Məhkəmə qərarları › İş №1(032)-98/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-98/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-98/2024 01.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, saat 10:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1971-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Şirvan şəhər Məhkəməsinin 21 may 2024-cü tarixli qərarı ilə «axtarış» elan edilmiş, 09 iyul 2024-cü il tarixdə tutulmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı qəsdən sonuncunu yumruq ilə üz nahiyəsinə vuraraq, Zərərçəkmiş şəxs hər iki gözətrafi yumşaq toxumalarda şişkinlik-qançır, göz almasına qansızma, burunda şişkinlik-qançır kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmənin hazırlıq iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdiyini təsdiq etməklə göstərdi ki, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də, olmayacaqdır. Qeyd olunanlara əsasən onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi və bununla bağlı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmənin hazırlıq iclasında iclasında Zərərçəkmiş şəxs göstərdi ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hazırda onunla barışmışdır, ona dəymiş ziyan aradan qaldırılmışdır, buna görə də, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01 aprel 2024-cü il tarixli, 167 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər hər iki gözətrafi yumşaq toxumalarda şişkinlik-qançır, göz almasına qansızma, burunda şişkinlik-qançır-küt əşya təsirindən törənmiş, qərarın təsviri hisəsində göstərilən 30 mart 2024-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla yetirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 09 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış ərizəsində qeyd edilmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti, tələbi yoxdur. Ona vurulmuş ziyan tam ödənilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında olan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış ərizəsində qeyd edilmişdir ki, iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan işin icraatına xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsino xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CMnin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməkdə təqsirli bilərək, zərərçəkmiş şəxslə barışması və barəsində olan sadələşdirilmiş material üzrə icraatına xitam verilməsinə dair ərizəsini və Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasına, ona qarşı heç bir şikayəti və tələbi olmadığına, sadələşdirilmiş material üzrə icraatına xitam verilməsinə dair ərizəsini nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi məqsədə uyğundur. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarından görünür ki, iş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Eyni zamanda məhkəməyədək sadələşdirilmiş icraatın materiallarından görünüdüyü kimi Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verildiyindən şəxsin barəsində seçilmiş olan həbs qətimkan tədbiri də ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40, 175, 299, 300 və 305-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbayan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar