Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-90/2025 04.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:25 Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X1, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq və təkrarən elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 04 yanvar 2025-ci il tarixdə saat 08 radələrində X3 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində qonaq qismində olarkən evin giriş hissəsindəki divanın üzərindən zərər çəkmiş şəxsə məxsus 199 manat dəyərində “X12 2024” markalı mobil telefonu götürüb, hadisə yerindən uzaqlaşan zaman zərər çəkmiş şəxs Zenfira Fərəcovanın mobil telefonunu qaytarması və qanunsuz hərəkətlərinə son qoyması ilə bağlı çağırışlarına baxmayaraq, öz qanunsuz əməlini dərk edib, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirməklə sonuncunun əmlakının qaytarması ilə bağlı tələbinə məhəl qoymayıb, mobil telefonu özündə saxlamaqla açıq talayıb, zərərçəkmiş şəxs Zenfira Fərəcovaya 199 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 08 mart 2025-ci il tarixdə saat 19 radələrində Şirvan şəhəri, Leytenat İbrahimov küçəsində yerləşən tanışı Zərərçəkmiş şəxs1 məxsus “EN-Telocom” adlı mağazada olarkən sonuncudan zəng vurmaq adı ilə “Honor X9 B” markalı mobil telefonunu alaraq, mobil telefonla danışmaq kimi görüntü yaradıb, mağazadan çölə çıxdıqdan sonra Zərərçəkmiş şəxs1 mobil telefonundakı informasiya texnologiyası hesab edilən “Birbank” mobil tətbiqinə daxil olaraq, həmin tətbiqdə quraşdırılmış elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus “5239-1517-4874-2122” nömrəli bank kartı hesabından özünə məxsus olan «****-****-****-6479” nömrəli bank kartı hesabına 140 manat pulu göndərməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 140 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü yalnız Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o özünü Azərbaycan Respublikası CM-nin 180.1, 177.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə, yəni ittihamın zərərçəkmiş şəxs X3 qarşı soyğunçuluq edilməsinə dair olan hissəsində təqsirli bilmir. O, zərərçəkmiş şəxsə məxsus mobil telefonu götürməmişdir. Belə ki, Zenfiranın oğlu Səfər özü onu çağırmışdır ki, mobil telefonunda nasazlıq var, ona baxsın. Onlar həyətdə olarkən evdə səs-küy düşmüşdür ki, mobil telefon itmişdir. O da həmin vaxt orada olduğundan zərərçəkmiş şəxsin gəlini ona bildirmişdir ki, onun üstünü yoxlamaq istəyir, o da zərərçəkmiş şəxsin gəlini ilə razılaşmışdır. Bundan sonra onun üstü yoxlanılmış, lakin onun üzərindən mobil telefon aşkar olunmamışdır. Hətta Səfər özü taksi çağıraraq onu yola salmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsinə davam edib göstərdi ki, o, həqiqətən tanışı Zərərçəkmiş şəxs1 məxsus mobil telefonun mağazasına getmiş, ona öz mobil telefonunda pul olmadığını və zəng etməli olduğunu bildirərək ondan mobil telefonunu almış, daha sonra mağazadan çölə çıxaraq onun mobil telefonunda olan “Birbank” mobil tətbiqi vasitəsilə "xxxx"-a aid olan kart hesabından özünə məxsus kart hesabına 140 manat pul köçürmüş, daha sonra telefonu Zərərçəkmiş şəxs1 qaytarmışdır. O, nəticədə Zərərçəkmiş şəxs1 140 manat maddi ziyan vurmuşdur. Hazırda Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanı aradan qaldırmışdır, Zenfira Fərəcovaya dəymiş maddi ziyan da valideyni tərəfindən aradan qaldırılmışdır. Qərar verərkən dəymiş maddi ziyanı aradan qaldırmasını, himayəsində bir azyaşlı övladının olmasının nəzərə alınmasını, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 180.1-ci və 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, həmin maddələrlə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusunun nəvəsidir. Təqsirləndirilən şəxslə onların münasibələri yaxşı olmuş, sonuncu tez-tez onun yaşadığı evə gəlib getmişdir. 04 yanvar 2025-ci il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş, onunla birlikdə yaşadığı evin giriş hissəsində olan divanda oturmuşdur. Oğlu üçün aldığı “X12 2024” markalı mobil telefonu həmin vaxt divanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs divanın üzərindən onun mobil telefonunu götürərək cibinə qoymuşdur. O, Təqsirləndirilən şəxs mobil telefonunu qaytarmasını bildirmiş, lakin Təqsirləndirilən şəxs mobil telefonu qaytarmamış, qaçaraq onun yaşadığı evin həyətindən çıxmışdır. O, Oktayın ardınca gedib onu çağıraraq ondan mobil telefonunu istəmiş, Təqsirləndirilən şəxs onun çağırmağını eşitmiş, lakin buna məhəl qoymayaraq qaçıb getmişdir. Ona məxsus olan 1 ədəd “X12 2024” markalı mobil telefonun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi nəticəsində ona 199 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs anası tərəfindən ona dəymiş ziyan aradan qaldırılmış, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçi deyil. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində “EN-Telecom” adlı mağazası vardır. Həmin mağazada mobil telefon satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər onunla mağazada usta kimi işləmişdir, onu həmin vaxtdan tanıyır. 08 mart 2025-ci il tarixdə saat 11 radələrində o, mağazada olan zaman mağazaya Təqsirləndirilən şəxs gəlmiş, Təqsirləndirilən şəxs satışda olan mobil telefonlara baxmışdır. Mağazada olan işlənmiş vəziyyətdə olan “Samsung A 20” markalı mobil telefonu bəyənmiş, bildirmişdir ki, həmin mobil telefonu almaq istəyir. O, Oktaya bildirmişdir ki, həmin mobil telefonu 60 manata satır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, hazırda üzərində 60 manat pul yoxdur, yaşadığı evə gedib 60 manat pul götürüb gələ bilər. O, Oktaya bildirmişdir ki, mobil telefonu götürsün, pulunu verər. Təqsirləndirilən şəxs mobil telefonu götürmüşdür. Həmin gün saat 19 radələrində ona bildirmişdir ki, mobil telefonunda pul yoxdur, bir nəfər şəxsə zəng vurmalıdır. Ondan mobil telefonunu istəmişdir. O, özünə məxsus olan “Honor X9 B” markalı mobil telefonu Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs ondan mobil telefonu alıb çölə çıxmışdır. Bir müddət sonra o da Oktayın ardınca mağazadan çölə çıxmışdır. Təqsirləndirilən şəxs mobil telefonunu ona qaytarmış və çıxıb getmişdir. O, mobil telefonu əlinə aldıqdan bir neçə dəqiqə sonra telefona mesaj gəlmişdir. O, mesaja baxan zaman "xxxx"-a aid olan **********742122 saylı kart hesabından “Birbank” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs öz “****6479” saylı kart hesabına 140 manat pul köçürməsini görmüşdür. O, bunu görəndən sonra çölə çıxmış, lakin Təqsirləndirilən şəxs tapa bilməmişdir. Təqsirləndirilən şəxs özünə məxsus bank kartına pul göndərilməsi nəticəsində ona 142 manat 10 qəpik maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan aradan qaldırılmış, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçi deyil . İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan” görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:10-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. 16.03.205-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmiş, həmin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 göstərdikləri ilə razılaşmışdır. xx.xx.2025-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı X4 ibtidai istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli “cinayət əməlinin tövsif olunması barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(032)-50/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarix, saat 23:10-dan hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 18 mart 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zenfira Fərəcovaya məxsus mobil telefonu açıq taladığı yer ünvan 3 ünvanda yerləşən Zenfira Fərəcovaya məxsus fərdi yaşayış evidir. 18 mart 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus mobil telefondakı «Birbank» mobil tətbiqindən pulu öz hesabına göndərdiyi yer Şirvan şəhəri leytenant İbrahimov küçəsində yerləşən «EN-Telecom» adlı mağazadır. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı X6 Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması (döyülməsi) təsdiqini tapmadığından CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3-1-ci maddələrindən həmin Məcəllənin 180.1, 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsüf edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1-ci və 180.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 18-1- 35/2-460/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMX-nın PHŞin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2025-ci il tarixli 116 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi heç bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 01 ilə endirilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir, hazırda məhkumluğu olmayan şəxsdir. X2 notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur.Gələcəkdə də olmayacaqdır. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Zərərçəkmiş şəxs1 notariat qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur.Gələcəkdə də olmayacaqdır. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan da görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X9 adlı uşağı vardır. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs X5 arasında üzləşdirməni əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs X5 arasında keçirilmiş üzləşdirmə zamanı X4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2.2-ci və 177.2.3-1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair » Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Həmin qərara əsasən ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Həmin qərara əsasən konkret şəxşin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Həmin qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları -informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama-üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır . Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakılar qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını və dəymiş maddi ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, himayəsində bir azyaşlı uşağın olmasını CM-nin 59.1.4, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən həmçinin aşağıdakı halları qeyd etməyi vacib hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4№-li qərarının 3-cü bəndində qeyd olunmuşdur ki,…məhkəmələr böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan 02 ədəd ödəmə qəbzi və cinayət işinə əlavə edilmiş iki ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3 dəymiş maddi ziyanın ödənilməsi və iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 180.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3 dəymiş maddi ziyanın ödənilməsi və iş üzrə mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə maddi sübut olan 02 ədəd ödəmə qəbzi cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Cinayət işinə əlavə edilmiş iki ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-90/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-90/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver