Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-83/2024 17.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:34-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qıznın sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Sabirabad rayonu Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış , işləməyən, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 13 mart 2024-ci il tarixdə saat 21:00 radələrində yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi mühasibətlərin pozulması zəminində baş vermiş mübahisə vaxtı qəsdən sonuncunu yumruq və sillə zərbələri ilə baş və bədəninin müxtəlif nahiyyələrinə vuraraq Zərərçəkmiş şəxs alının sağ yarısında şişkinlik-hematoma, boyunun arxa səthində, boyunun sol yan səthində, sol qulaqaltı çeynəmə nahiyyəsində, sağ dirsəkdə sıyrıqlar kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlam yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Gülşən Mustalayevanın sağlımlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X2 onun qızıdır. Qızı Gülşən 2017-ci ildə X1 ilə ailə həyatı qurmuş və bir övladları olmuşdur. Lakin qızı ailə daxili söz-söhbətlərə görə 2023-cü ilin noyabr ayında əri Mehdidən rəsmi qaydada boşanmışdır. Hadisədən bir neçə gün əvvəl Gülşən keçmiş əri ilə barışdığını və yenidən Mehdi ilə yaşamaq istədiyini bildirmiş, lakin o və ailə üzvləri buna razı olmamışlar. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Gülşən öz çantalarını yığıb evdən çıxıb getmək istədiyini bildirmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əli ilə Gülşəni vuraraq xəsarət yetirmişdir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı aradan qaldırmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, X1 ilə 2017-ci ildə ailə həyatı qurmuş, birgə nigahdan 6 yaşlı Zərifə adlı qız övladıları olmuşdur. 2023-cü ilin oktyabr ayında o, əri Mehdidən boşanmışdır. 2024-cü ilin fevral ayının əvvəllərində Mehdi ilə arabir zəngləşib münasibətlərinin düzəlməsi istiqamətində qarşılıqlı addımlar atmağa başlamışlar. Övladı olduğu üçün Mehdi ilə barışıb yenidən ailə həyatını davam etdirmək barədə razılaşmışlar. Onun Mehdi ilə danışmasına anası Təqsirləndirilən şəxs, atası X7 və qardaşı X5 narazılıq bildirmişlər. Bu səbəbdən də, aralarında bir neçə dəfə sözlü mübahisələr yaranmağa başlamışdır. Sonuncu dəfə 2024cü ilin mart ayının 13-də saat 21:00 radələrində o, ailə üzvlərinə keçmiş əri Mehdi ilə barışacağını bildirmiş, bunu eşitdikdən sonra anası Təqsirləndirilən şəxs əsəbiləşmiş, atası və qardaşı da, narazı olduğunu bildirmişlər. Sonra o, mobil telefonla Mehdiyə zəng edərək onu gəlib aparmasını xahiş etmiş, bunu eşidən atası, anası və qardaşı həmin vaxt ona narazılıq bildirib evdən çıxıb getməsini istəmişlər. Həmin vaxt o, anasına təkidlə Mehdini gözlədiyini bildirdikdə, anası onun baş və bədən nahiyyələrinə sillə və yumruqla zərbələr endirməyə başlamışdır. Bundan sonra onun boğazından sıxaraq itələmiş və o, yerə yıxılmışdır. Daha sonra anası təkrar onun üstünə hücum edərkən atası Nəcəf və qardaşı Elşən araya girərək anasını ayırmışlar. Sonra isə o, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda anası Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayəti və tələbi olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilərkən ünvan 1 ünvanında fərdi yaşayış evində Zərərçəkmiş şəxs bildirmişdir ki,xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evin qonaq otağında və yataq otağında davamlı olaraq anası Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət almışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 135 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – alının sağ yarısında şişkinlik-hematoma, boynunun arxa səthində , boyunun sol yan səthində, sol qulaqaltı çeynəmə nahiyəsində, sağ dirsəkdə sıyrıqlar - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 13 mart 2024-cü il tarixdə kənar şəxs (lər) tərəfindən yetirilə bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik informasiya idarəsindən göndərilmiş tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şirvan şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş 19 mart 2024-cü il tarixdə verilmiş 1711 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. Ailə üzvlərinə dair hər hansı məlumat yoxdur. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 19 mart 2024-cü il tarixdə verilmiş 091 saylı xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 19 mart 2024-cü il tarixli, 18-1-35/2-473/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMX Publik hüquqi şəxsin poliklinika şöbəsinin psixoloji-nevroloji kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirmiş, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını, barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur həmçinin məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-83/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-83/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver