Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-1/2022 02.03.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi-Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi-Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi- Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1942-ci ildə Zaqatala rayonu, Suvagil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Zaqatala rayon X23 sədri vəzifəsində işləyən, məhkum olunmamış, Zaqatala rayonu, Suvagil kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair 20 fevral 1955-ci ildə Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkum olunmamış, Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair 12 aprel 1962-ci ildə Zaqatala rayonu, Mosul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ dərəcəli əlil, hazırda işləməyən, məhkum olunmamış, Zaqatala rayonu, Mosul kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair xx xxxx 1960-cı ildə Zaqatala rayonu, Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, Zaqatala rayonu, Arxiv idarəsində xadiməçi işləyən, əvvəllər məhkum olunmuş, Zaqatala rayonu, Muxax kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.2.4, 312-1.1 və 32.5,313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair xx xxxxxxx 1945-ci ildə Zaqatala rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Zaqatala rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Camal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.2.4, 312-1.1, 32.4,308.1, 32.4,313 və 326.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında saat 11:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 vəzifəli şəxs qismində qeyrisinin təhriki ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qeyrilərinin təhriki və köməkçiliyi ilə rəsmi sənədlərin məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 1994-cü ildən Zaqatala rayon X23 sədri vəzifəsində işləyərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11, 12 və 48-ci maddələrinin tələblərinə uyğun olaraq əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək, əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək səlahiyyətlərinə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs qismində tanışı Təqsirləndirilən şəxs2 yaxını olduğunu bildirdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin tibbi-sosial ekspert komissiyasının 22.02.2018-ci il tarixli qərarı ilə İİ dərəcəli əlil kimi qiymətləndirilmiş Zaqatala rayon sakini Təqsirləndirilən şəxs4 rəsmi olaraq heç bir yerdə işləmədiyi halda məzmununda guya sonuncunun Zaqatala rayon X24 işləməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş əmək kitabçası ilə təmin edilməsində köməklik göstərilməsinə dair 2018-ci ilin iyun ayında ünvan 1 ünvanında özünə etdiyi müraciəti ilə əlaqədar Təqsirləndirilən şəxs2la razılaşmaqla sövdələşib, sonuncunun təhriki əsasında xidməti vəzifəsinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs4 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək sonuncuların yanında özünü nüfuzlu rəhbər vəzifəli şəxs və faydalı dost kimi təqdim etmədə ifadə olunan şəxsi niyyətlə həmin tarixdə qeyd edilən ünvanda rəsmi sənəd olan NT-İ ******* nömrəli əmək kitabçasının məzmununa Təqsirləndirilən şəxs4 guya 02 saylı əmrlə 05.01.1983-cü il tarixdə Kəndkimya birliyinə fəhlə qəbul edilməsi və 03 saylı əmrlə isə 01.10.1995-ci il tarixdə ərizəsi ilə işdən azad edilməklə ümumilikdə 12 il 9 ay əmək stajının olması barədə bilə-bilə yalan məlumatları fərqli yazı xətti ilə daxil edərək Zaqatala rayon X26 məxsus möhürlə şəxsən təsdiq edib Təqsirləndirilən şəxs2 təqdim etməklə sonuncunun təhriki ilə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə əmək stajının müəyyən olunması, hesablanması, bununla bağlı obyektivliyin və şəffaflığın təmin edilməsi ilə əlaqədar dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs2 təhriki ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən, təkrarən, tanışı Təqsirləndirilən şəxs2 yaxını olduğunu bildirdiyi yaşa görə əmək pensiyası alması üçün iki illik əmək stajı çatmayan Zaqatala rayon sakini Təqsirləndirilən şəxs5 məzmununda sonuncunun guya Zaqatala rayon X24 işləməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş əmək kitabçası və Zaqatala rayon X23 əmrlər kitabının müvafiq hissəsinin möhürlə təsdiq edilməsində köməklik göstərilməsinə dair 2019-cu ilin mart ayında ünvan 1 ünvanında özünə etdiyi müraciəti ilə əlaqədar Təqsirləndirilən şəxs2la razılaşmaqla sövdələşib, sonuncunun təhriki əsasında xidməti vəzifəsinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs5 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək sonuncuların yanında özünü nüfuzlu rəhbər vəzifəli şəxs və faydalı dost kimi təqdim etmədə ifadə olunan şəxsi niyyətlə həmin tarixdə qeyd edilən ünvanda Zaqatala rayon Arxiv İdarəsində xadiməçi işləyən Təqsirləndirilən şəxs3 məsləhətləri və maneələri aradan qaldırmaqla rəsmi sənəd olan ИТ-İ ******* nömrəli əmək kitabçasının və Zaqatala rayon X23 əmrlər kitabının məzmununa Təqsirləndirilən şəxs5 50 saylı əmrlə 28.12.1996-cı il tarixdə Kəndkimya birliyinə anbardar işinə qəbul edilməsi və 04 saylı əmrlə isə 01.06.2002-ci il tarixdə ərizəsi ilə işdən azad edilməklə ümumilikdə 6 il 6 ay əmək stajının olması barədə əlyazma ilə biləbilə yalan məlumatları yardım edərək daxil etməsindən sonra Zaqatala rayon X26 məxsus möhürlə həmin yalan məlumatları şəxsən təsdiq etməklə Təqsirləndirilən şəxs3 köməkçiliyi və Təqsirləndirilən şəxs2 təhriki ilə vahid niyyətlə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə əmək stajının müəyyən olunması, hesablanması, bununla bağlı obyektivliyin və şəffaflığın təmin edilməsi ilə əlaqədar dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs2 təhriki ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs5 bilə-bilə hüquq verən saxta rəsmi sənəddən qanunsuz olaraq istifadə etmişdir. Belə ki, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli, 54-İİİQ nömrəli Qanununun 7-ci maddəsinin 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququnun olmasına dair tələblərini öyrəndikdən sonra 27.11.1972-ci il tarixdən 22.05.1973-cü il tarixədək olan müddətdə “PMK-51” təşkilatında, 1976, 1983-1988, 1990 və 1992-1996-cı illərdə Zaqatala rayonu “28 aprel” adına kolxozda, 27.02.1992-ci ildən 1993-cü ilin iyul ayınadək isə “Zaqatala rayonu Muxax İstehlak Cəmiyyəti”ndə işləməsinə baxmayaraq, yaşa görə sığorta stajı az olması səbəbindən əmək pensiyası ala bilmədiyi üçün adına olan ИТ-İ ******* nömrəli əmək kitabçasına bilə-bilə saxta sığorta stajı yazdırmaqla saxta sənədlərdən istifadə etmək niyyəti ilə bununla bağlı tanışı Təqsirləndirilən şəxs3 etdiyi müraciəti ilə əlaqədar olaraq sonuncu bu barədə tanışı Təqsirləndirilən şəxs2 ilə məsləhətləşib onun əmək stajına malik olmasına dair yalan məlumatları ehtiva edən qeydlərin ИТ-İ ******* nömrəli əmək kitabçasına əlavə ediləcəyi təqdirdə əmək pensiyası ala biləcəyini özünə bildirmələrindən və 2019-cu ilin yanvar ayında əmək kitabçasını Təqsirləndirilən şəxs3 verdikdən sonra 2019-cu ilin mart ayında, ümumiyyətlə heç bir vaxt “Zaqatala rayon Kənd kimya birliyi”ndə işləməməsinə baxmayaraq, məzmununda 50 saylı əmrlə 28.12.1996-cı il tarixdə Kəndkimya birliyinə anbardar işinə qəbul edilməsi və 04 saylı əmrlə isə 01.06.2002-ci il tarixdə ərizəsi ilə işdən azad edilməklə ümumilikdə 6 il 6 ay əmək stajının olması barədə bilə-bilə yalan məzmunlu qeydlər edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasını Təqsirləndirilən şəxs3 ünvan 3 ünvanında yerləşən Zaqatala rayon Mədəniyyət Mərkəzinin qarşısında şəxsən qəbul edib barəsində əmək pensiyasının təyin olunması öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsi üzərinə qoyulması barədə məhkəmə qərarının qəbul olunması üçün ИТ-İ ******* nömrəli əmək kitabçasını iddia ərizəsinə əlavə edib 10.04.2019-cu il tarixdə Zaqatala şəhəri, Nizami küçəsində yerləşən "xxxx" MMC-nin Mərkəzi şöbəsi vasitəsilə Şəki İnzibati Məhkəməsinə göndərməklə təqdim edərək bilə-bilə hüquq verən saxta rəsmi sənəddən qanunsuz olaraq istifadə etmişdir. Təqsirləndirilən şəxs4 qeyrilərinin bir qrup şəxs qismində köməkçiliyi ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirərək dələduzluq etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən qanunsuz olaraq istifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin tibbi-sosial ekspert komissiyasının 22.02.2018-ci il tarixli qərarı ilə “Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi. Sol ağ ciyərin xroniki proqressiv gedişli fibroz kavernoz vərəmi infiltrasiya mərhələsi, sağ ağ ciyərin ocaqlı vərəmi, tənəffüs çatışmamazlığı İİ dərəcə” diaqnozu ilə İİ dərəcəli əlil kimi qiymətləndirildikdən sonra “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli, 54-İİİQ nömrəli Qanununun 12.1-ci maddəsinə görə, İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə və qeyd olunan maddədə göstərilən sığorta stajı olduğu halda təyin edilməsinə baxmayaraq, göstərilən normanın tələblərini öyrəndikdən sonra ümumiyyətlə rəsmi olaraq heç bir yerdə işləmədiyi və göstərilən sığorta stajı olmadığı halda İİ dərəcəli əlilliyə görə daha yüksək məbləğdə əmək pensiyası alması üçün saxta sənədlərdən istifadə edərək aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyəti ilə bununla bağlı 2018-ci ilin iyun ayında tanışı Təqsirləndirilən şəxs3 etdiyi müraciəti ilə əlaqədar olaraq sonuncu bu barədə tanışı Təqsirləndirilən şəxs2 ilə məsləhətləşib onun əmək stajına malik olmasına dair yalan məlumatları ehtiva edən saxta əmək kitabçası ilə təmin ediləcəyi təqdirdə qeyd edilən əlillik dərəcəsi üzrə daha yüksək məbləğdə əmək pensiyası ala biləcəyini ona bildirib Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs qismində məsləhətləri və məlumatları, cinayətin törədilməsi üçün vasitə vermək və maneələri aradan qaldırmalarında ifadə olunan köməkçilikləri ilə ümumilikdə 500 manat müqabilində məzmununa bilə-bilə yalan məlumatlar olan saxta rəsmi sənəd olan əmək kitabçası ilə təmin ediləcəyinə dair Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşaraq 2018-ci ilin iyun ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən Zaqatala rayonu Mədəniyyət Mərkəzinin qarşısında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 540 manat məbləğində pulu şəxsən verməklə ümumiyyətlə rəsmi olaraq heç bir yerdə işləmədiyi halda məzmununda 02 saylı əmrlə 05.01.1983-cü il tarixdə Zaqatala rayon X26 fəhlə qəbul edilməsi və 03 saylı əmrlə isə 01.10.1995-ci il tarixdə ərizəsi ilə işdən azad edilməklə ümumilikdə 12 il 9 ay əmək stajının olması barədə yalan məlumatlar əks olunmuş hüquq verən saxta rəsmi sənəd olan NT-İ ******* nömrəli əmək kitabçasını Təqsirləndirilən şəxs3 şəxsən qəbul edib həmin saxta rəsmi sənəddən istifadə edərək əmək pensiyasının təyin olunması üçün 29 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ünvan 6 ünvanında yerləşən Zaqatala rayon şöbəsinə şəxsən müraciət edib şöbənin 20.07.2018-ci il tarixli qərarı ilə 22.02.2018-ci il tarixdən hesablanmaqla 125,05 manat əlillik dərəcəsi ilə əmək pensiyası təyin edilməsinə nail olub, adına "xxxx" ASC-də açılmış 676261******7017 hesab nömrəsinə 2018-ci ilin avqust ayından həmin ilin sonunadək İİ qrup əlillik dərəcəsi təyin edildiyi 22.02.2018-ci il tarixdən hesablanmaqla həmin il üzrə cəmi 10 ay 7 gün pensiya müddəti nəzərə alınaraq 5 ay ərzində, o cümlədən, avqust ayı üzrə 254,1 manat, sentyabr ayı üzrə 254,1 manat, oktyabr ayı üzrə 254,1 manat, noyabr ayı üzrə 254,1 manat, dekabr ayı üzrə 285,86 manat olmaqla, ümumilikdə 5 ay üzrə köçürülmüş cəmi 1.302,26 manat, 2019-cu ilin yanvar ayından həmin ilin sonunadək 12 ay üzrə, o cümlədən, yanvar ayı üzrə 127,05 manat, fevral ayı üzrə 134,67 manat, mart ayı üzrə 160 manat, aprel ayı üzrə 160 manat, may ayı üzrə 160 manat, iyun ayı üzrə 160 manat, iyul ayı üzrə 160 manat, avqust ayı üzrə 160 manat, sentyabr ayı üzrə 160 manat, oktyabr ayı üzrə 200 manat, noyabr ayı üzrə 200 manat, dekabr ayı üzrə 200 manat, ümumilikdə 12 ay üzrə köçürülmüş cəmi 1.981,72 manat, 2020-ci ilin yanvar ayından həmin ilin sonunadək 12 ay üzrə, o cümlədən, yanvar ayı üzrə 200 manat, fevral ayı üzrə 266,40 manat, mart ayı üzrə 233,20 manat, aprel ayı üzrə 233,20 manat, may ayı üzrə 233,20 manat, iyun ayı üzrə 233,20 manat, iyul ayı üzrə 233,20 manat, avqust ayı üzrə 233,20 manat, sentyabr ayı üzrə 233,20 manat, oktyabr ayı üzrə 233,20 manat, noyabr ayı üzrə 233,20 manat, dekabr ayı üzrə 233,20 manat, ümumilikdə 12 ay üzrə köçürülmüş cəmi 2.798,4 manat, 2021-ci ilin yanvar ayından həmin ilin aprel ayınadək 3 ay üzrə, o cümlədən, yanvar ayı üzrə 233,20 manat, fevral ayı üzrə 286,36 manat, mart ayı üzrə 259,78 manat, ümumilikdə 3 ay üzrə köçürülmüş cəmi 779,34 manat olmaqla,ümumilikdə qeyd olunan müddətdə 6.861,72 manat (altı min səkkiz yüz altmış bir manat yetmiş iki qəpik) məbləğində pul vəsaitini Zaqatala rayonunda yerləşən bankomatlardan çıxarıb, şəxsi ehtiyaclarına sərf edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus 6.861,72 manat (altı min səkkiz yüz altmış bir manat yetmiş iki qəpik) pul vəsaitini Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 köməkçilikləri ilə vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən qanunsuz olaraq istifadə etmişdir. Təqsirləndirilən şəxs3 bir qrup şəxs qismində qeyrisinin aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirərək dələduzluq etməsində köməkçi qismində iştirak etmiş, vəzifəli şəxsin rəsmi sənədin məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsində köməkçi qismində iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və üçüncü şəxs üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin tibbi-sosial ekspert komissiyasının 22.02.2018-ci il tarixli qərarı ilə İİ dərəcəli əlil kimi qiymətləndirilmiş Zaqatala rayon sakini Təqsirləndirilən şəxs4 rəsmi olaraq heç bir yerdə işləmədiyi halda İİ dərəcəli əlilliyə görə daha yüksək məbləğdə əmək pensiyası almasında köməklik göstərilməsinə dair 2018-ci ilin iyun ayında özünə etdiyi müraciəti ilə əlaqədar olaraq bu barədə tanışı Təqsirləndirilən şəxs2 ilə məsləhətləşib Təqsirləndirilən şəxs4 əmək stajına malik olmasına dair yalan məlumatları ehtiva edən saxta əmək kitabçası ilə təmin ediləcəyi təqdirdə qeyd edilən əlillik dərəcəsi üzrə daha yüksək məbləğdə əmək pensiyası ala biləcəyini sonuncuya bildirib Təqsirləndirilən şəxs2la bir qrup şəxs qismində məsləhətləri və məlumatları, cinayətin törədilməsi üçün vasitə vermək və maneələri aradan qaldırmaqla Təqsirləndirilən şəxs4 yardım edərək, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, öz həqiqi təsir imkanlarından istifadə etməklə vəzifəli şəxs olan tanışları Zaqatala rayon X23 sədri Təqsirləndirilən şəxs1 məzmununda Təqsirləndirilən şəxs4 Zaqatala rayon X24 işləməsi barədə bilə-bilə yalan məlumatlar olan əmək kitabçasının tərtib edilməsindən ibarət qərarına qanunsuz təsir etməsindən ötrü özü və Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla şəxsən və sonuncu vasitəsilə maddi nemət olan ümumilikdə 500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs4 istəyib sonuncunun razılığını Təqsirləndirilən şəxs2la birlikdə əldə etdikdən sonra verdiyi vədi yerinə yetirmək niyyəti ilə Təqsirləndirilən şəxs2 2018-ci ilin iyun ayının birinci yarısında ünvan 1 ünvanında Zaqatala rayon X23 direktoru Təqsirləndirilən şəxs1 müraciət edib, ona birlikdə həmin məsələ ilə əlaqədar Təqsirləndirilən şəxs4 500 manat istəmələri barədə bildirmədən, Təqsirləndirilən şəxs4 adına Zaqatala rayon X24 işləməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş əmək kitabçasının tərtib edilməsinə dair Təqsirləndirilən şəxs1 xahişinə əsasən, sonuncu ilə razılaşmaqla sövdələşib, Təqsirləndirilən şəxs2 təhriki əsasında Təqsirləndirilən şəxs1 həmin tarixdə qeyd edilən ünvanda vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs4 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək şəxsi niyyətlə rəsmi sənəd olan NT-İ ******* nömrəli əmək kitabçasının məzmununa sonuncunun 02 saylı əmrlə 05.01.1983-cü il tarixdə Kəndkimya birliyinə fəhlə qəbul edilməsi və 03 saylı əmrlə isə 01.10.1995-ci il tarixdə ərizəsi ilə işdən azad edilməklə ümumilikdə 12 il 9 ay əmək stajının olması barədə bilə-bilə yalan məlumatları fərqli yazı xətti ilə daxil edərək Zaqatala rayon X26 məxsus möhürlə təsdiq etməsinə nail olmaqla Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 vəzifə saxtakarlığı törətməyə və dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etməsindən sonra 2018-ci ilin iyun ayında ünvan 1 ünvanında Zaqatala rayon X26 məxsus inzibati binadakı xidməti otaqda həmin saxta rəsmi sənəd olan əmək kitabçasını Təqsirləndirilən şəxs2 vasitəsilə Təqsirləndirilən şəxs1 qəbul edib ünvan 3 ünvanında yerləşən Zaqatala rayon Mədəniyyət Mərkəzinin qarşısında Təqsirləndirilən şəxs4 şəxsən təqdim edərək, sonuncudan razılaşdıqları 500 manat və əlavə olaraq 40 manat olmaqla, ümumilikdə 540 manat məbləğində pulu alıb Təqsirləndirilən şəxs2la aralarında bölməklə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş, Təqsirləndirilən şəxs4 əldə etdiyi hüquq verən həmin saxta rəsmi sənəddən bilə-bilə istifadə edərək əmək pensiyasının təyin olunması üçün 29 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ünvan 6 ünvanında yerləşən Zaqatala rayon şöbəsinə müraciət edib şöbənin 20.07.2018ci il tarixli qərarı ilə 22.02.2018-ci il tarixdən hesablanmaqla "xxxx" ASC-də adına olan 676261******7017 hesab nömrəsinə köçürülmüş ümumilikdə 6.861,72 manat (altı min səkkiz yüz altmış bir manat yetmiş iki qəpik) məbləğində pul vəsaitini 29 avqust 2018-ci il tarixdən 17 mart 2021-ci il tarixədək olan müddətdə Zaqatala rayonu ərazisində yerləşən bankomatlar vasitəsilə nağdlaşdırıb vahid niyyətlə ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsində Təqsirləndirilən şəxs2la bir qrup şəxs qismində köməkçi qismində iştirak etmişdir. Bundan başqa, o, Zaqatala rayon sakini Təqsirləndirilən şəxs5 yaşa görə əmək pensiyası alması üçün 2 illik əmək stajı çatmadığından həmin əmək pensiyasını almasında köməklik göstərilməsinə dair 2019-cu ilin yanvar ayında özünə etdiyi müraciəti ilə əlaqədar olaraq bu barədə tanışı Təqsirləndirilən şəxs2 ilə məsləhətləşib Təqsirləndirilən şəxs5 məxsus ИТ-l ******* nömrəli əmək kitabçasına əlavə əmək stajına malik olmasına dair yalan məlumatlar yazılacağı təqdirdə yaşa görə əmək pensiyası ala biləcəyini sonuncuya bildirib, Təqsirləndirilən şəxs2 2019-cu ilin mart ayının birinci yarısında ünvan 1 ünvanında Zaqatala rayon X23 direktoru Təqsirləndirilən şəxs1 müraciət edib, Təqsirləndirilən şəxs5 adına Zaqatala rayon X24 işləməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş əmək kitabçası və Zaqatala rayon X23 əmrlər kitabının müvafiq hissəsinin möhürlə təsdiq edilməsinə dair Təqsirləndirilən şəxs1 xahişinə əsasən, sonuncu ilə razılaşmaqla, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 təhriki əsasında sonuncunun vəzifə saxtakarlığı törətməsində, yəni rəsmi sənəd olan ИТ-İ ******* nömrəli əmək kitabçasının və Zaqatala rayon X23 əmrlər kitabının məzmununa Təqsirləndirilən şəxs5 50 saylı əmrlə 28.12.1996-cı il tarixdə Kəndkimya birliyinə anbardar işinə qəbul edilməsi və 04 saylı əmrlə isə 01.06.2002-ci il tarixdə ərizəsi ilə işdən azad edilməklə ümumilikdə 6 il 6 ay əmək stajının olması barədə əlyazma ilə bilə-bilə yalan məlumatları cinayətin törədilməsinə məsləhətləri və maneələri aradan qaldırmaqla yardım etməklə şəxsən daxil etməsindən və Təqsirləndirilən şəxs1 tərəfindən həmin tarixdə qeyd edilən ünvanda vəzifəli şəxs qismində şəxsi niyyətlə qeyd edilən yalan məlumatlar birliyə məxsus möhürlə təsdiq olunduqdan sonra 2019-cu ilin mart ayında ünvan 1 ünvanında Zaqatala rayon X26 məxsus inzibati binadakı xidməti otaqda bilə-bilə yalan məlumatlar qeyd olunmuş əmək kitabçasını Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 vasitəsilə qəbul edib ünvan 3 ünvanında yerləşən Zaqatala rayon Mədəniyyət Mərkəzinin qarşısında Təqsirləndirilən şəxs5 təqdim etməklə Təqsirləndirilən şəxs1 vəzifə saxtakarlığı törətməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs qismində qeyrisinin aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirərək dələduzluq etməsində köməkçi qismində iştirak etmiş, vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və rəsmi sənədin məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməyə təkrarən təhrik etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və üçüncü şəxs üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş, rəsmi sənədi şəxsi niyyətlə qəsdən məhv etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin tibbi-sosial ekspert komissiyasının 22.02.2018-ci il tarixli qərarı ilə İİ dərəcəli əlil kimi qiymətləndirilmiş Zaqatala rayon sakini Təqsirləndirilən şəxs4 rəsmi olaraq heç bir yerdə işləmədiyi halda İİ dərəcəli əlilliyə görə daha yüksək məbləğdə əmək pensiyası almasında köməklik göstərilməsinə dair 2018-ci ilin iyun ayında tanışı Zaqatala rayon Arxiv İdarəsində xadiməçi işləyən Təqsirləndirilən şəxs3 vasitəsilə özünə etdiyi müraciəti ilə əlaqədar olaraq sonuncu vasitəsilə Təqsirləndirilən şəxs4 əmək stajına malik olmasına dair yalan məlumatları ehtiva edən saxta əmək kitabçası ilə təmin ediləcəyi təqdirdə qeyd edilən əlillik dərəcəsi üzrə daha yüksək məbləğdə əmək pensiyası ala biləcəyini bildirib Təqsirləndirilən şəxs3la bir qrup şəxs qismində məsləhətləri və məlumatları, cinayətin törədilməsi üçün vasitə vermək və maneələri aradan qaldırmaqla Təqsirləndirilən şəxs4 yardım edərək, Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, öz həqiqi təsir imkanlarından istifadə etməklə vəzifəli şəxs olan tanışı Zaqatala rayon X23 direktoru Təqsirləndirilən şəxs1 məzmununda Təqsirləndirilən şəxs4 Zaqatala rayon X24 işləməsi barədə bilə-bilə yalan məlumatlar olan əmək kitabçasının tərtib edilməsindən ibarət qərarına qanunsuz təsir etməsindən ötrü özü və Təqsirləndirilən şəxs3 üçün birbaşa yolla şəxsən və sonuncu vasitəsilə maddi nemət olan ümumilikdə 500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs4 istəyib sonuncunun razılığını Təqsirləndirilən şəxs3la birlikdə əldə etdikdən sonra verdiyi vədi yerinə yetirmək niyyəti ilə 2018-ci ilin iyun ayının birinci yarısında ünvan 1 ünvanında yerləşən Zaqatala rayon X23 sədri Təqsirləndirilən şəxs1 müraciət edib, ona Təqsirləndirilən şəxs3la birlikdə həmin məsələ ilə əlaqədar Təqsirləndirilən şəxs4 500 manat istəmələri barədə bildirmədən, sonuncunun adına Zaqatala rayon X24 işləməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş əmək kitabçasının tərtib edilməsinə dair Təqsirləndirilən şəxs1 xahişinə əsasən, sonuncu ilə razılaşmaqla sövdələşib, onu təhriki əsasında sonuncunun həmin tarixdə qeyd edilən ünvanda vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs4 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək şəxsi niyyətlə rəsmi sənəd olan NT-İ ******* nömrəli əmək kitabçasının məzmununa sonuncunun 02 saylı əmrlə 05.01.1983-cü il tarixdə Kəndkimya birliyinə fəhlə qəbul edilməsi və 03 saylı əmrlə isə 01.10.1995-ci il tarixdə ərizəsi ilə işdən azad edilməklə ümumilikdə 12 il 9 ay əmək stajının olması barədə bilə-bilə yalan məlumatları fərqli yazı xətti ilə daxil edərək Zaqatala rayon X26 məxsus möhürlə təsdiq etməsinə nail olmaqla Təqsirləndirilən şəxs1 vəzifə saxtakarlığı törətməyə və dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmiş, bundan sonra, 2018-ci ilin iyun ayında ünvan 1 ünvanında Zaqatala rayon X26 məxsus inzibati binadakı xidməti otaqda həmin saxta rəsmi sənəd olan əmək kitabçasını Təqsirləndirilən şəxs1 şəxsən qəbul edib ünvan 3 ünvanında yerləşən Zaqatala rayon Mədəniyyət Mərkəzinin qarşısında Təqsirləndirilən şəxs4 şəxsən təqdim edərək, sonuncudan razılaşdıqları 500 manat və əlavə olaraq 40 manat olmaqla, ümumilikdə 540 manat məbləğində pulu alıb Təqsirləndirilən şəxs3la aralarında bölməklə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş, Təqsirləndirilən şəxs4 əldə etdiyi hüquq verən həmin saxta rəsmi sənəddən bilə-bilə istifadə edərək əmək pensiyasının təyin olunması üçün 29 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ünvan 6 ünvanında yerləşən Zaqatala rayon şöbəsinə müraciət edib şöbənin 20.07.2018-ci il tarixli qərarı ilə 22.02.2018-ci il tarixdən hesablanmaqla "xxxx" ASC-də adına olan 676261******7017 hesab nömrəsinə köçürülmüş ümumilikdə 6.861,72 manat (altı min səkkiz yüz altmış bir manat yetmiş iki qəpik) məbləğində pul vəsaitini 29 avqust 2018-ci il tarixdən 17.03.2021ci il tarixədək olan müddətdə Zaqatala rayonu ərazisində yerləşən bankomatlar vasitəsilə nağdlaşdırıb vahid niyyətlə ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsində Təqsirləndirilən şəxs3la bir qrup şəxs qismində köməkçi qismində iştirak etmişdir. Bundan başqa, o, Zaqatala rayon sakini Təqsirləndirilən şəxs5 yaşa görə əmək pensiyası alması üçün 2 illik əmək stajı çatmadığından həmin əmək pensiyasını almasında köməklik göstərilməsinə dair 2019-cu ilin yanvar ayında tanışı Zaqatala rayon Arxiv İdarəsində xadiməçi işləyən Təqsirləndirilən şəxs3 vasitəsilə özünə etdiyi müraciəti ilə əlaqədar sonuncu vasitəsilə Təqsirləndirilən şəxs5 məxsus ИТ-l ******* nömrəli əmək kitabçasına əlavə əmək stajına malik olmasına dair yalan məlumatlar yazılacağı təqdirdə yaşa görə əmək pensiyası ala biləcəyini bildirib, bundan sonra 2019-cu ilin mart ayının birinci yarısında ünvan 1 ünvanında Zaqatala rayon X23 direktoru Təqsirləndirilən şəxs1 şəxsən müraciət edib, Təqsirləndirilən şəxs5 adına Zaqatala rayon X24 işləməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş əmək kitabçası və Zaqatala rayon X23 əmrlər kitabının müvafiq hissəsinin möhürlə təsdiq edilməsinə dair Təqsirləndirilən şəxs1 xahişinə əsasən, sonuncu ilə razılaşmaqla sövdələşib, təhriki əsasında sonuncu həmin tarixdə qeyd edilən ünvanda vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs5 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək rəsmi sənəd olan ИТ-İ ******* nömrəli əmək kitabçasının və Zaqatala rayon X23 əmrlər kitabının məzmununa sonuncunun 50 saylı əmrlə 28.12.1996-cı il tarixdə Kəndkimya birliyinə anbardar işinə qəbul edilməsi və 04 saylı əmrlə isə 01.06.2002-ci il tarixdə ərizəsi ilə işdən azad edilməklə ümumilikdə 6 il 6 ay əmək stajının olması barədə Təqsirləndirilən şəxs3 tərəfindən əlyazma ilə bilə-bilə yalan məlumatların cinayətin törədilməsinə məsləhətləri və maneələri aradan qaldırmaqla yardım edilməklə daxil edilməsindən sonra Təqsirləndirilən şəxs1 tərəfindən Zaqatala rayon X26 məxsus möhürlə həmin yalan məlumatların təsdiq edilməsinə nail olmaqla Təqsirləndirilən şəxs1 dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və Təqsirləndirilən şəxs3 köməkçiliyi ilə vəzifə saxtakarlığı törətməyə təkrarən təhrik etmiş, 2019-cu ilin mart ayında ünvan 1 ünvanında Zaqatala rayon X26 məxsus inzibati binadakı xidməti otaqda bilə-bilə yalan məlumatlar qeyd olunmuş əmək kitabçasını Təqsirləndirilən şəxs1 şəxsən qəbul edib ünvan 3 ünvanında yerləşən Zaqatala rayon Mədəniyyət Mərkəzinin qarşısında Təqsirləndirilən şəxs3 vasitəsilə Təqsirləndirilən şəxs5 təqdim etmişdir. Bundan başqa, o, 2020-ci ilin yay aylarında istintaqla dəqiq müəyyən edilməyən gündə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsi tərəfindən təyin olunmuş əmək pensiya sənədlərinin yoxlanılacağı barədə istintaqla müəyyən edilməyən şəraitdə məlumatlandıqdan sonra törətdiyi cinayət əməllərinin ifşa edilməməsi üçün rəsmi sənəd kimi qeyd olunan qurum tərəfindən qiymətləndirilməklə Təqsirləndirilən şəxs4 əmək pensiyasının təyin olunmasının əsası qismində istifadə olunmuş NT-İ ******* nömrəli saxta əmək kitabçasını məhv edərək cinayətin izini itirmək niyyəti ilə həmin əmək kitabçasını ünvan 3 ünvanında yerləşən Zaqatala rayonu Mədəniyyət Mərkəzinin qarşısında Təqsirləndirilən şəxs4 geri alaraq 2020-ci ilin yay aylarında Zaqatala rayonu, Muğanlı kəndində yerləşən evində şəxsi niyyətlə həmin saxta rəsmi sənədi yandırmaqla məhv etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1969-cu ildə X12 Üzümçülük fakültəsini bitirmiş, əmək fəaliyyətinə 1958-ci ildə başlamışdır. 1958-1961-ci ildə kolxozda kolxozçu, 1969- 1971-ci ildə elmi tədqiqat, bağçılıq və üzümçülük, subtropik institunda elmi işçi, 1976- 1978-ci illərdə Zaqatala rayonunun “Lenin” adına kolxozunda baş aqronom, 1978-1980-ci illərdə Polimet bağçılıq birliyinin baş aqronomu, 1980-1993-cü illərdə Zaqatala rayonunun baş aqronomu, 1993-1994-cü illərdə Zaqatala rayonunun Tədarük idarəsinin rəisi, 1994-cü ildən Zaqatala rayon X23 sədri vəzifəsində işləmişdir. Birliyin fəaliyyəti kolxozlara gübrələrin, dərmanların paylanılması, hətta texniki vasitələrlə sahələrinin dərmanlanması və sair hallardan ibarət olmuşdur. Birlikdə əvvəllər yəni, kolxoz sistemi vaxtında orta hesabla 80-90 nəfər işçi olmuş, 1990-ci illərdə 20-25 nəfər daha sonra isə birliyin fəaliyyəti bölündüyündən işçisi az olmuşdur. Birliyin sovet dövründə əsas ünvanı Zaqatala rayonu, Tala kəndində olmuş, 1994-cü ildə Zaqatala rayonu Dəmir yolu vağzalının yanına köçürülmüş, 2006-ci ildə isə ünvan 20 ünvanında yerləşən binada cəmi bir otaqda olmuşdur. 2018-ci ildən sonra isə xəstə olduğundan işə davamlı gələ bilməmiş, otağının açarının biri də onunla eyni otaqda oturan “Torpaq mülkiyyətçilərinin hüquqlarının qorunması” təşkilatının müdiri vəzifəsində əvvəllər işləmiş Təqsirləndirilən şəxs2 olmuşdur. Zaqatala rayon sakini Təqsirləndirilən şəxs4 onun rəhbərlik etdiyi birlikdə işləməmiş, sonuncunun adına əmək stajının yazılmasını tanışı Təqsirləndirilən şəxs2 ondan xahiş etmişdir. Belə ki, 2018-ci ilin iyun ayında dostu Təqsirləndirilən şəxs2 ona müraciət edərək tanışı olan Təqsirləndirilən şəxs4 əlillik dərəcəsinin olduğunu, odur ki, əmək stajı olmadığından əmək pensiyası ala bilmədiyini, onun tanışı olduğunu ona köməklik etməyini, adına əmək stajı yazılmasını xahiş etmişdir. O, ilk olaraq Təqsirləndirilən şəxs2 etiraz etsə də sonuncu ondan təkidlə bunu xahiş etdiyindən, dostluq münasibətində olduğundan razılaşmışdır. Bu zaman Təqsirləndirilən şəxs2 təqdim etdiyi əmək kitabçasına Təqsirləndirilən şəxs4 onun rəhbərlik etdiyi birlikdə işləməsi barədə qeydlərini özü aparmış, həmçinin birliyin möhürü ilə də həmin kitabçanı təsdiq etmişdir. Birliyin əmrlər kitabında da Təqsirləndirilən şəxs4 işləməsi barədə qeydlərini aparmışdır. Bundan sonraki proseslərdən xəbəri olmamış, Təqsirləndirilən şəxs4 əmək pensiyasının təyin olunmasında maddi marağı olmadığından bu barədə maraqlanmamışdır. Həmçinin əsassız məlumatları qeyd etməyi ilə əlaqədar Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs4 hər hansı məbləğ tələb etməməklə almamışdır. Zaqatala rayon X23 1995-2007-ci illərə aid əmrlər kitabının 33-cü vərəqəsinin arxasında 01.10.2005-ci il tarixli 3 nömrəli əmrdə Təqsirləndirilən şəxs4 ərizəsinə əsasən işdən azad edilməsi qeyd olunmuşdur. Həmin əmri Təqsirləndirilən şəxs2 xahişi ilə yazmış, eyni nömrələrin olmasına fikir verməmişdir. Həmçinin əmrlərdə Təqsirləndirilən şəxs4 ərizəsi ilə işə qəbul olunması və ya azad edilməsi qeyd olunsa da ərizəsi olmamışdır. Təqsirləndirilən şəxs5 əvvəllər tanımamış, lakin Şəki İnzibati məhkəməsi tərəfindən çağrıldığı zaman tanımışdır. Təqsirləndirilən şəxs5 onun sədri olduğu birlikdə ümumiyyətlə işləməmişdir. Təqsirləndirilən şəxs5 əmək stajında müəyyən illər çatmadığından ona yaşa görə əmək pensiyasının təyin olunmadığını, odur ki, ona əmək pensiyasının yazılmasına köməklik etməyini Təqsirləndirilən şəxs2la, Zaqatala rayon Arxiv idarəsində işləyən Təqsirləndirilən şəxs3 ondan xahiş etmişdirlər. O, ilk olaraq yenə də etiraz etsə də, Təqsirləndirilən şəxs3 onun əvəzinə Təqsirləndirilən şəxs5 məxsus əmək kitabçasında sonuncunun rəhbərlik etdiyi birlikdə işləməsi barədə qeydlər apardığından, o da Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 xahişlərini nəzərə alaraq, həmçinin əmək kitabçasının yazılmasını gördüyündən, həmin vaxt əlinə keçən birliyə aid müddəti keçmiş möhürlə əmək kitabçasını təsdiq etmişdir. Həmin yazını Təqsirləndirilən şəxs3 yazdığından birliyin əmrlər kitabını da sonuncuya yazdırması üçün Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs3 öz növbəsində Təqsirləndirilən şəxs5 işləməsi barədə qeydləri həm sonuncunun əmrlər kitabında, həm də əmək kitabçasında aparmışdır. O isə yazıları möhürlə təsdiq etmişdir. Bu prosesdə də maddi marağı olmamış, heç kimdən heç bir məbləğdə pul və sair nemət almamışdır. Əmək kitabçasında Təqsirləndirilən şəxs5 28.12.1996-ci ildə 50 nömrəli əmrlə Zaqatala rayon X26 anbardar vəzifəsinə qəbul olunması, 01.06.2002-ci ildə həmin tarixdə ərizəsinə əsasən işdən azad edilməsi sözləri, adı və soyadı, qarşısındakı imzalar Təqsirləndirilən şəxs3 aid olmuşdur. Bundan sonra 2019-cu ildə Təqsirləndirilən şəxs5 həmin sənədlərlə əmək pensiyasının təyin olunması üçün DSMF-nin Zaqatala şöbəsinə müraciət etmiş, lakin həmin qurumdan ona pensiya təyin olunması üçü məhkəməyə müraciət etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs5 Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, orada sonuncudan onun rəhbərlik etdiyi cəmiyyətə aid əmrlər kitabı tələb olunmuş, hətta o da məhkəməyə çağırılmışdır. Orada olarkən Təqsirləndirilən şəxs5 əmək kitabçası ona təqdim olunduğu zaman, orada olan yazıların ona aid olmadığını demişdir. Bundan sonra rayona qayıdarkən Təqsirləndirilən şəxs5 ona əmək kitabçasını Hacıdan aldığını demişdir. Etdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs5 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1982-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan 3 övladı var, övladları yetkinlik yaşına çatmışdırlar. Əmək fəaliyyətinə 1972-ci ildə başlamışdır. Belə ki, 27.11.1972-22.05.1973-cü illərdə Zaqatala rayonunda yerləşən tikinti təşkilatı olan PMK-51 təşkilatında fəhlə, 1973-1975-ci illərdə hərbi xidmətdə olmuş, 1976, 1983-1988, 1990 və 1992-1996-ci illərdə Zaqatala rayonu “28 aprel” adına kolxozda kolxozçu, 27.02.1992-ci ildən 1993-cu illərdə isə Zaqatala rayon Muxax İstehlak cəmiyyətindən satıcı işləmişdir. Konkret olaraq dəqiqliklə neçə il işlədiyini xatırlamadığından, əmək pensiyası almaq üçün iş stajını dəqiqləşdirməklə əlaqədar 2019ci ilin yanvar Zaqatala rayon Arxiv idarəsinə müraciət etmişdir. Çünki DSMF-nin Zaqatala rayon şöbəsindən ona arxiv idarəsində iş stajı ilə əlaqədar sənədləri gətirməyi tələb olunmuşdur. Arxiv idarəsində olarkən həmin idarənin əməkdaşı Təqsirləndirilən şəxs3 əmək stajının müəyyən edilməsi üçün sənədlərini hazırlamasını xahiş etmişdir. Bu söhbətdən təxminən 1 həftə sonra Təqsirləndirilən şəxs3 ona zəng edərək yenidən təcili idarəyə gəlməyini demişdir. O da Təqsirləndirilən şəxs3 yanında olarkən sonuncu ona əmək pensiyasının təyin olunması üçün 2 illik əmək stajının çatmadığını, odur ki, bunu həll edə biləcəyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs3 köməkliyi ilə əlaqədar pul verə bilməyəcəyini, əmək pensiyası təyin olunduqdan sonra hörmət edə biləcəyini dediyindən, sonuncu onunla razılaşmışdır. 2019-cu ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs3 onu yenidən yanına çağıraraq, həmin ilin yanvar ayında sonuncuya vermiş olduğu əmək kitabçasını ona qaytarmışdır. O, əmək kitabçasına baxaraq onun Zaqatala rayonu X24 1996-2002-ci illərdə işləməyi ilə əlaqədar qeydlərin olduğunu görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs3 onun 2 illik iş stajının çatmadığını, nə səbəbə 5 ildən artıq iş stajının yazılmasını soruşduğu zaman, sonuncu ona 5 ildən artıq yazmasına səbəb gələcəkdə daha yuxarı pensiyanın təyin olunması üçün olduğunu, narahat olmamağını, köməkliyi ilə əlaqədar ona 2 illik stajın artırılması üçün hörmət edəcəyini demişdir. İctimaiyyətdə olan danışıqlar əsasında ona pensiyanın təyin olunması məhkəmənin qərarı ilə həyata keçiriləcəyini düşünsə də, Təqsirləndirilən şəxs3 ona məhkəməyə ehtiyac olmadığını qeyd olunan əmək kitabçasını DSMF-nin Zaqatala rayon şöbəsinə təqdim etməyini demişdir. 2019-cu ilin mart ayının axırlarında o, şəxsiyyət vəsiqəsini, həmçinin əmək kitabçasını götürərək DSMF-nin Zaqatala rayon şöbəsinə təqdim etmiş, lakin həmin şöbənin əməkdaşı Şahid ona əmək pensiyası təyin olunması üçün Şəki İnzibati Məhkəməsinə müraciət etməli olduğunu demişdir. Bu zaman Təqsirləndirilən şəxs3 rəsmi olaraq Zaqatala rayonu X24 işləməməsinə baxmayaraq həmin sənədlə məhkəməyə müraciət etməyə ehtiyat etdiyini desə də, sonuncu da ona məhkəməyə müraciət etməsini, problem olmayacağını demişdir. Bu zaman Şahid dediyi kimi vəkil vasitəsilə sənədlərini hazırlayaraq, notariusda təsdiq etdirməklə Şəki İnzibati Məhkəməsinə göndərmişdir. Bundan 2 ay sonra məhkəmədən ona Zaqatala rayon X23 əmrlər kitablarını təqdim etməyi ilə bağlı məktub gəlmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs3 yanında olmuş və sonuncu ona yenə də narahat olmamağını, həmin birliyin direktoru Təqsirləndirilən şəxs1la özünün danışacağını demişdir. Bundan sonra əvvəllər əlaqəsi olmayan, özünü Təqsirləndirilən şəxs1 kimi təqdim edən şəxs ona zəng edərək niyə onu məhkəməyə verdiyini ondan soruşmuşdur. O, da cavabında kimisə məhkəməyə vermədiyini, Təqsirləndirilən şəxs3 onun adına olan əmək kitabçasında kimya birliyində işləməsi barədə aparmış olduğu qeydlər əsasında məhkəmədən əmrlər kitabının tələb olunduğunu demişdir. Bu zaman Təqsirləndirilən şəxs1 ona əmrlər kitabını verə bilməyəcəyini, ancaq onun işləməsi ilə əlaqədar çıxarış verə biləcəyini demişdir. Bundan sonra 2019-cu ilin axırlarında Basirin Zaqatala rayonu “Asma körpünün” yanında yerləşən idarəsinə getmişdir. Orada Basir ona adına olan vərəqənin sürətini çıxarması üçün əmrlər kitabını vermiş və o da surətini çıxarmışdır. Basir də həmin vərəqləri imza və möhürü ilə təsdiq etmişdir. Bundan sonra həmin vərəqələri Şəki İnzibati məhkəməsinin dəftərxanasına təqdim etsə də, orada ondan əmrlər kitabının tam olaraq əsli tələb olunmuşdur. Təxminən 1 ay sonra Basir ona zəng edərək məhkəməyə çağırıldığını, əmrlər kitabını təqdim etmədiyi halda 800 manat cərimə olunacağını, odur ki, birlikdə məhkəməyə getmələrini təklif etmiş və o da razılaşmışdır. Məhkəmədə olarkən hakim ona heç bir sual verməmiş, lakin Basirdən onun əmək kitabçasında olan qeydlərin kim tərəfindən yazıldığını soruşduğu zaman Təqsirləndirilən şəxs1 həmin yazıların, imzanın və möhürün ona məxsus olmadığını demişdir. Bundan sonra rayona qayıdarkən Basir ona məxsus əmək kitabçasında nə səbəbə birlikdə işləməsi barədə qeydlərin aparıldığını irad tutduğu zaman, o, əmək kitabçasının Təqsirləndirilən şəxs3 olduğunu, sonuncunun qeydlər aparmaqla qaytardığını bildirmişdir. Hətta Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 yanında olduqları zaman, sonuncu onun əmək kitabçasında olan yazıları özünün yazmasını bildirsə də, birliyə aid olan möhürü haradan əldə etməsi barədə bir söz deməmişdir. Təqsirləndirilən şəxs3 ona köməklik edəcəyi ilə əlaqədar ondan hörmət etməyini istəmiş, lakin konkret məbləğ deməmişdir. O da işi alındıqdan sonra ona hörmət edə biləcəyini demişdir. Etdiyi əməlindən peşmandır, barəsindəki cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ilin əvvəllərində “vərəm xəstəliyindən” əziyyət çəkdiyindən əlillik dərəcəsi alması üçün DSMF-yə müraciət etmiş və ona İİ dərəcəli əlillik dərəcəsi verilmişdir. Xəstəliyi ilə əlaqədar müavinət ala biləcəyinə baxmayaraq əmək stajı və əlillik dərəcəsi ilə daha yüksək təqaüd ala biləcəyindən əmək stajının yoxlanılması üçün 2018-ci ilin iyul aylarında Zaqatala rayon Arxiv idarəsinə müraciət etmişdir. Orada olarkən onu həmin idarənin işçisi Təqsirləndirilən şəxs3 əmək stajının hesablanmasını xahiş etmişdir. Lakin bir müddət sonra Təqsirləndirilən şəxs3 ona əmək stajının olmadığını, lakin stajın yazılmasına köməklik edə biləcəyini demişdir. Bu zaman o da öz növbəsində Təqsirləndirilən şəxs3 köməklik etməsini xahiş etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs3 ona zəng edərək görüşməli olduqlarını dediyindən, həmin gün sonuncu ilə Zaqatala rayonu, Mədəniyyət evinin qarşısında görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs3 ona əmək stajının yazılması ilə əlaqədar rayon sakini Təqsirləndirilən şəxs2 ilə danışdığını, sonuncunun köməklik edəcəyini, odur ki, bu işlərin görülməsi üçün 800 manat verməli olacağını demişdir. O da Təqsirləndirilən şəxs3 800 manatının olmadığını, ancaq 500 manat verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs3 da onunla razılaşaraq 500 manatı Təqsirləndirilən şəxs2 verməyini, özünə isə nə istəsə hörmət etməsini demiş və nəticə olaraq razılaşmışdırlar. Təxminən 3 gün sonra elə Zaqatala rayonu, Mədəniyyət evinin qarşısında o, Təqsirləndirilən şəxs3la birlikdə Təqsirləndirilən şəxs2la görüşmüşdür. Görüş zamanı o, Təqsirləndirilən şəxs2 əmək stajının yazılmasına köməklik etməsini xahiş etdiyindən, sonuncu ona “düzələn iş” olmasını bildirmişdir. Bu zaman o da Təqsirləndirilən şəxs3la danışdığı kimi Təqsirləndirilən şəxs2 500 manat, Təqsirləndirilən şəxs3 da 40 manat elə həmin yerdə yəni Zaqatala şəhəri, “Mədəniyyət Mərkəzinin” qarşısında vermişdir. Təqsirləndirilən şəxs2 ona narahat olmamağını qısa müddətə iş stajını həll edəcəyini demişdir. Bundan təxminən 10-15 gün sonra, yəni 2018-ci ilin iyul ayının axırlarında Təqsirləndirilən şəxs2la Zaqatala şəhəri, “Mədəniyyət Mərkəzinin” qarşısında yenidən görüşmüş və sonuncu ona adına olan içərisində əmək stajı yazılmış əmək kitabçasını vermişdir. Orada onun 1983-1995-ci illərdə Zaqatala X24 işləməyi ilə bağlı qeydlər olmuşdur. Daha sonra həmin əmək kitabçası ilə DSMF-nun Zaqatala rayon şöbəsində Şahid müraciət etmiş və ona 120 manata yaxın əmək pensiyası təyin olunmuşdur. Bundan sonra 2020-ci ilin yay aylarında saxta əmək stajı ilə əlaqədar təqaüd təyin olunması hallarının araşdırılacağı barədə Zaqatala rayonunda məlumat yayıldığından Təqsirləndirilən şəxs2 ona vermiş olduğu əmək kitabçasını ondan geri tələb etmiş və o da Zaqatala şəhəri, “Mədəniyyət Mərkəzinin” qarşısında həmin əmək kitabçasını Təqsirləndirilən şəxs2 qaytarmışdır. Hazırki vaxtadək həmin əmək kitabçası Təqsirləndirilən şəxs2dır. İlkin vaxtlar Təqsirləndirilən şəxs2 ona əmək kitabçasını itirməsini deməsini bildirdiyindən, ilkin izahat və ifadələrində yanıldıcı məlumatlar vermişdir. Etdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zaqatala rayon Kimya birliyinin fəaliyyəti ilə əlaqədar sənədlər ümumiyyətdə həmin birlik tərəfindən arxivə təhvil verməmişdir. 2010-cu ildən sonra da birliyin fəaliyyəti formal olduğundan sənədləri də Basirin deməsinə əsasən itmişdir. 2018-ci ilin əvvəllərində Zaqatala rayon sakini Təqsirləndirilən şəxs4 idarəyə müraciət edərək əmək stajının pensiya almaq üçün hesablanmasını xahiş etmişdir. Münasibəti olduğundan Təqsirləndirilən şəxs4 sənədlərini axtararkən əmək stajı ilə əlaqədar hər hansı sənəd tapa bilmədiyindən sonuncuya bu barədə bildirmişdir. Bundan sonra Adil ondan əmək stajının necə düzəldə biləcəyini soruşarkən o, ancaq sənədləri arxiv idarəsinə təhvil verilmədiyini, Zaqatala X24n ona əmək stajının yazılmasının mümkün ola biləcəyini bildirmişdir. O, ilk olaraq həmin birliyin direktoru Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs1 əlaqələndirmək istəsə də, sonuncu xəstə olduğundan Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlamış və sonuncu köməklik edə biləcəyini ona demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs4 görüşdürmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs4 əmək kitabçası taparaq əmək stajı yazılmasını Təqsirləndirilən şəxs2 öz öhdəsinə götürərək, bunun üçün Təqsirləndirilən şəxs4 500 manat pul istəmiş və sonuncu da razılaşmışdır. Həmin görüşdən bir iki gün sonra Təqsirləndirilən şəxs4lə birlikdə Zaqatala şəhəri, “Mədəniyyət Mərkəzinin” qarşısında Təqsirləndirilən şəxs2la görüşmüşlər və görüş zamanı sonuncuya Təqsirləndirilən şəxs4 500 manatı şəxsən vermişdir. Həmçinin Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs2 əlaqələndirdiyi üçün ona da 40 manat hörmət etmişdir. Bundan bir neçə gün sonra isə Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs2la görüşmüş və sonuncu Təqsirləndirilən şəxs4 içərisində əmək stajı yazılmış əmək kitabçası vermişdir. Adil də həmin kitabçadan istifadə etməklə əmək pensiyası almağa başlamışdır. Həmçinin o, göstərdi ki, 2019-cu ilin əvvəllərində Təqsirləndirilən şəxs5 ona müraciət edərək əmək stajının hesablanmasını xahiş etmişdir. O, da Təqsirləndirilən şəxs5 əmək stajını hesablayarkən əmək pensiyasının verilməsi üçün nəzərdə tutulan illərdən bir neçə ilinin çatmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs5 ondan bir neçə il əmək stajının yazılması üçün köməklik etməyini xahiş etmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs5 əmək kitabçasını götürmüş, sonuncuya bir neçə il əmək stajının yazılmasında köməklik etməsini Təqsirləndirilən şəxs2 xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs5 pensiya təyin olunduğu halda sonuncunun qonaqlıq verəcəyini demişdir. Təqsirləndirilən şəxs2 da onunla razılaşmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs2 Zaqatala rayonu “Asma körpünün” yanında yerləşən “Raypo ittifaq” kimi əvvəllər adlandırılmış yerdə olan otağında olarkən sonuncu “Zaqatala X23” əmrlər kitabını digər otaqdan gətirmişdir. Bu zaman o, birliyin əmrlər kitabında, həmçinin Təqsirləndirilən şəxs5 əmək kitabçasında sonuncunun orada işləməsi barədə qeydlərini aparmışdır. Sonra həmin sənədlər Təqsirləndirilən şəxs2 qalmış və sonuncu Təqsirləndirilən şəxs1 möhür vurdurduqdan sonra qaytaracağını demişdir. Təxminən 2 gün sonra isə Təqsirləndirilən şəxs5 əmək kitabçasını möhürlü şəkildə Təqsirləndirilən şəxs2 ona qaytarmış, o da, sonuncuya vermişdir. Təqsirləndirilən şəxs5 də həmin kitabça ilə DSMF-nin Zaqatala rayon şöbəsinə müraciət etmiş və orada sənədlərinə baxılmış, bununla əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Bundan sonra da Təqsirləndirilən şəxs5 məhkəməyə müraciət etmiş və həqiqətən də kimya birliyində işləməməsi, əmək kitabçasında və əmrlər kitabında olan qeydlərin saxta olması müəyyən edilmişdir. Əlavə olaraq o, göstərdi ki, ilkin ifadələrində həyəcanlı olduğundan Təqsirləndirilən şəxs5lə əlaqədar birliyin əmrlər kitabında və əmək kitabçasında qeydləri Təqsirləndirilən şəxs2 yazdığını qeyd etmişdir. Lakin, həmin qeydlər özünə məxsusdur. Təqsirləndirilən şəxs2 da əmrlər kitablarını ona təqdim edərkən Təqsirləndirilən şəxs1la danışdığını, sonuncunun məlumatının olduğunu ona demişdir. Etdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1966-ci ildən əmək fəaliyyətinə başlamış, uzun müddət Zaqatala rayonunda Kommunal Müəssisələr Kombinatında işləmişdir. 2005-ci ildə “Torpaq Mülkiyyətçinin hüquqlarının müdafiəsi cəmiyyətinin” qeyri hökümət təşkilatının sədri vəzifəsində işləməyə başlamışdır. Vəzifəsi torpaq mülkiyyətçilərinin hüquqlarının müdafiəsi və sair hallardan ibarət olmuşdur. Cəmiyyət ünvan olaraq Zaqatala şəhəri, Nizami küçəsində “Asma körpünün” yanında yerləşmişdir. Cəmiyyətdə onunla birlikdə 3 nəfər işçi olmuşdur. 2018-ci ilin yanvar ayında isə cəmiyyətin fəaliyyəti dayandırılmışdır. Təqsirləndirilən şəxs4lə Təqsirləndirilən şəxs3 onu tanış etmiş, həmçinin ona əmək kitabçası yazılmalı olduğunu demişdir. Bu zaman o da Hacı ilə razılaşmışdır. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4 800 manat istəməsindən məlumatı olmamış, lakin Zaqatala rayonu Mədəniyyət evinin qarşısında 2018-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs4 onunla görüşərkən edəcəyi köməkliklə əlaqədar ona 500 manat həqiqətən vermişdir. Bundan sonra da o, hazırda haradan tapdığını unutduğu əmək kitabçası taparaq orada Adilin Zaqatala rayon X24 işləməsi, həmçinin Könüllü yanğından mühafizə cəmiyyətində işləməsi barədə qeydlərini aparmışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs1 əmək kitabçasına möhür vurmasını xahiş etmiş, sonuncu da həmin yazıları möhürü ilə təsdiq etmişdir. Həmçinin əmək kitabçasında olan yazıları yazsa da, hazırda Təqsirləndirilən şəxs1 imzasını sonuncunun və ya özünün çəkməsini dəqiq xatırlamır. Həmçinin Təqsirləndirilən şəxs4 işləməsi ilə əlaqədar birliyə məxsus əmrlər kitabçasında da Təqsirləndirilən şəxs1 tərəfindən qeydlər aparılmışdır. Yaşı ilə əlaqədar həmin qeydləri onun və ya Təqsirləndirilən şəxs1 aparıb-aparmamasını xatırlamır. Ola bilsin ki, Təqsirləndirilən şəxs1 otağının açarı onda olduğu zaman orada olan köhnə möhürdən istifadə edərək Təqsirləndirilən şəxs4 əmək kitabçasını və əmrlər kitabını möhürlə təsdiq etmişdir. Lakin bunlara baxmayaraq prosesdən Təqsirləndirilən şəxs1 məlumatı olmuş, lakin Təqsirləndirilən şəxs4 vermiş olduğu 500 manatdan Təqsirləndirilən şəxs1 heç bir məbləğdə pul verməməklə, pulu alması barədə də məlumat verməmişdir. Həmin pulu şəxsi işlərinə xərcləmişdir. Təqsirləndirilən şəxs4 də həmin əmək kitabçasından istifadə etməklə adına təqaüd verilməsinə nail olmuşdur. Lakin 2020-ci ilin yay aylarında saxta əmək stajı ilə əlaqədar DSMF-də sənədlərin yoxlanılacağı barədə hardansa məlumat eşitmiş və ona görə də Təqsirləndirilən şəxs4 yazmış olduğu əmək kitabçasını geri almış və evində də həmin əmək kitabçasını məhv etmişdir. Təqsirləndirilən şəxs4 də əmək kitabçasını itirməsini deməsini xahiş etmişdir. Bundan əlavə o, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs5 əmək stajının yazılmasında köməklik etməyi ilə əlaqədar 2019-cu ilin mart ayında Təqsirləndirilən şəxs3 ona müraciət etmişdir. Bu prosesdə pul söhbəti olmamış, Təqsirləndirilən şəxs3 görə bunu edəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs3la birlikdə ünvan 22 ünvanında Zaqatala rayon X26 aid otağa gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs5 məxsus əmək kitabçasında sonuncunun Zaqatala rayon X24 işləməsi barədə qeydlərini aparmasını, birliyin sədri Təqsirləndirilən şəxs1 da məlumatlandırmaqla razı salacağını demişdir. Bu zaman Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs5 adına olan əmək kitabçasında sonuncunun Zaqatala rayon X24 işləməsi barədə qeydlərini aparmışdır. Həmçinin Zaqatala rayon X26 aid əmrlər kitabında da eyni yazı xətti olması üçün Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs5 işləməsi barədə qeydlərini aparması üçün həmin kitabı təqdim etmiş, Təqsirləndirilən şəxs3 da öz növbəsində qeydlərini aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 vəziyyəti izah etməklə həmin əmək kitabçasını və əmrlər kitabını möhürü ilə təsdiq etməsini xahiş etmiş, sonuncu da münasibətlərini nəzərə alaraq möhürü ilə qeyd olunan sənədləri təsdiq etmişdir. Bu prosesdə maddi marağı olmamış, Təqsirləndirilən şəxs3 xahişinə görə bunu etmişdir. Etdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X17 göstərdi ki, onlar mülki iddia ilə müraciət etmişlər. Hazırda cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə vurulmuş 6.861,72 manat (altı min səkkiz yüz altmış bir manat yetmiş iki qəpik) məbləğində maddi zərəri tam şəkildə ödəmişlər. Onlara dəymiş zərər tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Ona görə də, mülki iddiadan imtina edirlər, mülki iddia üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 1995-ci ildən hazırki vaxtadək ƏƏSMN-in tabeliyində DSMF-nin Zaqatala rayon şöbəsində müxtəlif vəzifələrdə işləmişdir. 1998-ci ildə həmin şöbədə sahə mühasibi, 1998-2003-cu illərdə məsləhətçi, 2003-2010-cu illərdə baş məsləhətçi, 2010-2019-cu illərdə həmin şöbənin pensiya təminatı sektorunun müdiri vəzifəsini icra edən, 2019-2020-ci illərdə şöbədə sosial siğorta sektorunda baş məsləhətçi, 2020-ci ildən hazırki vaxtadək isə Pensiya Təminatı şöbəsində baş məsləhətçi işləyir. Pensiya təminatı şöbəsinin fəaliyyəti vətəndaşlardan daxil olmuş müraciətlərin araşdırmaqla cavablandırmaqdan ibarətdir. 2010-2019-cu illər üzrə pensiya təyinatı qaydaları ilə əlaqədar bildirir ki, pensiya yaşına çatmış şəxslər pensiya təyinatı üçün zəruri olan sənədləri, belə ki, şəxs, ərizəsinin, şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, yaşayış yeri barədə arayışının, hərbi biletinin notarial qaydada təsdiq olunmuş surətlərini pensiya təyinatı sektoruna təqdim edir, bundan sonra həmin sənədlər tam şəkildə ərazi üzrə sahə məsləhətçisinə təqdim olunur, sahə məsləhətçisi əgər əmək kitabçasında “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa” əsasən “Əmək Pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, ödənilməsi və saxlanılması qaydalarının” 4.2.7-ci bəndinə əsasən qeyri dövlət müəssisələrində işlədiyi iş stajının yoxlanılmasını təşkil edir. Həmin bənddə 2006-cı ilədək qeyri-dövlət müəssisələrində müraciət etmiş şəxsin iş stajı qarşılıqlı yerində yoxlanılması təmin edilməsi qeyd olunmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs4 2018-ci ilin əvvəllərində əlilliyə görə əmək pensiyası almaq üçün yuxarıda qeyd olunan sənədləri ƏƏSMN-in tabeliyində DSMF-nun Zaqatala rayon şöbəsinə təqdim etmiş və icrası ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs4 həmçinin əlilliyi ilə əlaqədar Tibbi sosial ekspert komissiyasının əlilliyi ilə əlaqədar arayışını da sənədləri ilə birlikdə təqdim etmişdir. Təqsirləndirilən şəxs4 əmək kitabçasında sonuncunun 05.01.1983-cü ildən 01.10.1995-ci ilədək Zaqatala rayon X24 işləməsi qeyd olunmuşdur. Zaqatala rayon kənd kimya birliyi həmin müddətdə dövlət müəssisəsi olmuşdur. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa” əsasən “Əmək Pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, ödənilməsi və saxlanılması qaydalarının” 4.2.7-ci bəndinə istinad edərək Təqsirləndirilən şəxs4 əmək kitabçasında olan qeydlər tərəfindən yerində yoxlanılmamışdır. Bundan başqa, 2019-cu ilin əvvəllərində Zaqatala rayon sakini Təqsirləndirilən şəxs5 da əmək pensiyası təyin edilməsi üçün yuxarıda qeyd olunan sənədləri ƏƏSMN-nin tabeliyində DSMF-nun Zaqatala rayon şöbəsinə təqdim etmiş və icrası ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs5 əmək kitabçasında 28.12.1998-cı ildən 01.06.2002-ci ilədək Zaqatala rayon X24 işləməsi qeyd olunmuşdur. Zaqatala rayon kənd kimya birliyi 1997-ci ilin dekabr ayınadək dövlət müəssisəsi olmuş, 1997-ci ilin dekabr ayından sonra isə Zaqatala kənd kimya açıq tipli səhmdar cəmiyyəti adlandırılmışdır. Həmin əmək kitabçasında Kamalın işləməsi barədə olan qeydlərdə möhürün fərqli olması, həmçinin müəssisənin fəaliyyəti qismən dayandığından, həmin müraciət üzrə pensiyanın təyin olunmasından imtina edilmişdir. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa” əsasən “Əmək Pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, ödənilməsi və saxlanılması qaydalarının” 4.2.7-ci bəndinə istinad edərək Təqsirləndirilən şəxs5 əmək fəaliyyəti olan müddətin yoxlanılmasına çalışılsa da, müəssisə zəruri sənədlərini Arxiv idarəsinə təhvil vermədiyindən, həmçinin birliyin faktiki hüquq ünvanında heç kim olmadığından imtina üçün bu hallar əsas götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs5 imtinadan iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və orada da Kamalın əmək kitabçasında olan qeydlərin saxta olması ehtimal edilməklə iddiası təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 avqust 2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsi tərəfindən əmək pensiyası hüququ olmadığı halda saxtalaşdırılması ehtimalı olan sənədlərə əsasən Təqsirləndirilən şəxs4 22.02.2018-ci il tarixdən əlilliyə görə pensiya təyinatı aparılmışdır. Nəticədə - Təqsirləndirilən şəxs4 isə 4450,0 manat məbləğində artıq pensiya hesablanaraq ödənilmişdir. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 12.03.2020-ci il tarixli 2- 1(116)42/2020 nömrəli qərarından görünür ki, iddiaçı Təqsirləndirilən şəxs5 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı “28 dekabr 1996-ci ildən 01.06.2002 ci ilədək olan dövrdə Zaqatala rayon X24 işləməyi ilə əlaqədar həmin müddətin əmək stajına daxil olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan görünür ki, sübut kimi qeyd edilmiş işə əlavə olunmuş Zaqatala rayon Dövlət Arxivinin 22.08.2019-cu il tarixli məktubundan görünür ki, Zaqatala rayon X23 arxiv sənəd və materialları Zaqatala rayon Dövlət Arxivində saxlanılmadığından Zaqatala rayon Yuxarı Çardaxlar kənd sakini Təqsirləndirilən şəxs5 28.12.1996-cı ildən 01.06.2002ci ilədək işləməsinə dair məlumatı təqdim etmək mümkün olmamışdır. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 12.03.2020-ci il tarixli 2- 1(116)42/2020 nömrəli qərardadından görünür ki, iddiaçı Təqsirləndirilən şəxs5 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı “27.11.1972-ci il tarixdən 22.05.1973-cü ilədək olan müddətdə PMK-51 təşkilatında, 1976, 1983-1988, 1990 və 1992-1996-cı illərdə Zaqatala rayonu “28 Aprel” adına kolxozda, 27.02.1992-ci ildən 1993cü ilin iyul ayınadək Zaqatala rayonu Muxax İstehlak Cəmiyyətində işləməyi ilə əlaqədar həmin müddətlərin əmək stajına daxil olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 12.03.2020-ci il tarixli 2- 1(116)42/2020 nömrəli qətnaməsinin müəyyən etdim hissəsində qeyd edilən Məhkəmə Ekspertizası Mərkəzinin 21.11.2019-cu il tarixli 27837/28055 nömrəli Ekspert Rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs5 Emin oğlunun adına olan ИT-İ № 015833 nömrəli əmək kitabçasının 12-13-cü səhifələrində və Zaqatala rayon KKBnın “Əmrlər kitabı”nın 17-ci səhifəsindəki 50-ci “Əmr”-in, 31-ci səhifəsindəki 04-cü “Əmrin üzərindəki möhür əksləri mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədlərin üzərinə bir başa vurulmuşdurlar. Tədqiqata təqdim edilmiş Zaqatala rayon KKB-nın “Əmrlər kitabının 31-ci səhifəsində olan 04-cü “Əmr”in 4-cü sətirindəki “Təqsirləndirilən şəxs5 Emin” sözləri həmin sətirə sonradan əlavə edilmişdir. 3. Tədqiqata təqdim edilmiş Zaqatala rayon KKB-nin “Əmrlər kitabının” 31-ci səhifəsində olan 04-cü “Əmr”in 4-cü sətrindəki “işdən azad edilsinlər” cümləsinin yerində əvvəlcə “işdən azad edilsin” sözləri olmuş, sonradan “lər” şəkilçisini əlavə edərək “işdən azad edilsinlər sözünə dəyişdirilmiş və qalan sözlərin ilk məzmunu dəyişmədən üzərində təkrar hərəkətlə icra olunmuşdur. 4. Tədqiqata təqdim edilmiş Zaqatala rayon KKB-nın “Əmrlər kitabının 31-ci səhifəsindəki 04-cü “Əmr”inin üzərində olan əl yazılar (Təqsirləndirilən şəxs5 sözündən başqa) əvvəl icra edilmiş, sonra isə möhür əksi vurulmuşdur. 5. Tədqiqata təqdim edilmiş Zaqatala rayon "KKB-nın “Əmrlər kitabının 31-ci səhifəsində olan 04-cü “Əmrinin üzərindən “Sədr” sözündən sonrakı imza əvvəl icra edilmiş sonra isə möhür əksi vurulmuşdur. 6. Tədqiqata təqdim edilmiş Zaqatala rayon KKB-nın “Əmrlər kitabının” 31-ci səhifəsində 04-cü “Əmr”in 5-ci sətrindəki “Sədr” sözü əvvəl icra edilmiş, sonra “Təqsirləndirilən şəxs5 Emin” əl yazısı icra edilmişdir. 7. Tədqiq olunan “Əmrlər kitabının 31-ci səhifəsindəki 01.06.2002-ci il tarixli Əmr №4 bölməsindəki diyircəkli qələmlə icra olunmuş “01 iyun 2002-ci il Zaqatala şəhəri X3 xahişinə gorə işdən azad edilsin Sədr: /imza/ “Təqsirləndirilən şəxs1” əlyazılarının icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddəsi kimyəvi tərkiblərinə görə öz aralarında eynidirlər. 8. Həmin “Əmrlər kitabının 31-ci səhifəsində olan 01.06.2002-ci il tarixli Əmr №4 bölməsindəki əlyazma mətnindəki “Təqsirləndirilən şəxs5 Emin” və “lər” əlyazılarının icra olunmasında istifadə olunan mürəkkəblərin rəngləyici maddəsi kimyəvi tərkiblərinə görə öz aralarında eynidirlər. 9. “Əmrlər kitabının 31-ci səhifəsində olan Əmr №04 bölməsindəki diyircəkli qələmlə icra olunmuş “01 iyun 2002-ci il Zaqatala şəhər X2 xahişinə görə işdən azad edilsin Sədr /imza/ Б.Məmmədov” əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqlənirlər. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 12.03.2020-ci il tarixli 2- 1(116)42/2020 nömrəli qərardadının müəyyən etdim hissəsində sübut qismində qiymətləndirilən Məhkəmə Ekspertizası Mərkəzinin 28.11.2019-cu il tarixli 28056 nömrəli Ekspert Rəyindən görünür ki, 1.1. Ekspertizaya təqdim olunmuş, əmrlər kitabının 16-cı vərəqəsinin arxa tərəfində 28.12.1996-cı il tarixli 50 nömrəli əmrdə “Təqsirləndirilən şəxs1” yazıları önündəki imza – X18 tərəfindən icra olunmuşdur. 1.2. Ekspertrizaya təqdim olunmuş, əmrlər kitabının 31-ci vərəqəsinin üz tərəfindən 01.06.2002-ci il tarixli 04 nömrəli əmrdə «01 iyun 2002-ci il Zaqatala X1 Öz xahişinə görə işdən azad Sədr Təqsirləndirilən şəxs1» yazıları - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs5 adına olan ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının 12-13-cü səhifələrində 16-cı və 17-ci qeydlərdə olan “Təqsirləndirilən şəxs1” yazıları qarşısındaki imzalar X18 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim olunmuş, əmrlər kitabının 31-ci vərəqəsinin üz tərəfində 01.06.2002-ci il tarixli 04 nömrəli əmrdə «01 iyun 2002-ci il Zaqatala X1 Öz xahişinə görə işdən azad Sədr Təqsirləndirilən şəxs1» yazıları ilə “Təqsirləndirilən şəxs5 Emin” yazıları - müxtəlif şəxslər tərəfindən olunmuşdur. 3. «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında “Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən bildiririk ki, ekspertizaya təqdim edilmiş əmrlər kitabının 31-ci vərəqəsinin üz tərəfində 01.06.2002-ci il tarixli 04 nömrəli əmrdə «edilsin- lər» yazısına “lər” hərflərin artırılması və həmin yazıdakı hərflərin trayekrotiyası boyunca haşiyələnməsi (Bax:Sənədlərin texniki ekspertizasının 21 noyabr 2019-cu il tarix 27837/28055 nömrəli rəyinə) nəticəsində hərəkətin forma və istiqamətini, başlanğıc və bitmə nöqtələrinin yerlərini tam və dəqiqliklə izləmək mümkün olmaması səbəblərindən tədqiqat üçün yararsız olduğundan həmin yazının əmrdəki digər yazılarla eyni şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. 4. Ekspertizaya təqdim olunmuş, əmrlər kitabının 16-cı vərəqəsinin arxa tərəfində 28.12.1996-cı il tarixli 50 nömrəli əmrdə “Təqsirləndirilən şəxs1” yazıları önündəki imzada imzanın qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmadı. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 12.03.2020-ci il tarixli 2- 1(116)42/2020 nömrəli qərardadından görünür ki, fakt üzrə aşkar olunmuş cinayətin əlamətləri barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 30 mart 2021-ci il tarixli 4/334 nömrəli məhkəməxətşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Zaqatala rayon X23 1995-2012-ci illərə dair əmrlər kitabının 33-cü vərəqəsinin arxa hissəsində 01 oktyabr 2005-ci il tarixli 3 nömrəli əmrdəki “01.10.2005-ci il, ərizəsinə əsasən işdən azad edilsin, Təqsirləndirilən şəxs4” yazıları və imza; X6 adına olan ИT-İ ******* nömrəli əmək kitabçasının kserosurətində olan “4 10.02.1997 Ərizəsinə əsasən işdən azad edilsin X23 sədri: “Məmmədov” əmr №2 10.02.1997” yazıları və “Məmmədov” yazısından əvvəl olan imza – Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Zaqatala rayon X23 1995-2012-ci illərə dair əmrlər kitabının 16-cı vərəqəsinin arxa tərəfində 28 dekabr 1996-cı il tarixli 50 nömrəli əmrdəki “28 dekabr 1996-cı il Zaqatala şəһəri K.K.B, Təqsirləndirilən şəxs5 Emin oğlu һəmin tarixdən anbardar işinə qəbul edilsin Sədr: B.A.Məmmədov” yazıları, 31-ci vərəqəsinin üz tərəfində 01.06.2002-ci il tarixli 04 nömrəli əmrdə “Təqsirləndirilən şəxs5 Emin” yazıları; Təqsirləndirilən şəxs5 adına olan ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının 12-13-cü səhifələrində 16-cı və 17-ci bəndlərdəki yazılar və “Təqsirləndirilən şəxs1” yazıları – ÖMƏROV HACİ ÖMƏR oğlu tərəfindən icra olunmuşdur. Əksləri ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs4 adına olan ИT-İ ******* nömrəli əmək kitabçasının kserosurətində olan “Təqsirləndirilən şəxs4, xx xxxxx 1962, orta, 15 Xİİ 1995, 01 05 İ 1983 Kəndkimya birliyinə fəһlə qəbul edilsin əmr №2 05/İ-1983, Sədr Təqsirləndirilən şəxs1, 02, 01 X 1995 ərizəsinə görə işdən azad edilsin sədr imza Təqsirləndirilən şəxs1 əmr №3 02 D1.X.1995, 03 31 12 1995, 03 31 12 1995 KYMC fəhlə qəbul edilsin Sədir B.M.Məmmədov, əmr №22 31.12.1995, 04 31.12.2002 Ərizəsinə əsasən işdən azad edilsin sədir; “İmza” B.M.Məmmədov əmr №30 31.12.2002” yazıları – Təqsirləndirilən şəxs1 tərəfindən yox, Təqsirləndirilən şəxs3 tərəfindən yox, Təqsirləndirilən şəxs5 tərəfindən yox, X19 tərəfindən yox, Təqsirləndirilən şəxs4 tərəfindən yox, Təqsirləndirilən şəxs2 tərəfindən yox, Şahid tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs5 adına olan ИT-İ seriyalı 158384 nömrəli əmək kitabçasının 2-13-cü səhifələrində 16-cı və 17-ci bəndlərdə “Təqsirləndirilən şəxs1” yazılarından əvvəl yerləşən imzalar – Təqsirləndirilən şəxs1 tərəfindən yox, Təqsirləndirilən şəxs5 tərəfindən yox, X19 tərəfindən yox, Təqsirləndirilən şəxs4 tərəfindən yox, Təqsirləndirilən şəxs2 tərəfindən yox, Şahid tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Əksləri ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs4 adına olan ИT-İ ******* nömrəli əmək kitabçasının kserosurətində olan “01 05 İ 1983”, “02 01 X 1995”, “03 31 12 1995”, “04 31.12.2002” tarix göstəriciləri qarşısında ““Təqsirləndirilən şəxs1” yazıları qarşısında olan imzalar – Təqsirləndirilən şəxs1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs5 adına olan ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının 12-13-cü səhifələrində 16-cı və 17-ci bəndlərdə “Təqsirləndirilən şəxs1” yazılarından əvvəl yerləşən imzaların – Təqsirləndirilən şəxs3 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Əksləri ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs4 adına olan ИT-İ ******* nömrəli əmək kitabçasının kserosurətində olan “01 05 İ 1983”, “02 01 X 1995”, “03 31 12 1995”, “04 31.12.2002” tarix göstəriciləri qarşısında ““Təqsirləndirilən şəxs1” yazıları qarşısında olan imzaların – Təqsirləndirilən şəxs3 tərəfindən, Təqsirləndirilən şəxs5, X19 tərəfindən, Təqsirləndirilən şəxs4 tərəfindən, Təqsirləndirilən şəxs2 tərəfindən, Şahid tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. İş materiallarında olan Zaqatala rayon X23 02.04.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 “Azərkəndkimiya” birliyinin 27.01.1994-cü il tarixli 11 nömrəli əmri ilə Zaqatala rayonu kəndkimya birliyinin sədri vəzifəsinə təyin edilmiş, hal-hazırda da Zaqatala rayon kəndkimya birliyinin və Zaqatala rayon kəndkimya ATSC-nin sədri vəzifəsində işləyir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyətinin 205 nömrəli 25 noyabr 2012-ci il tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs3 25 noyabr 2012-ci il tarixdən Zaqatala Rayon Dövlət Arxivinə xadimə vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 15 aprel 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 adına olan ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs5 “işə qəbul olunmazdan əvvəl Sovet Ordusunda xidmət edib – 27.5.73 tarixdən 18.06.1975 tarixədək AZ SSR Sənaye Tikintisi Nazirliyi “Dəmirbeton” trestinin JBİ-4 zavodu, 01.09.1976 3 nömrəli sexə 2-ci dərəcəli qəlibçi vəzifəsinə qəbul edilib, 01.04.1977 3 nömrəli qəlibləyici sexin adı dəyişdirilərək “Dəmirbeton” trestinin JBİ-6 zavodu adlandırılıb. 05.01.1978 Zaqatala “Raykəndtəskimya” Azərb.SSR ƏM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilib. 1978.03.13 “Dəmirbeton” trestinin JBİ-6 zavodu 3-cü dərəcəli qəlibçi vəzifəsinə qəbul edilib. 1980.10.07 Azər.SSR ƏM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilib. S.M.Kirov adına X29 ordenli Maşınqayırma zavodu 1978.11.14 dəmirçi sexinə dəmirçinin şagirdi təyin edilib. 1978.11.21 sınaq müddətini keçə bilmədiyinə görə azad edilib. 29.01.1979-11.09.1979-ci illərdə Zaqatala rayon Yuxarı Çardaxlar kənd 3 nömrəli yeməkxanasında bufetçi vəzifəsində işləyib. 05.05.1980- 12.03.1982-ci illərdə Zaqatala rayon 12 nömrəli mağazada satıcı vəzifəsində işləmişdir. 17.03.1982-27.03.1987-ci illərdə Zaqatala rayonu 28 aprel kolxozunda kolxozçu işləmişdir. 01.10.1987-10.05.1990-ci illərdə Muxax kənd 6-21 nömrəli mağazada satıcı müdir işləmişdir. 28.12.1996-01.06.2002-ci illərdə isə Zaqatala rayon X24 anbardar vəzifəsində işləmişdir. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışa əsasən Təqsirləndirilən şəxs4 22.02.2018-ci il tarixdə aparılmış qiymətləndirməyə əsasən ikinci dərəcəli əlildir. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluq müddəti 22.02.2023-cü il kimi müəyyən edilmişdir. İşdə olan Təqsirləndirilən şəxs4 məxsus 676261******5777 nömrəli kart hesabından 31 mart 2021-ci il tarixli çıxarışdan görünür ki, 29.08.2019-cu il tarixdən 17.03.2021-ci il tarixədək həmin hesaba pul mədaxili edilmişdir. İş materiallarında olan 21 aprel 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 21 aprel 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 21 aprel 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs5 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 21 aprel 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 21 aprel 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiadan görünür ki, icraatda olan cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə vurulmuş və ödənilməmiş 6.861,72 manat (altı min səkkiz yüz altmış bir manat yetmiş iki qəpik) məbləğində maddi zərərin tutularaq Azərbaycan Reşpublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin hesabına ödənilməsini təmin edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs5 məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Ömərov X21 Rayon Xalq Məhkəməsinin 10.11.1998-ci il tarixli hökmü İlə Cinayət Məcəlləsinin 157-2 maddəsinin 2-ci hissəsinin 41 sətrinə əsasən 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına 01 il sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, onun barəsində Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs4 tərəfindən verilmiş ərizədən görünür ki, barəsində Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, barəsində Cinayət Məcəlləsinin 32.4, 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs5 tərəfindən verilmiş ərizədən görünür ki, barəsində Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş ərizədən görünr ki, onun barəsində Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Zaqatala rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki Təqsirləndirilən şəxs2 Camal oğlu barəsində Mənzil İstismar İdarəsinə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 03 dekabr 2021-ci il tarixdə verilmiş 9/6790 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, tədqim edilmiş iş materiallarında olan sənədlər, ekspert qarşısında qoyulmuş suallar və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən təqdim edilmiş mütəxəssis rəyinin məlumatları nəzərə alınmaqla suallar üzrə aşağıdakılar müəyyən edilir: birinci sual üzrə: Təqsirləndirilən şəxs4 məxsus 676261 **,****5777 nömrəli kart hesabına 22.02.2018-ci il tarixdən hesablanmaqla 17 mart 2021-ci il tarixədək olan müddətdə ödənilmiş əmək pensiyası hesab edilən pul vəsaitinin məbləği 6099,42 manat təşkil edir. ikinci sual üzrə: Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. üçüncü sual üzrə: Təqsirləndirilən şəxs4 İİ dərəcə əlilliyə görə sosial müavinət almaq hüququ olduğu halda 22 fevral 2018-ci il tarixindən 17 mart 2021-ci il tarixinədək olan müddət ərzində almalı olduğu sosial müavinətin məbləği (22 fevral 2018-ci il tarixindən 1 mart 2018-ci il tarixinədək 55 manat, 1 mart 2018-ci il tarixindən 1 aprel 2019-cu il tarixinədək 61 manat, 1 aprel 2019-cu il tarixindən 130 manat) 3868,03 manat müəyyən edilərdi. dördüncü sual üzrə: Təqsirləndirilən şəxs4 İİ qrup əlilliyə görə sosial müavinət almaq hüququ yarandığı tarixdən almalı olduğu müavinət və 22.02.2018-ci il tarixdən hesablanmaqla 17 mart 2021ci il tarixədək aldığı əmək pensiyası arasında yaranmış məbləğ fərqi 6099,42 (almış olduğu əmək pensiyasının məbləği) - 3868,03 (sosial müavinət təyin olunarsa alacağı məbləğ) =2231,39 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tərəfindən 558 manat, Təqsirləndirilən şəxs4 tərəfindən 4426 manat, Təqsirləndirilən şəxs3 tərəfindən 559 manat və Təqsirləndirilən şəxs2 Camal oğlu tərəfindən 559 manat məbləğində pul vəsaiti X9 ödənilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X17 tərəfindən verilmiş ərizədən görünür ki, 1(033)-1/2022 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxs Dövlət Sosial Müdafiə Fonduna dəymiş zərər tam ödənilmişdir. Dəymiş zərər tam ödənildiyinə görə heç bir şikayət və tələbləri yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir və mülki iddiadan imtina edir. İş materiallarında olan 20.04.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın 12-ci bəndindən görünür ki, Təqsirləndirilən şəxs5 adına olan əmək kitabçasının əsli və Təqsirləndirilən şəxs4 aid əmək kitabçalarının əslinin məhv edilməsi müəyyən edildiyindən, notarial qaydada təsdiq edilmiş surətləri, “Zaqatala rayon X26” aid 16.01.1995-ci il tarixli 01 nömrəli əmri ilə başlayıb, 28.02.2012-ci il tarixli 01 nömrəli əmri ilə başa çatan əmrlər kitabının əsli maddi sübut kimi tanınmışdır. Beləliklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yuxarıda şərh edilən onlara istinad edilən cinayət əməllərini törətmələri özlərinin etirafı ilə yanaşı, həm də şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 vəzifəli şəxs qismində qeyrisinin təhriki ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qeyrilərinin təhriki və köməkçiliyi ilə rəsmi sənədlərin məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 1994-cü ildən Zaqatala rayon X23 sədri vəzifəsində işləyərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11, 12 və 48-ci maddələrinin tələblərinə uyğun olaraq əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək, əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək səlahiyyətlərinə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs qismində tanışı Təqsirləndirilən şəxs2 yaxını olduğunu bildirdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin tibbi-sosial ekspert komissiyasının 22.02.2018-ci il tarixli qərarı ilə İİ dərəcəli əlil kimi qiymətləndirilmiş Zaqatala rayon sakini Təqsirləndirilən şəxs4 rəsmi olaraq heç bir yerdə işləmədiyi halda məzmununda guya sonuncunun Zaqatala rayon X24 işləməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş əmək kitabçası ilə təmin edilməsində köməklik göstərilməsinə dair 2018-ci ilin iyun ayında ünvan 1 ünvanında özünə etdiyi müraciəti ilə əlaqədar Təqsirləndirilən şəxs2la razılaşmaqla sövdələşib, sonuncunun təhriki əsasında xidməti vəzifəsinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs4 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək sonuncuların yanında özünü nüfuzlu rəhbər vəzifəli şəxs və faydalı dost kimi təqdim etmədə ifadə olunan şəxsi niyyətlə həmin tarixdə qeyd edilən ünvanda rəsmi sənəd olan NT-İ ******* nömrəli əmək kitabçasının məzmununa Təqsirləndirilən şəxs4 guya 02 saylı əmrlə 05.01.1983-cü il tarixdə Kəndkimya birliyinə fəhlə qəbul edilməsi və 03 saylı əmrlə isə 01.10.1995-ci il tarixdə ərizəsi ilə işdən azad edilməklə ümumilikdə 12 il 9 ay əmək stajının olması barədə bilə-bilə yalan məlumatları fərqli yazı xətti ilə daxil edərək Zaqatala rayon X26 məxsus möhürlə şəxsən təsdiq edib Təqsirləndirilən şəxs2 təqdim etməklə sonuncunun təhriki ilə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə əmək stajının müəyyən olunması, hesablanması, bununla bağlı obyektivliyin və şəffaflığın təmin edilməsi ilə əlaqədar dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs2 təhriki ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, qeyd olunan vəzifədə işləyərkən, təkrarən, tanışı Təqsirləndirilən şəxs2 yaxını olduğunu bildirdiyi yaşa görə əmək pensiyası alması üçün iki illik əmək stajı çatmayan Zaqatala rayon sakini Təqsirləndirilən şəxs5 məzmununda sonuncunun guya Zaqatala rayon X24 işləməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş əmək kitabçası və Zaqatala rayon X23 əmrlər kitabının müvafiq hissəsinin möhürlə təsdiq edilməsində köməklik göstərilməsinə dair 2019-cu ilin mart ayında ünvan 1 ünvanında özünə etdiyi müraciəti ilə əlaqədar Təqsirləndirilən şəxs2la razılaşmaqla sövdələşib, sonuncunun təhriki əsasında xidməti vəzifəsinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs5 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək sonuncuların yanında özünü nüfuzlu rəhbər vəzifəli şəxs və faydalı dost kimi təqdim etmədə ifadə olunan şəxsi niyyətlə həmin tarixdə qeyd edilən ünvanda Zaqatala rayon Arxiv İdarəsində xadiməçi işləyən Təqsirləndirilən şəxs3 məsləhətləri və maneələri aradan qaldırmaqla rəsmi sənəd olan ИТ-İ ******* nömrəli əmək kitabçasının və Zaqatala rayon X23 əmrlər kitabının məzmununa Təqsirləndirilən şəxs5 50 saylı əmrlə 28.12.1996-cı il tarixdə Kəndkimya birliyinə anbardar işinə qəbul edilməsi və 04 saylı əmrlə isə 01.06.2002-ci il tarixdə ərizəsi ilə işdən azad edilməklə ümumilikdə 6 il 6 ay əmək stajının olması barədə əlyazma ilə biləbilə yalan məlumatları yardım edərək daxil etməsindən sonra Zaqatala rayon X26 məxsus möhürlə həmin yalan məlumatları şəxsən təsdiq etməklə Təqsirləndirilən şəxs3 köməkçiliyi və Təqsirləndirilən şəxs2 təhriki ilə vahid niyyətlə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə əmək stajının müəyyən olunması, hesablanması, bununla bağlı obyektivliyin və şəffaflığın təmin edilməsi ilə əlaqədar dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs2 təhriki ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs5 bilə-bilə hüquq verən saxta rəsmi sənəddən qanunsuz olaraq istifadə etmişdir. Belə ki, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli, 54-İİİQ nömrəli Qanununun 7-ci maddəsinin 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququnun olmasına dair tələblərini öyrəndikdən sonra 27.11.1972-ci il tarixdən 22.05.1973-cü il tarixədək olan müddətdə “PMK-51” təşkilatında, 1976, 1983-1988, 1990 və 1992-1996-cı illərdə Zaqatala rayonu “28 aprel” adına kolxozda, 27.02.1992-ci ildən 1993-cü ilin iyul ayınadək isə “Zaqatala rayonu Muxax İstehlak Cəmiyyəti”ndə işləməsinə baxmayaraq, yaşa görə sığorta stajı az olması səbəbindən əmək pensiyası ala bilmədiyi üçün adına olan ИТ-İ ******* nömrəli əmək kitabçasına bilə-bilə saxta sığorta stajı yazdırmaqla saxta sənədlərdən istifadə etmək niyyəti ilə bununla bağlı tanışı Təqsirləndirilən şəxs3 etdiyi müraciəti ilə əlaqədar olaraq sonuncu bu barədə tanışı Təqsirləndirilən şəxs2 ilə məsləhətləşib onun əmək stajına malik olmasına dair yalan məlumatları ehtiva edən qeydlərin ИТ-İ ******* nömrəli əmək kitabçasına əlavə ediləcəyi təqdirdə əmək pensiyası ala biləcəyini özünə bildirmələrindən və 2019-cu ilin yanvar ayında əmək kitabçasını Təqsirləndirilən şəxs3 verdikdən sonra 2019-cu ilin mart ayında, ümumiyyətlə heç bir vaxt “Zaqatala rayon Kənd kimya birliyi”ndə işləməməsinə baxmayaraq, məzmununda 50 saylı əmrlə 28.12.1996-cı il tarixdə Kəndkimya birliyinə anbardar işinə qəbul edilməsi və 04 saylı əmrlə isə 01.06.2002-ci il tarixdə ərizəsi ilə işdən azad edilməklə ümumilikdə 6 il 6 ay əmək stajının olması barədə bilə-bilə yalan məzmunlu qeydlər edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasını Təqsirləndirilən şəxs3 ünvan 3 ünvanında yerləşən Zaqatala rayon Mədəniyyət Mərkəzinin qarşısında şəxsən qəbul edib barəsində əmək pensiyasının təyin olunması öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsi üzərinə qoyulması barədə məhkəmə qərarının qəbul olunması üçün ИТ-İ ******* nömrəli əmək kitabçasını iddia ərizəsinə əlavə edib 10.04.2019-cu il tarixdə Zaqatala şəhəri, Nizami küçəsində yerləşən "xxxx" MMC-nin Mərkəzi şöbəsi vasitəsilə Şəki İnzibati Məhkəməsinə göndərməklə təqdim edərək bilə-bilə hüquq verən saxta rəsmi sənəddən qanunsuz olaraq istifadə etmişdir. Təqsirləndirilən şəxs4 qeyrilərinin bir qrup şəxs qismində köməkçiliyi ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirərək dələduzluq etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən qanunsuz olaraq istifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin tibbi-sosial ekspert komissiyasının 22.02.2018-ci il tarixli qərarı ilə “Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi. Sol ağ ciyərin xroniki proqressiv gedişli fibroz kavernoz vərəmi infiltrasiya mərhələsi, sağ ağ ciyərin ocaqlı vərəmi, tənəffüs çatışmamazlığı İİ dərəcə” diaqnozu ilə İİ dərəcəli əlil kimi qiymətləndirildikdən sonra “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli, 54-İİİQ nömrəli Qanununun 12.1-ci maddəsinə görə, İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə və qeyd olunan maddədə göstərilən sığorta stajı olduğu halda təyin edilməsinə baxmayaraq, göstərilən normanın tələblərini öyrəndikdən sonra ümumiyyətlə rəsmi olaraq heç bir yerdə işləmədiyi və göstərilən sığorta stajı olmadığı halda İİ dərəcəli əlilliyə görə daha yüksək məbləğdə əmək pensiyası alması üçün saxta sənədlərdən istifadə edərək aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyəti ilə bununla bağlı 2018-ci ilin iyun ayında tanışı Təqsirləndirilən şəxs3 etdiyi müraciəti ilə əlaqədar olaraq sonuncu bu barədə tanışı Təqsirləndirilən şəxs2 ilə məsləhətləşib onun əmək stajına malik olmasına dair yalan məlumatları ehtiva edən saxta əmək kitabçası ilə təmin ediləcəyi təqdirdə qeyd edilən əlillik dərəcəsi üzrə daha yüksək məbləğdə əmək pensiyası ala biləcəyini ona bildirib Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs qismində məsləhətləri və məlumatları, cinayətin törədilməsi üçün vasitə vermək və maneələri aradan qaldırmalarında ifadə olunan köməkçilikləri ilə ümumilikdə 500 manat müqabilində məzmununa bilə-bilə yalan məlumatlar olan saxta rəsmi sənəd olan əmək kitabçası ilə təmin ediləcəyinə dair Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşaraq 2018-ci ilin iyun ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən Zaqatala rayonu Mədəniyyət Mərkəzinin qarşısında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 540 manat məbləğində pulu şəxsən verməklə ümumiyyətlə rəsmi olaraq heç bir yerdə işləmədiyi halda məzmununda 02 saylı əmrlə 05.01.1983-cü il tarixdə Zaqatala rayon X26 fəhlə qəbul edilməsi və 03 saylı əmrlə isə 01.10.1995-ci il tarixdə ərizəsi ilə işdən azad edilməklə ümumilikdə 12 il 9 ay əmək stajının olması barədə yalan məlumatlar əks olunmuş hüquq verən saxta rəsmi sənəd olan NT-İ ******* nömrəli əmək kitabçasını Təqsirləndirilən şəxs3 şəxsən qəbul edib həmin saxta rəsmi sənəddən istifadə edərək əmək pensiyasının təyin olunması üçün 29 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ünvan 6 ünvanında yerləşən Zaqatala rayon şöbəsinə şəxsən müraciət edib şöbənin 20.07.2018-ci il tarixli qərarı ilə 22.02.2018-ci il tarixdən hesablanmaqla 125,05 manat əlillik dərəcəsi ilə əmək pensiyası təyin edilməsinə nail olub, adına "xxxx" ASC-də açılmış 676261******7017 hesab nömrəsinə 2018-ci ilin avqust ayından həmin ilin sonunadək İİ qrup əlillik dərəcəsi təyin edildiyi 22.02.2018-ci il tarixdən hesablanmaqla həmin il üzrə cəmi 10 ay 7 gün pensiya müddəti nəzərə alınaraq 5 ay ərzində, o cümlədən, avqust ayı üzrə 254,1 manat, sentyabr ayı üzrə 254,1 manat, oktyabr ayı üzrə 254,1 manat, noyabr ayı üzrə 254,1 manat, dekabr ayı üzrə 285,86 manat olmaqla, ümumilikdə 5 ay üzrə köçürülmüş cəmi 1.302,26 manat, 2019-cu ilin yanvar ayından həmin ilin sonunadək 12 ay üzrə, o cümlədən, yanvar ayı üzrə 127,05 manat, fevral ayı üzrə 134,67 manat, mart ayı üzrə 160 manat, aprel ayı üzrə 160 manat, may ayı üzrə 160 manat, iyun ayı üzrə 160 manat, iyul ayı üzrə 160 manat, avqust ayı üzrə 160 manat, sentyabr ayı üzrə 160 manat, oktyabr ayı üzrə 200 manat, noyabr ayı üzrə 200 manat, dekabr ayı üzrə 200 manat, ümumilikdə 12 ay üzrə köçürülmüş cəmi 1.981,72 manat, 2020-ci ilin yanvar ayından həmin ilin sonunadək 12 ay üzrə, o cümlədən, yanvar ayı üzrə 200 manat, fevral ayı üzrə 266,40 manat, mart ayı üzrə 233,20 manat, aprel ayı üzrə 233,20 manat, may ayı üzrə 233,20 manat, iyun ayı üzrə 233,20 manat, iyul ayı üzrə 233,20 manat, avqust ayı üzrə 233,20 manat, sentyabr ayı üzrə 233,20 manat, oktyabr ayı üzrə 233,20 manat, noyabr ayı üzrə 233,20 manat, dekabr ayı üzrə 233,20 manat, ümumilikdə 12 ay üzrə köçürülmüş cəmi 2.798,4 manat, 2021-ci ilin yanvar ayından həmin ilin aprel ayınadək 3 ay üzrə, o cümlədən, yanvar ayı üzrə 233,20 manat, fevral ayı üzrə 286,36 manat, mart ayı üzrə 259,78 manat, ümumilikdə 3 ay üzrə köçürülmüş cəmi 779,34 manat olmaqla,ümumilikdə qeyd olunan müddətdə 6.861,72 manat (altı min səkkiz yüz altmış bir manat yetmiş iki qəpik) məbləğində pul vəsaitini Zaqatala rayonunda yerləşən bankomatlardan çıxarıb, şəxsi ehtiyaclarına sərf edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus 6.861,72 manat (altı min səkkiz yüz altmış bir manat yetmiş iki qəpik) pul vəsaitini Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 köməkçilikləri ilə vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən qanunsuz olaraq istifadə etmişdir. Təqsirləndirilən şəxs3 bir qrup şəxs qismində qeyrisinin aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirərək dələduzluq etməsində köməkçi qismində iştirak etmiş, vəzifəli şəxsin rəsmi sənədin məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsində köməkçi qismində iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və üçüncü şəxs üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin tibbi-sosial ekspert komissiyasının 22.02.2018-ci il tarixli qərarı ilə İİ dərəcəli əlil kimi qiymətləndirilmiş Zaqatala rayon sakini Təqsirləndirilən şəxs4 rəsmi olaraq heç bir yerdə işləmədiyi halda İİ dərəcəli əlilliyə görə daha yüksək məbləğdə əmək pensiyası almasında köməklik göstərilməsinə dair 2018-ci ilin iyun ayında özünə etdiyi müraciəti ilə əlaqədar olaraq bu barədə tanışı Təqsirləndirilən şəxs2 ilə məsləhətləşib Təqsirləndirilən şəxs4 əmək stajına malik olmasına dair yalan məlumatları ehtiva edən saxta əmək kitabçası ilə təmin ediləcəyi təqdirdə qeyd edilən əlillik dərəcəsi üzrə daha yüksək məbləğdə əmək pensiyası ala biləcəyini sonuncuya bildirib Təqsirləndirilən şəxs2la bir qrup şəxs qismində məsləhətləri və məlumatları, cinayətin törədilməsi üçün vasitə vermək və maneələri aradan qaldırmaqla Təqsirləndirilən şəxs4 yardım edərək, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, öz həqiqi təsir imkanlarından istifadə etməklə vəzifəli şəxs olan tanışları Zaqatala rayon X23 sədri Təqsirləndirilən şəxs1 məzmununda Təqsirləndirilən şəxs4 Zaqatala rayon X24 işləməsi barədə bilə-bilə yalan məlumatlar olan əmək kitabçasının tərtib edilməsindən ibarət qərarına qanunsuz təsir etməsindən ötrü özü və Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla şəxsən və sonuncu vasitəsilə maddi nemət olan ümumilikdə 500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs4 istəyib sonuncunun razılığını Təqsirləndirilən şəxs2la birlikdə əldə etdikdən sonra verdiyi vədi yerinə yetirmək niyyəti ilə Təqsirləndirilən şəxs2 2018-ci ilin iyun ayının birinci yarısında ünvan 1 ünvanında Zaqatala rayon X23 direktoru Təqsirləndirilən şəxs1 müraciət edib, ona birlikdə həmin məsələ ilə əlaqədar Təqsirləndirilən şəxs4 500 manat istəmələri barədə bildirmədən, Təqsirləndirilən şəxs4 adına Zaqatala rayon X24 işləməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş əmək kitabçasının tərtib edilməsinə dair Təqsirləndirilən şəxs1 xahişinə əsasən, sonuncu ilə razılaşmaqla sövdələşib, Təqsirləndirilən şəxs2 təhriki əsasında Təqsirləndirilən şəxs1 həmin tarixdə qeyd edilən ünvanda vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs4 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək şəxsi niyyətlə rəsmi sənəd olan NT-İ ******* nömrəli əmək kitabçasının məzmununa sonuncunun 02 saylı əmrlə 05.01.1983-cü il tarixdə Kəndkimya birliyinə fəhlə qəbul edilməsi və 03 saylı əmrlə isə 01.10.1995-ci il tarixdə ərizəsi ilə işdən azad edilməklə ümumilikdə 12 il 9 ay əmək stajının olması barədə bilə-bilə yalan məlumatları fərqli yazı xətti ilə daxil edərək Zaqatala rayon X26 məxsus möhürlə təsdiq etməsinə nail olmaqla Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 vəzifə saxtakarlığı törətməyə və dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etməsindən sonra 2018-ci ilin iyun ayında ünvan 1 ünvanında Zaqatala rayon X26 məxsus inzibati binadakı xidməti otaqda həmin saxta rəsmi sənəd olan əmək kitabçasını Təqsirləndirilən şəxs2 vasitəsilə Təqsirləndirilən şəxs1 qəbul edib ünvan 3 ünvanında yerləşən Zaqatala rayon Mədəniyyət Mərkəzinin qarşısında Təqsirləndirilən şəxs4 şəxsən təqdim edərək, sonuncudan razılaşdıqları 500 manat və əlavə olaraq 40 manat olmaqla, ümumilikdə 540 manat məbləğində pulu alıb Təqsirləndirilən şəxs2la aralarında bölməklə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş, Təqsirləndirilən şəxs4 əldə etdiyi hüquq verən həmin saxta rəsmi sənəddən bilə-bilə istifadə edərək əmək pensiyasının təyin olunması üçün 29 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ünvan 6 ünvanında yerləşən Zaqatala rayon şöbəsinə müraciət edib şöbənin 20.07.2018ci il tarixli qərarı ilə 22.02.2018-ci il tarixdən hesablanmaqla "xxxx" ASC-də adına olan 676261******7017 hesab nömrəsinə köçürülmüş ümumilikdə 6.861,72 manat (altı min səkkiz yüz altmış bir manat yetmiş iki qəpik) məbləğində pul vəsaitini 29 avqust 2018-ci il tarixdən 17 mart 2021-ci il tarixədək olan müddətdə Zaqatala rayonu ərazisində yerləşən bankomatlar vasitəsilə nağdlaşdırıb vahid niyyətlə ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsində Təqsirləndirilən şəxs2la bir qrup şəxs qismində köməkçi qismində iştirak etmişdir. Bundan başqa, o, Zaqatala rayon sakini Təqsirləndirilən şəxs5 yaşa görə əmək pensiyası alması üçün 2 illik əmək stajı çatmadığından həmin əmək pensiyasını almasında köməklik göstərilməsinə dair 2019-cu ilin yanvar ayında özünə etdiyi müraciəti ilə əlaqədar olaraq bu barədə tanışı Təqsirləndirilən şəxs2 ilə məsləhətləşib Təqsirləndirilən şəxs5 məxsus ИТ-l ******* nömrəli əmək kitabçasına əlavə əmək stajına malik olmasına dair yalan məlumatlar yazılacağı təqdirdə yaşa görə əmək pensiyası ala biləcəyini sonuncuya bildirib, Təqsirləndirilən şəxs2 2019-cu ilin mart ayının birinci yarısında ünvan 1 ünvanında Zaqatala rayon X23 direktoru Təqsirləndirilən şəxs1 müraciət edib, Təqsirləndirilən şəxs5 adına Zaqatala rayon X24 işləməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş əmək kitabçası və Zaqatala rayon X23 əmrlər kitabının müvafiq hissəsinin möhürlə təsdiq edilməsinə dair Təqsirləndirilən şəxs1 xahişinə əsasən, sonuncu ilə razılaşmaqla, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 təhriki əsasında sonuncunun vəzifə saxtakarlığı törətməsində, yəni rəsmi sənəd olan ИТ-İ ******* nömrəli əmək kitabçasının və Zaqatala rayon X23 əmrlər kitabının məzmununa Təqsirləndirilən şəxs5 50 saylı əmrlə 28.12.1996-cı il tarixdə Kəndkimya birliyinə anbardar işinə qəbul edilməsi və 04 saylı əmrlə isə 01.06.2002-ci il tarixdə ərizəsi ilə işdən azad edilməklə ümumilikdə 6 il 6 ay əmək stajının olması barədə əlyazma ilə bilə-bilə yalan məlumatları cinayətin törədilməsinə məsləhətləri və maneələri aradan qaldırmaqla yardım etməklə şəxsən daxil etməsindən və Təqsirləndirilən şəxs1 tərəfindən həmin tarixdə qeyd edilən ünvanda vəzifəli şəxs qismində şəxsi niyyətlə qeyd edilən yalan məlumatlar birliyə məxsus möhürlə təsdiq olunduqdan sonra 2019-cu ilin mart ayında ünvan 1 ünvanında Zaqatala rayon X26 məxsus inzibati binadakı xidməti otaqda bilə-bilə yalan məlumatlar qeyd olunmuş əmək kitabçasını Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 vasitəsilə qəbul edib ünvan 3 ünvanında yerləşən Zaqatala rayon Mədəniyyət Mərkəzinin qarşısında Təqsirləndirilən şəxs5 təqdim etməklə Təqsirləndirilən şəxs1 vəzifə saxtakarlığı törətməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs qismində qeyrisinin aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirərək dələduzluq etməsində köməkçi qismində iştirak etmiş, vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və rəsmi sənədin məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməyə təkrarən təhrik etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və üçüncü şəxs üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş, rəsmi sənədi şəxsi niyyətlə qəsdən məhv etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin tibbi-sosial ekspert komissiyasının 22.02.2018-ci il tarixli qərarı ilə İİ dərəcəli əlil kimi qiymətləndirilmiş Zaqatala rayon sakini Təqsirləndirilən şəxs4 rəsmi olaraq heç bir yerdə işləmədiyi halda İİ dərəcəli əlilliyə görə daha yüksək məbləğdə əmək pensiyası almasında köməklik göstərilməsinə dair 2018-ci ilin iyun ayında tanışı Zaqatala rayon Arxiv İdarəsində xadiməçi işləyən Təqsirləndirilən şəxs3 vasitəsilə özünə etdiyi müraciəti ilə əlaqədar olaraq sonuncu vasitəsilə Təqsirləndirilən şəxs4 əmək stajına malik olmasına dair yalan məlumatları ehtiva edən saxta əmək kitabçası ilə təmin ediləcəyi təqdirdə qeyd edilən əlillik dərəcəsi üzrə daha yüksək məbləğdə əmək pensiyası ala biləcəyini bildirib Təqsirləndirilən şəxs3la bir qrup şəxs qismində məsləhətləri və məlumatları, cinayətin törədilməsi üçün vasitə vermək və maneələri aradan qaldırmaqla Təqsirləndirilən şəxs4 yardım edərək, Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, öz həqiqi təsir imkanlarından istifadə etməklə vəzifəli şəxs olan tanışı Zaqatala rayon X23 direktoru Təqsirləndirilən şəxs1 məzmununda Təqsirləndirilən şəxs4 Zaqatala rayon X24 işləməsi barədə bilə-bilə yalan məlumatlar olan əmək kitabçasının tərtib edilməsindən ibarət qərarına qanunsuz təsir etməsindən ötrü özü və Təqsirləndirilən şəxs3 üçün birbaşa yolla şəxsən və sonuncu vasitəsilə maddi nemət olan ümumilikdə 500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs4 istəyib sonuncunun razılığını Təqsirləndirilən şəxs3la birlikdə əldə etdikdən sonra verdiyi vədi yerinə yetirmək niyyəti ilə 2018-ci ilin iyun ayının birinci yarısında ünvan 1 ünvanında yerləşən Zaqatala rayon X23 sədri Təqsirləndirilən şəxs1 müraciət edib, ona Təqsirləndirilən şəxs3la birlikdə həmin məsələ ilə əlaqədar Təqsirləndirilən şəxs4 500 manat istəmələri barədə bildirmədən, sonuncunun adına Zaqatala rayon X24 işləməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş əmək kitabçasının tərtib edilməsinə dair Təqsirləndirilən şəxs1 xahişinə əsasən, sonuncu ilə razılaşmaqla sövdələşib, onu təhriki əsasında sonuncunun həmin tarixdə qeyd edilən ünvanda vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs4 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək şəxsi niyyətlə rəsmi sənəd olan NT-İ ******* nömrəli əmək kitabçasının məzmununa sonuncunun 02 saylı əmrlə 05.01.1983-cü il tarixdə Kəndkimya birliyinə fəhlə qəbul edilməsi və 03 saylı əmrlə isə 01.10.1995-ci il tarixdə ərizəsi ilə işdən azad edilməklə ümumilikdə 12 il 9 ay əmək stajının olması barədə bilə-bilə yalan məlumatları fərqli yazı xətti ilə daxil edərək Zaqatala rayon X26 məxsus möhürlə təsdiq etməsinə nail olmaqla Təqsirləndirilən şəxs1 vəzifə saxtakarlığı törətməyə və dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmiş, bundan sonra, 2018-ci ilin iyun ayında ünvan 1 ünvanında Zaqatala rayon X26 məxsus inzibati binadakı xidməti otaqda həmin saxta rəsmi sənəd olan əmək kitabçasını Təqsirləndirilən şəxs1 şəxsən qəbul edib ünvan 3 ünvanında yerləşən Zaqatala rayon Mədəniyyət Mərkəzinin qarşısında Təqsirləndirilən şəxs4 şəxsən təqdim edərək, sonuncudan razılaşdıqları 500 manat və əlavə olaraq 40 manat olmaqla, ümumilikdə 540 manat məbləğində pulu alıb Təqsirləndirilən şəxs3la aralarında bölməklə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş, Təqsirləndirilən şəxs4 əldə etdiyi hüquq verən həmin saxta rəsmi sənəddən bilə-bilə istifadə edərək əmək pensiyasının təyin olunması üçün 29 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ünvan 6 ünvanında yerləşən Zaqatala rayon şöbəsinə müraciət edib şöbənin 20.07.2018-ci il tarixli qərarı ilə 22.02.2018-ci il tarixdən hesablanmaqla "xxxx" ASC-də adına olan 676261******7017 hesab nömrəsinə köçürülmüş ümumilikdə 6.861,72 manat (altı min səkkiz yüz altmış bir manat yetmiş iki qəpik) məbləğində pul vəsaitini 29 avqust 2018-ci il tarixdən 17.03.2021ci il tarixədək olan müddətdə Zaqatala rayonu ərazisində yerləşən bankomatlar vasitəsilə nağdlaşdırıb vahid niyyətlə ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsində Təqsirləndirilən şəxs3la bir qrup şəxs qismində köməkçi qismində iştirak etmişdir. Bundan başqa, o, Zaqatala rayon sakini Təqsirləndirilən şəxs5 yaşa görə əmək pensiyası alması üçün 2 illik əmək stajı çatmadığından həmin əmək pensiyasını almasında köməklik göstərilməsinə dair 2019-cu ilin yanvar ayında tanışı Zaqatala rayon Arxiv İdarəsində xadiməçi işləyən Təqsirləndirilən şəxs3 vasitəsilə özünə etdiyi müraciəti ilə əlaqədar sonuncu vasitəsilə Təqsirləndirilən şəxs5 məxsus ИТ-l ******* nömrəli əmək kitabçasına əlavə əmək stajına malik olmasına dair yalan məlumatlar yazılacağı təqdirdə yaşa görə əmək pensiyası ala biləcəyini bildirib, bundan sonra 2019-cu ilin mart ayının birinci yarısında ünvan 1 ünvanında Zaqatala rayon X23 direktoru Təqsirləndirilən şəxs1 şəxsən müraciət edib, Təqsirləndirilən şəxs5 adına Zaqatala rayon X24 işləməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş əmək kitabçası və Zaqatala rayon X23 əmrlər kitabının müvafiq hissəsinin möhürlə təsdiq edilməsinə dair Təqsirləndirilən şəxs1 xahişinə əsasən, sonuncu ilə razılaşmaqla sövdələşib, təhriki əsasında sonuncu həmin tarixdə qeyd edilən ünvanda vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs5 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək rəsmi sənəd olan ИТ-İ ******* nömrəli əmək kitabçasının və Zaqatala rayon X23 əmrlər kitabının məzmununa sonuncunun 50 saylı əmrlə 28.12.1996-cı il tarixdə Kəndkimya birliyinə anbardar işinə qəbul edilməsi və 04 saylı əmrlə isə 01.06.2002-ci il tarixdə ərizəsi ilə işdən azad edilməklə ümumilikdə 6 il 6 ay əmək stajının olması barədə Təqsirləndirilən şəxs3 tərəfindən əlyazma ilə bilə-bilə yalan məlumatların cinayətin törədilməsinə məsləhətləri və maneələri aradan qaldırmaqla yardım edilməklə daxil edilməsindən sonra Təqsirləndirilən şəxs1 tərəfindən Zaqatala rayon X26 məxsus möhürlə həmin yalan məlumatların təsdiq edilməsinə nail olmaqla Təqsirləndirilən şəxs1 dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və Təqsirləndirilən şəxs3 köməkçiliyi ilə vəzifə saxtakarlığı törətməyə təkrarən təhrik etmiş, 2019-cu ilin mart ayında ünvan 1 ünvanında Zaqatala rayon X26 məxsus inzibati binadakı xidməti otaqda bilə-bilə yalan məlumatlar qeyd olunmuş əmək kitabçasını Təqsirləndirilən şəxs1 şəxsən qəbul edib ünvan 3 ünvanında yerləşən Zaqatala rayon Mədəniyyət Mərkəzinin qarşısında Təqsirləndirilən şəxs3 vasitəsilə Təqsirləndirilən şəxs5 təqdim etmişdir. Bundan başqa, o, 2020-ci ilin yay aylarında istintaqla dəqiq müəyyən edilməyən gündə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsi tərəfindən təyin olunmuş əmək pensiya sənədlərinin yoxlanılacağı barədə istintaqla müəyyən edilməyən şəraitdə məlumatlandıqdan sonra törətdiyi cinayət əməllərinin ifşa edilməməsi üçün rəsmi sənəd kimi qeyd olunan qurum tərəfindən qiymətləndirilməklə Təqsirləndirilən şəxs4 əmək pensiyasının təyin olunmasının əsası qismində istifadə olunmuş NT-İ ******* nömrəli saxta əmək kitabçasını məhv edərək cinayətin izini itirmək niyyəti ilə həmin əmək kitabçasını ünvan 3 ünvanında yerləşən Zaqatala rayonu Mədəniyyət Mərkəzinin qarşısında Təqsirləndirilən şəxs4 geri alaraq 2020-ci ilin yay aylarında Zaqatala rayonu, Muğanlı kəndində yerləşən evində şəxsi niyyətlə həmin saxta rəsmi sənədi yandırmaqla məhv etmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsəsində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.2.4 və 312-1.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 Camal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.2.4, 312.1.1 və 32.4,308.1 və 326.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs3 cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.2.4 və 312-1.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 Camal oğlunun cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.2.4, 312.1.1 və 32.4,308.1 və 326.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində göstərilir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3, 70.4-cü və 70.5-ci maddələrinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə eyni zamanda, hesab edir ki, təqsirləndirilən şəxsin əməlində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusu, törətdiyi əməli etiraf etməklə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olması və 80 yaşında olması məhkəməyə imkan verir ki, Təqsirləndirilən şəxs1 islah olunma imkanlarının tükənmədiyi qənaətinə gəlsin. Onun əməlində yuxarıda sadalanan cəzanı yüngülləşdirən halın, şəxsiyyəti, ailəsinin həyat şəraiti və törətdiyi əməlin az ağır cinayətlər qrupuna aid edilməsi bunu deməyə əsas verir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tətbiq edərək, təyin ediləcək islah işləri cəzasına sınaq müddəti müəyyən edilməklə şərti olaraq məhkum edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməli etiraf etməklə peşmançılıq çəkməsini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs4 ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs4 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməli etiraf etməklə peşmançılıq çəkməsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının və 312-1.1-ci maddəsində nəzərdə tutulan cərimə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzalar tamamilə toplanmaqla Təqsirləndirilən şəxs3 qəti cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası və cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312-1.1ci maddəsinə əsasən təyin ediləcək cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs3 ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Zaqatala rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələbinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi əməli etiraf etməklə peşmançılıq çəkməsini, 77 yaşında olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının və 308.1, 312-1.1 və 326.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.2.4-cü maddəsi ilə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 32.4,312-1.1 və 326.1-ci maddələri ilə təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələbinə əsasən qismən toplanmaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmə növündə cəzanın bir gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində göstərilir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Yenə həmin Məcəllənin 70.3, 70.4-cü və 70.5-ci maddələrinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə eyni zamanda, hesab edir ki, təqsirləndirilən şəxsin əməlində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusu, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və 77 yaşında olması məhkəməyə imkan verir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunma imkanlarının tükənmədiyi qənaətinə gəlsin. Onun əməlində yuxarıda sadalanan cəzanı yüngülləşdirən hallar, şəxsiyyəti, ailəsinin həyat şəraiti və törətdiyi əməlin az ağır cinayətlər qrupuna aid edilməsi bunu deməyə əsas verir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tətbiq edərək, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına sınaq müddəti müəyyən edilməklə şərti olaraq məhkum edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Həmin Sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halın, onun mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməllərini etiraf etmələri onların ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılıqlarını bildirmələri tutduqları əmələ görə özü-özlərini məzəmmət etdiyini təsdiq edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə daha sonra qeyd edir ki, iş üzrə 232 (iki yüz otuz iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə üzrə maddi sübut 20 aprel 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs5 adına olan əmək kitabçasının əsli və Təqsirləndirilən şəxs4 aid əmək kitabçalarının əslinin məhv edilməsi müəyyən edildiyindən, notarial qaydada təsdiq edilmiş surətləri cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut “Zaqatala rayon X26” aid 16.01.1995-ci il tarixli 01 nömrəli əmri ilə başlayıb, 28.02.2012-ci il tarixli 01 nömrəli əmri ilə başa çatan əmrlər kitabının əsli “Zaqatala rayon X26 geri qaytarılmalıdır. Cinayət işi üzrə 6861,72 manat maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X13 işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə vurulmuş və ödənilməmiş 6.861,72 manat (altı min səkkiz yüz altmış bir manat yetmiş iki qəpik) məbləğində maddi zərərin tutularaq Azərbaycan Reşpublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin hesabına ödənilməsini təmin edilməsinə dair iddiasından maddi zərər tam həcmdə ödənildiyinə görə imtinası məhkəmə tərəfindən qəbul edilməli və mülki iddiaya xitam verilməlidir. Zaqatala Rayon Məhkəməsinin 1(033)-1/2022 nömrəli 02 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə olan cinayət təqibinə CM-nin 75.1.1-ci maddəsinə əsasən icraata həmin hissədə xitam verilməsi və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan cinayət təqibinə CM-nin 75.1.1-ci maddəsinə əsasən xitam verilməsi və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan cinayət təqibinə CM-nin 75.1.1-ci maddəsinə əsasən icraata həmin hissədə xitam verilməsi və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,313-cü maddələri ilə olan cinayət təqibinə CM-nin 75.1.1-ci maddəsinə əsasən icraata həmin hissədə xitam verilməsi və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs2 Camal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,313-cü maddələri ilə olan cinayət təqibinə CM-nin 75.1.1-ci maddəsinə əsasən icraata həmin hissədə xitam verilməsi və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il müddətinə islah işləri cəzası onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 ona təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə onun üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək yaşayış yeri olan Zaqatala rayonu Mosul kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.2.4cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312-1.1-ci maddəsi ilə təqsirli bilinərək 6000 (altı min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzalar tamamilə toplanmaqla Təqsirləndirilən şəxs3 qəti cəza olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 6000 (altı min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə onun üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək yaşayış yeri olan Zaqatala rayonu Muxax kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 təyin edilmiş 6000 (altı min) manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.2.4cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312-1.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.2.4cü maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmə növündə cəzanın bir gününə hesablanmaqla 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 32.4,312-1.1 və 326.1-ci maddələri ilə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla onun üzərində 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə 232 (iki yüz otuz iki) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2dən müştərək qaydada tutuaraq məhkəmə ekspertiza mərkəzinin X11, Kod : 210005; VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; VÖEN **********; hesab № AZ34CTRE********************) ödənilsin. İş üzrə üzrə maddi sübut hesab edilən 20 aprel 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs5 adına olan əmək kitabçasının əsli və Təqsirləndirilən şəxs4 aid əmək kitabçalarının əslinin məhv edilməsi müəyyən edildiyindən, notarial qaydada təsdiq edilmiş surətləri cinayət işi materiallarında saxlanılsın.. İş üzrə maddi sübut hesab edilən “Zaqatala rayon X26” aid 16.01.1995-ci il tarixli 01 nömrəli əmri ilə başlayıb, 28.02.2012-ci il tarixli 01 nömrəli əmri ilə başa çatan əmrlər kitabının əsli “Zaqatala rayon X26 geri qaytarılsın. Cinayət işi üzrə 6861,72 manat maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın İş üzrə mülki iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X13 işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə vurulmuş 6.861,72 manat (altı min səkkiz yüz altmış bir manat yetmiş iki qəpik) məbləğində maddi zərərin tutularaq Azərbaycan Reşpublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin hesabına ödənilməsinin təmin edilməsinə dair iddiasından maddi zərər tam həcmdə ödənildiyinə görə imtinası məhkəmə tərəfindən qəbul edilsin və mülki iddiaya xitam verilsin. Zaqatala Rayon Məhkəməsinin 1(033)-1/2022 nömrəli 02 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə olan cinayət təqibinə CM-nin 75.1.1-ci maddəsinə əsasən icraata həmin hissədə xitam verilməsi və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan cinayət təqibinə CM-nin 75.1.1-ci maddəsinə əsasən xitam verilməsi və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan cinayət təqibinə CM-nin 75.1.1-ci maddəsinə əsasən icraata həmin hissədə xitam verilməsi və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,313-cü maddələri ilə olan cinayət təqibinə CM-nin 75.1.1-ci maddəsinə əsasən icraata həmin hissədə xitam verilməsi və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs2 Camal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,313-cü maddələri ilə olan cinayət təqibinə CM-nin 75.1.1-ci maddəsinə əsasən icraata həmin hissədə xitam verilməsi və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi nəzərə alınsın. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-1/2022
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-1/2022
02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver