Məhkəmə qərarları › İş №1(033)-10/2025

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-10/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-10/2025 15.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Zaqatala rayonu, Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olmayan, Zaqatala rayonu, Muxax kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 15 yanvar 2025-ci il tarixdə, saat 16:30-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, şəxsi istifadəsi üçün 2024-cü ilin may ayında daimi yaşadığı Zaqatala rayonu, Muxax kəndində yerləşən fərdi yaşayış evinin arxasında torpaq sahəsini ağac və kollardan təmizləyib əkin üçün hazırladıqdan sonra istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını qanunsuz olaraq həmin ərazidə əkərək aqrotexniki qaydada qulluq göstərib alaq otlarından təmizləməklə, o cümlədən dibini yumşaltmaqla və su verməklə xeyli miqdarda, yəni ümumilikdə 03 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirib kultivasiya etmiş, eləcə də 2024-cü ilin avqust ayının ortalarında Zaqatala rayonu, Muxax kəndində yerləşən “Beycivan” adlanan çöl sahəsində yabanı halda bitmiş çətənə bitkisinin yarpaqlarını toplayıb yaşadığı həmin evin həyətindəki tövlədə qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə- təmiz çəkisi 124.56 qram, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana əldə etmiş və həmin tövlədə saxlamış, Zaqatala RPŞ əməkdaşları tərəfindən 28 avqust 2024-cü il tarixdə, saat 13:17-dən saat 14:24-dək müddət ərzində həmin evdə, evin həyətində və həyətdəki yarımçıq tikililərə keçirilmiş baxış zamanı evin həyətində- fərdi yaşayış evinin arxasında uzunluqları 180 smdən 220 sm-dək olan, yaş vəziyyətdə ümumi çəkiləri 2605 qram, 03 ədəd çətənə bitkisi, evin həyətindəki tövlənin içərisində uzunluğu 77 sm, təmiz çəkisi 13.71 qram olan 01 ədəd narkotik tərkibli çətənə bitkisinin hissəsi, tövlənin çardağında isə təmiz çəkisi 124.56 qram, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, əməlindən peşmandır və məhkəmədən bağışlanmasını xahiş edir. Bildirir ki, əvvəllər belə əməllərlə məşğul olmamışdır, sadəcə 3-4 toxum tapmış, onları isə həyətə əkmiş, lakin heç qulluq etməmiş, elə kolluqların arasında qalmışdır. Odur ki, yoldaşının yeni vəfat etməsini, anasının isə 80-dən artıq yaşı olmasının, xəstə olmaqla, onun himayəsində olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, işsizdir. O, təxminən 1993-cü ildən narkotik vasitə olan marixuana istifadə edir. O, 2024-cü ilin may ayında yaşadığı Zaqatala rayonu, Muxax kəndində yerləşən evinin arxa tərəfində həyətinə çətənə kolunun toxumlarını səpmişdir. Həmin toxumlardan 3 ədəd çətənə kolu bitmiş və o, həmin çətənə kollarına aqrotexniki qulluq etməyə başlamışdır. O, həmin çətənə kollarına şəxsi istifadəsi üçün aqrotexniki qulluq etmişdir. O, təxminən 20 gün əvvəl Zaqatala rayonu, Muxax kəndində yerləşən “Beycivan” adlanan çöl sahəsindəki pay torpaq sahəsinə getdiyi zaman həmin çöldən keçən dəmir yolu xəttinin yanında yabanı halda bitmiş çətənə kolları olduğunu görmüşdür. Həmin kolların budaqlarını yığıb yaşadığı evə gətirmiş və şəxsi istifadəsi üçün yaşadığı evin həyətində yerləşən tövlədə qurudaraq saxlamışdır. O, xx.xx.2024-cü il tarixdə səhər saatlarında “Beycivan” adlanan çöl sahəsindəki pay torpaq sahəsinə ot biçməyə getmişdir. Təxminən saat 13:30 radələrində çöldə olduğu zaman bacısı oğlu Elnur Çobanov yanına gəlib ona yaşadığı evə polis əməkdaşları gəldiyini, həyətinə baxış keçirdiklərini bildirmişdir. O, artıq polis əməkdaşlarının həyətində kultivasiya etdiyi çətənə kollarını və tövlədə saxladığı qurudulmuş marixuananı aşkar edəcəklərini bilmişdir. Buna baxmayaraq evinə getməmişdir. Muxax kəndi ərazisində yerləşən çöl sahəsində dayanmışdır. Təxminən saat 17:30 radələrində Zaqatala RPŞ-nin əməkdaşları ona yaxınlaşmışlar və onu Zaqatala RPŞ-nə gətirmişlər. Zaqatala RPŞ-də hüquqlarının müdafiəsi üçün ona vəkil təyin edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış keçirilmişdir. Üzərində şəxsi axtarış keçirilərkən ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya vasitəni könüllü təqdim etmək təklif olunmuşdur. O, əynindəki şalvarın sağ yan cibindən içərisində 3 ədəd 1 manatlıq əskinas olmaqla ümumilikdə 3 manat pul və 15 ədəd üzərində “WEST” yazılmış siqaret olan üzərində “WEST” yazılmış siqaret qutusu, sol yan cibindən isə alışqanı çıxarıb təqdim edərək üzərində hər hansı bir narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya və predmet olmadığını bildirmişdir. İş üçün əhəmiyyət kəsb etmədiyindən alışqan və içərisindəki 3 manat pul və 15 ədəd siqaretlə birlikdə üzərində “WEST” yazılmış siqaret qutusu ona qaytarılmışdır. Qeyd etdiyi kimi o, şəxsi istifadəsi üçün yaşadığı evin həyətində çətənə kolları kultivasiya etmiş və dəmir yolu xəttinin yanında yabanı halda bitmiş çətənə kollarını yığıb yaşadığı evə gətirərək evinin həyətindəki tövlədə qurutmaqla əldə etdiyi qurudulmuş marixuananı da şəxsi istifadəsi üçün saxlamışdır. Bundan başqa o, yaşadığı evin həyətindəki tövlənin içərisində aşkar olunmuş uzunluğu 77 sm, təmiz çəkisi 13,71 qram olan 01 ədəd narkotik tərkibli çətənə bitkisinin hissəsini o, bir neçə gün əvvəl həyətində olan çətənə kolunun budağını qıraraq tövlənin içərisinə qoyduğunu, yaşadığı Zaqatala rayonu, Muxax kəndində yerləşən evinin arxa tərəfində həyətinə çətənə kolunun toxumlarını səpdiyindən, həmin toxumlardan 3 ədəd çətənə kolu bitdiyindən və həmin çətənə kollarına aqrotexniki qulluq etməyə başladığından, həmçinin Zaqatala rayonu, Muxax kəndində yerləşən “Beycivan” adlanan çöl sahəsindəki pay torpaq sahəsindən keçən dəmir yolu xəttinin yanında yabanı halda bitmiş çətənə kollarının budaqlarını yığıb yaşadığı evə gətirdiyindən və şəxsi istifadəsi üçün yaşadığı evin həyətində yerləşən tövlədə qurudaraq saxladığından heç kimin məlumatının olmadığını, şəxsi istifadəsi üçün yaşadığı evin həyətində çətənə kolları əkdiyini, hazırda yaşadığı evdə və yaxud başqa yerdə narkotik tərkibli başqa maddələrinin olmadığını, barəsində əməliyyat-axtarış tədbirləri aparılarkən, təhqiqat və istintaq dövründə rəsmiləşdirmə zamanı ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini, bununla əlaqədar hər hansı bir vəsatətinin və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqtala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Bildirir ki, 28 avqust 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında təhqiqatçının Vüsal Əliyevin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs evinə baxışa getmişdirlər. Baxış zamanı hasarla evin arasında kolluq hissədə çətənəyə bənzər bitkinin olması tərəflərindən müəyyən edilmiş, üç ədəd yaş bitki kökündən çıxarılmış, təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Həmçinin həyətin aşağısında yerləşən yarımtikili vəziyyətdə olan tövlənin dam hissəsindəki taxtanın üstündə qurudulmuş formada çətənə bitkiləri aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Çəkiləri isə tam xatırlamır. Şahid qismində dindirilmiş Zaqtala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə Zaqatala rayonu, Muxax kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi və narkotik vasitə olan marixuana saxlaması barədə Zaqatala rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Zaqatala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X10, Zaqatala RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis kapitanı Şahid3, X14 Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin toxum analizlər şöbəsinin baş aqronomu İsayev Şahid Vahid oğlunun iştirakı ilə və Zaqatala RPŞ-nin 28 avqust 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı Zaqatala rayonu, Muxax kəndində yerləşən evinin həyətyanı sahəsinə və həyətindəki yarım tikililərə baxış keçirilməsi üçün getmişlər. Təqsirləndirilən şəxs həyat yoldaşı X4 razılığı və iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və həyətindəki yarım tikililərə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyət darvazasının iki laylı dəmir qapı olduğu müşahisə edilmiş və həmin qapıdan həyətə daxil olduqda təxminən 10 (on) metr irəlidə kürsülü fərdi yaşayış evi, həyətə daxil olduqda sağ tərəfdə həyətin bir hissəsinin ev quşları saxlaması üçün dəmir torla hasarlandığını, həyətə daxil olduqda sol tərəfdə isə qoz, fındıq, şabalıd və s. ağaclar, güllər və tərəvəz bitkiləri əkildiyi müşahidə olunmuşdur. İlk olaraq evin həyətyanı torpaq sahəsinə, sonra isə həyətdəki yardımçı tikililərə baxış keçirilməsi nəzərdə tutulduğundan həyətə daxil olduqda sol tərəfdən həyətyanı torpaq sahəsinə baxışa başlanmışdır. Həyətə daxil olduqda sol tərəfdə yerləşən qoz, fındıq, şabalıd və s. ağaclar, güllər və tərəvəz bitkiləri əkildiyi sahənin baş tərəfində lobya, xiyar və qarğıdalı əkilmiş sahə, qarğıdalı əkilmiş sahənin yanında küçə tərəfdə mal tövləsi, qonşu tərəfdə isə ayaqyolu olduğu müşahidə olunmuşdur. Qarğıdalı əkilmiş əraziyə baxış keçirilən zaman çətənə bitkisinə bənzər bitki aşkar olunmamışdır. Bundan sonra ilk öncə evin həyətyanı torpaq sahəsinə baxış keçirildiyindən mal tövləsinə baxış keçirilmədən həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə davam edilmiş və baxış zamanı qarğıdalı əkilmiş sahənin yaxınlığında qonşu ilə sərhəddə yardımçı tikili, həmin tikilinin yanında tikili ilə ev arasında ayaqyolu olduğu müşahidə olunmuşdur. İlk öncə evin həyətyanı torpaq sahəsinə baxış keçirldiyindən həmin yardımçı tikililərə baxış keçirilmədən həyətyanı torpaq sahəsinə baxışa davam edilmiş və Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin evin arxa tərəfində yerləşən hissəsinə baxış keçirilərkən ev ilə qonşu torpaq sahəsinin sərhəddindəki daş hasar arasında təxminən 5 (beş) metr enində yer olduğu, həmin yerdə əkilmiş gül olduğu, həmin gülün arxa tərəfində isə təxminən 4 (dörd) kvadrat metr sahədə 3 (üç) ədəd çətənə koluna bənzər bitki olduğu, həmin sahədə qırılmış ağac budağı olduğu müşahidə olunmuşdur. Qarşısında gül əkildiyindən həmin 4 kvadrat metr hissənin həyətdən görüntüsü məhdudlaşır. Həmin hissəyə daxil olduqda sol tərəfdə qonşu ilə sərhəddəki daş hasar, sağ tərəfdə evin arxa divarı, ön hissədə isə həyətin ev quşları saxlanılan yerin ətrafına dəmir tordan çəkilmiş hasar, alaq bitkiləri və ağaclar olduğu müşahidə olunmuşdur. Baxışda iştirak edən mütəxəssis aqronom Şahid İsayev aşkar olunmuş 3 (üç) ədəd bitkinin çətənə kolu olduğunu, həmin çətənə kollarına aqrotexniki qaydada qulluq olunduğunu, diblərinin alaqdan təmizləndiyini bildirdi. Baxış zamanı aşkar olunmuş 3 (üç) ədəd çətənə koluna bənzər bitkinin diblərinin alaqdan təmizlənmiş vəziyyətdə olduğu, bitkilərin bir-birindən təxminən bir metr aralıda bir cərgə üzrə əkilmiş vəziyyətdə olduğu müşahisə olundu. Həmin 3 (üç) ədəd bitki kökündən çıxarıldıqdan sonra hündürlükləri ölçüldü və hündürlüklərinin 180, 200, 220 sm olduğu müəyyən olundu. Bundan sonra həmin 3 (üç) ədəd bitki sintetik kisədə qablaşdırılaraq elektron tərəzidə çəkildi. Qablaşdırıldığı sintetik kisə ilə birlikdə bitkilərin ümumi çəkisinin 2980 (iki min doqquz yüz səksən) qram olduğu müəyyən olundu. Bundan sonra həyətin ev quşları saxlanması üçün hasarlanmış hissəsinə baxış keçirildi. Həmin hissədə qanunsuz əkilmiş çətənə koluna bənzər bitki olmadığı müəyyən edildi və həmin hissədə ev quşları üçün hin olduğu müşahidə olundu. Həmin hinə baxış keçirildi. Hində hər hansı bir narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya və predmetlər aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ev ilə həyətindəki qarğıdalı əkilmiş yer arasında qonşu ilə sərhəddə olan yardımçı tikiliyə və ayaqyoluna baxış keçirildi. Baxış zamanı yardımçı tikilidə və ayaqyolunda narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya və predmet aşkar olunmadı. Baxışın davamı olaraq qarğıdalı əkilmiş sahənin yanında yol kənarında yerləşən mal tövləsinə baxış keçirilərkən mal tövləsinin istifadəsiz olduğunu, yəni tövlədə heyvan saxlanılmadığı, tövlənin içərisində tavanın tirinə vurulmuş mismardan asılı vəziyyətdə quru halda çətənə kolunun hissəsinə bənzər bir bitki hissəsi olduğu, tövlənin çardaq hissəsində isə üzəri qırmızı rəngdə boyanmış fanerin üzərinə sərilmiş vəziyyətdə quru halda çətənə kolunun hissələrinə bənzər bitki hissələri olduğu müşahidə olundu. Tövlənin içərisində tavanın tirindəki mismardan asılı vəziyyətdə olan qurumuş, çətənə kolunun hissəsinə bənzər bitki hissəsi elektron tərəzidə çəkildikdə çəkisinin 15 (on beş) qram olduğu müşahisə olundu. Həmin an çəkiliş zamanı videokameranın yaddaş kartı dolduğundan baxış zamanı videoçəkiliş dayandı. Yaddaş kartının dəyişdirilib videoçəkilişin bərpa olunmasına ən çox halda bir dəqiqə vaxt sərf olundu və videoçəkiliş bərpa olundu. Çəkiliş bərpa olunduqdan sonra tövlənin tavan tirindəki mismardan asılı vəziyyətdə olan quru halda çətənə bitkisinin hissəsinə bənzər bitki hissəsi ağ rəngli zərfdə, tövlənin çardağında sərilmiş vəziyyətdə quru halda olan çətənə bitkisinin hissələrinə bənzər bitki hissələri isə yarı hissəsi kəsilmiş sintetik kisədə təhqiqatçı tərəfindən qablaşdırıldı. Qablaşdırıldıqdan sonra həmin bitki kütlələri elektron tərəzidə çəkildi və tövlənin içərisində tavan tirindəki mismardan asılı vəziyyətdə aşkar olunaraq ağ rəngli zərfdə qablaşdırılmış qurudulmuş marixuanaya bənzər bitki kütləsinin qablaşdırıldığı ağ rəngli zərf ilə birlikdə ümumi çəkisinin 65 (altmış beş) qram olduğu, tövlənin çardağında sərilmiş halda aşkar olunaraq ağ rəngli sintetik kisədə qablaşdırılmış qurudulmuş marixuanaya bənzər bitki kütləsinin isə qablaşdırıldığı ağ rəngli sintetik kisə ilə birlikdə ümumi çəkisinin 150 (yüz əlli) qram olduğu müəyyən olundu. Qablaşdırılmış qurudulmuş marixuanaya bənzər bitki kütlələri və 3 (üç) ədəd çətənə koluna, bitkisinə bənzər bitki təhqiqatçı tərəfindən götürüldü. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsində və narkotik vasitə olan marixuana saxlamasında şübhəli olduğuna görə 28 avqust 2024-cü il tarixdə saat 17:30 radələrində Zaqatala rayonu, Muxax kəndi ərazisində müəyyən etmişlər, özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və Zaqatala rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X13 tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs vəkil Müdafiəçi təqdim edildi. Zaqatala RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə onun narazılığının olub-olmaması soruşuldu. O, bildirdi ki, heç bir etirazı yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində qeyd edilmiş hüquq və vəzifələri izah edildi, video və foto çəkilişdən istifadə ediləcəyi elan edildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunsuz saxladığı narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları təqdim etdin. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən üzərində “WEST” yazılmış siqaret qutusu, sol yan cibindən isə alışqan çıxarıb təqdim edərək üzərində hər hansı bir narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya və predmet olmadığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “WEST” yazılmış siqaret qutusuna baxış keçirilərkən həmin siqaret qutusunun içərisində 3 ədəd 1 manatlıq əskinas olmaqla ümumilikdə 3 manat pul və 15 ədəd üzərində “WEST” yazılmış siqaret olduğu müəyyən olundu. İş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş alışqan və içərisindəki 3 manat pul və 15 ədəd siqaretlə birlikdə üzərində “WEST” yazılmış siqaret qutusu Təqsirləndirilən şəxs qaytarıldı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı Zaqatala rayonu, Muxax kəndində yerləşən evin həyətində şəxsi istifadəsi üçün tərkibində narkotik maddələr olan çətənə kollarını kultivasiya etdiyini və yaşadığı evin həyətindəki tövlədə aşkar olunmuş qurudulmuş marixuanaya oxşar kütləni Zaqatala rayonu ərazisində dəmir yolu xəttinin yanında yabanı halda bitmiş çətənə kollarından əldə etdiyini, şəxsi istifadəsi üçün yaşadığı evin həyətində yerləşən tövlədə qurudaraq saxladığını bildirdi. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış video çəkilişlə keçirilmiş və qeydə alınmış həmin video və foto görüntülər DVD diskə köçürülərək təhqiqatçı tərəfindən protokola əlavə edilmişdir. Təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və iştirak edən şəxslərə ucadan oxunmuşdur. İştirak edən şəxslər tərəfindən heç bir əlavə və qeydlər daxil olmamışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətiriləndə onun yanında heç kimin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Zaqatala RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis X9 müstəntiqi, polis kapitanı X16 tərəfindən qəbul edilmişi 29 avqust 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RPŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 68 saylı qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz əməlini ifşa etmək məqsədi ilə Zaqatala rayonu, Muxax kəndində yaşadığı evin həyətyanı sahəsinə və yarım tikiliyə baxış keçirilməsi qərar alınmışdır. İş materiallarına əlavə edilmiş 28 avqust 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş fotocədvəldən və 02 (iki) ədəd DVD diskdən görünür ki, Zaqatala rayonu, Muxax kəndində yaşayan xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı ev Zaqatala rayonu, Muxax kəndində yerləşir. Təqsirləndirilən şəxs evdə olmadığından onun yaşadığı evin həyətyanı torpaq sahəsinə və həyətdəki yarımçıq tikililərə baxış, yoldaşı X4 razılığı və iştirakı ilə keçirilmişdir. Baxışda iştirak edən Sevda Mikayılova yaşadığı evin həyətyanı torpaq sahəsinə və həyətdəki yardımçı tikililərə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyət darvazasının iki laylı dəmir qapı olduğu müşahidə edilir və həmin qapıdan həyətə daxil olduqda təxminən 10 metr irəlidə kürsülü fərdi yaşayış evi, həyətə daxil olduqda sağ tərəfdə həyətin bir hissəsinin ev quşları saxlanması üçün dəmir torla hasarladığı müəyyən edilir. Həyətə daxil olduqda sol tərəfdə isə qoz, fındıq, şabalıd və s. ağaclar, güllər və tərəvəz bitkiləri əkildiyi müşahidə olunur. İlk olaraq evin həyətyanı torpaq sahəsinə sonra isə həyətdəki yardımçı tikililərə baxış keçirilməsi nəzərdə tutulduğundan həyətə daxil olduqda sol tərəfdən həyətyanı torpaq sahəsinə baxışa başlanmışdır. Həyətə daxil olduqda sol tərəfdə yerləşən qoz, fındıq, şabalıd, və s. ağaclar, güllər və tərəvəz bitkiləri əkildiyi sahənin baş tərəfində lobya, xiyar və qarğıdalı əkilmiş sahə, qarğıdalı əkilmiş sahənin yanında küçə tərəfdə mal tövləsi, qonşu tərəfdə isə ayaqyolu olduğu müşahidə edilir. Qarğıdalı əkilmiş sahəyə baxış keçirilən zaman çətənə bitkisinə bənzər bitki aşkar olunmamışdır. Bundan sonra ilk öncə evin həyətyanı torpaq sahəsinə baxış keçirildiyindən mal tövləsinə baxış keçirilmədən həyətyanı torpaq sahəsinə baxış keçirilməsi davam etdirilir və həmin zaman qarğıdalı əkilmiş sahənin yaxınlığında qonşu ilə sərhəddə yardımçı tikili, həmin tikilinin yanında tikili ilə ev arasında ayaqyolu olduğu müşahidə olunur. İlk öncə evin həyətyanı torpaq sahəsinə baxış keçirildiyindən həmin yardımçı tikililərə baxış keçirilmədən həyətyanı torpaq sahəsinə baxışa davam edilir və Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin evin arxa tərəfində yerləşən hissəsinə baxış keçirilərkən ev ilə qonşu torpaq sahəsinin sahədəki daş hasar arxasında təxminən 5 metr enində yer olduğu, həmin yerdə əkilmiş gül olduğu, həmin gülün arxa tərəfində isə təxminən 4 kv.m sahədə 03 (üç) ədəd çətənə koluna bənzər bitki olduğu, həmin sahədə qırılmış ağac budağı olduğu müşahidə olunmuşdur. Qarşısında gül əkildiyindən həmin 4 kv.m hissənin həyətdən görüntüsü məhdudlaşır. Həmin hissəyə daxil olduqda sol tərəfdə qonşu ilə sərhədəki daş hasar, sağ tərəfdə evin arxa davarı, ön hissədə isə həyətin ev quşları saxlanılan yeri ətrafına dəmir tordan çəkilmiş hasar, alaq bitkiləri və ağaclar olduğu müşahidə edilir. Baxışda iştirak edən mütəxəssis aqronom Şahid İsayev aşkar olunmuş 03 (üç) ədəd bitkinin çətənə kolu olduğunu, həmin çətənə kollarına aqrotexniki qaydada qulluq olunduğu diblərinin alaqdan təmizləndiyi bildirilmişdir. Baxış zamanı aşkar olunmuş 03 (üç) ədəd çətənə koluna bənzər bitkinin diblərinin alaqdan təmizlənmiş vəziyyətdə olduğu bitkilərin bir-birindən təxminən bir metr aralıda, bir cərgə üzrə əkilmiş vəziyyətdə olduğu müşahidə edilir. Həmin 03 (üç) ədəd bitki kökündən çıxarıldıqdan sonra hündürlükləri ölçüldü və hündürlüklərinin 180, 200, 220 sm olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin 03 (üç) ədəd bitki sintetik kisədə qablaşdırılaraq elektron tərəzidə çəkilmişdir. Qablaşdırıldığı sintetik kisə ilə birlikdə bitkilərin ümumi çəkisinin 2980 (iki min doqquz yüz səksən) qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həyətin ev quşları saxlanılması üçün hasarlanmış hissəsinə baxış keçirilmişdir. Həmin hissədə qanunsuz əkilmiş çətənə koluna bənzər bitki olmadığı müəyyən edilmiş və həmin hissədə ev quşları üçün hin olduğu müşahidə olunmuşdur. Həmin hinə baxış keçirilmişdir. Hində hər hansı bir narkotik vasitə həmçinin cinayət xarakterli digər əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ev ilə həyətindəki qarğıdalı əkilmiş yer arxasında qonşu ilə sərhəddə olan yardımçı tikiliyə və ayaqyoluna baxış keçirilmişdir. Baxış zamanı yardımçı tikilidə və ayaqyolunda narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya və predmetlər aşkar olunmamışdır. Baxışın davamı olaraq qarğıdalı əkilmiş sahənin yanında yol kənarında yerləşən mal tövləsinə baxış keçirilərkən mal tövləsində mal saxlanılmadığı, tövlənin içərisində tavanın tirinə vurulmuş mismardan asılmış vəziyyətdə quru halda çətənə kolunun hissəsinə bənzər bitki hissəsi olduğu tövlənin çardaq hissəsində isə üzəri qırmızı rəngdə böyanmış fanerin üzərinə sərilmiş vəziyyətdə quru halda çətənə kolunun hissələrinə bənzər bitki hissələri olduğu müşahidə olunmuşdur. Tövlənin içərisində tavanın tirindəki mismardan asılı vəziyyətdə olan qurumuş çətənə kolunun hisəsinə bənzər bitki hissəsi elektron tərəzidə çəkildikdə çəkisi 15 qram olduğu müşahidə olunmuşdur. Həmin an çəkiliş zamanı videokameranın yaddaş kartı dolduğundan baxış zamanı video çəkiliş dayanmış, yaddaş kartı bərpa edilərək çəkiliş bərpa edilmişdir. Çəkiliş bərpa olunduqdan sonra tövlənin tavan tirindəki mismardan asılı vəziyyətdə olan quru halda çətənə bitkisinin hissəsinə bənzər bitki hissəsi ağ rəngli zərfdə tövlənin çardağında sərilmiş vəziyyətdə quru halda olan çətənə bitkisinin hissələsinə bənzər bitki hissələri isə yarı hissəsi kəsilmiş sintetik kisədə qablaşdırılmışdır. Qablaşdırıldıqdan sonra həmin bitki kisələri elektron tərəzidə çəkilmişdir və tövlənin içərisində tavan tirindəki mismardan asılı vəziyyətdə aşkar olunaraq ağ rəngli zərfdə qablaşdırılmış qurudulmuş marixuanaya bənzər bitki hissələrinin qablaşdırıldığı ağ rəngli zərf ilə birlikdə ümumi çəkisinin 65 (altmış beş) qram olduğu, tövlənin çardağında sərilmiş halda aşkar olunaraq ağ rəngli sintetik kisədə qablaşdırılmış qurudulmuş marixuanaya bənzər bitki kütləsinin isə qablaşdırıldığı ağ rəngli sintetik kisə ilə birlikdə ümumi çəkisinin 150 (bir yüz əlli) qram olduğu müəyyən edilmişdir. Qablaşdırılmış qurudulmuş marixuanaya bənzər bitki kütlələri və 03 (üç) ədəd çətənə koluna bənzər bitki götürülmüşdür. Baxış video çəkilişlə keçirilmiş və qeydə alınmış video görüntü DVD diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Qax RLESM-in toxum analizlər şöbəsinin baş aqronomu İsayev Şahid Vahid oğlu tərəfindən verilmiş rəydən görünür ki, xx.xx.2024-cü il tarixdə Zaqatala rayonu, Muxax kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə Zaqatala RPŞ-nin əməkdaşları ilə birlikdə baxış keçirərkən həyətin təxminən 4 kv.m hissəsində aşkar olunmuş hündürlükləri 180, 200 və 220 sm olan 03 ədəd- kökdən çıxarılaraq qablaşdırıldığı sintetik kisə ilə birlikdə ümumi çəkisi 2980 qram olan bitki, aqrotexniki qaydada qulluq olunmuş çətənə kollarıdır. İş materiallarına əlavə edilmiş 28 avqust 2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.1964-cü il tarixdə Zaqatala rayonu, Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, işsiz, bir uşaq atası, Zaqatala rayonu, Muxax kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 28 avqust 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, xx.xx.1964-cü il tarixdə Zaqatala rayonu, Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, işsiz, bir uşaq atası, Zaqatala rayonu, Muxax kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1 maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində 28 avqust 2024-cü il tarixdə Zaqatala Rayon Polis Şöbəsində saat 18:05-də müdafiəçi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə tutulmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması müddəti onun azadlığının faktiki məhdudlaşdırıldığı 28 avqust 2024-cü il tarixdən saat 17:30-dan hesablanması müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 25 sentyabr 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan, ona əlavə edilmiş fotocədvəldən və “01” ədəd DVD diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz saxladığı narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa, onları təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən üzərində “WEST” yazılmış siqaret qutusu, sol yan cibindən isə alışqan çıxarıb təqdim edərək üzərində hər hansı bir narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya və predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “WEST” yazılmış siqaret qutusuna baxış keçirilərkən həmin siqaret qutusunun içərisində 3 ədəd 1 manatlıq əskinaslar olmaqla ümumilikdə 3 manat pul və 15 ədəd üzərində “WEST" yazılmış siqaret olduğu müəyyən olunundu. İş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş alışqan və içərisindəki 3 manat pul və 15 ədəd siqaretlə birlikdə üzərində “WEST” yazılmış siqaret qutusu Təqsirləndirilən şəxs qaytarıldı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı Zaqatala rayonu Muxax kəndində yerləşən evin həyətində şəxsi istifadəsi üçün tərkibində narkotik maddələr olan çətənə kollarını kultivasiya etdiyini və yaşadığı evin həyətindəki tövlədə aşkar olunmuş qurudulmuş marixuanaya oxşar kütləni Zaqatala rayonu ərazisində dəmir yolu xəttinin yanında yabanı halda bitmiş çətənə kollarından əldə etdiyini, şəxsi istifadəsi üçün yaşadığı evin həyətində yerləşən tövlədə qurudaraq saxladığını bildirdi. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış video çəkilişlə keçirilmiş və qeydə alınmış həmin video və foto görüntülər DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsi tərəfindən verilmiş 29 avqust 2024-cü il tarixli 17/747 nömrəli ekspert rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Zaqatala rayonu, Muxax kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində həyətdə aşkar olunmuş 03 (üç) ədəd çətənə koluna bənzər bitki.” Yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, uzunluqları 180 sm-dən 220 smdək, yaş vəziyyətdə ümumi çəkiləri- 2605.0 qram olan 03 (üç) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid İsayevin 28 avqust 2024-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Təhqiqata təqdim olunmuş, üzərində “Zaqatala rayonu, Muxax kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tövlənin içərisində aşkar olunmuş qurudulmuş marixuanaya bənzər bitki” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki uzunluğu 77 sm, təmiz çəkisi- 13.71 qram olan 01 (bir) ədəd bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Zaqatala rayon, Muxax kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki mal tövləsinin çardağıda aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlə” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, təmiz çəkisi-124.56 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. A) çətənı bitkisinin ümumi çəkisi-2605.0 qr., cəmi tədqiqata sərf edildi- 0.60 qr. (hər bitkidən 0.20 qr.), qalıq -2604.40 qr. B) çətənə bitkisinin hissəsinin təmiz çəkisi- 13.71 qr., tədqiqata sərf edildi- 0.10 qr., qalıq- 13.61 qr. C) Marixuananın təmiz çəkisi- 124.56 qr., tədqiqata sərf edildi- 0.20 qr., qalıq- 124.36 qr. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsi tərəfindən verilmiş 29 avqust 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik)-dir. İş materiallarına əlavə edilmiş 30 avqust 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarına əlavə edilmiş 30 avqust 2024-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs- xx.xx.1964-cü il tarixdə Zaqatala rayonu, Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Zaqatala rayonu, Muxax kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 30 avqust 2024-cü il tarixli “təqsirləndirilən şəxsin X12 azad edilməsi haqqında” qərardan görünür ki, barəsində “polisin nəzərəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs saxlanıldığı Zaqatala RPŞ-nin X12 azad edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Muxax kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5- 82-32/2-637/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Muxax kəndində qeydiyyatdadır və hal-hazırda Muxax kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Muxax kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5- 82-32/2-638/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özündən, yoldaşından və anasından ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Muxax kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5- 82-32/2-18/2025 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1938-ci il təvəllüdlü anası X3 hal-hazırda onun himayəsində yaşayır və anasına özü qulluq edir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 “qaraciyərin ikincili bədxassəli yenitörəməsi” səbəbindən xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Muxax kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddətdə kənddə ictimaiyyət arasında özünün nümunəvi davranışları ilə seçilmiş və kənd ictimaiyyətinin xüsusi hörmətini qazanmışdır. Ərazidə keçirilən ictimai tədbirlərdə və ictimai işlərdə hər zaman özünün fəallığı ilə seçilmişdir. Muxax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən bütün tapşırıqları yerinə yetirməklə kənd rəhbərliyinin də hörmətini qazanmışdır. Eyni zamanda öz yaşıdları arasında da xüsusi hörmətə malikdir. Davranışı, ailə üzvləri və qonşuları ilə münasibəti normaldır. Əsəbilik, özü və yaxın qohumlarının həyat tərzi, psixi pozuntu, intihar və intihara cəhd halları olmamışdır. Radikal dini təriqətlərə meyilliyi olmamışdır. İş materiallarına əlavə edilmiş 30 avqust 2024-cü il tarixdə tərəfimdən verilmiş əməliyyat tapşırığı əsasında Təqsirləndirilən şəxs digər yerlərdə narkotik tərkibli bitkilər kultivasiya edib-etməməsi, narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması, əgər satıbsa narkotik vasitələri satmış olduğu şəxslərin dairəsinin, digər törədilmiş cinayətlərdə iştirakının olub-olmamasının, eləcə də əməliyyat tapşırığının icrası müddətində meydana çıxan digər xüsusatların və məlumatların müəyyən edilməsi istiqamətlərində keçirilmiş tədbirlər zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs digər yerlərdə narkotik tərkibli bitkilər kultivasiya etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması, digər törədilmiş cinayətlərdə iştirakının olması, eləcə də əməliyyat tapşırığının icrası müddətində meydana çıxan digər xüsusatlar və məlumatlar müəyyən edilməmişdir İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 07 sentyabr 2024-cü il tarixli 1514 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli 18-1-78/2-1112/2024 saylı məktubdan görünür ki, Zaqatala rayonu, Muxax kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Zaqatala RMX PHŞ-nin Psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş 16 oktyabr 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, Təqsirləndirilən şəxs 30 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 234.1 və 237.1-ci mаddələri ilə elan edilmiş ittihama əlavə və düzəlişlər edilmədiyindən dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, ekspert rəyi həmin sahə ilə bağlı xüsusi biliklərə malik olan şəxslər tərəfindən verildiyi üçün daha mötəbər sübut növü olduğundan aşkar olunaraq götürülmüş narkotik vasitələrin təmiz çəkisi ekspert rəyində göstərilən qramlara uyğun olaraq qiymətləndirilməsi, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə və həyətindəki yardımçı tikililərə baxış keçirilməsi və üzərində şəxsi axtarış və götürmə keçirilməsinin qeydə alındığı 03 ədəd DVD disk sübut növü kimi tanınması və cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən və həyətindəki yardımçı tikililərdən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd sintetik kisənin içərisindəki, uzunluqları 180 sm-dən 220 sm-dək, yaş vəziyyətdə ekspert tədqiqatından sonra qalıq qalmış 2604,40 qram olan 03 (üç) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 01 (bir) ədəd zərfin içərisindəki uzunluğu 77 sm, qalıq çəkisi 13,61 qram olan 01 (bir) ədəd bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi, 01 (bir) ədəd sintetik kisənin içərisindəki, qalıq çəkisi 124,36 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın maddi sübut kimi tanınması və Zaqatala RPŞin maddi sübutlar otağında saxlanılması, məhkəmə-bioloji ekspertizasının 29 avqust 2024cü il tarixli, 3-16-16-2-17/747 nömrəli rəyi, Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 07 sentyabr 2024-cü il tarixli, 1514 nömrəli rəyi və şahid ifadələri istintaq materiallarına uyğun verildiyi üçün sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.1 və 237.1-ci maddələri ilə tövsif olunmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar aşkar edilməmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6,1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur.” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İ siyahısının 109.1-ci bəndinə görə qurudulmuş marixauna (kannabis) xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. “Tərkibində narkotik maddələr olan bitkilər” İİİ siyahının 1.2 bəndinə görə çətənə növlü bitkilər xeyli miqdarı 3-15 ədəd (6-30 hissə) müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli 8 №-li Qərarının 27-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, yoldaşı X4 xx.xx.2025-ci il tarixdə vəfat etməsini, anası xx.xx.1938-ci il təvəllüdlü X1 onun himayəsində olmasını və anasına onun tərəfindən qulluq edilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri və onun barəsində maddənin yuxarı həddində cəza təyin olunması ailəsinin əlverişsiz vəziyyətə düşməsinə səbəb olacağını, bununla da onun ailəsinin həyat şəraitinə təsiri, belə ki, yoldaşı X4 xx.xx.2025-ci il tarixdə vəfat etməsi, xx.xx.1938-ci il təvəllüdlü anası X2 himayəsində olması, onun saxlanması və müalicəsinin qarşılanması üçün təqsirləndirilən şəxsin yeganə qazanc mənbəyi olması, həmçinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zаqаtаlа rayonu, Muxax kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 07 sentyabr 2024-cü il tarixli 1514 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə profiloktik qeydiyyata alınmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2024cü il tarixdən 30 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı Zaqatala rayonu, Muxax kəndində yerləşən evinin həyətindən və həyətindəki yardımçı tikililərdən aşkar edilərək götürülmüş 01 (bir) ədəd sintetik kisənin içərisindəki, uzunluqları 180 sm-dən 220 sm-dək, yaş vəziyyətdə ekspert tədqiqatından sonra qalıq qalmış 2604,40 qram olan 03 (üç) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 01 (bir) ədəd zərfin içərisindəki uzunluğu 77 sm, qalıq çəkisi 13,61 qram olan 01 (bir) ədəd bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi, 01 (bir) ədəd sintetik kisənin içərisindəki, qalıq çəkisi 124,36 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə və həyətindəki yardımçı tikililərə baxış keçirilməsi və üzərində şəxsi axtarış və götürmə keçirilməsinin qeydə alındığı, maddi sübut kimi tanınmış 03 ədəd DVD disk hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilən cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdən 30 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs qəti olaraq ona təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yeri olan Zаqаtаlа rayonu, Muxax kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut - Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı Zaqatala rayonu, Muxax kəndində yerləşən evinin həyətindən və həyətindəki yardımçı tikililərdən aşkar edilərək götürülmüş 01 (bir) ədəd sintetik kisənin içərisindəki, uzunluqları 180 sm-dən 220 sm-dək, yaş vəziyyətdə ekspert tədqiqatından sonra qalıq qalmış 2604,40 qram olan 03 (üç) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 01 (bir) ədəd zərfin içərisindəki uzunluğu 77 sm, qalıq çəkisi 13,61 qram olan 01 (bir) ədəd bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi, 01 (bir) ədəd sintetik kisənin içərisindəki, qalıq çəkisi 124,36 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə və həyətindəki yardımçı tikililərə baxış keçirilməsi və üzərində şəxsi axtarış və götürmə keçirilməsinin qeydə alındığı, maddi sübut kimi tanınmış 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 34.55 (otuz dörd manat əlli beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar