Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-97/2023 24.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 12:05-də Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu Ətcələr kəndində qeydiyyatda olan, Şirvan şəhəri, İ.Qayıbov küçəsi döngə 1, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 22 yanvar 2023-cü il tarixdə saat 23 radələrində qonşusu Zərərçəkmiş şəxs ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində heç kimin olmadığını bilib, həmin evin yanına gələrək hasardan evin həyətinə, oradan isə evin pəncərəsinin şüşəsini sındırmaqla, yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evin yataq otağından Zərərçəkmiş şəxs məxsus 1 ədəd 15 manat dəyərində üzərində London yazıları olan, müxtəlif rəsmlər əks edilmiş, ağ rəngli, iki nəfərlik yorğan üzünü, 2 ədəd hər biri 10 manat olmaqla cəmi 20 manat dəyərində üzərində gül rəsmləri əks edilmiş, tək nəfərlik yorğan üzlərini, 2 ədəd hər biri 20 manat olmaqla cəmi 40 manat dəyərində böyük ölçülü, qəhvəyi rəngli süfrələri, 2 ədəd hər biri 15 manat olmaqla cəmi 30 manat dəyərində orta ölçülü ağ və qəhvəyi rəngli süfrələri, 1 ədəd 10 manat dəyərində boz rəngli, üzərində yarpaq, kəpənək rəsmləri əks edilmiş balınc üzünü, 1 ədəd 10 manat dəyərində qırmızı rəngli baş örtüsünü gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 125 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadəsində bildirdi ki, uzun müddətdir maddi vəziyyəti pis olduğu üçün bir neçə ünvana dəyib iş axtarsa da heç bir nəticə əldə edə bilmədiyindən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə qonşusu Zərərçəkmiş şəxs təxminən 2 aya yaxın müddət evinin boş olmasını və özünün Bakı şəhərində yaşadığını bilmişdir. xx.xx.2023-cü il tarixdə gecə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus evin həyətinə daxil olmuş, evin ön hissəsində olan pəncərəni qırmış və oradan evin içinə daxil olmuşdur. Bundan sonra evin yataq otağına daxil olmuş və oradan 1 ədəd üzərində London yazıları olan, müxtəlif rəsmlər əks edilmiş, ağ rəngli, iki nəfərlik yorğan üzünü, 2 ədəd hər üzərində gül rəsmləri əks edilmiş, tək nəfərlik yorğan üzlərini, 2 ədəd böyük ölçülü, qəhvəyi rəngli süfrələri, 2 ədəd orta ölçülü ağ və qəhvəyi rəngli süfrələri, 1 ədəd boz rəngli, üzərində yarpaq, kəpənək rəsmləri əks edilmiş balınc üzünü, 1 ədəd qırmızı rəngli baş örtüsünü götürüb, sonra evin digər otaqlarını axtarmış və oradan heç bir qiymətli əşya tapa bilmədiyi üçün evi tərk etmişdir. Bundan sonra o, həmin əşyaları öz yaşadığı evə aparmışdır. 24 yanvar 2023-cü il tarixdə həmin əşyaları götürüb aparıb satmaq istəyən zaman polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edib, oğurluqda şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmiş, o da etiraz etməyib polis əməkdaşı ilə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində o, törətdiyi oğurluğu etiraf etmiş və oğurladığı əşyaları təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, oğurluq hadisəsini xx.xx.2023-cü il tarixdə gecə saat 23 radələrində qonşusu Zərərçəkmiş şəxs fərdi yaşayış evindən etmişdir. Həmin vaxt yanında heç kəs olmamış, tək olmuşdur. O, Zərərçəkmiş şəxs məxsus evdən başqa heçnə oğurlamamışdır. Oğurluq edəcəyi barədə kiminsə məlumatı olmamışdır. Həmin vaxt onu heç kim görməmişdir. Əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam şəkildə aradan qaldırmışdır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Şirvan şəhəri, İ.Qayıbov küçəsində yerləşən 30 nömrəli fərdi yaşayış evi onun X4ə məxsusdur. X4 2011-ci ilin oktyabr ayında vəfat etdiyi üçün evdə o və ailə üzvləri qalmışdır. Xeyli müddətdir ki, işi ilə əlaqədar olaraq Bakı şəhərində yaşayır və ona görə də yaşadıqları ev boş qaldığından evə nəzarət etməyi qaynatası Şahid tapşırmışdır ki, arabir gedib nəzarət etsin. xx.xx.2023-cü il tarixdə qaynatası Şahid ona zəng edib bildirmişdir ki, evin işıqları yanmır və evə girib baxdıqda evin dağınıq vəziyyətə olmasını və evdən oğurluq olmasını bildirmişdir. O da dərhal Bakı şəhərindən Şirvan şəhərinə gəlmiş və evə girib baxdıqda evin pəncərəsinin sınıq vəziyyətdə olmasını və 1-ci mərtəbəsində olan yataq otağından 3 ədəd yorğan üzü, 4 ədəd süfrələr, 1 ədəd balış üzü, 1 ədəd baş örtüyünün oğurlanmasını görmüşdür. Bundan sonra o, bu olanlar barədə Şirvan şəhər PŞ-yə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona 390 manat ziyan dəymişdir. Hazırda ona dəymiş zərər tam olaraq aradan qaldırılmış, təqsirləndirilən şəxslə barışmış, ona görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qərar qəbul edərkən bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun kürəkənidir. Turan hazırda işi ilə bağlı Bakı şəhərində qalır və X4dən miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə nəzarət etməyi ona tapşırmışdır. O da 2 gündən və ya 3 gündən bir həmin evə gedib baxmışdır. Sonuncu dəfə isə evə 20 yanvar 2023-cü il tarixdə gedib baxmış və hər şey yerində olmuşdur. 23 yanvar 2023-cü il tarixdə səhər saatlarında Turana məxsus evə gedib baxan zaman görmüşdür ki, evin pəncərəsi sınmışdır. O, evə daxil olduqda evdə dağınıq vəziyyət görmüş və başa düşmüşdür ki, kimsə evə oğurluq məqsədilə daxil olmuşdur. O, mobil telefonla Turana zəng vurub bu barədə məlumat verdikdən sonra sonuncu həmin gün Şirvan şəhərinə gəlmiş və evə baxdıqda evdən yorğan-döşək üzlükləri və baş örtüyünün oğurlandığını bildirmişdir. Sonra Turan bu barədə polis şöbəsinə ərizə yazmış və polis əməkdaşları gəlib evə baxış keçirmişlər. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, İsmət Qayıbov küçəsi 30 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. İş materiallarında olan götürmə aparılması haqqında 24 yanvar 2023-cü il tarixli qərardan və həmin tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış aparılan zaman həmin əşyaların 3 ədəd yorğan üzü, 4 ədəd süfrə, 1 ədəd balınc üzü və 1 ədəd baş örtüyündən ibarət olması müəyyən edilmişdir. Həmin yorğan üzündən 1 ədədinin üzərində «London» yazılmış, yorğan üzünün üzərində müxtəlif rəsmlər əks olunmuş, ağ rəngli olmaqla iki nəfər üçün nəzərdə tutulmuşdur. Digər 2 ədəd yorğan üzünün üzərində gül rəsmləri əks olunmuşdur, tək nəfərlik yorğan üzlükləridir. Təqdim olunan süfrələrin 2 ədədi qəhvəyi rəngdə olmaqla böyük ölçülüdür, digər 2 ədəd süfrələr isə ağ və qəhvəyi rəngdə olmaqla orta ölçülüdür. Təqdim olunan əşyalardan 1 ədəd balınc üzünün üzərində yarpaq, kəpənək rəsmləri əks olunmuşdur, boz rənglidir. Təqdim olunmuş baş örtüyü isə qırmızı rəngindədir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi əşyaları Zərərçəkmiş şəxs evindən oğurlamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 aprel 2023-cü il tarixli, 9/1842 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən üzərində London yazıları olan, müxtəlif rəsmlər əks edilmiş, ağ rəngli, iki nəfərlik yorğan üzünün orta bazar qiyməti 15 manat, üzərində gül rəsmləri əks edilmiş, tək nəfərlik yorğan üzünün hər birinin orta bazar dəyəri 10 manat, böyük ölçülü, qəhvəyi rəngli süfrənin hər birinin orta bazar qiyməti 20 manat, orta ölçülü ağ və qəhvəyi rəngli süfrənin hər birinin orta bazar qiyməti 15 manat, boz rəngli, üzərində yarpaq, kəpənək rəsmləri əks edilmiş balınc üzünün orta bazar qiyməti 10 manat, qırmızı rəngli baş örtüsünün orta bazar qiyməti 10 manat, ümumilikdə təqdim edilən əşyaların orta bazar dəyəri 125 manat müəyyən edilir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 aprel 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdə saat 14:10-da şübhəli şəxs qismində tutulmuş, 25 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 22 yanvar 2023-cü il tarixdə saat 23 radələrində qonşusu Zərərçəkmiş şəxs ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində heç kimin olmadığını bilib, həmin evin yanına gələrək hasardan evin həyətinə, oradan isə evin pəncərəsinin şüşəsini sındırmaqla, yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evin yataq otağından Zərərçəkmiş şəxs məxsus 1 ədəd 15 manat dəyərində üzərində London yazıları olan, müxtəlif rəsmlər əks edilmiş, ağ rəngli, iki nəfərlik yorğan üzünü, 2 ədəd hər biri 10 manat olmaqla cəmi 20 manat dəyərində üzərində gül rəsmləri əks edilmiş, tək nəfərlik yorğan üzlərini, 2 ədəd hər biri 20 manat olmaqla cəmi 40 manat dəyərində böyük ölçülü, qəhvəyi rəngli süfrələri, 2 ədəd hər biri 15 manat olmaqla cəmi 30 manat dəyərində orta ölçülü ağ və qəhvəyi rəngli süfrələri, 1 ədəd 10 manat dəyərində boz rəngli, üzərində yarpaq, kəpənək rəsmləri əks edilmiş balınc üzünü, 1 ədəd 10 manat dəyərində qırmızı rəngli baş örtüsünü gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 125 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibini təşkil edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin mülkiyyət münasibətlərinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanın aradan qaldırmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, eyni zamanda təqsirləndirilən şəxsin əməlindən peşman olması və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, üzərinə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Ekspertiza tədqiqatının dəyəri – 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd yorğan üzlüklərinin, 4 ədəd süfrələrin, 1 ədəd balınc üzünün və 1 ədəd baş örtüsünün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdən, 25 yanvar 2023-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Ekspertiza tədqiqatının dəyəri – 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd yorğan üzlüklərinin, 4 ədəd süfrələrin, 1 ədəd balınc üzünün və 1 ədəd baş örtüsünün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-97/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-97/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver