Məhkəmə qərarları › İş №1(032)-94/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-94/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-94/2024 22.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:13-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2005-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının zədələnməsi ilə müşaiyət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, qəsdən, 10 fevral 2024-cü il tarixdə saat 23:40 radələrində, sərxoş vəziyyətdə, ictimai yer hesab edilən Şirvan şəhəri, 1 May küçəsində ictimai qaydanı kobud surətdə pozaraq səs-küy salıb, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış və birgə yaşayış qaydalarına qarşı etinasızlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ətrafda olan çox sayda insanların gözü qarşısında ucadan ünvansız nalayiq söyüşlər söyərək Zərərçəkmiş şəxs əmlakının zədələnməsi ilə müşayiət olunan hərəkətlər etməklə, özünün şəxsiyyətini başqa şəxsin fövqində qoyub, Zərərçəkmiş şəxs məxsus həmin küçədə yerləşən “Real market” adlı ərzaq mağazasının 5 ədəd çöl alkapon və 2 ədəd çöl reklam üzlüklərini bir neçə dəfə qəsdən yumruqla vurub sındıraraq Zərərçəkmiş şəxs ümumilikdə 500 (beş yüz) manat maddi ziyan vurmaqla özgənin əmlakının zədələnməsi ilə müşaiyət edilən ictimai qaydanın ümumilikdə 10 dəqiqə müddət ərzində pozulmasına səbəb olan qərəzli hərəkətlərə yol verməklə xuliqanlıq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində o, əmisi oğlu Şahid2 Ramin oğlu və bibisi oğlu Şahid3 ilə birlikdə “001” adlı kafeyə spirtli içki içdikdən sonra Şirvan şəhəri, 1 May küçəsinə gəlmiş, 1 May küçəsinə çatdıqdan sonra piyada kafe istiqamətində hərəkətdə olan zaman sərxoş olduğu üçün küçədə yerləşən “Real market” adlı ərzaq mağazasının arxa tərəfininin alkapon üzlüklərini yumruqla bir neçə dəfə vurmuş, zərbələri nəticəsində alkapon üzlüklərin bir neçəsi sınmış, onun alkapon üzlükləri yumruqla vuraraq sındırdığını görən adını bilmədiyi mühafizəçi polis əməkdaşlarına mobil telefonla məlumat verdikdən sonra hadisə yerinə bir neçə tanımadığı polis əməkdaşı gəlmiş, həmçinin hadisə yerinə onun söyüş və qışqırıq səslərini və obyektin üzlüklərini sındırdığını görən çox sayda tanımadığı şəxslər toplaşmış, polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona polis şöbəsinə getməli olduğumu bildirmişlər. Bu zaman qohumu Orucəli də təkid edərək onunla birlikdə polis şöbəsinə getmək istədiyini demiş, bundan sonra polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş zərəri aradan qaldırmışdır. Əməlindən peşmandır və qərar qəbul edərkən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, Şirvan şəhəri 1 May küçəsində yerləşən “Real” adlı market ona məxsusdur. 10 fevral 2024-cü il tarixdə saat 23:30 radələrində o marketi bağlayıb yaşadığı evə getmiş, evə çatar-çatmaz mühafizəçi Kamal onun istifadəsində olan mobil nömrəyə zəng edərək naməlum şəxsin marketin qarşısına vurulmuş alkapon üzlükləri sındırdığını bildirmişdir. O, mağazaya getmiş, marketin qarşısına çatdıqda Kamal ona polis əməkdaşlarının hadisə yerinə gəldiyini və alkapon üzlükləri sındıran Gülağa adlı şəxsi polis şöbəsinə apardıqlarını bildirmiş, o alkapon üzlüklərə baxan zaman mağazanın qarşısına vurulmuş 5 ədəd alkapon üzlüyü və 2 ədəd reklam üzlüyünün sındırılaraq yararsız hala salındığını görmüş, bundan sonra polis şöbəsinə gələrək şikayət ərizəsi yazmışdır. Hadisə nəticəsində ona ümumilikdə 500 (beş yüz) manat məbləğində maddi ziyan dəymişdir. Halhazırda ona dəymiş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, 10 fevral 2024cü il tarixdə Şirvan şəhəri, 1 May küçəsində yerləşən “Real” adlı marketdə mühafizə növbəsində olmuşdur. Həmin gün saat 23:30 radələrində marketin qarşısında olan zaman bir nəfər, sonradan adının Gülağa olduğunu bildiyi şəxsin nalayiq söyüşlər söydüyünü görüb həmin şəxslərin arasına girmək istəmədiyindən marketin içərisinə daxil olmuş, marketin içərisində quraşdırılmış kameradan marketin xaricini izləyən zaman sonradan bir şəxsin marketin qarşısına vurulmuş alkapon üzlükləri yumruqla vuraraq sındırdığını görmüş, bu zaman yenidən marketdən çölə çıxıb həmin şəxsə yaxınlaşmış və ondan hansı səbəbdən alkapon üzlükləri və reklam üzlüklərini sındırdığını soruşmuş, həmin şəxs ona əsəbi olduğunu, spirtli içki qəbul etdiyini və bu səbəbdən alkapon üzlükləri və reklam üzlüklərini sındırdığını demiş, polis əməkdaşları hadisə yerinə gəlmiş və Gülağanı polis şöbəsinə aparmışlar. Hadisə zamanı heç kim xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində o, əmisi oğlu Təqsirləndirilən şəxs və digər qohumu Şahid3 ilə ilə birlikdə Şirvan şəhərində yerləşən “001” adlı kafeyə getmiş, kafedə saat 23:30-dək spirtli içki olan pivə içdikdən sonra o, siqaret almaq və çay içmək üçün Şirvan şəhərində yerləşən “Sabirabad dairəsi” adlanan yerə getmiş, siqaret alıb çay içmək məqsədilə yol ilə gedən zaman bir neçə tanımadığı polis əməkdaşının Gülağanı saxladığını və polis şöbəsinə apardıqlarını görüb onlara yaxınlaşmış, o polis əməkdaşlarından Gülağanın polis şöbəsinə aparılma səbəbini soruşduqda polis əməkdaşları Gülağanın “Real market” adlanan ərzaq mağazasının alkapon üzlüklərini vuraraq sındırdığını demiş, Gülağaya baxdıqda Gülağanın sağ əlinin üstünün yaralandığını görmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində o qohumları Təqsirləndirilən şəxs və Şahid2 ilə birlikdə Şirvan şəhərində yerləşən “001” adlı kafeyə getmiş, kafedə spirtli içki olan pivə içmişlər. O, həmin vaxt kafedə qalmış,Gülağa isə çıxıb getmişdir. O, hadisə vaxtı Gülağanın yanında olmamış, yalnız səs eşitdikdən sonra çıxmış, bu zaman polis əməkdaşlarının Gülağanı aparmalarını görmüşdür. O, Gülağanın “Real market” adlı ərzaq mağazasının arxa tərəfininin alkapon üzlüklərini vurmasını görməmiş, sonradan bu barədə bilmişdir. İbtidai araşdırma zamanı isə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində o qohumları Təqsirləndirilən şəxs və Şahid2 ilə birlikdə Şirvan şəhərində yerləşən “001” adlı kafeyə getmiş, kafedə hər üçü saat 23:30dək spirtli içki olan pivə içdikdən sonra kafedən çıxıb kafelərdən birində çay içmək məqsədilə tanımadığı sürücü ilə hal hazırda xatırlamadığı avtomobillə Şirvan şəhəri, 1 May küçəsinə gəlmiş, 1 May küçəsinə çatdıqdan sonra piyada kafe istiqamətində hərəkətdə olan zaman o Gülağaya evə getmək istədiyini demiş, Gülağa da ona bir qədər sonra evə gedəcəklərini bildirmiş, xx.xx.2024-cü il tarixdə saat 23:40 radələrində o yenidən Gülağaya evə getmək istədiyini bildirən zaman Gülağa onun sözlərindən əsəbiləşib qıcıqlanaraq küçədə yerləşən “Real market” adlı ərzaq mağazasının arxa tərəfininin alkapon üzlüklərini yumruqla bir neçə dəfə vurmuş, nəticədə alkapon üzlüklərin bir neçəsi sınmış, həmin vaxt adını bilmədiyi mühafizəçi polis əməkdaşlarına mobil telefonla məlumat verdikdən sonra hadisə yerinə bir neçə tanımadığı polis əməkdaşı gəlmiş, polis əməkdaşları Gülağaya yaxınlaşaraq özlərini təqdim etmiş və ona polis şöbəsinə getməli olduğunu bildirmiş, bu zaman Orucəli də təkid edərək Gülağa ilə birlikdə polis şöbəsinə getmək istədiyini demiş, bundan sonra polis əməkdaşları Gülağanı və Orucəlini polis şöbəsinə aparmış, o isə yaşadığı evə getmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Şirvan şəhər X3 Hissəsinin sürücüsü Şahid4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində bildirmişdir ki, 10 fevral 2024-cü il tarixdə saat 23:40 radələrində Şirvan şəhəri, 1 May küçəsində Şirvan ŞPŞ-nin İB-nin rəisi Əlihüseyn Tağızadə onunla birlikdə xidməti Şirvan şəhər ərazisində dislokasiyaya uyğun olaraq yoxlamış, Şirvan ŞPŞ-nin PPXB-nın polis nəfərləri X1 və Şahid5 Şirvan şəhəri, 1 May küçəsində xidmət yerində yoxlayan zaman 2 nəfər şəxsin ucadan nalayiq söyüşlər söyməsini görmüş, bundan sonra o yanında olan digər polis əməkdaşları ilə birlikdə həmin şəxslərə yaxınlaşmış, sonradan adı onlara məlum olan Gülağa adlı şəxsə nalayiq söyüşlər söyməməsi və səs-küy salmaması barədə irad bildirsələr də, Gülağa onların iradlarına məhəl qoymamış, həmin vaxt “Real” marketin qarşısına həmin marketin mühafizəçisi olduğunu bildirdiyi Kamal adlı şəxs gəlmiş və Gülağanın bir qədər əvvəl yumruqla marketin alkapon və reklam üzlüklərini sındırdığını bildirmiş, onlar Gülağadan bu barədə soruşduqda Gülağa spirtli içki qəbul etdiyini, sərxoş vəziyyətdə olduğu üçün əsəbiləşdiyini və “Real” marketin alkapon və reklam üzlüklərini sındırdığını demiş və söyüşlər söyməyə, qışqırmağa davam etmiş, bundan sonra onlar Gülağanı polis şöbəsinə dəvət etmiş, həmin vaxt Gülağanın yanında olan Orucəli də onlarla birlikdə polis şöbəsinə getmək istədiyini bildirmiş, onlar da Təqsirləndirilən şəxs və Şahid2 polis şöbəsinə gətirərək növbətçi hissəyə təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində bildirmişdir ki, 10 fevral 2024-cü il tarixdə saat 23:40 radələrində Şirvan şəhəri, 1 May küçəsində Şirvan ŞPŞ-nin PPXB-nın polis nəfəri Şahid5 ilə xidmətdə olduğu ərəfədə xidmətin davamlılığı Şirvan ŞPŞ-nin İB-nin rəisi Əlihüseyn Tağızadə tərəfindən yoxlanan zaman 2 nəfər şəxsin ucadan nalayiq söyüşlər söyməsini görmüş, bundan sonra o yanında olan digər polis əməkdaşları ilə birlikdə həmin şəxslərə yaxınlaşmış, sonradan adı onlara məlum olan Gülağa adlı şəxsə nalayiq söyüşlər söyməməsi və səs-küy salmaması barədə irad bildirsələr də, Gülağa onların iradlarına məhəl qoymamış, həmin vaxt “Real” marketin qarşısına həmin marketin mühafizəçisi olduğunu bildirdiyi Kamal adlı şəxs gəlmiş və Gülağanın bir qədər əvvəl yumruqla marketin alkapon və reklam üzlüklərini sındırdığını bildirmiş, onlar Gülağadan bu barədə soruşduqda Gülağa spirtli içki qəbul etdiyini, sərxoş vəziyyətdə olduğu üçün əsəbiləşdiyini və “Real” marketin alkapon və reklam üzlüklərini sındırdığını demiş və söyüşlər söyməyə, qışqırmağa davam etmiş, bundan sonra onlar Gülağanı polis şöbəsinə dəvət etmiş, həmin vaxt Gülağanın yanında olan Orucəli də onlarla birlikdə polis şöbəsinə getmək istədiyini bildirmiş, onlar da Təqsirləndirilən şəxs və Şahid2 polis şöbəsinə gətirərək növbətçi hissəyə təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid5 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində bildirmişdir ki, 10 fevral 2024-cü il tarixdə saat 23:40 radələrində Şirvan şəhəri, 1 May küçəsində Şirvan ŞPŞ-nin PPXB-nın polis nəfəri Əmrah İslamov ilə xidmətdə olduğu ərəfədə xidmətin davamlılığı Şirvan ŞPŞ-nin İB-nin rəisi Əlihüseyn Tağızadə tərəfindən yoxlanan zaman 2 nəfər şəxsin ucadan nalayiq söyüşlər söyməsini görmüş, bundan sonra o yanında olan digər polis əməkdaşları ilə birlikdə həmin şəxslərə yaxınlaşmış, sonradan adı onlara məlum olan Gülağa adlı şəxsə nalayiq söyüşlər söyməməsi və səsküy salmaması barədə irad bildirsələr də, Gülağa onların iradlarına məhəl qoymamış, həmin vaxt “Real” marketin qarşısına həmin marketin mühafizəçisi olduğunu bildirdiyi Kamal adlı şəxs gəlmiş və Gülağanın bir qədər əvvəl yumruqla marketin alkapon və reklam üzlüklərini sındırdığını bildirmiş, onlar Gülağadan bu barədə soruşduqda Gülağa spirtli içki qəbul etdiyini, sərxoş vəziyyətdə olduğu üçün əsəbiləşdiyini və “Real” marketin alkapon və reklam üzlüklərini sındırdığını demiş və söyüşlər söyməyə, qışqırmağa davam etmiş, bundan sonra onlar Gülağanı polis şöbəsinə dəvət etmiş, həmin vaxt Gülağanın yanında olan Orucəli də onlarla birlikdə polis şöbəsinə getmək istədiyini bildirmiş, onlar da Təqsirləndirilən şəxs və Şahid2 polis şöbəsinə gətirərək növbətçi hissəyə təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: xx.xx.2024-cü il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şirvan şəhəri, 1 May küçəsində yerləşən “Real market” kafesində hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisənin baş vermə yerinin ictimai yer olması, habelə Zərərçəkmiş şəxs məxsus “Real market” adlı ərzaq mağazasının 5 ədəd çöl alkapon və 2 çöl reklam üzlüklərini sındırılması öz təsdiqini tapmışdır. xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11.00-da Şirvan şəhər Polis Şöbəsində vəkilin iştirakı ilə tutulmuşdur. xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” qərardan görünür ki, ********* sylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli 08893 saylı protokollaşdırma sənədindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolun miqdarı 0,594 % müəyyən edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X5 xx.xx.2024-cü il tarixli 18-1-35/2-324/2024 saylı məktubundan görünür ki, “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X6 həkim-narkoloqun olmaması səbəbi ilə xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Polis Şöbəsində sərxoşluq müayinəsindən keçirilmiş vətəndaş Təqsirləndirilən şəxs olmuş alkoqolun (0,495%) miqdarının sərxoşluğun hansı dərəcəsinə aid olması barədə məlumat verə bilmirlər. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan olunması barədə” qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli “cinayət təqibi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək dayandırılmışdır. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhərində olduğu üçün çağırışlara gələ bilmədiyini , hal-hazırda istintaq hərəkətlərində iştirak edə biləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X5 xx.xx.2023-cü il tarixli 18-1-35/2-474/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X5 poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömərli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2024-cü il tarixli 2031 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömərli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2024-cü il tarixli 132 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslə barışmasını, ona dəymiş maddi ziyanın tam olaraq ödənilməsini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir . Xuliqanlığın əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından,eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında ,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı,həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi,habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun,hədənin tətbiq edilməsi,əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir.Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir,bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək,qalmaqal salmağa cəhd edən ayrıayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdə saat 23:40 radələrində, sərxoş vəziyyətdə, ictimai yer hesab edilən Şirvan şəhəri, 1 May küçəsində ictimai qaydanı kobud surətdə pozaraq səs-küy salıb heç bir əsaslı səbəb olmadan ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış və birgə yaşayış qaydalarına qarşı etinasızlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ətrafda olan çox sayda insanların gözü qarşısında ucadan ünvansız nalayiq söyüşlər söyərək Zərərçəkmiş şəxs əmlakının zədələnməsi ilə müşayiət olunan hərəkətlər etməklə, özünün şəxsiyyətini başqa şəxsin fövqində qoyaraq, Zərərçəkmiş şəxs məxsus həmin küçədə yerləşən “Real market” adlı ərzaq mağazasının 5 ədəd çöl alkapon və 2 ədəd çöl reklam üzlüklərini bir neçə dəfə qəsdən yumruqla vurub sındıraraq Zərərçəkmiş şəxs ümumilikdə 500 (beş yüz) manat maddi ziyan vurmaqla özgənin əmlakının zədələnməsi ilə müşaiyət edilən ictimai qaydanın ümumilikdə 10 dəqiqə müddət ərzində pozulmasına səbəb olan qərəzli hərəkətlərə yol verməklə xuliqanlıq etmişdir. Törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin qəsdən törədilməsini, törədilən əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlama müddəti nəzərə alınmaqla və azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,yaşadığı Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 351- 353,384-cü maddələrini rəhbər tutub, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) ay müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 11 fevral 2024-cü il tarixdən, 12 fevral 2024-cü il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar