Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-86/2024 20.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 14:45-də Şirvan şəhər Məhkəməsinin hakimi X14 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8, X8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər X10 Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1980-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən 11 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, xx.xx.1978-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə qanusuz olaraq yaşayış sahəsinə və saxlanc yerinə daxil olmaqla oğurluq və satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşımadan ibarət cinayət əməllərini törətmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 03 dekabr 2023-cü il tarixdə saat 03 radələrində Şirvan şəhəri, C.Qaryağdı küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə və evə daş hasardan və pəncərədən keçməklə qanunsuz olaraq daxil olub, evdən ümumi dəyəri 1500 manat olan 1 ədəd dreli, 1 ədəd laqondanı, 1 ədəd perforatoru, 1 ədəd taxta mişarını, 1 ədəd 50 düyməcik bürünc vinteli, 1 ədəd 40 düyməcik bürünc vinteli, 1 ədəd 32 düyməcik bürünc vinteli, 1 ədəd 25 düyməcik bürünc vinteli, 1 ədəd 20 düyməcik bürücn vinteli, 25 ədəd taxıc yuvasını, 10 ədəd elektrik açarı, 30 ədəd dəmir yapışqanı, 50 metr uzunluqda kabeli, 50 metr uzunluqda kabeli, 1 ədəd 50 sm-lik burğunu, 1 ədəd 40 sm-lik burğunu, 165 metr yaşmağı, 9 qutu vinti, 4 kq mismarı, 1 ədəd çəkici, 1 əddə kəlbətini, 1 ədəd 1 ədəd hamam və 1 ədəd mətbəx su dəstini, 1 ədəd projektoru, 20 ədəd kombi vintelini, 25 ədəd diametri 32 sm-lik firat markalı borunu, 1 ədəd əl çantasını, 1 cüt ayaqqabını, 65 metr uzunluqda barabanlı elektrik ötürücüsünü və 100 metr 14-lük dəmir armaturu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1500 (min beş yüz) manat dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyət ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 04 dekabr 2023-cü il tarixdə saat 02 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 23A saylı binanın qarşısında dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs5n məxsus “VAZ 2107” markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilə sağ ön yan şüşəsini sındıraraq daxil olub, avtomobildən 01 ədəd 250 manat dəyərində “Pioner” markalı maqnitafonu gizli olaraq talayıb, zərərçəkmiş şəxs İbrahim Ağayevə ümumilikdə 250 (iki yüz əlli) manat dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 09 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə daş hasardan keçməklə qanunsuz olaraq daxil olub, həmin həyətyanı sahədə yerləşən birmərtəbəli tikilidən Zərərçəkmiş şəxs8 məxsus 01 ədəd 50 manat dəyərində akumlyator dreli, 01 ədəd 100 manat dəyərində preparatoru və 01 ədəd 120 manat dəyərində “Euromax” markalı laqondanı və Zərərçəkmiş şəxs9 məxsus 01 ədəd 80 manat dəyərində dreli və 01 ədəd 100 manat dəyərində preparatoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 ümumilikdə 270 (iki yüz yetmiş) manat dəyərində və Zərərçəkmiş şəxs9 ümumilikdə 180 (yüz səksən) manat dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyət ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 13 dekabr 2023-cü il tarixdə saat 05 radələrində Şirvan şəhəri, ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 Oqtay oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə dəmir material olan qapıdan keçməklə qanunsuz olaraq daxil olub, həyətyanı sahədə olan birmərtələbi tikilidən 1 ədəd 300 manat dəyərində “Velacruze” markalı velosipedi və 1 ədəd 180 manat dəyərində otbiçəni maşınını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 480 (dörd yüz səksən) manat dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 22 dekabr 2023-cü il tarixdə saat 03 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs3 məxsus qaraja həmin qarajın sol yan tərəfində yerləşən daş hörgünü sökməklə qanunsuz olaraq daxil olub, qarajda dayanıqlı vəziyyətdə olan “İVECO OTOYOL” markalı, ** BX *** d.q.n-lı avtobusunun sol yan tərəfindəki 2 ədəd hər birinin dəyəri 140 manat, ümumi dəyəri 280 manat olan akkumlyatorları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 280 (iki yüz səksən) manat dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyət ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 31 dekabr 2023-cü il tarixdə saat 03 radələrində Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən “Xeyir-Şər” mərasim evinə pəncərəsindən qanunsuz olaraq daxil olub, həmin mərasim evinin içərisindən Zərərçəkmiş şəxs7 məxsus 01 ədəd 40 manat dəyərində direli və 80 manat dəyərində laqondanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 120 (yüz iyirmi) manat dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyət ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 15 fevral 2024-cü il tarixdə saat 00:30 radələrində Şirvan şəhəri, H.Z.Tağıyev küçəsində dayanıqlı vəziyyətdə olan X4 məxsus “VAZ 2107” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilin ön kapotunu açıb, motorxanadan 1 ədəd 110 manat dəyərində akkumlyatoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 110 (yüz on) manat dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyət ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16 fevral 2024-cü il tarixdə saat 04 radələrində ünvan 7-də yerləşən Zərərçəkmiş şəxs6 məxsus yeni tikilmiş və yaşayış olmayan fərdi yaşayış evinə daş hasardan keçməklə qanunsuz olaraq daxil olub, həmin evdən 200 metr uzunluqda 160 manat dəyərində kabeli, 200 metr uzunluqda 185 manat dəyərində açılmamış paketdə olan 4-lük kabeli, 1 ədəd 35 manat dəyərində kabel taxıc yuvasını və 1 ədəd 20 manat dəyərində dreli gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 ümumilikdə 400 (dörd yüz) manat dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, yəni 0,510 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 19 fevral 2024-cü il tarixdə saat 18:00-da Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, H.Əliyev prospektində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sol yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,510 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talama məqsədi ilə oğurluq və satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşımadan ibarət cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyət ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 15 fevral 2024-cü il tarixdə saat 00:30-da radələrində Şirvan şəhəri, H.Z.Tağıyev küçəsində dayanıqlı vəziyyətdə olan X4 məxsus VAZ 2107 markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilin ön kapotunu açıb, motoxanadan 1 ədəd 110 manat dəyərində akkumlyatoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 110 (yüz on) manat dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, yəni 0,348 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 17 fevral 2024-cü il tarixdə saat 11:15-də Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, H.Z.Tağıyev küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd bükümdə təmiz çəkisi-0,348 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib, ifadə verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında tanışı Təqsirləndirilən şəxs2 ilə Şirvan şəhəri ərazisində “Vosmoy” adlanan ərazidə kafedə oturub spirtli içki içmişlər. Spirtli içki içdikdən sonra onlar birlikdə oğurluq etmək qərarına gəlmişlər, buna görə də, kafedən çıxıb piyada küçədə gəzişmişlər. Şəhərin H.Z.Tağıyev küçəsində piyada hərəkət edərək gecə radələrində küçədə göy rəngli VAZ-21074 markalı, qeydiyyat nişanının son nömrəsi 073 olan avtomobil görmüşlər. Həmin avtomobildən akkumulyator oğurlamaq qərarına gəlmişlər. Kənara baxıb ətrafda heç kimin olmadığına əmin olduqdan sonra Təqsirləndirilən şəxs2la ilə birlikdə avtomobilin qabaq kapotunu açmışlar və 01 ədəd akkumulyatoru birlikdə oğurlamışlar. Həmin akkumlyatoru Təqsirləndirilən şəxs2 götürüb yaşadığı ev istiqamətində getmişdir. Oğurladıqları akkumlyatoru satıb qazanc əldə etməyi düşünmüşlər. Etdiyi əməldən çox peşman olmuşdur. Ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan digər oğurluq hadisələrini isə o törətməmiş, həmin oğurluq cinayətlərinə aidiyyəti olmamışdır. Eləcə də üzərindən aşkar olunan psixotrop maddə metamfetamin ona məxsus olmamışdır. Həmin psixotrop maddə metamfetamin onun üzərinə Şirvan şəhər Polis Şöbəsində olarkən polis əməkdaşları tərəfindən qoyulmuşdur. O, həmin vaxt polis əməkdaşları tərəfindən ona təzyiq olunduğundan və işinin daha da ağır olacağından qorxaraq ibtidai istintaq zamanı digər oğurluq cinayətlərini törətməsi və psixotrop maddənin ona məxsus olması barədə etirafedici ifadələr vermişdir. Nə ibtidai istintaq zamanı müdafiəçiyə, nə də ki, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə hakimə bu barədə heç bir söz deməmişdir, aidiyyəti orqanlara şikayət və ya müraciət etməmişdir. Hal-hazırda düzgün ifadə verdiyini bildirib, qərar qəbul edərkən nəzərə alınmasını xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şübhəli şəxs qismində 19 fevral 2024-cü il tarixdə və təqsirləndirilən şəxs qismində 20 fevral 2024-cü il və 21 fevral 2024-cü il tarixlərdə müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində cinayət əməlini etiraf edərək göstərmişdir ki, o, əvvəllər ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə olunmamış, əvvəllər məhkum olunmuş, mahiyyəti üzrə bildirmişdir ki, 03 dekabr 2023-cü il tarixdə Şirvan şəhərində olarkən hardansa oğurluq edib, qazanc əldə etmək qərarına gəlmiş, bu səbəbdən şəhər ərazisində gəzərək oğurluq etmək üçün yer axtarmaq fikrində olmuşlar. Bu istiqamətdə o, şəhərin müxtəlif küçələrin gəzmiş, həmin gün saat 03 radələrində o, şəhərin C.Qaryağdı küçəsinə gəlmiş və orada olan fərdi yaşayış evlərinin həyətyanı sahələrinə baxaraq, oğurluq etmək üçün münasib yer axtarmağa başlamışdır. Həmin vaxt fərdi yaşayış evlərinin birinə yaxınlaşmış və həyətə baxdıqda kimsə olmadığını görmüşdür. Daş hasardan həyətə girmiş, ətrafa baxmağa başlamışdır. Bu zaman həyətyanı sahədə olan evi görmüş və evdə kiminsə yaşamadığına əmin olmuş və evə pəncərədən daxil olmuş, içəri girdikdə orada təmir üçün avadanlıqlar olmasını görmüş və həmin evdən 1 ədəd dreli, 1 ədəd laqondanı, 1 ədəd preparatoru, 1 ədəd taxta mişarı, bundan başqa müxtəlif formalı tikinti materialların, kabel, mismar, borcu və yadında qalmayan əşyaları bir yerə yığmış və sonra həmin əşyaları özü ilə götürüb gəldiyi yolla həyətdən çıxmışdır. Sonra oğurladığı şəhərin tərk edilmiş bir yerinə gətirmiş və orada gizlətmişdir. Sonrasında həmçin əşyaları hissə hissə sataraq, əldə etdiyi qazancı öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, 04 dekabr 2023-cü il tarixdə 02 radələrində pulu olmadığı üçün gecə saatlarında Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan binanın qarşısında VAZ-2107 markalı hal-hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə daxil olaraq avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Avtomobilin qapılarının bağlı olduğunu görüb avtomobilin sağ qabaq yan şüşəsini sındırıb avtomobilin qapısını açmışdır. Avtomobilin içərisinə daxil olduqdan sonra avtomobildən “Pioneer” markalı maqnitafonu yerindən sökərək çıxartmış və həmin yerdən uzaqlaşmışdır. Maqnitafonu səhəri gün tanımadığı şəxsə 25 manata satmışdır. Bundan başqa bildirmişdir ki, 09 dekabr 2023-cü il tarixdə Şirvan şəhərində olarkən hardansa oğurluq edib, qazanc əldə etmək qərarına gəlmiş, bu səbəbdən şəhər ərazisində gəzərək oğurluq etmək üçün yer axtarmaq fikrində olmuş, bu istiqamətdə o, şəhərin müxtəlif küçələrin gəzmiş, həmin gün saat 23 radələrində o, şəhərin Naxçıvan küçəsinə gəldmiş, həmin küçədə fərdi yaşayış evlərinin həyətlərinə baxaraq oğurluq etmək üçün evlərdə kiminsə olub olmamasını yoxlamış, bu zaman bir evin həyətyanı sahəsinə baxmış, görmüşdür ki, fərdi yaşayış evinin həyətində kimsə yoxdur. Bundan sonra daş hasardan həyətə daxil olmuş və ətrafa baxmağa başlamışdır. Fərdi yaşayış evinin həyətində təzə tikili görmüş, tikiliyə yaxınlaşmış və qapısını açıb, içəri girmişdir. Tikilinin içərisinə baxdıqda, içərisində təmir avadanlıqları olduğunu görmüşdür. Həmin vaxt oradan 2 ədəd dreli, 2 ədəd preparatoru və 1 ədəd laqondanı özü ilə götürmüş və oradan gəldiyi yolla çıxaraq, şəhərin bos bir sahəsinə gəlmiş, oğurladığı əşyaları orada gizlətmiş və evinə getmişdir. Səhəri gün oğurladığı əşyaları gizlətdiyi yerə gəlmiş, oğurladığı əşyaların bir qismini oradan götürüb, həmin gün Şirvan şəhərində tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi qazancıda öz öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, 13 dekabr 2023-cü il tarixdə Şirvan şəhərində olarkən hardansa oğurluq edib, qazanc əldə etmək qərarına gəlmiş, bu səbəbdən şəhər ərazisində gəzərək oğurluq etmək üçün yer axtarmaq fikrində olmuş, bu istiqamətdə o, şəhərin müxtəlif küçələrin gəzmiş, həmin gün saat 05 radələrində o, şəhərin Naxçıvan küçəsinə gəlmiş və orada olan fərdi yaşayış evlərinin həyətyanı sahələrinə baxaraq, oğurluq etmək üçün münasib yer axtarmağa başlamışdır. Həmin vaxt aliminium materialdan qapısı olan fərdi yaşayış evinin yanına gəlmiş və həyətə baxdıqda kimsə olmadığını görmüşdür. Sonra dəmir qapını sakitcə açıb həyətə girmişdir. Ətrafa baxmağa başlamışdır. Bu zaman həyətyanı sahədə olan tikilini görmüş və tikiliyə plastik qapısından içəri daxil olmuş, içəri girdikdə orada 1 ədəd velosiped və 1 ədəd otbiçən maşını olmasını görmüşdür. Sonra həmin velosipedi və 1 ədəd otbiçən maşını özü ilə götürüb gəldiyi yolla həyətdən çıxmışdır. Sonra velosipedi və 1 ədəd otbiçən maşını əvvəl oğurluq edib əşyaları gizlətdiyi yerə gəlmiş, oradan velosipedi və otbiçən maşını orada gizlətmişdir. Səhəri gün o, oğurladığı otbiçən maşını tanımadığı şəxsə satmış, velosipedi isə kəsib hissələrə ayıraraq, səyyar dəmir alanlara satmışdır. Əldə etdiyi qazancı öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, 22 dekabr 2023-cü il tarixdə Şirvan şəhərində olarkən hardansa oğurluq edib, qazanc əldə etmək qərarına gəlmiş, bu səbəbdən şəhər ərazisində gəzərək oğurluq etmək üçün yer axtarmaq fikrindəymiş, bu istiqamətdə o, şəhərin müxtəlif küçələrin gəzmiş, həmin gün saat 04 radələrində o, şəhərin H.Əliyev prospektinə gəlmiş, həmin prospektdə qarajlar olan yerə gəlmiş, bundan sonra o, qarajları yoxlamağa başlamış, qarajların qapıları kilidlə bağlı olmuş, bundan sonra o, orada olan alt hissəsi daş hörgü ilə hörülmüş qarajın arxa tərəfinə yaxınlaşmış və daş hörgünü söküb, mişar daşları yerindən çıxartmışdır. Sonra oradan qarajın içərisinə girmiş, həmin vaxt qarajda avtobus olduğunu görmüş, bundan sonra avtomobilin sol yan tərəfinə gəlmiş və akkumlyatorların olduğu hissəni açmış və oradan olan 2 ədəd akkumlyatoru yerindən çıxartmış və hər iki akkumlyatoru qarajdan çıxardıb, yolun kənarına gəlmiş və tanımadığı taksi ilə 2 ədəd akkumlyatoru əvvəl oğurluq edib əşyaları gizlətdiyi yerə gəlmiş, oradan 2 ədəd akkumlyatoru oğurladığı əşyaları gizlətdiyi yerdə gizlətmiş, həmin vaxt oğurladığı akkumlyatorun biri sınmış, səhəri gün o, akkumlyatorları gizlətdiyi yerə gəlmiş və salamat olan 1 ədəd akkumlyatoru özü ilə götürüb, tanımadığı şəxsə satmış və əldə etdiyi qazancı öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, 31 dekabr 2023-cü il tarixdə saat 03 radələrində pulu olmadığı üçün oğurluq edərək pul əldə etmək qərarına gəlmiş, həmin məqsədlə qeyd edilən vaxtda hal-hazırda dəqiq olaraq xatırlamadığı gündə gecə saatlarında Şirvan şəhəri, T.İsmayılov küçəsində gəzən zaman xeyir-şər evinin yanında keçən zaman həmin yerə daxil olub oradan oğurluq etmək qərarına gəlmiş, Xeyir-şər evinə daxil olan zaman orada 2 ədəd laqonda və 01 ədəd direl olduğunu görüb həmin laqonda və direli götürüb xeyir-şər evindən çıxmış, səhərisi gün laqonda və direli Şirvan şəhəri, Xanlar küçəsində tanımadığı şəxsə 30 manata satmışdır. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Onunla heç bir düşmənçilik və ədavətim olmamışdır. Maddi cəhətdən sıxıntısı olmuş, oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Kamal ilə Şirvan şəhəri ərazisində “Vosmoy” adlanan ərazidə kafedə oturub hərəsinə 0,5 litr araq içmişlər. Araq içdikdən sonra Kamal ilə oğurluq etmək qərarına gəlmişlər, buna görə də, kafedən çıxıb piyada küçədə gəzişmişlər. Şəhərin H.Z.Tağıyev küçəsində piyada hərəkət edərək içkili olduqlarından dəqiq saat yadında qalmayan vaxtda gecə radələrində küçədə göy rəngli VAZ-21074 markalı, qeydiyyat nişanını son nömrəsi 073 olan avtomobil görmüşlər. Həmin avtomobildən akkumulyator oğurlamaq qərarına gəlmişlər, bunu qətiləşdirmişlər, kənara baxmışlar, heç kimin olmadığına əmin olub Kamal ilə birlikdə avtomobilin qabaq kapotunu açmışlar, oradan 1 ədəd akkumulyatoru birlikdə oğurlamışlar. Akkumulyatoru Kamal götürmüş və akkumulyatoru harada satacaqları barədə danışmamışlar. Sonradan isə Kamal həmin akkumulyatoru götürüb getmiş, o d yaşadığı ev istiqamətində getmişdir. Bildirmişdir ki, o, oğurluğu Təqsirləndirilən şəxs2 ilə birlikdə etmiş, etdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Bundan başqa bildirmişdir ki, 16 fevral 2024-cü il tarixdə 04 radələrində pulu olmadığı üçün oğurluq edərək pul əldə etmək qərarına gəlmiş, həmin məqsədlə qeyd edilən vaxtda hal-hazırda dəqiq olaraq xatırlamadığı gündə gecə saatlarında Şirvan şəhəri, M.İbrahimov küçəsində gəzən zaman evlərin birinə hasardan aşıb daxil olduqdan sonra həyətdə olan tikilinin pəncərəsindən tikiliyə daxil olmuş, tikilidən 01 ədəd direl və kabelləri götürdükdən sonra eyni qaydada həyədən çıxmış, səhərisi gün 01 ədəd direl və kabelləri Şirvan şəhəri, Xanlar küçəsində tanımadığı şəxsə 30 manata satmışdır. Bundan başqa bildirmişdir ki, 18 fevral 2024-cü il tarixdə təxminən saat 19 radələrində yaşadığı evin yaxınlığında gəzən zaman yerdə 01 ədəd sellofan büküm görmüş və onun marağı cəlb etdiyi üçün həmin bükümü yerdən götürüb açmış, tanıdığı üçün içərisinə baxan zaman içərisində psixotrop maddə metamfetamin olmasını bilmiş və həmin bükümü əynindəki boz rəngli cins şalvarının sol yan cibinə gələcəkdə istifadə etmək məqsədilə qoymuşdur. Həmin gecə işləri ilə məşğul olmuşdur. 19 fevral 2024-cü il tarixdə təxminən saat 18 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olarkən Şirvan polis işçiləri ona yaxınlaşıb özlərini təqdim etmişlər, ona oğurluqda şübhəli olduğunu və üzərində psixtorop maddə saxlamağında və istifadə etməyində şübhəli olduğunu, üzərində şəxsi axtarış aparacaqlarını demişlər. Həmin vaxt ətrafda başqa insanlar olduğu üçün, həmçinin onun üzərində “patı” olduğu üçün şəxsi axtarış aparılmasına etiraz etmişdir. Bu zaman polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, o, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən otağın birində ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, maddi imkanı olmadığından dövlət hesabına vəkilin təmin olunmasını bildirmiş, az sonra dövlət hesabına vəkil X20 gəldikdən sonra polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış aparılan zamanı o, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə olan “patı”nı masanın üzərinə qoymuş və həmin bükümün içərisində “patı” olmasını söyləmişdir. Üzərindən aşkar edilmiş sellofan bükümün içərisi açılıb baxıldıqda içərisində “patı” olması müəyyən edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar olunmamışdır. O, həmin bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə yaşadığı küçədən tapmışdır. Təqdim etdiyi psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş, çəkisinin 0,60 qram olduğu müəyyən olunmuşdur. Həmin büküm 01 ədəd ağ zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol vəkil, polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Bundan başqa o bildirmişdir ki, ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmiş, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ona məxsus olmuş, o, oğurluq edərkən kənardan kimsə görməmiş, o da kimisə görməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib, ifadə verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 ilə birlikdə Şirvan şəhəri H.Z.Tağıyev küçəsində dayanmış göy rəngli VAZ-21074 markalı, Zərərçəkmiş şəxs2 məxsus avtomobildən akkumulyator oğurlamaq qərarına gəlmişlər, ətrafda heç kimin olmadığına əmin olub avtomobilin qabaq kapotunu açmışlar, oradan 01 ədəd akkumulyatoru birlikdə oğurlamışlar. Həmin vaxt onlar spirtli içkinin təsiri altında olmuşlar. Həbs olunduqdan sonra o, xalası oğluna bu barədə məlumat vermiş, o da yeni akkumulyator alıb Zərərçəkmiş şəxs2 qaytarmışdır. Hal-hazırda Zərərçəkmiş şəxs2 ilə barışmış, ona dəymiş maddi ziyanı tamamilə aradan qaldırmışdır. Bundan başqa o bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroin ona məxsus olmamışdır. Həmin vaxt polis əməkdaşları tərəfindən ona psixoloji təzyiq olunduğundan və işinin daha da ağır olacağından qorxaraq ibtidai istintaq zamanı etirafedici ifadələr vermişdir. Nə ibtidai istintaq zamanı müdafiəçiyə, nə də ki, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə hakimə bu barədə heç bir söz deməmişdir, aidiyyəti orqanlara şikayət və ya müraciət etməmişdir. Hal-hazırda düzgün ifadə verdiyini bildirib, qərar qəbul edərkən nəzərə alınmasını xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı şübhəli şəxs qismində 19 fevral 2024-cü il tarixdə və təqsirləndirilən şəxs qismində 19 fevral 2024-cü il və 21 fevral 2024-cü il tarixlərdə müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində cinayət əməlini etiraf edərək göstərmişdir ki, o, əvvəllər ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə olunmamış, əvvəllər məhkum olunmuş, mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Maddi cəhətdən sıxıntısı olmuş, oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Zaur ilə Şirvan şəhəri ərazisində “Vosmoy” adlanan ərazidə kafedə oturub hərəsinə 0,5 litr araq içmişlər. Araq içdikdən sonra Zaur ilə oğurluq etmək qərarına gəlmişlər, Buna görə də, kafedən çıxıb piyada küçədə gəzişmişlər. Şəhərin H.Z.Tağıyev küçəsində piyada hərəkət edərək içkili olduqlarından dəqiq saat yadında qalmayan vaxtda gecə radələrində küçədə göy rəngli VAZ-21074 markalı, qeydiyyat nişanını son nömrəsi 073 olan avtomobil görmüşlər. Həmin avtomobildən akkumulyator oğurlamaq qərarına gəlmişlər, bunu qətiləşdirmişlər, kənara baxmışlar, heç kimin olmadığına əmin olub Zaur ilə birlikdə avtomobilin qabaq kapotunu açmışlar, orada 1 ədəd akkumulyatoru birlikdə oğurlamışlar. O, həddən artıq araq içdiyindən akkumulyatoru daşıya bilməmiş, buna görə də, akkumulyatoru Zaur götürmüş, həmin akkumulyatoru götürüb harada satacaqları barədə danışmamışlar. Sonradan isə Zaur həmin akkumulyatoru əlində gizlincə götürüb oradan yaşadığı ev istiqamətində, o isə oradan piyada yaşadığı evə getmişdir. Həmin gündən sonra o, Zaurla imkan tapıb əlaqə saxlaya bilməmişdir. Daha sonradan isə o, narkotik vasitə gəzdirdiyinə görə Şirvan polisi tərəfindən tutulmuşdur. Bildirmişdir ki, o, oğurluğu Təqsirləndirilən şəxs1 ilə birlikdə etmiş, etdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Bundan başqa bildirmişdir ki, təxminən 1 ay bundan əvvəl balıq tutmaq üçün Şirvan şəhərində yerləşən "Şirvan" kanalının qırağına getmiş, "Şirvan" kanalının qırağında gedən zaman yerdə bir ədəd tapança görmüş və diqqətini cəlb eləmiş, o, yerdən həmin silahı götürmüş və evə gətirmişdir. 16 fevral 2024-ci il tarixdə səhər saatlarında o, yaşadığı məhlədə gəzən zaman yerdə sellofan büküm görmüş və həmin büküm diqqətini cəlb etdiyindən yerdən götürüb bükümü açmışdır. Bükümü açan zaman içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və istifadə etmək üçün götürüb cibinə qoymuşdur. 17 fevral 2024-cü il tarixdə saat təxminən 11 radələrində həmin tapança və 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə üzərində olduğu zaman yaşadığı Şirvan şəhəri, H.Z.Tağıyev küçəsində hərəkət edərkən Şirvan şəhər polis şöbəsinin mūlki geyimli əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində qanunsuz odlu silah gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılmasından ötrü onu polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş və birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir qədər keçdikdən sonra vəkil X9 gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən silah, sursat olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə o, üzərində olan bir ədəd tapança və 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra o, əynində olan qara rəngli şalvarın bel hissəsinə keçirtmiş olduğu 1 ədəd tapançanı və 1 ədəd selofan bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı qanunsuz heç bir əsya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Bundan başqa o bildirmişdir ki, ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmiş, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin ona məxsus olmuş, o, oğurluq edərkən kənardan kimsə görməmiş, o da kimisə görməmiş, həmin akkumulyatoru satacaqlarmış, lakin həmin gün içkili olduqlarından bunu hələ Zaurla söhbət etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, C.Qaryağdı oğlu küçəsində özünə təmirsiz fərdi yaşayış evi almış və həmin evi özü hissə-hissə təmir edirmiş. 2023-ců ilin noyabr ayının 15-də xəstələndiyi üçün təmir işlərini dayandırmış, 26 noyabr 2023-cú il tarixdə gəlib həyətindəki evə kənardan baxıb, yoxlayıb getmiş, 04 dekabr 2023-cú il tarixdə həmin evə gəldikdə pəncərənin açıq olduğunu görmüş, evə daxil olduqda evdə olan təmir üçün lazım olan təmir alətləri ( 01 ədəd drel, 01 ədəd laqonda, 01 ədəd preparator, 01 ədəd taxta kəsən mişar) və tíkintí materiallarının (50, 40. 32, 25, 20 düyməlik vintellər, 25 ədəd taxıc yuvası, 10 ədəd elektrik açarı, 30 ədəd dəmir yapışdıran, 50 metr kabel, 50 metr elektrik naqili, 50 sm burğu, 40 sm burğu, 165 metr yaşmaq, 9 qutu vint, 4 kq mismar, 01 ədəd çəkic, 01 ədəd kəlbətin, hamam və mətbəx dəsti, 01 ədəd projektor, 205 ədəd kombi vinteli, 25 ədəd diametri 32 olan firat borusu, 01 ədəd əl çantası, 01 cüt ayaqqabı, 65 metr uzunluqda barabanlı elektrik ötürücüsű vɔ 100 metr 14-1űk dəmir armatur) naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bilmiş, daha sonra həmin ləvazimatların oğurlanması baradə DİN-nin 102 Məlumat Mərkəzinə və Şirvan şəhər PŞ-yə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsinin törədilməsində heç kəsdən şübhələnməmiş, oğurluq hadisəsi nəticəsində təxminən ona 1500 (min beş yüz) manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan aradan qaldırılmamışdır, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2023-củ ilin noyabr ayının 6-ı tarixindən Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən evdə usta işləmiş, alətlərini həmin evin həyətyanı sahəsinə yığmışdır. Son vaxtlar yağış yağdığından 09 dekabr 2023-cü il tarixində axşam saat 17 radələrində o, 01 ədəd akkumulyator dreli, 01 ədəd preparatoru, 01 ədəd böyük “Euromax" firmasına məxsus olan böyük laqonda aparatını evin sol künc hissəsində yerləşən tikilinin içərisinə yığmış, onunla birgə digər usta yoldaşı Xalid də özünə məxsus olan alətlərini həmin tikiliyə yığmışdır. 10 dekabr 2023-cü ildə saat 09 radələrində iş yoldaşı Xalid evə gəlmiş, bu vaxt həm özünə məxsus olan, həm də ona məxsus olan alətlərin yerində olmadığını görmüş və ona bu barədə məlumat vermişdir. Daha sonra o, Şirvan şəhər PŞ-yɔ məlumat vermişdir. Ona ümumilikdə 270 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan aradan qaldırılmamışdır, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 oğlu ifadəsində göstərmişdir ki, Şirvan şəhərində şəhər daxili 9 saylı marşrut üzrə sürücü kimi işləyir, idarə etdiyi ”İVECO OTOYOL AVTOBUS” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtobus onun mülkiyyətindədir. Gündəlik səhər saat 6-dan saat 22-dək iş müddəti olmuş, işi bitdikdən sonra avtobusu Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən özünə məxsus qarajında saxlamış, qarajın qapısını isə qıfılla bağlamışdır. Bundan sonra oradan uzaqlaşıb evinə gəlmişdir. 22 dekabr 2023-cü il tarixdə saat 07:05 radələrində qarajın qapısını açmış, sonra avtobusa minmiş, avtobusun mühərrikini işə salmaq istədikdə avtobus işə düşməmişdir. O da avtobusdan düşmüş və akkumlyatorları yoxlamaq istədikdə görmüşdür ki, akkumlyatorun örtüyü açıqdır. Sonra o, örtüyü qaldırdıqda, orada olan 02 ədəd akkumulyatorun yerində olmadığını görmüşdür. Ətrafa baxdıqda, sol tərəfdə yerləşən mişar daşından hörgünün sökülmüş vəziyyətdə olmasını görmüş, bundan sonra əmin olmuşdur ki, qarajındakı avtobusundan 02 ədəd akkumulyator oğurlanmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə zəng etmiş və bu barədə məlumat vermişdir. Ona dəymiş ziyan aradan qaldırılmamışdır, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, ünvan 4 ünvanda hal-hazırda yaşayış yoxdur. 13 dekabr 2023-cü il tarixdə 12:00 Şirvan şəhəri Naxçıvan küçəsində yaşayan qonşu ona zəng vuraraq ona məxsus olan evin çöl tərəfdən yarımtikili qapısındakı daşların aşdığını bildirmişdir. O, Tahirə demişdir ki, daşları yerinə yığ özü gələndə baxacaqdır. 14 dekabr 2023-cü il tarixdə səhər radələrində Şirvan şəhəri, Naxçıvan küçəsindəki evinə gedib baxmış, içəri daxil olduqdan sonra həyətdəki tikilinin pəncərisini açıq vəziyyətdə görüb qapıya tərəf yaxınlaşdıqda qapının da açıq olduğunu görmüşdür. Bundan sonra o, içəri daxil olduqda 01 ədəd 300 manat dəyərində "Velocruze" markalı velosipedin və 01 ədəd 180 manat dəyərində ot biçən maşının orada olmadığını görmüşdür. Bu vaxt evindən oğurluq olmasını bilib DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vuraraq məlumat vermiş, bundan sonra evin həyətinə və içərisinə girib baxdıqda başqa nəyinsə oğurlandığını aşkar etməmiş, ümümilikdə ona 480 manat ziyan dəymişdir. Ona dəymiş ziyan aradan qaldırılmamışdır, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ona məxsus VAZ 2107 markalı ** XX *** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. 03 dekabr 2023-cü il tarixdə saat 18 radələrində o, həmin avtomobil ilə yaşadığı binanın yanına gəlib orada avtomobilini saxlamış və qapılarını bağlayaraq evə getmişdir. Bundan sonra o, 04 dekabr 2023-cü il tarixdə səhər saat 08 radələrində işə getmək üçün binanın həyətinə düşmüş və avtomobilinə yaxınlaşdıqda avtomobilinin sağ ön yan şüşəsinin sındırıldığını görmüş və avtomobilin içərisinə nəzər saldıqda avtomobildə olan 01 ədəd "Pioneer" markalı maqnitofonun olmadığını, yəni oğurlandığını aşkar etmiş vɔ bundan sonra o, polisə zəng edərək bu barədə müraciət etmişdir. Ona mɔxsus olan VAZ 2107 markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış 01 ədəd "Pioneer" markalı maqintofonunun dəyəri 250 manat olmuşdur. Ona dəymiş ziyan aradan qaldırılmamışdır, lakin ona dəymiş maddi ziyanın ödənilməsini tələb etmir. Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, VAZ 2107 markalı, göy rəngli, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobili 2023-cü il sonlarında almış, həmin avtomobillə taksi kimi fəaliyyət göstərmişdir. 15 fevral 2024-cü il tarixdə özünə məxsus avtomobili küçədə saxlamış, həmin gün saat təxminən saat 02:00 radələrində o, evə getmək üçün küçəyə çıxmış, avtomobilini işə salmaq istəmiş, lakin avtomobil işə düşməyəndə ön kapotu açıb matorxanaya baxmışdır. Bu zaman avtomobilə məxsus akumlyatorun yerində olmadığını, oğurlandığını bilmişdir. O, DİN-in 102 zəng xidmətinə müraciət etməmişdir. Ona məxsus “VAZ 2107” markalı **-FF- *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış akkumlyatorun qiyməti 110 manat olmuşdur. Ona dəymiş ziyan aradan qaldırılmışdır, təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, hal-hazırda usta kimi fəaliyyət göstərir. Təxminən 1 ilə yaxın müddətdir ki, Şirvan şəhər sakini Aydını tanıyır. Aydın ona 08 dekabr 2023-cü il tarixində zəng vuraraq, ev tikdirdiyini və usta lazım olduğunu bildirərək, onu evinə dəvət etmişdir. O da 09 dekabr 2023-cü il tarixində Aydının Şirvan şəhəri, ünvan 5 ünvanına getmişdir. Həmin gün Aydının evində bir sıra işlər görmüş, iş gördüyü alətləri olan 01 ədəd dreli və 01 ədəd preparator alətini yaşayış evinin sol küncündə olan otağa digər usta yoldaşı Mahirlə birgə yerləşdirmişlər. Mahir də öz alətlərini həmin otağa yerləşdirmişdir. Sabahkı tarixdə saat 09 radələrində o, Aydının evinə gəlmiş, həmin alətlərini yerləşdirdiyi otaqdan götürmək üçün otağa daxil olmuşdur. Bu vaxt alətlərinin yerində olmadığını görmüşdür. Sonra Mahirin də alətlərinin yerində olmadığını görmüş, o, bu barədə Mahirə zəng vuraraq, məlumat vermişdir. Lakin Mahir yasda olduğunu, sabah gələcəyini söyləmişdir. O, həmin günü hər yeri axtarsa da tapa bilməmişdir. O da Şirvan şəhər PŞ-yə ərizə ilə müraciət edərək, alətlərinin oğurlandığını bildirmişdir. Ona ümumilikdə 180 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan aradan qaldırılmışdır, təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, hal-hazırda Bakı şəhərində yerləşən “VİP Satandart" MMC-də ekspeditor işləyir. ünvan 6 ünvanında yerləşən ev onun özünə məxsus olmuş, həmin ünvanda yaşayış olmamış, hal-hazırda həmin ünvanda təmir işləri getmişdir. 16 fevral 2024-cü il tarixdə saat 11 radələrində ünvan 7 ünvanına daxil olmuşdur. İçəri daxil olduqdan sonra həyətdə yerləşən əlavə tikilinin pəncərəsinin açıq vəziyyətdə görmüşdür. Həyətdə gecə fanarının kabelinin kəsildiyini və həyətdə olan uzun kabelli taxıc yuvasının olmadığını görmüşdür. Bundan sonra o, həyətdəki evə daxil olmuş və evin bir neçə otaqlarındakı taxıc yuvalarının kabellərini sökülüb və kəsilib oğurlandığını aşkar etdiyi üçün DİN-nin 102 xidməti zəng mərkəzinə bu barədə məlumat vermişdir. Evde aparılan tikinti işlərində lazım olan aparatların yerində olub olmamasını yoxladıqda həyətəki əlavə tikintinin içərisindəki otaqda olan 01 ədəd pil ilə işləyən drelin olmadığını görmüşdür. Qeyd etmək istəmişdir ki, evin içərisində istifadə olunan ümümilikdə uzunluğu 200 metr olan kabelin, 200 metr açılmamış paketdə olan 4 mm-lik uzunluğu ümümilikdə 200 metr olan kabelin, 01 ədəd uzun kabeli olan taxıc yuvasının, 01 ədəd drelin oğurlanmasını aşkar etmişdir. Təxminən ona ümümilikdə 300-400 manat ziyan dəymişdir. Ona dəymiş maddi ziyanın ödənilməsini tələb etmir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Şirvan şəhərində tikinti fəaliyyəti ilə məşğul olur. Şirvan şəhəri ərazisində yerləşən söhbətgahların təmiri ilə məşğul olur. Belə ki, işlərini görmək üçün özü ilə birlikdə 02 ədəd laqonda və 01 ədəd burğu aləti drel gəzdirmişdir. Sonuncu dəfə şəhərin T.İsmayılov küçəsində yerləşən söhbətgahda işlər görmüşdür. Həmin vaxt o, iş alətlərini orada yerləşən xeyir-şər evinə yığmışdır. 31 dekabr 2023-cü il tarixdə səhər saatlarında işlə gələn zaman alətləri götürmək üçün xeyir-şər evinə girmək istəyən zaman pəncərənin açıq olduğunu görmüşdür. Sonra alətləri qoyduğu yerə gəlmiş, həmin vaxt görmüşdür ki, ona məxsus 02 ədəd laqonda və 01 ədəd burğu aləti drel yerində yoxdur. Bundan sonra həmin alətlərin oğurlandığını müəyyən etmiş və bu barədə şikayət etmişdir. Bundan başqa o bildirmişdir ki, ona məxsus 01 ədəd drelin qiyməti 40 manat və 02 ədəd laqondanın birinin qiyməti 35 manat, digərinin qiyməti isə 45 manat olmuşdur. Ona dəymiş ziyanı tələb etmir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Şirvan şəhər PŞ-nin DYPB-nin rəisi vəzifəsində işləyir, 17 fevral 2024-cü il tarixdə saat 11 radələrində avtopatrulla Şirvan şəhəri, H.Z.Tağıyev küçəsində xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüş, sonra həmin şəxsin belində silah olmasını görmüş və dərhal PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 zəng edərək, ondan kömək istəmişdir. Təxminən bir neçə dəqiqə sonra Şahid2 gəlmiş, sonra həmin şəxsə yaxınlaşıb, özlərini təqdim etmişlər. Sonra həmin şəxsi Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. PŞ-də olarkən müəyyən etmişlər ki, həmin şəxs Şirvan şəhər sakini Təqsirləndirilən şəxs2dur. Bundan sonra PŞ-də Təqsirləndirilən şəxs2 Şirvan şəhər PŞ-nin TB-də vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X2, vəkil Salman Fərəcov gəldikdən sonra isə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs2 da əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü və şalvarının belindən 1 ədəd tapançanı təqdim etmişdir. Həmin 1 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin 01 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd tapançanı tapmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs2, müdafiəçi və tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 19 fevral 2024-cü il tarixdə xidmətdə olarkən icraatına Şirvan şəhər PŞ-nin İstintaq bölməsindən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 oğurluq cinayəti törətməkdə və üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olması barədə əməliyyat tapşırığı daxil olmuş, bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs1 ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. 19 fevral 2024-cü il tarixdə saat 18 radələrində o, Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Şirvan şəhəri, H.Əliyev prospektinə getmişlər. Həmin prospektdə əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs1 görmüşlər və onun barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər PŞ-nə dəvət etsinlər. Onlar Təqsirləndirilən şəxs1 yaxınlaşıb Şirvan şəhər PŞ-nin əməkdaşı olduqlarını bildirdikdə, sonuncu onların polis əməkdaşı olduqlarını görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq onlar onu Şirvan şəhər PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 da onların təkliflərini qəbul etmiş və onlarla birlikdə Şirvan şəhər PŞ-nə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs1 Şirvan şəhər PŞ-nin TB-də vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X3, vəkil Valeh Vahidov gəldikdən sonra isə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs1 da əynində olan şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin 01 ədəd sellofan bükümün içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin 01 ədəd sellofan bükümdə olan kütlə psixotrop maddə metamfetamindir, həmin maddəni yerdən tapmışdır, istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs1, müdafiəçi və tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X11 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sol yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 üzərindən başqa qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarının bel hissəsinə keçirtmiş olduğu odlu silaha bənzər tapança və əynində olan şalvarının sol yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin kütlənin narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 üzərindən başqa qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. İş materiallarında olan 17 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 17 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə və şalvarının belindən 01 ədəd tapança aşkar olunmuşdur. İş materiallarında olan 18 fevral 2023-cü il tarixli Məhkəmə-kimyəvi ekspertizasının 18/185 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs2 üzərindən... ” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,348 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi-0,348 qram tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,298 qramdır. İş materiallarında olan 18 fevral 2024-cü il tarixli Məhkəmə ballistik ekspertizasının 24/369 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9 mm kalibrli Valter PP konstruksiyalı tapançalara oxşar, FALCON SPORT modelli idman yarışlarında istifadə olunan səs-siqnal tapançasıdır və odlu silah hesab edilmir, texniki cəhətdən sazdır, təyinatı üzrə və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş FALCON SPORT modelli tapançaların komplekt hissəsidir-darağıdır, içərisində 9 mm kalibrli siqnal patronları yerləşdirməsi üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. İş materiallarında olan 20 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan 19 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə və başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş edilmiş, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və dərhal saxlanıldığı Şirvan şəhər PŞnin MSY-dən azad edilmişdir. İş materiallarında olan 19 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 19 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 19 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə pixotrop maddə metamtaminə bənzər kütlə aşkar olunmuşdur. İş materiallarında olan 20 fevral 2023-cü il tarixli Məhkəmə-kimyəvi ekspertizasının 18/193 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs1 Pəna oğlunun təqdim etdiyi... ” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,510 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,510 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,460 qramdır. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, 230260406, 230260407, 230260408, 230260416, 230260418, ********* nömrəli cinayət işləri ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu oğurluq cinayətlərini əyani olaraq hadisə yerlərində göstərmiş, oğurladığı əşyalardan qalanların yerini təqdim etmiş və təqdim edilmiş əşyalar müvafiq qaydada götürülmüşdür. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 törətmiş olduğu oğurluq cinayətini əyani olaraq hadisə yerində göstərmişdir. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, 21 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, 21 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 10 mart 2024-cü il tarixli Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X19 18-1-35/2-486/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan ŞMX-nın ruhi əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs1 Şirvan şəhər Mərkəzi Xəstəxanasının PHŞ-nin narkoloji kabinetində “tiryək alkaloidlərin tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya” xəstəliyi diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan 16 mart 2024-cü il tarixli Məhkəmə-narkoloji ekspertizasının 1774 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 16 mart 2024-cü il tarixli Məhkəmə-narkoloji ekspertizasının 1775 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 01 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 il 06 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən 11 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Xəzər rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, 30 oktyabr 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 11 noyabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Şirvan şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay 26 gün gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilmiş cəzanı qismən toplamaq yolu ilə qəti olaraq ona 01 (bir) il 08 ( səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən həsbdə saxlanılma müddəti nəzərə alınmaqla təyin edilmiş cəzadan 08 ay 15 gün çıxılmaqla, üzərində 11 (on bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan 24 iyun 2024-cü il tarixli Azərbaycan Respublikasının Baş Prokurorluğunun məktubundan görünür ki, Şirvan ŞPŞ-nin İB-də CM-nin 177.2.1, 177.2., 177.2.3 və 234.1-ci maddələri ilə istintaqı tamamlanaraq baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmiş ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şirvan ŞPŞ-nin polis əməkdaşları tərəfindən psixoloji hədə-qorxuya məruz qalmaları, onları qorxudaraq təqsirlərini boyunlarına almağa nail olmaları barədə Şirvan şəhər Məhkəməsinin məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən (hər 2 şəxsin bədəni üzərində travma almasını istisna edən məhkəmə-tibb ekspertizasının rəyləri və sair) qanunsuz hərəkətlərə yol verilməsi halları təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixdə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1722 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 8 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs1 barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1721 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 10 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs2 barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittihamda təqsirləri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri 177.2.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Onlar həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 69.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 sonuncu dəfə Şirvan şəhər məhkəməsinin 11 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci madəllərinə əsasən Şirvan şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay 26 gün gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilmiş cəzanı qismən toplamaq yolu ilə qəti olaraq ona 01 (bir) il 08 ( səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən həsbdə saxlanılma müddəti nəzərə alınmaqla təyin edilmiş cəzadan 08 ay 15 gün çıxılmaqla, üzərində 11 (on bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 25 gün müddətindən vaxtından əvvəl şərti olaraq azad edilmiş və 30 oktyabr 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Həmin məhkumuğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində cinayətin residivinin olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan, yəni 19 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır, habelə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, yəni onun əvvəllər qəsdən cinayət törətməsinə görə məhkum olunmasına baxmayaraq islah olunmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrinin sanksiyası hədləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 19 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomoniyadan məcburi müalicə təyin edilməli, onlar ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 81 manat 69 qəpik məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X6 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,298 qram narkotik vasitə heroin və tədqiqata sərf edildikdən sonra qalan 0,460 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan oğurluq nəticəsində əldə edilmiş əşyaların ifadənin yerində yoxlanması zamanı aşkar edilmiş hissələri zərərçəkmiş şəxslərə qaytarılmalıdır. Zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları cinayətlərin məcmusu qaydasında qismən toplamaq yolu ilə ona qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları cinayətlərin məcmusu qaydasında qismən toplamaq yolu ilə ona qəti olaraq 02 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 17 fevral 2024-cü il tarixdən 19 fevral 2024-cü il tarixədək həbsdə olduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 81 manat 69 qəpik məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X6 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,298 qram narkotik vasitə heroin və tədqiqata sərf edildikdən sonra qalan 0,460 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan oğurluq nəticəsində əldə edilmiş əşyaların ifadənin yerində yoxlanması zamanı aşkar edilmiş hissələri zərərçəkmiş şəxslərə qaytarılsın. Zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №1(032)-86/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-86/2024
20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver