Məhkəmə qərarları › İş №1(032)-84/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-84/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-84/2025 17.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:51 Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs , Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə 25 yanvar 2025-ci il tarixdə saat 15 radələrində qonşusu Zərərçəkmiş şəxs adına öz istifadəsində olan “RedMİ Note 11” markalı mobil telefonundan “Paynonix” BOKT-dan qeydiyyatdan keçməklə 242 manat 50 qəpik kredit rəsmişləşdirməklə sonuncunun xəbəri olmadan həmin 242 manat 50 qəpik pulu istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169-7388- 0721-6712 saylı bank kartına köçürməklə elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 242 manat 50 qəpik (iki yüz qırx iki manat əlli qəpik) maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Təxminən 1 ay əvvəl yaşadıqları küçədə olarkən Valdimir onu çağırmış və onun adına “Azpulmat”- dan 80 manat pul kredit götürməyinə kömək etməyini bildirmiş, o da Vladimirin adına öz istifadəsində olan RedMİ Note 11 markalı mobil telefonundan “Azpulmat”-dan və “Manato”-dan qeydiyyatdan keçməklə onun adına “Azpulmat”-dan 80 manat kredit pulu və “Manato”- dan 242 manat 50 qəpik kredit pulunu rəsmiləşdirmiş və həmin pulları Zərərçəkmiş şəxs kart hesabına köçürmüşdür. Təxminən 1 həftə sonra , 25 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs onu çağırmış, adına “Payonix BOKT”- dan kredit rəsmiləşdirilməsinə köməklik etməyini istəmiş, o da Vladimirin adına öz istifadəsində olan RedMİ Note 11 markalı mobil telefonundan “Payonix BOKT”-dan qeydiyyatdan keçmiş, sonra Vladimirin adına 242 manat 50 qəpik krediti rəsmiləşdirmiş, lakin pulun köçəcəyi hesab nömrəsi yerinə öz kart hesabını yazmış, Vladimirə də kredit rəsmiləşdirilməsinin mümkün olmadığını bildirmişdir. Həmin vaxt 242 manat 50 qəpik pul onun kart hesabına köçmüş və həmin məbləğdə pulu xəstə atasının müalicəsinə xərcləmişdir. Etdiyi əməldən peşmandır. Oğurluğu tək etmiş, bunda ona heç kim köməklik etməmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam şəkildə aradan qaldırmışdır. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək hazırda ona dəymiş zərərin tam olaraq aradan qaldırılmasını, təqsirləndirilən şəxslə barışmasını, ona görə də ona qarşı heç bir şikayət və tələbinin olmamasını, qərar qəbul edərkən bu halın nəzərə alınmasını bildirib, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs məhkəmə bildirişi verilməsinə baxmayaraq məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, aralarında heç bir ədavət düşmənlik yoxdur, mahiyyəti üzrə bildirmişdir ki, 2025-ci ilin yanvar ayının əvvəllərində qonşusu Cavidan yaşadığı ünvanda olarkən sonuncuya demişdir ki, onun adına “Azpulmat”-dan və “Manato”-dan pul kredit götürməyinə kömək etməyini bildirmiş, Cavidan da onun adına istifadəsində olan RedMİ Note 11 markalı mobil telefonundan “Azpulmat”-dan və “Manato”-dan qeydiyyatdan keçməklə “Azpulmat”-dan 70 manat kredit pulu və “Manato”dan isə 200 manat kredit pulunu rəsmiləşdirmiş və həmin pulları onun kart hesabına köçmüşdür. 25 yanvar 2025-ci il tarixdə Cavidan onun yaşadığı ünvanda olarkən sonuncuya demişdir ki, onun adına “Payonix BOKT”-dan kredit rəsmiləşdirilməsinə köməklik etsin. Cavidanda onun adına istifadəsində olan RedMİ Note 11 markalı mobil telefonundan “Payonix BOKT”-dan qeydiyyatdan keçmiş, sonra ona demişdir ki, onun adına “Payonix BOKT”-dan kredit rəsmiləşdirilməsi mümkün deyil. O da ona bir söz deməmiş, təxminən 1 ayın tamamında ona “Payonix BOKT”-dan zəng gəlmişdir ki, adına 242 manat 50 qəpik pul götürülüb, kreditin aylıq pulun verməmiş, kreditin aylığın köçürsün, o da “Payonix BOKT”-dan zəng edən şəxsə kredit götürmədiyini bildirsə də, onun adına kredit rəsmiləşdirilməsinin aparıldığını bildirmişdir. O, Cavidandan bu barədə maraqlansa da, sonuncu onun çağırışlarından qaçmış, o da “Payonix BOKT”-dan onun adına kredit götürənin Cavidan olduğunu müəyyən etdiyi üçün onun barədə Şirvan şəhər polis şöbəsinə şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Payonix BOKT”-dan götürülmüş 25 yanvar 2025-ci il tarixli qəbzdən görünür ki, 25 yanvar 2025-ci il tarixdə saat 15:50-də 242 manat 50 qəpik pul 4169-7388-0721- 6712 saylı bank kartına köçmüşdür. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 18-1-35/2-517/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMPnın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur . Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixli, 2407 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2025-ci il tarixli 167 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür, hazırda ona dəymiş zərər tam olaraq aradan qaldırılmış, təqsirləndirilən şəxslə barışmış, ona görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs köməlik gösətrilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair » Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Həmin qərara əsasən ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Həmin qərara əsasən konkret şəxşin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Həmin qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları -informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə 25 yanvar 2025-ci il tarixdə saat 15 radələrində qonşusu Zərərçəkmiş şəxs adına öz istifadəsində olan “RedMİ Note 11” markalı mobil telefonundan “Paynonix” BOKT-dan qeydiyyatdan keçməklə 242 manat 50 qəpik kredit rəsmişləşdirməklə sonuncunun xəbəri olmadan həmin 242 manat 50 qəpik pulu istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169-7388-0721-6712 saylı bank kartına köçürməklə elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 242 manat 50 qəpik (iki yüz qırx iki manat əlli qəpik) məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin tərkibini təşkil edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin mülkiyyət münasibətlərinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanın aradan qaldırmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, eyni zamanda təqsirləndirilən şəxsin əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalı, hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli , cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CMin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsi nəzə alınmalıdır. İş üzrə maddi sübut , mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-353, 384-cü maddələrini rəhbər tutub, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsi nəzə alınsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın . Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar