Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-92/2025 16.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:21-də Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 11, mənzil 36-da qeydiyyatda olmaqla, Şirvan şəhəri Əli Bayramov küçəsi, dalan 3, ev 3-də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 18 mart 2025-ci il tarixdə saat 09 radələrində Şirvan şəhəri ərazisində tanışı Şahid1 10 manata satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,190 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 18 mart 2025-ci il tarixdə saat 20:05 dəqiqədə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayının həyətində səs küy salaraq ictimai qaydanı pozduğuna görə Şirvan ŞPŞ-nın CAB-nin əməkdaşı tərəfindən saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Şirvan ŞPŞ-nə gətirilərək üzərində video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibində çıxardığı siqaret qutusunda bir tərəfi plastik, bir tərəfi şüşə olan 01 ədəd əşyanın içərisində təmiz çəkisi 0,190 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, bir müddətdir ki, psixotrop maddə olan metamfitamin və narkotik vasitə olan marixuanadan istifadə edir. 18 mart 2025-ci il tarixdə səhər saatlarında tanışı Şahid1 10 manat müqabilində psixotrop maddə metamfetamin almışdır. 02 ədəd siqaret dənəsinin içərisinə doldurulmuş qurudulmuş marixuananı isə tanımadığı şəxsdən almışdır. Həmin maddələri bir siqaret qutusuna qoyaraq istifadə etmək məqsədi ilə üzərində daşımışdır. Bir müddət sonra psixotrop maddə olan metamfetamindən istifadə etmək istəmişdir. Şüşə ampulun içərisinə qoyaraq bir qismini istifadə etmiş, qalan qismi isə şüşə ampulda qalmışdır. 18 mart 2025ci il tarixdə Şirvan şəhəri Heydər Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayının həyətində təxminən saat 18-19 radələrində uca səslə danışmışdır. Həmin vaxt Şirvan ŞPŞ-nin əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək ona səs-küy saldığı üçün barəsində qanuni tədbir görülməsi məqsədi ilə onu Şirvan Şəhər Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Ondan özünü məsul növbətçi kimi təqdim edən şəxs üzərində olan əşyaları təqdim etməyi tələb etmişdir. O isə həmin polis əməkdaşına üzərində narkotik vasitə olduğunu və bunu əynində olan boz şalvarın sağ cibində gəzdirdiyini demişdir. Bundan sonra araşdırma aparılması zamanı ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil seçmişdir. Bir qədər keçdikdən sonra vəkil gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə təqdim etməyi təklif etdikdə, o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibində olan siqaret qutusunda içərisinə marixuana doldurulmuş 02 ədəd siqaret dənəsi və şüşə ampulun içərisində psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra protokollar tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokollarla tanış olduqdan sonra imza etmişdir. O, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini tanışı Şahid1 şəxsi istifadə məqsədi ilə əldə etmişdir. O, heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs da onun kimi narkotik vasitə istifadəçidir. 18 mart 2025-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq ağrıları olduğu üçün narkotik vasitə və psixotrop maddə verməyini xahiş etmişdir. O da Yusifi tanıdığına görə sonuncunu ağrıdan çıxartmaq üçün onunla görüşmüşdür. Həmin görüş zamanı öz istifadəsi üçün üzərində gəzdirdiyi psixotrop maddədən 01 ədəd bükümdə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs vermiş və ondan 15 manat pul almışdır. O, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana verməmişdir. 18 mart 2025-ci il tarixdə saat 14 radələrində rəfiqəsi X4 ilə birlikdə Şirvan şəhəri 1 May küçəsində piyada gəzərək telefonla danışan zaman mülki geyimli şəxslər avtomobildən düşərək onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ona yaxınlaşan zaman sonuncuların polis əməkdaşı olmasından ehtiyat edərək üzəridə gəzdirdiyi içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan sellofan paketi yerə tullamışdır. Buna baxmayaraq polis əməkdaşları yerə tulladığı sellofan paketi görüb onu saxlayaraq sellofan paketi yerdən götürmüşlər. Polis əməkdaşları ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və video çəkiliş vasitəsi ilə üzərinə baxış keçirəcəklərini bildirmişlər. O da etiraz etməmiş və video çəkiliş vasitəsi ilə üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya, predmet və ya başqa vasitə aşkar edilməmişdir. Yerə atdığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin onun olmuşdur. Sonra aşkar edilmiş 01 ədəd bükümdə içərisində narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin müvafiq qaydada 01 ədəd zərfdə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzərinə o və polis əməkdaşları imza etmişlər. Sonra polis əməkdaşları onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində narkotik vasitə heroin və psixotrop maddə metamfetamini təqdim etməyi barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğunu onlar imzaları ilə təsdiq etmişlər. Sonra ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə 01 ədəd zərfdə olan bükümlərə baxış keçirildikdən sonra yenidən qablaşdırılmışdır. Sonra isə bütün hərəkətlər protokollaşdırılmış və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, 18 mart 2025-ci il tarixdə inzibati ərazidə xidmət aparan zaman saat 20:05 radələrində Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayının həyətində bir nəfər şəxsin səs küy salaraq ictimai qaydanı pozduğunu görmüşdür. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqəsini göstərib özünü təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs səs küy salaraq ictimai qaydanı pozduğuna görə barəsində qanuni təbir görülməsi üçün sonuncunu saxlayaraq Şirvan ŞPŞ-nə gətirib Şirvan ŞPŞ-nin NH-nin məsul növbətçisi vəzifəsini müvəqqəti icra edən Sərxan Əliyevə təhvil vermişdir. Şirvan ŞPŞ-nin NH-nin məsul növbətçisi vəzifəsini müvəqqəti icra edən Sərxan Əliyev də Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini istəyən zaman sonuncu əynində olan boz rəngli cins şalvarın sağ cibində olan siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamftamin olduğunu bildirmişdir. Buna görə də, Şirvan ŞPŞ-nin NH-nin məsul növbətçisi vəzifəsini müvəqqəti icra edən Sərxan Əliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün raportla şöbənin rəhbərliyinə məruzə edilmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması X3ə həvalə edilmişdir. Səxavət Garayev də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etmiş, həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs doldurulmuş vəziyyətdə olan 02 ədəd siqaret dənəsi və içərisində ağ rəngli kristallik formalı psixotrop maddə olan metamfetaminə bənzər maddə olan 01 ədəd şüşə əşya aşkar edildiyini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, 18 mart 2025-ci il tarixdə Şirvan ŞPŞ-nin MSY-də xidmət aparan zaman eşitmişdir ki, Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayının həyətində Təqsirləndirilən şəxs səs küy salaraq ictimai qaydanı pozduğuna görə barəsində qanuni təbir görülməsi üçün saxlanılaraq Şirvan ŞPŞ-yə gətirilmişdir. Gətirildikdən sonra Şirvan ŞPŞ-nin NH-nin məsul növbətçisi vəzifəsini müvəqqəti icra edən Sərxan Əliyevə təhvil verilmişdir. Şirvan ŞPŞ-nin NH-nin məsul növbətçisi vəzifəsini müvəqqəti icra edən Sərxan Əliyev də Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini istəyən zaman sonuncu əynində olan boz rəngli cins şalvarın sağ cibində olan siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Buna görə də, Şirvan ŞPŞ-nin NH-nin məsul növbətçisi vəzifəsini müvəqqəti icra edən Sərxan Əliyev tərəfindən Təqsirləndirilən şəxs Mehdi oğlunun barəsində araşdırma aparılması üçün raportla rəhbərliyə məruzə edilmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması X3ə həvalə edilmişdir. Səxavət Garayev də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin və onun iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onun və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs Mehdi oğlunun üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Yusifə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Yusif də əynində olan boz rəngli şalvarın sağ yan cibindən göy rəngli siqaret qutusunu çıxarıb təqdim edərək içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. X3 tərəfindən siqaret qutusuna baxış keçirilən zaman içərisindən doldurulmuş vəziyyətdə olan 02 ədəd siqaret dənəsi və içərisində ağ rəngli kristallik formalı psixotrop maddə olan metamfetaminə bənzər maddə olan 01 ədəd şüşə əşya aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 02 ədəd siqaret dənəsinin içərisində narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd şüşə ampluanın içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri şəxsi istifadə məqsədi ilə səhər saatlarında Lamiyə adlı tanışından əldə etdiyini bildirmişdir. Sonra aşkar edilmiş maddələrin elektron tərəzi vasitəsilə ilə çəkilən zaman 01 ədəd şüşə əşyanın içərisində olan psixotrop maddə olan metamfetaminə bənzər kütlənin qablaşdırma ilə birlikdə 5,56 qram, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 02 ədəd siqaret dənəsinin siqaretin kağız bükümü ilə birlikdə 1,31 qram olması müəyyən edilmişdir. Sonra Yusifin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra Yusifin üzərindən aşkar olunmuş 02 ədəd siqaret dənəsi və 01 ədəd şüşə əşyada olan maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Yusif tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan 18 mart 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2025-ci il tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 20 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında İltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 18 mart 2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 18 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Şirvan ŞPŞ-nin TB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan boz rəngli cins şalvarının sağ cibində siqaret qutusunun içərisində 01 ədəd şüşə ampluada psixotrop maddə metamfetamin və 01 ədəd siqaret dənəsinin içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. İş materiallarında olan Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/247-248 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış kağız paketdə 01 ədəd siqaret qutusunda bir tərəfi plastik, bir tərəfi şüşə olan 01 ədəd əşyanın içərisində təmiz çəkisi - 0,190qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 ədəd siqaret dənəsinin içərisində ayrılıqda təmiz çəkisi - 0,12qr, 0,06qr, ümumi çəkisi - 0,18qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Metamfetaminin təmiz çəkisi- 0,190 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq- 0,140 qramdır. Marixuananın təmiz çəkisi- 0,18 qram, tədqiqata sərf edildi- 0,04 qram (hər ob-0,02 qram), qalıq- 0,14 qramdır. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “ “Azərbaycan Respublikasınin ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahisina (Siyahı İ) daxildir. Marixuana(kannabis) -2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinsiyahısı”na daxildir (İ siyahı). İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 5(032)-101/2025 saylı qərarından görünür ki, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin kimə (adı, soyadı və ünvanı göstərilməklə) məxsus olmasının, 01 yanvar 2025ci il tarixdən 19 mart 2025-ci il tarixədək olan vaxt ərzində qeyd olunan mobil nömrəyə daxil olan və çıxan zənglər, qısa mesajlar və mətnləri, həmin abonentlərin anket məlumatları, 01 yanvar 2025-ci il tarixdən 19 mart 2025-ci il tarixədək qeydə alınmış anten məlumatların "xxxx" MMC-dən əldə edilməsi qərara alınmışdır. İş materiallarında olan 23 aprel 2025-ci il tarixli "xxxx" MMC-dən verilmiş CD diskə baxış keçirilməsi haqqında prtokoldan görünür ki, iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilmədi. İş materiallarında olan «Şirvan şəhər Mərkəzi Xəstəxanası» X9 xx.xx.2025-ci il tarixli, 18-1-35/2-521/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin Poliklinika şöbəsinin Ruhi - əsəb kabinetində qeydiyyatda yoxdur. Narkoloji kabinetində “opioidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi ” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan 02 aprel 2025-ci il tarixli Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və Şirvan Şəhər Məhkəməsinin 1(032)-135/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Şirvan şəhər məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış və xx.xx.2022ci il tarixdə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 aprel 2025-ci il tarixdə verilmiş 1544 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 20 mart 2025-ci il tarixli Məhkəmə-tibbi ekspertizasının 150 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 10 aprel 2025-ci il tarixli, 2008 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psioxtimulyatorlarin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 07 iyun 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ cibindən çıxardığı siqaret qutusundan aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,18 qram narkotik vasitə qurudulmuş marixuana şəxsi cinayət məsuliyyətinə cəlb etmək üçün kifayət qədər olmadığından, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan inzibati tənbeh tədbirləri görülməsi üçün cinayət işindən material ayrılaraq Şirvan Şəhər Polis X1 Bölməsinə göndərilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 mart 2025-ci il tarixdən 20 mart 2025-ci il tarixədək həbsdə olduğu 02 gün müddət 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 63 manat 90 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,140 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsünü əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuananın 0,18 qram çəkisi Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibini yaratdığından barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər Polis X1 bölməsinə göndərilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 mart 2025-ci il tarixdən 20 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 02 gün müddət 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 63 manat 90 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,140 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsünü əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuananın 0,18 qram çəkisi Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibini yaratdığından barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər Polis X1 bölməsinə göndərilməsi nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №1(032)-92/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-92/2025
16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver