Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-96/2023 13.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, saat 10:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X3 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs X4, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X8 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxx 1999-cu il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, X4 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X9 özgənin əmlakını ələ keçirmək məqsədi ilə 14 oktyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Neptun” marketin çöl hissəsinə quraşdırılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bankomatın yanında olarkən həmin vaxt bankomatdan özünə məxsus identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən 6768-6753-0138-8235 nömrəli bank kartından təqaüdünü çıxartmaq istəyən Zərərçəkmiş şəxs1 bank kartından pulun çıxarılmasında köməklik göstərilməsi ilə bağlı müraciətindən sonra bank kartını bankomata salıb, identifikasiya nömrəsini sonuncudan öyrənməklə bankomata daxil edərək, bank kartından 360 (üç yüz altımış) manat pulun çıxarılması ilə bağlı əməliyyat apararaq, bank kartının puldan əvvəl çıxması səbəbindən həmin bank kartını Zərərçəkmiş şəxs1 qaytarmaqla yalandan bank kartında pul olmamasını bildirib, sonuncunun bankomatdan uzaqlaşmasından istifadə edərək, bankomatdan çıxan 360 manat pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 15 noyabr 2022-ci il tarixdə saat 11 radələrində ünvan 3 ünvanda yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şirvan şəhər filialının inzibati binasının yaxınlığında quraşdırılmış ASC-yə məxsus bankomatın yanında olarkən həmin vaxt bankomatdan özünə məxsus identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən 6768-6753-8227- 9220 nömrəli bank kartından təqaüdünü çıxartmaq istəyən X3 bank kartından pulun çıxarılmasında köməklik göstərilməsi ilə bağlı müraciətindən sonra bank kartını bankomata salıb, identifikasiya nömrəsini sonuncudan öyrənməklə bankomata daxil edərək, bank kartından 269 (iki yüz altmış doqquz) manat pulun çıxarılması ilə bağlı əməliyyat aparıb, bank kartının puldan əvvəl çıxması səbəbindən həmin bank kartını Şükufə Paşayevaya qaytarmaqla yalandan bank kartında pul olmamasını bildirib, sonuncunun bankomatdan uzaqlaşmasından istifadə edərək, bankomatdan çıxan 269 manat pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs X6 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 25 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Şirvan” ticarət mərkəzinin çöl hissəsində qoyulmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olan bankomatın yanında olarkən həmin vaxt bankomatdan özünə məxsus identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən 4169-7416-1719- 5274 nömrəli bank kartından təqaüdünü çıxartmaq istəyən Zərərçəkmiş şəxs3 bank kartından pulun çıxarılmasında köməklik göstərilməsi ilə bağlı müraciətindən sonra bank kartını bankomata daxil edərək, identifikasiya nömrəsini sonuncudan öyrənməklə bankomata daxil edib, Zərərçəkmiş şəxs3 hesabından ümumilikdə 180 (bir yüz səksən) manat pulu onlayn köçürmə edib, gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurub oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X9 ilkin ifadəsində ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək bildirdi ki, nənəsi 14 oktyabr 2022-ci il tarixdə təqaüd kartını ona kartdan pul çıxarıb pulu ona verməsi üçün vermişdir. Nənəsinin təqaüd kartını alıb Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Neptun” marketin qarşısında olan bankomata getmişdir. Nənəsinə məxsus olan təqaüd kartı vasitəsilə 268 manat pulu bankomatdan çıxarmış, həmin vaxt bankomatın yaxınlığında olan adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 ona öz kartını vərərək kart hesabından pul çıxara bilmədiyini deyib kartdan pulu çıxarıb verməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 kartı almış, həmin kartı bankomata daxil etmişdir. Zərərçəkmiş şəxs1 kartın kodunu soruşmuş, kart hesabına daxil olmuşdur. Həmin kart hesabından 360 manat pul olmuşdur. Həmin pulu bankomatdan çıxarıb Zərərçəkmiş şəxs1 vermiş, sonra həmin ərazidən getmişdir. "xxxx" ASC-dən daxil olmuş diskdə olan şəkillər ona məxsusdur. Zərərçəkmiş şəxs1 kart hesabından 360 manat pulu çıxarmışdır. Oğurluq hadisəsi törətməmişdir. Şüküfə Paşayevanı tanımır, 15 noyabr 2022-ci il tarixdə X13 küçəsi ərazisində ümumiyyətlə olmamış, işdə olmuşdur. Şüküfə Paşayevanın onun barəsində dedikləri yalandır. "xxxx" ASC-dən daxil olmuş diskdə olan görüntüdə şəxsin kimliyi aşkar görünmür və həmin şəxs o, deyildir. Həmin tarixdə bankomatdan pul çıxarmamışdır. X11 ŞPŞ-nin müvəqqəti saxlama yerində tək təqdim olunmuş, sonuncu da onun üzünə baxıb bildirmişdir ki, kartı ona vermişdir. Zərərçəkmiş şəxs3 tanımır. 25 noyabr 2022-ci il tarixdə Şirvan ticarət mərkəzində (təzə bazar) adlı ərazidə olmamışdır. Həmin gün Şirvan şəhərində yerləşən “Yeganə” şadlıq sarayında işdə olmuşdur. Həmin gün toy olmuş, ofisiant kimi vətəndaşlara qulluq etmişdir. Zərərçəkmiş şəxs3 Şirvan ŞPŞ-nin müvəqqəti saxlama yerində tək təqdim olunmuşdur. Səbirə də onun üzünə baxıb bildirmişdir ki, kartından pul çıxaran şəxs odur. Məhkəmə istintaqının sonunda isə X9 törətdiyi cinayətləri etiraf edərək cinayət məsuliyyətindən qorxduğu üçün məhkəmədə verdiyi ilkin ifadəsində həqiqəti söyləmədiyini, 14 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 təqaüd kartından 360 manat pulu, 15 noyabr 2022-ci il tarixdə X3 bank kartından 269 manat pulunu, 25 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 bank kartından 180 manat pulu gizli çıxarıb oğurlamaqla ərazidən uzaqlaşdığını bildirdi. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan tam həcmdə ödənilməklə onlarla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, vurulmuş maddi ziyanın tam həcmdə ödənilməsi, ona qarşı tələb və ya şikayətin olmaması nəzərə alınmaqla məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş, özünün, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, onun "xxxx" ASC-nə aid təqaüd kartı vardır. 13 oktyabr 2022-ci il tarixdə təqaüd kartına 362,37 manat pul köçmüşdür. O, kartından pul çıxartmaq üçün 14 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Neptun” marketin qarşısında olan bankomata getmişdir. Bankomatdan istifadə qaydalarını bilmədiyi üçün kartını bankomatın yaxınlığında olan bir nəfər tanımadığı kişi cinsli şəxsə vermişdir. Həmin şəxsdən kart hesabından pul çıxartmasını xahiş etmişdir. Həmin şəxs kartı ondan alıb bankomata daxil etmiş və ondan kartın şifrəsini alıb bankomatda əməliyyat aparmışdır. Sonra onun kartını geri qaytarmış və bildirmişdir ki, kartı bloka düşmüşdür. O, həmin şəxsdən kartını alıb "xxxx" ASC-nin Şirvan şəhər filialına gəlmişdir. Bankın əməkdaşlarına bildirmişdir ki, onun kartı bloka düşmüşdür. "xxxx" ASCnin əməkdaşları ona bildirmişdir ki, kartından 14 oktyabr 2022-ci il tarixdə, saat 13 radələrində 360 manat pul çıxarılmışdır. O, "xxxx" ASC-dən kart hesabından çıxarış almışdır. Şirvan ŞPŞ-nə ərizə ilə müraciət etmişdir. X1 olduğunu bildiyi həmin şəxs onun kart hesabından 360 manat pul oğurlamışdır. Oğurluq nəticəsində ona 360 manat maddi ziyan dəymişdir. O, həmin şəxsə kartını vermişdir. Həmin şəxs kartı bankomata daxil etmiş, həmin şəxsin kartdan pul çıxartmasını görməmiş, çünki həmin şəxs ona bank kartını verdikdə kartının bloklandığını demiş, o da dərhal "xxxx" ASC-nə getmişdir. Oğurluq nəticəsində ona 360 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, onun "xxxx" ASC-nə məxsus olan 6768-6753-8227-9220 nömrəli plastik kartı vardır. O, həmin kart ilə təqaüdünü alır. 15 noyabr 2022-ci il tarixdə təqaüdünü almaq üçün "xxxx" ASC-nin Şirvan şəhəri, X13 küçəsində yerləşən bankomatına getmişdir. Bankomatdan istifadə qaydalarını bilmədiyi üçün kartını bankomatın yaxınlığında olan tanımadığı kişi cinsli şəxsə vermişdir. Həmin şəxsdən xahiş etmişdir ki, onun kart hesabında olan pulu çıxardıb ona versin. Həmin şəxs ondan kartını almışdır. Kartı bankomata daxil etmişdir. Ondan kartının şifrəsini soruşmuşdur. O, həmin şəxsə kartının şifrəsini bildirmişdir. Həmin şəxs kartı ilə əməliyyat aparmışdır. Sonra kartını geri qaytarmışdır. Ona bildirmişdir ki, kart hesabında pul yoxdur. O, bundan sonra bankomatdan uzaqlaşmışdır. Sonra yaşadığı evə getmişdir. Təqaüd alan şəxslərdən pulun nə vaxt köçəcəyini maraqlanmışdır. Ona bildirmişlər ki, təqaüdlər köçmüşdür. O, bundan sonra "xxxx" ASC-nə yaxınlaşmışdır. "xxxx" ASC-nin işçisi ona bildirmişdir ki, kart hesabından 269 manat pul çıxarılmışdır. O, bundan sonra ərizə ilə Şirvan ŞPŞ-nə müraciət etmişdir. O, X1 olduğunu bildiyi şəxsə kartını vermişdir. Həmin şəxs kartı bankomata daxil etmişdir. Həmin şəxsin kartdan pul çıxartmasını görməmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 269 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, 2022-ci ilin mart ayından təqaüd alır. Təqaüdü hər ayın 20-si köçür. 24 noyabr 2022-ci il tarixdə onun təqaüd kartına 180 manat pul köçmüşdür. 25 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində əri Afətlə Şirvan şəhərində yerləşən “Elit” ticarət mərkəzinin içərisində yerləşən "xxxx" ASC-nə məxsus olan bankomata yaxınlaşmışlar. O və əri bankomatdan pul çıxarda bilmədikləri üçün kartı bankomatın yaxınlığında dayanan bir nəfər şəxsə vermişlər. X1 olduğunu bildiyi həmin şəxs kartı bankomata daxil etmiş və o, həmin şəxsə şifrəni dedikdən sonra bankomatda əməliyyat aparıb, kartı çıxarıb ona uzadaraq bildirmişdir ki, kartda pul yoxdur. O, həmin şəxsə bildirmişdir ki, onun təqaüd kartına 24 noyabr 2022-ci il tarixdə 180 manat pul köçmüşdür. Lakin həmin şəxs ona bildirmişdir ki, təqaüd kartında pul yoxdur. Sonra o, əri ilə birlikdə yaşadıqları evə getmişlər. O, həmin gün "xxxx" ASC-nin Şirvan şəhərində yerləşən filialına getmişdir. Oradan ona bildirmişlər ki, kart hesabından 25 noyabr 2022-ci il tarixdə 180 manat pul onlayn qaydada köçürülmüşdür. O, başa düşmüşdür ki, həmin şəxs kartından istifadə edib onlayn qaydada harasa pul köçürmüşdür. Oğurluq nəticəsində ona ümumilikdə 180 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İB-nin müstəntiqi, polis kapitanı X5 icraatına qəbul edilmişdir; xx.xx.2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, iş üzrə istintaq ********* nömrəsi ilə davam etdirilmişdir; xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İB-nin müstəntiqi, polis kapitanı X5 icraatına qəbul edilmişdir; xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, X9 xx.xx.2022-ci il tarixdə, 23:30-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərədə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; xx.xx.2022-ci il tarixli materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 şikayət ərizəsi əsasında toplanmış material üzrə araşdırmanın davam etdirilməsi üçün toplanmış material Şirvan ŞPŞ-nin İB-nə göndərilmişdir; xx.xx.2022-ci il tarixli materialın cinayət işinə birləşdirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış HK-1/2880 nömrəli material Cavidan Məlikov barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3l-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq davam etdirilmişdir; xx.xx.2022-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X4 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsindən, həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir; xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tövsif təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(032)-385/2022 saylı qərarının surətindən görünür ki, X9 haqqında həbs qətimkan tədbiri seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır; xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarın surətindən görünür ki, X4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İB-nin müstəntiqi, polis kapitanı X5 icraatına qəbul edilmişdir; xx.xx.2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, iş üzrə istintaq ********* nömrəsi ilə davam etdirilmişdir; Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(032)-81/2023 saylı qərarının surətindən görünür ki, X4 həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətinə, yəni 28 aprel 2023-cü il tarixədək uzadılmışdır; xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarın surətindən görünür ki, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(032)-159/2023 saylı qərarının surətindən görünür ki, X4 həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətinə, yəni 18 may 2023-cü il tarixədək uzadılmışdır; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən alınmış tələbnamədən görünür ki, X9 əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 33 nömrəli xasiyyətnamədə X9 barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X3 və Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdikləri və cinayət işinin materiallarına əlavə edilmiş ərizələrindən görünür ki, onlara vurulmuş maddi ziyan tam həcmdə ödənilmiş, təqsirləndirilən şəxslə barışmışlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən X4 törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X4 yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. İş üzrə X4 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həmin Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, təqsirləndirilən şəxs X4 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, X4 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, X4 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X9 ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X9 barəsində cəza təyin edərəkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X4 barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmasını nəzərə alaraq hesab edir ki, barəsində həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs X4 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə dəymiş ziyanın zərərçəkmiş şəxslərə ödənilməsi nəzərə alınmalıdır. Cinayət işinə əlavə edilmiş iki ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq hökm etdi: X9 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 07 ay 14 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 01 il 02 ay 28 gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X4 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. X4 üzərində nəzarətin həyata keçirilməsi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X4 barəsində həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin, hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə dəymiş ziyanın zərərçəkmiş şəxslərə ödənilməsi nəzərə alınsın. Cinayət işinə əlavə edilmiş iki ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsinin vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-96/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-96/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver