Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-96/2025 19.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 13:02-də Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs - Zərərçəkmiş şəxs nümayəndəsi X7, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1998-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay , orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə “ev dustaqlığı ” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci və 221.2.2-ci maddələri ilə, xx.xx.1992-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə “həbs ” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs2 05 aprel 2025-ci il tarixdə saat 23:20 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən «Yeganə» şadlıq evinin həyətyanı sahəsində qardaşı Təqsirləndirilən şəxs1 ilə ucadan nalayiq ifadələr işlətməklə mübahisə edərkən ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən Zərərçəkmiş şəxs Post-patrul Xidməti bölüyünün polis nəfərləri Şahid1 və Şahid2 mübahisəni dayandırmaq və nalayiq ifadələr işlətməməklə nizam-intizama riayət etmək ilə bağlı qanuni tələblərinə məhəl qoymayıb, Təqsirləndirilən şəxs1lə bir qrup şəxs halında ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Şahid1, Şahid2 və hadisə yerinə gəlmiş digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib, qrup üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs Post-patrul Xidməti bölüyünə təhkim olunmuş “X33” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısının şüşəsinə qəsdən yumruqla zərbə endirib, şüşəni sındırdıqdan sonra, polis əməkdaşları tərəfindən ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs inzibati binasına gətirildikdə öz cinayətkar əməllərini davam etdirib, polis şöbəsinin inzibati binasında səs-küy salmaqla Növbətçi hissənin yanındakı divara bərkidilmiş şüşə lövhəyə qəsdən yumruqla vurub, lövhənin şüşəsini sındırıb məhv etməklə zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə ümumilikdə 400 manat məbləğində maddi ziyan vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1 05 aprel 2025-ci il tarixdə saat 23:20 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən «Yeganə» şadlıq evinin həyətyanı sahəsində qardaşı Təqsirləndirilən şəxs2 ilə ucadan nalayiq ifadələr işlətməklə mübahisə edərkən ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab edilən Zərərçəkmiş şəxs Post-patrul Xidməti bölüyünün polis nəfərləri Şahid1 və Şahid2 mübahisəni dayandırmaq və nalayiq ifadələr işlətməməklə nizam-intizama riayət etmək ilə bağlı qanuni tələblərinə məhəl qoymayıb, Təqsirləndirilən şəxs2lə bir qrup şəxs halında ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Şahid1, Şahid2 və hadisə yerinə gəlmiş digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib, yumruqla Zərərçəkmiş şəxs Post-patrul Xidməti bölüyünə təhkim olunmuş “X33” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısının şüşəsinə qəsdən yumruqla zərbə endirib, şüşəni sındırdıqdan sonra, polis əməkdaşları tərəfindən ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs inzibati binasına gətirildikdə öz cinayətkar əməllərini davam etdirib, polis şöbəsinin inzibati binasında səs-küy salmaqla qrup üzvü Təqsirləndirilən şəxs2 Növbətçi hissənin yanındakı divara bərkidilmiş şüşə lövhəyə qəsdən yumruqla vurub, lövhənin şüşəsini sındırıb məhv etməklə zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə ümumilikdə 400 manat məbləğində maddi ziyan vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, 05 aprel 2025-ci il tarixdə saat 16 radələrində qohumu İsgəndərin övladına Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayında etdiyi toy məclisinə ailəvi toya getmişlər. Toyda o və qardaşı Təqsirləndirilən şəxs1 spirtli içki qəbul etmişlər. Həmin gün saat 23 radələrində o, evə getmək üçün şadlıq sarayının həyətinə düşmüş, qardaşı Təqsirləndirilən şəxs1 Şirvan ŞPŞ-nin PPXBnin əməkdaşları ilə söhbət etdiyini görmüş, onlara yaxınalaşaraq polis əməkdaşından nə olmasını soruşduqda, polis əməkdaşı ona nalayiq ifadə işlədərək oradan uzaqlaşmasını bildirmişdir. O polis əməkdaşından niyə ona qarşı nalayiq ifadə işlətdiyini soruşmuş, bundan sonra polis əməkdaşı onun gözünə gözyaşardıcı qaz vurmuş və onu PPXB-nin avtomobilinə aparmışlar. O qardaşı Təqsirləndirilən şəxs1 də PPXB-nin avtomobilində yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Qardaşı polis əməkdaşlarına bildirmişdir ki, avtomobilin qapsını açsınlar, lakin polis əməkdaşları qapını açmamış, qardaşının qolu PPXB-nin avtomobilin şüşəsinə dəymiş, avtomobilin qapısının şüşəsi sınmışdır. Sonra polis əməkdaşları onları Şirvan ŞPŞ-nin inzibati binasına gətirmişlər, orada olarkən o polis əməkdaşları tərəfindən döyülmüş, polis əməkdaşları dəyənək ilə qardaşını və onu vurmuşlar. O, sol qabırğa nahiyəsindən xəsarət almışdır. Polis əməkdaşı onu dəyənək ilə vuran zaman o, dəyənək zərbəsindən yayınmaq istəyən zaman dəyənək lövhəyə dəymiş və nəticədə lövhə sınmışdır. Lövhə onun tərəfindən sındırılmamışdır. O, polis əməkdaşlarına qarşı müqavimət göstərməmiş, heç bir xuliqanlıq hərəkəti etməmişdir. Zərərçəkmiş şəxsnə dəymiş ziyan məbləği kimi istintaq zamanı müəyyən edilmiş 400 manat pulu ödəmişlər. Məhkəmədən özünün barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ilkin ifadəsində göstərmişdir ki, 05 aprel 2025-ci il tarixdə saat 16 radələrində qohumu İsgəndər övladına Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayında toy etmişdir. Onlar ailəvi toya getmişlər. Toyda o, qardaşı Təqsirləndirilən şəxs1 ilə eyni masada əyləşmişlər. O və qardaşı spirtli içki qəbul etmişlər. 05 aprel 2025-ci il tarixdə saat 23 radələrində o, qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə şadlıq sarayının həyətinə çıxmışlar. Şadlıq sarayının həyətində uca səslə danışmağa və söyüş söyməyə başlamışlar. Həmin vaxt ətrafda xeyli insan vardır. Bir müddət sonra polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları onlara bildirmişdir ki, şadlıq sarayın qarşısında mübahisə etmək olmaz. Polis əməkdaşları onları nizam-intizama dəvət etmişlər. O və qardaşı polis əməkdaşları ilə kobud formada danışmışlar. Onlara müqavimət göstərmişlər. Polis əməkdaşları qardaşı və onu xidməti avtomobillərinə əyləşdirən zaman qardaşı PPXB-nin avtomobilin şüşəsini sındırmışdır. Polis əməkdaşları onları Şirvan ŞPŞ-nə gətirmişdir. Şirvan ŞPŞ-nin inzibati binasında avtomobildən düşdükdən sonra o və qardaşı yenidən səs-küy salmağa başlamışlar. O, polis şöbəsində olan şüşə lövhəni sındırmışdır. Hazırda etdiyi əməldən peşmandır. Hadisə zamanı ağır dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, hadisə 05 aprel 2025-ci il tarixdə saat 23 radələrində Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayın həyətində olmuşdur. Hadisə zamanı qardaşı Təqsirləndirilən şəxs1 Şirvan ŞPŞ-nin PPXB-nin avtomobilin şüşəsini sındırmışdır. Sonra polis əməkdaşları onları Şirvan ŞPŞ-nə gətirmişdir. Şirvan ŞPŞ-nin inzibati binasında o da şüşə lövhəni sındırmışdır. Şirvan ŞPŞnin PPXB-nin əməkdaşları onu və qardaşını sakitləşdirmək istəmişdir. Onlar isə polis əməkdaşlarının tələblərinə məhəl qoymamışlar. Onları Şirvan ŞPŞ-nə dəvət etmişlər. Onlar isə getməkdən imtina etmişlər. Polis əməkdaşları qardaşı və onu avtomobilə əyləşdirən zaman qardaşı polis əməkdaşlarına məxsus olan avtomobilin şüşəsini yumruqla vuraraq sındırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, 05 aprel 2025-ci il tarixdə saat 16 radələrində qohumu İsgəndər övladına Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayında toy etmiş, onlar həmin toyda ailəvi iştirak etmişlər. Toyda o və qardaşı sipirtli içki qəbul etmişlər. Həmin gün saat 23 radələrində evə getmək üçün şadlıq sarayının həyətinə düşmüş, şadlıq sarayının həyətində səs-küy olduğunu və Şirvan ŞPŞ-nin PPXB-nin əməkdaşları xidməti avtomobil ilə dayandığını görmüş, o polis əməkdaşlarına yaxınlaşaraq nə baş verməsini soruşmuş, bu zaman polis əməkdaşları onun qolundan tutmuş, onu PPXB-nin avtomobilinə tərəf aparmışlar. Bu zaman qardaşı Təqsirləndirilən şəxs2 Şirvan ŞPŞ-nin PPXB-nin əməkdaşlarına yaxınlaşmış, onlardan nə baş verdiyini soruşmuş, polis əməkdaşı söyüş söymüş, qardaşı Şirvan ŞPŞ-nin PPXB-nin əməkdaşlarına nə üçün söyüş söymələrini demişdir. Sonra onu polis əməkdaşları avtomobillərinə tərəf aparmış, getmək istəmədiyindən onun göz nahiyəsinə gözyaşardıcı qaz vurmuşlar. Ondan sonra onu yarıbükülü formada avtomobillərinə tərəf aparmış, avtomobilin arxa oturacağına yerə uzatmışlar. Bir müddət sonra qardaşını da avtomobilə gətirmişlər. Sonra avtomobilin qapsını bağlamışlar. Həmin vaxt özünü pis hiss etmiş, uzanmış vəziyyətdə ayaq nahiyəsi ilə polis əməkdaşlarının xidməti avtomobilinin qapsına təpik vurmuşdur ki, qapını açsınlar. Bu zaman polis əməkdaşların xidməti avtomobilinin şüşəsi sınmışdır. Onu və qardaşını Şirvan ŞPŞ-nin inzibati binasının qarşısına gətirmiş, onları şöbənin növbətçi hissəsin qarşısında saxlamış, polis əməkdaşı əlində olan dəyənəklə qardaşının üzərinə getmiş, qardaşının böyür hissəsinə bir dəfə dəyənəklə zərbə vurmuşdur. İkinci zərbəni vuranda dəyənək növbətçi hissəsin yaxınlığında olan şüşə lövhəyə dəymiş, şüşə sınmışdır. O, polis əməkdaşlarına qarşı müqavimət göstərməmiş, heç bir xuliqanlıq hərəkəti etməmişdir. Zərərçəkmiş şəxsnə dəymiş ziyan məbləği kimi istintaq zamanı müəyyən edilmiş 400 manat pulu ödəmişlər. Məhkəmədən özünün barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, ibtidai araşdırma zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ilkin ifadəsində göstərmişdir ki, 05 aprel 2025-ci il tarixdə saat 16 radələrində qohumu İsgəndər övladına Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayında toy etmişdir. Onlar ailəvi toya getmişlər. Toyda o, qardaşı Təqsirləndirilən şəxs2 ilə eyni masada əyləşmişlər. O və qardaşı spirtli içki qəbul etmişlər. 05 aprel 2025-ci il tarixdə saat 23 radələrində o, qardaşı Elmir Abdiyev ilə birlikdə şadlıq sarayının həyətinə çıxmışlar. Şadlıq sarayının həyətində uca səslə danışmağa və söyüş söyməyə başlamışlar. Həmin vaxt ətrafda xeyli insan vardır. Bir müddət sonra polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları onlara bildirmişdir ki, şadlıq sarayın qarşısında mübahisə etmək olmaz. Polis əməkdaşları onları nizam-intizama dəvət etmişlər. O və qardaşı polis əməkdaşları ilə kobud formada danışmışlar. Onlara müqavimət göstərmişlər. Polis əməkdaşları qardaşı və onu xidməti avtomobillərinə əyləşdirən zaman o, PPXB-nin avtomobilin şüşəsinə yumruq ilə vurmuşdur. Avtomobilin şüşəsi sınmışdır. Polis əməkdaşları onları Şirvan ŞPŞ-nə gətirmişdir. Şirvan ŞPŞ-nin inzibati binasında avtomobildən düşdükdən sonra o və qardaşı yenidən səs-küy salmağa başlamışlar. Qardaşı Emil polis şöbəsində olan şüşə lövhəni sındırmışdır. Hazırda etdiyi əməldən peşmandır. Hadisə zamanı ağır dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, hadisə 05 aprel 2025-ci il tarixdə saat 23 radələrində Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayın həyətində olmuşdur. Hadisə zamanı o, Şirvan ŞPŞ-nin PPXB-nin avtomobilin şüşəsini sındırmışdır. Sonra polis əməkdaşları onları Şirvan ŞPŞ-nə gətirmişdir. Şirvan ŞPŞ-nin inzibati binasında qardaşı Emil şüşə lövhəni sındırmışdır. Şirvan ŞPŞ-nin PPXB-nin əməkdaşları onu və qardaşını sakitləşdirmək istəmişdir. Onlar isə polis əməkdaşlarının tələblərinə məhəl qoymamışlar, onları Şirvan ŞPŞ-nə dəvət etmişlər. Onlar isə getməkdən imtina etmişlər. Polis əməkdaşları qardaşı və onu avtomobilə əyləşdirən zaman o, polis əməkdaşlarına məxsus olan avtomobilin şüşəsini yumruqla vuraraq sındırmışdır. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs nümayəndəsi X12 ifadəsində göstərmişdir ki, 05 aprel 2025ci il tarixdə Şirvan şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayının qarşsında ictimai asayışı və ictimai qaydanı pozduqları üçün Şirvan ŞPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən Şirvan ŞPŞ-nə dəvət edilmişlər. Onlar Şirvan ŞPŞ-nə gəlməkdən imtina etmişlər. Təqsirləndirilən şəxs1 Şirvan ŞPŞ-nin PPXB-nə təhkim edilmiş “X33” markalı avtomobilin şüşəsini qəsdən sındırmışdır. Sonra həmin şəxslər Şirvan ŞPŞ-nə gətirilmişdir. Şirvan ŞPŞ-də Təqsirləndirilən şəxs2 növbətçi hissənin yaxınlığında yerləşən şüşə lövhəyə qəsdən vuraraq sındırmışdır. Hal-hazırda təqsirləndirilən şəxslər tərəfindən dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxslər barəsində qanunamüvafiq qaydada ədalətli qərar qəbul edilməsini xahiş etdi . Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, Şirvan ŞPŞ-dən ona “X33” markalı “**-AP-***” dövlət qeydiyyat nişanlı avtomobil təhkim edilmişdir. 05 aprel 2025-ci il tarixdə saat 23:20 radələrində o, Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə Şirvan şəhəri, Heydər Əliyev prospektində xidmətdə olmuşlar. Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yeganə” adlı şadlıq sarayının həyətyani sahəsində adını sonradan bildikləri Samir Abdıyevin və Emil Abdıyevin sərxoş vəziyyətdə uca səslə danışaraq mübahisə etdiklərini görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşıb onları nizamintizama dəvət etmişlər. Həmin şəxslər isə onların ünvanlarına nəlayiq ifadələr işlətməyə başlamışlar. Onlarla polis şöbəsinə getməkdən imtina etmişlər. Bir müddət sonra həmin əraziyə Şirvan ŞPŞ-nin PPXB-nin manqa komandiri Şahid5, Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri Şahid4, Şirvan ŞPŞ-nin PPXB-nin manqa komandiri Şahid3, Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri Şahid6 gəlmişlər. X24 və Emil Abdıyevi nizam-intizama dəvət edərək onları qanunazidd hərəkətlərə son qoymağa dəvət etmişlər. Sərxoş vəziyyətdə olan Samir Abdıyev ona təhkim edilmiş “X33” markalı “**-AP-***” markalı avtomobilin arxa sol qapısının şüşəsinə yumruq ilə zərbə vurmuş, avtomobilin şüşəsi sınmışdır. Samir Abdıyevi və Emil Abdıyevi idarə etdikləri “X33” markalı “**-AP-***” dövlət qeydiyyat nişanlı avtomobilə çətinliklə əyləşdirərək həmin şəxsləri Şirvan ŞPŞ-nin inzibati binasına gətirmişlər. İnzibati binada həmin şəxslər yenidən səs-küy salaraq polis şöbəsinin iş rejimini pozmuşlar. Sərxoş vəziyyətdə olan X20 polis şöbəsinin inzibati binasının Növbətçi hissəsinin yaxınlığında olan şüşə lövhəyə yumruq ilə vurmuş, zərbədən həmin şüşə lövhə sınmışdır. X5 və X15 Şirvan ŞPŞ-nin Növbətçi hissəsinə təhvil vermişlər. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, X17 və X20 ona hər hansı bir xəsarət yetirməmişlər. Ona təhkim edilmiş “X33” markalı “**-AP-***” dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini X1. Şüşə lövhəni isə X2. Həmin şəxslər onun və Şirvan ŞPŞ-nin PPXB-nin əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs Post-patrul xidməti bölüyünün polis nəfərləri Şahid2, Şahid4 və Şahid6 Zərərçəkmiş şəxs Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Zərərçəkmiş şəxs Post-patrul xidməti bölüyünün polis nəfərləri Şahid5 və Şahid3 məhkəməyə gəlmədiyindən onların ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, onlar həmin ifadələrində şahid Zərərçəkmiş şəxs Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirimişdir. Videogörüntüdən görünür ki, “Yeganə” adlı şadlıq sarayının həyətində çoxlu sayda insanların olması, həmin əraziyə 2 ədəd xidməti avtomobildə Şirvan ŞPŞ-nin PPXB-nin əməkdaşlarının gəlməsi, Şirvan ŞPŞ-nin əməkdaşları xidməti avtomobildən düşüb bir qrup şəxsə yaxınlaşması, Şirvan ŞPŞ-nin PPXB-nin 3 nəfər polis əməkdaşı bir nəfər şəxsi çətinlikə Şirvan ŞPŞ-nin PPXB-nə təhkim edilmiş xidməti avtomobilə aparması, həmin avtomobilin ətrafına xeyli sayda insanların toplaşması, sonra bir qrup şəxsin avtomobilə tərəf qaçdığı və həmin əraziyə 3-ci PPXB-nin avtomobili gəlməsi görünür . Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: xx.xx.2025-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə 01 ədəd videofayıl vardır, həmin videofayıldakı video 6 dəqiqə 15 saniyə davam edir. Videoya baxış aparılan zaman Şirvan şəhəri, Heydər Əliyev prospketində yerləşən “Yeganə” adlı şadlıq sarayının həyətində çoxlu sayda insanların olması görünür. Həmin əraziyə 2 ədəd xidməti avtomobildə Şirvan ŞPŞ-nin PPXB-nin əməkdaşları gəlir. Şirvan ŞPŞ-nin əməkdaşları xidməti avtomobildən düşüb bir qrup şəxsə yaxınlaşır. Videonun 02:01-ci hissəsində görünür ki, Şirvan ŞPŞ-nin PPXBnin 3 nəfər polis əməkdaşı bir nəfər şəxsi çətinlikə Şirvan ŞPŞ-nin PPXB-nə təhkim edilmiş xidməti avtomobilə aparır. Həmin avtomobilin ətrafına xeyli sayda insanlar toplaşır. Sonra bir qurup şəxsin avtomobilə tərəf qaçdığı görünür. Videonun 04:39-cı saniyəsində görünür ki, həmin əraziyə 3-ci PPXB-nin avtomobili gəlir. Videonun 05:51-ci saniyəsində görünür ki, Şirvan ŞPŞ-nin PPXb-nin avtomobili şadlıq sarayın həyətindən çıxır. Videonun 06:10-cı saniyəsində görünür ki, hadisə yerinə Şirvan ŞPŞ-nin 4-ci xidməti avtomobili gəlir. xx.xx.2025-ci il tarixli 93004734 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokol”undan görünür ki, Təqsirləndirilən şəxs2 alkoqolun miqdarı 0,938 % müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli 93004734 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokol”undan görünür ki, Təqsirləndirilən şəxs1 alkoqolun miqdarı 0,715 % müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 06 aprel 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, F.İsmayılov küçəsində yerləşən Zərərçəkmiş şəxs inzibati binasının Növbətçi hissəsi və Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayın qarşısıdır. Avtomotoservis və Ticarət müəssisəsi tərəfindən verilmiş 06 aprel 2025-ci il tarixli rəy aktına əsasən “X33” markalı “**-AP-***” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 130 manat təşkil edir. Foto Uğurdan daxil olmuş 01 iyun 2025-ci il tarixli məktubdan görünür ki, Şirvan ŞPŞ-nin növbətçi hissəsinin yaxınlığına quraşdırılmış şüşə lövhənin qiyməti 270 manat təşkil edir. xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə, saat 06:00-da tutulmuşdur. xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə, saat 08:05-də tutulmuşdur. xx.xx.2025-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1 və 221.2.2-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(032)-58/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(032)-101/2025 saylı qərarından görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin edilmiş, Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs1 həbdsə saxlanılma müddəti 20 (iyirmi) gün, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(032)-59/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin tanınması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs olan Zərərçəkmiş şəxs nümayəndəsi qismində şöbənin İctimai Təhlükəsizlik bölməsinin rəisi vəzifəsini icra edən X6 tanınmışıdır. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs əməkdaşları tərəfindən fiziki zorakılığa (döyülməsi) təsdiqini tapmadığından CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(032)-73/2025 saylı qərarından görünür ki, müdafiəçinin vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o dərhal məhkəmə iclas zalından azad edilmişdir. Ev dustaqlığında saxlama müddəti həbsdə saxlama müddətinin sonuna qədər, yəni 06 iyul 2025-ci il tarixədək məhdudlaşdırılmışdır. Verilmiş əməliyyat tapşırığına cavab olaraq Zərərçəkmiş şəxs məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Şirvan şəhərinin Heydər Əliyev prospektində yerləşən «Yeganə» şadlıq evinin yaxınlığındakı iaşə obyektlərində işləyən şəxslərlə profilaktiki söhbətlər aparılmış və müəyyən olunmuşdur ki, 05 aprel 2025-ci il tarixdə saat 23 radələrində Şirvan şəhərinin Heydər Əliyev prospektində yerləşən «Yeganə» şadlıq evinin həyətində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ictimai qayda pozulmuş, hadisə vaxtı hər iki şəxs sərxoş halda olmaqla polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməklə PPXB-nə təhvim olunmuş “X33” markalı, “**-AP-***” dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındırmış, həmçinin Şirvan ŞPŞ-yə gətirildikdən sonra inzibati binanın birinci mərtəbəsindəki şüşə lövhəni sındırmışlar. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikas CM-nin 338.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilib üzərəində 06 ay şərti sınaq müddəti müəyyən edilməklə 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Hazırda məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X30 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X26 xx.xx.2025-ci il tarixli 18-1-35/2-620/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhər Mərkəzi Xəstəxanasında ruhi əsəb,narkoloji və nevroloji kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X30 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X26 xx.xx.2025-ci il tarixli 18-1-35/2-618/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhər Mərkəzi Xəstəxanasında ruhi əsəb, narkoloji və nevroloji kabinetlərində qeydiyyatda yoxdur. Şirvan şəhər İHB-nin Bayramlı qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. Şirvan şəhər İHB-nin Bayramlı qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, X9 tərəfindən X3 hesabına 400 manat ödənilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X10 atası Təqsirləndirilən şəxs1, anası X4r. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə verdiyi ifadələrinin cinayət işi materialları ilə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təkzib olunmasını nəzərə alıb, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara qarşı CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilinməlidirlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə, eləcə də Həmin Məcəllənin 221.2.2-ci maddəsinə əsasən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xuliqanlığın əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki,xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Göründüyü kimi, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına,cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir.Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib,özünü başqalarının fövqündə qoymaq kimi,son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq,cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir.Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir,bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini,yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir.Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi var, cinayət əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə, himayəsində azyaşlı uşağın olmasını CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzsını yüngülləşdirən hallar qismində qəbul edir. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunmasını, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu müddətin nəzərə alınmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, mövcud yüngülləşdirici halları və ağırlaşdırıcı halın olmamasını, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunmasını, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə olduğu müddətin nəzərə alınmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şiran şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə Zərərçəkmiş şəxsnə dəymiş ziyanın tam olaraq ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Zərərçəkmiş şəxsnə saxlanışa verilmiş “ X33” markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilin və 01 ədəd lövhə Zərərçəkmiş şəxsnə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə müsadirə edilməsi təklif olunan əmlak, ekspertiza xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında olduğu 07 (yeddi) ay 13 (on üç) gün müddət 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Şirvan şəhər İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə olduğu 07 (yeddi) ay 13 (on üç) gün müddət 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz ay) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs1 Şirvan şəhər İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə Zərərçəkmiş şəxsnə dəymiş ziyanın tam olaraq ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan və Zərərçəkmiş şəxsnə saxlanışa verilmiş “X33” markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilin və 01 ədəd lövhənin Zərərçəkmiş şəxsnə təhvil verilməsi nəzərə alınsın. İş üzrə müsadirə edilməli əmlak, ekspertiza xərci və mülki iddia yoxdur. Cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın . Hökm elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 gündən sonra qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-96/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-96/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver