Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-9/2025 05.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:08-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Sabirabad rayonu Sarxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu Sarxanbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə saat 17:53 radələrində atası X2 məxsus “VAZ-2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Şirvan şəhəri, Z.Hacıyev küçəsindən M.Hüseyn küçəsi istiqamətdə 50 km/saat sürətlə idarə edərkən həmin küçədə yolayrıcına daxil olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməli olduğu və yolayrıcına nəqliyyat vasitəsinin yaxınlaşdığı vəziyyətdə yolayrıcına daxil olmadan digər nəqliyyat vasitəsinin hərəkətinə üstünlük verərək təhlükəsiz keçib getməsini təmin etməli olduğu halda qanunun qeyd olunan tələblərini cinayətkarcasına etinasızlıq edib pozaraq həmin küçələrin kəsişdiyi yolayrıcında sağdan hərəkətdə olan Şirvan şəhər sakini Şahid1 etibarnamə əsasında idarə etdiyi “Skoda” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən özünün idarə etdiyi “VAZ-2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili yolayrıcına daxil edərək hərəkət üçün təhlükə yaratmış və avtomobilin qabaq sağ qanadı ilə Şahid1 idarə etdiyi “Skoda” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qanad hissəsi ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan sonuncunun idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş zərərçəkmiş şəxs Şirvan şəhər sakini Zərərçəkmiş şəxs alın sümüyünün sol tərəfli sol frontal sinusun bayır divarında basılmış sınığından ibarət, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi, ifadə verərək göstərdi ki, atasına məxsus **-BZ-*** dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi olmadan təxminən 1 (bir) ilə yaxın müddətdir ki, idarə edir. xx.xx.2024-cü il tarixdə axşam saat 18 radələrinə yaxın, hava yenicə qaralan vaxtı həmin avtomobil ilə Şirvan şəhəri, “Kənd evləri” adlanan ərazidən Şirvan şəhəri, Z.Hacıyev küçəsi istiqamətində hərəkət etmiş, avtomobildə tək olmuşdur. Hərəkət sürəti təxminən 50 km/saat olmuş, təhlükə anı sağ tərəfdən öz hərəkət zolağı ilə deyil, sol hərəkət zolağı ilə yüksək sürətlə hərəkətdə olan “Skoda” markalı avtomobili gördüyü anda yaranmış, həmin avtomobili təxminən 1 metr məsafədən görmüş, gördüyü anda da, tormozdan istifadə edib avtomobili sol tərəfə istiqamətəndirsə də, idarə etdiyi avtomobilin qabaq sağ qanadı ilə “Skoda” markalı avtomobilin sol qanadı toqquşmuşdur. Toqquşmadan sonra idarə etdiyi avtomobil fırlanaraq dayanmış, “Skoda” markalı avtomobil yolundan sağ kənarında olan işıq dirəyinə çırpılıb dayanmış, zərbənin təsirindən işıq dirəyi yerə aşmışdır. Hadisə nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı aradan qaldırmamış, yanlız zərərçəkmiş şəxsə telefonla zəng edərək onunla maraqlanmışdır. Son olaraq əməlindən peşman olmasını bildirib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 17:53 radələrində dostu Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi “Skoda” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri, “Kənd evləri” adlanan ərazidə hərəkətdə olarkən qarşıda nizamlanmayan yolayrıcına daxil olarkən qəfildən sol tərəfdən “VAZ 2106” markalı avtomobilin gəldiyini görmüşlər. Həmin avtomobilin sürücüsü yüksək sürətlə avtomobili idarə edib qabaq hissəsi ilə onların olduqları avtomobilin sol qanad və sol qapı hissəsi ilə toqquşdurmuşdur. Toqquşmadan sonra İsmayıl idarə etməni itirmiş və avtomobil yolun sağ kənarında olan işıq dirəyinə çırpılmış, zərbənin təsirindən isə işıq dirəyi yerə aşmışdır. Həmin vaxt bir anlıq özünü itirmiş, özü avtomobildən yerə düşmüş, az sonra ətrafda olan şəxslər hadisə yerinə gəlmişlər, hadisə zamanı baş nahiyəsindən xəsarət almışdır. Ona dəymiş ziyan aradan qaldırılmamış, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2023-cü ilin aprel ayının 3-dən “Şirvan şəhər İşıqları” idarəsində mexanik vəzifəsində işləyir, Şirvan şəhəri, Mehdi Hüseyn küçəsində, “Şirvan şəhər İşıqlar” İdarəsinin balansında olan, küçənin işıqlandırılması məqsədi ilə quraşdırılmış 7 metrlik 1 dirək və 1 plafonun xx.xx.2024-cü il tarixdə axşam saatlarında avtoqəza nəticəsində naməlum avtomobil tərəfindən vurularaq yararsız hala salındığı barədə məlumat daxil olmuşdur. Bununla bağlı xx.xx.2024-cü il tarixdə idarənin işçiləri həmin yerə getmişlər, orada həqiqətən də, 7 metrlik 1 dirək və 1 plafonun naməlum avtomaşın tərəfindən vurularaq sıradan çıxdığının şahidi olmuşlar. Həmin vaxt orada idarənin işçiləri tərəfindən akt olunmuş, tərəflərindən imzalanmış, fotoşəkil çəkilmiş və idarəyə təqdim olunmuşdur. Hadisə nəticəsində “Şirvan şəhər İşıqları” İdarəsinə 1500 manat maddi ziyan dəymiş, dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai istintaqda Şahid1 ifadə verərək bidirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Şirvan şəhərində yerləşən "xxxx" MMC-dən bir günlük “Skoda” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə kirayə götürmüş, xx.xx.2024-cü il tarixdə dostu Zərərçəkmiş şəxs da götürmüş və gün ərzində dostu ilə birlikdə öz işlərini həll etmişlər, Murad avtomobildə qabaq sağ oturacaqda əyləşmiş, həmin gün axşam saat 17:53 radələrində dostu ilə birlikdə qeyd etdiyi avtomobil ilə Şirvan şəhəri, “Kənd evləri” adlanan ərazidə hərəkətdə olarkən qarşıda nizamlanmayan yolayrıcını görmüş və bu səbəbdən idarə etdiyi avtomobilin sürətini aşağı salmışdır. Yolayrıcına daxil olan zaman qəfildən sol tərəfdən VAZ2106 markalı avtomobilin gəldiyini görmüş, əvvəlcə həmin avtomobilin onun yolayırıcına daxil olduğunu görüb dayanmağını fikirləşsə də, sonradan həmin avtomobilin dayanmadığını və ona tərəf gəldiyini görmüş, nəticədə həmin avtomobilin qabaq hissəsi ilə idarə etdiyi avtomobilin sol qanad və sol qapı hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra idarəetməni itirmiş və avtomobil yolun sağ kənarında olan işıq dirəyinə çırpılmışdır. Zərbənin təsirindən işıq dirəyi yerə aşmış, hadisə zamanı avtomobildə qabaq sağ oturacaqda əyləşmiş dostu Zərərçəkmiş şəxs baş nahiyəsindən xəsarət almışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, sərxoş olub-olmamağı ilə bağlı onu həkim müayinəsindən keçirtmişlər, hadisədən əvvəl ayıq vəziyyətdə olmuş, spirtli içki qəbul etməmişdir. Şahid1 həmçinin ifadəsində bildirmişdir ki, sürücülük vəsiqəsi vardır, hadisə zamanı idarə etdiyi Skoda” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnaməsi olmuşdur. Hadisə zamanı avtomobili təxminən 40-45 km/saat sürətlə idarə etmiş, hadisə zamanı idarə etdiyi avtomobildə qeyd etdiyi kimi qabaq sağ oturacaqda dostu Zərərçəkmiş şəxs olmuş, başqa sərnişin və yük olmamışdır. Avtomobildə əyləcdə hər hansı bir texniki nasazlıq olmamış, hadisəni avtomobildə olan şəxsdən başqa kiminsə görüb-görməməsini barədə məlumatı olmamışdır. Hadisənin qarşısını almaq üçün hadisə olan zaman əyləcdən istifadə etmiş, bundan başqa hadisə baş verən zamanı sükanı sağa istqamətləndirmək istəsə də, bunu edə bilməmiş, artıq rol kilitlənmişdir. Təhlükə anını sol tərəfdən hərəkətdə olan VAZ2106 markalı avtomobili gördüyü anda yaranmış, həmin avtomobili 4-5 metr məsafədən görmüş, həmin anda da onun üçün təhlükə anı yaranmışdır. Hadisə nəticəsində cüzi xəsarət almış, ona görə də, könüllü olaraq məhkəmə-tibb ekspertdən keçirilmək istəməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : Yol-nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış Şirvan şəhəri, Mehdi Hüseyn küçəsindən Şirvan şəhəri, Z.Hacıyev küçəsi istiqamətində dayanmaqla aparılmışdır. Həmin yol asfalt örtüklü, düz, hamar və quru olmaqla nəqliyyat vasitələrinin hərəkəti üçün maneəsizdir və görmə məsafəsi məhdud deyildir. Yolun kənarları ilə və yolun ortası ilə heç bir xətt çəkilməmişdir. Hadisə baş verən yolun sağ və sol tərəfində fərdi yaşayış evləri vardır. Hadisə baş verdiyi ərazi şəhər elektrik işığı işıqlandırılmışdır. Hadisə yerində yol örtüyünün eni 8 metr, hərəkət hissəsinin eni 8 metr, hərəkət zolaqlarının sayı 1-dir. Hadisə baş verən yer 4 yol ayrıcıdır. Yol üzərində olan izlərdən müəyyən olundu ki, baxış zamanı “VAZ-2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Şirvan şəhəri, “Kənd evləri” adlanan ərazidən Şirvan şəhəri, Z.Tağıyev küçəsi istiqamətində hərəkətdə olarkən nizamlanmayan 4 yol ayrıcına daxil olduğu zaman sağ tərəf istiqamətində Şirvan şəhəri, M.Hüseyn küçəsindən hərəkətdə olan “Skoda” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Toqquşma yerindən yolun sol tərəfdən yolayrıcının başlanğıcına qədər məsafə 3 metr, yolun sol tərəfdən yolayrıcının qurtacağına qədər məsafə isə 4 metrdir. Baxış zamanı “VAZ 2106” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı və “Skoda” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinin tam əzilərək deformasiyaya uğramış vəziyyətdə olduğu müşahidə edilmişdir. Baxış zamanı YNH-nin iştirakçıları aldığı xəsarətlərlə bağlı xəstəxanaya aparıldığından baxışda iştirak etməmişdir. Hadisənin baş verdiyi yer yaşayış sahəsi daxilindədir. Bundan başqa yolayrıcı qarşısında nəqliyyat vasitələrinin hərəkəti istiqamətində hər hansı bir yol nişanı olmamış, “VAZ-2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüsü Təqsirləndirilən şəxs olmuş, digər YNH-nın iştirakçısı “Skoda” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü Şahid1, həmin avtomobildə qabaq sağ oturacaqda sərnişin Zərərçəkmiş şəxs olmuş, həmin avtomobillərdə yük olmamışdır. ”VAZ-2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürəti 50 km/saat, “Skoda” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürəti isə 45 km/saat olmuşdur. Nəqliyyat vasitələrinin hərəkət etdiyi küçələrdə yol örtüyünün vəziyyəti asfaltbeton olmuşdur. Hərəkət üçün təhlükə yaranma anı və həmin andan nəqliyyat vasitələrinin toqquşma yerinə kimi qət etdikləri məsafə müvafiq olaraq - “VAZ- 2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1 metr, “Skoda” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 4 metr olmuşdur. Baxış zamanı yol üzərində tormoz izləri və başqa əhəmiyyət kəsb edən izlər müşahidə olunmamış, fotoşəkillər çəkilmiş və sxem tərtib olunmuşdur. Sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2024cü il tarixli, 642680 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2024-cü il tarixli 114 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət - alın sümüyünün sol tərəfli sol frontal sinusun bayır divarında basılmış sınığı - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 12 fevral 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kompakt diskdə bir ədəd videofayl vardır. Həmin videofayl açıldıqda 40 saniyə müddətində, 17:53:24-dən 17:54:12-ə qədər olması müəyyən olundu. Videofayl izlənildikdə orada Şirvan şəhəri M.Hüseyn küçəsindən yolun ortası ilə hərəkətdə olan ağ rəngli “Skoda” markalı avtomobil saat 17:53:44-də 4 yolayrıcına daxil olarkən sol tərəfdən yəni Şirvan şəhəri, “Kənd evləri” adlanan ərazidən, Şirvan şəhəri, Z.Tağıyev küçəsi istiqamətində “VAZ 2106” markalı avtomobil 4 yolayrıcına daxil olarkən qabaq ön tərəfi ilə “Skoda” markalı avtomobilin qabaq sol qanad hissəsi ilə toqquşur, toqquşmadan sonra hər iki avtomobilin sürücüsü idarəetməni itirir, “VAZ 2106” markalı avtomobil fırlanaraq “Skoda” markalı avtomobilin gəldiyi istiqamətdə dayanır, “Skoda” markalı avtomobil isə getdiyi istiqamətdə fırlanaraq sağ tərəfdə olan işıq dirəyinə çırpılır. Şirvan şəhər Polis Şöbəsinin VMAS-in xx.xx.2024-cü il tarixli raportunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi və “VAZ 2106” markalı ,**-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamənin olmadığı müəyyən edilmişdir . xx.xx.2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/1917 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, 1. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “VAZ 2106” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ 2106” markalı avtomobilin sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.
2. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Skoda markalı **-KA-*** dövlət qeydiyya nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən təqiq etməyə lüzum yoxdur. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı bir məlumat yoxdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2024-cü il tarixli 18-1-70/2-494/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Əsəb-ruhi, narkoloji və alkoqol kabinetlərində dispanser qeydiyyatında deyil. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə eidlmiş diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 17:53:24-dən 17:54:12-ə qədər olması müəyyən olundu. Videofayl izlənildikdə orada Şirvan şəhəri M.Hüseyn küçəsindən yolun ortası ilə hərəkətdə olan ağ rəngli “Skoda” markalı avtomobil saat 17:53:44-də 4 yolayrıcına daxil olarkən sol tərəfdən yəni Şirvan şəhəri, “Kənd evləri” adlanan ərazidən, Şirvan şəhəri, Z.Tağıyev küçəsi istiqamətində “VAZ 2106” markalı avtomobil 4 yolayrıcına daxil olarkən qabaq ön tərəfi ilə “Skoda” markalı avtomobilin qabaq sol qanad hissəsi ilə toqquşur, toqquşmadan sonra hər iki avtomobilin sürücüsü idarəetməni itirir, “VAZ 2106” markalı avtomobil fırlanaraq “Skoda” markalı avtomobilin gəldiyi istiqamətdə dayanır, “Skoda” markalı avtomobil isə getdiyi istiqamətdə fırlanaraq sağ tərəfdə olan işıq dirəyinə çırpılır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi barədə ifadəsinə, yəni “təhlükə anı sağ tərəfdən öz hərəkət zolağı ilə deyil, sol hərəkət zolağı ilə yüksək sürətlə hərəkətdə olan “Skoda” markalı avtomobili gördüyü anda yaranmış, həmin avtomobili təxminən 1 metr məsafədən görmüş, gördüyü anda da, tormozdan istifadə edib avtomobili sol tərəfə istiqamətəndirsə də, idarə etdiyi avtomobilin qabaq sağ qanadı ilə “Skoda” markalı avtomobilin sol qanadı toqquşmuşdur” bildirməsinə dair hissədə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür və işin faktiki hallarına uyğun gəlmir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 9-cu bəndinin tələblərinə əsasən yolayırcında hərəkəti tənzimləyən üstünlük yol nişanları olmadıqda və hər iki yol eyni örtüklü, asfalt örtüklü olduqda həmin yolayrıcı eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcıdır. Belə olan halda Təqsirləndirilən şəxs eyni əhəmiyyətli yolların kəsişdiyi yol ayırıcında sağdan gələn nəqliyyat vasitəsinə yol verməli idi. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263-1.1 maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-1.1 maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərin təşkil etməsini, cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə iş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyası hədləri daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 43.3-cü maddəsinə əsasən xüsusi və ya hərbi rütbədən, fəxri addan yaxud dövlət təltifindən məhrum etmə, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növləri yalnız əlavə cəza kimi tətbiq edilir; 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd olunan qənaətə gələrkən onu əsas tutur ki, cinayət nəticəsində təyin olunan cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəldilməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəzanı əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial, iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1-ci mad.) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan cinayət işinə əlavə edilmiş bir ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri – 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabınaköçürülməlidir. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 344-347-ci, 351- 353-cü, 381-ci , 384-cü, 385-ci maddələrini rəhbər tutub,
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ümumilikdə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın . İş üzrə maddi sübut olan cinayət işinə əlavə edilmiş bir ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Aydan Məmmədli