Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-12/2024 09.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxx 1963-cü ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, məhkumluğu olmuş və ödənilmiş, sürücü işləyən, Balakən şəhəri Rəşid Behbudov küçəsi ev 24-də qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin binasında saat 15:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 01 dekabr 2023-cü il tarixdə, saat 11:50 radələrində Zaqatala şəhəri F.Əmirov küçəsində dayanmış, Balakən şəhəri Rəşid Behbudov küçəsi ev 24-də yaşayan Təqsirləndirilən şəxs məxsus “Mercedes Benz 208” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun salonunda sonuncu ilə övladı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, həmin mübahisə zamanı Təqsirləndirilən şəxs qisas almaq niyyəti ilə yumruqla bir dəfə zərbə endirməklə övladı Zərərçəkmiş şəxs sol gözaltı nahiyənin kəsilmiş yarası xarakterli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı iclasında dindirilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək təhqiqat zamanı verdiyi izahatını qismən təsdiq etdiyini bildirdi və izahatında göstərdi ki, o, 12-13 ildir ki, mikroavtobusu idarə edir və sərnişin daşıyır. Sözügedən mikroavtobusda oturan zaman Zərərçəkmiş şəxs demişdir ki, maşını qabağa versin. Həmid maşını qabağa verməmişdir. O da əsəbləşərək onu əli ilə itələmişdir. Bu zaman əli onun gözünə dəymiş və gözündəki eynəyi sınmışdır. O, oğluna qəsdən yumruq vurmamışdır, əli ilə oğlunun sifət nahiyəsindən itələmişdir. Oğlunu itələyən zaman oğlunun gözündəki eynək sınaraq gözaltı nahiyəsini kəsmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona vurduğu ziyanı ödəmişdir. Odur ki, barəsində başlanmış cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat zamanı verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun övladıdır. Onun “Mercedes Benz 208” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu vardır. O, 10 ildir həmin mikroavtobusla Zaqatala-Balakən rayonları arasında sərnişin daşıyır. Onun hal-hazırda 60 yaşı vardır. Təxminən bir ay olar ki, Həmid ondan sürücülük peşəsindən əl çəkməsini, sərnişin daşımamasını tələb edir və təxminən 15 gündür Həmid onunla işləyir. Həmid Zaqatala-Balakən rayonları arasında sərnişin daşıdığı zaman onun yanında olur və ona kömək edir. Həmid xx.xx.2023-cü il tarixdə onun idarə etdiyi “Mercedes Benz 208” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Balakən rayonundan Zaqatala şəhərinə gəlmişdir. O, təxminən saat 11:50 radələrində Zaqatala şəhərində Faiq Əmirov küçəsində sonuncu dayanacaqda sərnişinləri mikroavtobusdan düşürmüşdür. Həmid həmin vaxt ondan yaşlandığı üçün sürücülük peşəsindən əl çəkməsini, sərnişin daşımamasını istəmişdir. Həmid son bir ay ərzində mütəmadi olaraq ondan sürücülük peşəsindən əl çəkməsini, sərnişin daşımamasını istədiyi üçün o, həmin vaxt əsəbləşmiş və Həmidlə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, Həmidin sol göz nahiyəsinə yumruq vurmuşdur. Həmin vaxt Həmidin gözündə olan eynək qırılmış və eynəyin şüşəsi Həmidin sol gözaltı nahiyəsini kəsmişdir. Həmid həmin an mikroavtobusdan düşüb qaçmışdır. Sonra Həmidin onun barəsində şikayət etdiyini bilmişdir. O, izahatında mübahisənin Zaqatala şəhəri F.Əmirov küçəsində ona məxsus “Mercedes Benz 208” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun salonunda baş verdiyini, təxminən iki dəqiqə davam etdiyini, həmin vaxt mikroavtobusda sərnişin olmadığı üçün mübahisəni kənar şəxslərdən heç kimin görmədiyini, mübahisə zamanı Həmidin ona xəsarət və ya fiziki ağrı yetirmədiyini göstərmişdir. Onun heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs (şikayət vermiş şəxs) Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi izahatını təsdiq etdiyini bildirdi və izahatında göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atasının həm yaşlı, həm də xəstə olması ilə əlaqədar sərnişin daşımasını istəməmişdir. Ona görə də atası mikroavtobusu idarə edərkən o da onun yanında dayanmışdır ki, birdən maşın xarab olsa, nasazlıq olsa kömək edə bilsin. Artıq 1 aydan çoxdur ki, atasının yanında dayanıb atasına kömək edir. Hadisə baş verən günü o, atasına artıq yaşlandığı üçün işləməməsini, evdə oturmasını, istirahət etməsini demişdir. Atası sözündən əsəbləşərək üstünə gəlmiş və qəflətən yumruqla gözünə vurmuşdur. Həmin vaxt gözündəki eynək qırılaraq gözaltı nahiyəsini kəsmişdir. Əli ilə gözünə toxunanda əli qan olmuşdur. O, əlindəki qanı görüb qorxmuş və xəstəxanaya qaçmışdır. Sonra polis şöbəsinə hadisə barədə məlumat vermişdir. Atası ilə barışmışdır. Onu bağışlamışdır. Atası da səhvini başa düşmüşdür. Bir də belə hərəkət etməyəcək. Heç bir şikayəti və tələbi yoxdur. Atasının barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və X3 publik hüquqi şəxsin Zaqatala rayon şöbəsinin xx.xx.2023-ci il tarixli 428 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət: sol gözaltı nahiyəsində kəsilmiş yara iti kənara malik bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sınmış şüşə qəlpəsinin kəsməsi nəticəsində əmələ gələ bilərdi, özü tərəfindən yetirilməsi istisna olunur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəbə olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən Xalq Məhkəməsinin xx.xx.1996-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsi, 226-1 maddəsinin 1-ci hissəsi və 38-ci maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.1997-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 50-2 maddəsi ilə əməyə mütləq cəlb olnmaqla 1 il 11 ay 6 gün şərti azad edilmişdir. Balakən rayon İcra Hakimiyyəti Başçısının Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 04 dekabr 2023-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı şikayət ərizəsi daxil olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizanın rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurduğu ziyanı tamamilə ödədiyini bildirmiş və onun cinayət məsuliyyətindən azad edilərək barəsində başlanmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını bildirmiş və cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1-ci və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə aradan qaldırmışdır. Belə olan halda Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 358, 384 və 385-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №1(033)-12/2024
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-12/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver