Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-88/2024 17.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15:50-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, “X6 LTD”-də operator işləyən, Şirvan şəhəri, H.Əliyev prospekti 15/3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır vurulmasına səbəb olmuşdur. Belə ki, o, 11 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X3 məxsus "CHEVROLET CRUZE” minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, Xanlar küçəsindən şəhərin H.Əliyev prospektinə tərəf hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olmadığı halda və həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilməli olduğu halda bunları etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda ehtiyatsızlıqdan, “VAZ 21061” markalı, ** BH *** dövlət qeydiyyat nömrəli avotmobilin sol yan tərəfindən vurmaqla, həmin nəqliyyat vasitəsində sürücü olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs “sol incik sümüyünün sınığı kimi” ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, 11 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində Sabirabad rayonu Şıxsalahlı kəndində olarkən xalası oğlu X1 arvadı X3 məxsus olan “Chevrolet Cruze" markalı **-EL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili müvəqqəti götürüb, Sabirabad rayonundan çıxıb Şirvan şəhərinə öz yaşadığı evə gəlmiş, daha sonra tək həmin avtomobillə Şirvan şəhər Polis Şöbəsinin düz qarşısındakı küçədən üzü Şirvan şəhəri, H.Əliyev prospektinə doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt avtomobili təxminən 60 km/saat sürətlə idarə edirmiş, avtomobildə isə ondan başqa heç kim olmamışdır. Həmin vaxt aptekə getmək üçün tələsdiyindən H.Əliyev prospektinin Şirvan şəhər Polis Şöbəsinin düz qarşısından keçən hissəsinə çıxmışdır. Bu zaman sürətli gəldiyi və hava yağışlı olduğu üçün propsektə çıxarkən avtomobilin idarəetməsini itirmiş və prospektə çıxıb sağ tərəfdən Şirvan şəhəri avtovağzalından üzü Hacıqabul rayonu istiqamətində yolun sağ tərəfi ilə hərəkətdə olan “VAZ-21061" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Onun avtomobilinin ön hissəsi həmin “VAZ-21061" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfinə çırpılmış, bundan sonra avtomobildən düşmüş və hadisə yerinə polis əməkdaşları gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin "VAZ-21061" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Sabirabad rayon sakini X2r. Hadisədən əvvəl və ya hadisə vaxtı avtomobili idarə edərkən spirtli içki qəbul etməmiş, sərxoş vəziyyətdə olmamış, onun sürücülük vəsiqəsi və sürücülük hüququ olmamış, həmçinin "Chevrolet Cruze" markalı, **-EL-*** dövlət qeydiyyat nömrəli minik avtomobilə dair heç bir sənədi və etibarnaməsi olmamışdır. Hadisə olan vaxt əyləcə bassa da avtomobili saxlaya bilməmiş, yəni o, hadisənin qarşısını almaq üçün heç bir şey edə bilməmişdir. Son olaraq əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 11 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində dostu və həmkəndlisi Şahid zəng edərak Şirvan şəhərində yaşayan xalası oğlu və Nicatın da dostu olan Əligilə gedib gəlmələrini təklif etmişdir. Nicat da onunla razılaşmış və bir neçə dəqiqədən sonra o, özünə məxsus olan "VAZ 21061" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nicatgilin küçəsinə gəlmiş və Nicat sağ ön sərnişin oturacağında oturmuş, bundan sonra onlar birlikdə Sabirabad rayonu Azadakənd kəndindən çıxıb Şirvan şəhərinə gəlmək üçün yola düzəlmişlər. Avtomobili o, özü idarə etmiş, onlar Şirvan şəhərinə çataraq Şirvan şəhəri, H.Əliyev prospekti ilə üzü Hacıqabul rayonu istiqamətində yolun sağ tərəfi ilə öz hərəkət hissələrində gedən zaman Şirvan şəhər Polis Şöbəsinin qarşısında olan yolayrıcında svetoforun qırmızı işığında dayanmışdır. Svetoforun yaşıl işığı yandıqdan sonra o, hərəkətə başlamış və yolayırıcını təzəcə keçmişdir ki, 5-10 metr sonra Şirvan ŞPŞ-nin qarşısında sol tərəfdə yerləşən küçədən çıxan qara rəngli "Chevrolet" markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun maşınının sol tərəfindən vurmuşdur. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və onlar daha sonra evlərinə çıxıb getmişlər. Həmin gün səhər açılanda isə Nicatla birlikdə Şirvan ŞMX-na müraciət etmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin “Chevrolet" markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Şirvan şəhər sakini Təqsirləndirilən şəxsdur. Bundan başqa, o, hadisədən əvvəl və ya hadisə vaxtı avtomobili idarɔ edərkən spirtli içki qəbul etməmiş, sərxoş vəziyyətdə olmamış, onun sürücülük vəsiqəsi olmuş, həmçinin "VAZ 21061" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili onun adına olmuş hadisə olan vaxt ətrafda heç kim olmamış, avtomobilində o və Nicat olmuş, başqa heç kim olmamış, avtomobildə yük olmamış, o, avtomobili hadisə zamanı 25-30 km/s sürətlə idarə etmiş, svetoforun yaşıl işığı yandıqdan sonra yolun sağ hərəkət zolağı ilə hərəkətə başlamış və yolayırıcını keçdikdə 5-10 metr sonra həmin avtomobil anidən avtomobilinin sol tərəfindən vurmuş, o, həmin avtomobili əvvəlcədən görə bilmədiyi üçün hadisəni qarşısını almaq üçün heç bir şey edə bilməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışlar, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim edərək təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 11 dekabr 2023-cü il tarixdə saat 23 radələrində dostu Zərərçəkmiş şəxs ilə sonuncunun idarə etdiyi avtomobillə Şirvan şəhəri, H.Əliyev prospekti ilə üzü Hacıqabul rayonu istiqamətində yolun sağ tərəfi ilə öz hərəkət hissələrində hərəkətdə olmuşlar. Svetoforun qırmızı işığında dayanıb, daha sonra yaşıl işıqda hərəkətə başlayaraq yolayırıcını keçən kimi sol tərəfdəki küçədən çıxan qara rəngli "Chevrolet" markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşını vurmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs xəsarət almışdır. Hər sey bir anda olduğuna görə hadisənin qarşısını almaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 12 dekabr 2023-cü il tarixli protokoldan, sxemdən və foto-cədvəldən görünür ki, hadisə Şirvan şəhəri, H.Əliyev prospektində baş vermişdir. Yolun hərəkət hissə düzdür, yol örtüyü asfalt betondur, yol örtüyü qurudur, Hərəkət iki istiqamətlidir. 2 hərəkət zolağlıdır. “ Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2024cü il tarixli, 8/302 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən "CHEVROLET CRUZE” MİNİK markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmdan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə "VAZ 21061" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Zərərçəkmiş şəxs Əbülfət oğlunun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 21 dekabr 2023-cü il tarixli 650 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-sol incik sümüyünün sınığı- küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin Şirvan RQİ və TB şöbəsinin 25 yanvar 2024-cü il tarixli 3-13-16/-7/2-679/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməsi barədə Baş X15i İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyil. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263-1.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı bir məlumat yoxdur. Sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 42680 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu olmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Şirvan Rayon Mərkəzi Xəstəxanası” X11 29 yanvar 2023-cü il tarixli PHŞ-6-68/2-142/2024 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixoloji-nevroloji kabinetdə qeydiyyatda yoxdur. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş maddi ziyan X10 tərəfindən tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəylərləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263-1.1 maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-1.1 maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, “bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər” dedikdə isə CM-nin 236.1-ci maddəsindəki avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması halları başa düşülür. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərin təşkil etməsini, cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona dəymiş maddi ziyanı tamamilə ödəməsini müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12-ci və 59.1.13-cü maddələrinə, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə iş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyası hədləri daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 43.3-cü maddəsinə əsasən xüsusi və ya hərbi rütbədən, fəxri addan yaxud dövlət təltifindən məhrum etmə, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növləri yalnız əlavə cəza kimi tətbiq edilir; 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd olunan qənaətə gələrkən onu əsas tutur ki, cinayət nəticəsində təyin olunan cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəldilməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəzanı əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial, iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1-ci mad.) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan “CHEVROLET CRUZE MİNİK” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 2106” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün mülkiyyətçilərinə təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Ekspertiza tədqiqatının dəyəri – 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 344-347-ci, 351- 353-cü, 381-ci , 384-cü, 385-ci maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “CHEVROLET CRUZE MİNİK” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 2106” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün mülkiyyətçilərinə təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan - 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-88/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-88/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver