Məhkəmə qərarları › İş №1(032)-82/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-82/2025

09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-82/2025 09.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:12-də Şirvan şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X8, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Salyan rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum edilməmiş, evli, orta-texniki təhsilli, işsiz, azərbaycanlı, Şirvan şəhəri, Nizami küçəsi, ev 70 qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə özgənin ona etibar edilmiş xeyli miqdarda əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Şirvan şəhəri, ünvan 2 ünvanında fəaliyyət göstərən bütün səhmləri dövlətə məxsus olan "xxxx" MMC-də (indiki adı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cihaz İstehsalat Birliyi MMC-nin X92 İstehsalat müəssisəsinin Telemexanika idarəetmə şöbəsi) xx.xx.2007-ci il tarixdə mühasib vəzifəsinə keçirilmiş, müvafiq qaydada ona elan edilmiş vəzifə təlimatına, həmçinin “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” -nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 189 nömrəli qərarın 1.1-ci maddəsinə əsasən zavodda işləyən əmək qabiliyyətlərini 14 gündən artıq müvəqqəti itirmiş işçilərə sığortaedənin, yəni Azərbaycan Respublikası Əmək və X53 Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməli olan kompensasiyanı elektron informasiya sistemi vasitəsilə ödəməsini həyata keçirməli olmasına baxmayaraq maddi-məsul vəzifəli şəxs qismində xx.xx.2020-ci il tarixdən, xx.xx.2024-cü il tarixədək olan dövr ərzində vəzifə səlahiyyətlərini yerinə yetirərkən vahid niyyətlə əhatə olunan qəsdlə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını talama məqsədilə Dövlət Sosial Müdafiə Fondunun X4 Sisteminə daxil olub zavodda ştamplayıcı vəzifəsində işləyən X31 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2020-ci il tarixdə ödənilməli olan 46,28 manat, xx.xx.2020-ci il tarixdə ödənilməli olan 138,83 manat, zavodda nəzarətçi vəzifəsində işləyən X32 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2020-ci il tarixdə ödənilməli olan 19,55 manat, zavodda sınaqçı vəzifəsində işləyən X33 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2020-ci il tarixdə ödənilməli olan 57,39 manat, zavodda usta vəzifəsində işləyən X23 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2020-ci il tarixdə ödənilməli olan 23,51 manat, zavodda sazlayıcı vəzifəsində işləyən X58 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2020-ci il tarixdə ödənilməli olan 26,85 manat, zavodda qalvançı vəzifəsində işləyən X46 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2020-ci il tarixdə ödənilməli olan 92,31 manat, zavodda aparıcı mühəndis vəzifəsində işləyən X40 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2020-ci il tarixdə ödənilməli olan 399,02 manat, zavodda dülgər vəzifəsində işləyən X15 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əhatə olan xəstəlik dövrü üçün xx.xx.2021-ci il tarixdə ödənilməli olan 80,61 manat, zavodda laklayıcı vəzifəsində işləyən X47 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2021-ci il tarixdə ödənilməli olan 296,04 manat, zavodda dəzgahçı vəzifəsində işləyən X24 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2021-ci il tarixdə ödənilməli olan 208,39 manat, zavodda çilingər vəzifəsində işləyən X41 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2021-ci il tarixdə ödənilməli olan 31,91 manat, zavodda təmirçi vəzifəsində işləyən X20 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2021-ci il tarixdə ödənilməli olan 278,55 manat, zavodda operator vəzifəsində işləyən X25 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2021-ci il tarixdə ödənilməli olan 278,09 manat, zavodda sazlayıcı-operator vəzifəsində işləyən X59 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2021-ci il tarixdə ödənilməli olan 338,11 manat, zavodda tornaçı vəzifəsində işləyən X26 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2021-ci il tarixdə ödənilməli olan 193,58 manat, zavodda frezləyici vəzifəsində işləyən X27 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2022-ci il tarixdə ödənilməli olan 704,47 manat, zavodda çilingər vəzifəsində işləyən X41 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2022-ci il tarixdə ödənilməli olan 32,42 manat, zavodda frezləyici vəzifəsində işləyən X16 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2022-ci il tarixdə ödənilməli olan 375,11 manat, zavodda sazlayıcı vəzifəsində işləyən X42 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2022-ci il tarixdə ödənilməli olan 64,30 manat, zavodda laklayıcı vəzifəsində işləyən X28 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2022-ci il tarixdə ödənilməli olan 239,45 manat, zavodda sazlayıcı operator vəzifəsində işləyən X48 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əhatə olunan dövr üçün xx.xx.2022-ci il tarixdə ödənilməli olan 39,20 manat, zavodda elektrik montyoru vəzifəsində işləyən X11 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2023-cü il tarixdə ödənilməli olan 70,88 manat olmaqla ümumilikdə 4.034,85 manat məbləğində pul vəsaitini yuxarıda adları qeyd olunan əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərin bank hesablarına köçürməli olduğu halda həmin əməliyyatları həyata keçirən zaman bilə-bilə tamah niyyətilə rəsmi informasiya resursuna yalan məlumat, yəni özünə məxsus "xxxx" ASC-nin ******************** nömrəli bank rekvizitlərini daxil edib vəzifə saxtakarlığı edərək həmin pulun öz əməkhaqqı bank kartına köçürülməsini təmin etməklə, həmçinin zavodda nəzarətçi vəzifəsində işləyən X7 xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2020-ci il tarixdə ödənilməli olan 34,83 manat, zavodda tornaçı vəzifəsində işləyən X26 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2020-ci il tarixdə ödənilməli olan 31,54 manat, zavodda xadimə vəzifəsində işləyən X17 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2020-ci il tarixdə ödənilməli olan 34,84 manat, zavodda ştamplayıcı vəzifəsində işləyən X12 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2020-ci il tarixdə ödənilməli olan 24,36 manat, zavodda sınaqçı vəzifəsində işləyən X49 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2020-ci il tarixdə ödənilməli olan 54,28 manat, zavodda sazlayıcı vəzifəsində işləyən X18 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2020-ci il tarixdə ödənilməli olan 49,20 manat, zavodda qalvançı vəzifəsində işləyən X34 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2021-ci il tarixdə ödənilməli olan 18,01 manat, zavodda çilingər vəzifəsində işləyən X21 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2021-ci il tarixdə ödənilməli olan 239,58 manat, zavodda anbardar vəzifəsində işləyən X50 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2021-ci il tarixdə ödənilməli olan 36,63 manat, zavodda termist vəzifəsində işləyən X35 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2021-ci il tarixdə ödənilməli olan 112,17 manat, zavodda sazlayıcı vəzifəsində işləyən X36 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2021-ci il tarixdə ödənilməli olan 37,22 manat olmaqla ümumilikdə 672,66 manat məbləğində pul vəsaitini yuxarıda adları qeyd olunan əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərin bank hesablarına köçürməli olduğu halda həmin əməliyyatları həyata keçirən zaman bilə-bilə tamah niyyətilə rəsmi informasiya resursuna yalan məlumat hesab olunan zavodda operator vəzifəsində işləyən X37 məxsus "xxxx" ASC-nin ******************** nömrəli bank rekvizitlərini daxil edib vəzifə saxtakarlığı edərək həmin məbləğdə pul vəsaitinin törədilmiş cinayətdən xəbərsiz olan Sənubər Əlizadənin əməkhaqqı bank kartına köçürülməsini təmin edib yaxın rəfiqəsi olduğu üçün sonuncudan müvəqqəti istifadə etmək məqsədilə bank kartını alıb istifadə edərək həmin pul vəsaitini nağdlaşdırmaqla, həmçinin zavodda xadimə vəzifəsində işləyən X17 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2020-ci il tarixdə ödənilməli olan 108,61 manat, zavodda termist vəzifəsində işləyən X38 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2022-ci il tarixdə ödənilməli olan 531,50 manat, zavodda presləyici vəzifəsində işləyən X29 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2022-ci il tarixdə ödənilməli olan 72,99 manat, zavodda ştamplayıcı vəzifəsində işləyən X13 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2022-ci il tarixdə ödənilməli olan 904,55 manat, zavodda laklayıcı vəzifəsində işləyən X9 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2023-cü il tarixdə ödənilməli olan 35,69 manat, zavodda termist vəzifəsində işləyən X38 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əhatə olunan xəstəlik dövrü üçün xx.xx.2023-cü il tarixdə ödənilməli olan 622,89 manat olmaqla ümumilikdə 2.276,23 manat məbləğində pul vəsaitini yuxarıda adları qeyd olunan əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərin bank hesablarına köçürməli olduğu halda həmin əməliyyatları həyata keçirən zaman bilə-bilə tamah niyyətilə rəsmi informasiya resursuna yalan məlumat hesab olunan zavodda operator vəzifəsində işləyən X17 məxsus "xxxx" ASC-nin ******************** nömrəli bank rekvizitlərini daxil edib vəzifə saxtakarlığı edərək həmin məbləğdə pul vəsaitinin törədilmiş cinayətdən xəbərsiz olan Cəmilə Quliyevanın əməkhaqqı bank kartına köçürülməsini təmin edib sonuncunun bank kartı həmin dövrdə özündə olduğu üçün bank kartından istifadə edərək həmin pul vəsaitini nağdlaşdırmaqla cəmi 6.983,74 (altı min doqquz yüz səksən üç manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaitini, yəni ona etibar edilmiş özgə əmlakını qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəmə yolu ilə talayıb şəxsi ehtiyaclarına sərf etməklə Azərbaycan Respublikası Əmək və X44 Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsini iş üzrə qarşılıqlı olaraq tədqiq edilmiş sübutlar əsasında vermişdir. Hal-hazırda onun qeyd olunan iş üzrə məhkəmədə verdiyi ifadəsi istintaq zamanı verdiyi ifadəsindən ibarətdir. Belə ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi konkret olaraq rəqəmlərə və konkret zaman göstərilən tarixlərə və yadda saxlanılması mümkün olmayan bank hesablarına əsaslanır, bu səbəbdən ibtidai istintaq zamanı verdiyi ifadəsini tam olaraq təsdiq edir. İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.1988-ci il tarixdən Şirvan şəhərində yerləşən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cihaz İstehsalat Birliyi MMC-nin X92 İstehsalat müəssisəsinin Telemexanika idarəetmə şöbəsində işləmişdir. xx.xx.2007-ci il tarixdən xx.xx.2025-ci il tarixdən həmin müəssisədə əmək haqqı üzrə mühasib vəzifəsində işləmişdir. Aylıq əməkhaqqısı 533 manat olmuş, əməkhaqqını "xxxx" ASC-yə məxsus plastik bank kartları vasitəsilə almışdır. Mühasib qismində vəzifə təlimatına aiddir: işçilərin əməkhaqqlarının hesablanması, əmək məzuniyyətinə buraxılan işçilərin məzuniyyət ödənişlərinin hesablanması, bülleten əsasında əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin kompensasiya qismində almalı olduqları məbləğlərin hesablanması, aylıq əməkhaqqı cədvəllərinin tərtib edilməsi, Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə kompensasiya ödənilməsini təmin etmək üçün elektron informasiya sisteminə məlumatları daxil etmək və.s. Müəssisəsin maliyyə şöbəsində cəmi 4 nəfər işçi vardır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən onun barəsində aparılan yoxlama və həmin yoxlamanın nəticəsində başlanılmış cinayət işindən məlumatı vardır. Yoxlama zamanı törətdiyi cinayət əməlini tam şəkildə qəbul edərək etirafedici izahatını təqdim etmişdir. Həyat yoldaşı X19 2014-cü ildən ağır dərəcəli ürək xəstəsidir. Ərinin xəstəliyi ilə əlaqədar çoxlu pula ehtiyacı olmuşdur. Həyat yoldaşının xəstəliyi ilə əlaqədar Bakı şəhərində yerləşən özəl xəstəxanalara çoxlu pullar vermişdir. Ona görə də özünə əlavə qazanc mənbəyi qismində müəssisədə işləyən işçilər əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı işə gəlmədikləri vaxtlarda 14 iş günü keçdikdən sonra DSMF tərəfindən ödənilən kompensasiyanı mənimsəmişdir. Belə ki, işçi xəstəliyinin olmasının təsdiqi ilə bağlı müvafiq xəstəxanadan bülleten kağızı əldə etmiş və həmin kağızın əsilini kadrlar şöbəsinə təqdim etmişdir. Daha sonra kadrlar xidmətinin əməkdaşı bülleteni ona təqdim etmişdir. Müəssisənin rəhbərinin adına rəsmiləşdirilmiş “Elektron Hökumət” portalına daxil olduqdan sonra əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərə kompensasiya ödənilməsi üçün müvafiq səhifə olmuşdur. Həmin səhifəyə daxil olduqdan sonra müvafiq olaraq əmək qabiliyyətini müvəqqəti ititmiş işçinin şəxsi məlumatlarını qeyd etmişdir. Daha sonra yeni səhifə açılmış, həmin səhifədə bülleten və protokolun məlumatlarını doldurmuşdur. Bütün bu prosedurları yerinə yetirdikdən sonra sonuncu səhifə açılmış, həmin səhifədə əmək qabiliyyətini müvəqqəti itirmiş işçinin bank rekvizitləri daxil edilməlidir. O, işçilərin bank rekvizitlərini yazmaq əvəzinə özünə, Sənubər Əlizadə və Cəmilə Quliyevaya aid bank rekvizitlərini qeyd etməklə kompensasiyaların həmin kartlara köçürülməsini təmin etmişdir. Daha sonra həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Əsasən pulları həyat yoldaşının xəstəliyi ilə əlaqədar tibbi xərclərə ödəmişdir. 2020-ci ildə müəssisənin mühasibatlıq "xxxx" ASC-dən alınaraq "xxxx" ASC-yə həvalə edilmişdir. Həmin vaxt X17 məxsus bank kartı onda qalmışdır. O da həmin bank kartından DSMF tərəfindən ödənilən kompensasiyanı mənimsəmək üçün istifadə etmişdir. X64 törətdiyi cinayət əməllərindən xəbəri olmamışdır. X51 zavodda operator vəzifəsində işləmiş, Sənubər ilə yaxın dost münasibəti olmuşdur. O, öz bank hesabından çox istifadə etdiyini başa düşdükdən sonra şübhə yaratmamaq üçün Sənubərə məxsus bank hesabının rekvizitlərini qeyd edib DSMF tərəfindən ödənilən kompensasiyanı mənimsəmişdir. Sənubərin istifadə etmədiyi "xxxx" ASC-yə məxsus bank kartına bir neçə halda pulları köçürmüş və hər dəfə Sənubərdən kartı bir saatlıq götürüb pulları nağdlaşdırmışdır. Sənubər ona kartı nə üçün istifadə etdiyini soruşduqda Sənubərə qohumlarının karta pul köçürdüyünü, öz kartına köçürdükdə komissiya tutulduğunu demişdir. Sənubər ilə dost olduğu üçün ona inanmış və kartı vermişdir. O, kartdan bankomat vasitəsilə pulları nağdlaşdırdıqdan sonra yenidən kartı Sənubərə qaytarmışdır. Sənubərin onun törətdiyi cinayət əməllərindən heç bir məlumatı olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF tərəfindən təqdim edilmiş cədvəldə göstərilən məlumatları təsdiq edir. Həqiqətən də xx.xx.2020-ci il tarixdə X31 ödənilməli olan 46,28 manat, xx.xx.2020-ci il tarixdə ödənilməli olan 138,83 manat, xx.xx.2020-ci il tarixdə X32 ödənilməli olan 19,55 manat, xx.xx.2020-ci il tarixdə X33 ödənilməli olan 57,39 manat, xx.xx.2020-ci il tarixdə X23 ödənilməli olan 23,51 manat, xx.xx.2020-ci il tarixdə X58 ödənilməli olan 26,85 manat, xx.xx.2020-ci il tarixdə X46 ödənilməli olan 92,31 manat, xx.xx.2020-ci il tarixdə X40 ödənilməli olan 399,02 manat, xx.xx.2021-ci il tarixdə X15 ödənilməli olan 80,61 manat, xx.xx.2021-ci il tarixdə X47 ödənilməli olan 296,04 manat, xx.xx.2021-ci il tarixdə X24 ödənilməli olan 208,39 manat, xx.xx.2021-ci il tarixdə X41 ödənilməli olan 31,91 manat, xx.xx.2021-ci il tarixdə X20 ödənilməli olan 278,55 manat, xx.xx.2021-ci il tarixdə X25 ödənilməli olan 278,09 manat, xx.xx.2021-ci il tarixdə X59 ödənilməli olan 338,11 manat, xx.xx.2021-ci il tarixdə X26 ödənilməli olan 193,58 manat, xx.xx.2022-ci il tarixdə X27 ödənilməli olan 704,47 manat, xx.xx.2022-ci il tarixdə X41 ödənilməli olan 32,42 manat, xx.xx.2022-ci il tarixdə X16 ödənilməli olan 375,11 manat, xx.xx.2022-ci il tarixdə X11 ödənilməli olan 70,88 manat, xx.xx.2022-ci il tarixdə X42 ödənilməli olan 64,30 manat, xx.xx.2022-ci il tarixdə X28 ödənilməli olan 239,45 manat, xx.xx.2022-ci il tarixdə X48 ödənilməli olan 39,20 manat olmaqla ümumilikdə 4.034,85 manat məbləğində pul vəsaitini yuxarıda göstərilən tarixlərdə özünə məxsus olan "xxxx" ASC-yə aid ******************** nömrəli bank hesabına köçürməsini etmişdir. Həmin məbləğdə pul vəsaitləri bank kartına köçdükdən sonra pulları öz şəxsi ehtiyaclarına sərf etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF tərəfindən təqdim edilmiş cədvəldə göstərilən məlumatları təsdiq edir. Həqiqətən də xx.xx.2020-ci il tarixdə X7 ödənilməli olan 34,83 manat, xx.xx.2020-ci il tarixdə X26 ödənilməli olan 31,54 manat, xx.xx.2020-ci il tarixdə X17 ödənilməli olan 34,84 manat, xx.xx.2020-ci il tarixdə X12 ödənilməli olan 24,36 manat, xx.xx.2020-ci il tarixdə X49 ödənilməli olan 54,28 manat, xx.xx.2020-ci il tarixdə X18 ödənilməli olan 49,20 manat, xx.xx.2021-ci il tarixdə X34 ödənilməli olan 18,01 manat, xx.xx.2021-ci il tarixdə X21 ödənilməli olan 239,58 manat, xx.xx.2021-ci il tarixdə X50 ödənilməli olan 36,63 manat, xx.xx.2021-ci il tarixdə X35 ödənilməli olan 112,17 manat, xx.xx.2021-ci il tarixdə X36 ödənilməli olan 37,22 manat olmaqla ümumilikdə 672,66 manat manat məbləğində pul vəsaitini həmin şəxslərin bank hesablarına deyil, X37 məxsus "xxxx" ASC-yə aid ******************** nömrəli bank hesabına köçürmüş və daha sonra Sənubərdən kartını alıb pulları bankomatlar vasitəsilə nağdlaşdırıb öz şəxsi ehtiyaclarına sərf etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF tərəfindən təqdim edilmiş cədvəldə göstərilən məlumatları təsdiq edir. Həqiqətən də xx.xx.2020-ci il tarixdə X17 ödənilməli olan 108,61 manat, xx.xx.2022-ci il tarixdə X38 ödənilməli olan 531,50 manat, xx.xx.2022-ci il tarixdə X29 ödənilməli olan 72,99 manat, xx.xx.2022-ci il tarixdə X13 ödənilməli olan 904,55 manat, xx.xx.2023-cü il tarixdə X9 ödənilməli olan 35,69 manat, xx.xx.2023-cü il tarixdə X38 ödənilməli olan 622,89 manat olmaqla ümumilikdə 2276,23 manat məbləğində pul vəsaitini həmin şəxslərin bank hesablarına deyil, X17 məxsus "xxxx" ASC-yə aid ******************** nömrəli bank hesabına köçürmüşdür. Daha sonra Cəmilə Quliyevanın bank kartı onda olduğu üçün həmin kartdan bankomat vasitəsilə istifadə edib pulları nağdlaşdırmış və öz şəxsi ehtyaclarına xərcləmişdir. Daxili araşdırma zamanı ilkin izahatında X3 olan 399,02 manat, X1 olan 239,45 manat və X2 olan 704,47 manat məbləğində pul vəsaitlərin səhvən öz hesabına köçürdüyünü və daha sonra pulları nağdlaşdırıb həmin şəxlsərə verdiyini bildirmişdir. Həmin zaman pulları ondan geri alıb məsələni bağlayacaqlarını düşünmüşdür. Bu səbəbdən məbləği azaltmağa çalışmışdır. O, DSMF tərəfindən təqdim olunan cədvəldə göstərilən bütün pulları öz kartı və Sənubər Əlizadə ilə Cəmilə Quliyevanın kartlarına köçürməklə pulları mənimsəmişdir. Cədvəldə olan 37 nəfər üzrə 40 hal əsasında pulları mənimsəmişdir. Digər pullar həmin işçilərin öz bank hesablarına köçürülmüşdür. İstintaq zamanı 6640 manat məbləğində pul vəsaitini Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürmüşdür. İşçilər əmək qabiliyyətlərini müvəqqəti itirdikdən sonra bülletenləri əldə edib müvafiq olaraq zavoda təhvil verir. Lakin kompensasiyaların ödənilməsinə dair əsasnamənin tələblərinə əsasən zavodun rüblük hesabatı bitməmiş bülleten əsasında kompensasiyanın ödənilməsi mümkün deyil. Həmçinin bəzi hallarda işçilərlə bağlı müvafiq sənədlərdə texniki səhvliklər olduğundan elektron sistem tərəfindən kompensasiyanın ödənilməsinə imtina verilmişdir. Bu səbəbdən işçilərə ödənilməli olan kompensasiyalar təxminən 6-7 ay sonra köçürülmüşdür. İşçilərə ödənilməli olan kompensasiyanın 6-7 ay sonra ödənilməsi əsasnamənin tələblərinə zidd deyil, tam qanuni hesab olunur. Hakim Güləliyev göz xəstəliyindən əziyyət çəkmiş və Hakimin stasionar müalicəsi uzun müddət davam etmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən kompensasiyaların ödənilməsinə dair əsasnamənin tələblərinə əsasən 6 aydan artıq müddətdə əmək qabiliyyətini müvəqqəti itirmiş işçi mütləq şəkildə əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı tibbi komissiyadan keçirilməli və komissiyanın qərarından sonra kompensasiyanı almalıdır. Buna baxmayaraq Hakim Güləliyev əlillik dərəcəsi alıb pensiyaya ayrılmaq istəməmiş, bu səbəbdən komissiya yoxlanışından keçməmişdir. O da bülleten haqqında məlumatları elektron sistemə yerləşdirdikdə sistem avtomatik olaraq imtina cavabını göndərmişdir. Təxminən iki il sonra Hakim Güləliyevin sağlamlıq vəziyyəti pisləşmiş və bu səbəbdən işdən çıxmaq məcburiyyətində qalmışdır. Daha sonra Hakim əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı komissiyanın yoxlanışından keçmiş və qərarı zavoda təqdim etmişdir. Həmin sənədlər əsasında Hakim Güləliyevin kompensasiyasının köçürməsini həyata keçirmişdir. İki hal üzrə müxtəlif məbləğlərdə pulu Cəmilə Quliyevanın bank hesabına köçürmüş, daha sonra həmin pulları nağdlaşdırmışdır. Sözügedən pulları əri Mirzənin müalicəsi üçün xərcləmişdir. Həmin dövrdə Mirzənin vəziyyəti pisləşmişdir. Törətdiyi cinayət əməllərindən peşmandır. Hal-hazırda dəymiş ziyanı tam ödəməklə aradan qaldırmışdır. Əməlindən peşmandır. Onun barəsində olan cinayət işinə qeyri-bəraətverici əsaslarla xitam veriməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X22 ifadə verərək göstərdi ki, xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının aparıcı mütəxəssisi vəzifəsində işləyir. Şirvan şəhər prokuroruluğunda istintaqı aparılan ********* nömrəli cinayət işi barədə məlumatı vardır. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1.1-ci maddəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Həmçinin həmin qərarın 96-cı maddəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirimiş işçinin ilk 14 gün üzrə kompensasiyasını müəssisə, 14 gündən sonrakı günlər üzrə kompensasiyanı isə sığortaedən, yəni DSMF ödəyir. DSMF-nin aidiyyatı şöbəsi tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə işçilərə ödənilən pul məbləğləri yoxlanılan zaman dəfələrlə eyni bank rekvizitinin müxtəlif işçilərin adından istifadə edildiyi müəyyən edilmiş, buna görə müvafiq olara cədvəl tərtib edilərək daxili yoxlama aparılması üçün aidiyyatı üzrə "xxxx" QSC-yə göndərilmişdir. Həmin təşkilat tərəfindən daxili yoxlama aparılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, "xxxx" QSC-nin Sənayecihaz X5 şəhərində yerləşən “Telemexanika” idarəetmə şöbəsinin əməkhaqqı üzrə mühasibi vəzifəsində işləyən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində Dövlət Sosial Müdafiə Fondunun X4 Sisteminə müəssisədə işləyən şəxslərin əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə Fond tərəfindən verilən kompensasiya məbləğlərini əldə etmək məqsədilə özünəməxsus bank rekvizitlərini daxil edib ümumilikdə 6.983,74 manat məbləğində pul vəsaitinin öz plastik bank kartına köçürülməsini təmin edərək mənimsəmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələb yoxdur. Bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarından görünür ki, cinayət işi xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4 və 313cü maddələri ilə başlanmış və 14 yanvar 2025-ci il tarixdə Şirvan şəhər prokurorluğunun müstəntiqi Sabir Hüseynli tərəfindən icraata qəbul edilərək cinayət işi üzrə istintaq aparılmışdır. İş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq müddəti cinayət işinin mürəkkəbliyi ilə əlaqədar Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 02 aprel 2025-ci il tarixli qərarın ilə 2 ay, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CMnin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diski xidməti kompyuterimin prosessoruna daxil etdikdə, açılan pəncərədə üç ədəd “fotogörüntülər”, “hesablardan çıxarışlar” və “kart nömrələri” adlı fayllar açılır. “Hesablardan çıxarışlar” adlı fayla daxil oldum və cinayət işi üzrə əhəmiyyət kəsb edən X30, Təqsirləndirilən şəxs və X10 bank hesablarına mədaxil olmuş və məxaric olunmuş pulları özündə əks etdirən çıxarışlara baxış keçirdim. Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş cədvəldə adları göstərilən şəxslərin hesabına köçürülməli olan pul vəsaitlərinin həqiqətən 37 fakt üzrə X30, Təqsirləndirilən şəxs və X10 bank hesablarına köçürüldüyü müəyyən edilmişdir. Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş məlumatlar bank məlumatları ilə üst-üstə düşməklə öz təsdiqini tapmışdır. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli, 38 nömrəli "xxxx"-də göstərilmişdir ki, Təqsirləndirilən şəxs MMC-nin işçilərinə xəstəlik vərəqələrinə əsasə hesablanmış müavinət pullarını xəstəlik vərəqələrini təqdim etmiş işçilərin hesabına deyil, özünə məxsus olan ******************** saylı, X37 məxsus ******************** saylı, X17 məxsus ******************** saylı bank hesablarına aşağıdakı kimi ödəmişdir: 1). Təqsirləndirilən şəxs audit olunan dövrdə 23 hal üzrə hesablanmış 4.034,85 manat məbləğində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair pul vəsaitlərini özünə məxsus olan ******************** saylı bank hesabına, 11 hal üzrə hesablanmış 672,66 manat məbləğində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair pul vəsaitlərini Sənubər Əlizadəyə məxsus olan ******************** saylı bank hesabına və 6 hal üzrə hesablanmış 2276,23 manat məbləğində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair pul vəsaitlərini Cəmilə Quliyevaya məxsus olan ******************** saylı bank hesabına köçürmüşdür. Ümumilikdə 6.983,74 manat məbləğində pul vəsaiti qeyri-qanuni olaraq göstərilən vətəndaşların kart hesablarına köçürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs öhdəsində xx.xx.2024-cü il tarixə 6.983,74 (Altı min doqquz yüz səksən üç manat 74 qəpik) manat ehtimal olunan əskiklik (çatışmazlıq) aşkar olundu. Cinayət işi materiallarında olan Şirvan ŞPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3131/2-3326/25 nömrəli məktuba əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli “İstintaq hərəkətlərinin məcburi aparılması haqqında” qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cihaz İstehsalat Birliyi MMC-nin X92 İstehsalat müəssisəsinin Telemexanika idarəetmə şöbəsindən götürülmüş xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair vərəqələrin əsilləri maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli, TRANSFER_20250313T072440_002885s nömrəli ödəniş tapşırığı ilə 5640 (beş min altı yüz qırx manat), xx.xx.2025-ci il tarixli, TRANSFER_20250401T090349_003080 nömrəli ödəniş tapşırığı ilə 1000 (min manat), xx.xx.2025-ci il tarixli, BPMPCO**********60 nömrəli ödəniş tapşırığı ilə 343 (üç yüz qırx üç manat), xx.xx.2025-ci il tarixli, BPMPCO**********85 nömrəli ödəniş tapşırığı ilə 1 (bir) manat olmaqla Azərbaycan Respublikası Baş Prokurorluğunun AZ31CTRE******************** nömrəli hesaba köçürülmələr təsdiq olunmuşdur. Habelə əlavə olaraq dövlət büdcəsinə cinayət törədilməsi nəticəsində vurulmuş maddi ziyan 6983.74 (altı min doqquz yüz səksən üç manat yetmiş dörd qəpik) pul məbləğinin 25 faizi 8595 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən də göründüyü kimi 1746 (bir min yeddi yüz qırx altı) manat məbləğdə pul vəsaiti dövlət büdcəsi qismində Azərbaycan Respublikası Baş Prokurorluğunun AZ31CTRE******************** nömrəli hesaba köçürülmüşdür. Şirvan Şəhər Məhkəməsinin 1(032)-82/2025 saylı 29 iyul 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə ödənilmiş xx.xx.2025-ci il tarixli, TRANSFER_20250313T072440_002885s nömrəli ödəniş tapşırığı ilə 5640 (beş min altı yüz qırx manat), xx.xx.2025-ci il tarixli, TRANSFER_20250401T090349_003080 nömrəli ödəniş tapşırığı ilə 1000 (min manat), xx.xx.2025-ci il tarixli, BPMPCO**********60 nömrəli ödəniş tapşırığı ilə 343 (üç yüz qırx üç manat), xx.xx.2025-ci il tarixli, BPMPCO**********85 nömrəli ödəniş tapşırığı ilə 1 (bir) manat olmaqla ümumilikdə 6984 (altı min doqquz yüz səksən dörd manat) məbləğində Azərbaycan Respublikası Baş Prokurorluğunun AZ31CTRE******************** nömrəli hesaba edilmiş ödəniş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Fondunun hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim etmiş, həmin ərizəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı və cinayət nəticəsində vurduğu maddi ziyanın 25 faizi miqdarında dövlət nəfinə ödənişi ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını, eyni zamanda Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini göstərərək, barəsində Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi X22 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın tam ödənilməsini, ondan şikayət və tələblərinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 337.1-ci maddəsinə istinad edərək vəsatət qaldırmış, ittihamın təsdiqi üçün tədqiq edilmiş sübutların kifayət etdiyini, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı əməlini etiraf etdiyini, iş üzrə şahidin dindirilməsinə zərurət olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi dövlət ittihamçısının fikri ilə razı olduğunu və şahidin dindirilməsinə zərurət olmadığını bildirmişdir. AR CMP-in 337.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəflərinin hər birini dinlədikdən sonra ittiham tərəfinin təqdim etdiyi sübutların tədqiqinin məhkəmə istintaqında baxılmış sübutlarla məhdudlaşdırılması barədə vəsatəti təmin edə bilər. AR CMP-in 337.2-ci maddəsinə əsasən müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etmək hüququna malikdir. Belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul olunmalıdır. Məhkəmə hesab edir ki, mövcud sübutlar ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılması üçün kifayətlidir və şahidin dindirilməsi sübutların məcmusuna yeni, əhəmiyyətli məlumat gətirməyəcəkdir. Bu səbəbdən, CMP-nin 337.1 və 337.2-ci maddələrinin tələblərinə uyğun olaraq, dövlət ittihamçısının verdiyi vəsatət təmin edilmiş, sübutların tədqiqi məhkəmə istintaqında baxılmış materiallarla məhdudlaşdırılmışdır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalətvə humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələrinə əsasən təqsirkara etibar olunmuş əmlakın şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda talanaraq törədilməsi mənimsəmə hesab edilir. AR Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəalar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbləri, habelə həmin maddənin qeydində göstərilənlər nəzərə alınaraq məhkəmələrə izah edilsin ki, mənimsəmə o halda cinayət hesab edilir ki, talanmış əmlakın dəyəri beş yüz manatdan artıq olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 2004-cü il 11 iyun tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarına əsasən “Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Bu baxımdan, talama cinayətlərinin predmetini istehlak dəyərinə malik olan istənilən maddi-əmtəə dəyəri, habelə istənilən maddi dəyərlərin ümumi ekvivalenti olan pul təşkil edə bilər. Talama cinayətləri fəal hərəkətlə törədilir. Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakını götürmədən və (və ya) özünün, yaxud başqa şəxslərin xeyrinə keçirmədən ibarətdir. Talamanın istənilən forması subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında təqsirlə xarakterizə olunur. Təqsirkar özgənin əmlakını qanunsuz və əvəzsiz götürdüyünü və (və ya) özünün və ya başqa şəxsin xeyrinə keçirdiyini dərk edir, bunun əmlakın mülkiyyətçisinə (və ya başqa sahibinə) real maddi ziyan vuracağını qabaqcadan görür və belə nəticənin baş verməsini arzu edir. Talamanın subyektiv cəhətinin daha bir zəruri əlaməti tamah məqsədinin olmasıdır. Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinə əsasən vəzifəli şəxs və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə vəzifə saxtakarlığı olaraq qiymətləndirilir. Məhkəmənin mövqeyi: Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutları (DSMF-dən təqdim olunmuş cədvəllər, bank çıxarışları və kart rekvizitləri üzrə “diskə baxış” protokolu, müstəqil audit rəyi, müəssisədən götürülmüş bülletenlərin əsilləri, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və ödəniş qəbzləri) CPM-yə uyğun olaraq obyektiv, qərəzsiz və məcmu qaydada qiymətləndirərək belə nəticəyə gəlir: Təqsirləndirilən şəxs xx.xx.2020–xx.xx.2024 dövründə əmək qabiliyyətini müvəqqəti itirən işçilərə DSMF tərəfindən ödənilməli kompensasiyaları DSMF X4 Sisteminə bilə-bilə yalan bank rekvizitləri daxil etməklə müxtəlif hallarda özünün, eləcə də Əlizadə Sənubər və Quliyeva Cəmilə adına olan kartlara yönləndirmiş, sonradan vəsaitləri nağdlaşdıraraq mənimsəmişdir. Müstəqil audit rəyi və bank çıxarışları 23 hal üzrə 4.034,85 manatın Təqsirləndirilən şəxs şəxsi hesabına, 11 hal üzrə 672,66 manatın S.Əlizadənin hesabına, 6 hal üzrə 2.276,23 manatın C.Quliyevanın hesabına köçürüldüyünü, ümumilikdə 6.983,74 manat mənimsənilməni təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmədə tam etiraf etmiş, mexanizmi ətraflı izah etmiş, ziyanın tam ödənildiyini bildirmişdir. Ziyanın tam ödənilməsi ödəniş tapşırıqları və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025 tarixli qərarı ilə DSMF hesabına yönləndirilmiş vəsaitlərlə təsdiq olunmuşdur. Əlavə olaraq cinayət nəticəsində vurulan ziyanın 25%-i (1.746 manat) dövlət büdcəsinə köçürülmüşdür. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi şikayət və tələbin olmadığını, ziyanın tam ödənildiyini bildirib. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərə hüquqi qiymət verilərkən onun hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkiblərinin formalaşdığı müəyyən olunur. Belə ki, o, mühasib vəzifəsində çalışdığı müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, etibar edilmiş özgə əmlakı mənimsəmiş, vəzifə saxtakarlığı yolu ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmiş və nəticədə zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Lakin iş materialları ilə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam həcmdə ödəməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında vəsaiti dövlət büdcəsinə köçürmüş və zərərçəkmiş şəxslə barışmışdır. Bu halda qanunvericilik şəxsin cinayət məsuliyyətindən azad edilməsini və cinayət təqibinə xitam verilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə müəyyən edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə tövsif olunan əməli 2020-ci ilin may ayından 2023-cü ilin may ayınadək davam etmişdir. İş materialları ilə təsdiq olunmuş sonuncu epizod xx.xx.2023-cü il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 313-cü maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə görə, CM-in 313-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Həmin kateqoriyalı cinayətlər üzrə məsuliyyətə cəlbetmə müddəti isə CM-in 75.1.1-ci maddəsinə əsasən iki il təşkil edir. Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə görə, bu müddət cinayətin törədildiyi gündən hökmün qanuni qüvvəyə minənədək hesablanır. Beləliklə, 313-cü maddə üzrə sonuncu epizodun törədildiyi tarix – xx.xx.2023-cü il əsas götürülməklə, məsuliyyətə cəlbetmə müddəti xx.xx.2025-ci il tarixində başa çatmışdır. Beləliklə də, müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsinə münasibətdə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmiş, onunla barışıq əldə etmiş və cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş, zərərçəkmiş şəxsin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdıqlarını, onlara dəymiş maddi ziyanın ödənilməsini və heç bir şikayət və tələblərinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və ona dəymiş maddi ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə, eyni zamanda cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313cü maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün barəsində Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə aparılan cinayət təqibinə həmin məcəllənin 73-1.2-ci maddəsinin tələbləri rəhbər tutulmaqla AR CPM-nin 43.1.2-ci maddəsinə əsasən, barəsində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə aparılan cinayət təqibinə isə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar həmin məcəllənin 75.1.1-ci maddəsinin tələbləri rəhbər tutulmaqla AR CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilməli və cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli “İstintaq hərəkətlərinin məcburi aparılması haqqında” qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cihaz İstehsalat Birliyi MMC-nin X92 İstehsalat müəssisəsinin Telemexanika idarəetmə şöbəsindən götürülmüş xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair vərəqələrin əsilləri iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə aparılan cinayət təqibinə həmin məcəllənin 73-1.2-ci maddəsinin tələbləri rəhbər tutulmaqla AR CPM-nin 43.1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə aparılan cinayət təqibinə həmin məcəllənin 75.1.1-ci maddəsinin tələbləri rəhbər tutulmaqla AR CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli “İstintaq hərəkətlərinin məcburi aparılması haqqında” qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Cihaz İstehsalat Birliyi MMC-nin X92 İstehsalat müəssisəsinin Telemexanika idarəetmə şöbəsindən götürülmüş xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair vərəqələrin əsilləri iş materiallarında saxlanılsın. Qərardan elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə qərarın surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar