miqdarında – 800 manat dövlət büdcəsinə ödəniş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə istintaq orqanı tərəfindən ittiham düzgün irəli sürülmüş, məhkəmə istintaqı zamanı həmin ittiham onun özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinə əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəmiş, onlarla barışıq əldə etmiş və cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş, zərərçəkmiş şəxslər isə məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdıqlarını, onlara dəymiş maddi ziyanın ödənilməsini və heç bir şikayət və tələblərinin olmamasını bildirmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini və onlara dəymiş maddi ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyi və onlara dəymiş maddi ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Hazırkı iş üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışdığından və onlara dəymiş maddi ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Hazırkı iş üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şirvan şəhər məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar