Məhkəmə qərarları › İş №1(033)-12/2023

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-12/2023

03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-12/2023 03.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X10 katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxx 1985-ci ildə Zaqatala rayonu Mosul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, rəsmi işsiz, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Mosul kəndində qeydiyyatda olan və X18 saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 12:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 31 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində qardaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun hadisə yerinə, yəni Zaqatala rayonu Mosul kəndində yerləşən fərdi yaşayış evinə çağırdığı Zaqatala RPŞ İTB-nin polis nəfəri, polis baş serjantı Şahid1 Xalid oğlunun onu nizam-intizama dəvət edərək sakitləşdirməyə cəhd etməsindən bəhanə kimi istifadə edib, yəni alkoqol sərxoşluğu vəziyyətində hər hansı əsaslı və ağlabatan səbəb olmadığı halda ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyəti ilə qardaşının faktiki sahibi olduğu həmin evin giriş qapısından daxil olduqda üzbəüz yerləşən sayca birinci otağına evin zirzəmisindən götürdüyü tez alışan neft məhsulunu töküb kibrit vasitəsilə yandıraraq zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 12 000 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmiş, habelə ümumi təhlükəli üsul hesab edilən bu hərəkətləri ilə həmin kənddə uzun müddətə ictimai asayişi pozub kənd sakinlərinin hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və onlarda həyəcan yaratmaqla, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozmaqla ictimai qaydanı kobud surətdə pozmuş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə ağır nəticələrə səbəb olan xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 31 dekabr 2021-ci il tarixdə Zaqatala rayonu Mosul kəndində yerləşən fərdi yaşayış evində anası Yeganə Gülməmmədova, bacısı Xatirə Xəlitovanın azyaşlı övladları Gözəl və Teymurla birlikdə bayram qeyd etmişlər. Həmin günü bayram münasibəti ilə qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki içmişlər, həmin gün saat 22:30 radələrində qardaşı Tərlan bacısı oğlu Teymur ilə birlikdə mağazaya getmək üçün küçəyə çıxmışlar. Həmin vaxt o, anası Yeganə Gülməmmədova və bacısı Xatirənin qızı Gözəl evdə qalmışlar. O, qardaşı Tərlanla birlikdə yatdıqları otağa keçib belini ovması üçün anası Yeganəni çağırmış, anası biraz belini ovduqdan sonra o çay içmək qərarına gəlmiş yenidən qonaq otağına keçmiş ki, çay içsin, çayını içib bitirdikdən sonra belini ovması üçün bacısı Xatirənin azyaşlı qızı-Gözəli çağırmış və o da gəlib belini ovmağa başlamışdır. Lakin Gözəl belini yaxşı ova bilmədiyi üçün o Gözələ əsəbləşərək üzərinə qışqırmış və sonuncunu yanından qovmuş, məhz buna görə də Gözəl ağlamağa başlamışdır. Çox az zaman keçmişdir ki, qardaşı Tərlan evə geri gəlmiş, bacısı qızı Gözəlin ağladığını görüb ondan niyə ağladığını soruşduqda Gözələ səbəbsiz yerə əsəbləşdiyini bildirmişdir. Bunu bilən Tərlan onunla mübahisə etmiş və hər ikisi içkili olduğundan əlbəyaxa döyüşmüşlər. Bu zaman evin pəncərəsi də qırılmışdır. Bacısı qızı qorxduğundan qardaşı Tərlan bacısı qızı Gözəli qucağına alaraq evin həyətinə çıxmışdır. O, Tərlanın arxasınca evin həyətinə çıxan zaman Tərlanın artıq adı ona sonradan məlum olan Samir adlı polis əməkdaşına zəng edərək evə çağırdığını eşitmişdir. Biraz keçmişdir ki, həmin polis əməkdaşı gəlmiş, qardaşı Tərlanla biraz danışdıqdan sonra evin həyətinə daxil olmuş və onun sakitləşməsi üçün onunla danışmağa başlamışdır. Samir adlı polis əməkdaşı onunla söhbət edən zaman o düşünmüşdür ki, Samir onu tutacaq və rayon polis şöbəsinə aparacaqdır. Adı qeyd olunan polis əməkdaşının onu tutmaması və ondan qorxması üçün Samir ona yaxın gələn zaman evə qayıtmışdır. Evə qayıtdıqda evin mətbəxində yanğın başladığını görmüş və evdən çıxıb getmişdir. Samir yanğının necə baş verdiyini və onun orada yanğın törətməsini görməmişdir. Həmin ev özünə məxsusdur və atası öldükdən sonra qardaşı ilə birlikdə həmin evdə yaşayır. Anası Yeganə bacısı ilə birlikdə Bakı şəhərində yaşayırlar və onlar da ara-sıra yalnız xeyir-şər tədbirləri olan zaman rayona gələrək həmin evdə bir neçə gün qalırlar. İbtidai istintaq zamanı onu özünə məxsus evi yandırdığına dair ifadə verməyə məcbur etmişlər. O, polis şöbəsində işgəncə və şiddətə məruz qaldığından ibtidai istintaq dövründə etirafedici ifadə vermişdir. Keçirilmiş ekspertiza zamanı da onun yaşadığı yanmış evdə benzin izinə rast gəlinməməsi həmin evin onun tərəfindən yandırılmadığının sübutudur. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs kimi tanınmış qardaşı Zərərçəkmiş şəxs da həmin evin onun tərəfindən yandırılmadığını bildirmişdir. O, barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 31 dekabr 2021-ci il tarixdə Zaqatala rayonu Mosul kəndində yerləşən fərdi yaşayış evində anası Yeganə Gülməmmədova, bacısı Xatirə Xəlitovanın azyaşlı övladları Gözəl və Teymurla birlikdə bayram qeyd etmişlər. Həmin günü bayram münasibəti ilə qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki içmişlər, həmin gün saat 22:30 radələrində qardaşı Tərlan bacısı oğlu Teymur ilə birlikdə mağazaya getmək üçün küçəyə çıxmışlar. Həmin vaxt o, anası Yeganə Gülməmmədova və bacısı Xatirənin qızı Gözəl evdə qalmışlar. O, qardaşı Tərlanla birlikdə yatdıqları otağa keçib belini ovması üçün anası Yeganəni çağırmış, anası biraz belini ovduqdan sonra o çay içmək qərarına gəlmiş yenidən qonaq otağına keçmiş ki, çay içsin, çayını içib bitirdikdən sonra belini ovması üçün bacısı Xatirənin azyaşlı qızı- Gözəli çağırmış və o da gəlib belini ovmağa başlamışdır. Lakin Gözəl belini yaxşı ova bilmədiyi üçün o Gözələ əsəbləşərək üzərinə qışqırmış və sonuncunu yanından qovmuş, məhz buna görə də Gözəl ağlamağa başlamışdır. Çox az zaman keçmişdir ki, qardaşı Tərlan evə geri gəlmiş, bacısı qızı Gözəlin ağladığını görüb ondan niyə ağladığını soruşduqda Gözələ səbəbsiz yerə əsəbləşdiyini bildirmişdir. Bunu bilən Tərlan ona yaxınlaşaraq itələmiş və Gözələ niyə əsəbləşdiyini soruşmuş, həmin vaxt o, otaqdakı stulu götürüb Tərlanın sağ baş və çiyin nahiyəsinə vurduqdan sonra stolun üzərində olan mətbəx bıçağını götürüb ilk öncə öz sinə nahiyəsinə xəsarət yetirmiş və Tərlanın ondan qorxması üçün onu öldürəcəyini bildirmişdir. Elə bu zaman Tərlan bacısı qızı Gözəli qucağına alaraq evin həyətinə çıxmışlar. O, Tərlanın arxasınca evin həyətinə gedən zaman otaqda olan baltanı da o biri əlinə götürmüş və bir əlində balta, digər əlində bıçaqla evin həyətinə çıxmışdır. O, evin həyətinə çıxan zaman Tərlanın artıq adı ona sonradan məlum olan Samir adlı polis əməkdaşına zəng edərək evə çağırdığını eşitmişdir. Biraz keçmişdir ki, həmin polis əməkdaşı gəlmiş, qardaşı Tərlanla biraz danışdıqdan sonra evin həyətinə daxil olmuş və onun sakitləşməsi üçün onunla danışmağa başlamışdır. Samir adlı polis əməkdaşı onunla söhbət edən zaman o düşünmüşdür ki, Samir onu tutacaq və rayon polis şöbəsinə aparacaqdır. Adı qeyd olunan polis əməkdaşının onu tutmaması və ondan qorxması üçün Samir ona yaxın gələn zaman əlindəki balta və bıçağı ataraq evə keçib dərhal evin zirzəmisinə düşüb orada olan plastik şüşədəki təxminən 2 litr benzini götürmüş və yaşadıqları evə giriş qapısından daxil olduqda üzbəüz yerləşən sayca birinci olan otağa həmin benzini töküb kibrit vasitəsilə alışdıraraq evi yandırıb evdən qaçmışdır. Həmin evi yandıran zaman 31 dekabr 2021-ci il tarixdə saat 23 radələri idi. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, həmin yaşayış evi atası Ruşan tərəfindən inşa etdirilmiş, lakin, atası sağ olan vaxt həmin evi şifahi formada qardaşı Tərlana bağışlamış, atası-Ruşan Gülməmmədov vəfat etdikdən sonra, uzun müddətdir ki, həmin evə faktiki olaraq qardaşı Tərlan sahiblik etmiş, həmin evin təmiri üçün lazım olan məbləği və gündəlik xərclərini Tərlan qarşılamışdır. O, ara-sıra rayona gəlib orada qalmışdır. Anası Yeganə isə bacısı ilə birlikdə Bakı şəhərində yaşayırlar və onlar da ara-sıra yalnız xeyirşər tədbirləri olan zaman rayona gələrək həmin evdə bir neçə gün qalırlar. Yandırmış olduğu həmin evin yerləşdiyi kənddəki torpağın və həmin formada olan tikili evin birlikdə orta bazar qiməti təxminən 60-65 min manat təşkil edir, lakin həmin evin yanmış olduğu hissələrinin təmir edilməsi üçün 10-15 manat pul lazım olduğunu düşünürmüş. Zaqatala rayonu Mosul kəndində yerləşən faktiki sahibliyi Zərərçəkmiş şəxs etdiyi yaşayış evini benzin vasitəsi ilə yandırmışdır. Belə ki, o, plastik şüşədə olan benzini yaşadıqları evə giriş qapısından daxil olduqda üzbəüz yerləşən sayca birinci olan otağa töküb kibrit vasitəsilə alışdıraraq yandırmış, yəni o, benzini evin bütün ərazisinə tökməmişdir. Hadisə yerinə baxış keçilən zaman kül nümunələrini götürən aidiyyəti əməkdaş tərəfindən hansı otaqdan götürməsi barədə məlumatı yoxdur. Lakin düşünür ki, evin yanması başladığı otaqdan kül nümunələri götürülmədiyi üçün tezalışan neft məhsulu olan benzinə məxsus izlər aşkar olunmamışdır. Mal damlarının və ot tayalarının yandırılması barədə məlumatı var. Onun həmin şəxslərlə heç bir düşmənçiliyi və ədavəti yoxdur, onlardan qisas almaq məqsədilə onlara qarşı heç bir qanunsuz hərəkət etməmiş, həmçinin həmin mal damlarını və ot tayalarını o yandırmamış və kim tərəfindən yandırılması barədə heç bir məlumatı yoxdur. Təhqiqat dövründə izahat verən zaman sərxoşluq vəziyyəti keçmədiyindən və baş vermiş hadisələri dəqiqliklə xatırlamadığından həmin damları o yandırdığını bildirmişdir. O, evi yandıran zaman evdə hər hansı bir şəxsin olmadığını bilmiş və onun məqsədi hər hansı bir şəxsin həyatına son qoymaq yaxud ona xəsarət yetirmək deyil də, qardaşı Tərlanla birgə yaşadıqları evin yandırmaq olmuşdur. Yandırdığı evdə rəsmi sənədin olmasını bilməmiş, o, evdə hər hansı bir rəsmi sənədin olmadığını bilmiş, özünə aid isə bəzi sənədlər öz üzərində olmuşdur. Əgər evdə hər hansı bir rəsmi sənəd olmuşdursa da həmin sənədləri yandıraraq məhv olmasını, yaxud zədələnməsini arzulamamış və həmin niyyətlə evi yandırmamışdır. Bacısının azyaşlı qızı-Gözəl əqli cəhətdən həmyaşıdlarına görə geri qalıb və yalan danışmağa meyilli uşaqdır. Gözəl ara-sıra gəlib Zaqatala rayonu Mosul kəndində yerləşən evdə onlarla qalmış, o, Gözəlin yaxşı tərbiyə alıb böyüməsi üçün etdiyi səhvlərlə bağlı iradlarını bildirib ona qarşı əsəbləşmişdir. Məhz buna görə də Gözəl onu çox istəməmişdir. 31 dekabr 2021-ci il tarixdə bayram qeyd edən günü ilk öncə anası- Yeganə və daha sonra bacısı qızı-Gözəl belini ovmuşlar. Gözəl belini yaxşı ova bilmədiyi üçün o Gözələ əsəbləşmiş və üzərinə qışqırmışdır. Buna görə də, Gözəl ondan küsüb ağlamağa başlamışdır. O, Gözəlin cinsiyyət orqanlarına toxunmamış, özünün cinsi ehtirasını təmin etmək məqsədilə Gözələ qarşı hər hansı bir seksual xarakterli hərəkətlər etməmiş, Gözəlin cinsi ehtiras hisslərinin oyanması və Gözəlin onunla yaxud başqa şəxslə seksual münasibətlərə hazırlamaq üçün ona qarşı hər hansı bir seksual xarakterli əxlaqsız hərəkətlər etməmişdir. Gözəl onun belini ovan zaman evdə anası Yeganə də var idi. Tərlanla mübahisə edən zaman sonuncunu öldürəcəyini bildirsə də, Tərlanı öldürmək və yaxud ona hər hansı bir xəsarət yetirmək üçün real imkanın olmasına baxmayaraq hərəkət etməmiş, aralarındakı mübahisənin kəskinləşməməsi üçün əlində olan bıçağını oynadıb Tərlana göstərərək ondan kənarlaşmasını tələb etmiş, özünə qəsd etmək yə yaxud intihar etmək məqsədilə vurmamış, həmin vaxt sərxoş olduğundan öz sinə nahiyəsinə bıçaqla xəsarət yetirmiş, mübahisə zamanı Tərlan ona fiziki ağrı və yaxud xəsarət yetirməmişdir. X12 Qabilin atası kimi şifahi olaraq tanıyır, Şabanla aralarında düşmənçilik və ədavət yoxdur, o, Qabil Əhmədovun ona borcu olduğundan sonuncudan qisas almaq məqsədilə onun üçün tikilmiş yarımtikili evi 01 yanvar 2022-ci il tarixdə Əliabad qəsəbəsi ərazindən keçərkən kibrit vasitəsilə yandırmış, həmin ev yarımtikili olduğundan orada yaşayış olmadığından əmin imiş və o, həmin yarımtikili evin yandıran zaman evin həyətində və evdə hər hansı bir şəxs yox imiş. Əvvəllər həmin məzmunda ifadə verməkdə məqsədi özünü müdafiə etmək olmuş, hazırda isə o, istintaqa həqiqəti əks etdirən məzmunda sərbəst formada ifadə vermiş, rayon polis şöbəsinin hər hansı bir əməkdaşı tərəfindən fiziki və ya psixoloji təsirə, işgəncəyə və bu kimi digər hərəkətlərə məruz qalmamış, müdafiəçinin iştirakı ilə tam sərbəst formada ifadə vermişdir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini bildirmiş və ifadəsində göstərmişdir ki, 31 dekabr 2021-ci il tarixdə Zaqatala rayonu Mosul kəndində yerləşən fərdi yaşayış evində anası Yeganə Gülməmmədova, bacısı Xatirə Xalitovanın azyaşlı övladları Gözəl və Teymur birlikdə bayram qeyd etmişlər. 1966-cı il təvəllüdlü anası X4 təxminən 15 ildir ki, ruhi əsəb xəstəsidir və bununla əlaqədar olaraq Şəki rayon ruhi əsəb xəstəlikləri dispanserdə qeydiyyatdadır. xx.xx.2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdə qardaşı Əhlimanla bayram münasibəti ilə əlaqədar olaraq spirtli içki içmişlər. Daha sonra həmin gün saat 22:30 radələrində o, bacısı oğlu Teymur ilə evdən mağazaya getmək üçün küçəyə çıxmış, təxminən 23 radələrində o, Teymuru küçədə qonşu uşaqların yanında qoyub evə qayıtmış, evə qayıtdığı zaman bacısı qızı Gözəlin ağladığını görmüşdür. Nə baş verdiyini soruşduğu zaman Gözəl ona Əhlimanın ona səbəbsiz yerə əsəbləşdiyini bildirmişdir. Bunu bildikdə o əsəbləşərək Əhlimanın üzərinə gedib sonuncunu itələmiş və niyə belə etdiyini soruşmuş, həmin vaxt Əhlimanla mübahisə etmişlər və mübahisə zamanı yaşayış otağının pəncərəsi də qırılmışdır. Bundan sonra o bacısı qızı Gözəli götürərək həyətə düşmüşdür. O hadisə barədə dərhal məlumat vermək üçün kəndin sahə polis nəfəri Samir adlı polis əməkdaşına zəng edərək hadisə barədə məlumatlandırmış, daha sonra Gözəllə Teymuru adını xatırlamadığı qonşularına qoymuşdur. Bir müddət sonra polis nəfəri Samir ona yaxınlaşmış, o Samirə qardaşı Əhlimanla mübahisə etdiyini demiş, Samir yaşadığı evin həyətinə keçən zaman həyətdə olan Əhliman onunla danışdıqdan sonra evə keçmişdir. O Samirlə Əhlimanın arasında nə danışıq olduğunu bilməmişdir. Daha sonra evin yandığını görmüş, lakin evi Əhlimanın yandırmasına şahid olmamışdır. Həmin günü özü də içki qəbul etdiyindən baş verən hadisələri düzgün qiymətləndirə bilməmişdir. O, əvvəlki ifadələrində evi qardaşının yandırmasını bildirmişdir. Həmin vaxt o, sərxoş olmuş, ona görə belə bir ifadə vermişdir, eyni zamanda DİN-nin 102 xidmətinə də sərxoş olduğu üçün qardaşının evi yandırması barədə məlumat vermişdir. Evdə yanğın baş verən zaman anası Yeganə də evdə olmuşdur. Yaşadıqları və yanğın baş vermiş ev atası Ruşan Gülməmmədova məxsus olmuş və onun ölümündən sonra qardaşı Əhlimanla həmin evdə birlikdə yaşamış və təsərrüfatı birlikdə aparmışlar. Evin yanan otağı onun yaşadığı otaq olmuşdur. Əhlimanın həmin evi yandırmasına dair hər hansı sübut yoxdur, ev elektrik naqillərində baş vermiş qısa qapanma nəticəsində yanmışdır. Qardaşı Əhliman bilərəkdən özünün yaşadığı evə zərər verə bilməzdi və o hesab edir ki, yaşadıqları ev bədbəxt hadisə nəticəsində yanmışdır. Qardaşı olan Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur və onun barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 31 dekabr 2021-ci il tarixdə Zaqatala rayonu Mosul kəndində yerləşən fərdi yaşayış evində anası Yeganə Gülməmmədova, bacısı Xatirə Xalitovanın azyaşlı övladları Gözəl və Teymur birlikdə bayram qeyd etmişlər. 1966-cı il təvəllüdlü anası X4 təxminən 15 ildir ki, ruhi əsəb xəstəsidir və bununla əlaqədar olaraq Şəki rayon ruhi əsəb xəstəlikləri dispanserdə qeydiyyatdadır. xx.xx.2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdə qardaşı Əhlimanla bayram münasibəti ilə əlaqədar olaraq spirtli içki içmişlər. Daha sonra həmin gün saat 22:30 radələrində o, bacısı oğlu Teymur ilə evdən mağazaya getmək üçün küçəyə çıxmış, təxminən 23 radələrində o, Teymuru küçədə qonşu uşaqların yanında qoyub evə qayıtmış, evə qayıtdığı zaman bacısı qızı Gözəlin ağladığını görmüşdür. Nə baş verdiyini soruşduğu zaman Gözəl ona Əhlimanın ona səbəbsiz yerə əsəbləşdiyini, otağın işiğını söndürüb boğazından tutduğunu, ona qarşı güc göstərərək Əhlimanın əlindən qaçdığını bildirmişdir. Bunu bildikdə o əsəbləşərək Əhlimanın üzərinə gedib sonuncunu itələmiş və niyə belə etdiyini soruşmuşdur. Həmin vaxt Əhliman otaqdakı stulu götürüb sağ baş və çiyin nahiyəsinə vurduqdan sonra stolun üzərində olan mətbəx bıçağını götürüb ilk öncə öz sinə nahiyəsinə vurmuş və onu öldürəcəyini bildirmişdir. Bunu görən Gözəl qışqıraraq ağlamağa başlamış, Əhliman ona və Gözələ xəsarət yetirməsin deyə o Gözəli qucağına alaraq sonuncunu çölə çıxartmışdır. O, hadisə barədə dərhal məlumat vermək üçün kəndin sahə polis nəfəri Samir adlı polis əməkdaşına zəng edərək hadisə barədə məlumatlandırmışdır. Daha sonra Gözəllə Teymuru hazırda adını xatırlamadığı qonşularıgilə qoymuşdur. Təxminən 5 dəqiqə sonra sahə polis nəfəri Samir ona yaxınlaşmış, o Samirə baş verən hadisəni yenidən danışmış, Samir Əhlimana yaxınlaşmaq üçün onun razılığı ilə yaşadığı evin həyətinə keçən zaman həyətdə əlində balta və bıçaqla dayanan Əhliman Samirlə danışdıqdan sonra əlindəkiləri yerə ataraq evə keçmişdir. Amma Samirlə onun arasında nə danışıq olduğunu bilməmişdir. Samir Əhlimanın arxasınca evə gedib evin eyvanına qalxmış ki, Əhliman yaşadıqları evə giriş qapısından daxil olduqda üzbəüz yerləşən sayca birinci olan otağa benzin töküb yandıraraq evdən eyvana çıxmış, həmin vaxt anası Yeganəni evdən çıxarmaq üçün Samir evə keçmiş, yanğın baş verən zaman anası Yeganə evdə tək imiş və anasından başqa heç kəs yox imiş. Əhlimanın yandırdığı evi mərhum atası-Ruşan Gülməmmədov inşa etdirmiş, atası Ruşan sağ olan vaxt evin balaca oğlu olduğundan həmin evi ona şifahi formada bağışlamışdır. Ruşan Gülməmmədov vəfat etdikdən sonra uzun illərdir ki, faktiki olaraq həmin evə o, sahiblik edir, yəni evin təmir işlərini, evin gündəlik tələbatlarını o, ödəyir. Həmin evin inşa edilməsində anası Yeganə Gülməmmədovanın hər hansı bir rolu olmamış, həmin evdə o və qardaşı Əhliman yaşamışlar, anası Yeganə və bacısı Xatirə həmin evdə yaşamırlar, xeyir-şər tədbirləri olan zaman 1-2 günlük rayona gəlib qalıb qayıdırmışlar. Evin dəyəri yerləşdiyi torpaq sahəsi ilə birlikdə təxminən 50-55 min manatdır, evin içərisində olan əşyaların yanaraq yararsız hala düşməsi nəticəsində ona təxminən 10-13 min manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, ev yanan zaman ona yaxud başqa şəxslərə aid hüquq verən, yaxud hüquq verməyən rəsmi sənəd olmamış, sadəcə olaraq Gözəl və Teymurun istifadə etdiyi kitablar və dəftərlər yanaraq məhv olmuşdur. X23 əqli cəhətdən geriliyi olan azyaşlı qızdır, yalan danışmağa meyilli uşaqdır, Əhliman X5rşı seksual xarakterli hərəkətlər etməsini görməmiş və inanmır. Təqsirləndirilən şəxs onu öldürəcəyini bildirdikdən sonra ona qarşı bıçaqla bir dəfə hərəkət etmiş, lakin ona xəsarət yetirmək və ya öldürmək üçün real imkanı olmasına baxmayaraq qəsdini davam etməmiş, ona hər hansı bir xəsarət yetirməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 Xalid oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2014-cü ildən etibarən DİO-da xidmət edir, xidməti ərazisi Zaqatala rayonu Muğanlı-Lahıc kəndlərini əhatə edir. xx.xx.2021-ci il tarixdə bayram günü olduğundan gücləndirilmiş iş rejiminə uyğun olaraq xidməti ərazidə xidmətdə olmuşdur. Həmin günü saat 23 radələrində istifadəsində olan mobil telefona tanımadığı kənd sakinlərindən biri zəng edərək ailədaxili mübahisə yarandığını bildirmişdir. O, isə dərhal deyilən ünvana getmiş və orada kənd sakini Zərərçəkmiş şəxs onu qarşılamış, qardaşı Əhliman ilə aralarında olan mübahisəni ona danışmış və anası Yeganənin evdə tək olduğunu bildirmişdir. O, Əhlimanı sakitləşdirmək və digər xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə Tərlanın razılığı əsasında onların yaşadığı evin həyətinə daxil olmuş, həmin yaşayış evinin həyətinə daxil olub biraz Əhlimanla söhbət edən zaman Təqsirləndirilən şəxs qaçaraq evin zirzəmisində olan plastik qabdakı benzini götürmüş, daha sonra yaşayış evinə giriş qapısından daxil olduqda üzbəüz yerləşən sayca birinci olan otağa həmin benzini töküb kibrit vasitəsilə alışdıraraq evi yandırıb evdən qaçmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2001-ci ildən etibarən azərişiq idarəsində müxtəlif vəzifələrdə xidmət edir. Təxminən 2012-ci ildən bəri satış şöbəsinin nəzarətçimühəndisi vəzifəsində xidmət edir. Onun xidməti ərazisi Zaqatala rayonu Mosul kəndini əhatə edir. Təqsirləndirilən şəxs həmin kəndin sakini kimi tanıyır, aralarında düşmənçilik və ədavət münasibətləri yoxdur. Onun xidməti vəzifəsi elektrik sayğaclarının qeydiyyatını aparmaq, möhürünü yoxlamaq, sayğacın saz vəziyyətdə olub-olmaması müəyyən etməkdir. O, gündəlik olaraq xidməti ərazisinə gedərək yaşayış evlərində olan işiq sayğaclarını yoxlamış, orada yaşayan kənd sakinləri ilə profilaktiki söhbətlər aparmışdır. Hər hansı bir nasazlıq olduğu halda ona, yaxud Azərişiq MMC-nin qaynar xəttinə məlumat verməklərini izah edir. Hər hansı bir sayğacda nasazlıq və yaxud sayğaca müdaxilə aşkar etdiyi halda bu barədə akt tərtib edir, ilk öncə şifahi formada, daha sonra isə rəsmi qaydada tabe olduğu şəxslərə məlumat verir. Təqsirləndirilən şəxs isə ona fərdi yaşayış evinin yaxınlığında basdırılmış işıq dirəyində olan əsas xəttdə nasazlıq olması barədə hər hansı bir məlumat verməmiş, o, işiq pullarının ödənilməsi ilə bağlı bir neçə dəfə qeyd olunan həmin fərdi yaşayış evinə getmiş, lakin orada hər hansı bir təhlükəli vəziyyətlə qarşılaşmamışdır. Əgər hər hansı bir təhlükəli vəziyyət aşkar etsəydi dərhal elektrik sayğacından işığı söndürərək ilk öncə şifahi formada, daha sonra isə rəsmi qaydada yuxarı rəhbərliyə məlumat verərdi. Həmin fərdi yaşayış evində hər hansı bir nasazlığın olması barədə Təqsirləndirilən şəxs yaxud onun qardaşı Zərərçəkmiş şəxs tərəfindən ona şifahi, yaxud rəsmi qaydada müraciət daxil olmamışdır. Həmçinin Azərişiq MMC tərəfindən əraziyə təhkim olunmuş istismar şöbəsinin əməkdaşları tərəfindən də həmin yaşayış evində təhlükəli vəziyyət aşkar edilməsi barədə onda hər hansı bir məlumat yoxdur, həmin ev işıq dirəyində olan nasazlıq nəticəsində yanmamış, yandırılmışdır. Məhkəmə iclası zamanı əlavə şahid qismində dindirilmiş Zaqatala Rayon Polis X11 müstəntiqi X17 ifadəsində göstərdi ki, Zaqatala rayonu Mosul kəndində yerləşən 31 dekabr 2021-ci il tarixdə yanmış fərdi yaşayış evi X1 və ailə üzvlərinin adına verilmiş torpaq sahəsi üzərində inşa edilmişdir. Fərdi yaşayış evi Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. X6 vəfat etmişdir və həmin evi oğlu Zərərçəkmiş şəxs vəsiyyət etmişdir. Vəsiyyətnamə notarial formada qeydiyyata alınmamış və yazılı tərtib edilməmişdir. Faktik olaraq fərdi yaşayış evindən Zərərçəkmiş şəxs istifadə edir. Təqsirləndirilən şəxs Zaqatala Rayon Polis Şöbəsində izahatı sərbəst şəkildə özü verib və ona təzyiq göstərilməyib. İbtidai istintaq zamanı yanğın hadisəsindən qonşuların da narahat olması müəyyən edilmişdir. Ona görə də, ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan olunaraq o, cinayət məsuliyyətinə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 03 yanvar 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Zaqatala rayonu Mosul kəndində yerləşir, evin ətrafı daş ilə hasarlanmış, evin həyətinin girişində darvaza vardır, evin həyətində heç bir təmir işləri aparılmamışdır, evin birgə yaşayış sahəsi torpaq üzərindədir, ev 1 mərtəbəli yaşayış evidir, evin aşağı hissəsində zirzəmi yerləşir, həmin zirzəmiyə pilləkənlər vasitəsilə enilir, evin çardağının kənar hissələri heç bir vasitə ilə örtülməmişdir, evə daxil olduqda evin daxili yanğının təsirinə məruz qalmışdır, otaqlarda olan kalibrililər tamamilə yanaraq kül olmuşdur, evin çardağının taxtaları yanmışdır, binanın yanında yerləşən 1 mərtəbəli tikili yanğının təsirinə məruz qalmış, evin daxilindən və kənarından iki ədəd paketdə rayon polis şöbəsinin inspektoru Məhəmməd Mehdiyev tərəfindən kül götürülərək qablaşdırılmış, Təqsirləndirilən şəxs hadisə yerinə baxış zamanı evin onun tərəfindən yandırıldığını bildirmiş, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanılaraq təsdiq edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X30 Zaqatala rayon şöbəsinin 06 yanvar 2022-ci il tarixli 1 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – döş qəfəsinin ön səthində 1 (bir) ədəd səthi kəsilmiş yara – iti əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə hər hansı kəsici kənara malik əşya ilə (alətlə) özü tərəfindən özünə yetirilməyə uyğundur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X30 Zaqatala rayon şöbəsinin 06 yanvar 2022-ci il tarixli 2 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gicgah nahiyyəsində 1 (bir) ədəd sıyrılmış yara və sol bazusunda 1 (bir) ədəd qançır – bərk əşyanın (alətin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gəlməyə uyğundur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının Mosul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayonu Mosul kəndində yaşamır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 31 dekabr 2021-ci il tarixli yanğın haqqında ilkin aktdan görünür ki, yanğın ümumi sahəsi 81 m2 olan yaşayış evində bütün istiqamətlərdə yayılmış, yanğın nəticəsində ümumi sahəsi 81 m2 olan bir mərtəbəli 2 otaqlı kürsülü yaşayış evi yanıb məhv olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 01 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası FHN-nin Şimal-qərb Regional DYNİnin inspektrou daxili xidmət kapitanı, X15 tərəfindən tərtib edilmiş hadisə yerinə baxış protokulundan görünür ki, hadisə yerinə baxış obyekti Zaqatala rayonu Mosul kənd sakini Zərərçəkmiş şəxs məxsus yaşayış evidir, yaşayış evinin planda ölçüləri eni 10 metr, uzunluğu 11 metr, hündürlüyü isə 6 metr olmaqla inşa edilmiş, yaşayış evinin tikintisində mişar daşından istifadə olunub, evin çardağı taxta konstruksiyadan, çardax örtüyü isə taxta konstiruksiya üzərinə dəmir örtüklü yapılmışdır. Yaşayış evi şimal tərəfdən kənd yolu ilə, şərq tərəfdən qonşu ilə, cənub və qərb tərəfdən həyətyanı sahə ilə həmsərhəddir. Ümumilikdə yaşayış evi 2 giriş qapısından və 5 pəncərədən ibarətdir. Yaşayış evinin daxilində baxış keçirən zaman evə aid bütün məişət əşyaları, evə aid, ev sahiblərinə aid bütün sənədlərin yanaraq məhv olduğu müşahidə olundu. Bundan əlavə bütün yaşayış otaqları, mətbəx tamamilə yanaraq yararsız vəziyyətə düşdüyü müşahidə olundu. Evin ətrafına baxış keçirən zaman yanmış bir neçə ev əşyası, evin tikintisində istifadə olunmuş yanmış materiallara rast gəlindi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2022-ci il tarixli 10/462 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evinin təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 12000,00 manat məbləğində olduğu müəyyən olunur. Qərarın təsviri hissəsində göstərilmiş ünvan 1 sakinlərinə məxsus üç ədəd tövlə yanğın hadisəsindən sonra təmir olunduğundan həmin tövlələr üzrə tədqiqat aparılmadı. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2022-ci il tarixli 10/326 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1ində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evində baş vermiş yanğın mənbəyi, evə giriş qapısından daxil olduqda üzbəüz istiqamətdə yerləşən sayca birinci otağın daxilində, döşəmə səviyyəsində olmuşdur. İş materiallarında olan məlumatlları və qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi yəni, kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri nəticəsində baş verməsi üçün xarakterikdir. Qərarın təsviri hissəsində göstərilmiş ünvan 1 sakinlərinə məxsus üç ədəd tövlə yanğın hadisəsindən sonra təmir olunduğundan həmin tövlələr üzrə tədqiqat aparılmadı. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 09 aprel 2022-ci il tarixli protokoldan və DVD diskə əlavə olunmuş görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs APA TV adlı rəsmi səhifəyə verdiyi müsahibəsində 31 dekabr 2021-ci il tarixdə yaşadığı evi yandırdığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zaqatala Rayonu Mosul Bələdiyyəsi tərəfindən 07 dekabr 2022-ci il tarixdə verilmiş 207 nömrəli məktubdan görünür ki, Zaqatala rayonu Mosul kənd sakini Təqsirləndirilən şəxs yandırdığı fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsi həyətyanı olmaqla aqrar islahat zamanı verilmiş 23 may 1996-cı il tarixli 32 nömrəli şəhadətnaməyə əsasən mərhum X1 mülkiyyətindədir, lakin həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı xüsusi mülkiyyət hüququ qeydə alınmamışdır. Həmin evdə Təqsirləndirilən şəxs, anası X4 və qardaşı Zərərçəkmiş şəxs yaşamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri Nəsimi rayon ərazisində tutularaq xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində Zaqatala RPŞ-nə gətirilmiş və MSY-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 18 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və saxlandığı MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o Zaqatala Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Zaqatala RPŞ-nə gətirilmiş və MSY-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(033)-25/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X32 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X32 tərəfindən 01 iyul 2022ci il tarixdə verilmiş 862 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala RMX PHŞ-nin poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X32 “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X32 tərəfindən 14 dekabr 2022-ci il tarixdə verilmiş PHŞ/6.78-2-2022-513 nömrəli məktubdan görünür ki, Zaqatala rayon Mosul kənd sakinləri, Təqsirləndirilən şəxs və X2 rayon X21 Hüquqi Şəxsin poliklinika şöbəsinin psixiatrik kabinetdə qeydiyyatda yoxdurlar. Zaqatala rayon Mosul kənd sakini Yeganə Gülməmmədova 2006-cı il tarixdən Zaqatala RMX PHŞ-nin Poliklinika şöbəsinin psixatrik kabinetində “Şizofreniya” diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nın Mosul kənd inzibati ərazi dairəs üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28 18 saylı Zaqatala Ərazi İdarəsinin 09 yanvar 2022-ci il tarixli 3-21-3-47/2-36/2023 nömrəli məktubundan görünür ki, ünvan 1i ünvanında X1 adına fərdi yaşayış evinin olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində və keçmiş DTİ və MHQ idarələrinin arxiv fondunda məlumat aşkar edilməmişdir. X1 və ailə üzvlərinin (X3, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, X7) adlarına ünvan 1i ünvanında JN-135F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədində qeyd olunan 0,09 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 10 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs evin zirzəmisində olan 02 litr plastik qabdakı benzini götürərək evə giriş qapısından daxil olduqda üzbəüz yerləşən sayca birinci olan otağa benzin tökərək yaşadıqları evi yandırdığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə tibbi və məhkəmə yanğın-texniki ekspertizalarının rəyləri, hadisə yerinə baxış protokolu, iş materiallarına əlavə edilmiş digər istintaq hərəkətlərinin protokolları və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə qismən sübuta yetirilir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində təqsirləndirilən şəxsə iki ayrı cinayət əməlinə görə ittiham verilmişdir. Hər iki hadisə üzrə ittiham tərəfindən təqdim və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara ayrılıqda qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamla bağlı aşağıdakıları qeyd edir: Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin mövcudluğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, onun tərəfindən həmin cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu baxımdan məhkəmə hesab edir, Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkmiş şəxsə istiqamətlənən hərəkət kimi təzahür etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı yönəlmiş hərəkətləri heç də səbəbsiz yaranmamış, onun hərəkətlərində xuliqanlıq niyyəti olmamışdır. Cinayət işinin materiallarından və məhkəmə istintaqında tədqiq edilənlərdən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş hadisəyə səbəb təqsirləndirilən şəxslə zərərçəkmiş arasında olan mübahisədən qaynaqlanmışdır. Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik niyyəti ilə deyil, zərərçəkmiş şəxslə aralarında yaranmış şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxsi əmlakına zərər yetirmişdir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd edilir ki, “xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. Hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud sürətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsinə dair kifayət qədər sübut toplanılmamış, toplanılmış sübutlar isə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud sürətdə pozulmasını, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsini inkar etmişdir. Eləcə də toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlər olmamış, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə də tövsif etmişdir. Bundan başqa, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham verərkən qeyd etmişdir ki, Təqsirləndirilən şəxs habelə ümumi təhlükəli üsul hesab edilən bu hərəkətləri ilə həmin kənddə uzun müddətə ictimai asayişi pozub kənd sakinlərinin hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və onlarda həyəcan yaratmaqla, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozmaqla ictimai qaydanı kobud surətdə pozmuş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə ağır nəticələrə səbəb olan xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq cinayətinin tərkib əlamətləri mövcud deyildir. Belə ki, hüquq nəzəriyyəsinə görə, xuliqanlıq –öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin tərkibinin olmadığını göstərir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyindən çıxış edərək bir daha qeyd edir ki, xuliqanlıq cinayətində əsas qəsd cinayətin əsas obyekti olan ictimai qaydanın pozulmasına yönəlməlidir. Başqa şəxslərin həyatı, sağlamlığı və əmlakı isə burada əlavə obyekt rolunu oynayır. Belə olan halda hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin qəsdinin ilk növbədə ictimai qaydanın pozulmasına yönəldiyini iddia etmək mümkün deyildir. Təqsirləndirilən şəxsin hərəkətləri şəxsi münasibətlər zəminində başlamış və həmin çərçivədə davam edərək sonlanmışır. Ona görə də, məhkəmə hesab edir ki, baş vermiş hadisədə təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanın pozulmasına deyil, aralarında mövcud olmuş münasibət pozğunluğuna görə şəxsi münasibətlər zəminində baş verdiyindən, əməlində CM-nın 221.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi ola bilməz. Eyni zamanda, iş materiallarından görünür ki, ibtidai istintaq orqanı xuliqanlıq cinayətini əmlakı qəsdən məhv etmə cinayəti ilə birgə və yaxud həmin cinayətin davamı kimi deyil, təqsirləndirilən şəxsə əmlakı məhv etmə cinayətini törətdikdən sonra, yeni bir əməl olan xuliqanlıq cinayətini törətməsi kimi qiymət vermişdir. Halbuki məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əmlakı qəsdən məhv etdikdən sonra ittiham aktında göstərildiyi kimi “habelə ümumi təhlükəli üsul hesab edilən bu hərəkətləri ilə həmin kənddə uzun müddətə ictimai asayişi pozub kənd sakinlərinin hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və onlarda həyəcan yaratmaqla, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozmaqla ictimai qaydanı kobud surətdə pozmuş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə ağır nəticələrə səbəb olan xuliqanlıq cinayətini törətməsi” sübuta yetirilmir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 4-cü bəndində izah edilmişdir ki, Əmlakı məhv etmək dedikdə mülkiyyət formasından asılı olmayaraq əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülməlidir. Bu halda əməlin hüququ tövsüfü xuliqanlıq nəticəsində vurulan maddi ziyanın miqdarından asılıdır. Həmin ziyanın miqdarı Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci qeydinə müvafiq olaraq şərti maliyyə vahidinin bir min mislindən az olduqda təqsirləndirilən şəxsin əməli yalnız Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə, ziyanın məbləği xeyli və ya küllü miqdar olduqda, habelə xuliqanlıq gedişində özgənin əmlakı yandırılmaqla, partladılmaqla və ya başqa ümumi təhlükəli üsullarla məhv edildikdə, yaxud zədələndikdə əməl cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə və müvafiq olaraq 186.1-ci, yaxud 186.2.1 və ya 186.2.2-ci maddələri ilə tövsüf olunmalıdır. İş materiallarında olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Ali Məhkəmənin bu mövqeyinə əsaslanaraq Təqsirləndirilən şəxs törətdiyi qardaşının faktiki sahibi olduğu Zaqatala rayonu Mosul kəndində yerləşən fərdi yaşayış evini alışan neft məhsulunu töküb kibrit vasitəsilə yandıraraq zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 12 000 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etməsi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə yanaşı Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə tövsif olunmuşdur. Bu hala münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə əsasən xuliqanlıq gedişində özgənin əmlakı yandırılmaqla, partladılmaqla və ya başqa ümumi təhlükəli üsullarla məhv edildiyi halda əməlin Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə və müvafiq olaraq 186.1-ci, yaxud 186.2.1 və ya 186.2.2-ci maddələri ilə tövsüfü nəzərdə tutulmuşdur. Hazırki işdə isə verilən ittiham özgənin əmlakın məhv etdikdən sonra xuliqanlıq cinayətinin törədilməsi kimi göstərilmiş, bu da Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilən mövqe ilə əks mövqe olmuşdur. Həmçinin məhkəmə istintaqı zamanı ibtidai istintaqı aparan müstəntiq ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı yanğın hadisəsindən qonşuların da narahat olması müəyyən edilmişdir. Ona görə də, ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan olunaraq o, cinayət məsuliyyətinə cəlb edilmişdir. Halbuki bu xüsusatla bağlı mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, məhkəmə istintaqı zamanı da qeyd olunan xüsusat öz təsdiqini tapmamışdır. Belə olan halda zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilmiş özgənin əmlakını yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla qəsdən məhv etmə və ya zədələmə cinayəti özü-özlüyündə ictimai qaydanın pozulmasına yönəlmiş addım kimi qiymətləndirilə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə tövsif edilə bilməz. Məhkəmə yekun olaraq müvafiq qanunvericilik normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, hadisə zərərçəkmiş şəxsə qarşı formalaşmış intiqam hissinin nəticəsində baş vermişdir və onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibi mövcud deyildir. Eyni zamanda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinaytət əməlini törətdikdən sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; Həmin Məcəllənin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır; Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıra n halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüquq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından təqirləndirilən şəxsin əməlində cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə elan olunmuş ittihamla bağlı aşağıdakıları qeyd edir: İlk öncə qeyd olunmalıdır ki, məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsinin dəlilləri ilə razılaşmır. Çünki, məhkəmənin fikrincə Təqsirləndirilən şəxs bu xüsusatlarla bağlı verdiyi ifadələri, eləcə də bununla bağlı göstərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli və təqsirləndirilən şəxsin bu ifadəsi özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə onun verdiyi ifadəsinə hüquqi qiymət verərək, zərərçəkmiş şəxsin, şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini və digər sübutları qiymətləndirərək hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 186.2.2-ci maddəsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi iş materiallarında olan ekspertiza rəyi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla təkzib edilir və o, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəyi cəzadan yayınmağa çalışır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ibtidai istintaq və məhkəmədə verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs vəsatət verərək polis şöbəsində işgəncə, təzyiq və təsir altında ifadə verdiyini bildirmişdir. Məhkəmə bununla bağlı da qeyd edir ki, iş materiallarına əlavə edilmiş Zaqatala rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ona qarşı işgəncə və s. hallarla bağlı onun və qardaşının şikayəti əsasında araşdırılma aparılmış, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə dinlənilmiş, dəfələrlə ifadə vermiş, evi yandırmaqla bağlı etdiyi əməli etiraf etmiş, ona hər hansı işgəncə və təsir olması ilə bağlı nə vəkilinə, nə də ki digər orqanlara məlumat verməmişdir. Düzdür, onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən polis şöbəsində işgəncə və zorakılığa məruz qaldığını bildirmiş, daha sonra həbs müddətinin uzadılması barədə vəsatətə baxılarkən işgəncəyə məruz qalmasa da, qorxu altında ifadə verdiyini, bu barədə vəkilinə heç nə demədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı isə onun həqiqətən təzyiq və təsir altında ifadə verməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, hadisə olduqdan sonra Təqsirləndirilən şəxs APA TV adlı rəsmi səhifəyə verdiyi müsahibəsində 31 dekabr 2021-ci il tarixdə yaşadığı evi yandırdığını səmimi etiraf etmiş, həmin videogörüntülərdə isə onun təzyiq və ya təsir altında ifadə verməsi öz əksini tapmamışdır. Bundan başqa, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, polis əməkdaşının onu tutmaması və ondan qorxması üçün Samir ona yaxın gələn zaman əlindəki balta və bıçağı ataraq evə keçib dərhal evin zirzəmisinə düşüb orada olan plastik şüşədəki təxminən 2 litr benzini götürmüş və yaşadıqları evə giriş qapısından daxil olduqda üzbəüz yerləşən sayca birinci olan otağa həmin benzini töküb kibrit vasitəsilə alışdıraraq evi yandırıb evdən qaçmışdır. Həmçinin təqsirləndirilən şəxsin istinad etdiyi ilkin ekspert rəyi var ki, həmin rəydə göstərilmişdir ki, kül nümunələri üzərində tezalışan neft məhsullarına məxsus izlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bu xüsusatla da bağlı istintaq orqanında ifadə vermiş və göstərmişdir ki, evin yanmasının başladığı otaqdan kül nümunələri götürülmədiyi üçün tezalışan neft məhsulu olan benzinə məxsus izlər aşkar olunmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2022-ci il tarixli 10/326 nömrəli ekspert rəyindən də görünür ki, ünvan 1ində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evində baş vermiş yanğın mənbəyi, evə giriş qapısından daxil olduqda üzbəüz istiqamətdə yerləşən sayca birinci otağın daxilində, döşəmə səviyyəsində olmuşdur. Yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi yəni, kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri nəticəsində baş verməsi üçün xarakterikdir. Həmçinin ifadənin yerində yoxlanması zamanı da Təqsirləndirilən şəxs evin zirzəmisində olan 02 litr plastik qabdakı benzini götürərək evə giriş qapısından daxil olduqda üzbəüz yerləşən sayca birinci olan otağa benzin tökərək yaşadıqları evi yandırdığını bildirmişdir. Daha sonra təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs ifadələrində göstərmişlər ki, həmin yanan fərdi yaşayış evi qardaşının (zərərçəkmiş şəxsin) evi olmamış, onun öz evi olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, JN-135F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, yanmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X6, X9, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və X8 məxsusdur. Fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədləri olmasa belə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən şəxslərin həmin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüquqları vardır. Həmçinin evin yanmış otağı zərərçəkmiş Tərlan Gülməməmmədova məxsus olmuş, həmin otaqda o, yaşamışdır. Bu hal isə zərərçəkmiş şəxsin özünün həm ibtidai istintaq orqanı, həm də məhkəmə iclası zamanı verdiyi ifadələrində də öz əksini tapmışdır. Bundan başqa, zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həmin günü özü də içki qəbul etdiyindən baş verən hadisələri düzgün qiymətləndirə bilməmiş, evi qardaşının yandırmasını bildirmiş, həmin vaxt o, sərxoş olmuş, ona görə belə bir ifadə vermişdir, eyni zamanda DİN-nin 102 xidmətinə də sərxoş olduğu üçün qardaşının evi yandırması barədə məlumat vermişdir. Məhkəmə onun bu səpkidə verdiyi ifadəsini inandırıcı qəbul etmir. Hesab edir ki, zərərçəkmiş şəxsin qardaşına qarşı verdiyi ifadələrindən düzgün və səmimi vermiş olduğu ifadəsi onun ibtidai istintaq zamanı verdiyi ifadələri olmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı Zaqatala rayonu Mosul kəndində yerləşən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin birgə yaşadıqları fərdi yaşayış evinin elektrik naqillərində yaranmış qısa qapanma nəticəsində yanmasına dair verdikləri ifadələrinə də məhkəmə hüquqi qiymət verərək, şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini və digər sübutları qiymətləndirərək hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrində bu xüsusatlarla bağlı göstərdikləri iş materiallarında olan ekspertiza rəyləri, məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla təkzib edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 31 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində qardaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun hadisə yerinə, yəni Zaqatala rayonu Mosul kəndində yerləşən fərdi yaşayış evinə çağırdığı Zaqatala RPŞ İTB-nin polis nəfəri, polis baş serjantı Şahid1 Xalid oğlunun onu nizam-intizama dəvət edərək sakitləşdirməyə cəhd etməsindən bəhanə kimi istifadə edib, qardaşının faktiki sahibi olduğu fərdi yaşayış evinin giriş qapısından daxil olduqda üzbəüz yerləşən sayca birinci otağına evin zirzəmisindən götürdüyü tez alışan neft məhsulunu töküb kibrit vasitəsilə yandıraraq zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 12 000 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, cinayət işinə əlavə olunmuş ekspert rəyi və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs, 31 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində qardaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun hadisə yerinə, yəni Zaqatala rayonu Mosul kəndində yerləşən fərdi yaşayış evinə çağırdığı Zaqatala RPŞ İTB-nin polis nəfəri, polis baş serjantı Şahid1 Xalid oğlunun onu nizamintizama dəvət edərək sakitləşdirməyə cəhd etməsindən bəhanə kimi istifadə edib, yəni alkoqol sərxoşluğu vəziyyətində hər hansı əsaslı və ağlabatan səbəb olmadığı halda ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyəti ilə qardaşının faktiki sahibi olduğu həmin evin giriş qapısından daxil olduqda üzbəüz yerləşən sayca birinci otağına evin zirzəmisindən götürdüyü tez alışan neft məhsulunu töküb kibrit vasitəsilə yandıraraq zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 12 000 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs cinayəti ümumi təhlükəli üsulla törətməsini və cinayətin ağır nəticələrə səbəb olmasını cəzanı ağırlaşdıran hal kimi müəyyən etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Həmin Məcəllənin 186.2.2-ci maddəsində də cinayət tərkibinin əlaməti kimi cinayətin ümumi təhlükəli üsulla törədilməsi və ya ağır nəticələrə səbəb olması nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, eyni zamanda təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 62 və ya 70ci maddələrini tətbiq etməklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli tutulduğu 16 oktyabr 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs 16 iyun 2022ci il tarixdən 18 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, onun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. İş üzrə 210 (iki yüz on manat) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdən 18 iyun 2022-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla cəmi 02 (iki) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni 16 oktyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. İş üzrə 210 (iki yüz on manat) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar