Məhkəmə qərarları › İş №1(033)-11/2025

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-11/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-11/2025 17.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə İdаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X1, Təqsirləndirilən şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cu il tarixdə Zaqatala rayonu, Fındıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Zaqatala rayon Fındıqlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 17 fevral 2025-ci il tarixdə, saat 15:00-da Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, 10 sentyabr 2024-cü il tarixdə saat 10:30 radələrində Zaqatala rayonu, Fındıqlı kəndində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 16,402 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib üzərində daşıyaraq saxlamış, 11 sentyabr 2024-cü il tarixdə saat 11:43 radələrində Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik vasitəni satış məqsədi olmadan üzərində qanunsuz daşıyarkən Zaqatala şəhər, Ə.Mahmudov küçəsində saxlanılaraq həmin gün saat 11:43-dən 11:53-dək polis əməkdaşları tərəfindən üstünün yoxlanılması zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş gümüşü rəngli falqa kağızı bükümündə təmiz çəkisi 16,402 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, qeyd edilən narkotik vasitəni zibillikdən tapmışdır, lakin istifadə etməmişdir. Üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman isə cibindən çıxmışdır. O, içki içmiş, amma heç vaxt narkotik vasitə istifadə etməmişdir. Üzərinə baxış keçirilən zaman da sərxoş olmuşdur, özündə olmamışdır. Belə ki, həmin gün səhər saatlarında içki qəbul etmiş, daha sonra polis əməkdaşları onu şöbəyə aparmış və üzərinə baxış keçirmişdirlər, iş materiallarına əlavə edilmiş şəkillər isə sonradan çəkilmişdir. Ailəsi ilə yeni barışmasını nəzərə alınmaqla barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Bildirir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs şəhər ərazisində saxlanılaraq üzərinə baxış keçirilmiş və baxış zamanı şəxs könüllü olaraq üzərində saxladığı predmeti təqdim etmiş, yerdən tapdığını, lakin istifadə etmədiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs içki aludəçisi olsa da, Təqsirləndirilən şəxs saxlanılan zaman sərxoş vəziyyətdə olmamışdır, əgər olsaydı, bu hal çəkiliş zamanı özünü büruzə verərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin KTQ-nin baş inspektoru vəzifəsində xidmət edən polis kapitanı Şahid4 ifadəsində göstərmişdir ki, 11 sentyabr 2024-cü tarixdə şübhələr olduğundan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zərurəti yaranmışdır. Baş əməliyyat müvəkkili Şahid2, Şahid3 və Şahid1 iştirakı ilə saxlanılan şəxsin üzrərinə baxış keçirilməzdən əvvəl baxışda iştirak edən şəxslər özlərini təqdim etmiş, şəxsə hüquq və vəzifələri elan edilmiş, daha sonra üzərində qanunsuz predmet olduğu təqdirdə könüllü surətdə təqdim etməsi təklif edilmiş, saxlanılan şəxs isə üzərindəki predmeti təqdim etmiş və yaşadığı kəndin zibillik hissəsindən tapdığını bildirmişdir. Həmin predmet tərəzi ilə çəkilmiş, zərfə qoyularaq möhürlənmişdir. Zaqatala Rayon Polis Şöbəsinə qayıtdıqdan sonra yenidən təhqiqatçının iştirakı ilə saxlanılan şəxslə birgə möhürlənmiş predmetə baxış keçirilmişdir. Tərəfindən qeyd edilən proseslərin video çəkilişi həyata keçirilmiş, diskə yüklənərək təhqiqatçıya təqdim edilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin şəxs üzərinə baxış keçirilən zaman sərxoş vəziyyətdə olmamış, sərbəst şəkildə ifadə vermiş, tam ayıq vəziyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqtala RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən polis mayoru Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 və Şahid4 ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iş materiallarına əlavə edilmiş, məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, qohum deyil, ədavəti yoxdur. 11 sentyabr 2024-cü il tarixdə Zaqatala rayon Fındıqlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin istifadəsində və üzərində daşımasında şübhəli olması barədə Zaqatala rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş əməliyyat məlumatı əsasında o, Zaqatala RPŞ-nin NMQnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Zaqatala RPŞ-nin CAB-nin əməliyyat müvkkili polis mayoru Şahid2 ilə birlikdə 11 sentyabr 2024-cü il tarixdə saat 11:43 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zaqatala şəhər Ə.Mahmudov küçəsində müəyyən edib saxlamış, özlərini təqdim edib polis əməkdaşı olduqlarınl bildirib, videoçəkilişdən istifadə edilməklə üzərində narkotik vasitələrin qanunsuz daşımasında və istifadəsində şübhəli olunduğunu dedikdən sonra üstünün yoxlanılmasını bildirmişdirlər. Sonra videoçəkilişdən istifadə edilməklə NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığı yerdə hüquq və vəzifələri izah edilmiş, videoçəkilişi RPŞ-nin KTQ-nun baş inspektoru polis kapitanı Şahid4 aparırmışdır. Həmin yerdə Təqsirləndirilən şəxs üzərində nə kimi qanunsuz əşya və ya narkotik maddə varsa könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən sellofan bükümdə olan gümüşü rəngli falqa kağızınlakı kütləni çıxarıb təqdim edərək həmin bükümün içərisində tiryək olduğunu bildirmiş, bundan başqa üstündə heç bir qeyri-qanuni əşya olmadığını demişdir. Tərəflərindən Talehin iştirakı ilə həmin büküm açılıb içərisinə baxış keçirilmişdir. Sonra bükümdəki kütlə elektron tərəzidə çəkildikdə sellofan bükümlə birlikdə çəkisinin dəqiq neçə qram olduğu yadında qalmamışdır. Elektron tərəzidə çəkildikdən sonra həmin büküm 1 ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənmiş, götürülmüşdür, zərfin üzərinə iştirakçılar imza etmişdirlər, Taleh özü də imza etmişdir. Orada şifahi sorğu zamanı Taleh üstündə aşkar olunan tiryəki yaşadığı Fındıqlı kəndinin kənarında olan zibillikdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra tərəflərindən müvafiq sənədləşmə aparılması üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişdirlər və Talehi polis şöbəsinə gətirmişdirlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması barədə protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs, üzərində aşkar olunmuş bir ədəd zərfdə olan tiryəkə bənzər kütlə ilə və müvafiq sənədləşmə ilə birlikdə raportla təhqiqatçıya təqdim edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş, videoçəkilişdən istifadə edilməklə vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Videoçəkilişi RPŞ-nin KTQ-nun baş inspektoru polis kapitanı Şahid4 aparmışdır. Təhqiqatçı tərəfindən Talehdən hər hansı fiziki və psixi təzyiqə və təsirə məruz qalıb qalmamağı soruşulmuşdur. Polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsirə və təzyiqə məruz qalmadığını bildirmişdir. Bundan sonra bir az əvvəl tərəflərindən saxlanılarkən Talehin üstündə aşkar olunan tiryəkin qoyulduğu bir ədəd zərf təhqiqatçı tərəfindən açılaraq baxış keçirilmişdir. Baxış keçirildikdən sonra elektron tərəzidə çəkilmiş, dəqiq neçə qram olduğu yadında deyil. Həmin kütlə tərəzidə çəkildikdən sonra əvvəl qoyulduğu bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, Taleh özü də imza etdi, təhqiqatçı tərəfindən götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən bu barədə müvafiq protokol təritib edilmiş, oxunmuş, iştirakçılar tərəfindən imzalanmış, Taleh özü də imza etmişdir. Təhqiqatçı tərəfindən baxış keçirilərkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündə aşkar olunan tiryəki yaşadığı Fındıqlı kəndinin kənarında olan zibillikdən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılıb polis şöbəsinə gətiriləndə onun yanında heç kim yox idi, tək olmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis X2 təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmişi 12 sentyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarına əlavə edilmiş 11 sentyabr 2024-cü il tarixli “videoçəkilişlə əməliyyataxtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması və əşyaların götürülməsi haqqında” protokoldan, ona əlavə edilmiş fotocədvəldən və 01 ədəd DVD diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:43-də Zaqatala RPŞ-nin CAB-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs Zaqatala şəhər Ə.Mahmudov küçəsində saxlanıldığı yerdə hüquq və vəzifələri izah edilmiş, üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynində olan göy cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş gümüşü rəngli falqa kağızı bükümündə narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, elektron tərəzidə çəkilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüş, istintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 11 sentyabr 2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.1993-cü ildə Zaqatala rayonu, Fındıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, deməsinə görə əvəllər məhkum olunmuş, Zaqatala rayonu, Fındıqlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 11 sentyabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, xx.xx.1993-cü ildə Zaqatala rayonu, Fındıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, deməsinə görə əvəllər məhkum olunmuş, Zaqatala rayonu, Fındıqlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 11 sentyabr 2024-cü il tarixdə Zaqatala Rayon Polis Şöbəsində saat 13:25-də müdafiəçi, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə tutulmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması müddəti onun azadlığının faktiki məhdudlaşdırıldığı 11 sentyabr 2024cü il tarixdən saat 11:43-dən hesablanması müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 11 sentyabr 2024-cü il tarixli “əməliyyat tədbiri keçirilməsinə müvəkkil olunmuş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş fotocədvəldən və “01” ədəd DVD diskdən görünür ki, baxış zamanı təhqiqata təqdim olunmuş içərisində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddə olan tiryəkə bənzər kütlə olan zərfin üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdə çəkisi 16,75 qr narkotik vasitə tiryəkə bənzər kütlə” sözləri, Təqsirləndirilən şəxs, Şahid2, Şahid3 və qablaşdırılan Şahid1 imzaları olduğu və zərfin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zərflər üçün 62 nömrəli möhürü ilə möhürləndiyi müşahidə edilir. Həmin zərf açılanda içərisində 1 ədəd şəffaf sellofanın içərisində gümüşü rəngli kağız bükümdə spesifik qoxulu tünd qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə oxşar kütlə olduğu müşahidə edildi. Həmin kütlə elektron tərəzidə çəkiləndə gümüşü rəngli kağız bükümlə birlikdə ümumi çəkisi 17 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə həmin zərfə qoyularaq Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin zərflər üçün 62 nömrəli möhürü ilə möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə olan tiryəkə oxşar kütləni yaşadığı kənd ərazisindən tapdığını bildirmişdir. Baxış video çəkilişlə keçirilmiş, baxış zamanı qeydə alınmış həmin video və foto görüntülər DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsi tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli 17/759 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdə çəkisi 16,75 qr. narkotik vasitə tiryəkə bənzər kütlə” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofana bükülmüş gümüşü rəngli falqa kağızı bükümündə, təmiz çəkisi 16,402 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxildir (İ siyahı). Tiryəkin təmiz çəkisi-16.402 qram, təhqiqata sərf edildi 0.100 qr, qalıq 16.302 qr. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsi tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 69.10 (altmış doqquz manat on qəpik)-dir. İş materiallarına əlavə edilmiş 13 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarına əlavə edilmiş 13 sentyabr 2024-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs- xx.xx.1993-cü ildə Zaqatala rayonu, Fındıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Zaqatala rayonu, Fındıqlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Zaqatala RPŞ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli 18-1-78/2-1155/2024 saylı məktubdan görünür ki, Zaqatala rayonu, Fındıqlı kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1993-cü il təvəllüdlü Xəlilov X5 RMX PHŞ-nin Narkoloji və Psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli 1579 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Xəlilov X5 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Bundan başqa Xəlilov X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Zaqatala Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respubikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilib və məhkumluğu üzərindən götürülmüşdür. Həmçinin Xəlilov X5 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinib 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-23/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin onunla barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsinə görə xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-20/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 177.2.2, 177.2.3-cü və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 1(033)-54/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Maqov kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-82-28/2-695/2024 saylı arayışdan görünür ki, Zaqatala rayonu, Fındıqlı kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi özündən, anasından və üç qardaşından ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİHB-nın Maqov kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zaqatala rayonu, Fındıqlı kənd sakini Təqsirləndirilən şəxs xx.xx.1993-cü ildə Zaqatala rayonu, Fındıqlı kəndində anadan olmuşdur. Orta təhsillidir, iki övladı var, boşanmışdır, övladlarına baxmır, övladları anasının himayəsindədir (onları keçmiş həyat yoldaşı saxlayır). Təqsirləndirilən şəxs içkiyə meyillidir, ictimaiyyət arasında hörməti yoxdur. Nümayəndəliyi tez-tez barəsində şikayətlər daxil olur. İş materiallarına əlavə edilmiş 24 oktyabr 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş 13 sentyabr 2024-cü il tarixli ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixli qərarla seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(033)-323/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, həbsetmənin əvvəli həbsə alındığı 30 sentyabr 2024-cü il tarixdən saat 17:20-dən hesablanmaqla 2 ay müddətində inzibati qaydada həbs edilərək Zaqatala RPŞ-nin MSY-də saxlanılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkibi olmadığına görə barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, ekspertizaya təqdim edilmiş narkotik vasitə - təmiz çəkisi 16,402 qram olan tiryəkin 0,100 qramının tədqiqata sərf olunması və qalıq təmiz çəkisi 16,302 qram olan tiryəkin Zaqatala rayon polis şöbəsinə göndərilməsi ibtidai istintaqın sonrakı gedişində nəzərə alınması, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata sərf olunduqdan sonra qalıq təmiz çəkisi 16,302 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınması və saxlama müddəti ərzində Zaqatala rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılması, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və əşyanın götürülməsi, əməliyyat tədbiri keçirilməsinə müvəkkil edilmiş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk sübut növü kimi tanınması, cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin xx.xx.2024-cü il tarixli 3-16-16-2- 17/759 nömrəli rəyində göstərilən çəki yəni, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd sellofan bükümdəki gümüşü rəngdə falqa kağızı bükümündə olan narkotik vasitə tiryəkin təmiz çəkisinin 16,402 qram olması qəbul edilməsi və ibtidai istintaqın sonrakı gedişində nəzərə alınması, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, videoçəkilişlə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyanın götürülməsi haqqında protokol, həmin protokola əlavə edilmiş bir ədəd DVD disk, əməliyyat tədbiri keçirilməsinə müvəkkil edilmiş şəxs tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş bir ədəd DVD disk, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq sənədləri obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən sübut növü kimi qəbul edilməsi və cinayət işinin materiallarına əlavə edilərək şəxsin məhkəmə məsuliyyətinə verilməsi üçün kifayət hesab olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 4(033)-1/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs - xx xxxx 1993-cü ildə Zaqatala rayonun Fındıqlı kənində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, rəsmi işsiz, Zaqatala rayonu Fındıqlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində 22 yanvar 2025-ci il tarixi saat 11:50-dən hesablanmaqla 2 (iki) ay müddətinə, yəni 22 mart 2025-ci il tarix saat 11:50-dək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 4(033)-1/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4 (033)-1/2025 nömrəli qərarının “müəyyən etdim” hissəsinin 5-ci və 28-ci abzaslarında və “qərara aldım” hissəsinin 2-ci abzasında yol verilmiş anlaşılmazlıq aradan qaldırılaraq, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(033)-1/2025 nömrəli qərarının “müəyyən etdim” hissəsinin 5-ci və 28-ci abzaslarında və “qərara aldım” hissəsinin 2-ci abzasında “saat 11:50” sözləri “saat 11:35” kimi oxunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(033)-54/2024 saylı hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş xx.xx.2024-cü il tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə probasiya qeydiyyatına alınmışdır. Məhkuma elektron nəzarət vasitəsi tətbiq edilməmişdir. Zaqatala rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama ilə bağlı yeni cinayət törətməkdə təqsirləndirildiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə 2 ay həbs qətimkan tədbiri seçilmişdir. (xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2025-ci il tarixədək). Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 12 gün müddətini çəkmiş, 2 il 11 ay 18 gün müddəti çəkilməmiş cəzası qalmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar aşkar edilməmişdir. Həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs saxlanılan və üzərinə baxış keçirilən zaman sərxoş vəziyyətə olduğunu bildirsə də, qeyd edilən hal məhkəmə iclas zalıdan əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair video disklərə baxış keçirilərkən müşahidə edilməmiş, eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən polis mayoru Şahid2 və ona uyğun ifadə verən digər şahidlər şəxsin sərxoş vəziyyətdə olmadığını, əksinə ayıq vəziyyətdə olmaqla verilən sualları dərk edərək aydın cavablar verdiyini bildirmişdirlər. Əlavə olaraq təqsirləndirilən şəxs narkotik vasitə istifadə etmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli 1579 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə xüsusilə qeyd edir ki, təqsirləndirilən şəxsin saxlanılan və üzərinə baxış keçirilən zaman sərxoş olması və narkotik vasitələrdən istifadə etməməsi ilə bağlı iddiasını möhkəmləndirəcək heç bir dəlili yoxdur, əksinə qeyd edilən halları təkzib edən sübutlar vardır. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs ifadəsini özünü müdafiə xarekterli və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur.” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İ siyahısının 182-ci bəndinə görə tiryək (o cümlədən ekstrasiya edilən) xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0.5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 50 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4. və 18.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli 8 №-li Qərarının 27-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq illərdə müvafiq maddələr ilə təqsirli bilinərək cinayət əməlləri törətməsi onun şəxsiyyətini səciyyələndirməklə yanaşı, onun ittiham olunduğu hazır ki, cinayəti 11 sentyabr 2024-cü il tarixdə, yəni Zaqatala Rayon Məhkəməsinin 1(033)-54/2024 saylı xx.xx.2024-cü il tarixli hökm çıxarılmazdan əvvəl törətməsi, bununla da həmin hökmlə ona qanunun tələbinə uyğun olaraq güzəştlər edilib, qanunun humanizm prinsipi əsas götürülməklə onun barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla yüngül cəza təyin edilməsinə baxmayaraq yeni cinayət əməlini törətməsinin müəyyən edilməsi, bununla da onun islah yoluna qədəm qoymamasını, bu cür əməllərdən çəkinməməsini və görülən tədbir və təyin edilən cəzanın ona təsir etməməsini və kifayət olmamasını göstərir. Məhkəməyə işin bu halını Təqsirləndirilən şəxs islah yoluna qədəm qoymadığını göstərməklə, onun yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə islah edilməsinin mümkünlüyü nəticəsinə gəlməyə əsas verir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, məhkum həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Zaqatala rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 12 gün müddətini çəkmiş, 2 il 11 ay 18 gün müddətinə çəkilməmiş cəzası qalmışdır. Hazırki iş üzrə isə təqsirləndirilən şəxs onun təqsirli bilindiyi cinayəti 10 sentyabr 2024-cü il tarixdə, yəni Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökm çıxarılmazdan əvvəl törətmişdir. Bu halda isə təqsirləndirilən şəxsin hər iki hökm üzrə təqsirli bilindiyi cinayətlər az ağır cinayətlər kateqoriyasına aid olduğundan ona Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi üçün əsas yaratmışdır, ona görə ki, CM-nin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona CM-nin 66.2 və ya 66.3-cü maddələrində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsində təsbit edilmişdir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə onu da qeyd edir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin ikinci cümləsində göstərilmişdir ki, təqsirkara bu maddənin tələblərinə uyğun olaraq cinayətlərin məcmusuna əsasən cəza təyin edildiyi halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bu isə o deməkdər ki, şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə əsaslar müəyyən edildikdə məhkəmə birinci və ikinci hökm üzrə təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaqla, yaxud da az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edir və bundan sonra onun birinci hökm üzrə təyin olunmuş cəzanın hər hansı hissəsini çəkdiyi müddəti qəti cəza müddətinə hesablamaqla onun yekun olaraq çəkməli cəzanın müddətini müəyyən edir. Belə olan halda məhkəmə təqsirkara cəzaların tamamilə və ya qismən toplama yolu ilə qəti cəzanın təyin edilməli olması barədə qənaətə gəldikdə ona sonuncu hökm üzrə təyin edilmiş cəza ilə birinci hökm üzrə təqsirkarın tutulması, həbsdə və ya ev dustaqlığında saxlanılması müddətləri nəzərə alınmaqla üzərində saxlanılmış cəzanı deyil, ilk olaraq təyin edilmiş cazanı tam və ya qismən toplayır və yalnız bundan sonra çəkilmiş (tutulmuş, həbsdə və ya ev dustaqlığında saxlanılmış) müddətləri qəti cəzaya hesablayır. Məhkəmə vurğulayır ki, belə hüquqi mövqe “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-nin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Məhkəmə bütün təsvir edilənlərə, cinayət qanunvericiliyinin tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazır ki hökm ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ona 1(033)-54/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər hesablanmaqla həmin cəza ilə qismən toplanılmalı, sonra isə Təqsirləndirilən şəxs cəza çəkdiyi 12 (on iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla, cəmi 06 (altı) gün müddət və CM-nin 69.3-cü maddəsinə əsasən ikinci iş üzrə 11 sentyabr 2024-cü il tarixdən 13 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona qəti olaraq təyin edilmiş cəzadan çıxılaraq üzərində azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli 1579 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Ekspert rəyinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalı,həmçinin Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş bir ədəd sellofan bükümdə 16,402 qram tiryəkin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 16,302 qram olan maddə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 02 ədəd DVD disk hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 69.10 (altmış doqquz manat on qəpik) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Zaqatala Rayon Məhkəməsinin 1(033)-54/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər hesablanmaqla həmin cəza hazırki hökm ilə ona təyin edilmiş cəzaya qismən toplanaraq üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Zaqatala Rayon Məhkəməsinin 1(033)-54/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi 12 (on iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla, cəmi 06 (altı) gün və Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdən 13 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli hökm çıxarıldığı gündən, yəni 17 fevral 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut - Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş bir ədəd sellofan bükümdə 16,402 qram tiryəkin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 16,302 qram olan maddə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 69.10 (altmış doqquz manat on qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan), 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar