Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-84/2023 18.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 15:15 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1991-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67-ci maddəsinə əsasən 09 il müddətə azadlıqdan məhrum etmə və 3000 manat miqdarında cərimə cəzasına məhkum olunmuş, 25 dekabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu və təyin edilmiş cərimə cəzası ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Şirvan şəhəri, Raqub Orucov küçəsində yerləşən Müdafiə Sənayesi Nazirliyinin nəzdindəki İstirahət Mərkəzində yaşayan, barəsində Şirvan şəhər məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərarı ilə 3 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü 04 dekabr 2022-ci il tarixdə saat 23 radələrində "xxxx" MMC-nə məxsus ünvan 3 ünvanda yerləşən maddi-nemətlərin yerləşdiyi təsərrüfat təyinatlı bina hesab edilən mağazaya, həmin mağazanın binasına sol tərəfdən pəncərəsinin şüşəsini yerdən götürdüyü dəmir parçası ilə sındırıb qanunsuz daxil olaraq vahid niyyətlə kassa aparatının altından cəmi 7,60 manat dəyərində 2 qutu Kent HD NEO markalı siqaret, cəmi 26,60 manat dəyərində 7 qutu Kent HD 8 Futura markalı siqaret, cəmi 30 manat dəyərində 10 qutu LD X13 markalı siqaret, cəmi 7,60 manat dəyərində 2 qutu X16 01 markalı siqaret, cəmi 11,40 manat dəyərində 3 qutu X19 04 markalı siqaret, cəmi 10,80 manat dəyərində 3 qutu X20 Silver markalı siqaret, cəmi 12,30 manat dəyərində 3 qutu X6 markalı siqaret, cəmi 32,80 manat dəyərində 8 qutu X9 markalı siqaret, cəmi 2,20 manat dəyərində 1 qutu X10 markalı siqaret, cəmi 2,70 manat dəyərində 1 qutu X7 Compact markalı siqaret, cəmi 3 manat dəyərində 1 qutu LD X21 markalı siqaret, cəmi 2,20 manat dəyərində 1 qutu X17 markalı siqaret, cəmi 16,20 manat dəyərində 6 qutu X8 markalı siqaret, cəmi 10,80 manat dəyərində 4 qutu Winchester Comp. Blue markalı siqaret, cəmi 21,60 manat dəyərində 8 qutu Winchester Comp.Silver markalı siqaret, cəmi 4 manat dəyərində 2 qutu Bakı Blue markalı siqaret, cəmi 2,70 manat dəyərində 1 qutu X5 markalı siqaret, cəmi 5,40 manat dəyərində 2 qutu X22 Silver markalı siqaret, cəmi 10,80 manat dəyərində 4 qutu X14 Nights markalı siqaret, cəmi 6,60 manat dəyərində 3 qutu X24 markalı siqaret, cəmi 6,60 manat dəyərində 3 qutu X23 markalı siqaret, cəmi 2,50 manat dəyərində 1 qutu X11 markalı siqaret, cəmi 12,50 manat dəyərində 5 qutu X15 markalı siqaret, cəmi 25 manat dəyərində 10 qutu Kingston Silver markalı siqaret, cəmi 4,40 manat dəyərində 2 qutu X18 markalı siqaret, cəmi 8,20 manat dəyərində 2 qutu X4 markalı siqareti, sonra isə mağazanın dəhlizindən cəmi 48 manat dəyərində 3 ədəd 5 litrlik Sərfəli Günəbaxan yağını gizli olaraq talayıb zərər çəkmiş "xxxx" MMC-nə ümumilikdə 334,90 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, maddi cəhətdən sıxıntısı olduğundan oğurluq etmək qərarına gəlmişdir. 02 dekabr 2022-ci il tarixdə axşam saatlarında Şirvan şəhəri, köhnə şəhər deyilən ərazidə 1 nömrəli məktəbin yaxınlığına olan "xxxx" mağazasına daxil olmaq qərarına gəlmişdir. 04 dekabr 2022-ci il tarixdə köhnə şəhər deyilən yerin yaxınlığında təxminən saat 20 radələrində mağazadan 4 ədəd “GO” spirtli içki alıb içmiş, sonra Şirvan şəhəri, Salyan dairəsi yaxınlığına piyada gedərək orada tanımadığı kafedə 100 qram spirtli içki “araq” içmiş və bundan sonra təxminən saat 23 radələrində "xxxx" mağazasının qarşısına getmişdir. Həmin vaxt o, hərbi gödəkçədə, əynində cins şalvar və qara rəngli ayaqqabıda olmuşdur. Başında qara rəngli papaqdan maska düzəltmiş, ətrafda heç kimin olmadığına əmin olub maskanı üzünə keçirib yerdə olan dəmir parçasını götürüb məktəb tərəfdən deyil, digər tərəfdən mağazanın yan şüşəsinin pəncərəsini sındırıb içəri dükanın dəhliz hissəsinə daxil olmuş, bundan sonra sol tərəfdə olan şüşəni əlindəki dəmir parçası ilə sındırıb mağazanın içərisindəki kassa aparatının altındakı müxtəlif markalı siqaretləri götürüb daxil olduğu yer tərəfə gedib 3 ədəd 5 litrlik günəbaxan yağını götürüb mağazadan bayıra çıxmışdır. Dəmir parçasını kənara atmış, oğurladığı siqaretləri əynindəki gödəkçəyə qoymuş, 3 ədəd 5 litrlik günəbaxan yağlarının hamısını apara bilmədiyinə görə marketdən təxminən 5 metr kənarda həmin günəbaxan yağlarından 1 ədədini götürüb piyada yaşadığı ev istiqamətində getmişdir. Evə az qalmış oğurladığı 1 ədəd 5 litrlik günəbaxan yağını yolun kənarına atmışdır. Müxtəlif markalı siqaretləri isə növbəti gün götürmək niyəti ilə yaşadığı evin yaxınlığında kolların arasında gizlətmişdir. Həmin günün səhəri səhər saatlarında yaşadığı evdən çıxıb gedib siqaretləri gizlətdiyi yerdən götürmüş, həmin siqaretlərdən bir hissəsini özü çəkmiş, bir hissəsini isə dost-tanışa pay vermişdir. Sonradan Şirvan polisləri oğurluq etdiyi üçün onu Şirvan polisinə aparmışlar. Şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılarkən o, hansı mağazadan oğurluq etdiyini, mağazaya haradan daxil olduğunu, günəbaxan yağlarını və müxtəlif markalı siqaretləri haradan və necə oğurladığını vəkilinin iştirakı ilə əyani olaraq göstərmiş, konkret olaraq mağazadan hansı markalı siqaretləri oğurlamağı dəqiq yadında qalmamışdır. Törətmiş olduğu cinayət əməllərindən peşmandır. Özünü tam təqsirli bilir. Hazırda törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və ya şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş, özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, "xxxx" MMC-də xx.xx.2022-ci il tarixdən “Bölgə sorumlusu” vəzifəsində işləyir, onun “Bölgə sorumlusu” kimi vəzifəsi Şirvan şəhərində olan "xxxx" mağazalara nəzarət etməkdən ibarətdir. ünvan 4 ünvanında yerləşən "xxxx" mağazasının müdiri Şahid1dur. Həmin mağazadan 04 dekabr 2022-ci il tarixdə saat 23 radələrində müxtəlif markalı siqaretlər və 3 ədəd sərfəli günəbaxan yağları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış, bu barədə ona həmin gün gecə Elvin mobil telefonla zəng edərək məlumat vermişdir. Sonradan Şirvan polisinin işçiləri oğurluq etmiş şəxsi müəyyən etmişlər, ona məlum olmuşdur ki, həmin şəxs Şirvan şəhər sakini Təqsirləndirilən şəxsdur. Bununla bağlı "xxxx" MMC zərərçəkmiş hüquqi şəxs qismində tanınmış, o, da "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus mağazadan ümumilikdə 352,75 manat məbləğində əmlak oğurlanmış, oğurluq nəticəsində işlədiyi "xxxx" MMC-yə 352.75 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa oğurluq nəticəsində oğurluq etmiş şəxsin mağazasının girişdən sol tərəfdə olan şüşəsi və həmin yerdən daxil olduqda kassanın arxa tərəfində olan şüşə sındırılmış, şüşələrə görə "xxxx" MMC-yə 110 manat məbləğində maddi ziyan dəymiş, lakin "xxxx" MMC həmin ziyanla bağlı, yəni şüşələrin sındırılması ilə bağlı heç bir şikayət və tələbi olmamışdır. Onların əsas şikayəti mağazadan müxtəlif markalı siqaretlər və 3 ədəd sərfəli günəbaxan yağlarının oğurlanması olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, mağazaya dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Şirvan şəhəri, Ş.Şükürov küçəsində yerləşən "xxxx" mağazasının müdiri vəzifəsində xx.xx.2022ci ildən işləyir, həmin mağazaya nəzarəti özü edir, mağaza hər gün səhər 08:00-da fəaliyyətə başlayır, 22:00-da isə mağaza bağlanır, o, olmayanda isə mağazaya nəzarəti müdir müavini işləyən Şahid2 edir. 04 dekabr 2022-ci il tarixdən 05 dekabr 2022-ci il tarixə keçən gecə təxminən saat 00:30 radələrində müdir müavini Şahid2 ona zəng edərək mağazadan oğurluq hadisəsinin olduğunu demiş, o, həmin vaxt evdə olmuş, dərhal evdən çıxıb mağazanın qarşısına getmişdir. Baxıb görmüşdür ki, mağazanın girişdən sol tərəfdə olan şüşəsi və mağazanın içərisində kassanın arxa tərəfində olan şüşə sındırılmışdır. Mağazaya yalnız əsas qapıdan daxil olmaq olur, başqa yerdən daxil olmaq qeyri mümkündür. Qapının əsas açarı isə onda və Nihadda olmuş, həmin günü də, mağazanı Nihad bağlamışdır. Mağazaya o, əsas qapıdan daxil olub baxanda görmüşdür ki, kassanın altında müxtəlif növ siqaretlər, bundan başqa isə mağazadan girişdə sol tərəfdə yerdə olan 3 ədəd 5 litrlik sərfəli günəbaxan yağları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O, bu barədə ərizə ilə Şirvan ŞPŞ-yə müraciət etmişdir. Mağazadan oğurluq nəticəsində şirkətə ümumilikdə 352.75 manat maddi ziyan dəymişdir. Konkret olaraq isə işlətdiyi mağazadan 2 qutu “Kent HD NEO” markalı siqaret, 7 qutu “Kent HD 8 Futura” markalı siqaret, 10 qutu “LD X13” markalı siqaret, 2 qutu “X16 01” markalı siqaret, 3 qutu “X19 0 4” markalı siqaret, 3 qutu “X20 Silver” markalı siqaret, 3 qutu “X6” markalı siqaret, 8 qutu “X9” markalı siqaret, 1 qutu “X10” markalı siqaret, 1 qutu “X7 Compact” markalı siqaret, 1 qutu “LD X21” markalı, 1 qutu “X17” markalı siqaret, 6 qutu “X8” markalı siqaret, 4 qutu “Winchester Comp. Blue” markalı siqaret, 8 qutu “Winchester Comp.Silver” markalı siqaret, 2 qutu “Bakı Blue” markalı siqaret, 1 qutu “X5” markalı siqaret, 2 qutu “X22 Silver” markalı siqaret, 4 qutu “X14 Nights” markalı siqaret, 3 qutu “X24” markalı siqaret, 3 qutu “X23” markalı siqaret, 1 qutu “X11” markalı siqaret, 5 qutu “X15” markalı siqaret, 10 qutu “Kingston Silver” markalı siqaret, 2 qutu “X18” markalı siqaret, 2 qutu “X4” markalı siqaret və 3 ədəd 5 litrlik Sərfəli Günəbaxan yağları oğurlanmışdır. Bununla bağlı o, ilkin təhqiqat zamanı oğurlanmış əmlakın çıxarışını təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 vermiş olduğu ifadəsi ilə oxşar ifadə vermişdir. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 05 dekabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-nə məxsus Şirvan şəhəri, Ş.Şükürov küçəsində yerləşən ərzaq satılan mağazanın yan şüşəsindən sındırma yolu ilə qanunsuz daxil olan şəxs və ya şəxslər tərəfindən mağazadan müxtəlif növ siqaret qutuları və 3 ədəd 5 litrlik Sərfəli günəbaxan yağları gizli olaraq talanmışdır (i.v 11-18); şübhəli şəxs qismində Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, o, Şirvan şəhəri, Ş.Şükürov küçəsində avtomobil yolunun kənarında təxminən 4 metr sağında yerləşən mişar daşından hörülmüş ərzaq malları satılan "xxxx" mağazasını göstərib həmin mağazadan oğurluq etdiyini, 04 dekabr 2022-ci il tarixdə təxminən saat 23 radələrində yerdə olan dəmir parçasını götürüb mağazanın yan şüşəsini sındırıb içəri daxil olduğunu, mağazanın içərisindən günəbaxan yağı və müxtəlif markalı siqaretləri necə oğurladığını əyani olaraq göstərmişdir. İstintaq hərəkəti aparılarkən foto çəkiliş aparılmış, protokol tərtib edilərək cinayət işinə əlavə edilmişdir (i.v 62-69); götürmə aparılması haqqında qərardan, götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan, videoçəkilişdən görünür ki, Şahid1 təqdim etdiyi bir ədəd kompakt diskdə iki ədəd videofayl vardır. Həmin videofayldan birincisi açıldıqda 01 dəqiqə 19 saniyə müddətində olması müəyyən olunmuş, videofayl izlənildikdə orada "xxxx" mağazasının şüşəsini hərbi gödəkçədə, qara rəngli maskada olan şəxsin əlindəki dəmir parçası ilə sındırıb içəri daxil olması, daxil olduqdan sonra meyvələr yığılan yerin sol tərəfindəki şüşəni əlindəki dəmir parçası ilə sındırıb içəri daxil olması, 17 saniyədən sonra oradan əlində siqaret qutuları ilə birlikdə çıxması, daxil olduğu yerin qarşısında olan günəbaxan yağlarını oğurladığı müşahidə olunmuşdur. Videofayldan ikincisi açıldıqda 25 saniyə müddətində olması müəyyən olunmuş, videofayl izlənildikdə mağazanın içərisində kassa tərəfdə olan şüşənin hərbi gödəkçədə, qara rəngli maskada, cins şalvarda, qara rəngli ayaqqabıda olan şəxsin sındırıb içəri daxil olması, kassanın aşağısında sol tərəfdə olan siqaret qutularını əlində götürüb daxil olduğu yerdən bayıra çıxması müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hər iki videofaylda hərbi gödəkçədə, qara rəngli maskada, cins şalvarda və qara rəngli ayaqqabıda olan şəxsin onun özünün olduğunu bildirmişdir. (i.v 98-99); məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 mart 2023-cü il tarixli 9/769 nömrəli rəyində göstərilmişdir ki, analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən malların təzə vəziyyətdə 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 334,90 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyinin tədqiqi hissəsində göstərilmişdir: 2 qutu “Kent HD NEO” markalı siqaret 7.6 manat, 7 qutu “Kent HD 8 Futura” markalı siqaret 26.6 manat, 10 qutu “LD X13” markalı siqaret 30 manat, 2 qutu “X16 0 1” markalı siqaret 7.6 manat, 3 qutu “X19 0 4” markalı siqaret 11.4 manat, 3 qutu “X20 Silver” markalı siqaret 10.8 manat, 3 qutu “X6” markalı siqaret 12.3 manat, 8 qutu “X9” markalı siqaret 32.8 manat, 1 qutu “X10” markalı siqaret 2.2 manat, 1 qutu “X7 Compact” markalı siqaret 2.7 manat, 1 qutu “LD X21” markalı siqaret 3 manat, 1 qutu “X17” markalı siqaret 2.2 manat, 6 qutu “X8” markalı siqaret 16.2 manat, 4 qutu “Winchester Comp. Blue” markalı siqaret 10.8 manat, 8 qutu “Winchester Comp.Silver” markalı siqaret 21.6 manat, 2 qutu “Bakı Blue” markalı siqaret 4 manat, 1 qutu “X5” markalı siqaret 2.7 manat, 2 qutu “X22 Silver” markalı siqaret 5.4 manat, 4 qutu “X14 Nights” markalı siqaret 10.8 manat, 3 qutu “X24” markalı siqaret 6.6 manat, 3 qutu “X23” markalı siqaret 6.6 manat, 1 qutu “X11” markalı siqaret 2.5 manat, 5 qutu “X15” markalı siqaret 12.5 manat, 10 qutu “Kingston Silver” markalı siqaret 25 manat, 2 qutu “X18” markalı siqaret 4.4 manat, 2 qutu “X4” markalı siqaret 8.2 manat və 3 ədəd 5 litrlik Sərfəli Günəbaxan yağları 48 manat, cəmi 334.90 manat (i.v 170-173); ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 dekabr 2022-ci il tarixli, 3431 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (i.v 156-158); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67-ci maddəsinə əsasən 09 il müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə azad edilmişdir (i.v 130-131, 146-153); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-17/32/2-2226/2023 saylı məktubda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə 17 saylı cəzaçəkmə müəssisəsindən cəzasının sonu ilə azad olunmuş məhkum Təqsirləndirilən şəxs barədə 3000 (üç) min manat cərimə cəzası üzrə icra vərəqəsi, icra sənədi müəssisəyə daxil olmamış və həmin 3000 (üç) min manat cərimə cəzası üzrə heç bir ödəniş edilməmiş və tutulma aparılmamışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 995/10-25 saylı məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 3000 manat cərimə cəzasına məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-453/2013 saylı, 25 aprel 2013-cü il tarixli hökmü və hökmün icrası barədə göstəriş, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icraatına daxil olmamışdır. 10 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə, saat 21:35-də tutulmuşdur; Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(032)-398/2022 nömrəli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından onun cəzasını ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək CM-nin 67-ci maddəsinə əsasən 09 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat miqdarında cərimə cəzasına məhkum olunmuş, 25 dekabr 2021-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu və təyin edilmiş cərimə cəzası ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, həmin hal nəzərə alınmalıdır. Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 3000 manat cərimə cəzasına məhkum edilmiş, lakin təyin edilmiş cərimə cəzası icra edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzası hissəsi hazırki hökmlə təyin ediləcək cəzaya birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş, lakin icra edilməmiş cərimə cəzası bu hökm üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə toplanarkən, müstəqil icra olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əvvəllər məhkum edilməsinə baxmayaraq islah olunmamasını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 10 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. 01 mart 2023-cü il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli, 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut olan oğurluq hadisəsini özündə əks etdirən 01 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 3000 manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 10 dekabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan oğurluq hadisəsini özündə əks etdirən 01 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsi ilə bağlı 20 iş saatına görə, cəmi 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Şirvan Regional Vəkil Bürosunun vəkili X3 və məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altımış) manat məbləğində pul vəsaiti Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-84/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-84/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver