Məhkəmə qərarları › İş №1(032)-95/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-95/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-95/2023 15.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:15-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2000-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs 1750 manat nağd şəkildə, sonradan isə 7750 manat ödəyəcəyi halda Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «MİDA» şirkəti tərəfindən tikilən sosial evlərdən birini alacağı barədə yalan vədlər verib, Zərərçəkmiş şəxs aldadaraq, bu məqsədlə sonuncudan 20 dekabr 2022-ci il tarixdə Şirvan şəhəri, Xəqani küçəsində yerləşən «Neptun» supermarketində quraşdırılmış “Emanat” elektron ödəmə sistemi vasitəsi ilə özünə məxsus 5261-6333-3308-3575 nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərilmiş 1750 manat pulu alıb, verdiyi vədə əməl etməyərək, etibardan suiistifadə etmə və ya aldatma yolu ilə Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etdi.Çıxışında əməlindən peşman olmasının və ziyanı ödəməsinin nəzərə alınmasını xahiş etdi. İbtidai istintaq zamanı isə təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Odlar Yurdu universitenin turizm ixtisası üzrə 4cü kurs tələbəsidir. 2022-ci ilin dekabr ayında o, Bakı şəhərində olan tanışı Rzanın vasitəsilə mobil telefon vasitəsilə Sənan adlı şəxs ilə tanış olmuşdur. Sənanın üzünü görməmiş, onunla mobil telefon vasitəsilə danışmışdır. Sənan ona Bakı şəhəri Yasamal rayonu “MİDA” şirkəti tərəfindən tikilən sosial evlərdən almaq istədiyini bildirmişdir. O da Sənana köməklik edə biləcəyini demişdir. Sənana ilkin olaraq 1750 manat nağd pul verəcəyini, sonradan isə 7750 manat verəcəyini demişdir. Sənan da onunla razılaşmışdır. 2022-ci il dekabrın 20-də Sənana mobil telefon vasitəsilə zəng edərək özünə məxsus olan **********083575 saylı "xxxx" hesabına 1750 manat pul köçürtməsini demiş, Sənan da onunla razılaşaraq köçürəcəyini bildirmişdir. Təxminən 15 dəqiqə sonra Sənan ona mobil telefon vasitəsilə zəng edərək köçürtdüyünü bildirmiş, o da özünə məxsus olan mobil telefonda olan proqrama daxil olaraq 1750 manat pulun köçürüldüyünü görmüşdür. Sənan mobil telefon vasitəsilə ona zəng edərək işin nə yerdə olduğunu soruşmuş, o da yalan vəd verərək həll olunacağını demişdir. Sonra pula ehtiyacı olduğu üçün Sənanın köçürtdüyü 1750 manat pulu öz şəxsi məsrəfləri üçün xərcləmişdir. Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində “MİDA” şirkəti tərəfindən tikilən sosial evlərdən birini alacağı adı ilə 1750 manat pul aldığını etiraf etmişdir. Etdiyi səhvi başa düşür və əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonunda “MİDA” şirkətinin tikdiyi sosial evlər ucuz qiymətə satıldığı üçün oradan ev almaq qərarına gəlmiş, xx.xx.2022-ci il tarixdə oğlu Xəyal ona zəng vuraraq bildirmişdir ki, tələbə yoldaşı Fətəli Soltanovun iş yoldaşı X4 Soltanovla birlikdə hərbi hissələrin birində hərbiçi işləyirlər. Rza Seyidov söhbət əsnasında iş yoldaşı Fətəli Soltanova bildirmişdir ki, Bakı şəhərindən sosial ev almaq istəyən olsa Mahir adlı dostu ucuz qiymətə sosial evlər satır. Hətta Rza söhbət əsnasında bildirmişdir ki, Mahir onun üçündə Bakı şəhərindən sosial ev almışdır. X5 Soltanova zəng vuraraq Rza Seyidovun mobil nömrəsini almış və o, bundan sonra Rza Seyidovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq Rza ilə bu mövzuda söhbət etmişdir. Rza Seyidovla danışarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs ona və tanışlarına Bakı şəhərindən sosial evlər almışdır. Bundan sonra X3 Rəsulovun mobil nömrəsini istəmiş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə dəfələrlə zəng vurmağına baxmayaraq telefona cavab verən olmamışdır. Təxminən bir saat sonra qeyd olunan nömrədən ona zəng gəlmiş, danışanın Mahir olduğunu demiş, o da Mahirə bildirmişdir ki, «sizin nömrənizi bizə dostun Rza Seyidov vermişdir, biz sosial ev almaq istəyirik». Mahirlə bu barədə söhbət etdikdən sonra Mahir ona bildirmişdir ki, sosial ev almaq üçün ilkin olaraq 1750 manat pul ödənməlidir, evin qalan pulunu isə sənədlər hazır olandan sonra ödəniləcək. O, Mahirlə razılaşaraq istədiyi 1750 manat pulu harada və kimə verəcəyini soruşmu, Təqsirləndirilən şəxs bildirmişdir ki, kart hesabı göndərəcək və həmin kart hesabına köçürülməlidir. O, Mahirlə razılaşmış və Mahir ona özünə məxsus Rabitə Bank kart hesabı olan 5261-6333-3308-3575 saylı kart nömrəsi göndərmişdir. O, həmin gün Mahirin ona göndərdiyi kart hesabına Şirvan şəhəri Xəqani küçəsində yerləşən “Neptun” marketdə quraşdırılmış “Emanat” terminal vasitəsi ilə 1750 manat pul göndərmişdir. Bundan sonra Mahirlə mütəmadi danışarkən Mahir ona narahat olmamasını, yaxın günlərdə evin sənədlərinin hazır olacağını bildirmişdir. Mahir ona pul göndərdiyi vaxt bildirmişdir ki, ən geci 10 günün içində həll olunacaq. Lakin həmin vaxtdan bir ay keçməsinə baxmayaraq Mahir ona nə sosial ev almış, nədə ki, pulunu qaytarmışdır. Hər dəfə Mahirə zəng vuranda müxtəlif bəhanələr gətirərək yalan vədlər vermişdir. Aldandığını başa düşərək xx.xx.2023-cü il tarixdə Şirvan şəhər Polis Şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək dəymiş ziyanın tam şəkildə ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını bildirdi. Şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində də Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları bir daha təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. (i.v 77-80) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: «Sabirabad rayonu mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 03 aprel 2023-cü il tarixli, 3-13-111/2-7952/2023 nömrəli məktubunda göstərilmişdir ki, Rəsulov X1 RMX-nın əsəb-ruhi və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v.178) Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Astara RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq aparılmış və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CMP-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində Nərimanov RPİ-də Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılmış cinayət işi baxılması üçün xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir.( i.v. 50-51) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Əsədov X2 şəhər Polis şöbəsinə ərizə ilə müraciət edərək dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir.(i.v.175) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-c maddəsi etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə törədildikdə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətdə islah işləri və ya iki ilədək müddətdə azadlığın məhdudlaşdırlması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs vurulmuş ziyanı ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi əməldən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, həmçinin əvvəllər də eyni xarakterli əməl ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilərək barəsində CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsini şəxsiyyətini xarakterizə edən hal kimi diqqətdən qaçırmır və onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Cinayət işi üzrə maddi sübutlar, mülki iddia və məhkəmə xərcləri yoxdur. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar