Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-99/2024 04.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:30-da Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X4 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, 2-ci qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2sində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayıb, oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə orta dərəcəli sərxoşluq vəziyyətində 30 yanvar 2024-cü il tarixdə saat 00:30 radələrində Şirvan şəhəri, Xaqani küçəsi 3 nömrəli binanın qarşısında dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “VAZ 21065” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin motorxanasının kapot hissəsini açaraq, oradan 60 manat dəyərində 1 ədəd “Forward” markalı, 60 ah gücündə olan akkumlyatoru, avtomobilin salonundan isə 20 manat dəyərində 1 ədəd Çin istehsalı olan üzərində USB/TF Mp3 player yazıları olan 1 ədəd maqnitolanı, 60 manat dəyərində 1 cüt Vyetnam istehsalı olan “Pioneer” markalı “TS- R6950S” model səsgücləndiricini və 3 manat dəyərində 1 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan USB naqilini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 143 (yüz qırx üç) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə orta dərəcəli sərxoşluq vəziyyətində 30 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Şirvan şəhəri, Xaqani küçəsi 19 nömrəli binanın qarşısında dayanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 1984-cü il buraxılışlı, “VAZ 21013 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı, qızılı-metallik rəngli avtomobilin qapılarının açıq olmasından istifadə edib avtomobilə daxil olduqdan sonra kustar üsulla işə salaraq və avtomobilin ön və arxa nömrə nişanlarını palçıqlayıb oxunmaz vəziyyətə salaraq, oradan həmin avtomobili idarə edib uzaqlaşmaqla gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 2700 (iki min yeddi yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadəsində bildirdi ki, Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, ev 10 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, əvvəllər bir neçə cinayət törətmiş, sonuncu dəfə isə 2021-ci il tarixdə Şirvan şəhəri ərazisində oğurluq etdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 2022-ci ildə cəzasını çəkib qurtarmışdır. Maddi cəhətdən sıxıntısı olduğundan sərxoş halda olarkən oğurluq etmək qərarına gəlmiş və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə təxminən saat 00:30 radələrində Şirvan şəhəri ərazisində Xaqani küçəsində binanın qarşısında olan VAZ 21065 markalı, dövlət qeydiyyat nişanı 01 ilə başlayan, ağ rəngli avtomobilə yaxınlaşmış və avtomobilin kapotunu açmışdır. Həmin vaxt ətrafda heç kimin olmadığına əmin olub “kapotu” qaldırmış və avtomobilin mühərrik hissəsində olan 1 ədəd akkumulyatoru yerindən çıxarıb kənara qoymuş, sonra isə avtomobilin qapısını açaraq avtomobilin salonunda olan 1 ədəd maqnitofonu, 1 ədəd usb kabeli, maqnitofonun tərkibində olan 1 ədəd “pultu” və avtomobilin salonunda olan 2 ədəd “səsgücləndiricini” söküb avtomobildən götürdüyü 1 ədəd çəhrayı rəngli sellofana yığmış, akkumulyatoru isə bir əli ilə götürüb piyada asfalt yola tərəf getmiş, asfalt yolda dəmiryol keçidini keçmiş, oradan isə bir binanın qarşısında həyətdə olan qızılı metallik rəngli, VAZ21013 markalı avtomobilin olduğunu görmüşdür. Həmin avtomobili də oğurlamaq qərarına gəlmiş, avtomobilin qapılarına baxdıqda qapıların açıq olduğunu görmüş, qapını açıb avtomobildə qabaq sol oturacaqda əyləşmiş, əvvəllər də avtomobil oğurladığına görə avtomobilin açarsız necə işə salındığını bilmiş, ona görə də avtomobildə açar daxil edilən yerin arxasında olan kauçuku dartmış, kauçuku çevirib avtomobili işə salmış, əvvəl oğurladığı əşyaları avtomobilin qabaq sağ ayaqaltına yerləşdirmiş, avtomobildən düşüb yerdən palçıq götürüb qabaq və arxa nömrəni oxunmaz vəziyyətə salmışdır. Ətrafına baxmış, heç kimin olmadığına əmin olub avtomobili idarə edib oradan uzaqlaşmışdır. O, avtomobili yaşadığı ev istiqamətində hərəkət etdirmişdir. Məqsədi avtomobili idarə edərək yaşadığı ünvana gətirib saxlamaq, sonradan avtomobili və ya hissələrini satıb pul əldə etmək və həmin pulu da şəxsi ehtiyaclarına xərcləmək olmuşdur. Şirvan şəhəri ərazisində “Köhnə bazar” deyilən yerə qədər avtomobili idarə etmiş, həddən artıq içkili olduğundan avtomobili idarə edə bilməmiş, qeyd etdiyi yerdə olarkən Şirvan şəhər X10 Patrul Xidmətinin əməkdaşları avtomobilə “saxla” əmrini vermişlər, o da avtomobili saxlamışdır. Polis əməkdaşı ondan avtomobili idarə etmək üçün sənədləri istədikdə polis əməkdaşına avtomobili idarə etmək üçün heç bir sənədinin olmadığını söyləmişdir. Polis əməkdaşı onun həddən artıq içkili vəziyyətdə olduğunu, həmçinin avtomobili oğurladığını görüb avtomobili Şirvan şəhər Polis Şöbəsinin duracağına yerləşdirmişlər. Polis şöbəsində olarkən olanları, yəni etdiyi cinayətləri etiraf etmiş, daha sonra sərxoşluqla bağlı onu müayinədən keçirtmişlər. Avtomobilini oğurladığı şəxsin şəxsiyyəti barədə heçnə bilməmiş, sonradan ona məlum olmuşdur ki, həmin şəxs Sabirabad rayon sakini Zərərçəkmiş şəxs1dur, digər avtomobildən oğurladığı 1 ədəd akkumulyator, 1 ədəd maqnitofon, 1 ədəd usb kabeli, maqnitofonun tərkibində olan 1 ədəd “pultu” və avtomobilin salonunda olan 2 ədəd “səsgücləndirici”nin sahibinin isə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs2 olduğunu sonradan bilmişdir. Əməlindən peşmandır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, Sabirabad rayonu, Güdəcühür kəndində qeydiyyatdadır və orada ailə üzvləri ilə birlikdə yaşayır, ona məxsus idarə etdiyi VAZ 21013 minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2024-cü il tarixdə təxminən saat 20 radələrində avtomobili Şirvan şəhəri, Xəqani küçəsində binanın qarşısında saxlamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 08 radələrində həyətə düşüb avtomobilini saxladığı yerə baxdıqda avtomobilinin yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra Şirvan polis şöbəsinə gedib ərizə ilə müraciət etmişdir. Şirvan polis şöbəsində olarkən ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs onun avtomobilini həyətdən oğurlamış, sonradan gecə Şirvan polis işçiləri həmin şəxsi tapmışlar və polis şöbəsinin duracağına gətirmişlər. Şirvan polis şöbəsinin duracağına gedib avtomobilinə baxmış, polis əməkdaşlarının iştirakı ilə avtomobilinə baxış keçirmişlər. Avtomobilin fotoşəkilləri çəkilmiş və bu barədə protokol tərtib edilmiş, doğru yazıldığı üçün protokolda imza etmişdir. Avtomobilində heç bir rəsmi sənəd, qızıl-zinət əşyaları və yaxud dəyərli əşya olmamışdır. Hal-hazırda avtomobili ona qaytarılmış, təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayətçi deyildir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, etibarnamə əsasında idarə etdiyi VAZ 21065 minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Avtomobili həmişə yaşadığı binanın həyətində saxlamışdır. xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobili təxminən saat 19 radələrində yaşadığı binanın qarşısında saxlamış, avtomobilin qapılarını pultla bağlamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 07:30 radələrində işə getmək üçün binanın həyətinə düşmüş, yaxınlaşanda görmüş ki, avtomobilin qabaq sol qapısı tam örtülü vəziyyətdə deyil, açıq vəziyyətdə olmuşdur. Avtomobilinə baxan zaman avtomobilin salonundan 1 ədəd maqnitofon, 2 ədəd səsgücləndirici, maqnitofonun pultu, 1 ədəd usb kabel və avtomobilin mühərrik hissəsində olan 1 ədəd akkumulyatorun oğurlandığını aşkar etmişdir. Bundan sonra Şirvan polis şöbəsinə gedib bu barədə ərizə ilə müraciət etmişdir. Şirvan polis şöbəsində olarkən ona məlum olmuşdur ki, ona məxsus avtomobildən həmin əşyaları oğurlayan şəxsi və oğurlanmış əmlakı tapmışlar, həmin şəxs isə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs olmuş və Təqsirləndirilən şəxs oğurluq etdikdən sonra gedib başqa bir avtomobili oğurlamışdır. Avtomobilində heç bir rəsmi sənəd, qızıl-zinət əşyaları və yaxud dəyərli əşya olmamış, hadisə nəticəsində ona ümumilikdə 143 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, ŞPŞnin DYPB-nin YPX-nin inspektoru Şahid1 illə birlikdə xidməti avtomobillə Şirvan şəhər L-nt İbrahimov küçəsində xidmətdə olarkən VAZ 21013 markalı avtomobilin sutkanın qaranlıq vaxtı işıq cihazlarından istifadə etmədiyinin şahidi olmuşlar. Həmin avtomobilə saxla işarəsi verib, avtomobili saxlamışlar. Sənədləri yoxlayan zaman sürücünün həmin avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyini müəyyən etmişlər. Həmin şəxsə qayda pozuntusunu izah edən zaman onun sərxoş vəziyyətdə olduğu məlum olmuşdur. Nəqliyyat vasitəsini hərəkətdən uzaqlaşdırıb polis şöbəsinin duracağına gətirmişlər. Şirvan şəhər Polis şöbəsində həmin şəxsin Şirvan şəhər sakini Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Avtomobili polis şöbəsinin duracağına təhvil verərkən avtomobildə 1 ədəd maqnitofon, maqnitofonun tərkibində 1 ədəd pultu, 1 cüt səsgücləndirici, 1 ədəd usb kabeli və 1 ədəd akkumulyator olduğunu görmüşlər. Sürücüdən həmin əşyalar barədə soruşduqda o, həmin əşyaları başqa avtomobildən oğurladığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxsla söhbət edən zaman sonuncu həmin idarə etdiyi VAZ 21013 markalı avtomobili də Şirvan şəhər ərazisində yaşayış binasının qarşısından oğurladığını bildirmişdir. Bundan sonra bu barədə raportla ŞPŞ-nin rəhbərliyinə məruzə edib, Təqsirləndirilən şəxs şəhər polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etdi. İş materiallarında olan 30 yanvar 2024-cü il baxış keçirilməsi haqqında tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şirvan ŞPŞ-nin duracağında olan Zərərçəkmiş şəxs1 məxsus “VAZ 21013” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs əli ilə göstərib məhz özü həmin avtomobili xx.xx.2024-cü il tarixdə təxminən saat 01 radələrində Şirvan şəhəri, Xaqani küçəsində binanın qarşısından oğurladığını bildirmişdir. “VAZ 21013” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq və arxa dövlət qeydiyyat nişanları kustar üsulla palçıqla sıvanmış, oxunmaz hala düşmüş, bundan başqa baxış zamanı avtomobilin qabaq sağ ayaqaltlığında 1 ədəd çəhrayı rəngli sellofanın içərisində 1 ədəd maqnitofon, maqnitofonun tərkibində 1 ədəd “pultu”, 1 cüt səsgücləndirici, 1 ədəd usb kabeli olduğu, sellofanın yanında ayaqaltlığında 1 ədəd üzərində “forward” yazısı olan 60 ah yazılı akkumulyator olduğu müşahidə edilmiş, həmin əşyalar qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Şirvan şəhəri, Xaqani küçəsi 3 nömrəli binanın qarşısıdır. Baxış zamanı Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “VAZ 21065” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı, avtomobilin salonundan 1 ədəd maqnitofon, 2 ədəd səsgücləndirici, maqnitofonun pultu, 1 ədəd usb kabel və avtomobilin mühərrik hissəsində olan 1 ədəd akkumulyatorun oğurlandığı müşahidə edilmişdir. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli 11 nömrəli “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluq vəziyyəti vardır. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə saat 12:45-də Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Şirvan şəhəri, Xaqani küçəsi 19 nömrəli binanın qarşısını göstərib, məhz həmin yerdən ona məxsus “VAZ 21013” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin oğurlandığını aşkar etdiyini bildirmişdir. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Xaqani küçəsi, 3 nömrəli binanın qarşısında dayanan “VAZ 21065” markalı, ağ rəngli, **-CC-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobili göstərib xx.xx.2024-cü il tarixdə təxminən saat 00:30 radələrində məhz həmin avtomobilin kapot hissəsindən kauçuku necə çıxardığını, kapotu açdığını, avtomobilin mühərrik hissəsində olan 1 ədəd akkumulyatoru, avtomobilin qapılarını açıb avtomobilin salonunda olan 1 ədəd maqnitofonu, 1 ədəd usb kabeli, maqnitofona məxsus 1 ədəd “pultu” və avtomobilin salonunda olan 2 ədəd “kalonka”nı söküb avtomobildən necə oğurladığını əyani olaraq göstərmiş, bundan sonra Təqsirləndirilən şəxs “VAZ21013” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili Şirvan şəhəri, Xaqani küçəsində yerləşən binanın qarşısında haradan və necə oğurladığını hadisə yerlərində əyani olaraq göstərməklə təsdiq etmişdir. İstintaq hərəkəti aparılarkən foto çəkiliş aparılmışdır. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli materialın cinayət işinə birləşdirilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs2 şikayət ərizəsi əsasında toplanmış material Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 01 fevral 2024-cü il tarixli 4(032)- 23/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 17 fevral 2024-cü il tarixli, 417 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 X8 Məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 19 mart 2024-cü il tarixli, 9/1485 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Çin istehsalı olan üzərində USB/TF Mp3 player yazıları olan 1 ədəd maqnitola 20 manat dəyərində, Vyetnam istehsalı olan “Pioneer” markalı “TS- R6950S” model 1 cüt səsgücləndirici 60 manat dəyərində, üzərində markalanmasına dair heç bir məlumat olmayan 1 ədəd USB naqil 3 manat dəyərində, “Forward” markalı, 60 ah gücündə olan 1 ədəd akkumlyator 60 manat dəyərində, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 143,00 manat müəyyən olunur. 01 ədəd 1984-cü il buraxılışlı, “VAZ 21013 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı, qızılı-metallik rəngli avtomobilin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti 2700,00 manat müəyyən olunur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan və qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs talamış olduğu 1 ədəd maqnitola, “Pioneer” markalı 1 cüt səsgücləndirici, 1 ədəd USB naqil, 1 ədəd akkumlyator, 01 ədəd 1984-cü il buraxılışlı, “VAZ 21013 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı, qızılı-metallik rəngli avtomobil maddi sübut kimi tanınmış, həmin avtomobil zərərçəkmiş Zərərçəkmiş şəxs1, 1 ədəd maqnitola, “Pioneer” markalı 1 cüt səsgücləndirici, 1 ədəd USB naqil, 1 ədəd akkumlyator isə zərərçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İş materiallarında olan 29 mart 2024-cü il tarixli 1993 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 X11 Ambulator Məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci il tarixdə isə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 6 fevral 2024-cü il tarixli, 18-1-35/2-197/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMX PHŞ-nin poliknika şöbəsində ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 19 fevral 2024-cü il tarixdə verilmiş 1203 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan 09 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı Şirvan- Salyan Regional filialının məktubundan görünür ki, Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən İİ qrup əlilliyə görə sosial müavinət alır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 17-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır. Həmin qərarın 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi və digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunverciliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, cəza təyin edilərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyəti, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi, cinayətin xarakteri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin edilməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində tövsiyyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını və dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, eyni zamanda yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, 2-ci qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır, habelə onun şəxsiyyətini, yəni onun əvvəllər eyni xarakterli cinayətlərin törətməsinə görə məhkum olunmasına baxmayaraq islah olunmamasını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Ekspertiza tədqiqatının dəyəri – 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan 1 ədəd maqnitola, “Pioneer” markalı 1 cüt səsgücləndirici, 1 ədəd USB naqil, 1 ədəd akkumulyator, 01 ədəd 1984-cü il buraxılışlı, “VAZ 21013 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı, qızılı-metallik rəngli avtomobilin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablansın. Ekspertiza tədqiqatının dəyəri – 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan 1 ədəd maqnitola, “Pioneer” markalı 1 cüt səsgücləndirici, 1 ədəd USB naqil, 1 ədəd akkumulyator, 01 ədəd 1984-cü il buraxılışlı, “VAZ 21013 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı, qızılı-metallik rəngli avtomobilin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-99/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-99/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver