Məhkəmə qərarları › İş №1(032)-9/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-9/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-9/2023 06.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15.55-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Heydərov Fərrux Fəttah oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X1, Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin İnfrastruktur Departamenti 7 nömrəli İmişli İşarevermə və Rabitə Sahəsinin nümayəndəsi Nümayəndə, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci ildə Əli-Bayramlı (indiki Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2də həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə, xx.xx.1985-ci ildə Əli-Bayramlı (indiki Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4cü bəndi tətbiq edilməklə cəzadan xx.xx.2022-ci il tarixdə azad olunmuş, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olaraq və dövlət əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, o, oğlu özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 27 mart 2022-ci il tarixdə gecə saatlarında Şirvan şəhəri, M.Aydınov küçəsində Zərərçəkmiş şəxs13 məxsus yeni tikilməkdə olan fərdi yaşayış evinin yanına gəlib, hasarı olmayan həyətinə keçərək, oradan başqa saxlanc yeri hesab olunan evin zirzəmisinə qanunsuz olaraq daxil olub, həmin evin zirzəmisindən zərər çəkmiş şəxsin qiymətləndirdiyi 4 ədəd 200 litr həcmli hər birinin dəyəri 10 manat olmaqla cəmi 40 manat dəyərində dəmir çəlləkləri, 910 manat dəyərində 33 ədəd 6 metrlik və 41 ədəd 4 metrlik taxtaları gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 ümumilikdə 950 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 aprel 2022-ci il tarixdə, saat 01 radələrində ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs12 məxsus fərdi yaşayış evinin yanına gəlib, əvvəlcə həmin evin həyətinə, oradan isə fərdi yaşayış evinin pəncərəsini özündə olan mismarçıxaranla açmaqla, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, həmin evin otaqlarından zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 80 manat dəyərində laqonda, bir ədəd 50 manat dəyərində drel aparatı, bir ədəd 70 manat dəyərində lobzik və hər metri 2 manat olmaqla cəmi 200 manat dəyərində 100 metr uzunluğunda elektrik mis naqillərini gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 04 aprel 2022-ci il tarixdə, saat 21 radələrində ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs14 məxsus yeni tikilməkdə olan fərdi yaşayış evinin yanına gəlib, əvvəlcə həmin evin həyətinə darvazadan keçib, oradan evin həyətindəki başqa saxlanc yeri hesab olunan yardımçı tikilinin pəncərəsinin dəmir barmaqlığını güc tətbiq etməklə sındırıb, pəncərədən qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, həmin yardımçı tikilidən zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 60 manat dəyərində “Makete” markalı drel aparatını, bir ədəd 350 manat dəyərində velosipedi, bir ədəd 110 manat dəyərində “Makete” markalı laqondanı, bir ədəd 350 manat dəyərində “Bosch” markalı laqondanı, bir ədəd 60 manat dəyərində lobziki, 160 manat dəyərində elektrik yuvası olan 50 metr uzunluğunda uzadıcı elektrik naqilini, 10 manat dəyərində elektrik yuvası olan 10 metr uzunluğunda uzadıcı elektrik naqilini, 10 manat dəyərində elektrik yuvası olan 10 metr uzunluğunda uzadıcı elektrik naqilini, bir ədəd 150 manat dəyərində preforatoru gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 ümumilikdə 1260 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 22 aprel 2022-ci il tarixdə saat 01 radələrində ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin həyətinə, oradan isə fərdi yaşayış evinin pəncərəsini özündə olan mismarçıxaranla açmaqla, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, həmin evin otaqlarından zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 30 manat dəyərində kombi aparatının stabilizatorunu, evin həyətindən bir ədəd 25 manat dəyərində «Marquis» markalı «MKP62» modeli su motorunu, zərər çəkmiş şəxsin qiymətləndirdiyi 50 manat dəyərində dəmir boruları, hər metrinin dəyəri 1 manat olmaqla cəmi 50 manat dəyərində 50 metr elektrik mis naqilləri gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 155 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 may 2022ci il tarixdə saat 02 radələrində ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs19 məxsus fərdi yaşayış evinin yanına gəlib, əvvəlcə həmin evin həyətinə, oradan isə fərdi yaşayış evinin pəncərəsini özündə olan mismarçıxaranla açmaqla, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, həmin evin otaqlarından zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 30 manat dəyərində drel aparatını, bir ədəd 12 manat dəyərində uzadıcı elektrik naqilini, hər metrinin dəyəri 0,90 manat olmaqla cəmi 675 manat dəyərində 750 metr elektrik mis naqillərini gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs19 ümumilikdə 717 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 may 2022ci il tarixdə saat 04 radələrində ünvan 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs20 məxsus fərdi yaşayış evinin yanına gəlib, əvvəlcə həmin evin həyətinə, oradan isə fərdi yaşayış evinin pəncərəsini özündə olan mismarçıxaranla açmaqla, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, həmin evin otaqlarından zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 30 manat dəyərində drel aparatını, bir ədəd 60 manat dəyərində preforatoru, hər metrinin dəyəri 1 manat olmaqla cəmi 140 manat dəyərində 140 metr elektrik mis naqilini gizli talayaraq, Zərərçəkmiş şəxs20 ümumilikdə 230 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 10 may 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Qaradağ rayonu, ünvan 10 ünvanında yerləşən Zərərçəkmiş şəxs9 məxsus fərdi yaşayış evinin yanına gəlib, hasardan tullanmaqla əvvəlcə həyətyanı sahəyə, daha sonra isə başqa saxlanc yeri hesab olunan yardımçı tikiliyə qanunsuz daxil olaraq, həmin yardımçı tikilidən zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 150 manat dəyərində su qızdırıcısını, bir ədəd 70 manat dəyərində laqondanı, hər biri 10 manat olmaqla cəmi 30 manat dəyərində üç ədəd su krantlarını gizli talayaraq, Zərərçəkmiş şəxs9 ümumilikdə 250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 10 may 2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 2A ünvanında yerləşən Zərərçəkmiş şəxs11 məxsus fərdi yaşayış evinin yanına gəlib, hasardan tullanmaqla əvvəlcə həyətyanı sahəyə, daha sonra isə başqa saxlanc yeri hesab olunan yardımçı tikiliyə qanunsuz daxil olaraq, həmin yardımçı tikilidən zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 250 manat dəyərində qaynaq aparatını, bir ədəd 50 manat dəyərində drel aparatını gizli talayaraq, Zərərçəkmiş şəxs11 ümumilikdə 300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 12 may 2022-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Qaradağ rayonu, ünvan 12 ünvanında yerləşən X2 məxsus fərdi yaşayış evinin yanına gəlib, hasardan tullanmaqla əvvəlcə həyətyanı sahəyə, daha sonra isə başqa saxlanc yeri hesab olunan qaraja qanunsuz daxil olaraq, həmin qarajdan diametri 4 mm olan çox simli bir topunun dəyəri 63 manat olmaqla cəmi 945 manat dəyərində 15 top elektrik kabellərini, zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 200 manat dəyərində qaynaq aparatını, bir ədəd 70 manat dəyərində laqondanı, bir ədəd 25 manat dəyərində drel aparatını, hər biri 5 manat olmaqla cəmi 15 manat dəyərində üç ədəd udliniteli, bir ədəd 140 manat dəyərində projektoru, hər metri 0,50 manat olmaqla cəmi 500 manat dəyərində 1000 metr elektrik naqilləri, bir ədəd 50 manat dəyərində odun samovarını, bir ədəd 60 manat dəyərində hava təmizləyici ventilyatoru, iki ədəd hər biri 20 manat olmaqla cəmi 40 manat dəyərində 20 metr uzunluğunda elektrik lampa calaqlarını gizli talayaraq, zərərçəkmiş şəxs Natiq Şıxəliyevə ümumilikdə 2045 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 13 may 2022ci il tarixdə saat 01 radələrində ünvan 13 ünvanında yerləşən Zərərçəkmiş şəxs23 məxsus fərdi yaşayış evinin yanına gəlib, əvvəlcə həmin evin həyətinə, oradan isə fərdi yaşayış evinin pəncərəsini özündə olan mismarçıxaranla açmaqla, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, həmin evin otaqlarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs23 məxsus və sonuncunun qiymətləndirdiyi hər bir komplekti 45 manat olmaqla cəmi 90 manat dəyərində iki komplekt su krantları, bir ədəd 120 manat dəyərində duş komplekti, bir top 50 manat dəyərində elektrik mis naqili, 65 manat dəyərində əl-üz yuyan avadanlıq, 20 manat dəyərində xırda tikinti ləvazimatlarını, o cümlədən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 60 manat dəyərində preforator, zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 150 manat dəyərində laqonda, bir ədəd 100 manat dəyərində santexnik ütüsünü gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs23 ümumilikdə 345 manat, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 isə ümumilikdə 310 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 14 may 2022ci il tarixdə saat 01 radələrində ünvan 14 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış evinin yanına gəlib, həmin evin həyətinə darvazadan tullanmaqla keçib, oradan fərdi yaşayış evinin pəncərəsini özündə olan mismarçıxaranla açmaqla, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, həmin evin otaqlarından zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 40 manat dəyərində elektrik drel aparatını, bir ədəd 50 manat dəyərində laqonda aparatını, bir ədəd 10 litr həcmli 100 manat dəyərində samovarı, bir ədəd 260 manat dəyərində 28 nömrəli velosipedi, 30 manat dəyərində 50 metr uzunluğunda mis naqilləri gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ümumilikdə 480 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 16 may 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv ünvanında yerləşən Zərərçəkmiş şəxs8 məxsus yarımtikili fərdi yaşayış evinin yanına gəlib, yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq, həmin evdən zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 200 manat dəyərində laqondanı, bir ədəd 80 manat dəyərində drel aparatını, bir ədəd 70 manat dəyərində udliniteli, hər biri 100 manat olmaqla cəmi 800 manat dəyərində 8 top 4-lük, hər biri 120 manat olmaqla cəmi 600 manat dəyərində 5 top 3-lük elektrik naqillərini gizli talayaraq, zərərsçəkmiş şəxs Zərərçəkmiş şəxs8 ümumilikdə 1750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 20 may 2022ci il tarixdə saat 01 radələrində ünvan 16 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinin yanına gəlib, əvvəlcə həmin evin həyətinə, oradan isə fərdi yaşayış evinin pəncərəsini özündə olan mismarçıxaranla açmaqla, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, həmin evin otaqlarından zərər çəkmiş şəxsin qiymətləndirdiyi hər metrinin dəyəri 1,10 manat olmaqla cəmi 1210 manat dəyərində 1100 metr elektrik mis naqili, hər metrinin dəyəri 0,72 manat olmaqla cəmi 288 manat dəyərində 2 top 400 metr uzunluğunda elektrik mis naqili gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 1498 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 22 may 2022ci il tarixdə saat 02 radələrində ünvan 17 ünvanında yerləşən Zərərçəkmiş şəxs22 Aftandil oğluna məxsus fərdi yaşayış evinin yanına gəlib, əvvəlcə həmin evin həyətinə, oradan isə fərdi yaşayış evinin pəncərəsini özündə olan mismarçıxaranla açmaqla, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, həmin evin otaqlarından zərər çəkmiş şəxsin qiymətləndirdiyi 850 manat dəyərində «Novo» markalı kombi aparatını, 230 manat dəyərində «Novo» markalı beş dəqiqəlik su qızdırıcısını, hər biri 8 manat olmaqla cəmi 40 manat dəyərində beş ədəd arko krantlarını, bir ədəd 50 manat dəyərində «Zubr» markalı drel aparatını gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs22 ümumilikdə 1170 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 23 may 2022ci il tarixdə saat 02 radələrində ünvan 18 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evinin yanına gəlib, əvvəlcə həmin evin həyətinə, oradan isə fərdi yaşayış evinin pəncərəsini özündə olan mismarçıxaranla açmaqla, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, həmin evin otaqlarından zərər çəkmiş şəxsin qiymətləndirdiyi 195 manat dəyərində 300 metr elektrik mis naqillərini gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 195 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 01 iyun 2022ci il tarixdə saat 01 radələrində ünvan 19 ünvanında yerləşən Zərərçəkmiş şəxs15 məxsus fərdi yaşayış evinin yanına gəlib, həmin evin həyətinə hasardan tullanmaqla keçib, oradan yeni tikilməkdə olan fərdi yaşayış evinin açıq qapı yerindən qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, həmin evin otaqlarından zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 130 manat dəyərində “Bosch” markalı drel aparatını, bir ədəd 240 manat dəyərində “Bosch” markalı laqondanı, bir ədəd 350 manat dəyərində “Bosch” markalı preforatoru, bir ədəd 800 manat dəyərində qaynaq aparatını, 190 manat dəyərində 80 metrlik elektrik mis naqilini, 860 manat dəyərində 46 ədəd 5x20 ölçüdə taxtaları gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15 ümumilikdə 2570 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 01 iyun 2022ci il tarixdə saat 18 radələrində Şirvan şəhəri, T.Ələkbərov küçəsinə gələrək həmin küçədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 7 nömrəli İmişli İşarəvermə və Rabitə distansiyasının Baş Şirvan Stansiyasının 46-cı kilometrliyinin 8-ci piketində Şirvan-Hacıqabul və Şirvan- Çeşidləmə mənzilləri arasındakı təxminən 25-30 metrlik məsafədə dəmiryolu yataqlarından aşağıda hasarın kənarı ilə çəkilmiş və dəmiryollarında işıqforun idarə edilməsi üçün nəzərdə tutulmaqla dövlət əhəmiyyətli dəmiryolu xəttlərinə aid bir metrinin dəyəri 14,16 manat olmaqla cəmi 212,40 manat dəyərində 15 metr uzunluğunda kabelləri kəsərək gizli talayıb, zərər çəkmiş hüquqi şəxs Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 212,40 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 06 iyun 2022ci il tarixdə saat 22 radələrində ünvan 20 ünvanında yerləşən Zərərçəkmiş şəxs16 məxsus fərdi yaşayış evinin yanına gəlib, həmin evin həyətinə hasardan tullanmaqla keçib, oradan fərdi yaşayış evinin pəncərəsini mismarçıxaranla açmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, həmin evdən 90 manat nağd pul, zərər çəkmiş şəxsin qiymətləndirdiyi 1200 manat dəyərində 110 diaqonallı «LG» markalı televizoru, 150 manat dəyərində 4x4 metr ölçüdə 30 sm uzunluğunda elektrik mis naqili, 70 manat dəyərində divar saatını, 150 manat dəyərində 80x80 sm ölçüdə divar xalçasını, iki ədəd hər biri 225 manat olmaqla cəmi 450 manat dəyərində 3x1,6 metr ölçüdə pərdələri, üç ədəd hər biri 70 manat olmaqla cəmi 210 manat dəyərində əlcəklə birlikdə qapı kilidlərini, 100 manat dəyərində 3-4 litr həcmli elektrik samovarını, 25 manat dəyərində böyük alüminium qazanı, dörd ədəd hər biri 20 manat olmaqla cəmi 80 manat dəyərində balaca alüminium qazanları, dörd dəst hər bir dəstinin dəyəri 10 manat olmaqla cəmi 40 manat dəyərində içərisində altı ədəd boşqab olan dəstləri, 50 manat dəyərində çay dəstini, 50 manat dəyərində xörək dəstini, bir cüt 50 manat dəyərində dəri ayaqqabını gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs16 ümumilikdə 2715 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 21 iyun 2022ci il tarixdə saat 01 radələrində ünvan 22 ünvanında yerləşən Zərərçəkmiş şəxs21 məxsus fərdi yaşayış evinin yanına gəlib, əvvəlcə həmin evin həyətinə, oradan isə fərdi yaşayış evinin pəncərəsini özündə olan mismarçıxaranla açmaqla, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, həmin evin otaqlarından zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 220 manat dəyərində samovarı, bir ədəd 20 manat dəyərində çəkici və hər metri 1 manat olmaqla cəmi 10 manat dəyərində 10 metr uzunluğunda elektrik mis naqili gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs21 ümumilikdə 250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 22 iyun 2022ci il tarixdə saat 02 radələrində ünvan 23 ünvanında yerləşən Zərərçəkmiş şəxs18 məxsus fərdi yaşayış evinin yanına gəlib, əvvəlcə həmin evin həyətinə, oradan isə fərdi yaşayış evinin pəncərəsini özündə olan mismarçıxaranla açmaqla, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, həmin evin hamam otağından zərər çəkmiş şəxsin qiymətləndirdiyi su qızdırıcısının 130 manat dəyərində mis sxemini, hər metrinin dəyəri 1 manat olmaqla cəmi 30 manat dəyərində 30 metr elektrik mis naqilləri gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs18 ümumilikdə 160 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 23 iyun 2022ci il tarixdə saat 01 radələrində ünvan 24 ünvanında yerləşən Zərərçəkmiş şəxs17 məxsus fərdi yaşayış evinin yanına gəlib, əvvəlcə həmin evin həyətinə, oradan isə başqa saxlanc yeri hesab olunan evin zirzəmisinə qanunsuz olaraq, həyətdən və zirzəmidən zərər çəkmiş şəxsin qiymətləndirdiyi 1000 manat dəyərində 12-13 litr həcmli, qədimi samovarı, hər metrinin dəyəri 1 manat olmaqla cəmi 42 manat dəyərində 42 metr elektrik mis naqilləri gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs17 ümumilikdə 1042 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 25 iyun 2022ci il tarixdə saat 03 radələrində ünvan 25 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin yanına gəlib, əvvəlcə həmin evin həyətinə, oradan isə fərdi yaşayış evinin pəncərəsini özündə olan mismarçıxaranla açmaqla, qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, həmin evin otaqlarından və həyətindən 80 manat dəyərində «Marquis» markalı «EC-3» model hidrofor ilə birlikdə «Marquis» markalı «MKP62» model su motorunu, zərər çəkmiş şəxsin qiymətləndirdiyi hər metrinin dəyəri 1 manat olmaqla cəmi 130 manat dəyərində 130 metr elektrik mis naqilləri gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 210 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək təkrarən yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 10 may 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Qaradağ rayonu, ünvan 10 ünvanında yerləşən Zərərçəkmiş şəxs9 məxsus fərdi yaşayış evinin yanına gəlib, hasardan tullanmaqla əvvəlcə həyətyanı sahəyə, daha sonra isə başqa saxlanc yeri hesab olunan yardımçı tikiliyə qanunsuz daxil olaraq, həmin yardımçı tikilidən zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 150 manat dəyərində su qızdırıcısını, bir ədəd 70 manat dəyərində laqondanı, hər biri 10 manat olmaqla cəmi 30 manat dəyərində üç ədəd su krantlarını gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ümumilikdə 250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 10 may 2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 2A ünvanında yerləşən Zərərçəkmiş şəxs11 məxsus fərdi yaşayış evinin yanına gəlib, hasardan tullanmaqla əvvəlcə həyətyanı sahəyə, daha sonra isə başqa saxlanc yeri hesab olunan yardımçı tikiliyə qanunsuz daxil olaraq, həmin yardımçı tikilidən zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 250 manat dəyərində qaynaq aparatını, bir ədəd 50 manat dəyərində drel aparatını gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ümumilikdə 300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 12 may 2022-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Qaradağ rayonu, ünvan 12 ünvanında yerləşən X2 məxsus fərdi yaşayış evinin yanına gəlib, hasardan tullanmaqla əvvəlcə həyətyanı sahəyə, daha sonra isə başqa saxlanc yeri hesab olunan qaraja qanunsuz daxil olaraq, həmin qarajdan diametri 4 mm olan çox simli bir topunun dəyəri 63 manat olmaqla cəmi 945 manat dəyərində 15 top elektrik kabellərini, zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 200 manat dəyərində qaynaq aparatını, bir ədəd 70 manat dəyərində laqondanı, bir ədəd 25 manat dəyərində drel aparatını, hər biri 5 manat olmaqla cəmi 15 manat dəyərində üç ədəd udliniteli, bir ədəd 140 manat dəyərində projektoru, hər metri 0,50 manat olmaqla cəmi 500 manat dəyərində 1000 metr elektrik naqilləri, bir ədəd 50 manat dəyərində odun samovarını, bir ədəd 60 manat dəyərində hava təmizləyici ventilyatoru, iki ədəd hər biri 20 manat olmaqla cəmi 40 manat dəyərində 20 metr uzunluğunda elektrik lampa calaqlarını gizli talayaraq, zərər çəkmiş şəxs Natiq Şıxəliyevə ümumilikdə 2045 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 16 may 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv ünvanında yerləşən Zərərçəkmiş şəxs8 məxsus yarımtikili fərdi yaşayış evinin yanına gəlib, yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq, həmin evdən zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 200 manat dəyərində laqondanı, bir ədəd 80 manat dəyərində drel aparatını, bir ədəd 70 manat dəyərində udliniteli, hər biri 100 manat olmaqla cəmi 800 manat dəyərində 8 top 4-lük, hər biri 120 manat olmaqla cəmi 600 manat dəyərində 5 top 3-lük elektrik naqillərini gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ümumilikdə 1750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, pul əldə etməkdə çətinlik çəkdiyindən 8-9 ildir ki tanıdığı Əliyev X8 şəhəri “Kənd Evləri” deyilən yaşayış massivində olan sahibsiz və təmirdə olan evlərdən oğurluq edib ehtiyaclarını qarşılamaq barədə razılığa gəlmişlər. Bu səbəbdən də «kənd evləri» yaşayış massivində gəzməklə münasib evlər axtarmağa başlamışdır. 27 mart 2022-ci il tarixdə gecə saatlarında Şirvan şəhəri, M.Aydınov küçəsində olarkən bir ev görmüş, həmin evin həyət hasarı olmamış və orada işıq yanmırmış. O həyətə keçib evin zirzəmisinə daxil olmuş və zirzəmidə alışqanın işığı ilə axtarış aparıb orada 4 ədəd dəmir çəlləyi görmüş, həmin çəlləkləri bir-bir daşıyıb evdən təxminən 1 kilometr kənarda Şirvan Kanalın kənarda yerləşən zibillik olan yerə, oradan isə evinə aparrmış, sonra yenidən tikintisi başa çatamayan həmin evə qayıdıb evin zirzəmisində olan təxminən 70 ədəd uzunluğu təxminən 5 metr olan taxtaları səhər açılana qədər evinin həyətinə daşımış, həmin çəllək və taxtaları müxtəlif vaxtlarda tanımadığı şəxslərə satıb əldə etdiyi pullarla ehtiyaclarını qarşılamışdır. Bundan başqa, 02 aprel 2022-ci il tarixdə, saat 21 radələrində Şirvan şəhəri, Ü.Hacıbəyov küçəsində olarkən orada tikilməkdə olan dəbdəbəli həyət evində təmir işlərinin getdiyini görmüş və 06 aprel 2022-ci il tarixə keçən gecə saat 01 radələrində həmin evin həyətinə darvazadan daxil olmuş, evin ön tərəfdən olan giriş qapısı bağlı olduğu üçün yan tərəfdə olan pəncərəni özü ilə gətirdiyi dəmir parçası ilə açaraq içəri daxil olmuşdur. Birinci mərtəbəni axtardıqdan sonra, ikinci mərtəbəyə çıxmış, otaqlardan birinə yığılmış 1 ədəd drel, 1 ədəd laqonda, 1 ədəd lobzik və təxminən topa halında olan 100 metr elektrik kabelini gətirdiyi kisəyə yığıb həmin yerdən çıxaraq evinə aparmışdır. Sonra həmin alətləri söküb içərisindəki misi toplamış, ardınca həmin kabelləri yandırıb misini yığmış, topladığı misləri metal alan İzzətin yerinə aparıb orada satmış və əldə etdiyi pullari özünə xərcləmişdir. Bundan başqa, 04 aprel 2022-ci il tarixdə, saat 21 radələrində Şirvan şəhəri, Ü.Hacıbəyov küçəsində olarkən orada yeni tikilməkdə olan fərdi yaşayış evinin həyətində birmərtəbəli tikili görmüş və həmin tikilidən oğurluq etmək qərarına gəlmiş, kənardan baxıb ətrafda heç kimin olmadığına əmin olduqdan sonra tikilinin yanına gəlmiş, həyətin darvazasından içəri keçmişdir. Sonra tikilinin pəncərəsinin dəmir barmaqlıqlarını güc tətbiq etməklə əymiş, pəncərəni apardığı vintaçanla açmış və pəncərədən bir otaqla tikiliyə daxil olmuşdur. Tikilidə axtarış aparmış və oradan 1 ədəd drel, 1 ədəd velosiped, 1 ədəd böyük laqonda, 1 ədəd kiçik laqonda, 1 ədəd lobzik, 1 ədəd prefarator, 3 ədəd udlinitel kimi adlanan kabelləri götürmüşdür. Velosipedi pəncərədən çıxara bilmədiyi üçün tikilinin qapısının kilidini qırmış və qapını açaraq oğurladığı əşyaları özü ilə gətirdiyi meşoka yığıb oğurladığı velosipedlə həmin yerdən uzaqlaşıb yaşadığı evə gəlmişdir. Həmin tikintidə istifadə olunan əşyaları yenə Şirvan şəhərində “Köhnə Bazar” deyilən yerin yaxınlığında tanımadığı şəxslərə satmışdır. Velosipedi isə hissələrə ayırıb ehtiyat hissəsi kimi tanımadığı şəxslərə satmışdır. Əldə olunmuş pulları isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 22 aprel 2022-ci il tarixdə, saat 01 radələrində Şirvan şəhərinin M.Müşviq küçəsində olarkən və oğurluq etmək üçün münasib ev axtaran zaman bir ədəd təzə tikilməkdə olan ev görmüşdür. Ətrafa baxıb heç kimin olmadığını gördükdən sonra evin hasarından tullanıb həyətinə keçmişdir. Həyətdə axtarış aparıb bir ədəd köhnə su motorunu, 50 metrə yaxın elektrik naqillərini, bir neçə ədəd dəmir boruları götürüb özü ilə gətirdiyi kisəyə yığmışdır. Daha sonra evin pəncərəsini açıb evə daxil olmuş və evdə dəyərli əşya tapa bilməyib bir ədəd stabilizatoru götürüb kisəyə qoymuş və evi tərk etmişdir, hasardan tullanmaqla küçəyə çıxmış və yaşadığı evə gəlmişdir. Həmin əşyaları tanımadığı şəxsə satmış və pulunu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 02 may 2022-ci il tarixdə, saat 02 radələrində Şirvan şəhəri M.Müşfiq küçəsində yerləşən yaşayış olmayan və tikilməkdə olan ev görüb həmin evin həyətinə daxil olmuş, evə keçmək üçün giriş qapısını açmaq istəmiş, lakin qapı bağlı vəziyyətdə olduğundan qapının yanında olan pəncərəni özü ilə gətirdiyi mismarçıxaranla açmış və içəri daxil olmuşdur. Evin döşəməsi olsa da içəridə qapı olmadığı üçün otaqları rahat axtarmış və otaqların birində stolun üzərinə qoyulmuş 1 ədəd drel, 1 ədəd preparator və topa halında yığılmış kabeli götürüb özü ilə gətirdiyi kisəyə yığıb evi daxil olduğu yerdən tərk etmişdir. Həmin küçədə olarkən başqa bir tikilməkdə olan evi görmüş və qərara gəlmişdir ki, həmin evdən də oğurluq etsin. O, həmin evin həyətinə daxil olmuş, evə keçmək üçün giriş qapısını açmaq istəmiş, lakin qapı bağlı vəziyyətdə olmuşdur. Bundan sonra o, qapının yanında olan pəncərəni özü ilə gətirdiyi mismarçıxaranla açmış və içəri daxil olmuşdur. Evdən 1 ədəd drel, 1 ədəd uzadıcı naqil tapmış və özü ilə gətirdiyi kisəyə yığmışdır. Daha sonra evin otaqlarına çəkilmiş təxminən 750 metr uzunluğunda elektrik naqillərini divardan qopartmış və başqa kisəyə yığmışdır. Sonra həmin evi tərk edib yaşadığı evə getmişdir. Evdə həmin alətləri söküb içərisindəki misi toplamış, həmin kabelləri yandırıb misini yığmış, topladığı misləri metal alan İzzətin yerinə aparıb orada satmışdır. Əldə etdiyi pullari isə özünə xərcləmişdir. Bundan başqa, 13 may 2022-ci il tarixdə, saat 01 radələrində Şirvan şəhərinin Bülbül küçəsində olarkən və oğurluq etmək üçün münasib ev axtaran zaman orada yaşayış olmayan bir ev görmüş, özü ilə gətirdiyi mismarçıxaranla pəncərəni açıb içəri daxil olub evin otaqlarını axtarmağa başlamışdır. Evin giriş hissəsində pilləkəndə qoyulmuş 1 ədəd preparator, 1 ədəd laqonda və 1 ədəd santexnik ütüsünü götürüb özü ilə gətirdiyi kisəyə qoymuş, sonra hamamda olan hamam duşu və mətbəxt duşunu, krantları, əl-üz yuyan avadanlığı, xırda santexnik ləvazimatlarını, həmçinin 1 top 50 metr uzunluğunda elektrik naqillərini götürüb daxil olduğu yerdən evi tərk etmişdir. Oğurladığı əşyaları evinə gətirib səhəri gün həmin malları “Köhnə Bazar” adlı yerin yaxınlığında tanımadığı şəxslərə satmış və ümumilikdə 200 manat pul əldə etmişdir. Bundan başqa, 14 may 2022-ci il tarixdə, saat 01 radələrində Şirvan şəhərinin Ç.Mustafayev küçəsində olarkən və oğurluq etmək üçün münasib ev axtaran zaman orada yeni tikilmiş bir ev görmüş və həmin evin həyətinə darvazadan daxil olmuşdur. Sonra evin yan tərəfindən yerləşən pəncərəni özü ilə gətirdiyi mismarçıxaranla açıb evə daxil olmuşdur. Evdə otaqlarda olan 1 ədəd samovar, 1 ədəd drel, 1 ədəd laqonda, 1 ədəd velosipedi və təxminən 50 metr uzunluqda mis naqili evin pəncərəsindən çölə çıxartmışdır. Sonra həmin samovar, naqilləri, drel və laqondanı özüm ilə gətirdiyim kisəyə qoyub, evdən götürdüyü həmin velosipedlə öz evinə gəlmiş və səhəri gün həmin tikinti avadanlıqlarını “Köhnə Bazar” deyilən yerin yaxınlığında tanımadığı şəxslərə satmışdır. Velosipedi isə idarə edərək Hacıqabul şəhərinə getmişsir. Orada “Bazar” yaxınlığında orta yaşlı bir kişiyə dəyərindən çox ucuz qiymətə 80 manata velosipedi satmış. Həmin adama velosipedin özünmə məxsus olduğunu və anası xəstə olduğu üçün satıb dərman alacağını demişdir. Əldə etdiyim pullarla şəxsi ehtiyaclarını qarşılamışdır. Bundan başqa, 20 may 2022-ci il tarixdə, saat 01 radələrində Şirvan şəhərinin F.X.Xoyski küçəsində olarkən yaşayış olmayan bir ev görmüş və həmin evdən oğurluq etmək qərarına gəldikdən sonra evin həyətinə hasarın üstündən daxil olmuşdur. Həyətdə yerləşən evin giriş qapısı olmadığı üçün içəri rahat daxil olmuşdur. Evin otaqlarını axtarmağa başlamışdır. Bu zaman 2 top istifadə olunmamış mis naqillər olduğunu görmüş. Həmin 2 top mis naqilləri özüm ilə gətirdiy kisəyə yığmışdır. Sonra isə evin divarlarına çəkilmiş elektrik naqillərini sökməyə başlamış və bütün naqilləri söküb kisəyə yığmışdır. Sonra evə daxil olduğu yerdən küçəyə çıxıb evinə getmişdir. Həmin mis naqillər isə “Köhnə Bazar” yaxınlığında tanımadığı şəxsə 150 manata satmışdır. Əldə etdiyi pulu isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 22 may 2022-ci il tarixdə, saat 02 radələrində Şirvan şəhərinin M.Müşfiq küçəsində olarkən yaşayış olmayan və yeni tikilməkdə olan ev görmüş və həmin evdən oğurluq etmək üçün evin darvazasından həyətə keçmiş, evin qapısının bağlı olduğunu görüb evin pəncərəsini mismarçıxaranla açmış və evə daxil olaraq axtarış aparmağa başlamışdır. Evdə olarkən hamam otağından 1 ədəd kombi aparatı, 1 ədəd 5 dəqiqəlik su qızdırıcısı, sayını bilmədiyi krantları oğurlayıb özü ilə gətirdiyi kisəyə yığmış, sonra 1 ədəd dreli də taparaq kisəyə qoymuş və sonra evdən çıxmış və hadisə yerindən uzaqlaşmışdır. Sonradan həmin əşyaları tanımadığı şəxslərə satmışvə pulunu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 23 may 2022-ci il tarixdə, saat 02 radələrində Şirvan şəhərinin Nəsrəddin Tusi küçəsində olarkən tikilməkdə olan bir ev görmüş və həmin evin həyətinə daxil olmuşdur. Sonra həmin evin pəncərəsini mismarçıxaranla açıb içəri daxil olmuşdur. Evin içərisində qiymətli bir şey tapa bilmədiyi üçün evin divarlarına çəkilmiş elektrik naqillərini sökməyə başlamışdır. Evin bir neçə otağının divarında olan elektrik naqillərini söküb kisəyə yığmış, sonra daxil olduğu yerdən çölə çıxıb evinə gəlmişdir. Səhəri gün həmin naqilləri yandırıb mis hissələri metal qəbulu məntəqəsinə satmış və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 01 iyun 2022-ci il tarixdə saat 01 radələrində Şirvan şəhərinin F.X.Xoyski küçəsində olarkən yeni tikilməkdə olan bir ev görmüşdür. O, həmin evin həyətinə hasardan tullanıb keçdikdən sonra evin qapısının olmadığını görmüş və evə daxil olub axtarış aparmağa başlamışdır. Həmin evdən 1 ədəd drel, 1 ədəd laqonda, 1 ədəd preparator, 1 ədəd qaynaq aparatı, 100 metrə yaxın elektrik naqili, 40 ədəddən çox taxtaları oğurlayıb həmin əşyaları səhər saatlarına kimi hissə-hissə yaşadığı evə daşımışdır. Sonradan həmin avadanlıqları və əşyaları Şirvan şəhərində “Köhnə bazar” deyilən ərazidə tanımadığı şəxslərə satmış, əldə etdiyi pulu isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 06 iyun 2022-ci il tarixdə, saat 21 radələrində Şirvan şəhərinin Xəqani küçəsində olarkən və oğurluq etmək üçün münasib ev axtaran zaman evlərdən birinin işıqlarının yanmadığını görmüşdür. O, başa düşmüşdür ki, həmin evdə yaşayış yoxdur, buna görə həmin evə kiminsə gəlib gəlməməsini dəqiqləşdirmək üçün kənarda oturub izləmmişdir. Bir saatdan sonra saat 22 radələrində evdə adam olmadığına tam əmin olmuş və oğurluq etmək məqsədilə hasardan həyətə tullanıb keçdim. Həyətdə yerləşən birmərtəbəli evin plastik pəncərəsini özüm ilə gətirdiyim mismarçıxaranla açıb içəri daxil olmuşdur. Evin içərisindən 90 manat pul, 1 ədəd “LG” markalı televizor, 20-30 metr uzunluqda elektrik naqili, 1 ədəd divar saatı, 1 ədəd divar xalçası, 2 ədəd pərdə, 3 ədəd qapı kilidləri, 1 ədəd elektrik samovarı, 1 ədəd böyük alüminium qazanı, 4 ədəd balaca alüminium qazanları, 4 ədəd boşqab dəsti, 1 ədəd çay və yemək dəsti, 1 cüt ayaqqabını oğurlamış və oğurladığı əşyaları hissə-hissə olmaqla yaşadığı evə daşımışdır. Sonradan həmin əşyaları Şirvan şəhərində tanımadığı şəxslərə satmış və əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. Bundan başqa, 21 iyun 2022-ci il tarixdə, saat 01 radələrində Şirvan şəhərinin N.Rəfibəyli küçəsində olarkən və oğurluq etmək üçün münasib ev axtaran zaman yaşayış olmayan və yeni tikilməkdə olan ev görmüşdür. Həmin evdən oğurluq etmək üçün evin darvazasından həyətə keçmiş, evin qapısının bağlı olduğunu görüb evin pəncərəsini mismarçıxaranla açmış və evə daxil olaraq axtarış aparmağa başlamışdır. Evdə olarkən o 1 ədəd samovar, 1 ədəd çəkic və 10 metrə yaxın elektrik naqillərini götürüb gətirdiyi kisəyə yığmış və evdən çıxmışdır. Sonradan həmin əşyaları tanımadığı şəxslərə satmışvə pulunu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 22 iyun 2022-ci il tarixdə, saat 02 radələrində Şirvan şəhərinin Nəsrəddin Tusi küçəsində olarkən və oğurluq etmək üçün münasib ev axtaran zaman bir evin işıqlarının yanmadığını görmüşdür. Bir müddət gözlədikdən sonra o həmin evdə heç kimin olmadığına əmin olduqdan sonra evin hasarından tullanıb evin həyətinə keçmiş, həyətdə axtarış aparıb təxminən 20-30 metr uzunluğunda elektrik naqilləri kəsib özü ilə gətirdiyi kisəyə qoymuşdur. Daha sonra evin pəncərəsini özü ilə gətirdiyi vintaçanla açıb evə daxil olmuşdur. Evdə axtarış aparsa da, dəyərli əşya tapa bilməmişdir. Hamam otağına baxdıqda orada su qızdırıcısının olduğunu görmüş və həmin su qızdırıcısının qarşı hissəsini söküb içərisindəki mis olan sxemi söküb kisəyə qoymuş və evi tərk etmişdir. Daha sonra hadisə yerindən uzaqlaşıb evinə getmişdir. Sonradan həmin əşyaları tanımadığı şəxsə satmiş və pulunu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 23 iyun 2022-ci il tarixdə, saat 01 radələrində Şirvan şəhərinin Şəhriyar küçəsində olarkən bir evin işıqlarının yanmadığını görrmüşdür. Bir müddət gözlədikdən sonra həmin evdə heç kimin olmadığına əmin olub evin hasarından tullanıb həyətinə keçmişdir. Həyətdə axtarış aparıb təxminən 40 metr uzunluğunda elektrik naqilləri kəsib özü ilə gətirdiyi kisəyə qoymuş, sonra evin zirzəmisinin qapısını açıb zirzəmidə bir ədəd qədimi samovar görmüş və həmin samovarı götürmüş, sonra evin həyətini hasardan keçməklə tərk edib evinə getmişdir. Sonradan həmin əşyaları tanımadığı şəxsə satmış və pulunu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 25 iyun 2022-ci il tarixdə, saat 03 radələrində Şirvan şəhərinin Şəhriyar küçəsində olarkən bir ədəd təzə tikilməkdə olan ev görmüş, ətrafda heç kimin olmadığını gördükdən sonra evin hasarından tullanıb həyətinə keçmişdir. Həyətdə axtarış aparıb təxminən 80 metr uzunluğunda elektrik naqillərini kəsib özü ilə gətirdiyi kisəyə qoymuş, sonra evin pəncərəsindən evə daxil olmuşdur. Evdə bir ədəd hidroforla birlikdə su nasosunu görmüş və həmin əşyanı götürüb kisəyə qoymuşdur. Həmçinin evdən 50 metr uzunluğunda elektrik naqili də tapmış və həmin elektrik naqili də oğurlamış və kisəyə qoymuşdur. Daha sonra hasardan keçməklə həmin yeri tərk edib evinə getmişdir. Sonradan həmin əşyaları tanımadığım şəxsə satmış və pulunu öz ehtiyaclarına xərcləmişdir. Bu oğurluq cinayətlərini təklikdə törətmiş, yalnız Bakı şəhəri Qaradağ rayonu ərazisində törədilən oğurluq zamanı yanında Təqsirləndirilən şəxs1 olmuşdur. Həmçinin oğurladığı əşyaları tanımadığı şəxslərə satmış və həmin şəxslərə əşyaların oğurluq olmasını deməmiş, onlara əşyaların özünə məxsus olduğunu bildirmişdir. 10 may 2022-ci il tarixdə Elminlə Xocahəsən qəsəbəsində onun yaşadığı evdə olan zaman qərara gəlmişlər ki, oğurluq edib əldə etdikləri pulla şəxsi ehtiyaclarını ödəsinlər. Aralarındakı razılığa görə onlar birlikdə saat təxminən 01 radələrində Xocahəsən qəsəbəsində yerləşən evdən çıxıb taksi ilə Qobustan qəsəbəsinə gəlmişlər. Qəsəbədə 2-ci massiv kimi tanınan məhəllədə olmuşlar. Bu zaman adını sonradan öyrəndikləri Səbuhət Babamehdi oğluna məxsus fərdi yaşayış evində heç kimin olmadığını görmüşlər. Həmin evin həyətyani sahəsinə daş hasardan tullanmaqla daxil olmuşlar. Həyətyani sahədə yarımtikilidə bir ədəd yerdə olan və hələ quraşdırılmamış su qızdırıcısını, bir ədəd laqondanı və üç ədəd su krantını götürmüşlər. Gəldikləri kimi də Elminlə birlikdə həyətyani sahədən çıxmışlar. Həmin oğurladıqları əşyaları özləri ilə daşımışlar. Bundan başqa, həmin vaxt onlar qəsəbədə başqa bir evə girmək qərarına gəlmişlər. Evin sonradan Zərərçəkmiş şəxs11 məxsus olduğunu öyrənmişlər. Həmin evə də daş hasardan tullanmış, həyətyani sahədə olan tikilinin qapısının cəftəsini açmış və içəri girmişlər. Oradan da bir ədəd qaynaq aparatı, bir ədəd direl götürmüşlər. Həmin əşyaları da özləri ilə götürmüşlər və gəldikləri kimi evdən çıxmışlar. Hər iki evdən götürdükləri əşyaları yaşadıqları evə gətirmişlər. Bundan başqa, 12 may 2022-ci il tarixdə Elminin yaşadığı Xocahəsən qəsəbəsindəki evində olan zaman Elminlə narkotik vasitə qəbul etmədikləri üçün bədənlərində ağrılar olmuşdur. Belə fikirə gəlmişlər ki, Qobustan qəsəbəsinə gedib heç kim olmayan evlərdən birində oğurluq hadisəsi törədib əldə etdikləri pulla narkotik alsınlar. Bu məqsədlə evdən çıxıb yoldan tanımadıqları şəxsin idarə etdiyi taksi avtomobili ilə Qaradağ rayonu, Qobustan qəsəbəsinə gəlmişlər. Taksidən düşdükdən sonra məhlələrlə hərəkət edərək bir fərdi yaşayış evinin hasarından boylandıqda həyətyani sahədə qaraj olduğunu və evdə heç kimin olmadığını görmüşdür. Elminlə birlikdə daş hasardan tullanmaqla həyətyani sahəyə daxil olmuşlar. Həyətyani sahədə olan qarajın qapısındakı qıfılı yerdən götürdüyü dəmir parçası ilə sındırmış və qapını açmışdır. Elminlə birlikdə qaraja daxil olmuşlar. Qarajdan yerdən bir ədəd kiçik ölçülü svarka aparatını, bir ədəd laqondanı, bir ədəd direli və ölçüsünü dəqiq xatırlamadığı elektrik naqillərini götürmüşlər və yaşadıqları Xocahəsən qəsəbəsinə gəlmişlər. Bundan başqa, 16 may 2022-ci il tarixdə Elminlə saat təxminən 02:00 radələrində Xocahəsən qəsəbəsində yerləşən evdən çıxıb taksi ilə Qobustan qəsəbəsində 5-ci massiv deyilən məhəlləyə gəlmişlər. Bu zaman adını sonradan öyrəndikləri Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evində heç kimin olmadığını bilmişlər Həmin evin həyətyani sahəsinə daş hasardan tullanmaqla yarımtikili olan fərdi yaşayış evinə daxil olmuşlar. Oradan bir ədəd laqonda, bir ədəd direl, bir ədəd udlinitel və yerdə olan elektrik naqillərini götürmüşlər. Gəldikləri kimi həyətyani sahədən çıxmışlar. Həmin oğurladıqları əşyaları özləri ilə daşımışlar. Hamısını digər əşyaları saxladıqları kimi kirayə yaşadıqları evə gətirmişlər. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə digər naqilləri və oğurluq yolla əldə etdikləri naqilləri yandırmış, yanmış mis naqillərini və laqondalardan, direllərdən, su qızdırıcılarından əlvan metalları söküb ayırmışlar. Hal-hazırda çəkisini dəqiq xatırlamadığı ümumi mis naqilləri “Şamaxinka” dairəsi adlanan yerdə metal qəbulu yerinə satmışlar. Laqonda, direl və su qızdırıcısının lazım olmayan və pula getməyən hissələrini zibilliyə tullamışlar. Əldə etdikləri pulu Elminlə bölüşdürmüşlər. Dəmir yollarında işıqforun idarə edilməsi üçün nəzərdə tutulmuş kabelləri isə o, oğurlmamışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilsə də onun təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 8 ildir ki, narkotik vasitə qəbul edir. Təqsirləndirilən şəxs2 8-9 ildir ki, tanıyır, həmyerlisidir, həmçinin birlikdə Bakı şəhərində fəhləlik etdikləri vaxtdan da münasibətləri olmuş və Xocahəsən qəsəbəsində nömrəsiz fərdi yaşayış evində birlikdə yaşayırmışlar. 10 may 2022-ci il tarixdə Əzizlə evdə olan zaman qərara gəlmişlər ki, oğurluq edib əldə etdikləri pulla şəxsi ehtiyaclarını ödəsinlər. Buna görə də, aralarında olan razılaşmaya görə birlikdə saat təxminən 01 radələrində Xocahəsən qəsəbəsində yerləşən evdən çıxıb taksi ilə Qobustan qəsəbəsinə gəlmişlər. Qəsəbədə massiv 2 deyilən sonradan öyrəndikləri Səbuhət Babamehdi oğluna məxsus fərdi yaşayış evində heç kimin olmadığını görmüş, evin həyətyani sahəsinə daş hasardan tullanmaqla daxil olmuş, həyətyani sahədə yarımtikiliyə daxil olmuş, bir ədəd yerdə olan və hələ quraşdırılmamış su qızdırıcısını, bir ədəd laqondanı və üç ədəd su krantını götürüb gəldikləri kimi də Əzizlə birlikdə həyətyani sahədən çıxmışlar. Həmin oğurladıqları əşyaları özləri ilə daşımışlar. Həmin vaxt onlar qəsəbədə saat təxminən 02 radələrində başqa həyət evinə girməyə qərara gəlmişlər. Girməyi planlaşdırdıqları evin sonradan Zərərçəkmiş şəxs11 məxsus olduğunu öyrənmişlər. Həmin evə də daş hasardan tullanmışlar. Həyətyani sahədəki tikilinin qapısı cəftə ilə bağlı olmuşdur. Əziz qapının cəftəsini açmış, içəri girmişlər və oradan da bir ədəd qaynaq aparatı, bir ədəd direl götürmüşlər. Həmin əşyaları da özləri ilə götürmüş və gəldikləri kimi evdən çıxmışlar. Hər iki evdən götürdükləri əşyaları yaşadıqları evə gətirmişlər. Bundan başqa, 12 may 2022-ci il tarixdə evdə olan zaman Əzizlə razılaşmışlar ki, Qobustan qəsəbəsinə gedib heç kim olmayan evlərdən birində oğurluq edib əldə etdikləri pulla narkotik alsınlar. Bu məqsədlə evdən çıxıb yoldan tanımadıqları şəxsin idarə etdiyi taksi avtomobili ilə Qaradağ rayonu, Qobustan qəsəbəsinə gəlmişlər. Taksidən düşdükdən sonra məhlələrlə hərəkət edərək bir fərdi yaşayış evinə nəzər yetirmişlər və birlikdə hasardan boylandıqda həyətyani sahədə qaraj olduğunu və evdə heç kimin olmadığını görmüşlər. Əzizlə birlikdə daş hasardan tullanmaqla həyətyani sahəyə daxil olmuşlar, saat təxminən 01 radələrində həyətinə daxil olduqları ev yiyəsinin adını sonradan öyrənmişlər, həmin ev Natiq Şıxəliyev adlı şəxsə məxsus olmuşdur. Həyətyani sahədə olan qarajın qapısındakı qıfılı Əziz yerdən götürdüyü dəmir parçası ilə sındırmış və qapını açmışdır. Əzizlə birlikdə qaraja daxil olmuşlar, qarajdan yerdən bir ədəd kiçik ölçülü svarka aparatını, bir ədəd laqondanı, bir ədəd direli və ölçüsünü dəqiq xatırlamadığı elektrik naqillərini götürüb yaşadıqları Xocahəsən qəsəbəsinə gəlmişlər. Bundan başqa, 16 may 2022-ci il tarixdə Əzizlə aralarında olan razılaşmaya görə birlikdə Qobustan qəsəbəsinə gəlmişlər. Həmin vaxt saat təxminən 02.00 radələrində Xocahəsən qəsəbəsində yerləşən evdən çıxıb taksi ilə Qobustan qəsəbəsində 5-ci massiv deyilən məhəlləyə gəlmişlər. Bu zaman adını sonradan öyrəndikləri Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evində heç kimin olmadığını görmüşlər. Həmin evin həyətyani sahəsinə daş hasardan tullanmaqla daxil olmuşlar. Oradan bir ədəd laqonda, bir ədəd direl, bir ədəd udinitel və yerdə olan elektrik naqillərini götürmüşlər və gəldikləri kimi Əzizlə birlikdə həyətyani sahədən çıxmışlar. Həmin oğurladıqları əşyaları özləri ilə daşımış və digər əşyaları saxladıqları kimi kirayə yaşadıqları evə gətirmişlər. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə digər naqilləri və oğurluq yolla əldə etdikləri naqilləri yandırmış, yanmış mis naqillərini və laqondalardan, direllerdən, su qızdırıcılarından əlvan metalları söküb ayırmışlar. Naqilləri həmin gün qəsəbədən aralıda, yaşayış evləri olmayan yerdə yandırmışlar. Hazırda çəkisini dəqiq xatırlamadığı ümumi mis naqilləri “Şamaxinka” dairəsi adlanan yerdə metal qəbulu yerinə satmışlar. Laqonda, direl və su qızdırıcısının lazım olmayan və pula getməyən hissələrini zibilliyə tullamışlar. Əldə etdikləri pulu Əzizlə bölüşdürmüşlər. O, Əzizin Şirvan şəhərində törətdiyi oğurluq cinayətlərindən məlumatı olmayıb, Əziz həmin cinayətləri özü törətmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs1 təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahid ifadəsi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, 2 il bundan əvvəl Şirvan şəhəri Marif Aydınov küçəsindən 6 sot torpaq sahəsi ev tikmək üçün almışdır. Özü fəhlə işləyir və imkanı olduqca aldığı torpaq sahəsinə mişar daşları alıb tökmüşdür. Sonra isə həmin mişar daşları ilə evi hörməyə başlamışdır. Evin həyətyanı sahəsinin hasarı yoxdur və açıqlıqdır. Evin hörgüsünü başa çatdırmış və evin damını düzəltdirmək üçün 2 kub eni 12 sm və qalınlığı 2,5 sm olan taxta alıb evinin zirzəmisinə yığmışdır. Şəxsi işləri olduğu üçün 2022-ci ilin mart ayında evinə 4 gün gedə bilməmişdir. 28 mart 2022-ci il tarixdə tikdirdiyi evin yanına gəldikdə və evin zirzəmisinə baxdıqda taxtalarından 1 kub 6 metr uzunluğunda 455 manat dəyərində olan 33 ədəd taxtanın, 1 kub 4 metr uzunluğunda 455 manat dəyərində 41 ədəd taxtanın, hər birinin dəyəri 10 manat olmaqla 4 ədəd 200 litrlik dəmir çəlləklərinın oğurlandığını aşkar etmişdir. Həmin gün o, işləri olduğu üçün polis şöbəsinə gedə bilməmiş və yalnız 30 mart 2022-ci il tarixdə DİN «102» xidmətinə məlumat vermiş, sonra isə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 950 manat ziyan dəymişdir. Ona dəymiş ziyanın ona ödənilməsini, əks halda təqsirləndirilənin barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, ünvan 20-də qeydiyyatda olsa da, hazırda Bakı şəhərində yaşayır. Həmin evdə əşyaları vardır. X5 onun qaynıdır. 09 iyun 2022-ci il tarixdə Kənan İsmiyev ona zəng edərək evindən oğurluq olduğunu, evdən televizor və 90 manat pulun oğurlandığını bildirmişdir. Həmin gün o Şirvan şəhərinə gəlib evə baxmış və evə tam göz gəzdirmədən işləri olduğu üçün Bakı şəhərinə qayıtmışdır. 1 gün sonra mən Şirvan şəhərinə gəlmiş və evə baxdıqda müəyyən etmişdir ki, evindən 1200 manat dəyərində 4 il əvvəl aldığı 110 diaqonallı «LG» markalı televizor, 150 manat dəyərində 4x4 metr ölçüdə 30 sm uzunluğunda naqil, 70 manat dəyərində 1 il əvvəl aldığı divar saatı, 150 manat dəyərində 1 il əvvəl aldığım 80x80 sm ölçüdə divar xalçası, 2 ədəd hər biri 225 manat dəyərində 3x1,6 metr ölçüdə pərdələr, 3 ədəd hər biri 70 manat dəyərində əlcəklə birlikdə qapı kilidləri, 100 manat dəyərində 3-4 litr həcmli elektrik samovarı, 25 manat dəyərində 2 il əvvəl aldığı böyük alüminium qazan, 4 ədəd hər biri 20 manat dəyərində balaca alüminium qazanlar, 4 dəst hər bir dəstinin dəyəri 10 manat dəyərində olmaqla içərisində 6 ədəd boşqab olan dəstlər, 50 manat dəyərində çay dəsti, 50 manat dəyərində xörək dəsti, bir cüt 50 manat dəyərində sexdə tikilmiş 2-3 dəfə geyilmiş dəri ayaqqabı oğurlanıb. Oğurluq nəticəsində ona ümumilikdə 2715 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyanın ona ödənilməsini, əks halda təqsirləndirilənin barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, olaraq heç yerdə işləməsə də, tikinti işlərində usta kimi işləyib pul qazanır. Sonuncu dəfə qohumu X3 Ağayevə məxsus ünvan 26 ünvanda yeni tikilmiş evdə təmir işləri aparmağa başlamışdır. Bu səbəbdən özünə lazım olan usta avadanlıqlarını Mirəhmədin evinə aparıb qoymuş və işini qurtardıqdan sonra həmin avadanlıqları evdə saxlamışdır. 12 may 2022-ci il tarixdə axşam saatlarında o işlərinmi bitirdikdən sonra yaşadığı evə getmiş, avadanlıqları da həmişəki kimi pilləkənə qoymuşdur. 13 may 2022-ci il tarixdə səhər saatlarında o Mirəhmədin evinə gəldikdə görmüşdür ki, pilləkənə qoyduğu avadanlıqlar yerində yoxdur. O evə oğrunun daxil olub həmin avadanlıqları oğurladığını başa düşmüşdür. Evə girən naməlum şəxs evdən ona məxsus 1 ədəd 200 manat dəyərində preforator, 1 ədəd 150 manat dəyərində laqonda və 1 ədəd 100 manat dəyərində santexnik ütüsünü oğurlamışdır. Həmin naməlum şəxs həmçinin evdə olan Mirəhmədə məxsus başqa əşyalar da oğurlamışdır. O oğurluq olması barədə Mirəhmədin atası Mübarizə məlumat vermiş və Mübariz evə gəldikdən sonra DİN «102» xidmətinə zəng vurub məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. Sonra o və Mübariz ərizə ilə Şirvan ŞPŞ-yə müraciət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 450 manat ziyan dəymişdir. Ona dəymiş ziyanın ona ödənilməsini, əks halda təqsirləndirilənin barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, hazırda Şirvan şəhərində yerləşən 5 nömrəli ümumi orta məktəbdə texniki işçi kimi işləyir. 2012-ci ildə ünvan 27 ünvanda torpaq sahəsi alıb orada birmərtəbəli ev tikdirməyə başlamışdır. Həmin evin qapı və pəncərəsini vurmuş, evin həyəti mişar daşı ilə hasara alınmış, darvaza qoyulmuşdur. Evin həyətində sanitar qovşağı var və evin həyəti naveslə örtülmüşdür. O, özü subay olduğu üçün anası və atası ilə Sabirabad rayonu Minbaşı kəndinə yaşayır, lakin Şirvan şəhərində işlədiyi üçün işdən günorta saatları çıxıb Şəhriyar küçəsindəki evinə gedir və orada nahar edib yenidən iş yerinə qayıdır. Sonuncu dəfə 22 iyun 2022-ci il tarixdə nahar fasiləsi zamanı ünvan 27 ünvandakı evinə gəlmiş. Evdə nahar etdikdən sonra o iş yerinə qayıtmışdır. Növbəti gün, yəni 23 iyun 2022-ci il tarixdə nahar fasiləsinə Şəhriyar küçəsindəki evinə gəlmiş, sanitar qovşağına girmək istəyən zaman sanitar qovşağının işıqlarının yanmadığını aşkar etmişdir. Həmin vaxt oğurluq hadisəsinin baş verməsindən şübhələnib axtarış aparmağa başlamışdır. Müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər evinin həyətində olan sanitar qovşağının və həyətin 42 metr uzunluğunda elektrik naqillərini və evin zirzəmisində olan bir ədəd qədimi samovarı oğurlayıb. Həmin vaxt o işləri olduğu üçün yalnız 01 iyul 2022-ci il tarixdə Şirvan şəhər polis şöbəsinə gəlib ərizə yazmışdır. Ona məxsus olan samovar mis materialdan ibarət olmuş, dörd ayaqı, təxminən 12-15 litr tutumlu, çox qədimi, təxminən 150 ilin samovarı olub və həmin samovar ona nənəsindən qalmışdır. Samovarın dəyəri 1000 manatdır. Həmçinin oğurlanmış elektrik naqilləri 42 metr olmaqla içərisi mis olmuş, Türkiyə istehsalı olmaqla 4-lük naqillər olmuşdur. Həmin elektrik naqilin bir metri 1 manat olmuşdur. Ona ümumilikdə 1042 manat ziyan dəymişdir. Ona dəymiş ziyanın ona ödənilməsini, əks halda təqsirləndirilənin barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospekti, ev 13, mənzil 58-də yaşayır, həmçinin ünvan 28 ünvanda torpaq sahəsi alıb orada ev tikdirir. Həmin evin həyətinin hasarı mişar daşı ilə inşa edilmiş, evin qapı-pəncərəsi, evin içərisinin elektrik işləri və suvağı vurulmuşdur. O, demək olar ki, hər gün tikdirdiyi evə gedib-gəlir. Sonuncu dəfə 20 iyun 2022-ci il tarixdə həmin evdə olmuş və saat 19 radələrində evdən çıxıb yaşadığı ünvana getmişdir. Növbəti gün, yəni 21 iyun 2022-ci il tarixdə həmin ünvanda yerləşən evinə getdikdə fərdi yaşayış evinin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş və evə kiminsə daxil olduğunu başa düşüb tez evə girmişdir. Evə baxdıqda görmüşdür ki, evdən bir ədəd 20 manat dəyərində çəkic, hər metri 1 manat olmaqla 10 metr elektrik naqili və bir ədəd 220 manat dəyərində qədimi samovar oğurlanmışdır. Bundan sonra o, polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 250 manat ziyan dəymişdir. Ona dəymiş ziyanın ona ödənilməsini, əks halda təqsirləndirilənin barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 29 ünvanında yaşayır, həmçinin ünvan 30 orada ev tikdirir. Həmin evin həyətinin hasarı mişar daşı ilə inşa edilmiş, evin qapı-pəncərəsi, evin içərisinin elektrik işləri və suvağı vurulmuşdur. Təxminən 1 il əvvəl 93 manata «Marquis» markalı su nasosunu hidroforla birlikdə alıb, evə qoymuşdur ki, onu sonradan quraşdırsın. Sonuncu dəfə tikdirdiyi evdə 20 iyun 2022-ci il tarixdə olmuşdur. Həmin vaxt evin əşyaları yerində olmuş və heç bir problem olmamışdır. 05 iyul 2022-ci il tarixdə tikdirdiyi evə gedib baxdığı zaman görmüşdür ki, həyətə daxil olduqda sağda yerləşən işıq avtomatının aşağısında olan təxminən 80 metr elektrik naqilləri yerində yoxdur. O, başa düşmüşdür ki, evə kimsə daxil olmuş, evə baxdıqda evin pəncərəsinin cəftəsi yarım açıq vəziyyətdə olduğunu görmüşdür. Evdə qoyduğu su nasosu da hidroforla birlikdə, həmçinin evə və həyətə baxdıqda 80 metr elektrik naqilindən əlavə 50 metr elektrik naqilinin də oğurlandığını aşkar etmişdir. Bununla bağlı Şirvan şəhər polis şöbəsinə gəlib ərizə ilə müraciət etmiş və sonradan polis əməkdaşları tərəfindən evinə baxış keçirilmişdir. Su nasosunu hidroforla birlikdə 1 il əvvəl 93 manata almışdır, ondan istifadə olunmamışdır. Həmçinin ümumilikdə 130 metr elektrik naqilləri oğurlanmışdır. Ona ümumilikdə 223 manat ziyan dəymişdir. Həmçinin oğurluq nəticəsində evin suvağı zədələnmiş, elektrik naqilləri yenidən qurulmalıdır, bunun nəticəsində ona ümumilikdə 500 manat ziyan dəymişdir. Ərizə təqdim edərək evindən oğurlanmış əşyalara ona geri qaytarıldığını, Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının sonuna kimi Şirvan şəhərində Telemexanika zavodunun yaxınlığında yaşamış, ünvan 31 ünvanda 3-4 il əvvəl ev tikməyə başlamış və 2022-ci ilin may ayının sonlarına həmin evə köçməyə hazırlaşmışdır. Həmin evdə 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs3 adlı usta işləmiş və evin içərisinin təmirini etmişdir. 13 may 2022-ci il tarixdə atası ona zəng vurub evindən oğurluq olduğunu demişdir. Həmin gün atası Mübariz oğurluq olması ilə bağlı Şirvan şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan o, özü də ona məxsus olan evə gəlmiş və öyrənmişdir ki, 12 may 2022-ci il tarixdə axşam saatlarında usta Ağadadaş evdə təmir işi görüb ləvazimatlarını otaqda saxlayaraq evinə getmiş, 13 may 2022-ci il tarixdə isə evə gəldikdə ləvazimatların oğurlandığını aşkar etmişdir. Usta Zərərçəkmiş şəxs3 məxsus ləvazimatlardan başqa ona məxsus evdən hər bir komplekti 45 manat olmaqla 2 komplekt su krantları, 1 ədəd 120 manat dəyərində duş komplekti, 1 top 50 manat dəyərində elektrik naqili, 65 manat dəyərində əl-üz yuyan avadanlıq, həmçinin 20 manatlıq xırda ləvazimatlar oğurlanmışdır. Ona ümumilikdə 345 manat ziyan dəymişdir. Ona dəymiş ziyanın ona ödənilməsini, əks halda təqsirləndirilənin barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, ev təmiri ustası kimi işlədiyinə görə özünə məxsus təmir tikinti avadanlıqları olmuş, həmin avadanlıqları yaşadığı Qobustan qəsəbəsində fərdi yaşayış evində qarajda saxlamışdır. 09 may 2022-ci il tarixdə, saat 19 radələrində Qobustan qəsəbəsində yaşadığı evdən çıxıb Zərdab rayonuna getmiş, rayonda qaldığı müddətdə ünvan 12 ünvanında heç kim olmamışdır. 13 may 2022-ci il tarixdə, saat 16 radələrində qəsəbəyə evinə gəlmiş, həyətyani sahəyə daxil olduqdan sonra qarajın qapısının açıq vəziyyətdə olduğunu, qıfılın isə qaraj qapısının bir tərəfində keçəcək hissəsində qaldığını görmüşdür. Həmin vaxt o, həyətyani sahəyə kiminsə naməlum şəraitdə daxil olduğunu güman etmiş və qaraja daxil olmuşdur. Qarajda naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq hadisəsi baş verdiyi güman etdiyi üçün əşyalarını yoxlamış, oradan 01 (bir) ədəd qaynaq aparatı, 01 (bir) ədəd laqonda, 01 (bir) ədəd drelin, 03 (üç) ədəd udlinitelin, 01 (bir) ədəd projektor, 4-lük 15 top elektrik naqilinin və təxminən 1000 metr açıq vəziyyətdə elektrik naqilinin, 01 (bir) ədəd odun somavarının, 01 (bir) ədəd hava təmizləyici ventilyatorun, 02 ədəd 20 metr uzunluğunda elektrik lampası calağı yerində olmadığını, oğurlandığını bilmişdir. Bundan sonra o, həmin sadaladığı əşyaların qonşu yaxud da tanıdığı kimsə tərəfindən götürüldüyünü müəyyən etmək üçün gözləmişdir. Lakin oğurluq hadisəsi baş verdiyindən bir daha əmin olduqdan sonra 102 xidmətinə müraciət etmiş və 11-ci PB-nə ərizə verərək hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona məxsus 01 (bir) ədəd 200 manat dəyərində qaynaq aparatı, 01 (bir) ədəd 70 manat dəyərində laqonda, 01 (bir) ədəd 25 manat dəyərində drelin, hər biri 5 manat olan 03 (üç) ədəd udlinitelin, 01 (bir) ədəd 140 manat dəyərində projektor, hər biri 60 manat olan 4-lük 15 top elektrik naqili və 1 metri 0.50 manat olan 1000 metr açıq vəziyyətdə elektrik naqili, 01 (bir) ədəd 50 manat dəyərində odun somavarı, 01 (bir) ədəd 60 manat dəyərində hava təmizləyici ventilyator, 02 ədəd hər biri 20 manat olan 20 metr uzunluğunda elektrik lampası calağı oğurlanmış və ümumilikdə ona 2000 (iki min) manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyanın ona ödənilməsini, əks halda təqsirləndirilənlər barəsində ağır qaydada tədbir görülməsini xahiş etdi. Həmçinin istintaqın gedişi ilə razı olmadığını və düzgün aparılmadığını qeyd etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, ünvan 32 ünvanında yaşayır, həmçinin ünvan 33b orada ev tikdirir. Həmin torpaq sahəsində birmərtəbəli, bir otaqdan ibarət əl evi tikdirmiş və həmin əl evinin pəncərəsinin qarşısında nazik dəmirdən dəmir barmaqlıq vardır. O, tez-tez həmin evə gedib nəzarət edir. 02 iyun 2022-ci il tarixdə saat 20 radələrində o, həmin torpaq sahəsinə gəldikdə görmüşdür ki, əl evinin pəncərəsinin dəmir barmaqlığı aralıdır və pəncərə açıqdır, həmçinin qapının qıfılı sındırılmış vəziyyətdədir. O, əl evinə daxil olduqda görmüşdür ki, əl evində olan 1 ədəd 350 manat dəyərində markasını bilmədiyi velosipedi, 1 ədəd 60 manat dəyərində Makete markalı drel, 1 ədəd 110 manat dəyərində Makete markalı laqonda, 1 ədəd 350 manat dəyərində Bosch markalı laqonda, 1 ədəd markasını bilmədiyi 60 manat dəyərində lobzik, 1 ədəd 160 manat dəyərində 50 metr uzunluğunda elektrik yuvası olan uzadıcı naqil, 1 ədəd 10 manat dəyərində 10 metr uzunluğunda elektrik yuvası olan uzadıcı naqil, 1 ədəd 10 manat dəyərində 10 metr uzunluğunda elektrik yuvası olan uzadıcı naqil və 150 manat dəyərində markasını bilmədiyi preforator oğurlanmışdır. Daha sonra o, baş vermiş oğurluq cinayəti ilə bağlı Şirvan şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq cinayəti nəticəsində ona ümumilikdə 1260 manat ziyan dəymişdir. Ona dəymiş ziyanın ona ödənilməsini, əks halda təqsirləndirilənin barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, ünvan 34 ünvanında torpaq sahəsi alıb orada birmərtəbəli fərdi yaşayış evi tikmişdir. 2022-ci ilin iyun ayında ailə üzvləri ilə birlikdə həmin evə köçmüşdür. 21 iyun 2022-ci il tarixdə o və oğlu işdə gecə növbəsində olduqları üçün arvadını Şirvan şəhəri H.Əliyev küçəsində yerləşən evlərinə aparıb qoymuşlar. 22 iyun 2022-ci il tarixdə saat 18 radələrində arvadını götürüb N.Tusi küçəsindəki evlərinə gəldikdə görmüşlər ki, hamam otağındakı su qızdırıcısının içərisində olan mis sxemini və həyətdə olan 30 metr elektrik naqilini oğurlamışdır. O, əvvəlcə oğurluq nəticəsində ona elə də güclü ziyan dəymədiyini düşünmüş və buna görə polisə məlumat verməmişdir. Lakin sonrakı günlərdə usta gəlib su qızdırıcısına baxdıqda oğurlanmış sxemin 130 manat dəyərində olduğunu bildirmişdir. O da buna görə 01 iyul 2022-ci il tarixdə polis şöbəsinə gəlib ərizə yazmışdır. Oğurlanmış su qızdırıcısının mis sxemi 130 manat dəyərində olmuş, mis elektrik naqillərin 1 metri isə 1 manat olmuşdur. Ona ümumilikdə 160 manat ziyan dəymişdir. Ərizə təqdim edərək dəymiş ziyan ödənilməsə də şikayətçi olmadığını bildirdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, ünvan 35 ünvanda torpaq sahəsi alıb orada ev tikdirir. Evin həyətyanı sahəsi mişar daşı ilə hasara alınmış, lakin hasarın bir hissəsi açıqdır. Həmçinin evi tikib damını vurmuş, qapı və pəncərəsi qoyulmuşdur. Sadəcə evin içərisində təmir işləri qalmış, evin elektrik işləri görülmüşdür. 2022-ci ilin aprel ayının sonlarında onun vaxtı olmadığı üçün atası evə gedərək baxmış və hər hansı bir oğurluq hadisəsi olmamışdır. 03 may 2022-ci il tarixdə, saat 09 radələrində Şirvan şəhəri, M.Müşfiq küçəsində qonşuluqda yaşayan şəxslərdən kimsə ona zəng vuraraq evinin pəncərəsinin açıq olduğunu demiş, dərhal Şirvan şəhərinə gəlmiş və tikdirdiyi evə yaxınlaşdıqda, görmüşdür ki, evin pəncərəsi açıqdır. O, evin qapısını açıb içəri daxil olmuş və görmüşdür ki, evə çəkdirdiyi elektrik naqillərinin hamısı evin otaqlarının divarlarından sökülüb aparılmış, həmçinin evdən 1 ədəd kiçik drelin və 1 ədəd 12 metr uzunluğunda uzadıcı naqilin oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN «102» xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlib, hadisə yerinə baxış keçirmişlər, o, ərizə yazıb təqdim etmişdir. Evindən hər metri 90 qəpik olmaqla 750 metr elektrik naqilləri, 1 ədəd 30 manat dəyərində drel və 1 ədəd 12 manat dəyərində uzadıcı naqil oğurlanmışdır. Oğurluq nəticəsində ona 717 manat ziyan dəymişir. Həmçinin evindən oğurluq etmiş şəxs naqilləri evin otaqlarından sökdüyü üçün evin otaqlarına da ziyan dəymiş və usta pulu ilə birlikdə evinə dəymiş ziyan 1300 manat təşkil edir. Ona dəymiş ziyanın ona ödənilməsini, əks halda təqsirləndirilənin barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, ünvan 36 ünvanda torpaq sahəsi alıb orada 2 ilə yaxındır ki, ev tikdirir. Həmin evin həyətinin hasarı mişar daşı ilə inşa edilmiş, evin qapı-pəncərəsi, içərisinin elektrik işləri və suvağı vurulmuşdur. Sonuncu dəfə həmin tikdirdiyi evdə 02 may 2022-ci il tarixdə olmuş və qapı-pəncərəni bağlayıb yaşadığı ünvana getmişdir. 03 may 2022-ci il tarixdə saat 07:30 radələrində tikdirdiyi evə gəldikdə, evin giriş qapısının sağ tərəfində yerləşən pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. O, evin qapısını açıb içəri baxdıqda otaqlarda olan bir ədəd drel, bir ədəd prefarator və 140 metr uzunluğunda elektrik mis naqilin oğurlandığını aşkar etmişdir. Dərhal DİN «102» xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Evindən oğurlanmış mis naqilin bir metrinin dəyəri 1 manat, bir ədəd drel 30 manat, 1 ədəd prefarator isə 60 manat dəyərində olmuşdur. Ona ümumilikdə 230 manat ziyan dəymişdir. Ona dəymiş ziyanın ona ödənilməsini, əks halda təqsirləndirilənin barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 37 ünvanda yerləşən evin həyətyanı sahəsi hasara alınmış, evin içərisinin təmiri aparılır. Hadisədən əvvəl həmin evdə 20 aprel 2022-ci il tarixdə olmuşdur. İşləri olduğu üçün həmin ünvana təxminən 15 gün gedə bilməmişdir. 08 may 2022-ci il tarixdə həmin tikdirdiyi evinə getdikdə evin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, evə və həyətə baxdıqda evdən bir ədəd 30 manat dəyərində kombi aparatının stabilizatorun, həyətdə bir ədəd işlənmiş 20 manat dəyərində su nasosunun, 50 manat dəyərində dəmir boruların, hər metrinin dəyəri 1 manat olan 50 metr mis naqillərin oğurlandığını aşkar etmişdir. Daha sonra Şirvan şəhər polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 150 manat məbləğində maddi ziyan dəymişdir. Ərizə təqdim edərək Təqsirləndirilən şəxs2 qarşı şikayətçi olmadığını bildirdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ünvan 38 ünvanda yerləşən evin həyətinin hasarı mişar daşı ilə inşa edilmiş, darvaza qoyulmuş, ev tikilib damı vurulsa da, evin qapı pəncərəsi qoylumamış, evin divarları suvanmamış, lakin elektrik naqilləri çəkilmişdir. Həmin evdə sonuncu dəfə 19 may 2022-ci il tarixdə olmuş və hər bir əşya yerində olmuşdur. 21 may 2022-ci il tarixdə, saat 05 radələrində o, həmin evinə getdikdə, görmüşdür ki, evinin divarlarına çəkilmiş 1300 metr uzunluğunda elektrik naqilləri, həmçinin istifadə olunmamış hər birində 100 metr elektrik naqili olan toplar oğurlanmışdır. Həmin gün DİN «102» xidmətinə zəng vurmuş və hadisə barədə məlumat vermişdir. Evindən oğurlanmış elektrik naqillərinin 1100 metrini 1 manat 10 qəpiyə, digər 400 metr naqili isə metrəsini 72 qəpiyə almışdır. Onun evindən ümumilikdə 1500 metr elektrik naqili oğurlanmışdır. Ərizə təqdim edərək dəymiş ziyan ödənilməsə də şikayətçi olmadığını bildirdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ünvan 39 ünvanda yerləşən evin həyətinin hasarı mişar daşı ilə inşa edilmiş, evin qapı-pəncərəsi vurulmuş, evin içərisinin elektrik işləri və suvağı vurulmuşdur. 2022-ci ilin fevral ayında o, 1050 metr elektrik naqili almş və həmin naqilləri həmin evə aparmaqla ustaya pul verib evin elektrik xəttini çəkdirmişdir. Sonuncu dəfə həmin evdə 18 may 2022-ci il tarixdə olmuş və həmin vaxt hər şey yerində olmuş, heç bir problem olmamışdır. 25 may 2022-ci il tarixdə işdə olarkən qardaşı Aqşin Səmədov ona zəng vuraraq demişdir ki, ona məxsus N.Tusi küçəsində tikilən evin elektrik naqilləri oğurlanmışdır. O, Aqşinə DİN «102» xidmətinə məlumat verməsini bildirmiş və işdən çıxaraq yaşadığı evə yollanmışdır. Evə daxil olduqda orada 300 metr elektrik naqilin oğurlandığını aşkar etmiş, həmçinin evin divarları və digər elektrik naqilləri yararsız hala salınmışdır. Həmin vaxt yaşadığı evə polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. Daha sonra o, ərizə ilə Şirvan şəhər polis şöbəsinə müraciət etmiş və polis şöbəsində izahat vermişdir. Evindən oğurlanmış 300 metr naqilin ümumi dəyəri 195 manat təşkil etmişdir. Bundan əlavə isə evin bütün elektrik xətti və divarlar yararsız hala salındığı üçün usta pulu ilə birlikdə ona 1500 manat ziyan dəymişdir. Ona dəymiş ziyanın ona ödənilməsini, əks halda təqsirləndirilənin barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin İnfrastruktur Departamenti 7 nömrəli İmişli İşarevermə və Rabitə Sahəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 1979-cu ildən hazırki vaxta kimi "xxxx" QSC-nin İmişli İşarəvermə və Rabitə sahəsinin böyük mexaniki vəzifəsində işləyir. 01 iyun 2022-ci il tarixdə, saat 19 radələrində məlumat almışlar ki, Baş Şirvan stansiyasının ərazisində xətlərdə problem vardır. Həmin vaxt 7 nömrəli İmişli İşarəvermə və Rabitə distansiyasının Baş Şirvan Stansiyasının 46-cı kilometrliyinə elektrik mexanik X6 baxış keçirərək məlumat vermişdir ki, 46-cı kilometrliyin 8-ci piketində Şirvan-Hacıqabul və Şirvan-Çeşidləmə mənzilləri arasındakı təxminən 25-30 metrlik məsafədə dəmiryolu yataqlarından aşağıda vətəndaşa məxsus hasarın dibi ilə çəkilmiş 48x1 SBPU tipli işarə vermə kabelinin 15 metri naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanmışdır. Həmin kabel dəmiryollarında svetaforlara birləşdirilmiş kabeldir və həmin kabel dəmiryollarında svetaforu idarə edir. Həmin kabelin 1 metrinin dəyəri 14 manat 16 qəpikdir və oğurluq nəticəsində QSC-nə ümumilikdə 212 manat 40 qəpik maddi ziyan vurulmuşdur. Ərizə təqdim edərək vurulmuş ziyan ödənilməsə də iş üzrə şikayət və tələblərinin olmadığını bildirdi. Zərərçəkmiş şəxs12, X7 və Zərərçəkmiş şəxs11 məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadıqlarını bildirmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Zərərçəkmiş Zərərçəkmiş şəxs22 Aftandil oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilən ifadəsində göstərmişdir ki, 2011-ci ildən isə ünvan 40 ünvanda torpaq sahəsi alıb orada ev tikməyə başlamışdır. 2021-ci ilin yay aylarında evi tam tikib təmir etməklə bitirmişdir. Həmin ərəfələrdə evin hamam otağına bir ədəd «Novo» markalı kombi aparatı, «Novo» markalı 5 dəqiqəlik su qızdırıcısı, 5 ədəd arko kran alıb qoymuşdur. 24 may 2022-ci il tarixdə saat 21 radələrində tikdirdiyi evə gəlib həyətə daxil olduqda evin pəncərəsinin açıq olduğunu görmüş, evə oğrunun daxil olmasından şübhələnib DİN «102» xidmətinə məlumat vermiş və bir neçə dəqiqə sonra evinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra özləri evə daxil olub evin qapısını açmışlar və o, evə daxil olub, görmüşdür ki, hamam otağında olan 850 manata aldığı «Novo» markalı kombi aparatı, 230 manat dəyərində «Novo» markalı 5 dəqiqəlik su qızdırıcısı, hər biri 8 manat olmaqla cəmi 40 manat dəyərində 5 ədəd arko krantları və 1 ədəd 50 manat dəyərində istifadə olunmuş «Zubr» markalı drel oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1170 manat ziyan dəymişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs15 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilən ifadəsində göstərmişdir ki, yeni tikdirdiyi evə mütəmadi olaraq baş çəkmək üçün gedir. Sonuncu dəfə 30 may 2022-ci il tarixdə qeyd etdiyi evdə olarkən hər şey öz qaydasında olmuş, evlərində heç bir oğurluq olmamışdır. Evdən çıxarkən evin və darvazanın qapılarını kilidlə kilidləmişdir. xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində evə baş çəkmək üçün getmiş, evlərinin həyətində olan əl damının qapısı və havalıq pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, lakin əl damının daxilinə heç bir müdaxilə olunmamışdır. Oradan aralanıb evə göz gəzdirdikdə görmüşdür ki, evinin birinci mərtəbəsinin qarşı və arxa tərəfdəki pəncərəsi açıq vəziyyətdədir. Ona məlum olmuşdur ki, evə naməlum şəxs və ya şəxslər daxil olmuşdur. Bu səbəbdən də həmin vaxt DİN-in 102 xidmətinə zəng vurmuş və bu barədə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra evə daxil olmuşlar və evə göz gəzdirdikdə birinci mərtəbədə olan dəhlizə qoyduğu bir ədəd Bosch markalı 130 manat dəyərində drel aparatı, bir ədəd Bosch markalı 240 manat dəyərində laqonda, bir ədəd Bosch markalı 350 manat dəyərində preporator aparatı, bir ədəd 800 manata aldığı qaynaq aparatı, 80 metrlik 190 manat dəyərində elektrik naqili və ikinci mərtəbənin otaqlarında döşədiyi 46 ədəd 5x20 ölçülü hər birinin uzunluğu 6 metr olan ümumilikdə 2 kub olan 860 manat dəyərində taxtalar oğurlandığını bilmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2570 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilən ifadəsində göstərmişdir ki, ünvan 41 ünvanda evin həyətyanı sahəsi hasara alınmış, evin içərisinin təmiri aparılır. Hadisədən əvvəl ustalara 1 ədəd laqonda, 1 ədəd drel, 1 ədəd lobzik, həmçinin ev üçün elektrik naqilləri lazım olduğu üçün elektrik naqili də alıb vermiş və ustalar həmin elektrik naqillərindən istifadə edib yerdə qalan 100 metr elektrik naqili onun tapşırığı ilə evin ikinci mərtəbəsindəki hamam otağına qoymuşlar.. 07 aprel 2022-ci il tarixdə o, işdə olarkən ustalardan biri ona zəng edərək evə oğrunun girdiyini və evdə olan alətlərin hamısını oğurladığını demişdir. O, işdən çıxıb evə gəlmiş və orada oğrunun mətbəx otağının pəncərəsini dəmir alətlə açıb evə daxil olaraq evdəki alətləri oğurladığını aşkar etmişdir. Həmçinin evə girən oğru 100 metr elektrik naqilini də oğurlamışdır. O, həmin vaxt təcili işi olduğu üçün Bakı şəhərinə getmiş və oğurluq barədə polis şöbəsinə yalnız 28 aprel 2022-ci il tarixdə şikayət edə bilmişdir. Oğurlanmış 1 ədəd laqonda 80 manat, 1 ədəd lobzik 70 manat, 1 ədəd drel 50 manat, elektrik naqilinin hər metri isə 2 manat olmuş, ona ümumilikdə 400 manat ziyan dəymişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilən ifadəsində göstərmişdir ki, hazırda O, ünvan 42 ünvanında yerləşən torpaq sahəsini 2010-cu ildə almış, sonradan həmin torpaq sahəsində həyət evi tikmişdir. Gündəlik olar ki, o, tək və ya ailə üzvləri ilə birlikdə yaşayış olmadığı üçün ünvanına nəzarət etmək məqsədilə baş çəkməyə getmişdir. 13 may 2022-ci il tarixində günorta saat 14 radələrində dostu Nazimlə birlikdə Ç.Mustafayev küçəsində yerləşən ev 83 ünvanına getmiş, evin həyətyanı sahəsində sacda yemək bişirmişlər, samovar çayı dəmləyib içmişlər. Evdə olduğu müddətdə evin əşyalarının hamısının yerində olduğunu görmüşdür. Təxminən axşam saat 22 radələrində onlar evi tərk edərək getmiş, sabahkı tarixdə işləri ilə əlaqədar o, həyətyanı evinə gedə bilməmişdir. 15 may 2022-ci il tarixində bazar günü olduğundan ailə üzvləri ilə xoş vaxt keçirmək məqsədilə o, həyətyanı evi olan ünvan 14 ünvanına ailə üzvləri ilə birgə getmiş, evə daxil olduqdan sonra samovar çayı dəmləmək məqsədilə samovarı axtarmış, lakin samovarı həmişə qoymuş olduğu yerdən tapa bilməmişdir. Otağa nəzər salan zaman o, həmçinin həmin otağa qoymuş olduğu 01 ədəd laqonda aparatını və 01 ədəd drel aparatını da tapa bilməmişdir. Həmin yataq otağından sonrakı otağa keçmiş, həmin otağa da nəzər salan vaxt azyaşlı oğlu Kənana almış olduğu 28 nömrəli velosipedin də otaqda olmadığını görmüşdür. Bu vaxt digər otaqlara da daxil olmuş, qonaq otağında pəncərənin qarşısına qoymuş olduğu 50 metr uzunluğunda mis naqili də görə bilməmişdir. Daha sonra isə pəncərənin açıq vəziyyətdə olmasını görmüş, dərhal ailə üzvlərindən əşyaların harada olması barədə məlumat almaq üçün maraqlanmış, lakin heç kəsin xəbəri olmamışdır. O da dərhal baş vermiş oğurluq barədə DİN-nin «102» xidmətinə məlumat vermişdir. Daha sonra yaşadığı ünvana polis əməkdaşları daxil olmuşlar. Ona məxsus olan Ç.Mustafayev küçəsi, ev 83 ünvanından 01 ədəd işlək vəziyyətdə olan 40 manat dəyərində drel, 01 ədəd işlək vəziyyətdə olan 50 manat dəyərində laqonda aparatı, 01 ədəd dəmirdən hazırlanmış 10 litr su tutumu olan 100 manat dəyərində samovar, 01 ədəd 260 manat dəyərində 28 nömrəli velosiped və bunlardan başqa 50 metr uzunluğunda 30 manat dəyərində mis naqilin oğurlanması ilə əlaqədar ona ümumilikdə 480 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilən ifadəsində göstərmişdir ki, onun özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv ünvanında nömrəsiz fərdi yaşayış evi var, mütəmadi olaraq həmin yarımtikili evinə nəzarət etmək üçün gedib-gəlir. 16 may 2022-ci il tarixdə, səhər saatlarında o, Qobustan qəsəbəsi, 5-ci massiv ünvanında nömrəsiz yarımtikili evinə baxmaq üçün getmiş, evə daxil olduqda orada olan 01 ədəd laqondanın, 01 ədəd drelin, 01 ədəd udlinitelin, 8 top 4-lük, 5 top 3-lük elektrik naqilinin yerində olmadığını görmüşdür. Buna görə də, DİN-nin 102 xidmətinə məlumat verərək oğurluq hadisəsi baş verdiyini bildirmişdir. Bundan sonra hadisə yerinə Qaradağ RPİ-nin 11-ci PBnin əməkdaşları gəlib müayinə etmişlər. O da ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona məxsus 01 ədəd 200 manat dəyərində laqonda, ədəd 80 manat dəyərində drel, 01 ədəd 70 mant dəyərində udlinitel, hər biri 100 manat dəyərində olan 8 top 4-lük, hər biri 120 manat dəyərində olan 5 top 3-lük elektrik naqili oğurlanmış və ona ümumlikdə 1750 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilən ifadəsində göstərmişdir ki, 10 may 2022-ci il tarixdə, səhər saatlarında yaşadığı evin həyətyani sahəsində yerləşən yardımçı tikilidə ona məxsus 01 ədəd su qızdırıcısının, 01 ədəd laqondanın, 03 ədəd su krantının yerində olmadığını görmüşdür. O, ilk olaraq naməlum şəxsin və ya şəxslərin evin həyətyani sahəsinə daxil olduğunu və oradan həmin əşyaları oğurladığını güman etmişdir. Ailə üzvlərinə bu barədə bildirdikdə onların da xəbərsiz olduğunu bilmiş, bundan sonra oğurluq olduğuna əmin olmuş və bu barədə ərizə ilə Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsinə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlib müayinə etmişlər və protokol tərtib edilmişdir. Hadisə nəticəsində ona məxsus 150 manat dəyərində 01 ədəd su qızdırıcısı, 70 manat dəyərində 01 ədəd laqonda, hər biri 10 manat olan 03 ədəd su krantı oğurlanmış və ona ümumlikdə 250 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilən ifadəsində göstərmişdir ki,10 may 2022-ci il tarixdə, səhər saatlarında yaşadığı evin həyətyani sahəsində olan yarımtikilidə özünə məxsus əşyaları saxlayır. Səhər işə gedən zaman həmin yardımçı tikilidə 01 ədəd qaynaq aparatının, 01 ədəd drelin yerində olmadığını görmüşdür. O, bu barədə evdə olan ailə üzvlərindən soruşmuş, lakin ailə üzvləri bu barədə heç bir məlumatları olmadığını bildirmişlər və o, həmin vaxt bilmişdir ki, naməlum şəxs onun yaşadığı evin həyətyani sahəsinə daxil olaraq oradan yardımçı tikilidən ona məxsus 01 ədəd qaynaq aparatını, 01 ədəd dreli oğurlamışlar. Bundan sonra o, bu barədə ərizə ilə Qaradağ rayon pois İdarəsinin 11-ci polis bölməsinə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlib müayinə etmişlər və protokol tərtib edilmişdir. Hadisə nəticəsində ona məxsus 01 ədəd 250 manat dəyərində qaynaq aparatı, 01 ədəd 50 manat dəyərində drel oğurlanmış və ona ümumlikdə 300 manat maddi ziyan dəymişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Təqsirləndirilən şəxs2 20 may 2022-ci il tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuş, 21 may 2022-ci il tarixdə, saat 09:10-da təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.( cild 3, i.v.60,82-83,107) Şirvan şəhər Məhkəməsinin 4(032)-167/2022 saylı, 01 iyul 2022-ci il tarixli qərarına əsasən həbsetmənin əvvəli 29 iyun 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (cild 3, i.v. 241-245) Təqsirləndirilən şəxs1 20 may 2022-ci il tarixdə, saat 19:20-də şübhəli şəxs qismində tutulmuş, 21 may 2022-ci il tarixdə, saat 10:10-da təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.( cild 3, i.v.78,92-93, 104) Şirvan şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş, 10 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Təqsirləndirilən şəxs1 10 fevral 2023-cü il tarixdə Bakı şəhərində tutularaq Şirvan şəhərinə gətirilərək Şirvan şəhər Polis şöbəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 avqust 2022-ci il tarixli 9/5888 nömrəli rəyində göstərilmişdir ki, təqdim olunmuş istifadə olunmamış «Marquis» markalı «MKP62» model su motoru «Marquis» markalı «EC-3» model hidrofor ilə birlikdə 2022-ci ilin apreliyun aylarına olan orta bazar qiyməti 80 manat, təqdim olunmuş istifadədə olmuş «Marquis» markalı «MKP62» model su motorunun 2022-ci ilin aprel-iyun aylarına olan orta bazar qiyməti 25 manat, istifadə olunmuş «Budget» markalı «BBH-6205» model perforatorun 2022-ci ilin aprel-iyun aylarına olan orta bazar qiyməti 60 manat, 1x2,5 mm ölçülü mis tərkibli elektrik naqilinin 1 metrinin 2022-ci ilin aprel-iyun aylarına olan orta bazar qiyməti 0,40 manat müəyyən edilir. (cild 4, i.v.68-71) Məhkəmə fiziki-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 iyun 2022-ci il tarixli 6/3450-9/4401 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 2 ədəd təxmini uzunluqları 21-23 sm, üzəri göy və qırmızı rəngli izolyasiyalı, üzərində markalama göstəricisi olmayan, diametri təxminən 4 mm, çox simli (d-0,2 mm) kabel nümunəsinin keçirici hissəsinin metallı mis əsaslı ərintidən hazırlanmışdır. Təqdim edilən termiki təsir nəticəsində izolyasiya qatı yandırılmış naqil nümunəsinin metalı mis əsaslı ərintidən hazırlanmışdır, qırıntı hesab olunur, çəkisi 1,95 kiloqramdır. Ekspertiza tədqiqatına təqdim olunmuş 2 ədəd, təxmini uzunluqları 21-23 sm, üzəri göy və qırmızı rəngli izolyasiyalı, üzərində markalama göstəricisi olmayan, diametri təxminən 4 mm, çox simli (d-0,2 mm) kabel nümunəsinin 15 topunun 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 945 (15x63 manat) manat, təqdim edilən termiki təsir nəticəsində izolyasiya qatı yandırılmış, çəkisi 1,95 kiloqram olan mis naqilin qırıntı kimi 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 27,30 manat müəyyən edilir.(cild 3, i.v 225-229) Maddi sübut kimi tanımaq haqqında 15 iyul 2022-ci il tarixli qərardan görünür ki, 2 ədəd, təxmini uzunluqları 21-23 sm, üzəri göy və qırmızı rəngli izolyasiyalı, üzərində markalama göstəricisi olmayan, diametri təxminən 4 mm, çox simli (d-0,2 mm) kabel nümunəsi və izolyasiya qatı yandırılmış, çəkisi 1,95 kiloqram olan mis naqil iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (cild 3, i.v.231-234) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 20 iyun 2022-ci il tarixli, 188308 nömrəli məktubunda göstərilmişdir ki, SBZPu 48x1 markalı kabelin 1 metrinin qiyməti 14,16 manat təşkil edir. Hadisə nəticəsində ADY-yə 212,40 manat məbləğində ziyan dəymişdir.(cild 2, i.v.71) İfadəsinin yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs7 məxsus ünvan 43 ünvanda yerləşən fərdi yaşayış evindən, Zərərçəkmiş şəxs14 məxsus ünvan 44 ünvanda yerləşən fərdi yaşayış evindən, Zərərçəkmiş şəxs19 məxsus ünvan 45 ünvanda yerləşən fərdi yaşayış evindən, Zərərçəkmiş şəxs20 məxsus ünvan 36 ünvanda yerləşən fərdi yaşayış evindən, Zərərçəkmiş şəxs23 məxsus ünvan 26 ünvanda yerləşən fərdi yaşayış evindən, Zərərçəkmiş şəxs5 məxsus ünvan 46 ünvanda yerləşən fərdi yaşayış evindən, Zərərçəkmiş şəxs6 məxsus ünvan 47 ünvanda yerləşən fərdi yaşayış evindən, Zərərçəkmiş şəxs15 məxsus ünvan 48 ünvanda yerləşən fərdi yaşayış evindən, Zərərçəkmiş şəxs16 məxsus Şirvan şəhəri, Xəqani küçəsi 275 saylı ünvanda yerləşən fərdi yaşayış evindən, Zərərçəkmiş şəxs21 məxsus ünvan 50 ünvanda yerləşən fərdi yaşayış evindən, Zərərçəkmiş şəxs12 məxsus ünvan 41 ünvanda yerləşən fərdi yaşayış evindən, Zərərçəkmiş şəxs13 məxsus Şirvan şəhəri, M.Aydınov küçəsində yerləşən fərdi yaşayış evindən, Zərərçəkmiş şəxs4 məxsus ünvan 52 ünvanda yerləşən fərdi yaşayış evindən, Şirvan şəhəri, T.Ələkbərov küçəsindən keçən 46-cı km, piket 8-də Şirvan- Hacıqabul və Şirvan-Çeşidləmə mənzilləri arasındakı ərazidən, Zərərçəkmiş şəxs17 məxsus ünvan 27 ünvanda yerləşən fərdi yaşayış evindən, Zərərçəkmiş şəxs18 məxsus ünvan 54 ünvanda yerləşən fərdi yaşayış evindən, Zərərçəkmiş şəxs2 məxsus ünvan 55 ünvanda yerləşən fərdi yaşayış evindən, Zərərçəkmiş şəxs22 Aftandil oğluna məxsus ünvan 56 ünvanda yerləşən fərdi yaşayış evindən hansı qaydada oğurluq etməsini əyani göstərməklə, istintaqa verdiyi ifadələrində göstərdiyi xüsusatları hadisə yerlərində təsdiq etmişdir. (cild 2, i.v.130-142) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 07 iyul 2022-ci il tarixli, **********18 nömrəli məktubunda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.(cild 3, i.v.224) Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, 1) Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 2) Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndi tətbiq edilməklə qərarın 36-cı bəndinə əsasən cəzadan azad edilmişdir. (cild 3, i.v.215-218) Şirvan şəhər Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-13674/2023 nömrəli məktubundan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs7 yaşadığı ünvanda olmadığından onun Şirvan şəhər Məhkəməsinə gətirilməsi mümkün olmamışdır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2ci maddələri oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi var, cinayət əməlininin onun tərəfindən törədilməsi tam sübuta yetir, törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Həmçinin, törədilmiş cinayət hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi var, cinayət əməlininin onun tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddləri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs4, zərərçəkmiş hüquqi şəxsin Təqsirləndirilən şəxs2 qarşı şikayətçi olmamaları Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs2 oğlunun Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, hazırda isə onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Həmçinin məhkəmə, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının omasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslər X4, Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs1 qarşı şikayətçi olmamalarını, əməlini səmimi etiraf edərək peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin obyektiv hallarını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onun əvvəllər məhkumluq həyatı yaşamasını, islah olunmamasını, törətmiş olduğu cinayət əməlləri ilə əlaqədar zərərin ödənilməmiş qalmasını diqqətdən qaçırmır, yüngülləşdirici halları və əməlində cinayətlərin residivinin olması kimi ağırlaşdırıcı halın mövcudluğunu, CM-in 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı 1 gün həbsdə saxlama müddətin nəzərə alınmasını və Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz tələbini nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, onun da əvvəllər məhkumluq həyatı yaşamasını, törətmiş olduğu cinayət əməlləri ilə əlaqədar zərərin ödənilməmiş qalmasını diqqətdən qaçırmır, həmçinin yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Qaradağ rayon Polis idarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, 2 ədəd, təxmini uzunluqları 21-23 sm, üzəri göy və qırmızı rəngli izolyasiyalı, üzərində markalama göstəricisi olmayan, diametri təxminən 4 mm, çox simli (d-0,2 mm) kabel nümunəsi və izolyasiya qatı yandırılmış, çəkisi 1,95 kiloqram olan mis naqillər və Şirvan şəhər Polis şöbəsində saxlanılan elektrik naqilləri məxsus olduqları müvafiq zərərçəkmiş şəxslərə və “Marquis” markalı su matoru Zərərçəkmiş şəxs4, “Budget BBH 6205” markalı preforator Zərərçəkmiş şəxs3 qaytarılmalı, maddi sübut kimi tanınmış bir ədəd hidroforla birlikdə “Marquis” markalı su matoru Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 200 (iki yüz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxslərə dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 1 gün həbsdə olduğu müddət nəzərə alınmaqla təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq üzərində 03 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 29 iyun 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 1 gün həbsdə olduğu müddət nəzərə alınmaqla təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq üzərində 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd hidroforla birlikdə “Marquis” markalı su matoru Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Qaradağ rayon Polis idarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, 2 ədəd, təxmini uzunluqları 21-23 sm, üzəri göy və qırmızı rəngli izolyasiyalı, üzərində markalama göstəricisi olmayan, diametri təxminən 4 mm, çox simli (d-0,2 mm) kabel nümunəsi və izolyasiya qatı yandırılmış, çəkisi 1,95 kiloqram olan mis naqillər və Şirvan şəhər Polis şöbəsində saxlanılan elektrik naqilləri məxsus olduqları müvafiq zərərçəkmiş şəxslərə və “Marquis” markalı su matoru Zərərçəkmiş şəxs4, “Budget BBH 6205” markalı preforator Zərərçəkmiş şəxs3 qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 200 (iki yüz) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxslərə izah edilsin ki, dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar