Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-1/2025 23.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 Əli qızının katibliyi, Dövlət ittihamçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(107)- 23/2025 nömrəli hökmü ilə qəti olaraq 3 (üç) il müddətə аzаdlıqdаn məhrum etmə cəzаsına məhkum edilmiş, üzərində qəti оlаrаq 2 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 iyun 2025-ci il tarixdə, saat 15:30-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, 2023-cü ilin sentyabr ayının əvvəllərində qohumu Şahid2la birlikdə Zaqatala rayonuna gələrək sonuncunun tələbə yoldaşı Zərərçəkmiş şəxs qonağı olmaqla Zərərçəkmiş şəxs həmin rayonda daş karxanası işlətməsi üçün aidiyyəti dövlət qurumları ilə yaranacaq problemlərə köməklik etməsi üçün ona müraciət etməsindən sui-istifadə edib həmin şəxsə məxsus əmlakı qanunsuz və əvəzsiz olaraq, yəni tamah niyyəti ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə həmin vaxt Zaqatala şəhərində olarkən zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda özünü tanınmış idmançı Namiq Abdullayevin yaxını kimi təqdim edərək sonuncunun köməkliyi ilə pul müqabilində bu məsələni həll edəcəyi barədə yalan vəd və ona veriləcək pulu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşına verəcəyi barədə yalan məlumat verməklə aldatmış, tələb etdiyi pulu arvadı Şahid1 adına olan plastik kart hesabına göndərəcəyini bildirməklə həmin kart barədə məlumatları təqdim etmiş, bundan sonra Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:52-də ünvan 3 ünvanında yerləşən Körpü marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsilə arvadı Şahid1 adına olan, “Kapitalbank”-a məxsus 4169 7414 2904 2946 nömrəli kart üzrə hesaba göndərdiyi 3000 manat pulu sonuncunun məlumatı olmadan ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittiham aktından qeyd edilən əməli məcburiyyətdən övladlarının müalicəsi üçün törətmişdir. Belə ki, övladları ürək qüsurludur. O, özü xaricdən maşın gətirib satmaqla məşğul olmuşdur. Bir müddət işlədikdən sonra xaricə 52000 manat bir, 76000 manat bir pul vurmuş, lakin nə maşın, gəlmiş nə də ki pul. Bundan sonra maddi durumu pis vəziyyətə düşmüş, torpağını, evini satıb borcunu ödəmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun telefonla danışdığı şəxs Namiq Abdullayev olmuşdur. O, əməlini etiraf edir, əməlindən peşmandır, vurulmuş ziyandan atası 700 manat miqdarında ödəmə etmişdir. Barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, aralarından heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxsi qrup yoldaşı Aftandil vasitəsilə tanımışdır. O, Zaqatalaya gəlmiş, bir süfrə arxasında oturub söhbət etmişdirlər. Afatndil söhbət zamanı onun işini soruşmuş, o, da işinin əmələ gəlmədiyini, daş karxanası üçün icazənin ala bilmədiyini bildirmişdir. Aftandil ona, Radilin onun işini həll edə biləcəyini demişdir. O, da Aftandildən Radilin necə insan olmasını soruşmuş, Aftandil səhv işini görmədiyini bildirmişdir. Çörək yeyən əsnada Radil zəng edib kiminləsə danışmış, həmçinin dövlət işçilərinin adını çəkmiş, o, da Radilə inanmışdır. Radildən onun sənədləşdirməsinə kömək edə biləcəyini soruşmuş, Radil isə axşam zəng vurmasını, dəqiq cavabını deyəcəyini bildirmişdir. Axşam tərəfi Radildən ona zəng gəlmiş, danışmışlar, şəxsiyyət vəsiqəsini, həmçinin sənədləşmə üçün 15000 pul istəmişdir. O, o qədər pulunun olmadığını demişdir. Radil cavab olaraq önəmli insana ağız açdığını demiş, pulun yarısını özü tapacağını bildirmiş, yarısını isə istəmişdir. O, da bankdan 3000 manat kredit götürüb vermişdir. Aftandilə də yenidən zəng edərək pulu verdiyini və Radilin necə adam olmasını soruşmuş, Aftandil narahat olmamasını bildirmişdir. Radil 2023-cü il sentyabr ayının 17-si ona zəng edib pulun qalan hissəsinin düzəlib-düzəlməməsi ilə maraqlanmışdır, onun işini düzəltdiyini bildirərək yenə ondan 4500 manat pul istəmişdir. Sentyabr ayının 25-i ona zəng edib şəxsiyyət vəsiqəsini götürüb Bakıya ASAN Xidmətə gəlməsinə istəmişdir. Bundan sonra telefonunu bağlamış, bir daha ona zənglər çatmamışdır. Aftandilə hadisəni bildirmişdir. Sonda iş bu vəziyyətə çatmışdır. Ona dəymiş ziyandan 700 manat ödənilmişdir. Şikayətçidir, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs yoldaşının xalası oğludur, Azad isə qrup yoldaşı olmuşdur. Yay aylarında qaynatasıgilə gələndə Azadla görüşmüşlər. Qayanatasıgildə işləyən ustanı Şəkiyə düşürüb, yenidən Zaqatalaya qayıtdıqda çörək yedikləri zaman söhbət işdən düşmüş, Azad işindən bəhs etmiş, Radil isə Ekologiya Nazirliyində adamı olduğunu bu işi qurub həll edə biləcəyini bildirmişdir. Söhbət əsnasında onlar danışıb razılaşmışlar. Hadisənin sonu isə belə bitmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Azad Radilə 3000 manat vermişdir. Radil isə görüş zamanı whatsapp-da tam xatırlamadığı, olimpiya çempionu Namiq ya da onun qardaşı Natiq adlı şəxslə danışmışdır. O, Radil barədə müxtəlif yerlərdə olan cinayət işlərindən xəbərsiz olmuşdur. Bilsəydi, heç həmin şəxslə yan-yana durmazdı və bu hadisələrin heç biri olmazdı. Radilin telefonda danışdığı şəxs icra başçılarını tanıdığını, bu işin mürrəkkəb olduğunu, amma həll edilə biləcəyini demişdir. Pul məbləğini telefonda deməmişdir. Sonra bilmişdir ki, 15000 manata düzələcəyini demişdir. Şahid1 tərəfindən məhkəməyə ünvanlanmış teleqramlardan görünür ki, ailə vəziyyəti və səhhəti ilə əlaqədar keçiriləcək məhkəmə iclaslarında iştirak etmək imkanı yoxdur. İstintaq orqanında verdiyi ifadəni təsdiq edir, bu işlə onun heç bir əlaqəsi yoxdur, nəzərə alınmasını məhkəmədən xahiş edir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ilə 2013-cü ildə ailə qurub evlənmişdir. Həmin evlilikdən onların iki övladı dünyaya gəlmişdir. Övladları anadangəlmə ürək xəstəsidirlər. O, hal-hazırda Beyləqan rayon mərkəzi xəstəxanasında qeydiyyatçı vəzifəsində işləyir. Həyat yoldaşı Təqsirləndirilən şəxs əvvəllər Xocavənd rayonunda musiqi müəllimi işləmiş, daha sonra isə maşın alveri ilə məşğul olmuşdur. Əri Təqsirləndirilən şəxs 2022-ci ildə məhkum olunmuş, hal-hazırda isə X1 cəza çəkir. Radilin törətdiyi cinayət əməllərinin heç birindən məlumatı olmamışdır. Sadəcə olaraq onun həbsxanada cəza çəkdiyindən məlumatı var. Əri Təqsirləndirilən şəxs məhkum olunduqdan sonra o, atası X6 evinə köçmüşdür. Zaqatala şəhər sakini Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs barəsində etdiyi şikayət ərizəsi ilə tanış olmuşdur. Belə ki, əri Təqsirləndirilən şəxs Zaqatala şəhər sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək iş düzəltmək adı ilə onun xx.xx.2023-cü il tarixdə 3000 manat pulunu ələ keçirməsindən heç bir məlumatı yoxdur. Həmin pulun onun adına olan Kapital banka məxsus 4169 7414 2904 2946 saylı hesab kartına yüklənməsindən xəbəri olmayıb. Həmin kartı o, istifadə etmədiyi üçün evdə olmuş və Radil həmin kartı evdən ondan xəbərsiz özü ilə götürüb aparmışdır. Həyat yoldaşı Təqsirləndirilən şəxs ələ keçirdiyi 3000 manat pulu xəstə uşaqlarının müalicəsinə xərclədiyini qeyd etsə də, Radil onlara pul verməmiş və uşaqlarının müalicəsinə pul xərcləməmişdir. Bundan başqa o, həyat yoldaşı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən məlumatının olmadığını, hesab kartını əri Təqsirləndirilən şəxs ondan xəbərsiz yaşadıqları evdən götürdüyünü və ondan sonra onun həmin kartı görmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis X2 müstəntiqi, polis baş leytenantı X9 tərəfindən qəbul edilmiş 22 fevral 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən Zaqatala Rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə Beyləqan rayon sakini olan tanışı Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək iş düzəltmək adı ilə 3000 manat pul götürmüş, lakin vədinə əməl etməyərək pulunu geri qaytarmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** əməliyyat nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 20:52-də ünvan 3 ünvanında yerləşən Körpü marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsilə Ə******Ş******M****** qızının adına olan, “Kapitalbank”-a məxsus 4169 74******2946 nömrəli kart üzrə hesaba 3000 manat pul göndərilmişdir. İş materiallarına əlavə edilmiş 24 fevral 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1983-cü il təvəllüdlü, Zaqatala rayonu, DEU-20 qəsəbəsində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsi xx.xx.2022-ci ildə Beyləqan RPŞ-nin qərarı ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən rədd edilmişdir. Çıraqov X5 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 01 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-369/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 may 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-369/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 1(001)-369/2023 nömrəli hökmündə yol verilmiş anlaşılmazlıq aradan qaldırılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 1(001)- 369/2023 nömrəli hökmünün nəticə hissəsində qeyd olunan “Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 may 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın” cümləsi “Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 may 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın” cümləsi kimi oxunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(075)-8/2024 saylı, hökmündən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə Təqsirləndirilən şəxs təqsirsiz elan edilmiş və ona bəraət verilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-23/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, dövlət ittihamçısı X7 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilərək iş üzrə Şəki rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 1(075)-8/2024 nömrəli hökmü ləğv edilmiş, yeni ittihamedici hökm çıxarılmış, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 66.5-ci mаddəsinə əsаsən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasınа hаzırkı hökmlə Təqsirləndirilən şəxs təyin оlunmuş 3 (üç) il müddətə аzаdlığın məhdudlаşdırılmаsı cəzаsının Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 68.1.1-1-ci mаddəsinə əsаsən azadlıqdan məhrum etmənin bir gününə аzadlığın məhdudlaşdırılmasının iki günü bərаbər tutulаrаq hesаblаndığı 1 (bir) il 6 (altı) ay müddətə аzаdlıqdаn məhrum etmə cəzаsı ilə qismən tоplаnılmаqlа Təqsirləndirilən şəxsnа qəti оlаrаq 3 (üç) il müddətə аzаdlıqdаn məhrum etmə cəzаsı təyin edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət və 12 may 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixdək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən çəkdiyi cəzanın bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmaqla, ümumilikdə 5 (beş) ay 2 (iki) gün müddət hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmənin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X11 29 mart 2024-cü il tarixli, 18-1-29/2-365/20 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X11 ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Beyləqan RİHB-nın İkinci Aşıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli 05 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Beyləqan rayon 2-ci Aşıqlı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Beyləqan RİHB-nın İkinci Aşıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli 05/2 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, atasından, anasından, arvadından, iki oğlundan ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşlarının AZE seriyalı 11508380 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxs, anası Şahid1dir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşlarının AZE seriyalı 12474519 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxs, anası Şahid1dir. İş materiallarına əlavə edilmiş Beyləqan RİHB-nın İkinci Aşıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli 05/1 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1990-cı ildə Beyləqan rayonu 2-ci Aşıqlı kəndində anadan olmuş və həmin kəndə yaşayır. Radil ictimai yerlərdə özünü yaxşı aparmış, ona aid heç bir şikayət, ərizə və təqsirləndirici sənəd və məlumat kənd ərazi nümayəndəliyinə daxil olmamışdır. Son zamanlara qədər kəndə taksi fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş 29 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarına əlavə edilmiş 01 aprel 2024-cü il tarixli “cinаyət işi üzrə sübutlаrın qiymətləndirilməsi barədə” qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunması, Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixli Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərara əsasən elan edilmiş ittiham onun törətmiş olduğu cinayət əməlini tam əhatə etdiyindən, həmçinin ittihama əlavə və düzəlişlər edilməsi zərurəti olmadığından dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1, 29, 178.2.4 və 32.4, 312-ci maddələrinin tərkib əlaməti olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işin başlanması rədd edilməsi, alınmış ifadələr və pul vəsaitinin köçürülməsini təsdiq edən 01 ədəd qəbz ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən gürünür ki, Təqsirləndirilən şəxs ona vurduğu 3000 manat ziyandan 700 manat ödəmişdir, onunla barışmamışdır, şikayətçidir, qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, həmin Məcəllənin 59.1.4cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində iki azyaşlı uşağın olmasını, həmin Məcəllənin 59.2-cü maddəsinə əsasən özünü təqsirli bilməklə törətdiyi cinayət əməlindən peşmanlıq hissi keçirməsini onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini 2023-cü ilin sentyabr ayının əvvəllərində yəni, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-23/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü, eyni zamanda Şəki Rayon Məhkəməsinin 1(075)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-369/2023 saylı hökümləri çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün– ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Həmçinin cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan– 14 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. İş üzrə mülki iddia, məhkəmə xərclərinin və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(107)-23/2025 nömrəli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-cu il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığ 5 (beş) ay müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ümumilikdə 05 (beş) ay 2 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 14 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə mülki iddianın, məhkəmə xərclərinin və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan), 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-1/2025
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-1/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver