Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-86/2025 21.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15:25-də Şirvan Şəhər Məhkəməsinin hakimi katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X4 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Sabirabad rayonu, Çölağammədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, məhkumluğu olan, Şirvan şəhəri, Nigar Rəfibəyli küçəsi, ev 23-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib, daşımaqla saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,196 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 10 mart 2025-ci il tarixdə Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saat 19:38-dən saat 19:50dək Şirvan şəhəri Nəsimi küçəsində yerləşən 47 nömrəli fərdi yaşayış evinin həyətində yerləşən yarımtikilidə videoçəkiliş vasitəsi ilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin iç cibliyindən 01 ədəd sellofan kəsiyində təmiz çəkisi 0,190 qram və həmin yarımtikilidə yerləşən stolun üzərindən 01 ədəd şprisin içərisində təmiz çəkisi 0,006 qram olmaqla ümumi təmiz çəkisi 0,196 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Şirvan şəhəri N.Rəfibəyli küçəsində hərəkətdə olarkən yolun kənarında bir ədəd sellofan bağlama diqqətini cəlb etmiş və həmin bağlamanı yerdən götürüb açıb içinə baxdıqda içində 01 ədəd sellofan kəsiyində psixotrop maddə metamfetamin və 01 ədəd kağız kəsiyi bükümündə qurudulmuş marixuana olduğunu görüb həmin bükümləri götürüb istifadə etmək üçün metamfetamini əynində olan qara rəngli şalvarının sağ yan cibinin iç cibliyinə, marixuananı isə həmin şalvarın sol yan cibinə qoyub saxlamışdır ki, münasib bir vaxtda istifadə etsin. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində qonşu küçədə yaşayan tanışı Mircəfər Abbasov ona zəng vurmuş və danışdıqdan sonra görüşmək qərarına gəlmişlər. O, Mircəfərin yaşadığı Şirvan şəhəri Nəsimi küçəsində yerləşən 47 nömrəli evə getmiş və görüşmüşlər. Bundan sonra ikisi birlikdə Mircəfərin yaşadığı evin həyətində yerləşən yarımtikiliyə daxil olmuşlar və o, üzərində olan psixotrop maddə metamfetaminin bir hissəsini şprisə doldurub qəbul etməyə hazırlaşan zaman Şirvan ŞPŞ-nin əməkdaşları yarımtikiliyə daxil olmuşlar. Polis əməkdaşları onu və Mircəfəri saxlamış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Ona üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğunu və bunun üçün üstünün yoxlanılacağını bildirib ilk öncə ona məxsus qış gödəkçəsinə baxmışlar, lakin oradan heç bir qanunsuz əşya və ya prdmet aşkar edilməmişdir. Bundan sonra ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olmasını soruşduqda o, üzərində psixotrop maddə və narkotik vasitə olmasını bildirib əynində olan qara rəngli cins şalvarının sağ cibinin iç cibliyində saxladığı 1 ədəd sellofan kəsiyində psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinin yoxlanılması zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd kağız kəsiyində qurudulmuş marixuana aşkar edilərək götürülmüş və üzərində olan ona məxsus siqaret, cib dəsmalı özünə geri qaytarıldıqdan sonra əynində olan qara rəngli cins şalvarının arxa sağ cibindən 01 ədəd mobil telefon aşkar edilmişdir. Bundan sonra təqdim etdiyi 1 ədəd sellofan kəsiyində olan psixotrop maddə metamfetamin, bir ədəd kağız kəsiyində narkotik vasitə olan qurudulmuş marixuana və yarımtikilidə olan stolun üstündə saxladığı ona məxsus tibbi şpris və 01 ədəd ampula poçt zərfinə qablaşdırılıb ağzı möhürlənmiş və üzərinə iştirakçılar tərəfindən imza edilmişdir. Sonra polis əməkdaşları onu Şirvan ŞPŞ-yə dəvət etmişlər və birlikdə polis şöbəsinə gəldikdən sonra polis şöbəsinin istintaq bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil seçmişdir. Bir qədər keçdikdən sonra vəkil gəlmiş və üzərindən aşkar edilərək götürülmüş 1 ədəd sellofan kəsiyində olan psixotrop maddə metamfetaminin, 01 ədəd kağız kəsiyində olan narkotik vasitə qurudulmuş marixuananın, 01 ədəd tibbi şpris və 01 ədəd ampulanın qablaşdırıldığı poçt zərfi açılaraq zərfin içindəki bükümə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı o, həmin zərfdə olan psioxtrop maddə metamfetaminin, narkotik vasitə qurudulmuş marixuananın, 01 ədəd tibbi şprisin və 01 ədəd ampulanın ona məxsus olmasını bildirmişdir. Bundan sonra üzərindən götürülmüş 1 ədəd sellofan kəsiyində olan psixotrop maddə metamfetamin və 01 ədəd kağız kəsiyində olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra protokola imza etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 mart 2025-ci il tarixdə Şirvan şəhəri N.Rəfibəyli küçəsi ev 23-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və ünvan 1 ünvanının həyətində yerləşən yarımtikilidə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq əməliyyat axtarış tədbirlərinin keçirilməsi Şahid1 həvalə olunmuşdur. Təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, sonra avtomobillə ünvan 1 ünvanında yerləşən yarımtikiliyə getmişlər. Videoçəkilişlə yarımtikiliyə qapıdan daxil olan zaman Təqsirləndirilən şəxs və X2 orada olduğunu görmüşlər və dərhal onları yaxalamışlar. Onlara özlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet, eləcə də narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin iç cibliyindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütləni təqdim etmişdir. Daha sonra onun üstü yoxlanılarkən əynindəki cins şalvarın sol yan cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və şalvarının sağ arxa cibindən 01 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan başqa yarımtikilinin içərisində olan kiçik stolun üzərindən Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə qəbul etmək məqsədilə istifadə edilən 01 ədəd şpris və 01 ədəd şüşə ampula aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə, 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd şpris və 01 ədəd şüşə ampula qablaşdırılıb möhürlənərək götürülmüşdür. Eləcə də Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edəcəyini nəzərə alaraq götürülmüşdür. Bundan sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. O və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahidlər Şahid3 və Şahid1 məhkəməyə gəlmədiyindən onların ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid3 və Şahid1 həmin ifadələrində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 10 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, binaya daxil olma və baxış keçirilməsi və əşyaların götürülməsi” haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən yarımtikiliyə baxış keçirilərkən Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin iç cibliyindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə, şalvarının sol yan cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, şalvarının sağ arxa cibindən 01 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon, yarımtikilinin içərisində olan kiçik stolun üzərindən 01 ədəd şpris və 01 ədəd şüşə ampula aşkar olunaraq götürülmüş, bu barədə videoçəkiliş cinayət işi materiallarına əlavə edilmişdir. 10 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümə, 01 ədəd kağız bükümə, 01 ədəd şpris və 01 ədəd şüşə ampulaya baxış keçirilmiş və həmin bükümlərin içərisindəki kütlələrin psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmiş, bu barədə videoçəkiliş cinayət işi materiallarına əlavə edilmişdir. 10 mart 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 11 mart 2025-ci il tarixli Kompleks məhkəmə kimyəvi-bioloji ekspertizasının 18/219- 220 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,190 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd şüşə ampulanın içərisində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,29 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bölmədə mövcud texniki avadanlıq olmadığına görə 01 ədəd şprisin içərisindəki şəffaf mayenin tədqiqatı aparılmadı və suallar cavablandırılmadı. 11 mart 2025-ci il tarixli Məhkəmə-tibbi ekspertizasının 126 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. 12 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 4(032)-44/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş həbsetmənin əvvəli 10 mart 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə kimyəvi ekspertizasının 11 aprel 2025-ci il tarixli, 3-16-16/2-61137/2025 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsi №3”-li möhür əksi, “Ekspert rəyi 18/219-220 11 mart 2025-ci il HK-1/513 Şirvan ŞPŞ Təqsirləndirilən şəxs məxsus 01 ədəd şpris..” yazısı və imza olan paketdəki, 1(bir) ədəd 2 ml-lik şprisin içərisində 0,02 ml həcmində şəffaf rəngsiz maye kustar üsulla hazırlanmış metamfetamin məhluludur və həmin məhlulda psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 0,006 qramdır. Məhkəmə-narkoloji ekspertizasının 11 aprel 2025-ci il tarixli, 2036 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika NM-də (F12x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. 02 aprel 2025-ci il tarixli Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsinin narkoloji kabinetində “tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır. Ruhiəsəb kabinetində qeydiyyatda yoxdur. Şirvan Şəhər Məhkəməsinin 5(032)-82/2025 saylı, 12 mart 2025-ci il tarixli qərarından görünür ki, Şirvan şəhər X3 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1 “Təxirəsalınmaz əməliyyat–axtarış tədbirinin həyata keçirilməsi haqqında” 10 mart 2025-ci il tarixli qərarında nəzərdə tutulmuş təxirəsalınmaz qaydada binalara, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə əməliyyataxtarış tədbiri keçirilməsi” hissəsində qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin 22 may 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, məhkum Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata durmamış və cəzasını çəkməmişdir. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 avqust 2025-ci il tarixdə verilmiş 3885 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır Məhkəmə istintaqı zamanı dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 337.1-ci maddəsinə istinad edərək vəsatət qaldırmış, ittihamın təsdiqi üçün tədqiq edilmiş sübutların kifayət etdiyini, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı əməlini etiraf etdiyini, iş materiallarından da göründüyü kimi, dindirilməmiş şahidlərin istintaq mərhələsində verdiyi ifadənin məhkəmədə dindirilmiş şahidin ifadəsi ilə mahiyyətcə uyğun və eyni məzmunlu olduğunu bildirmişdir. AR CMP-in 337.1.1-ci maddəsinə əsasən, məhkəmə cinayət prosesi tərəflərinin hər birini dinlədikdən sonra ittiham tərəfinin təqdim etdiyi sübutların tədqiqinin məhkəmə istintaqında baxılmış sübutlarla məhdudlaşdırılması barədə vəsatəti təmin edə bilər. İş materiallarının araşdırılmasından müəyyən olunur ki: • Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə əməlini tam etiraf etmişdir; • Məhkəmədə dindirilmiş şahidin ifadəsi ilə istintaq zamanı ifadə vermiş, lakin məhkəmə iclasına gəlməyən şahidlərin ifadəsi mahiyyətcə üst-üstə düşür, hadisənin eyni faktiki halları təsdiqlənir; Məhkəmə hesab edir ki, mövcud sübutlar ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılması üçün kifayətlidir və əlavə şahidlərin dindirilməsi sübutların məcmusuna yeni, əhəmiyyətli məlumat gətirməyəcəkdir. Bu səbəbdən, CMP-nin 337.1 və 337.1.1-ci maddələrinin tələblərinə uyğun olaraq, dövlət ittihamçısının verdiyi vəsatət təmin edilmiş, sübutların tədqiqi məhkəmə istintaqında baxılmış materiallarla məhdudlaşdırılmışdır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. İstər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli qanununun lİ siyahısının 118-ci bəndində metamfetaminin məsuliyyətə cəlb etməyə imkan verən çəkisi xeyli miqdar olaraq 0,15 qramdan 2 qramadək müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmənin əmələ hüquqi qiymətlə əlaqədar mövqeyi: İşin faktiki hallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdə Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saat 19:38-dən saat 19:50dək Şirvan şəhəri Nəsimi küçəsində yerləşən 47 nömrəli fərdi yaşayış evinin həyətində yerləşən yarımtikilidə videoçəkiliş vasitəsi ilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin iç cibliyindən 01 ədəd sellofan kəsiyində təmiz çəkisi 0,190 qram və həmin yarımtikilidə yerləşən stolun üzərindən 01 ədəd şprisin içərisində təmiz çəkisi 0,006 qram olmaqla ümumi təmiz çəkisi 0,196 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Ekspertiza rəyi ilə maddənin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olması təsdiqlənmiş, miqdarının isə 0,15 qram həddini keçərək xeyli miqdar kateqoriyasına aid olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında ifadə verərək maddəni yerdən tapdığını, satış məqsədi olmadan, yalnız şəxsi istifadə üçün əldə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının tələblərinə əsasən, tapılmış narkotik vasitəni götürüb özündə saxlamaq da “qanunsuz əldə etmə” kimi qiymətləndirilməlidir. Bu halda əldə etmə üsulunun – satınalma, dəyişdirmə, hədiyyə və ya tapma olmasının hüquqi əhəmiyyəti yoxdur, əsas meyar maddəyə qanunsuz yolla yiyələnməkdir. Azərbaycan Respublikası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanununun 1.0.8-ci maddəsinə görə, narkotik vasitələrin qanunsuz daşınması – onların yerinin dəyişdirilməsinə yönəlmiş hərəkətləri; 1.0.9-cu maddəsinə görə, qanunsuz əldə edilməsi – maddəyə hər hansı üsulla yiyələnmə; 1.0.10-cu maddəsinə görə, qanunsuz saxlanması – maddənin şəxsin idarəçiliyində olması deməkdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini özündə saxlayıb və şalvarının cibində daşıyıb, bu isə həm qanunsuz saxlama, həm də qanunsuz daşıma anlayışına tam uyğundur. AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən alternativ əməllərdən – əldə etmə, saxlama, daşıma – hər biri faktiki olaraq törədilmişdir. Maddənin miqdarı qanunla müəyyən olunmuş xeyli miqdar həddində olduğundan, əməl tam şəkildə həmin maddə ilə tövsif olunur. Sübutların təhlili zamanı məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, şahid ifadələrini, ekspertiza rəylərini və prosessual sənədləri bir-biri ilə tutuşdurmuş, onların mötəbərliyini və iş üzrə əhəmiyyətini qiymətləndirmişdir. Toplanmış sübutlar arasında ziddiyyətlər mövcud deyil, şahid ifadələri və ekspertiza rəyləri bir-birini tamamlayır. Narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə dair hər hansı sübut iş materiallarında yoxdur, bu baxımdan ittiham yalnız satış məqsədi olmadan şəxsi istifadəyə yönəlmiş qanunsuz dövriyyə formasında qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli qərarında göstərildiyi kimi, cinayətin düzgün tövsifi cinayət hüququnun qanunçuluq, ədalət və hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinin mühüm şərtidir. Bu işdə faktiki hallar ilə tətbiq edilən norma arasında tam hüquqi uyğunluq mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə – satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə etmə, saxlama və daşıma – düzgün tövsif edilmişdir. Beləliklə məhkəmə müəyyən etmişdir ki, cinayət hadisəsi törədilmişdir, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyəti sübuta yetirilmiş, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, yəni təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, təqsirləndirilən şəxsin əməlində əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin təqsiri məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzib edilməz sübutlar, sənədlər və şahid ifadələrinin məcmusunda öz təsdiqini tapan təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə tam sübuta yetirilmişdir. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən, yəni törədilmiş cinayət əməlinə görə təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AR CM-in 41.1-ci maddəsində təsbit edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. AR CM-in 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin: 55.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; AR CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. AR CM-in 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2-ci maddəsində müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Aparılmış məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin törətdiyi əməldən peşmanlıq hissi keçirməsi, özünə və hərəkətlərinə tənqidi münasibət göstərməsi, yaşayış yerindən müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olaraq məhkəmə tərəfindən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmənin cəza təyini ilə əlaqədar mövqeyi: İş üzrə sübutlarla təsdiqlənmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, o cümlədən eyni maddə (AR CM-nin 234.1) ilə bir neçə dəfə cəza çəkmiş, barəsində olan sonuncu hökm üzrə cəzasını çəkmədən və məhkumluğu ödənilmədən yenidən eyni xarakterli, qəsdən cinayət əməli törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmanlıq hissi keçirməsi, özünə və hərəkətlərinə tənqidi münasibət göstərməsi, yaşayış yerindən müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. (CM-nin 59-cu maddəsi). Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il və 2 aprel 2012-ci il tarixli qərarlarında vurğulandığı kimi, cəza təyini zamanı törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islahına və ailəsinin vəziyyətinə təsiri nəzərə alınmalıdır. Həmçinin Ali Məhkəmənin 25 iyun 2003-cü il tarixli 4 nömrəli Plenum Qərarına görə, cəzanın fərdiləşdirilməsi təmin edilməli, təqsirkara tətbiq edilən cəza nə həddən artıq yüngül, nə də aşkar surətdə ağır olmamalıdır. Təqsirləndirilən şəxs şəxsiyyəti, onun narkotik asılılığı, əvvəlki məhkumluqlarının xarakteri, ona təyin olunmuş azadlığın məhdudlaşması cəzasını çəkmədən eyni cinayət əməlini yenidən törətməsi və islah olunmadığını göstərən hallar, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinin yüksəkliyi nəzərə alındıqda, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş alternativ cəzalardan daha yüngül növünün (məsələn, azadlığın məhdudlaşdırılması) tətbiqi cəzanın məqsədlərinə nail olmaq üçün kifayətli hesab edilmir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, AR CM-in 56.1.2-ci maddəsinə əsasən, cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Buna görə də məhkəmə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində ədalətli və məqsədəuyğun cəza kimi, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş sanksiya hədlərində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki - Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 10 mart 2025-ci il tarixdən hesablanmalı, təyin edilən cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,146 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 177 (yüz yetmiş yeddi) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 10 mart 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,146 qram psixotrop maddə metamfetamin və 01 ədəd şüşə ampula məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 177 manat 90 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №1(032)-86/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-86/2025
21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver