Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-83/2023 25.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:30-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, nümayəndəsi Nümayəndə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Sabirabad rayonu, Cəngan kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Sabirabad rayonu, Cəngan kəndində qeydiyyatda olmaqla Sabirabad rayonu, Muğan Gəncəli kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qəsdən ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, 15 noyabr 2021-ci il tarixdə, saat 11 radələrində Şirvan şəhəri, “Köhnə bazar” adlanan ərazidə X1 məxsus mağazada özgənin əmlakını aldatma və etibardan sui istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə sonuncunu aldadaraq ona məxsus olan 340 manat dəyərində 01 ədəd Türkiyə istehsalı olan 4 qram çəkidə, 585 əyyarlı qızıl üzük, 510 manat dəyərində 01 ədəd Türkiyə istehsalı olan 6 qram çəkidə, 585 əyyarlı qızıl üzük və 1572 manat dəyərində olan 01 ədəd Rusiya istehsalı olan 18.5 qram çəkidə 583 əyyarlı qızıl boyunbağı olmaqla ümumilikdə 2422 manat dəyərində olan qızıl zinət əşyalarını ələ keçirməklə Zərərçəkmiş şəxs cəmi 2422 (iki min dörd yüz iyirmi iki) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayının sonlarında bacısı Əfsanə Aslanovanın toy məclisinin keçirilməsi üçün pul lazım olduğundan qızıl alıb-satmaq üçün Zərərçəkmiş şəxs müraciət etmək qərarına gəlmiş, 15 noyabr 2021-ci il tarixdə, saat təxminən 11 radələrində o, Giləxanım Mehtiyavanın işlətdiyi Şirvan şəhəri köhnə şəhər adlanan ərazidə yerləşən 34 nömrəli qızıl mağazasına gələrək, bacısının yaxın müddətdə toyu olacağını, bu məqsədlə ona qızıl hədiyyə vermək istədiyini bildirmiş, daha sonra isə mağazadan 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl üzük seçmiş, Zərərçəkmiş şəxs həmin 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl üzüyün ümumilikdə 2000 (iki min) manat etdiyini demiş, o, Giləxanıma pulunun olmadığını, qızılın pulunu aylıq 100 (yüz) manat olmaqla ödəyəcəyini demişdir. Giləxanım onunla razılaşmış və ona həmin 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl üzüyü satmış, mağazadan çıxdıqdan sonra o həmin qızılları yaxınlıqda yerləşən adını bilmədiyi qızıl mağazası işlədən şəxsə 800 (səkkiz yüz) manata satmış, əldə etdiyi gəliri bacısının toy mərasimində xərcləmiş, 2021-ci ilin dekabr ayında zərərçəkmişə 100 (yüz) manat pul vermiş, ona 1900 (min doqquz yüz) manat borcu qalmışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində gəliri olmadığı üçün Giləxanıma zəng etmiş və ona vaxt verməsini xahiş etmişdir. Giləxanım da ona heç bir cavab verməmiş, həmin müddətdən hal-hazırki müddətədək Giləxanıma pul ödəməmişdir. Vurulmuş ziyandan 80 manat poçt vasitəsilə ödəmişdir. Ziyanı ödəmək fikri var, lakin tam hazırda ödəməyə imkanı yoxdur. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı X3 ifadəsində göstərdi ki, Şirvan şəhəri, “Köhnə bazar” adlanan ərazidə 34 nömrəli qızıl mağazası var. Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində yaşayan Ruhəngiz adlı qadın da onun mağazasında xadimə işləyir. 15 noyabr 2021-ci il tarixdə, saat 11 radələrində Ruhəngizin qohumu Təqsirləndirilən şəxs onun işlətdiyi qızıl mağazasına gəlmiş, 17 noyabr 2021-ci il tarixdə bacısının toyu olacağını və toy mərasimində bacısına hədiyyə vermək üçün ona qızıl lazım olduğunu, lakin hal-hazırda pulunun olmadığını, qızılın pulunu toydan sonra verə biləcəyini bildirmiş, o, Telmana inandığı üçün razılaşmış və Telmana 1850 manat dəyərində 01 ədəd Rusiya istehsalı olan, 18.5 qram çəkidə, 583 əyyarlı qızıl boyunbağı, 550 manat dəyərində olan 01 ədəd, Türkiyə istehsalı olan 6 qram çəkidə, 585 əyyarlı qızıl üzük və 400 manat dəyərində 01 ədəd, Türkiyə istehsalı olan 4 qram çəkidə, 585 əyyarlı qızıl üzük satmışdır. Bundan sonra o, Telmanın qızılın pulunu vermədiyini görüb ona xəbərdarlıq etmiş, lakin Telman hər dəfə müxtəlif bəhanələr gətirərək onun pulunu verməmiş, daha sonra isə ümumiyyətlə bundan imtina etmişdir. Danışıq zamanı o, Telmana qızılı qaytarmağı təklif etmiş, lakin Telman qızılları da qaytarmaqdan imtina etmişdir. Bir müddət sonra Telman qızılları aldıqdan dərhal sonra işlətdiyi mağazanın yaxınlığında yerləşən Şahinin işlətdiyi qızıl mağazasına satdığını öyrənmişdir. Ona dəymiş ziyanın ümumilikdə məbləği 2422 manatdır. Mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Şirvan şəhəri, “Köhnə bazar” adlanan ərazidə 34 nömrəli qızıl mağazasında təmizlikçi işləyir. 15 noyabr 2021-ci il tarixdə, saat 11 radələrində uzaq qohumu Təqsirləndirilən şəxs işlədiyi qızıl mağazasına gəlmiş, 17 noyabr 2021-ci il tarixdə bacısının toyu olacağını və toy mərasimində bacısına hədiyyə vermək üçün ona qızıl lazım olduğunu, lakin hal-hazırda pulunun olmadığını, qızılın pulunu toydan sonra verə biləcəyini bildirmişdir. Giləxanım Telmanla razılaşmış və Telmana 01 ədəd qızıl boyunbağı və 02 ədəd qızıl üzük satmışdır. Sonra Telman hər dəfə müxtəlif bəhanələr gətirərək qızılın pulunu verməmiş, daha sonra isə ümumiyyətlə bundan imtina etmişdir. Bir müddət sonra öyrənmişdir ki, Telman qızılları aldıqdan dərhal sonra həmin qızılları Şahinin işlətdiyi qızıl mağazasına satmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.26) «Sabirabad rayon Mərkəzi Xəstəxanası» X10in xx.xx.2023-cü il tarixli, 203 nömrəli məktubunda göstərilmişdir ki, Sabirabad rayonu, Cəngan kənd sakini xx.xx.1999-cu il təvəllüdlü Aslanov X4 RMX-nın Poliklinika şöbəsinin “Əsəb-ruhi və narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. (i.v. 89) Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 mart 2023-cü il tarixli 9/843 saylı rəyindən görünür ki, 1) 01 ədəd Rusiya istehsalı olan, 18.5 qram çəkidə, 583 əyyarlı qızıl boyunbağı – 1572 manat; 2) 01 ədəd Türkiyə istehsalı olan 6 qram çəkidə, 585 əyyarlı qızıl üzük – 510 manat; 3) 01 ədəd Türkiyə istehsalı olan 4 qram çəkidə, 585 əyyarlı qızıl üzük – 340 manat təşkil edir. (i.v.99) 01 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmış və barəsində axtarış elan edilmiş, 07 fevral 2023-cü il tarixdə Şirvan şəhərində tutularaq Şirvan şəhər Polis şöbəsinin MSY-nə təhvil verilmiş, 09 fevral 2023-cü il tarixdə MSY-dən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v.34, 42, 77) Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Salyan rayon Mərkəzi Xəstəxanası” X10in 12 aprel 2023-cü il tarixli, PHŞ-6-68/2-662/2023 nömrəli arayışdan görünür ki, X2 Sağlamlıq Mərkəzində 20-21 həftəlik hamilə kimi qeydiyyatdadır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, gənc olmasını, əməlinə olan münasibətini, əvvəllər məhkum olunmamasını, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək və ibtidai istintaq zamanı tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerlərini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanları yaşayış yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə maddi ziyan vurulduğundan, dəymiş maddi zərərin ödənilməsi vəzifəsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalı, bununla da mülki iddia təmin olunmalıdır. Cinayət iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istinaq zamanı tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 04 (dörd) gün çıxılsın və qəti olaraq barəsində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Sabirabad rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Sabirabad rayonu, Muğan Gəncəli kəndindəki evi hər gün saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Sabirabad rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin və ona vurulmuş ziyan - 2422 manat və dövlət rüsumu kimi ödənilmiş 45 manat pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs verilsin. Cinayət iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-83/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-83/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver