Məhkəmə qərarları › İş №1(032)-94/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-94/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-94/2023 17.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:25-də Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq 01 ədəd əldədüzəltmə üsulla, beşbarmaq (kastet) tipində hazırlanmış, istifadəyə yararlı, vurucu-əzici xassəyə malik olan soyuq silahı əldə edib gəzdirmiş, 04 fevral 2023-cü il tarixdə yaşadığı ünvan 2 ünvanında polis əməkdaşları tərəfindən ictimai qaydanı pozduğuna və polisin qanuni tələbinə tabe olmadığına görə polis şöbəsinə gətirilərək həmin tarixdə saat 20:15 radələrində Şirvan şəhər X3 Hissəsində keçirilmiş baxış zamanı üzərində olan həmin 01 ədəd əldədüzəltmə üsulla, beşbarmaq (kastet) tipində hazırlanmış, istifadəyə yararlı, vurucu-əzici xassəyə malik olan soyuq silah aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, bir neçə il əvvəl Sabirabad rayonunun kəndlərinin birindən hal-hazırda adını xatırlamadığı şəxsdən dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ-2106 markalı avtomobil almış, həmin avtomobilin salonundan metaldan hazırlanmış beşbarmaq tipli alət aşkar etmiş, aşkar etdiyi alətin soyuq silah olduğunu bilməmiş, həmin vaxtdan etibarən qeyd etdiyi beşbarmaq tipli soyuq silahı üzərində gəzdirmişdir. xx.xx.2023-cü il tarixdə Şirvan ŞPŞ-nin polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş və onu polis şöbəsinə gətirmiş, polis şöbəsində Növbətçi Hissədə üzərində şəxsi-axtarış keçirilərkən üzərindən qeyd etdiyi 01 ədəd beşbarmaq tipli soyuq silah aşkar olunaraq götürülmüş, üzərindən soyuq silah aşkar olunduqdan sonra polis əməkdaşları onu Şirvan şəhər Məhkəməsinə aparmış, Şirvan şəhər Məhkəməsinin qərarı ilə 150 manat cərimə edilmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, xx.xx.2023-cü il tarixdə ŞPŞ-nin PPXB-nın polis nəfəri və şöbə rəhbərliyinin əmrinə əsasən Şirvan ŞPŞ-nin NH-nin növbətçi köməkçisi vəzifəsində işləyən Şahid2 ilə birlikdə xidmətdə olmuş, həmin tarixdə saat təxminən saat 20 radələrində Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili, Vüqar Əhmədov Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsi ilə tədbir görülməsi üçün sonuncunu növbətçi hissəyə təhvil vermiş, növbətçi hissədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən 01 ədəd siqaret, 01 ədəd bel kəməri və 01 ədəd boz rəngli metaldan hazırlanmış beşbarmaq aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin beşbarmağın özünə məxsus olduğunu bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş boz rəngli metaldan hazırlanmış beşbarmağın qanunsuz olaraq əldə etməsi və gəzdirməsi ilə bağlı şübhə yarandığından protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs beşbarmaqla birlikdə fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Məhkəmə-ballistik ekspertizasının 07 fevral 2023-cü il tarixli 18/139 nömrəli rəyində göstərilmişdir ki, 01 (bir) ədəd predmet-əldədüzəltmə üsulla, beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassyə malik olan soyuq silahdır, istifadəyə yararlıdır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 mart 2023-cü il tarixdə verilmiş 1684 saylı arayışdan görünür ki, Əmənov X4 şəhəri, Ə.Bayramov küçəsi, ev 18 B ünvanında yaşayır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə həmçinin cəza təyin edərkən qəsdin obyektinin soyuq silahla davranma sahəsində ictimai təhlükəsizliyin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması, əməlindən peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə islah işləri cəzası təyin olunmalı, cəzasını iş yeri üzrə çəkməlidir, Cəzaçəkmə müddətinin əvvəli onun qazancından ilk tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Ekspertiza tədqiqatının dəyəri – 57 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan 1 ədəd əldədüzəltmə üsulla beşbarmaq (kastet) tipində hazırlanmış, istifadəyə yararlı, vurucu-əzici xassəyə malik olan soyuq silah Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən müvafiq qaydada məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş baqşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 1 ədəd əldədüzəltmə üsulla beşbarmaq (kastet) tipində hazırlanmış, istifadəyə yararlı, vurucu-əzici xassəyə malik olan soyuq silah Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən müvafiq qaydada məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 57 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar