Məhkəmə qərarları › İş №1(033)-10/2023

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-10/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-10/2023 18.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, dövlət ittihаmçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X5 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü ildə Zaqatala rayonu Çobankol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 332.2.1, 330.1, 180.2.2, 180.2.4, 182.2.2 və 182.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin cinayətləri qəsdən törətməyə görə məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməklə cinayətin residivini yaratmış, Zaqatala rayonu Çobankol kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:10-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayında Zaqatala rayonu Çobankol kəndində yerləşən meşə ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını yığıb sonradan qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 132,76 qram olan Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə İ siyahısı ilə müəyyən edilmiş tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana əldə etmiş, həmin narkotik vasitələrdən 5,11 qram çəkidə olan hissəsini bir ədəd kibrit qutusunda üzərində qanunsuz olaraq satış məqsədi olmadan saxlamış və daşımış, 127,65 qram çəkidə olan hissəsini isə yaşadığı Zaqatala rayonu Çobankol kəndində yerləşən fərdi yaşayış evində yataq otağında kreslonun üzərində qırmızı rəngli döşəyin altına bir ədəd sarı rəngli sellofan torbada satış məqsədi olmadan qanunsuz olaraq saxlamış, 24 avqust 2022-ci il tarixdə, saat 16:15 radələrində Zaqatala şəhəri, Ə.Mahmudov küçəsində yerləşən “Tac” şadlıq sarayının yaxınlığında Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və həmin gün saat 18:11-dan saat 18:31-dək olan müddət ərzində Zaqatala RPŞ-də şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindən üzərində “KHYBER” yazısı yazılmış bir ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq, yəni çəkisi 5,11 qram narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də həmin tarixdə saat 19:18-dan saat 19:33-dək olan müddət ərzində yaşadığı Zaqatala rayonu, Çobankol kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin yataq otağında kreslonun üzərində qırmızı rəngli döşəyin altından bir ədəd sarı rəngli sellofan torbanın içərisində şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 127,65 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Yuxarda qeyd olunan ünvanda yaşamışdır. Yaşadığı kənddə fərdi təsərrufatla məşğul olmuşdur. Təxminən 2020-ci il tarixdən narkotik vasitədən istifadə etməyə başlamış və tutulana kimi narkotik vasitədən fasilələrlə istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 16:15 radələrində Zaqatala şəhəri “Tac” şadlıq sarayının yanında yerləşən kənd avtovağzalında olarkən Zaqatala RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona təqdim edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilərək üzərində şəxsi axtarış və götürmə aparılmış, qeyd olunan tarixdə polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılan zaman üstündə gəzdirdiyi bir ədəd kibrit qutuda narkotik vasitə aşkar edilərək götürülmüş, həmin vaxt üzərində aşkar olunan narkotik tərkibli vasitə elektron tərəzidə çəkilərək bir ədəd ağ zərfdə qablaşdırılmışdır. O, RPŞ-də üzərinə şəxsi axtarış keçirilən zaman yaşadığı evdə yataq otağında qurudulmuş marixuana olduğunu demiş, həmin vaxt polis əməkdaşları onun icazəsi ilə yaşadığı evə gedərək vəkil Müdafiəçi iştirakı ilə evə baxış keçirmiş və baxış zamanı o, həmin narkotik kütləni onlara könüllü təqdim etmiş, təqdim etdiyi narkotik kütlə elektron tərəzidə çəkilib bir ədəd ağ zərfə qablaşdırılaraq götürülmüş, o həmin narkotik vasitəni 2022-ci ilin iyul ayında yaşadığı Çobankol kəndi yaxınlığında olan meşədən yabanı halda bitmiş çətənə kollarından yığıb qurutmaqla əldə etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 2004-cü ildən DİO-da xidmət edir, 2019-cu ildən etibarən isə Zaqatala RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Zaqatala rayonu, Çobankol kəndində yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olduğu üçün tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16:15də Zaqatala rayonu, Ə.Mahmudov küçəsi “Tac” şadlıq sarayının yaxınlığında saxlanılaraq Zaqatala RPŞ-yə gətirilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş Müdafiəçi ilə təmin olunmuş, Zaqatala rayon polis şöbəsinin inzibati binasında onun, Müdafiəçi, CAB-nin kiçik inspektoru, polis serjantı Şahid3 və KTQ-in baş inspektoru, polis kapitanı Şahid2 iştirakı ilə təhqiqatçisi polis mayoru Şahlar Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl təhqiqatçı Şahlar Məmmədov ona üzərində qanunsuz saxladığı narkotik vasitə, silah və ya cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif etmiş, sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd üzərində “KHYBER” yazısı yazılmış kibrit qutusunu çıxardıb təhvil verərək, kibrit qutusunun içərisində yabanı halda meşə ərazisindən yığdığı narkotik vasitə olduğunu bildirmiş, sonra həmin bir ədəd kibrit qutusu elektron tərəzidə çəkilərək 7,6 qram olduğu müəyyən edilmişdir. Kibrit qutusu çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış, daha sonra Təqsirləndirilən şəxs təhqiqatçi, polis mayoru Şahlar Məmmədovun suallarına cavab olaraq yaşadığı evdə narkotik vasitə olduğunu bildirmişdir. Həmin gün saat 19:18-də sonuncunun ərizəsi əsasinda yaşadığı Zaqatala rayonu, Çobankol kəndindəki mənzilinə onun, müdafiəçisi Müdafiəçi, KTQ-in baş inspektoru, polis kapitanı Şahid2, CAB-nin kiçik inspektoru, polis serjantı Şahid3 və PPXB-nün polis nəfəri, polis serjantı X1 iştirakları ilə Təqsirləndirilən şəxs bir daha hüquq və vəzifələri izah edildikdən sonra baxış keçirilmiş və sonuncunun yaşadığı mənzilin yataq otağındakı kreslonun üzərində qırmızı rəngli döşəyin altına qoyduğu bir ədəd sarı rəngli sellofan torbanı təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu bildirmiş, həmin torbanın içinə açıb baxdıqda orada yaşıl rəngli, qurudulmuş, spesifik iyə malik, çətənə bitkisinə bənzər bitki aşkar edilmiş və aşkar edilmiş bitki elektron tərəzi ilə çəkilərək çəkisinin 130 qram olduğu müəyyən edilmişdir. Həmin sarı rəngli sellofan torba ağ zərfə qoyularaq möhürlənərək götürülmüş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid2 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmiş və şahid X7 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 1996-cı ildən DİO-da xidmət edir, 2019-cu ildən isə Zaqatala RPŞ-nin TB-nin, təhqiqatçısı vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 09:00-dan xx.xx.2022-ci il saat 09:00-dək növbətçilik üzrə növbədə olmuş, xx.xx.2022-ci il saat təxminən 17 radələrində icraatına Zaqatala rayonu, Çobankol kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq üzərində narkotik vasitə olan marixuana gəzdirməsi barədə Zaqatala RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş raport daxil olmuş, daxil olmuş raport əsasında lazımı istintaq hərəkətləri etdikdən sonra toplanmış material istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərar qəbul edilərək İstintaq Bölməsinə göndərilmiş, toplanmış material üzrə araşdırma zamanı cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərarda və şübhəli şəxsin tutulması haqqında protokolda mexaniki səhvlər edərək, cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərarda şübhəli şəxsin üzərinə baxış keçirildiyi və üzərindən bir ədəd kibrit qutusunda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edildiyi və şübhəli şəxsin tutulması haqqında protokolda isə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildiyi və evindən yataq otağından sarı rəngli sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edildiyi qeyd edildiyini bildirmişdir. Ş.Məmmədov cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərarda və şübhəli şəxsin tutulması haqqında protokolda qeyd edilənlərin mexaniki səhv olduğunu bildirərək, Təqsirləndirilən şəxs üzərinə və evinə öncədən baxış istintaq hərəkəti keçirilsəydi nə onun vəkili, nə də hazırda Təqsirləndirilən şəxs qərar və protokola imza etməzdilər. Göründüyü kimi, protokol və qərar tərtib edilərkən mexaniki səhvə yol vermişdir. İş materiallarına əlavə edilmiş 24 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə saat 18:11-dan saat 18:31-dək olan müddət ərzində vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtariş aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindəki bir ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq, yəni çəkisi 7,6 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş və ağ zərfə qoyularaq möhürlənmişdir. İstintaq hərəkərinin videogörüntüsü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Şəxsi axtariş zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş 24 avqust 2022-ci il tarixli Təqsirləndirilən şəxs yaşadığı Çobankol kəndindəki evinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:18-dan saat 19:33-dək olan müddət ərzində vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bir daha Azərbaycan Respublikasi CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı kreslonun üzərində qırmızı rəngli döşəyin altına qoyduğu bir ədəd sarı rəngli sellofan torbanı təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu bildirmiş, həmin torbanın içinə açıb baxdıqda orada yaşıl rəngli, qurudulmuş, spesifik iyə malik, çətənə bitkisinə bənzər bitki aşkar edilmiş və aşkar edilmiş bitki elektron tərəzidə çəkilərək çəkisinin 130 qram olduğu müəyyən edilmiş və həmin sarı rəngli sellofan ağ zərfə qoyularaq möhürlənərək götürülmüşdür. Videogörüntülər 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 25 avqust 2022-ci il tarixli 17/686 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd kibrit qutusunda olan...» sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi-5,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş ...» sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sarı rəngli sellofan torbada, təmiz çəkisi-127,65 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kibrit qutusunda və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon Mərkəzi X10 şəxs tərəfindən 14 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Əzizov X6 RMX PHŞ-in X2 kebinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixonevroloji Dispanserinin 13 oktyabr 2022-ci il tarixli 636 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini qiymətləndirmək və hərəkətlərinə hesabat vermək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nın 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsinin rayonlararası narkoloji dispanserinin 20 oktyabr 2022-ci il tarixli 1595 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs nаrkоtik vаsitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alinması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 18 dekabr 2022ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardadn görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar və protokolda həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman və evinə baxış keçirilən zaman narkotik vasitə olan marixuanaya bənzər kütlələrin aşkar edilərək götürülməsinin əks edilməsi təhqiqatçı Şahlar Məmmədov tərəfindən yol verilmiş mexaniki səhv kimi qiymətləndirilib nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2023cü il tarixli 24 nömrəli rəyindən görünür ki, Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin halhazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət hadisəsini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. «Anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün həmin suala cavab vermək ümumən düzgün deyildir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidanndadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi pozuntunun əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs yalnız xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 24 avqust 2022-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Əzizov X6 RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı X8 tərəfindən həmin gün saat 16:15-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 4(033)-3/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 23 yanvar 2023-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Çobankol kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1190 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət və narazılıq daxil olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Əzizov X4 Hərbi Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 330.1, 180.2.2, 180.2.4, 182.2.2 və 182.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzası 05 il 3 ay müddətə endirilmiş və 08 fevral 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Cəlilabad Hərbi Məhkəməsinin 1(096)-82/2013 nömrəli 25 dekabr 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 330.1, 180.2.2, 180.2.4, 182.2.2 və 182.2.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 332.2.1 maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 330.1 maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.4 maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 182.2.2, 182.2.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə barəsində qəti cəza- 5 (beş) il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və baxış protokolları, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayında Zaqatala rayonu Çobankol kəndində yerləşən meşə ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını yığıb sonradan qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 132,76 qram olan Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə İ siyahısı ilə müəyyən edilmiş tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana əldə etmiş, həmin narkotik vasitələrdən 5,11 qram çəkidə olan hissəsini bir ədəd kibrit qutusunda üzərində qanunsuz olaraq satış məqsədi olmadan saxlamış və daşımış, 127,65 qram çəkidə olan hissəsini isə yaşadığı Zaqatala rayonu Çobankol kəndində yerləşən fərdi yaşayış evində yataq otağında kreslonun üzərində qırmızı rəngli döşəyin altına bir ədəd sarı rəngli sellofan torbada satış məqsədi olmadan qanunsuz olaraq saxlamış, 24 avqust 2022-ci il tarixdə, saat 16:15 radələrində Zaqatala şəhəri, Ə.Mahmudov küçəsində yerləşən “Tac” şadlıq sarayının yaxınlığında Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və həmin gün saat 18:11-dan saat 18:31-dək olan müddət ərzində Zaqatala RPŞ-də şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindən üzərində “KHYBER” yazısı yazılmış bir ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq, yəni çəkisi 5,11 qram narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də həmin tarixdə saat 19:18-dan saat 19:33-dək olan müddət ərzində yaşadığı Zaqatala rayonu, Çobankol kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin yataq otağında kreslonun üzərində qırmızı rəngli döşəyin altından bir ədəd sarı rəngli sellofan torbanın içərisində şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 127,65 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarından göründüyü kimi Əzizov X4 Hərbi Məhkəməsinin 25 dekabr 2013cü tarixli 1(096)-82/2013 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 330.1, 180.2.2, 180.2.4, 182.2.2 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 05 il 03 ay müddətinə endirilmişdir. 08 fevral 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir ki, bu da cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin residivə görə cəzanın təyin edilməsini tənzimləyən 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci və 61.1.1-ci maddələrinə əsaslanaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin cinayətin residivini yaratmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, onun üzərində saxlayaraq daşıdığı narkotik vasitələrin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, şəxsin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, onun 24 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı, cəzasının əvvəli hökmün elan olunduğu 18 aprel 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, Təqsirləndirilən şəxs barəsində 26 avqust 2022-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, Zaqatala rayon Məhkəməsinin 4(033)-3/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş və еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 5,06 qram narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazirlanmiş narkotik vasitə-qurudulmuş marixuana, yaşadığı evdə aşkar edilərək götürülmüş еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış təmiz çəkisi 127,60 qram narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmiş narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində eksperiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının əvvəli 18 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində 26 avqust 2022-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Zaqatala rayon Məhkəməsinin 4(033)-3/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 5,06 qram narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmiş narkotik vasitə-qurudulmuş marixuana, yaşadığı evdə aşkar edilərək götürülmüş еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış təmiz çəkisi 127,60 qram narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazirlanmiş narkotik vasitəqurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar