Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-11/2023 21.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, dövlət ittihаmçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1980-ci ildə Zaqatala rayonu Qazangül qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməklə cinayətin residivini yaratmış, Zaqatala rayonu Qazangül qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs 16 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manata satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə, yəni təmiz çəkisi 0,377 qram, kustar üsulla hazırlanmış heroin almaqla əldə edib üzərində saxlamış, həmin tarixdə saat 12:15 radələrində qeyd edilən narkotik vasitəni satış məqsədi olmadan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi yeni yaşayış massivində qanunsuz olaraq üzərində daşıyarkən Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş-əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmış və Binəqədi RPİnin 6-ci PB-nin inzibati binasına gətirilmiş, polis bölməsində həmin gün üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sağ yan cibində gümüşü rəngli siqaret kağızına bükülmüş halda 0,377 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrar olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə, yəni təmiz çəkisi 48,146 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək əldə edib üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 23:10 radələrində qeyd edilən narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan üzərində Zaqatala rayonu Qazangül qəsəbəsində daşıyarkən Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş-əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmış və Zaqatala RPŞ-nin inzibati binasına gətirilmiş, polis şöbəsində həmin gün üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibində gümüşü rəngli falqa kağızına bükülmüş halda 48,146 qram, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, təxminən 20 ildir narkotik istifadə edir. O, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yeni Yasamal adlanan yerdən tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata narkotik vasitə hesab edilan heroin alaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 12:15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu qanunsuz olaraq uzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-ci PB-na gətirmişlər. Polis bölməsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi təqdim edilmiş, Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə özünün razılığı ilə mudafiəçinin iştirakı olmadan videoçəkiliş altında şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüş rəngli kağızına bükülmüş bükümu çıxardıb masanın üzərinə qoymuş, üzərindən aşkar olunmuş narkotik maddə heroin hesab edilən bükülü zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş, bu barədə tərtib olunmuş protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan əlavə, o, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Zaqatala rayonu Qazangül qəsəbəsində Yevlax-Balakən avtomobil yolunun kənarında avtobus dayanacağının arxa hissəsindən yerdən aliminium falqa büküm olduğunu görmüş, həmin bükümü yerdən götürüb açdıqda o uzun müddətdir ki, narkotik istifadə etdiyi üçün açdığı bükümün içərisində olan maddənin tiryək olduğunu tanımışdır. Narkotik istifadəçisi olduğundan həmin aliminium falqa bükümdə olan tiryəki cibinə qoymuş və üzərində daşımağa başlamışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə saat 23:10 radələrində yaşadığı Qazangül qəsəbəsindəki evindən çıxıb siqaret almaq üçün dükana gedərkən evdən biraz aralıda küçədə iki nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini Zaqatala RPŞnin əməkdaşları kimi təqdim edib, ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək onu Zaqatala RPŞ-yə gətirmişlər. Zaqatala RPŞ-də hüquqlarının müdafiəsi üçün vəkil təyin edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış keçirilmiş və üzərində şəxsi axtarış keçirilərkən ondan üzərində olan hər hansı bir qanunsuz əşya, predmet, maddə və ya vasitə olubolmadığı barədə soruşulmuş və olduğu halda təqdim etməyi istənilmişdir. O, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli aliminium falqa ilə bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə olan tiryək olduğunu bildirmiş və həmin büküm açılıb içərisinə baxış keçirilmişdir. Aliminium falqada olan tiryək falqanın içərisindən götürülərək elektron tərəzidə çəkildikdə çəkisinin 48,20 qram olduğu müəyyən edilmişdir. Elektron tərəzidə çəkildikdən sonra həmin tiryək aliminium falqaya bükülərək 01 ədəd ağ rəngli zərfdə qablaşdırılmışdır. Daha sonra isə baxışda iştirak edən şəxslər, vəkilin və onun tərəfindən müvafiq protokol imzalanmışdır. Onun narkotik vasitəni satmaq fikri olmamışdır. Etdiyi hərəkətdən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zaqatala rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Zaqatala rayonu Qazangül qəsəbə sakini xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində daşıması ilə bağlı şübhəli olduğu üçün o və Zaqatala RPŞ-nin CAB-nin kiçik inspektoru vəzifəsində işləyən, polis baş serjantı Şahid2 tərəfindən 20 noyabr 2022-ci il tarixdə saat 23:10 radələrində olduğu Zaqatala rayonu ərazisində saxlanılaraq Zaqatala RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində daşıması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsə dövlət hesabına təyin edilmiş müdafiəçi X10 ilə təmin olunmuşdur. Zaqatala rayon polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə təhqiqatçı polis kapitanı Vüsal Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl polis kapitanı Vüsal Əliyev ona üzərində qanunsuz saxladığı narkotik vasitə və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli aliminium falqanı çıxardıb təqdim edərək həmin bükümdə narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Həmin büküm açılıb içərisinə baxış keçirilərkən içərisində spesifik qoxulu qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə oxşar kütlə olduğu müşahidə edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdə falqa ilə birlikdə ümumi çəkisinin 48.20 qram olduğu müəyyən edilmişdir. Elektron tərəzidə çəkildikdən sonra həmin kütlə 1 ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənərək təhqiqatçı, polis kapitanı Vüsal Əliyev tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan tiryəkə oxşar kütləni Zaqatala rayonu Qazangül qəsəbəsində Yevlax-Balakən avtomobil yolunun kənarından tapdığını və şəxsi istifadəsi üçün üzəridə daşıdığını bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Kamal oğlu ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmiş və Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişlər. Şahidlər Şahid5 və Şahid4 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdikləri ifadəni təsdiq etdiklərini bildirmiş və məhkəmənin onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 avqust 2022-ci il tarixdə tərəfindən xx xxxxx 1980-ci ildə Zaqatala şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək qəbul etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması barədə qərar qəbul olunmuş və buna görə də o, sahə inspektoru, polis leytenantı Şahid5 ilə birlikdə malumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 12:15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi yeni yaşayış massivində bir qədər gizli müşahidə etdikdən sonra xarici görünüşcə Eldara oxşar şəxsi saxlamış və saxlanan şəxsdən kimliyi soruşulduqda o, özünü ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O, Eldara narkotik vasitələrin qanunsuz əldə etməsində və üzərində gəzdirməsində şübhəli olmasını bildirərək onu polis bölməsinə dəvət etmişdir. Eldar adlı şəxs heç bir etiraz etmədən Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinə getmiş və polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsi ilə hüquq və vəzifəları izah edilmiş, üzərinə şəxsi axtarış və götürmə aparılması barədə mövcud qərarla tanış edilərək, videoçəkiliş aparılacağı bildirilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddənin, qanunla dövriyyəsı qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş halda olan bükümü masanın üzərinə qoyaraq üzərində əlavə heç bir başqa əşya olmadığını və həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni 16 avqust 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yeni Yasamal adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını və özü istifadə etməsi üçün həmin vaxtdan üzərində saxladığını və özü ilə gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülünün içərisində olan narkotik vasitəyə bənzər kütlənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri Eldarın özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçı tərəfindən bütün görülmüş hərəkətlər sənədləşdirilərək protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid X12 ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid qismində dindirilmiş Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş halda olan bükümü çıxardaraq masanın üzərinə qoymuş, sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual verilmiş, o üzərində hər hansı bir əşya olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılaraq, ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində olan maddənin el içində "Heroin" deyilən narkotik maddə olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyi və nə məqsəd ilə üzərində gəzdirdiyi sual edildikdə narkotik maddə olan heroini Bakı şəhəri, Yeni Yasamal adlanan yerdən tanımadığı şəxsdən 10 manata aldığını bildirmiş və narkotik maddə hesab edilən büküm zərfə qoyularaq qablaşdırılmışdır. Videogörüntülər 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Bu barədə protokol tərtib edilmiş, iştirak edən şəxslər tərəfindən heç bir ərizə və şikayət daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 16 avqust 2022-ci il tarixli 6/4360 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №175” dairəvi möhür olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,377 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vastə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə edilmiş 20 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz saxladığı narkotik vasitə və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən gümüşü rəngli aliminium falqanı çıxardıb təqdim edərək həmin bükümdə narkotik vasitə olan tiryək olduğunu bildirmiş, həmin büküm açılıb içərisinə baxış keçirilərkən içərisində spesifik qoxulu qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə oxşar kütlə olduğu müşahidə edilmiş, həmin kütlə elektron tərəzidə çəkildikdə falqa ilə birlikdə ümumi çəkisinin 48.20 qram olduğu görülmüş, elektron tərəzidə çəkildikdən sonra həmin kütlə 1 ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənərək təhqiqatçı, polis kapitanı Vüsal Əliyev tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan tiryəkə oxşar kütləni Zaqatala rayonu Qazangül qəsəbəsində Yevlax-Balakən avtomobil yolunun kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Videogörüntülər 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Bu barədə protokol tərtib edilmiş, iştirak edən şəxslər tərəfindən heç bir ərizə və şikayət daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 21 noyabr 2022-ci il tarixli 17/850 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində ağ kağızda “Təqsirləndirilən şəxs üzərində aşkar olunmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü rəngli falqa kağızı bükümündə, təmiz çəkisi-48,146 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir ( İ siyahı ). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsinin rayonlararası narkoloji dispanserinin 22 dekabr 2022-ci il tarixli 1933 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 16 avqust 2022-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Xasayev X8 RPİ-in 6-cı PB-nin təhqiqatçısı X7 tərəfindən həmin gün saat 12:15-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 18 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 20 noyabr 2022-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, Xasayev X9 RPŞ-in TB-nin təhqiqatçısı X5 tərəfindən həmin gün saat 23:35-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 4(033)-30/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala Rayon Mərkəzi X6 şəxs tərəfindən 26 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Xasayev X9 RMX PHŞ-in X1 kebinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.1999-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 93-3 maddəsinin 2-ci hissəsi, 193-cü maddəsinin 3 hissəsi ilə təqsirli bilinərək 1 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 70 maddələri ilə təqsirli bilinərək 2 il sınaq müddəti müəyyən edilməklə şərti cəzaya məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-54/2018 nömrəli xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmi, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə hesablanması və cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni 13 aprel 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və baxış protokolları, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 16 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manata satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə, yəni təmiz çəkisi 0,377 qram, kustar üsulla hazırlanmış heroin almaqla əldə edib üzərində saxlamış, həmin tarixdə saat 12:15 radələrində qeyd edilən narkotik vasitəni satış məqsədi olmadan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi yeni yaşayış massivində qanunsuz olaraq üzərində daşıyarkən Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş-əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmış və Binəqədi RPİ-nin 6-ci PB-nin inzibati binasına gətirilmiş, polis bölməsində həmin gün üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sağ yan cibində gümüşü rəngli siqaret kağızına bükülmüş halda 0,377 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrar olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə, yəni təmiz çəkisi 48,146 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək əldə edib üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 23:10 radələrində qeyd edilən narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan üzərində Zaqatala rayonu Qazangül qəsəbəsində daşıyarkən Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş-əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmış və Zaqatala RPŞ-nin inzibati binasına gətirilmiş, polis şöbəsində həmin gün üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibində gümüşü rəngli falqa kağızına bükülmüş halda 48,146 qram, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin 11 iyun 2018-ci tarixli 1(007)-54/2018 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni 13 aprel 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. 13 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir ki, bu da cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin residivə görə cəzanın təyin edilməsini tənzimləyən 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində 16 avqust 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilməsinə baxmayaraq o, təkrar olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə, yəni təmiz çəkisi 48,146 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək əldə edib üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 23:10 radələrində qeyd edilən narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan üzərində Zaqatala rayonu Qazangül qəsəbəsində daşıyarkən Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş-əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmış və Zaqatala RPŞ-nin inzibati binasına gətirilmiş, polis şöbəsində həmin gün üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibində gümüşü rəngli falqa kağızına bükülmüş halda 48,146 qram, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər analoji cinayət əməlinə görə dəfələrlə məhkum olunmasından, barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Binəqədi RPİ-də cinayət işi olmaqla barəsində 16 avqust 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilməsindən lazımi nəticə çıxarmayaraq eyni cinayəti yenidən törətmişdir. Bu isə onun islah olunmaq istəməməsinə, qeyd olunan cinayəti törətməsini özünə peşə və həyat tərzi seçməsinə, cəmiyyət üçün hələ də təhlükə yaratmasına, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci və 61.1.1-ci maddələrinə əsaslanaraq, Təqsirləndirilən şəxs cinayət əməlini təkrar törətməsini, eləcə də, cinayətin residivini yaratmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, onun üzərində saxlayaraq daşıdığı narkotik vasitələrin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, şəxsin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, onun 16 avqust 2022-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı, cəzasının əvvəli həbsə alındığı 20 noyabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 48,046 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 0,327 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 134,10 manat məbləğində eksperiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 avqust 2022-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni 20 noyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilən və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 48,046 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 0,327 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 134,10 (bir yüz otuz dörd manat on qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №1(033)-11/2023
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-11/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver