Məhkəmə qərarları › İş №1(032)-91/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-91/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-91/2024 18.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15:20-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası, Müdafiə Nazirliyində operator vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Abşeron rayonu. Saray qəsəbəsi, V.Əliyev küçəsində yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs şəxsi və ailə həyatının sirrini əks etdirməklə pornoqrafik materiallar hesab olunan video çəkiliş materiallarını qanunsuz toplayıb, başqalarına verməklə yayıb şəxsi həyatın toxunulmazlığını pozmuşdur. Belə ki, o, arvadı Şahid4 ondan boşanmaq fikrindən yayındırmaq məqsədi ilə anası Zərərçəkmiş şəxs1 barəsində qanunsuz olaraq toplayıb özündə saxladığı, intim görüntülərini özündə əks etdirən video faylları qohumları arasında yayıb onu rüsvay edəcəyi ilə hədələmiş, arvadı Şahid4 bu hədələri ciddi qəbul etmədiyini görüb 5 dekabr 2023-cü il tarixdə qaynanası Fazilə Rzayanın real cinsi əlaqə səhnələrini özündə əks etdirən 2 dəqiqə 38 saniyəlik və 10 saniyəlik iki ədəd video fayılları istifadəsində olan ********** nömrəli mobil telefonundan vvhatsapp proqramı vasitəsi ilə qaynanası Zərərçəkmiş şəxs1 istifadəsində olan **********, sonuncunun əri, eyni zamanda qayınatası olan X3 istifadəsində olan **********, arvadı Şahid4 istiladəsində olan ********** mobil telefon nömrələrindəki vvhatsapp broqramına göndərməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şəxsi və ailə həyatının sirrini əks etdirməklə pornoqrafik materiallar hesab olunan video çəkiliş materiallarını qanunsuz toplayıb göstərilən şəxslərə göndərməklə yayıb şəxsi həyatlarının toxunulmazlığını pozmuşdur. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,673 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər polis şöbəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 13 mart 2024-cü il tarixdə, saat 00:20 radələrində Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı 0,673 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-in 242-ci və 156.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2012-ci ildə xalası Zərərçəkmiş şəxs1 qızı Aliyə ilə ailə həyatı qurmuşdur. Aliyə ilə ailə həyatı qurduqdan sonra Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbəsində yaşamışlar. Aliyə ilə nikahlarından iki azyaşlı övladları olmuşdur. Ailə daxili münasibətləri əvvəllər yaxşı olmuşdur. Aliyə evdən gedənə qədər onlar aralarında hər hansı bir ciddi mübahisə olmamışdır. 2 il bundan öncə həm xalası oğlu, həm də Aliyənin qardaşı Ramiq ondan müxtəlif vaxtlarda ümumilikdə 17 min manat borc almışdır. O, hər dəfə ondan borcunu tələb etdikdə o bu gün sabah borcunu ödəyəcəyini bildirmiş, ondan möhlət istəmişdir. Aliyə də hər dəfə ondan qardaşına borcu qaytarması üçün vaxt verməyini xahiş etmişdir, 2023-cü ilin oktyabr ayında o xalası, həm də qaynanası Faziləyə zəng edərək Bakı şəhərinə gəlməsini və oğlunun ona olan borcunu verməsini tələb etmişdir. Həmin vaxtı Fazilə Rusiya Federasiyasında olmuşdur. 2023-cü ilin oktyabr ayının 24-də xalası Fazilə oğlu Ramiq və gəlini Nərgizlə onların yaşadıqları evə gəlmişlər. O, xalası və oğlundan ona verməli olduqları 17 min manat borclarını tələb etmişdir. Fazilə ilə Ramiq onun üzünə dayanmışlar ki, Ramiqin ona borcu olmamışdır, Bu zəmində onunla Ramiq arasında mübahisə başlamışdır. Bacısının əri Əli Ramiqiə onu bir-birilərindən uzaqlaşdırmışdır. Daha sonra xalası Fazilə həyat yoldaşı Aliyəni və 2 uşağını məcburi şəkildə ayaqyalın evdən çıxarıb avtomobilə əyləşdirərək aparmışdır. Fazilə qışqıraraq ona demişdir ki, sənin ailəni dağıdacam, səni sındıracam, uşaqlarına həsrət qoyacam. Sonra onlar onun ailəsini zorla götürüb aparmışlar. Həyat yoldaşı getdikdən sonra o, dəfələrlə onunla əlaqə saxlamaq istəmişsə də, onu normal telefondan, eləcə whatsapp mobil tətbiqindən əngəllədiyi üçün əlaqə saxlamağı mümkün olmamışdır. Onun həyat yoldaşı Aliyə ilə heç vaxt mübahisə olmamışdır. Sonuncu getdiyi gün də onun Aliyənin anası və qardaşı ilə mübahisəsi olmuş, onun özü ilə olmamışdır. 2023-cü ilin dekabr ayının 1-də o, qızı Aylini və oğlu Ümidi görmək üçün onların təhsil aldığı məktəbə getmişdir. Orada uşaqlarıyla görüşmüşdür. Görüş zamanı görmüşdür ki, qızı Aylini ona qarşı döndərmişlər. Sonradan onun uşaqları ilə əlaqə saxlamasına da maneə yaratmışlar. Aliyə ilə polis vasitəsi ilə telefon əlaqəsi saxlamış, ona qarşısında iki seçimin olduğunu, yəni ya ayrılmaq, ya da ki, barışmalı olduqlarını söyləmişdir. Aliyə ondan atasının yanına gəlməyini, onun böyüklərindən üzr istəməsini söyləmişdir, O da ona demişdir ki, belə bir şey heç vaxt olmayacaq. Aliyə də ondan ayrılmaq istədiyi bildirmişdir. Aliyə ona demişdir ki, ayrılsaq uşaqları sənə göstərməyəcəm. O da ona uşaqları ondan necə alacağını bildiyini söyləmişdir. O da bunu necə edəcəyini soruşmuşdur. O da Aliyəyə anasının intim görüntülərinin olduğu videonu göstərmişdir. Aliyə da ona demişdir ki, get nə bilirsən et . Aliyə də whatsapp mobil tətbiqində həmin videonu ona göndərməyini bildirmişdir. Sonra Ramiq və digərləri onu evdən məcburi çıxarmışlar. Ramiq üzərinə də tüpürmüşdür. Sonra aralarında sözlü mübahisə olmuşdur. Çölə çıxanda qayınatası Mirəşrəflə qarşılaşmışdır. Sonra o onunla namusdan danışmağa başlamışdır. O da ona ailəsini aparmağa gəldiyini söyləmişdir. Sonra Ramiq onu yenidən təhqir etmişdir. Ramiqdən uzaqlaşmaq üçün o da Mirəşrəfi öz şəxsi avtomobilinə oturdub onunla maşının içərisində danışmışdır. Ona Aliyədən ayrılmaq istəməyinin səbəbini whatsapp mobil tətbiqi vasitəsi ilə göndərəcəyini bildirmişdir. Sonra Mirəşrəfi maşından endirmişdir. Bu zaman videonu da vvhatsapp mobil tətbiqi vasitəsi ilə ona göndərmişdir. Lakin bir az uzaqlaşdıqdan sonra videonu Mirəşrəfə göndərdiyi üçün səmimi peşman olmuşdur. Silmək istədiyi zaman görmüşdür ki, videoya artıq baxılmışdır. Elə həmin günü Bakıya geri qayıtmışdır. Həmin günü Ramiqin onu təhqir etməsindən əsəbləşərək videonu xalası Faziləyə də göndərmişdir. Eyni zamanda ona qızından boşanmaq səbəbinin həmin video olduğunu, ondan əl çəkməyəcəkləri halda videonu Mirəşrəfin qardaşlarına və dayılarına da atacağını söyləmişdir. Lakin videonu Mirəşrəfin qardaşlarına, dayılarına və ya digər hər hansı bir şəxsə atmamışdır. Fazilənin intim görüntülərinin olduğu videogörüntünü yollayarkən onların pornoqrafik xarakterli olduğunu bilməmiş, çünki həmin videolara açıb baxmamış, həmin videoları göndərərkən onlarda Fazilənin bir kişi ilə intim görüntülərinin olduğunu bilmişdir. Lakin həmin videodakı kişinin kim olduğunu bilməmişdir. Xalası Zərərçəkmiş şəxs1 şəxsi həyatının toxunulmazlığı hüququnu pozduğunu boynuma almış, etdiyi əməllərdən də səmimi peşman olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində eləcə də göstərmişdir ki, o Aliyəni evə qayıtmayacağı halda anası Fazilənin intim görüntülərinin olduğu videosunu yayacağını və onları biabır edəcəyini söyləməmiş, Aliyəyə sadəcə olaraq boşandıqları zaman uşaqları ondan almaq üçün bu videodan məhkəmədə sübut kimi istifadə edəcəyini bildirmiş, çünki o uşaqlarından ayrı qalmaq istəməmişdir. Videodakı qadın onun xalası və eyni zamanda qayınanası Zərərçəkmiş şəxs1 olmuş, xalasının hərəkətlərindən utandığı və xəcalət çəkdiyi üçün videoya tam baxmamış, bu səbəblə digər şəxsin kim olduğunu bilməmiş, Zərərçəkmiş şəxs1 intim görüntülərinin olduğu videonu təxminən 5 il bundan öncə ona Fazilənin özü ilə şərik işləyən Vidadi adlı şəxs göndərmiş, Vidadi ona həmin videonu göndərərək Fazilənin əxlaqsız hərəkətlər etdiyini, onu bu yoldan çəkindirməyini demiş, Vidadi ona həmin videonu göndərənə qədər onun elə bir videonun olması barədə heç bir məlumatı olmamış, Vidadinin həmin videonu haradan və kimdən əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Vidadi Zərərçəkmiş şəxs1 intim görüntülərinin olduğu videoları ona vhatsapp mobil tətbiqi vasitəsi ilə göndərmiş, videoların göndərildiyi mobil telefon hömrəsi köhnə telefonunda qalmış, hal-hazırda telefon nömrəsini xatırlamamış, videoların göndərildiyi mobil telefon xarab olmuş, hazırda da harada olduğunu xatırlamamış, Vidadinin Zərərçəkmiş şəxs1 intim görüntülərinin olduğu videoları ona whatsapp mobil tətbiqi vasitəsi ilə göndərdiyini təsdiq edən heç bir fakt təqdim edə bilməmişdir. Həmin videoları Zərərçəkmiş şəxs1 telefonundan götürməmiş, sonuncunun ifadəsində dedikləri yalan, böhtan xarakterli olmuşdur. Zərərçəkmiş şəxs1 intim görüntülərinin olduğu videonu Mirəşrəf Rzayeva, Aylin Süleymanovaya, Zərərçəkmiş şəxs1 o göndərmiş, Şahid1 izahatında dedikləri yalandır, onu Zərərçəkmiş şəxs1 intim görüntülərinin olduğu videonu həyat yoldaşı Cəmil Hüseynovaya və əmilərinə göndərəcəyi ilə təhdid etməmişdir. Fazilənin intim görüntülərinin olduğu videolara baxmamış, lakın videoların telefondakı ekran görüntüsündən onların içərisində intim xarakterli görüntülərin olduğu anlaşılmışdır. Vidadi Zərərçəkmiş şəxs1 intim videolarını onə whatsap mobil tətbiqi vasitəsilə göndərmiş, lakin hazırda bunu təsdiq edən sübut olmamış, çünki həmin videoların göndərildiyi mobil telefon xarab olmuş və indi harada olduğunu bilmir. Məhkəmə iclasında zərərçəkmiş qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 20 ildən çoxdur ki, Dağıstan Respublikasının Maxaçqala şəhərində yaşamış, orada meyvə-tərəvəz ticarəti ilə məşğul olmuşdur. Təxminən 2017-ci ildə Zərərçəkmiş şəxs2 adlı şəxslə tanış olmuş, həmin vaxtdan sevgili münasibətləri olmuş, Azərə qeyri-rəsmi ailə kimi yaşamış, Azər onunla rəsmi və dini nikah bağlamaq istəsə də, o, buna razı olmamış, çünki o 1989-cu ildən rəsmi nikahla Mirəşrəf Rzayevlə evli olmuşdur. Mirəşrəf Rzayevlə birgə nikahlarından Şahid4, Şahid1 və Şahid2 adlı üç övladı vardır. Mirəşrəf Rzayevlə rəsmi nikahları olsa da, ailə daxili münasibətləri əvvəldən soyuq olmuş, bir evin içərisində yad insanlar kimi yaşamışlar. Azər ilə Bakı şəhəri, Qaradağ rayonu, Meyvəli bazarında tanış olmuş, onunla tanış olduqdan sonra Azər onun üçün Dağıstan Respublikasının Maxaçqala şəhərinə meyvə-tərəvəz göndərmiş, onunla həm də meyvə-tərəvəz işində şərik işləmişlər. O, Bakı şəhərinə gəldiyi zaman onlar Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında Fazilənin kirayə götürdüyü evdə yaşamışlar. Təxminən 2018-ci ildə Azərlə cinsi əlaqədə olduqları zaman Azər həmin anı video ilə çəkmək istədiyini bildirmiş, o da buna etiraz etmərmişdir. Həmin videogörüntünü özülərində saxlayacaqlarmış. Video yataq otağında çəkilmiş, dəqiq xatırlamasa da, Azər videonu çəkərkən telefonu nəyəsə söykəmiş, onların cinsi əlaqədə olduqları zaman həmin görüntüləri videoya çəkməklərindəki məqsədləri bir-biriləri üçün darıxdıqları zaman açıb baxmaq olmuşdur. Azər videonu ona da göndərmiş, videonun biri onda, biri də Azərdə olmuşdur. Azər həmin vaxt iki ədəd video çəkmiş, ikinci videonu çəkmək istədiyi zaman Azərə çəkməməsini də bildirmiş, çünki bir ədəd videonun kifayət etdiyini düşünmüşdür. Bundan sonra Azərlə münasibətləri davam etmişdir. Azər ona əvvəllər olduğu kimi meyvə-tərəvəz göndərmişdir. 2018-ci ildə video çəkildikdən təxminən 6-7 ay sonra kürəkəni Təqsirləndirilən şəxs həmin videonu ***-***-**-** mobil hömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə whatsapp mobil tətbiqi vasitəsilə göndərmişdir. Lakin Vüsal həmin vaxtı ona bir video göndərmişdir. Həmin video da istintaqa təqdim edilən video ilə eyni olmuşdur. O, Vüsalda iki ədəd video olduğunu bilməmişdir. O, dərhal Azərlə əlaqə saxlayıb, kürəkəni Vüsalın Azərlə intim görüntülərinin olduğu videonu ona göndərdiyini demiş, Azərdə heç bir məlumatının olmadığını bildirmiş, şok keçirmişdir. Çünki o, da Vüsalın həmin videonu haradan əldə etdiyini bilməmişdir. Azər ilə Vüsal 2017-ci ildən bir-birini tanımış, Azəri onun ailə üzvlərindən hər kəs tanımış, lakin Azərlə münasibətinin olduğunu heç kim bilməmişdir, Vüsal həm onun mərhum bacısı Firəngiz Süleymanovanın oğlu, eyni zamanda qızı Şahid4 həyat oldaşın olmuşdur. Vüsal onun qızı ilə evli olduğu üçün Vüsalın üzərinə getməmiş, videonu haradan əldə etdiyini araşdırmamışdır. Söhbəti açmaq, hər şeyi açıb ağartmaq istəməmişdir. Dağıstan Respublikasının Maxaçqala şəhərində rəfiqəsi Ayzanatdan xahiş etmişdir ki, Vüsal ilə danışsın. O da Vüsala zəng edərək həmin videonun saxta olduğunu, sonradan düzəldildiyini, oradakı qadının Fazilə olmadığını izah etmişdir. O, Vüsal buna inanıb, videonu sildiyini düşünmüşdür. Bir müddət Vüsal ilə danışmamışdır. O Azərin həmin videonu heç vaxt Vüsala və ya digər hər nansı bir şəxsə göndərmədiyinə əmin olmuşdur. O Azərə videonun Vüsalda olduğunu deyəndə, Azər özü də çox pis olmuşdur. 2023-cü ilə qədər həmin video bir daha üzə çıxmamışdır. Bildirmək istəmişdir ki, 5 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərlə 2018-ci ildə çəkdikləri intim görüntülərin olduğu iki ədəd videonu ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə whatsapp mobil tətbiqində göndərmişdir. Bundan öncə 2023-cü ilin sentyabr ayının 21-də Aliyə ona video atmış, həmin videoda Aliyənin qolunda, baldırında və çənə hissəsində göyərtilər olmuşdur. Aliyə ona Vüsalın onunla səbəbsiz yerə mübahisə edərək onu döydüyünü bildirmişdir. O da bununla bağlı 2023-cü ilin sentyabr ayının 22-də Bakı şəhərinə gəlmiş və 2023-cü ilin sentyabr ayının 24-də Aliyənin evinə getmişdir. Həmin vaxtı evdə Aliyənin qayınatası Nurəddin Süleymanov, Vüsalın bacısı Aytən və onun əri Əli olmuşdur. Onlara getməyinin məqsədi məsələnin nə olduğunu öyrənmək olmuşdur. O, məsələni aydınlaşdırmağa çalışdığı zaman mübahisə düşmüşdür. Mübahisənin səbəbi də pul məsələsi olmuşdur. X7 arasında olan maşın alqı-satqısı ilə bağlı bir müddətdir ki, narazılıqlar yaranmış, lakin onun əvvəlcədən maşın alqı-satqısından məlumatı olmamışdır. Aliyənin vəziyyətini gördükdən sonra qızını və nəvələrini də götürüb Şirvan şəhərinə gətirmişdir. Şirvan şəhərinə gəldikdən sonra qızını Şirvan ŞMX-na aparmış, həkim qızını müayinə etdikdən sonra polisə müraciət etməyilərini bildirsə də, o buna razı olmamışdır. Çünki Vüsal onun doğma bacısının oğlu olmuşdur. 13 gün Şirvan şəhərində qaldıqdan sonra 2023-cü ilin oktyabr ayının 6-da Dağıstan Respublikasının Maxaçqala şəhərinə qayıtmışdır. Daha sonra 2023-cü ilin noyabr ayının 9-da yenidən Şirvan şəhərinə gəlmiş və 2023-cü ilin noyabr ayının 27-də Dağıstan Respublikasının Maxaçqala şəhərinə geri dönmüşdür. Yuxarıda qeyd etdiyi kimi, 5 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona Azərlə intim görüntülərinin olduğu iki ədəd videonu göndərmiş, həmçinin həmin videoları, qayınları Əkbər, Məmmədağa və Raufa göndərəcəyi ilə təhdid etmişdir. 2018-ci ildə Vüsal ilk dəfə həmin videonu ona göndərdikdən sonra Vüsaldan videonu haradan əldə etdiyini soruşanda Vüsal ona demişdir ki, sənin telefonundan götürmüşəm, belə də ki, yaxşı eləmişəm. Sonra bu mövzular böyüməsin ailəsinin olanlardan xəbəri olmasın deyə susmaq məcburiyyətində qalmış, çünki ailəsi Azəri tanısa da, onunla olan münasibətini bilməmişdir. Həmçinin Vidadi ilə 2017-ci ilə qədər 4 il müddətində işləmiş, 2017-ci ildə Azərlə tanış olduqdan sonra onunla işləməyə başlamış, Vidadi ilə işlərinə son vermişdir. Video da 2018-ci ildə çəkildiyi üçün Vidadinin həmin video barədə məlumatının olması mümkün olmamışdır. X9 tanımamış, onun Azərlə olan münasibəti barədə heç bir məlumatı olmamışdır. Vüsal həmin videoları onun telefonundan götürmüş, bunu da özü ona etiraf etmişdir. Telefonunda kod olmadığı üçün Vüsal rahatlıqla onun telefonuna girib videoları götürmüşdür. Çünki Vüsal ilə Rusiya Federasiyası Maxaçqala şəhərinə gedib gələndə Fazilənin başı saatlarla işə qarışırmış, Vüsal isə yalnız avtomobili idarə etmiş, telefonu da saatlarla Vüsalın yanında avtomobildə qalmışdır. Vüsalın ifadəsində Vidadinin ona videoları göndərdiyi barədə verdiyi məlumat yalan olmuşdur. O düşünmüşdür ki, Vüsal özünü müdafiə etmək məqsədilə belə ifadə vermişdir. Vüsal onun videosunu yaymaqla onun şəxsi toxunulmazlıq hüququnu pozmuşdur. Təqsirləndirilən şəxs ilə qəti olaraq barışmaq kimi bir fikri olmamış, tələbi onun törətdiyi cinayət əməllərinə görə cəzalandırılmasıdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2014-cü ildən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli topdan satış ticarət mərkəzi”ndə fərdi sahibkar kimi fəaliyyət göstərmiş və orada icarəyə götürdüyü talvarda meyvə tərəvəz satışı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs2 Təxminən 2017-ci illərdə işlədiyi “Meyvəli topdan satış ticarət mərkəzi”ndə Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasında meyvə-tərəvəz satışı ilə məşğul olumuşdur. O bir neçə dəfə Zərərçəkmiş şəxs2 mal aldıqdan sonra münasibətləri yaranmışdır. Tanışlıqlarından 3 ay sonra münasibətləri səmimi olduğu üçün artıq Fazilə Bakıya gəlmirdi, Zərərçəkmiş şəxs2 ona lazım olan meyvə-tərəvəzi Rusiya Federasiyasına göndərmiş hətta bir müddət sonra şərik işləməyə başlamışlardır. Zamanla əlaqələri daha da səmimiləşmiş və aralarında sevgili münasibətləri yaranmışdır. Fazilənin evli olduğunu bilmiş, lakin Fazilə həyat yoldaşı ilə görüşmədiyi üçün onların ailə kimi münasibətləri olmamışdır. Faziləyə həyat yoldaşından boşanıb, onunla rəsmi nikahla evlənməsini təklif etmiş, amma Fazilə əri Mirəşrəfin ondan boşanmadığını bildirmiş, bu səbəblə onların münasibətləri qeyri-rəsmi olmuşdur. Fazilə Bakı şəhərinə gəldiyi zaman Fazilənin Bakı şəhəri, Nizami rayonu, Xalqlar Dostluğu metrostansiyanın yaxınlığında kirayəyə götürdüyü mənzildə yaşamışlar. Fazilə Rusiya Federasiyası Maxaçqala şəhərində yerləşən bazarda meyvə-tərəvəz satışı ilə məşğul olmuş, işlərinin çoxluğu ilə əlaqədar Fazilə ayda bir dəfə gələ bildiyi üçün onlar tez-tez görüşə bilməmişlər. Təxminən 2018-ci ildə Fazilə ilə cinsi əlaqədə olduqları zaman həmin anı videoya çəkməyi təklif etmiş və Fazilə də onunla razılaşmışdır. Həmin videogörüntünü özlərində saxlayacaqlarmış. Həmin video yataq otağında çəkilmiş, videonu çəkərkən telefonu şkafın üzərindəki şüşə qaba söykəmiş, onlar cinsi əlaqədə olduqları zaman həmin görüntüləri videoya çəkmələrindəki məqsədləri bir-biriləri üçün darıxdıqları zaman açıb baxmaq olmuş, çünki ayda bir dəfə bəzən də daha gec-gec görüşmüşlər. Həmin vaxtı iki ədəd video çəkilmişdir. Videoları Faziləyə də göndərmiş, videolar onda və Fazilədə olacaqmış. Onlar bir-birlərinə çox bağlı olmuş, bundan sonra da Fazilə ilə həm sevgili münasibətləri, həm də şərikli işləri davam etmişdir. 2018-ci ildə video çəkildikdən təxminən 6-7 ay sonra Fazilə ağlaya-ağlaya ona zəng edərək kürəkəni Təqsirləndirilən şəxs onların ikilikdə çəkdikləri və şəxsi telefonlarında saxladıqları videolardan birini ona göndərdiyini bildirmişdir. Həmin vaxt Fazilə Şirvan şəhərində olmuşdur. Bunu eşidən kimi özünə məxsus olan “HUNDAY” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhərinə Fazilənin yanına gəlmiş, Faziləni də götürüb Bakı şəhərində kirayə yaşadıqları evə yola düşmüşlər. Yolda olarkən Fazilədən Vüsalın həmin videonu haradan əldə etdiyini soruşmuş, lakin Fazilədə bu barədə heç bir məlumatının olmadığını, Vüsalın videonu ona whatsapp mobil tətbiqi vasitəsilə göndərdiyini bildirmişdir. Həmin vaxtı Vüsal bir ədəd video göndərmiş, görüntüdə üzü görünməyən bir nəfərin əlində olan telefonla digər smartfon telefondan həmin videonu çəkdiyi görünmüşdür. Onun telefonunun video çəkmək kimi bir funksiyaysı olsa da, “Nokia” markalı adi telefonu olmuş, smartfon olmamışdır. Fazilənin telefonu isə smartfon olmuşdur. Həm də Fazilə bu söhbəti çox böyütmək istəmədiyini bildirmiş, çünki Vüsal onun həm bacısının oğlu, həm də qızı Aliyənin həyat yoldaşı olmuşdur. Fazilənin qızının da onunla münasibətindən heç bir məlumatı olmadığı üçün bu məsələnin böyüməyini istəməmişdir. Fazilə ona Vüsalın qarşısına çıxmamağı üçün yalvarmış, çünki həmin vaxtı o çox hirsli olmuşdur. Vüsalın qarşısına çıxıb, nə üçün belə bir hərəkət etdiyini soruşmaq, etdiyi hərəkətin cəzasını çəkməyini istəmişdir. Lakin Fazilənin pis vəziyyətdə qalmaması üçün onun xahişi ilə susmuşdur. Həm də Fazilə ona söhbət böyüyərsə digər ailə üzvlərinin, qohumlarının da məlumatı olacağını demişdir. X10 ilə olan münasibətindən heç kimin xəbəri olmamışdır. Lakin bütün ailə üzvləri onu tanımışdır. Daha sonra Fazilə Dağıstan Respublikasının Maxaçqala şəhərinə geri dönmüş və oradakı rəfiqəsi Ayzanat Fazilənin xahişi ilə Vüsala zəng edərək həmin videonun saxta olduğunu, sonradan düzəldildiyini, oradakı qadının Fazilə olmadığını izah etmişdir. Onlar Vüsalın buna inanıb videonu sildiyini düşünmüşlər. Hətta Fazilə bir müddət Vüsal ilə danışmamışdır. Bildirmək istəmişdir ki, 5 dekabr 2023-cü il tarixdə Fazilə whatsapp mobil tətbiqində ona səsli mesaj göndərərək, Vüsalın yenidən onların videolarını ona, uşaqlarına və həyat yoldaşı Mirəşrəfə göndərdiyini demiş, eyni zamanda Fazilə videoları Azərə göndərmişdir. Mesajı oxuduqdan sonra Faziləyə zəng etmiş və nə edə biləcəklərini danışmışlar. Fazilə Vüsalın bu dəfə ona videoları başqa şəxslərə də göndərəcəyini, onu biabır edəcəyini dediyini bildirmişdir. Bu zaman X8 barəsində şikayət etməsini söyləmiş, lakin Fazilə ilk öncə şikayət etmək istəmədiyini bildirmişdir. Lakin bir neçə gün sonra qızı Aliyənin Vüsal barəsində şikayət etdiyini söyləmiş və ondan sonra Fazilə özü də Vüsal barəsində şikayət ərizəsi yazmışdır. 2018-ci ildə Vüsal bir dənə video göndərsə də, bu dəfə videoların hər ikisini də göndərmişdir. Lakin onun Vüsalın onların çəkdikləri videoları haradan əldə etməsi barədə heç bir məlumatları olmamışdır. Vüsal Azərin və Fazilənin videolarını yaymaqla şəxsi toxunulmazlıq hüquqlarını pozmuşdur. Vüsalla barışmamışdır, şikayətçidir. Tələbi Vüsalın etdiyi hərəkətə görə cinayət qanuni və ədalətli cəza almasıdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, 2023-cü ilin dekabr ayının 5-də bacısı Aliyə ona zəng edərək xalası oğlu, eyni zamanda həyat yoldaşı Təqsirləndirilən şəxs Şirvan şəhərinə gəldiyini bildirmişdir. Bacısı Aliyə ilə Vüsal 2012-ci ildə ailə həyatı qurmuşdur. Onların 2 azyaşlı övladları var. Onlar Bakı şəhərində yaşayırlar. 2023-cü ilin oktyabr ayında Aliyə ilə Vüsalın arasında baş vermiş mübahisə ilə əlaqədar bacısı övladlarını da götürüb Şirvan şəhərinə atasıgilin evinə qayıtmışdır. 2023-cü ilin dekabr ayının 5-də Vüsal guya övladlarını görmək üçün Şirvan şəhərinə gəlmişdir. O da həmin vaxtı Salyan rayonu, Qarabağlı kəndində evində olmuşdur. Aliyə ona zəng edib Vüsalın Şirvana gəldiyini dediyi zaman o da Şirvana yola duşmüşdür. O Şirvana atasıgilin evinə çatanda görmüşdür ki, Vüsal da onların evindədir. Bacısıyla nə isə danışmışlar. Sonra o, Aliyənin qızı Aylini məktəbdən götürmək üçün evdən çıxmışdır. Aylini məktəbdən götürüb evə qayıtdığı zaman yolda Vüsal ilə rastlaşmışdır. Vüsal avtomobili saxlamış, qızı ilə görüşmüşdür. Daha sonra onların aralarında bacısıyla arasında olan münasibətlərlə bağlı sözlü mübahisə baş vermişdir. Lakin bu 5 dəqiqə belə çəkməmişdir. Sonra Vüsal avtomobilinə əyləşərək onların yanından uzaqlaşmışdır. O da atasının evinə gəlmişdir. Evə gəldiyi zaman görmüşdür ki, bacısı Aliyə ilə qardaşı Ramiq nə isə danışırlar. Onlardan nə olduğunu soruşanda, Aliyə ona demişdir ki, Vüsal ona anası Fazilənin intim görüntülərinin əks olunduğu videonun olduğunu, həmin videonu əmilərinə və dayılarına yayacağını, anası və bütün ailələrini biabır edəcəyini bildirmişdir. Daha sonra Aliyə ona həmin videoları göstərmişdir. Video iki ədəd olmuşdur. Orada anasının bir kişi ilə intim görüntüləri olmuşdur. Onun daha öncə belə bir videoların olduğundan xəbəri olmamışdır. Bundan sonra o, Vüsala zəng edərək belə bir videonu yaymaqla düzgün etmədiyini, onun anasının onun da xalası olduğunu bildirmişdir. Lakin Vüsal ona demişdir ki, indi görərsən həmin videonu əmilərinizə də göndərəcəm. Daha sonra o anasının videolarını atası Mirəşrəf Rzayevə, bacısı Şahid4 və anası Zərərçəkmiş şəxs1 göndərmişdir. Onlar da Vüsalın bu hərəkətləri barədə analarına da məlumat vermişlər. Anaları keçirdiyi sarsıntı ilə əlaqədar həmin gündən sonra bir neçə gün onlarla əlaqə belə saxlamamışdır. Aliyə və qardaşı Ramiq Vüsalın bu hərəkətləri barədə şikayət edəcəklərini bildirmiş və daha sonra yazılı şəkildə şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərdi ki, 2012-ci ildə mərhum xalası X1 Süleymanovla ailə həyatı qurmuşdur. Həmin nikahdan bir qız və bir oğlan övladı var. Əvvəllər ailə daxili münasibətləri normal olsa da, son zamanlar aralarında mübahisələr baş vermişdir. Ailə həyatı qurduqdan sonra Təqsirləndirilən şəxsla Bakı şəhəri, Abşeron rayonu Saray qəsəbəsində yaşayırmışlar. Aralarında mübahisələr baş verdikdən sonra o, 2023-cü ilin oktyabr ayının 24-də övladlarını da götürüb Şirvan şəhərinə ailəsinin yanına geri dönmüşdür. Şirvan şəhərində atası Mirəşrəf Rzayev, qardaşı Şahid2, bacısı Şahid1 yaşayır. O da onların yanına gəlmişdir. O, Şirvan şəhərinə gəldikdən sonra həyat yoldaşı nə onunla nə də ki, övladları ilə maraqlanmamışdır. 2023cü ilin dekabr ayının 1-də Təqsirləndirilən şəxs qızları Aylin Süleymanlının məktəbinə getmişdir. Orada guya qızı ilə görüşmək istəmişdir. Qızı ilə görüşdükdən sonra yenidən Bakı şəhərinə qayıtmışdır. Bunu ona qızının təhsil aldığı məktəbin direktoru məlumat vermişdir. Çünki qızı atasını gördüyü zaman qorxaraq ağlamışdır. Məktəbin direktoru və müəlliməsi də bundan narahat olaraq ona məlumat vermişdilər. Lakin o, məktəbə gedənə qədər Təqsirləndirilən şəxs artıq çıxıb getmişdir. 2023-cü ilin dekabr ayının 5-də səhər saatlarında ona DİN-nin 102 xidmətindən zəng gəlmişdir. Özünü Şirvan şəhər polis şöbəsinin əməkdaşı kimi təqdim edən adı yadında qalmayan bir polis əməkdaşı ona nə üçün oğlunu atasına göstərmədiyini, atasının da uşağını görmək kimi hüququnun olduğunu bildirmişdir. O da atasının istədiyi zaman uşağını gəlib görə biləcəyini söyləmişdir. Sonra həyat yoldaşı Vüsal telefonu alaraq ona demişdir ki, oğlu ilə danışmaq istəyir. O da telefonu oğluna vermişdir. Onlar telefonla danışmışlar. Sonra oğlu telefonu ona vermişdir. Vüsal ona demişdir ki, oğulları Ümidi görmək istəyir. O da ona atasıgilə gəlib oğlunu istədiyin zaman görə biləcəyini bildirdim. O da atamın evinə gəlmək istəmədiyini, uşağı çöldə görmək istədiyini bildirmişdir. Lakin o, Vüsala oğullarının hazırda qızılca olduğunu, müalicələr aldığını, bununla əlaqədar onu çölə çıxara bilməyəcəyini söyləmişdir. O da sonda onunla razılaşaraq atasının evinə gəlmişdir. Oğlunu gördükdən sonra çölə çıxanda qapının ağzında ona demişdir ki, evə qayıdacaqsan. O da ona demişdir ki, atan gəlsin, böyüklər danışsın, ondan sonra geri dönərəm. Bu zaman Vüsal ona anası Fazilənin intim görüntülərinin olduğu videosunu göstərək atasının onlara gəlməyəcəyini, onun da evə qayıtmayacağı halda həmin videogörüntünü yayacağını, onları hər yerdə biabır edəcəyini bildirmişdir. O da ona demişdir ki, nə etsən mən sənən geri dönməyəcəm. Əvvəl düşünmüşdür ki, böyüklər danışandan sonra ailəsi dağılmasın deyə geri dönər. Lakin o onu təhdid etdikdən sonra Vüsala geri dönməkdən qəti olaraq imtina etmişdir. Həmin videoda anasının tanımadığı bir kişi ilə sevişmə görüntüləri olmuşdur. Həmin videodakı kişini daha əvvəl görməmiş və tanımamışdır. Vüsal ona göstərənə qədər belə bir videonun olduğundan da xəbərsiz olmuşdur. Daha sonra Vüsal atasını yanına çağıraraq avtomobilinə əyləşdirmiş, məhəllənin başına qədər aparıb sonra geri qaytarmışdır. Atası evə gəldikdən sonra demişdir ki, Vüsal ona deyib ki, dayı indi sənə bir video göndərəcəm, baxıb qərarını verərsən. Atası demişdir ki, ondan videoda nə olduğunu soruşanda Vüsal heç nə deməmiş, atasına sadəcə olaraq videoya baxmasını bildirmişdir. Atası evə çatdıqdan sonra Vüsal videonu atasına da göndərmişdir. Lakin qardaşının həyat yoldaşı Nərgiz Rzayeva həmin videonu gördükdən sonra atası görməsin deyə tez atasının telefonundan silmişdir. Atası da telefonu çox yaxşı bilmədiyi üçün onların oradan videonu sildiklərini bilməmişdir. Daha sonra Vüsal həmin videonu whatsapp mobil tətbiqi vasitəsilə ona göndərmişdir. Lakin o, onu whatsapp mobil tətbiqində əngəllədiyi üçün video ona gəlib çıxmamışdır. Elə həmin gün Vüsal whatsapp mobil tətbiqində anasına yazaraq onun videosunu əmilərinə və dayılarına göndərəcəyini bildirmişdir. Həmin vaxtdan sonra bir müddət analarından xəbər ala bilməmişlər. Anası hal-hazırda Rusiya Federasiyasının Maxaçqala şəhərində işləyir və orada yaşayır. Bir neçə gün sonra anasıyla əlaqə saxlaya bilməmişlər. Anası Vüsal bacısı oğlu olduğu üçün ilk öncə şikayətçi olmaq istəməsə də, lakin sonradan şikayətçi olacağını bildirmişdir. Şirvan şəhər prokurorluğuna ərizə ilə də müraciət etmişdir. Təqsirləndirilən şəxs qısa müddət ərzində boşanmağı düşünür. Onun tələbi anasının intim görüntülərinin olduğu videonu yaydığı üçün Təqsirləndirilən şəxs layiqli cəzasını almasıdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qaynanasıdır. 2023-cü ilin sentyabr ayında baldızı Şahid4 həyat yoldaşı ilə arasında yaranmış mübahisə ilə əlaqədar yaşadığı Bakı şəhərindən Şirvan şəhərinə gəlmiş və onlarla yaşamağa başlamışdır. Şahid4 iki azyaşlı övladı da vardır. 2023-cü ilin dekabr ayının 5-də Aliyənin həyat yoldaşı Təqsirləndirilən şəxs uşaqlarını görmək məqsədilə ünvan 3 ünvanında yaşadıqları evə gəlmişdir. Həmin vaxtı evdə o və həyat yoldaşı Ramiq olmuşdur. Onlar Vüsala uşaqlarının xalası Şahid1 evində olduğunu demişdir. Daha sonra o çıxıb getmişdir. Ramiq də Aliyə və oğlunu bacısıgildən götürmək üçün Ramilənin evinə getmişdir. Sonra Aliyə və oğlunu götürüb geri qayıtmışdır. Həmin vaxtı Vüsal da gəlmişdir. Aliyə ilə Vüsal mətbəxə keçərək söhbət etməyə başlamışlar. Lakin onların nə danışdığını bilməmişdir. Daha sonra Ramiqlə Vüsalın arasında sözlü mübahisə baş vermişdir. o və Ramilə Ramiqi oradan uzaqlaşdırmışdır. Vüsal Aliyə ilə söhbət etdikdən sonra çölə çıxmışdır. Bu vaxt qaynatası Mirəşrəf Rzayev işdən gəlirmiş. Vüsal da onu uzaqdan görən kimi onun yanına getmiş, maşınına əyləşdirmişdir. Lakin nə danışdıqlarını bilməmişdir. Qaynatası evə gəldikdən sonra ona demişdir ki, Vüsal ona demişdir ki, indi ona whatsapp mobil tətbiqində nə isə göndərəcək. Ondan xahiş etmişdir ki, telifonunda interneti aktiv etsin. O, telefonu götürüb aşağı enmiş və interneti aktiv etmişdir. İnterneti aktiv edən kimi whatsapp mobil tətbiqində Vüsalın istifadəsində olan ********** mobil nömrədən qaynatası Mirəşrəf Rzayevin istifadəsində olan ********** mobil nömrəyə qaynanası Zərərçəkmiş şəxs1 tanımadığı bir şəxslə intim görüntülərinin olduğu iki ədəd video faylın gəldiyini görmüşdür. Həmin vaxtı Vüsal qaynatası videolara baxması üçün ard-arda yığmışdır. O, videoları görən kimi həmin videoları dərhal silmiş və Vüsalın hər iki nömrəsini əngəlləmişdir ki, qaynatasıyla əlaqə saxlaya bilməsin. Telieonu qaynatasına vermək üçün yuxarı çıxmışdır. Bu zaman Ramiq telefonu ondan almışdır. Videolar telefonun zibil qutusunda qalmışdır. Oradan silmək yadından çıxmışdır. Ramiq telefonu ondan aldıqdan sonra videoları görmüşdür. Sonra telefonu qaynatasına verib Vüsalın ona heç nə göndərmədiyini demişdir. Həmin vaxtı Ramiq və bacıları aşağı enmişdir. Orada söhbət etməyə başlamışlar.O isə yuxarıda olduğu üçün nə danışdıqlarını bilməmişdir. Lakin sonradan Aliyə demişdir ki, Vüsal onu evinə geri dönməyəcəyi halda həmin videoları yamaqla, anası Zərərçəkmiş şəxs1 biabır etməklə təhdid etmişdir. Zərərçəkmiş şəxs1 intim görüntülərinin olduğu videonun nə zaman və kim tərəfindən çəkilməsi barədə heç nə deyə bilməmiş, çünki bu barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Şirvan şəhər prokurorluğuna ünvanladığı ərizəni özü yazmışdır. Bacısı Şahid4 2012-ci ildə mərhum xalası X1 Süleymanovla ailə həyatı qurmuşdur. Həmin nikahdan bir qız və bir oğlan övladı var. Əvvəllər ailə daxili münasibətləri normal olsa da, son zamanlar aralarında mübahisələr baş vermişdir. Ailə həyatı qurduqdan sonra Təqsirləndirilən şəxsla Bakı şəhəri, Abşeron rayonu Saray qəsəbəsində yaşayırmış. Son zamanlar Vüsal Aliyə ilə kobud rəftar etmişdir. Bi zamanlar Vüsal ilə münasibətləri çox yaxşı olmuşdur. Vüsal ilə birlikdə bir neçə dəfə onun üçün avtomobil də almışdır. Birlikdə kreditlə avtomobil təkərləri və planşet götürmüşlər. O da Vüsala olan borcunun qarşılığında özünə məxsus olan 14000 manatlıq avtomobili Vüsala vermişdir. Lakin Vüsal hələ də ona borcu olduğunu bildirmişdir. Bu da onların aralarında olan münasibətlərin gərhinləşməsinə səbəb olmuşdur. Çünki onun Vüsala borcu qalmamışdır. O ona olan borcunu tam ödəmişdir. Amma Vüsal ona olan qəzəbini bacısı Aliyədən çıxarmışdır. Çünki bacısıyla danışdığı zaman Aliyə ona Vüsalın guya onun ona borclu olmağıyla bağlı onu incitdiyini, hətta vurduğunu bildirmişdir. 2023-cü ilin sentyabr ayının 24-də anası Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasından gəldikdən sonra o onunla birlikdə Aliyəgilin evinə getmişdir. Lakin anasının Vüsalla onun arasında olanlardan xəbəri olmamışdır. Onların evinə getməklərindəki əsas səbəbin Vüsalla aralarında olan pul məsələsini, yəni onun ona borcunun olmadığını aydınlaşdırmaq, bu məsələyə görə Aliyəni incitməməsi olmuşdur. Onlar məsələni aydınlaşdırmağa çalışdıqları zaman Vüsal mübahisə salmışdır. Həmin vaxtı onlara ağzılarını açıb danışmağa imkan verməmişdir. Onları evdən qovmuşdur. Mübahisənin səbəbi yenə də pul məsələsi olmuşdur. Anası da Aliyənin orada çətin vəziyyətdə qaldığını, Vüsalın onu incitdiyini görüb Aliyəni və 2 uşağını götürüb Şirvan şəhərinə gəlmişlər. Şirvan şəhərinə gəldikdən sonra anası Aliyəni Şirvan ŞMX-na aparmışdır. Orada müayinə olunduqdan sonra bir müddət müalicələr almışdır. Həmin tarixdən bu günə qədər bacısı və uşaqları onlarla birlikdə yaşayır. 5 dekabr 2023-cü il tarixdə Vüsal Şirvan şəhərinə onların evlərinə gəlmişdir. Həmin vaxtı Aliyə və uşaqları bacısıgildə olmuşdur. Vüsal uşaqları ilə görüşmək istədiyini bildirmişdir. O ona da uşaqların və Aliyənin bacısıgildə olduğunu söyləmişdir. Lakin Vüsal onların evlərindən çıxdıqdan sonra DİN-nin 102 xidmətinə uşaqlarını görə bilməməsi ilə bağlı müraciət etmişdir. Daha sonra o bacısıgilə gedərək Aliyəni və uşaqları evlərinə gətirmişdir. Vüsal da yenidən onlara gələrək uşaqları ilə görüşmüşdür. Sonra Aliyə ilə söhbət etmişdir. Lakin nə barədə söhbət etdiklərini bilməmişdir. Vüsal getdikdən sonra Aliyə ona demişdir ki, Vüsal onu anaları Fazilənin intim görüntülərinin olduğu videonu başqalarına göndərməklə təhdid etmişdir. O da Aliyəyə demişdir ki, narahat olma, yəqinki Vüsal səni qorxutaq üçün yalandan deyir. O Aliyəni sakitləşdirib çölə çıxmışdır. Çölə çıxdığı zaman görmüşdür ki, atası Vüsalın avtomobilində oturmuşdur. Atası avtomobilindən düşdükdən sonra o atasından Vüsalın ona nə dediyini soruşmuşdur. Atası demişdir ki, Vüsal ona demiş ki, sənin telefonuna videolar atacam, onlara baxarsan. Təxminən 1 saat sonra o evə getmişdir. Evə gedəndə görmüşdür ki, sakitçilikdir. Atası da ikinci mərtəbədə olmuşdur. Görmüş ki, atasının telefonu birinci mərtəbədədir. Düşünmüş ki, yəqin Vüsal hələ videoları göndərməmişdir. Yenə də telefonu götürüb orada whatsapp mobil tətbiqinə baxmışdır. Lakin whatsapp mobil tətbiqində videolar olmamışdır. Sonra telefonun zibil qutusuna girdiyi zaman orada iki ədəd videogörüntünün olduğunu görmüşdür. Həmin videolarda anası Fazilənin Azər adlı şəxslə intim görüntülərinin olduğunu görmüşdür. Daha sonra bilmiş ki, Vüsal həmin görüntüləri bacısı Aliyəyə və anası Faziləyə göndərmişdir. Hətta anasını həmin videoları əmilərinə və dayılarına göndərəcəyi ilə təhdid etmişdir. Anası Zərərçəkmiş şəxs1 intim görüntülərinin olduğu videonun nə zaman və kim tərəfindən çəkilməsi barədə bilmir, lakin videodakı digər şəxsin adının Zərərçəkmiş şəxs2 olduğunu bilmiş, o Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən meyvəli bazarda işləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, DVD diskdə olan VİD-20231211-WA0002 və VİD-20231211-WA0003 adlı videogörüntülərdə qadın və kişi cinsli iki şəxsin cinsi əlaqədə olduqlarını əks etdirən intim görüntüləri vardır. xx.xx.2023-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ““SAMSUNG” markalı, “İMEİ **********36492” kodlu nömrəli mobil telefonuna baxış keçirilmiş, Təqsirləndirilən şəxs mobil telefonunda olan whatsapp mobil tətbiqinə baxış keçirilərkən Zərərçəkmiş şəxs1 intim görüntülərinin olduğu 2 ədəd 2:38 saniyə və 10 saniyəlik videoları 05 dekabr 2023-cü il tarixdə, saat 13:26 radələrində Umid adı ilə qeydiyyatda olan ********** nömrəli kontakta göndərdiyi, həmçinin eyni videoları 05 dekabr 2023-cü il tarixdə, saat 13:41 radələrində Fazilə adı ilə qeydiyyatda olan ********** nömrəli kontakta göndərdiyi, eləcə də həmin videoları 5 dekabr 2023-cü il tarixdə, saat 13:02 radələrində Esref Emi adı ilə qeydiyyatda olan ********** nömrəli kontakta göndərdiyi müəyyən edilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 1710 və 090 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 himayəsində azyaşlı uşaqları yoxdur və o yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə başlamış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 3651 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli, xx/xx-3409 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs həmin mərkəzdə qeydiyyatda yoxdur. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 790 və 791 nömrəli arayış və xasiyyətnamədən görünür ki, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi, Vahab Əliyev küçəsində yerləşən evdə qeydiyyatsız yaşayır və o yaşayış yeri üzrə müsbət xarakterizə olunur. X2 Sistemindən xx.xx.2024-cü il tarixdə çıxarılmış sənəddən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Abşeron rayon prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli, 2-2-453/2- 015703/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron RPİdə və rayon prokurorluğunda heç bir cinayət işi istintaq edilməmiş, həmçinin material araşdırılmamışdır. Sabunçu RPİ-nin xx.xx.2024-cü il tarixli, 49/2-12127/24 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs barəsində Sabunçu rayon Polis İdarəsində hər hasnı bir təqsirləndirici marterial yoxdur. Lakin Təqsirləndirilən şəxs yol hərəkət qayda pozuntusu törətdiyi üçün barəsində tərtib edilmiş inzibati protokol əsasında tətbiq edilmiş cərimə məbləğini qanunla müəyyən edilmiş 3 ay müddət ərzində ödəmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tətbiq edilmiş inzibati protokol toplanmış material ilə birlikdə (İXP 5732905) xx.xx.2023-cü il tarixdə və (İXP 6012979) xx.xx.2024-cü il tarixdə Sabunçu rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə-kompüter texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/97-5/59 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş VİD-20231211-WA0003 adlı videofonoqramda kadrdaxili və kadrlararası montaj əlamətləri, audioaxının videoaxına sintezi müəyyən olunmadı. Videofonoqramın “Samsung” markalı mobil telefon və ya digər yazı qurğusu vasitəsilə qeydə alınıb-alınmadığını və videoyazının tam və ya ilkin videoyazının bir hissəsi olub-olmadığını videoyazı təkrarkodlaşdırılma nəticəsində əldə olunduğundan müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş VİD- 20231211-WA0002 adlı videoyazıda kadrdaxili və kadrlararası montaj əlamətlərinin olubolmamasını tədqiqi hissədə göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Videoyazının “Samsung” markalı mobil telefon və ya digər yazı qurğusu vasitəsilə qeydə alınıb-alınmadığını və videoyazının tam və ya ilkin videoyazının bir hissəsi olub-olmadığını videoyazı təkrarkodlaşdırılma nəticəsində əldə olunduğundan müəyyən etmək mümkün olmadı. Məhkəmə-sənətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 11/68 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd DVD diskdə olan VİD-20231211- WA0002 və VİD-20231211-WA0003 adlı videogörüntülər pornoqrafik xarakterlidir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin əməlinin yenidən tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsindən həmin Məcəllənin 156.1 və 242ci maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə və yeni ittiham elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1 və 242-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 156.1-ci maddəsinə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır 242-ci maddəsinə əsasən pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət—üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı Qərarının 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Odur ki, məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156.1-ci və 242-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakılar qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi məzmunda verdiyi ifadəsinə tənqidi yanaşaraq, aparılan istintaq zamanı onun təqsirliliyini təsdiq edən, heç bir şübhə və ziddiyyət yaratmayan iş materialları və şahid ifadələri ilə təkzib olunması səbəbindən bunu özünü müdafiə xarakterli cəhdi kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmasını, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 18 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan DVD disk cinayət işinin materiallarında saxılanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1-ci və 242-ci maddələri ilə təqsirli bilinib, CM-nin 156.1-ci maddəsi ilə qazancından 15% dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına, CM-nin 242-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının 4 günü azadlıqdan məhrumetmə cəzasının 1 günü hesabı ilə 6 ay islah işləri cəzası 01 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, CMnin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar cinayətlərin məcmusu qaydasında qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında dərhal həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan DVD diskin cinayət işi materiallarında saxlanılsın. Məhkəmə ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar