Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-10/2022 25.01.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, dövlət ittihаmçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 1990-cı ildə Zaqatala rayonu Faldarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Faldarlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 21 yanvar 2020-ci il tarixdən hesablanmaqla 11 iyul 2014-cü il təvəllüdlü X1 və 21 may 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(012)-859/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Zaqatala Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 02 dekabr 2020-ci il tarixdə 10 gün, 15 fevral 2021-ci il tarixdə isə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 16.03.2021-ci il və 01.06.2021-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 15 iyul 2021-ci il tarixədək şəxsi maraq niyyətilə cəmi 4230,00 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həqiqətən o, 29 aprel 2011-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 11 iyul 2014-cü il tarixdə Məryəm, 21 may 2016-cı il tarixdə isə Mədinə adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Bir müddət ayrı yaşadıqdan sonra İlahə aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsi nikahın pozulması, həmçinin ondan cavabdeh kimi 21 yanvar 2020-ci il tarixdən hesablanmaqla 11 iyul 2014-cü il təvəllüdlü X1 və 21 may 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair 12 iyun 2020-ci il tarixli qətnamə çıxarmışdır. İcra məmurları qətnamənin icrasını dəfələrlə ondan tələb etmişlər. Lakin müəyyən edilmiş aliment məbləği çox olduğundan, həmçinin maddi imkanı zəif olduğundan alimenti ödəməmişdir. Buna görə də iki dəfə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra qismən ödənişlər etsə də aliment borcunu tam olaraq ödəməmişdir. Hazırda aliment borcunu tam ödəməyə maddi imkanı yoxdur. 4230 manat aliment borcundan 950 manatını ödəmiş və qalıq borcunu hissə-hissə ödəyəcəkdir. Əgər həbs olunacaqsa ümumiyyətlə aliment ödəməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla yüngül cəza verilməini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, həqiqətən o, 29 aprel 2011-ci ildə Zaqatala rayon Faldarlı kənd sakini Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 11 iyul 2014-cü il tarixdə Məryəm, 21 may 2016-cı il tarixdə isə Mədinə adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Ayrılarkən uşaqlar onun himayəsində qalmışdır. Buna baxmayaraq ayrıldıqdan sonra Adıgözəl uşaqları ilə maraqlanmamış və onların saxlanılmasına maddi köməklik göstərməmişdir. Həmçinin bir ailə kimi birgə yaşamaları da mümkünsüz olmuşdur. Odur ki, aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Abşeron Rayon Məhkəməsi iddiasını təmin edərək nikahın pozulması, həmçinin Təqsirləndirilən şəxs cavabdeh kimi 21 yanvar 2020-ci il tarixdən hesablanmaqla 11 iyul 2014-cü il təvəllüdlü X1 və 21 may 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair 12 iyun 2020-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin qəbul edilməsindən xeyli müddətin keçməsinə baxmayaraq Adıgözəl məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti ödəməmişdir. Halbuki, Adıgözəl fərdi qaydada işləməklə yanaşı, təsərrüfatla da məşğul olur və onun alimenti ödəməyə kifayət qədər maddi imkanı vardır. Buna baxmayaraq o, aralarında olan münasibətlərə görə qərəzli olaraq alimenti ödəmir. Uşaqlar böyüdüyündən onların maddi tələbatları xeyli artmışdır. Alimenti ala bilmədiyinə görə təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. Maddi vəziyyətləri olduqca ağırdır. Buna görə də müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Ötən müddətdə dəfələrlə icra məmurlarına da müraciət edərək maddi çətinliklərini bildirib alimentin alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Lakin icra məmurları tərəfindən zəruri tədbirlərin görülməsinə baxmayaraq Adıgözəl yenə də alimenti vaxtı-vaxtında və tam olaraq ödəməmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, maddi vəziyyətini nəzərə alaraq aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini, əks təqdirdə Təqsirləndirilən şəxs ağır cəza olan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala rayon İcra və probasiya Şöbəsinin rəisi Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(012)-859/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi 21 yanvar 2020-ci il tarixdən hesablanmaqla 11 iyul 2014-cü il təvəllüdlü X1 və 21 may 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi 01 iyul 2020-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. İcra sənədi üzrə icraata başlanılmış və tələbin icrası barədə borclu Təqsirləndirilən şəxs müvafiq bildiriş verilmişdir. Lakin borclu tələbin icrasını könüllü olaraq təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Borclunun adına tələbin yönəldilə biləcək əmlak və gəlirlərinin olub-olmamasının öyrənilməsi məqsədi ilə müvafiq sorğular göndərilmiş, nəticədə hər hansı əmlak və gəliri aşkar edilməmişdir. Həmçinin borclu icra qurumuna dəvət edilərək icra sənədinin mahiyyəti ona izah olunmuş, müəyyən edilmiş alimentin ödənilməsi tələb olunmuşdur. Borclu heç bir ödəniş etməmiş və izahat verərək ayda 50-60 manat ödəyəcəyini bildirmişdir. Odur ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 02.12.2020-ci il tarixli 3(033)-404/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da alimentin ödənilməsi borcludan tələb edilmiş, məsuliyyəti barədə xəbərdarlıqlar edilmişdir. Həmçinin borcluya alimenti ödəməsi üçün vaxt verilmişdir. Lakin xeyli müddətin keçməsinə baxmayaraq borclu alimentin ödənilməsini təmin etməmişdir. Odur ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 3(033)- 120/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra da məcburi icra tədbirləri davam etdirilmiş, alimentin ödənilməsi borcludan tələb edilmiş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq olunmuşdur. Lakin borclu Təqsirləndirilən şəxs ona edilən xəbərdarlıqlardan və barəsində görülmüş inzibati tədbirlərdən nəticə çıxarmamış, icra sənədinin icraya yönəldilməsindən uzun müddətin keçməsinə, tələbin icrasının dəfələrlə tələb olunmasına baxmayaraq hərəkətlərində dönüş yaratmamış və 15 iyul 2021-ci il tarixədək 4230,00 manat aliment borcunu ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə İcra və Probasiya şöbəsinə yazılı və şifahi qaydada müraciət edərək uşaqların məktəbli olduqlarını, təkbaşına onların maddi təlabatını ödəməkdə çətinliklər çəkdiyini bildirərək Təqsirləndirilən şəxs qətnamə üzrə yaranmış aliment borcunun alınıb ona verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə 15 iyul 2021-ci il tarixli təqdimat göndərilmişdir. İşin ibtidai istintaq dövründə və Zaqatala Rayon Məhkəməsində baxıldığı dövr ərzində Təqsirləndirilən şəxs 5230 manat aliment borcundan 1950 manat zərərçəkmiş şəxsin xeyrinə ödəniş etmişdir. Təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(012)-859/2020 nömrəli qətnaməsinə əsasən Gözəlova İlahə Hüseynağa qızı ilə Gözəlov Adıgözəl Əmir oğlu arasında Zaqatala rayon Faldarlı kəndi İnzabati Ərazi Dairəsində qeydə alınmış 08 saylı nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahından anadan olmuş 21 may 2016-cı il təvəllüdlü Gözəlova Mədinə Adıgözəl qızının və 11 iyul 2014-cü il təvəllüdlü Gözəlova Məryəm Adıgözəl qızının anaları iddiaçının himayəsində saxlanılması, həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Gözəlov Adıgözəl Əmir oğlundan hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentə görə pul tutularaq Gözəlova İlahə Hüseynağa qızına ödənilməsi, alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəməyə verildiyi 21 yanvar 2020-ci il tarixdən hesablanması, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi, Gözəlov Adıgözəl Əmir oğlundan dövlət rüsumuna görə 20 manat dövlət nəfinə tutulması qət edilmişdir. Təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(012)-859/2020 nömrəli icra vərəqəsinə əsasən həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Gözəlov Adıgözəl Əmir oğlundan hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentə görə pul tutularaq Gözəlova İlahə Hüseynağa qızına ödənilməlidir. Alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi 21 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilməli, Gözəlov Adıgözəl Əmir oğlundan dövlət rüsumuna görə 20 manat dövlət nəfinə tutulmalıdır. Təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmiş Zaqatala Rayon İcra qrupunun icra məmuru X4 tərəfindən 01.07.2020-ci il tarixdə qəbul edilmiş “icraata başlamaq haqqında” qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(012)-859/2020 nömrəli icra vərəqəsinə əsasən icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs hər ay mütəmadi olaraq icranı könüllü təmin etməsi təklif olunmuşdur. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 01.07.2020-cü il tarixli bildirişdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(012)-859/2020 nömrəli icra vərəqəsini hər ay könüllü icra etmədiyi halda icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş 20 iyul 2020-ci il tarixli Zaqatala rayonu Faldarlı kəndində tərtib edilmiş aktın təsdiq edilmiş surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(012)-859/2020 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş baxış zamanı evdə tələb yönəldilə biləcək əmlak aşkar edilməmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 8(033)-21/2021 nömrəli 19.03.2021-ci il tarixli qərardadından görünür ki, Zaqatala rayonu Faldarlı kəndində yaşayan borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 02 dekabr 2020-ci il tarixli ******* inzibati xəta haqqında protokoldan görünür ki, Gözəlov X5 Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(012)-859/2020 nömrəli icra vərəqəsinə əsasən 3400 manat aliment borcunun ödənilməsi tələb edilmiş, lakin o, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 3(033)-404/2020 nömrəli 02 dekabr 2020-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 15 dekabr 2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(012)-859/2020 nömrəli icra vərəqəsini mütəmadi olaraq icra etmədiyindən Təqsirləndirilən şəxs 4080 manat aliment borcu yaranmışdır. 17.12.2018-ci il tarixdən ona təyin olunmuş 10 (on) gün həbs müddəti başa çatdıqdan sonra da tələbkar Zərərçəkmiş şəxs qızına olan borcunun ödənilməsi üçün 10 (on) gün könüllü icra müddəti verilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 15 fevral 2021-ci il tarixli ******* inzibati xəta haqqında protokoldan görünür ki, Gözəlov X5 Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(012)-859/2020 nömrəli icra vərəqəsinə əsasən aliment borcunun ödənilməsi tələb edilmiş, lakin o, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 3(033)-120/2021 nömrəli 15 fevral 2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 04 mart 2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(012)-859/2020 nömrəli icra vərəqəsini mütəmadi olaraq icra etmədiyindən Təqsirləndirilən şəxs 4420 manat aliment borcu yaranmışdır. 17.12.2018-ci il tarixdən ona təyin olunmuş 15 (on beş) gün həbs müddəti başa çatdıqdan sonra da tələbkar Zərərçəkmiş şəxs qızına olan borcunun ödənilməsi üçün 10 (on) gün könüllü icra müddəti verilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 16.03.2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(012)-859/2020 nömrəli icra vərəqəsini mütəmadi olaraq icra etmədiyindən Təqsirləndirilən şəxs 4420 manat aliment borcu yaranmışdır. Yaranmış aliment borcunu ödəmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi üçün barəsində toplanmış sənədlərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyinə dair xəbərdar edilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 01.06.2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(012)-859/2020 nömrəli icra vərəqəsini mütəmadi olaraq icra etmədiyindən Təqsirləndirilən şəxs 4760 manat aliment borcu yaranmışdır. Yaranmış aliment borcunu ödəmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi üçün barəsində toplanmış sənədlərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyinə dair xəbərdar edilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş tələbkar Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(012)- 859/2020 nömrəli icra vərəqəsi üzrə Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cimayət işinin başlanmasını xahiş etmişdir. İşdə olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 14 dekabr 2021-ci il tarixdə təqdim edilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Əmir oğlu barəsində olan materiallar cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndərildikdən sonra Zərərçəkmiş şəxs xeyrinə 5230 manat aliment borcundan ümumilikdə 1950 manat məbləğində aliment ödənişi etmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş Zaqatala RHİB-nın Faldarlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı kənd üzrə müsbət xarakterizə olunur. İşdə olan Təqsirləndirilən şəxs tərəfindən 01.06.2021-ci il tarixdə verilmiş izahatdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(012)-859/2020 nömrəli icra vərəqəsi üzrə 340 manat, 100 manat ödəniş etmişdir. Həmin icra sənədi üzrə borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməli olduğunu bilir, lakin bu günə qədər borcunu ödəmədiyini, heç yerdə işləmədiyini, maddi imkanının olmadığını icra məmuru tərəfindən xəbərdarlıqlara, göndərilmiş bildirişlərə baxmayaraq borcunu ödəyə bilmədiyini, borcu bir dəfəyə ödəməyəcəyini, ödəməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan 11 oktyabr 2021-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 21 yanvar 2020-ci il tarixdən hesablanmaqla 11 iyul 2014-cü il təvəllüdlü X1 və 21 may 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(012)-859/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Zaqatala Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 02 dekabr 2020-ci il tarixdə 10 gün, 15 fevral 2021-ci il tarixdə isə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 16.03.2021-ci il və 01.06.2021-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 15 iyul 2021-ci il tarixədək şəxsi maraq niyyətilə cəmi 4230,00 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmçinin, həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqındatətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ədalət mühakiməsi əleyhinə olan az ağır cinayət kateqoriyasına aid, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyib, ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. O, zərərçəkmiş şəxsə ödəməli olduğu 5230 manat aliment pulundan təqdimat verilənədək heç bir ödəniş etməmişdir. Təqdimat verildikdən sonra isə 1950 manat ödəniş etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən əməlinə görə CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi ədalət prinsipinin fəlsəfəsi ilə uzlaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin olunması sosial ədalətin bərpasına, Təqsirləndirilən şəxs islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cinayət işinin ibtidai istintaq və məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(012)-859/2020 nömrəli icra sənədi üzrə yaranmış borcu qismən 1950 manat həcmində ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxsin işləmədiyini və islah işləri cəzasının icrasının mümkün olmadığını, həmçinin, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alınacağı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 10-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qərəzli olaraq alimenti ödəməyən, habelə digər icra sənədlərini icra etməyən şəxslərə Cinayət Məcəlləsində nəzərdə tutulan cəzaların təyini zamanı məhkəmələr cəzanın məqsədini diqqətdə saxlamalı, Cinayət Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan “şərti məhkumetmə” institutundan istifadə və bu zaman məhkumun üzərinə icra ilə bağlı öhdəlik qoyulması məsələsi müzakirə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsaslar mövcud deyildir. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində 11 oktyabr 2021-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni, 25 yanvar 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №1(033)-10/2022
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-10/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver