Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-82/2023 03.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:25-də Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 29 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində tanışı Şahid2 yaşadığı ünvan 3 ünvana Şahid2 icazəsi əsasında daxil olaraq, sonradan Şahid2 evi tərk etməsi səbəbindən sonuncunun atası Şahid1lə evdə tək qaldıqda, əvvəlcədən evdə qızıl-zinət əşyalarının olmasını bildiyi üçün həmin qızıl-zinət əşyalarını oğurluq etmək qərarına gələrək, Şahid1 yalandan namaz qılmaq istədiyini bildirməklə, sonuncunun icazəsi ilə yataq otağına girib, orada dolabın içərisində bankada olan 647 manat dəyərində 583/585 əyarlı, 7,61 qram çəkidə üzərində kürə formalı elementlər olan, sarı rəngli 01 ədəd qızıl sırğa cütü-üzüyü, 535 manat dəyərində 583/585 əyarlı, 6,29 qram çəkidə üzərində kürə formalı elementlər olan, sarı rəngli 01 dəst qızıl sırğa cütü-üzük-kulonu, 1015 manat dəyərində 583/585 əyarlı, 11,94 qram çəkidə üzərində sarı, qırmızımtıl elementlər olan, sarı rəngli 01 dəst qızıl sırğa cütü-üzük-kulonu, 392 manat dəyərində 583/585 əyarlı, 4,61 qram çəkidə üzərində ümumilikdə 02 ədəd rəngsiz, şəffaf qaş və müxtəlif formalı elementlər olan, sarı rəngli 01 cüt qızıl sırğanı, 254 manat dəyərində 583/585 əyarlı, 2,99 qram çəkidə üzərində «X8 Tiffany & X9» yazıları olan, kürə, açar və ürək formalı elementlərdən təşkil olunmuş, sarı rəngli 01 ədəd qızıl qolbağı, 479 manat dəyərində 583/585 əyarlı, 5,63 qram çəkidə üzərində kürə formalı elementlər olan, sarı rəngli 01 ədəd qızıl kulonlu qızıl boyunbağını, 1800 manat dəyərində 750 əyarlı, 25,65 qram çəkidə, siferblatının iç tərəfində «Geneve» və «Quarz» yazıları olan, siferblatının arxa tərəfində «18k», «0, 750» damğaları olan, kilidində «750» və «İtaly» damğaları olan, 01 ədəd sarı rəngli qızıl qol saatını gizli olaraq talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 5122 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham üzrə təqsirli bildi, ifadə verərək bildirdi ki, Şirvan şəhər sakini Şahid2 təxminən 4 ilə yaxındır ki, tanıyır, sonuncunun yaşadığı evə arada gedib gəlir. Mehdinin vasitəsi ilə ailə üzvlərini tanımış, arada onların evinə gedib fəhləçiliklə məşğul olmuşdur. X6 və Fatimə adlı bacıları və Mehdinin anası Dünya yaşayır, Mehdinin atası Mahir də, onu yaxşı tanıyır. 2022-ci ilin sentyabr ayında o, Mehdigildə olarkən söhbət əsnasında Dünya gedib yataq otağından 1 dəst qızılları gətirib tək oğlu Mehdiyə saxladığını demişdir. Həmin vaxt Mehdi də, evdə olmuşdur. O, həmin vaxtdan sonra bilmişdir ki, Dünyanın yataq otağında qızıllar vardır, lakin Dünyanın həmin qızılları konkret olaraq yataq otağında haradan gətirdiyini görməmişdir. O, 2022-ci ilin iyul ayının sonunda ailə həyatı qurmuş, toy məclisinə görə müxtəlif şəxslərdən borc almış, maddi cəhətdən sıxıntısı olmuşdur. Dünyanın ona göstərdiyi qızılları görüb onları oğurlamaq qərarına gəlmişdir. Dünya ona qızılları göstərdikdən sonra iki dəfə Dünyagilə gedib Mahirə evin şiferinin vurulmasında kömək etmişdir. Sonuncu dəfə o, 29 oktyabr 2022-ci il tarixdə təxminən saat 14 radələrində Mehdinin yaşadığı küçədən keçərkən Mehdinin səsini eşitmiş, evin küçə qapısını döymüş, Mehdi qapını açıb onu evə dəvət etmiş, Mahir həyətdə olmuş, onu görüb demişdir ki, elə yaxşı gəlmiş, ona şiferin vurulmasında köməklik edər. O, Mahirlə birlikdə evə keçmiş, lakin Mehdi evə keçməmiş, saçını kəsdirəcəyini deyib evdən çıxıb getmişdir. O, Mahirlə evdə qalmış, evdə Mahirlə söhbət etmişdir. Evdə təkcə Mahirin olduğunu görüb oğurluq etmək qərarına gəlmiş və yalandan Mahirə demişdir ki, namaz qılmaq istəyir, ona bir otaq göstərsin. Mahir də, ona Dünyanın qızılları gətirib ona göstərdiyi yataq otağını göstərib orada namaz qıla biləcəyini demişdir. O, həmin otağa keçmiş, qapını içəridən bağlamış, maddi cəhətdən sıxıntı olduğundan oğurluq etməyi qətiləşdirib yataq otağında olan dolabı açmış, bankanın içərisində olan qızıl-zinət əşyalarını görmüş, bankanı götürüb içərisində olan qızıl-zinət əşyaları götürüb cibinə qoymuşdur. Təxminən 15 dəqiqə otaqda qalmış, dolabdan başqa heç yeri axtarmamış, sonra otağın qapısını açıb evdən həyətə çıxmışdır. Görmüşdür ki, Mahir evin şiferini vurur, Mahir ona kömək etməyini demiş, təxminən 5 dəqiqə Mahirə kömək etmiş, sonra köməyə ehtiyacı olmadığını demiş və o, oradan çıxıb yaşadığı evə getmişdir. Evin həyətində olan tualetə girib az əvvəl oğurladığı qızıl-zinət əşyalarına baxdıqda içərisində 3 dəst qızıllar, 1 ədəd qolbağ, 1 ədəd üzük və 1 ədəd qızıl saatı görmüşdür. Sonra yenə həmin qızılları cibinə qoyub evə keçmişdir. Evdə anası, qardaşı və qardaşının arvadı olmuşdur. Onlara oğurluq etdiyini deməmişdir. 31 oktyabr 2022-ci il tarixdə yaşadığı evdən çıxıb Şirvan şəhərində yerləşən "xxxx"-a getmişdir. Oğurluq etdiyi qızılları həmin bankda işləyən bir nəfər cavan oğlana vermiş, həmin bankdan 18 aya verəcəyi müqabilində 2000 manat kredit götürmüşdür. Bankda işləyən şəxs ondan qızılların kimə məxsus olduğunu soruşduqda özünə məxsus olduğunu demişdir. 2000 manat pulu bankdan götürüb aparıb borc götürdüyü bir nəfər şəxsin plastik bank kartına 1100 manat pul köçürtmüşdür. Qalan 900 manat puldan Elit bazarı deyilən yerə qızıl mağazasına borcu olduğundan 100 manatı həmin yerə, Bank Respublika bankına krediti olduğundan 422 manat köçürtmüşdür. Qalan 400 manata yaxın pulu isə öz ehtiyacı üçün müxtəlif yerlərə xərcləmişdir. Sonradan Şirvan polisləri onu polis şöbəsinə aparmışlar, o, etdiyi oğurluğu səmimi olaraq etiraf etmiş, təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ifadəsi yerində yoxlanılarkən qızıl-zinət əşyalarını haradan və necə oğurladığını, oğurladıqdan sonra aparıb Şirvan şəhərində yerləşən "xxxx"-a verdiyi yeri əyani olaraq polis əməkdaşına göstərmişdir. Zərərçəkmiş şəxsdən üzr istəmişdir, əməlindən peşmandır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, anası və bacısına məxsus yaşadıqları evdə, anasının yatdığı otaqda, dolabın içərisində olan bankada qızıl-zinət əşyaları vardır. Həmin qızılların orada olduğunu anası bilmişdir. 31 oktyabr 2022-ci il tarixdə təxminən saat 14 radələrində evdə o, qardaşı, bacısı və anası olmuşlar. Anası ona demişdir ki, evdə qızılları qoyduğu banka oradadır, lakin içərisində qızıllar yoxdur. Ailə üzvləri birlikdə həmin yerə baxdıqda qızılların olmadığını aşkar etmişlər. Bundan sonra o, bu barədə Şirvan ŞPŞ-nə müraciət etmişdir. Həmin bankanın içərisində ayrı-ayrılıqda sellofanda ümumilikdə 6540 manat dəyərində qızıl-zinət əşyaları olmuşdur. Həmin vaxt orada anasının onlara deməsindən məlum olmuşdur ki, sonuncu dəfə həmin yerdə qızıl-zinət əşyalarını 29 oktyabr 2022-ci il tarixdə təxminən saat 13 radələrində anası qızıllara açıb baxmış, qonşuluqlarında məclis olduğundan anası həmin qızılları istifadə etmək istəmiş, lakin sonradan götürməyib, yerinə qoymuşdur. Polisə müraciət etdikdən sonra evindən qızılları qardaşının tanışı Ehtibarın oğurladığı müəyyən olunmuş, belə ki, 29 oktyabr 2022-ci il tarixdə Ehtibar saat 14 radələrində onun yaşadığı evə gəlib və evdə atası ilə olarkən atasına şiferin vurulmasında köməklik göstərmiş, həmin ərəfədə də namaz qılmaq adı ilə anasının otağından qızılları oğurlamışdır. Oğurlanan qiyməti 300 manat olan 1 ədəd 3 qramlıq 585 əyyarlı, üzərində açar və ürək olan qızıl qolbağ, qiyməti 200 manat olan 1 ədəd 3 qramlıq 585 əyyarlı qızıl üzük, qiyməti 3000 manat olan 1 ədəd 25 qramlıq 750 əyyarlı qadın üçün qızıl qol saatı, qiyməti 1380 manat olan 1 dəst 15 qramlıq 585 əyyarlı qızıl sırğa, üzük və boyunbağı, qiyməti 1100 manat olan 1 dəst 12 qramlıq 585 əyyarlı klon, sırğa və üzük, qiyməti 560 manat olan 1 dəst 6 qramlıq 585 əyyarlı klon, sırğa və üzük olmuşdur. Ümumilikdə ailə üzvlərinə 6540 manat dəyərində ziyan dəymişdir. Ayrı-ayrılıqda 12 qramlıq qızıl dəst və 1 ədəd qızıl qolbağ ona, 1 dəst 15 qramlıq və 1 ədəd 3 qramlıq qızı üzük anasına və 1 ədəd 25 qram qızıl qol saatı və 1 dəst 6 qram qızıllar bacısına məxsusdur. Həmin qızıllar onlara qaytarılmışdır. Təqsirləndirilən şəxsin barəsində qanunla müəyyən edilmiş ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 Zaid oğlu ifadə verərək göstərdi ki, Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi ev 5, mənzil 1-də ailəsi ilə birlikdə yaşayır. Ailə üzvlərinə məxsus qızıl-zinət əşyalarını arvadı Dünya öz otağında saxlamışdır. Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır, sonuncu ilə aralarında ədavət və ya düşmənçilikləri olmamışdır. Ehtibar oğlu Mehdinin tanışıdır və dəfələrlə onların yaşadıqları evdə olmuş, sonuncu dəfə isə evlərində 29 oktyabr 2022-ci il tarixdə olmuşdur. Belə ki, həmin gün saat 14 radələrində yaşadıqları evdə olan zaman qapı döyülmüş və gələn Ehtibar olmuşdur. X7 evə dəvət etmiş, həmin vaxt o, Ehtibara demişdir ki, yaxşı ki gəlmiş, ona kömək edər. Oğlu Mehdi isə həmin an saçını kəsdirmək üçün bərbərxanaya getmişdir. Evdə olarkən Ehtibar namaz qılmaq istədiyini və hansı otaqda qıla biləcəyini soruşduqda, o, Ehtibarı arvadının yataq otağına yola salmış, özü isə həyətdə iş görmüşdür. Təxminən 10 dəqiqə sonra Ehtibar namazını qılıb yanına gəlmiş və ona şifer vurulmasında bir neçə dəqiqə kömək etdikdən sonra çıxıb getmişdir. Növbəti gün o, işi ilə bağlı Qarabağ ərazisinə getmişdir. Orada olarkən evdən ona məlumat vermişlər ki, evlərində olan qızıllar oğurlanmışdır. Bununla bağlı qızı Fatimə polisə müraciət etmiş və polis şöbəsində sonradan qızılları Ehtibar tərəfindən oğurlanması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 və Şahid4, ibtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid2 Şahid1 Zaid oğlunun ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 5, mənzil 1 ünvanıdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli «istintaq hərəkətlərinin məcburi aparılması barədə» qərarından, baxış və götürmə aparılması haqqında 25 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC-nin Şirvan şəhər filialına kredit götürülməsi məqsədilə girov qoyulmuş qızıl-zinət əşyaları Şirvan şəhər Məhkəməsinin qərarı ilə müstəntiq tərəfindən götürülmüş və həmin qızıl-zinət əşyalarına baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Şirvan filialından təqdim edilən 11,9 qramlıq 585 əyyarlı qızıl sırğa, klon və üzükdən ibarət komplekt dəst, 13,2 qramlıq 585 əyyarlı qızıl sırğa, üzük və boyunbağıdan ibarət komplekt dəst, 4 qramlıq 585 əyyarlı qızıl sırğa və Triondan ibarət dəst, 1 ədəd 4,6 qramlıq 585 əyyarlı qızıl üzük, 1 ədəd 2,3 qramlıq 585 əyyarlı qızıl üzük, 1 ədəd 3 qramlıq 585 əyyarlı qızıl qolbağ və 1 ədəd 21 qramlıq 750 əyyarlı qızıl qol saatı baxış və götürmədə iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən tanınaraq ona məxsus yaşadığı evdən məhz Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bildirmişdir. Təqdim edilən qızıl-zinət əşyaları üzərində hər hansı bir ləkə və zədələr aşkar olunmamışdır. İş materiallarında olan Ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 dekabr 2022ci il tarixli, 3427 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 fevral 2023-cü il tarixli, 6/621-9/729 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 dəst sırğa cütü-üzük, 2 ədəd sırğa cütü-üzük-kulon, 1 cüt sırğa, 1 ədəd qolbaq və 1 ədəd kolunlu boyunbağının hər biri 583/585 əyarlı qızıldan 1 ədəd qol saatı 750 əyarlı qızıldan hazırlanmışdır. Təqdim olunmuş məmulatların üzərlərində qaş olanların qaşları qiymətli qaşlara aid deyildir. Ekspertiza tədqiqatına təqdim edilmiş 583/585 əyarlı, 7,61 qram çəkidə üzərində kürə formalı elementlər olan, sarı rəngli 01 ədəd qızıl sırğa cütü-üzüyün 2022-ci ilin oktyabr ayına olan orta-bazar qiyməti 647 manat, 583/585 əyarlı, 6,29 qram çəkidə üzərində kürə formalı elementlər olan, sarı rəngli 01 dəst qızıl sırğa cütü-üzük-kulonun 2022-ci ilin oktyabr ayına olan orta-bazar qiyməti 535 manat, 583/585 əyarlı, 11,94 qram çəkidə üzərində sarı, qırmızımtıl elementlər olan, sarı rəngli 01 dəst qızıl sırğa cütü-üzük-kulonun 2022-ci ilin oktyabr ayına olan orta-bazar qiyməti 1015 manat, 583/585 əyarlı, 4,61 qram çəkidə üzərində ümumilikdə 02 ədəd rəngsiz, şəffaf qaş və müxtəlif formalı elementlər olan, sarı rəngli 01 cüt qızıl sırğanın 2022-ci ilin oktyabr ayına olan orta-bazar qiyməti 392 manat, 583/585 əyarlı, 2,99 qram çəkidə üzərində «X8 Tiffany & X9» yazıları olan, kürə, açar və ürək formalı elementlərdən təşkil olunmuş, sarı rəngli 01 ədəd qızıl qolbağın 2022-ci ilin oktyabr ayına olan orta-bazar qiyməti 254 manat, 583/585 əyarlı, 5,63 qram çəkidə üzərində kürə formalı elementlər olan, sarı rəngli 01 ədəd qızıl kulonlu qızıl boyunbağının 2022-ci ilin oktyabr ayına olan orta-bazar qiyməti 479 manat, 750 əyarlı, 25,65 qram çəkidə, siferblatının iç tərəfində «Geneve» və «Quarz» yazıları olan, siferblatının arxa tərəfində «18k», «0, 750» damğaları olan, kilidində «750» və «İtaly» damğaları olan, 01 ədəd sarı rəngli qızıl qol saatın 2022-ci ilin oktyabr ayına olan orta-bazar qiyməti 1800 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Şirvan şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Şirvan şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 29 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində tanışı Şahid2 yaşadığı ünvan 3 ünvana Şahid2 icazəsi əsasında daxil olaraq, sonradan Şahid2 evi tərk etməsi səbəbindən sonuncunun atası Şahid1lə evdə tək qaldıqda, əvvəlcədən evdə qızıl-zinət əşyalarının olmasını bildiyi üçün həmin qızıl-zinət əşyalarını oğurluq etmək qərarına gələrək, Şahid1 yalandan namaz qılmaq istədiyini bildirməklə, sonuncunun icazəsi ilə yataq otağına girib, orada dolabın içərisində bankada olan 647 manat dəyərində 583/585 əyarlı, 7,61 qram çəkidə üzərində kürə formalı elementlər olan, sarı rəngli 01 ədəd qızıl sırğa cütü-üzüyü, 535 manat dəyərində 583/585 əyarlı, 6,29 qram çəkidə üzərində kürə formalı elementlər olan, sarı rəngli 01 dəst qızıl sırğa cütü-üzük-kulonu, 1015 manat dəyərində 583/585 əyarlı, 11,94 qram çəkidə üzərində sarı, qırmızımtıl elementlər olan, sarı rəngli 01 dəst qızıl sırğa cütü-üzük-kulonu, 392 manat dəyərində 583/585 əyarlı, 4,61 qram çəkidə üzərində ümumilikdə 02 ədəd rəngsiz, şəffaf qaş və müxtəlif formalı elementlər olan, sarı rəngli 01 cüt qızıl sırğanı, 254 manat dəyərində 583/585 əyarlı, 2,99 qram çəkidə üzərində «X8 Tiffany & X9» yazıları olan, kürə, açar və ürək formalı elementlərdən təşkil olunmuş, sarı rəngli 01 ədəd qızıl qolbağı, 479 manat dəyərində 583/585 əyarlı, 5,63 qram çəkidə üzərində kürə formalı elementlər olan, sarı rəngli 01 ədəd qızıl kulonlu qızıl boyunbağını, 1800 manat dəyərində 750 əyarlı, 25,65 qram çəkidə, siferblatının iç tərəfində «Geneve» və «Quarz» yazıları olan, siferblatının arxa tərəfində «18k», «0, 750» damğaları olan, kilidində «750» və «İtaly» damğaları olan, 01 ədəd sarı rəngli qızıl qol saatını gizli olaraq talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 5122 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin tərkibini təşkil edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin mülkiyyət münasibətlərinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın aradan qaldırılmasını, cinayətin ictimai təhlükəliliyini azalda bilən digər halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustağlığında olması müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməli, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməməsi, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsini iş yerini dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsini yerinə yetirmək vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalı, qızıl-zinət əşyalarının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 140 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdən 03 may 2023-cü il tarixədək 5 ay 28 gün həbsdə və ev dustağlığında olması müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 11 ay 26 gün çıxılmaqla qəti olaraq ona 02 (iki) il 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə cəza çəkdiyi müddətdə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, daimi yaşayış yeri olan Şirvan şəhəri, Xaqani küçəsi, ev 616 ünvanında yerləşən evi hər gün saat 23.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə, cəzasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın, qızıl zinətəşyalarının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri – 140 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-82/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-82/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver