Məhkəmə qərarları › İş №1(033)-10/2024

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-10/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-10/2024 24.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Bayramova Aytac Elşad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respubliksasının vətəndaşı, оrtа təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Zаqаtаlа şəhəri, S.Qazıyeva küçəsi ev 46 ünvanında qеydiyyаtdа оlmаqlа həmin ünvanda yаşаyаn, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 yanvar 2024-cü il tarixdə saat 16:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 40,675 qram olan, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək əldə edib üzərində saxlamış, 25 sentyabr 2023-cü il tarixdə, saat 17:30 radələrində həmin narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq Zaqatala şəhəri, İmam Şamil küçəsində üzərində daşıyarkən Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilmiş və üzərində həmin gün saat 20:42-dən 21:44-dək olan müddət ərzində şəxsi axtarış aparılarkən əynindəki qara gödəkçənin sağ cibində bir ədəd sellofan bükümdə, təmiz çəkisi 40,675 qram, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək ifadəsində göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsi birlikdə yaşayır. Əvvəllər də narkotikdən istifadə etmiş, bir neçə gün öncə təxminən saat 15 radələrində piyada yaşadığı evə gedərkən yaşadığı ünvana çatmamış “Avtobaza” adlanan ərazidə küçədə yerdə balaca bir ədəd ağ sellofan büküm görmüş, həmin vaxt yerdə olan balaca bir ədəd sellofan büküm tapmış, onu açdıqda içərisində tiryəkə oxşar narkotik kütlənin olduğunu görmüşdür. Əvvəllər də narkotikdən istifadə etdiyinə və narkotiki tanıdığı üçün həmin bükümü əynindəki gödəkçənin cibinə qoyaraq, daha sonra yaşadığı evə getmiş və həmin gün heç kimə bu barədə heç nə deməmişdir. O, axşamlar yaşadığı evin yaxınlığından axan çayın kənarına tək gedərək həmin narkotikdən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə günün ikinci yarısında yaşadığı evdən çıxaraq evin yaxınlığında, şəhərin İmam Şamil küçəsində yerləşən sürücülük məktəbinin arxasında olan çay yatağında tək əyləşib həmin narkotik vasitəsindən istifadə etməyə çalışarkən ona bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək, onu Zaqatala RPŞ-yə dəvət etmişdirlər. O, heç bir etiraz etmədən polis şöbəsinə könüllü gəlmişdir. RPŞ-də ona təqdim edilmiş vəkil Müdafiəçi iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Sonra üzərində şəxsi axtarış aparılmış və o, üstündə gəzdirdiyi bir ədəd ağ rəngli sellofan bükümdə olan narkotik vasitə olan tiryəkə oxşar kütləni təqdim etmişdir. Bundan sonra müvafiq protokol tərtib edilmiş və həmin narkotik vasitə olan tiryəkə oxşar kütlə elektron tərəzidə çəkilərək, bir ədəd ağ zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Həmin istifadə etdiyi və üstündə gəzdirdiyi narkotik vasitə olan tiryəkə oxşar kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və ümumi çəkisi 42.09 qram təşkil etmişdir. Həmçinin şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən başqa yerdə narkotik vasitə saxlamağı barədə sual verildikdə o, başqa yerdə narkotik vasitə saxlamadığını qeyd etmişdir. O, narkotik vasitəni tapan zaman yanında kimsə olmamışdır. Əməliyyat axtarış tədbirləri keçirilərkən və təhqiqat-istintaq dövründə sənədləşmə aparılarkən özünə qarşı polis əməkdaşları tərəfindən hər hansı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zаqаtаlа RPŞ-nin NMQ-nun əməliyyаt müvəkkili vəzifəsində хidmət еdir. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin istifadəsində və daşınmasında şübhəli olması barədə Zaqatala rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş əməliyyat məlumatı əsasında Zaqatala RPŞnin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Zaqatala RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə saat 17:30 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zaqatala şəhəri, İmam Şamil küçəsində yerləşən sürücülük məktəbinin arxasında müəyyən edərək özlərini təqdim etmiş və Zaqatala rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq vəzifələri izah olunduqdan sonra ona vəkil təqdim edilmişdir. Daha sonra üzərində narkotik maddələrin qanunsuz daşımasında və istifadəsində şübhəli olduğunu dedikdən sonra videoçəkiliş vasitəsilə təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan narkotik maddə, qeyri-qanuni nə kimi əşya varsa həmin əşyaları təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən sellofan büküm çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Həmin büküm açılıb içərisinə baxış keçirilərkən spesifik qoxulu tünd qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə oxşar kütlə olduğu müşahidə edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdə sellofan bükümlə birlikdə ümumi çəkisinin 42,09 qram olduğu müəyyən edilmişdir. Elektron tərəzidə çəkildikdən sonra həmin kütlə bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən tiryəkə oxşar kütlədən başqa hər hansı bir əşya, predmet aşkar olunmamışdır. Üzərində şəxsi axtarış keçirilərkən Müdafiəçi sualına cavab olaraq Təqsirləndirilən şəxs üzərində aşkar olunan tiryəkə oxşar kütləni bir neçə gün əvvəl yaşadığı ünvanın yaxınlığında küçədə tapdığını, əvvəllər istifadəçisi olduğunu və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsinin, İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X13 tərəfindən qəbul edilmişi 26 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, xx.xx.1994-cü ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, iki övladı atası, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmayan, Zaqatala şəhəri, Sevil Qazıyeva küçəsi, ev 46-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Zaqatala RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X8 HK-1/970 nömrəli material üzrə 25 sentyabr 2023-cu ıl tarixli qərara müvafiq olaraq, xx.xx.1994-cü ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 övlad atası, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmayan, Zaqatala şəhəri, Sevil Qazıyeva küçəsi, ev 46-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində 25 sentyabr 2023-cü ıl tarixdə Zaqatala rayon polis şöbəsində saat 20:15 dəqiqədə müdafiəçi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə tutulmuşdur. Tutulmanın əsasları: narkotik vasitələrin istifadəsində və üzərində daşımasında şübhəli olduğuna görə Təqsirləndirilən şəxs 25 sentyabr 2023-cü il tarixdə saat 17:30 radələrində Zaqatala şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Zeynal oğlu şübhəli şəxs qismində tutulması müddəti onun azadlığının faktiki məhdudlaşdırıldığı 25 sentyabr 2023-cü il tarixdə saat 17:30-dan hesablanmışdır. İş materiallarına əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan, foto cədvəldən görünür ki, həmin tarixdə saat 20:42-dən saat 21:44-dək olan müddət ərzində vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibində, sellofan bükümdə 42.09 qram çəkidə narkotik vasitə tiryəkə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video və foto görüntü DVD diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli 17/709 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Zaqatala ş. S.Qazıyeva küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd ağ sellofan bükümdə çəkisi 42.09 qr. olan tiryək.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 40.675 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotika vasitələrin siyahısı”na daxildir. Təhqiqata sərf edildi 0,100 qr, qalıq 40,575 qr. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 69.10 (altmış doqquz manat on qəpik) manat təşkil edir. İş materiallarına əlavə edilmiş “sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 25 sentyabr 2023-cü il tarixli 363 nömrəli aktdan görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs həmin tarixdə alkoqol qəbulu aşkar edilmiş, alkoqol sərxoşluğu vəziyyəti ayıqdır. İş materiallarına əlavə edilmiş 27 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarına əlavə edilmiş 27 sentyabr 2023-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1994-cü ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarti altına vermə” qətimkan tədbiri verilmişdir. İş materiallarına əlavə edilmiş 27 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında” qərardan görünür ki, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs saxlanıldığı Zaqatala RPŞ-nin X7 azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala Rayon Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli 435 nömrəli xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazidən Zaqatala Bələdiyyəsinə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli 18-1-78/2-1162/2023 saylı məktubdan görünür ki, xx.xx.1994-cü ildə ünvan 5 ünvanda yaşayan Quliyev X2 RMX PHŞ-nin Psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 05 oktyabr 2023-cü il tarixi raportdan görünür ki, toplanmış əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tiryəki haradan əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması və onun münasibətdə olduğu şəxslərin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmasında şübhəli olan şəxslərin dairəsinin və digər cinayətlərdə iştirak etməsinin müəyyən edilməsi istiqamətlərində tərəflərindən bir sıra əməliyyat axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş tiryəki satış məqsədilə əldə etməmiş və həmin narkotik vasitəni Zaqatala şəhəri, Avtobaza adlanan ərazidə piyada hərəkət edərkən küçədə görərək götürmüş və əldə etmişdir. Təqsirləndirilən şəxs münasibətdə olduğu şəxslərdən narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmasında şübhəli olan şəxslərin dairəsini və digər cinayətlərdə iştirak etməsi əməliyyat yolu ilə əhəmiyyət kəsb edəcək məlumatlar müəyyən edilməmişdir. Odur ki, gələcəkdə tapşırıq ətrafında hər hansı bir məlumat əldə edilərsə, raportla bildiriləcəkdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-82-12/2-1487/2023 saylı 09 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası, arvadı və oğlundan ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-82-12/2-1487/2023 saylı 09 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs tərtib edilmiş 60 saylı ev təsərrüfatlarının kitabının 132-ci səhifəsinə əsasən Zaqatala şəhəri, Sevil Qazıyeva küçəsi 46 saylı evdə yaşayır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verlmiş 23 iyun 2018-ci il tarixli AZ-İİ seriyalı 261377 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X9 23 iyun 2018-ci ildə nikahlarını bağlamışdırlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 107 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verlmiş 07 avqust 2019-cu il tarixli AZ-İV seriyalı 300791 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09 iyul 2019-cu il tarixdə doğulmuş X1 atası Təqsirləndirilən şəxs, anası X5r. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verlmiş 05 iyul 2022-ci il tarixli AZ-İV seriyalı 734889 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15 may 2022-ci il tarixdə doğulmuş X6 atası Təqsirləndirilən şəxs, anası X5r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli 1899 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə olan tiryəkdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs X3 tərəfindən verilmiş ərizədən görünür ki, məhkəmə tərəfindən ona təyin edilmiş müdafiəçi X4 imtina edir, onun hüquqlarının müdəfiəsi üçün ibtidai istintaq dövründə müdafiəçisi olmuş Müdafiəçi onu müdafiə etməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 22 noyabr 2023-cü il tarixli “cinаyət işi üzrə sübutlаrin qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham onun törətmiş olduğu cinayət əməlini tam əhatə etdiyindən, həmçinin ittihama əlavə və düzəlişlər edilməsi zərurəti olmadığından dəyişdirilmədən qüvvəsində saxlanılmış, 27 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs götürülmüş еkspеrtizа tədqiqаtındаn sоnrа qalıq qalmış 01 (bir) ədəd şəffaf sellofan bükümdə, qalıq çəkisi 40,575 qram olan tiryəki cinаyət işi üzrə mühüm əhəmiyyət kəsb еtdiyindən mаddi sübut kimi tаnınmış və Zаqаtаlа RPŞ-nin mаddi sübutlаrın sахlаmа оtаğındа sахlаnılmış, şəxsi axtarış protokolu, şahidlərin və təqsirləndirilən şəxsin dindirilməsi barədə protokollar, məhkəmə-bioloji ekspertizasının 26 sentyabr 2023-cü il tarixli, 17/709 nömrəli rəyi, Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 20 noyabr 2023-cü il tarixli, 1899 nömrəli nömrəli rəyi ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryəki əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, yəni ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunması (CM 59.2) və himayəsində iki azyaşlı uşağın olmasını (CM 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zаqаtаlа şəhəri, S.Qazıyeva küçəsi, 46 ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli 1899 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə olan tiryəkdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2023cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək iki gün müddətinə şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan qalıq çəkisi 40.575 qram olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 69.10 (altmış doqquz manat on qəpik) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəm H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zаqаtаlа şəhəri, S.Qazıyeva küçəsi, 46 ünvanında yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut - Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan qalıq çəkisi 40.575 qram olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 69.10 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar