Məhkəmə qərarları › İş №1(033)-12/2022

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-12/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-12/2022 05.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, dövlət ittihamçısı-Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxx 1992-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər, məhkum olunmayan, Zaqatala şəhəri İ.Şamil küçəsi döngə 2 ev 21-də qeydiyyatda olmaqla, tutulanadək həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında saat 15:00-da baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs xx xxxx 2005-ci il təvəllüdlü, yəni onun üçün aşkar surətdə 16 yaşına çatmayan Zərərçəkmiş şəxs 2020-ci ilin sentyabr ayında cinsi ehtirasını ödəmək məqsədilə ünvan 2 ünvanında yerləşən avtomobillərə texniki xidmət məntəqəsinə apararaq orada razılığı ilə öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağzına daxil edib oral yolla cinsi ehtirasını ödəməklə, 2020-ci ilin oktyabr-dekabr aylarında isə dostu Şahid1 məxsus “Nissan Teana” markalı, ** BO *** dövlət nömrə nişanlı avtomaşında Zaqatala şəhərində razılığı ilə öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağzına daxil edib eyni qaydada cinsi ehtirasını ödəməklə seksual xarakterli digər hərəkətlər etmiş, həmçinin cinayətkar əməllərini davam etdirərək 2021-ci ilin yanvar ayında Zaqatala şəhəri, İmam Şamil küçəsi, döngə 1 üvanında yerləşən avtomobillərə texniki xidmət məntəqəsində razılığı ilə cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə soxub həmin nahiyədə düz bağırsağa doğru uzanan cırılma ilə müşayiət olunmuş xəsarət yetirməklə zərərçəkmiş şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı sonradan verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 2020-ci ilin iyul ayında Zərərçəkmiş şəxs tanımışdır. O, Leylanın mobil telefonuna zəng vuraraq tanış olmuşdur. Bundan sonra o, Leyla ilə mütamadi olaraq SMS vasitəsi ilə danışmışdır. Onun Leyla ilə tanışlığından təxminən 1 ay sonra yenə Leylaya SMS yazan vaxt Leylanın anası telefonu götürmüş və Leylanın yaşına uyğun olmadığından əlaqəni kəsməsini, Leylanın yaşı az olduğunu bildirdiyi üçün Leylaya SMS yazmamışdır. Həmin vaxtdan sonra Leyla özü ona SMS yazmağa başlamışdır. Eləcə də Leyla onu küçədə görərək onun hal əhvalını soruşmuşdur. Həmçinin Zərərçəkmiş şəxs ilə sonuncunun bibisi ilə bir yerdə görüşmüşdür. Belə ki, 2020-ci ilin oktyabr-noyabr aylarında o, dostu İsaya məxsus “Nissan Tiana” markalı avtomobili ilə Leylanın arxası ilə getmişdir. Həmin vaxt Leyla ilə bibisi küçədə onun idarə etdiyi avtomobilə minmişlər. O, Leylanı və bibisini idarə etdiyi avtomobillə Zaqatala rayon Yuxarı Çardaxlar kəndinə aparıb geri qaytarmışdır. Onun Leylanı və bibisini Yuxarı Çardaxlar kəndinə aparmaqda heç bir məqsədi olmamışdır. Sadəcə olaraq yol boş olduğu üçün söhbət edib geri qayıtmışlar. Həmin vaxtdan sonra Leyla ilə görüşməmişdir. Zərərçəkmiş şəxs istintaqa onun barəsində verdiyi ifadədə göstərdikləri yalandır. Belə ki, o, 2020-ci ilin sentyabr ayının sonlarında təxminən saat 14-15 radələrində Leylanı dostu İsaya məxsus avtomobillə usta işlədiyi sexə aparmamış, avtomobilin arxa oturacağında dodaqlarından və döşlərindən öpməmiş və cinsiyyət orqanını Leylanın ağzına soxmamışdır. 2020-ci ilin oktyabr və dekabr aylarında dostu İsaya məxsus avtomobildə Leylanı gəzdirməmiş və avtomobildə cinsiyyət orqanını Leylanın ağzına soxmamışdır. Eləcə də 2021-ci ilin yanvar ayında idarə etdiyi avtomobillə Leylanı işlədiyi sexə aparmamış öz cinsiyyət orqanını Leylanın ağzına, Leylanın arxa keçəcəyinə soxmamış və onunla qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. ünvan 3 ünvanında yerləşən Xudadat adlı şəxsə məxsus avtoservisdə 2020-ci ilin sonlarından tutulana kimi işləmişdir. İttiham olunduğu Cinayət Məcəlləsinin maddəsi ilə özünü təqsirli bilmir və barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə iştirakı ilə dindirilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 2020-ci ilin avqust ayında Təqsirləndirilən şəxs adlı Zaqatala şəhər sakini onunla tanış olmuşdur. Belə ki, Oruc dəfələrlə onun mobil telefonuna zəng vuraraq onunla tanış olmaq istəmişdir. O, isə əvvəlcə onunla tanış olmaq istəməmiş, lakin Oruc dəfələrlə onun yaşadığı evin qabağına gəlmiş və mobil telefonu ilə zənglər etmişdir. Bundan sonra o, Orucla danışmağa başlamışdır. 2020-ci ilin sentyabr ayının sonlarında təxminən saat 14-15 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi boz rəngli «Nissan» markalı avtomobillə onu yaşadığı evin yerləşdiyi küçədən götürmüş və özünün işlədiyi avtomobil təmiri sexinə apararaq avtomobili sexin içərisinə saldıqdan sonra qapını bağlayaraq avtomobilin arxa oturacağına onun yanına gəlmiş, əvvəlcə onun dodaqlarından və döşlərindən öpmüş, daha sonra isə öz cinsiyyət orqanını çıxarıb onun ağzına soxmuşdur. O, Orucun cinsiyyət orqanını ağzına salıb sormuşdur. Bundan başqa Oruc bir neçə dəfə 2020-ci ilin oktyabr-dekabr aylarında onu dostu İsa adlı şəxsə məxsus «Nissan» markalı avtomobilə mindirib Zaqatala şəhəri ərazisində gəzdirmiş və avtomaşında cinsiyyət orqanını ağzına salaraq sordurmuşdur. 2021-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs yenə idarə etdiyi avtomobillə onu Zaqatala şəhəri, «prokuror küçəsi» deyilən yerdə yaşayan əmisigilin evlərinin yanından götürüb işlədiyi avtomobillərin təmiri sexinə aparmış və avtomobilin arxa oturacağında Oruc əvvəlcə öz cinsiyyət orqanını onun ağzına soxmuş, daha sonra isə avtomobilin arxa tərəfində onu oturacağın üzərinə ağzı üstə əyərək öz cinsiyyət orqanını onun arxa keçəcəyinə soxmaqla onunla qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra isə Oruc onu gətirib yaşadığı evin yanına düşürmüşdür. 2021-ci ilin fevral ayına qədər onun Oruc ilə münasibəti olmuşdur. Onun ifadəsində göstərdiyi faktların hamısı doğrudur. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq məqsədi ilə onun ifadəsində göstərdiyi xüsusatları etiraf etmir. Zərərçəkmiş şəxs suallara cavab olaraq göstərmişdir ki, şikayəti əsasında X3 tutulduqdan sonra Təqsirləndirilən şəxs ona əvvəlcə WhatsApp proqramı vasitəsilə zəng edərək Rəsulun onun şikayəti ilə bağlı tutulmasını eşitdiyini, onun da nə vaxtsa tutulmasından qorxduğunu, geci-tezi nə vaxtsa onun da polisə dəvət ediləcəyini bildirmiş və xahiş etmişdir ki, onunla danışıb ona qarşı cinayət əməlləri etməməsi, yəni aralarında guya heç bir şey olmaması, onunla cinsi əlaqədə olmaması barədə sözlər desin, özü isə bu danışığı proqram vasitəsilə yazacaqdır, problem olsa polislərə verəcək və özünün təqsirsiz olmasını sübuta yetirəcəkdir. Ondan xahiş etmişdir ki, ona geri zəng etsin, eləcə də Oruca bir insan kimi yazığı gəlmişdir. Baxmayaraq ki, ona qarşı etdiyi cinayət əməlləri barədə kiməsə də məlumat verməmişdir. Polislərin özlərinin onsuz da bunu müəyyən edəcəyini fikirləşmiş və ona razılıq vermişdir. Geri ona zəng edərək özlərini elə aparmışlar ki, guya danışıq şəbəkə (set) itməsi səbəbindən kəsilmişdir. Beləliklə, danışıq zamanı aralarında heç bir şey olmaması, Orucun onunla cinsi əlaqədə olmaması barədə dediklərini məcburiyyət qarşısında qalıb təsdiq etmişdir. Lakin Oruc ona qarşı cinayət törətmiş və onunla arxa keçəcək vasitəsilə cinsi əlaqədə olmuşdur. Hətta səs yazılarından görünür ki, o, Orucun aralarında heç bir şey olmaması barədə dediklərini ciddi qəbul etməyib bir dəfə gülür. Prokuror müavini Vüqar Orucov ona heç bir təzyiq və təsir göstərməmişdir. Prokuror müavini Vüqar Orucov onu prokurorluğa yalnız "xxxx" MMC-dəki işi ilə bağlı dəvət etmiş və izahat almışdır. Təqsirləndirilən şəxs cinayət əməllərini özü könüllü olaraq prokurorluğa bildirmişdir. Ola bilsin ki, Təqsirləndirilən şəxs bu yolla cinayət məsuliyətindən azad olmaq istəmişdir. O ilk dəfə qeyri-təbii yolla, yəni arxa keçəcək vasitəsilə məhz Təqsirləndirilən şəxslə əlaqədə olmuşdur. Buna əsasən deyə bilər ki, barəsində olan məhkəmə-tibb ekspertizasının rəyində qeyd edilmiş, arxa keçəcəkdəki həmin xəsarəti də ona Təqsirləndirilən şəxs yetirmişdir. Arxadan cinsi əlaqədə olarkən və ya bundan sonra hər hansı xəsarəti gözü ilə görməmişdir. Çünki, həmin yeri özünün gözlə görmək imkanı yoxdur. Ona görə də Təqsirləndirilən şəxslə üzləşdirmə zamanı vəkilin sualına cavab olaraq Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olması zamanı xəsarət almaması barədə cavab vermişdir. Lakin bildirir ki, arxa keçəcək vasitəsilə məhz Orucla ilk dəfə əlaqədə olmuşdur və bu zaman dəhşətli ağrılar keçirmişdir. Həmçinin 2021-ci ilin yanvar ayında o, yalnız Orucla münasibətdə və əlaqədə olmuş və başqa kiminləsə intim görüşü olmamışdır. Orucdan sonra ikinci şəxs kimi yalnız 2021-ci ilin iyun ayında X3 ilə arxa keçəcək vasitəsilə əlaqədə olmuşdur. Bunlara əsasən deyə bilər ki, həmin xəsarəti ona Oruc yetirmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, Zaqatala şəhəri Dədə-Qorqud küçəsi ev 18-də ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun doğma qızı olmaqla bir evdə yaşayırlar. X4 şəhər sakini Oruc adlı şəxslə telefon əlaqəsi olduğunu, eləcə də telefonla bir-birilərinə mesajlar yazmasını 2020ci ilin sentyabr ayında bilmişdir. Həmin vaxtlarda o, Orucun mobil telefonuna zəng vurub qızı Leylanın 16 yaşının tamam olmadığını və qızı Leyladan əl çəkməsini xahiş etmişdir. Oruc telefonda ona bir daha Leyla ilə görüşməyəcəyini bildirmişdir. X2 münasibətləri və görüşmələri gizli olaraq ondan xəbərsiz davam etmişdir. Onlar Rəsuldan şikayət etdikdən sonra ona məlum olmuşdur ki, Oruc adlı şəxs də qızı Leylaya qarşı seksual hərəkətlər edərək onunla qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Lakin onun və qızı Leylanın Orucdan heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, Zaqatala şəhəri, İmam Şamil küçəsi ev 5-də ailəsi ilə birlikdə yaşayır. “Nissan Teana” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur. Həmin avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Təqsirləndirilən şəxs onun qonşusudur. Onunla aralarında həmişə dostluq münasibətləri olmuşdur. Eləcə də qeyd etdiyi ona məxsus avtomobilin təmirə ehtiyacı olduqda mütəmadi olaraq avtomobilini Oruca təmir etdirmişdir. Bundan başqa Orucun avtomobili olmadığı üçün gedəsi yeri olduğu halda avtomobilini idarə etmək üçün Oruca vermişdir. Onun konkret olaraq hansı tarixlərdə idarə etdiyi “NissanTeana” markalı avtomobilini Oruca verməsi yadına gəlmir. Bir çox vaxtlarda avtomobilini Oruca təmir etmək üçün verdikdə ona avtomobildən istifadə etməyinə icazə vermişdir. Lakin Orucun ona məxsus avtomobildə Leyla ilə görüşdüyündən xəbəri olmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, Zaqatala rayonun Aşağı Tala kəndində yaşayır. Uzun müddətdir ki, ünvan 4 ünvanında yerləşən Xudadat adlı şəxsə məxsus avtomobillərin texniki xidmət məntəqəsində çilingər usta işləyir. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Oruc onun işlədiyi avtomobillərin texniki xidmət məntəqəsində elektrik vəzifəsində işləmişdir. Oruc əvvələr, yəni 2020-ci ilin təxminən fevral-mart aylarından 2021-ci ilin iyul ayına qədər avtomobillərin texniki xidmət məntəqəsinə daxil olanda sol tərəfdə birinci yerləşən sexdə usta işləmişdir. Sonralar isə Oruc Vasif adlı şəxslə sexi dəyişərək Vasif Oruc adlı şəxsin sexində, Oruc isə Vasif adlı şəxsin sexində işləməyə başlamışdır. Oruc tutulana kimi 2 ilə yaxın sexdə elektrik işləmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifаdəsində göstərdi ki, uzun müddətdir ünvan 4 ünvanında yerləşən Xudadata məxsus avtomobillərin texniki xidmət stansiyasında dəmirçi çilingər usta işləyir. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Oruc onun işlədiyi avtomobillərin texniki xidmət məntəqəsində elektrik vəzifəsində işləmişdir. Oruc, əvvələr yəni 2020-ci ilin təxminən fevral-mart aylarından 2021-ci ilin iyul ayına qədər avtomobillərin texniki xidmət stansiyasına daxil olanda sol tərəfdən birinci yerləşən sexdə işləmişdir. Sonralar isə o, Orucun işlədiyi sexə keçmişdir. Oruc isə Xudadata məxsus avtomobillərin texniki xidmət məntəqəsində başqa sexə keçərək orada işləməyə başlamışdır. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2i qızının ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs bibisidir. Təqsirləndirilən şəxs Leylaya qarşı seksual hərəkətlər etməsindən və sonuncu ilə qeyritəbii yolla cinsi əlaqədə olmasından Zərərçəkmiş şəxs polisə şikayət etdikdən sonra məlumatlı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 tərəfindən verilmiş 283 nömrəli 12.07.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol baldırın aşağı 1/3-nin ön-iç səthinin sıyrıqları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətin müxtəlif şəraitlərdə o cümlədən, kələ-kötür səthlə xəsarət nahiyəsi arasında olan sürüşmədən əmələ gəlməsi istisna edilmir, lokalizasiyasına, paralelliyinə, trayektoriyasına, istiqamətinə görə, demək olar ki, fiziki zor tətbiq edərək cinsi əlaqə zamanı yaranmağa xarakterik deyildir, müddəti müayinədən bir günə qədər vaxta uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinə olunan vaxtdan 2-3 həftə müddətə uyğundur, təbii yolla cinsi əlaqə zamanı kişi cinsiyyət orqanının təsirindən əmələ gəlməsi istisna edilmir. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı arxa keçəcəkdə zəif hamarlaşma, arxa keçəcəyin sıxıcı əzələlərin tonusunun zəifləməsi, düz bağırsağın qıfvari formada açılması, arxa keçəcəkdə düz bağırsağa doğru uzanan köhnə cırılmanın ağımtıl rəngli çapıq izi aşkar edilmişdir ki, bu da mütəmadi qeyri təbii yolla cinsi əlaqədə olmağa aid əlamətlər kimi qiymətləndirilir, arxa keçəcəkdə olan çapıq toxumanın rənginə əsasən demək olar ki, bu zədələnmə beş-altı ay əvvələ uyğun müddətdə qeyri təbii yolla cinsi əlaqədə olma zamanı əmələ gələ bilər. İş materiallarına əlavə edilmiş 09 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəllısinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs 09 oktyabr 2021-ci il tarixdə saat 17:20-da müdafiəçinin iştirakı ilə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəmsinin 11.10.2021-ci il tarixli 4(033)-43/2021 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş diskin məzmununa baxış keçirilməsi barədə 17.11.2021-ci il tarixli protokoldan görünür ki, danışığın əvvəlində Oruc adı ilə danışan şəxslə Leyla arasında aşağıda qeyd edilən danışıq aparılır. Leyla : Hə ay Oruc ? Oruc : nə oldu ay Leyla ? Leyla : nə bilim set getdi, nəsə deyirdin? Sonrakı danışıq zamanı Leyla adı ilə danışan şəxs yalnız Orucun yönəldici sözlərindən sonra bildirir ki, onunla Oruc arasında heç bir şey olmamış və Oruc onunla cinsi əlaqədə olmamışdır. Danışıq zamanı heç bir halda Leyla adı ilə danışan şəxsin həmin fikirləri sərbəst şəkildə qarşı tərəfə bildirməsinə rast gəlinmir. Hətta bir dəfə Leyla Orucun onunla aralarında heç bir şeyin olmaması barədə dediklərini gülməklə qarşılayır (09:10 və 09:11), yəni ciddi qəbul etmir. İş materiallarına əlavə edilmiş 18 noyabr 2021-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerindıə yoxlanılması haqqında protokoldan görünür ki, 2020-ci ilin sentyabr və oktyabr aylarında Oruc onu Xudadat adlı şəxsə məxsus olduğunu bildiyi avtomobillərin təmiri sexinə gətirmiş və orada Oruc onun dodaqlarından və döşlərindən öpərək cinsiyyət orqanını onun ağzına soxmuşdur. Bundan sonra 2021-ci ilin yanvar ayında Oruc yenidən onu axşam radələrində həmin sexə gətirməklə onu avtomaşınla birlikdə işlədiyi sexdəki qaraja salmış, orada cinsiyyət orqanını onun ağzına soxmuş, eləcə də avtomobilin arxa oturacağında cinsiyyət orqanını onun arxa keçəcəyinə soxmaqla qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. İfadəsində göstərdiyi həmin yeri və haqqında ifadə verdiyi şəraiti göstərməsi təklif olunmuş və Zərərçəkmiş şəxs həmin yerə gedən yolu, Təqsirləndirilən şəxs onunla qeyri təbii yolla əlaqədə olduğu şəraiti göstərmiş və onun göstərdiklərinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı cinayət əməllərini Zaqatala şəhəri, İ.Şamil küçəsində (A.Həmidov küçəsinin yaxınlığında) yerləşən və Xudadat Təhmətzadə adlı şəxsin işlətdiyi avtomobillərin təmiri sexindəki qarajda etmişdir. Baxış iştirakçısı A.Təhmətzadə bildirmişdir ki, həqiqətən də həmin qarajda 4 aydır Şahid4, sonuncudan qabaq isə iki il Təqsirləndirilən şəxs usta kimi işləmişdir. İş materiallarında olan Zaqatala Bələdiyyəsi tərəfindən 542 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazidən Zaqatala rayon Bələdiyyəsinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən Zərərçəkmiş şəxs dair şəxsi məlumatlardan çıxarışdan görünür ki, o, xx.xx.2005-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01.12.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs və Qanuni nümayəndə tərəfindən imzalanmış Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Yazdıqlarının nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş Bakcell MMC-dən və Azefon MMC-dən qərar vasitəsilə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrələri istifadə olunan mobil cihazların ittihamda göstərilən vaxtlarda eyni yerdə olubolmadıqlarını müəyyən etmək məqsədi ilə həmin nömrələrin 2020-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarında, 2021-ci ilin yanvar ayında qeydə alındığı anten dairəsinə dair məlumatlar götürülmüşdür. Həmin məlumatların tədqiqi zamanı müəyyən olunmuşdur ki, qeyd olunan tarixlərdə onların mobil cihazlarının qeydə alındığı anten dairələri eynilik təşkil edir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs yaşı az olduğunu bildiyi üçün Leylaya SMS yazmadığını, 2020-ci ilin sentyabr ayının sonlarında təxminən saat 14-15 radələrində Leylanı dostu İsaya məxsus avtomobillə usta işlədiyi sexə aparmadığını, avtomobilin arxa oturacağında dodaqlarından və döşlərindən öpmədiyini və cinsiyyət orqanını Leylanın ağzına soxmadığını, 2020-ci ilin oktyabr və dekabr aylarında dostu İsaya məxsus avtomobildə Leylanı gəzdirmədiyini və avtomobildə cinsiyyət orqanını Leylanın ağzına soxmadığını, eləcə də 2021-ci ilin yanvar ayında idarə etdiyi avtomobillə Leylanı işlədiyi sexə aparmadığını öz cinsiyyət orqanını Leylanın ağzına, Leylanın arxa keçəcəyinə soxmadığını və onunla qeyri təbii yolla cinsi əlaqədə olmadığını, ümumiyyətlə Leylaya qarşı nə vaxtsa seksual hərəkətlər etmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinin dəlilləri ilə razılaşmır. Çünki, məhkəmənin fikrincə Təqsirləndirilən şəxs bu xüsusatlarla bağlı verdiyi ifadələr, eləcə də bununla bağlı göstərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli və təqsirləndirilən şəxsin bu ifadəsi özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə onun verdiyi ifadəsinə hüquqi qiymət verərək, zərərçəkmiş şəxsin, şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini və digər sübutları qiymətləndirərək hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində bu xüsusatla bağlı məhkəmədə verdiyi ifadəsi iş materiallarında olan ekspertiza rəyi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla təkzib edilir və o, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəyi cəzadan yayınmağa çalışır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ibtidai istintaq və məhkəmədə verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs vəsatət verərək zərərçəkmiş şəxsin təzyiq və təsir altında ifadə verdiyini bildirmişdir. Məhkəmə bununla bağlı da qeyd edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılarkən 11 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında zərurət olduğundan zərərçəkmiş şəxs dindirilmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı qeyd olunan cinayət əməlini törətmişdir. Lakin istintaqın əvvəllərində onun adını verməmişdir. Sonradan prokurorluqda izahat verərkən Orucun da adını vermişdir. Düzdür Oruc ona qarşı seksual xarakterli hərəkətlər etsə də, hazırda ondan şikayət və tələbi yoxdur. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, cinayət işinə əlavə olunmuş ekspert rəyi, arayışlar, maddi sübut və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2005-ci il təvəllüdlü, yəni onun üçün aşkar surətdə 16 yaşına çatmayan Zərərçəkmiş şəxs 2020-ci ilin sentyabr ayında cinsi ehtirasını ödəmək məqsədilə ünvan 2 ünvanında yerləşən avtomobillərə texniki xidmət məntəqəsinə apararaq orada razılığı ilə öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağzına daxil edib oral yolla cinsi ehtirasını ödəməklə, 2020-ci ilin oktyabr-dekabr aylarında isə dostu Şahid1 məxsus “Nissan Teana” markalı, ** BO *** dövlət nömrə nişanlı avtomaşında Zaqatala şəhərində razılığı ilə öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağzına daxil edib eyni qaydada cinsi ehtirasını ödəməklə seksual xarakterli digər hərəkətlər etmiş, həmçinin cinayətkar əməllərini davam etdirərək 2021-ci ilin yanvar ayında Zaqatala şəhəri, İmam Şamil küçəsi, döngə 1 üvanında yerləşən avtomobillərə texniki xidmət məntəqəsində razılığı ilə cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə soxub həmin nahiyədə düz bağırsağa doğru uzanan cırılma ilə müşayiət olunmuş xəsarət yetirməklə zərərçəkmiş şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Bütün bunlara əsasən məhkəmə cəzanın məqsədlərinə qismən nail olunduğunu, həmçinin Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 09 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. Eyni zamanda, azadlıqdan məhrum etmə cəzasının həddi müəyyən olunarkən zərərçəkmiş şəxsin ilk dəfə qeyri-təbii yolla, yəni arxa keçəcək vasitəsilə məhz Təqsirləndirilən şəxslə əlaqədə olması və cinayət əməllərinin üç epizoddan ibarət olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir.Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 09 oktyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar