Məhkəmə qərarları › İş №1(033)-13/2022

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-13/2022

18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-13/2022 18.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı оğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 Hüseyn qızının, Zərərçəkmiş şəxs9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: 05 avqust 1990-cı ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Zaqatala rayonu,Muğanlı kəndində qeydiyyatda olmaqla yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə, saat 15 radələrində ayıq vəziyyətdə özünə məxsus idarə etdiyi “Mercedes Benz 208D” markalı ** BK *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Zaqatala rayonu, Qandax kəndində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək ötmə əməliyyatını həyata keçirərkən eyni istiqamətdə qarşısında hərəkətdə olan Zərərçəkmiş şəxs9 idarə etdiyi İJ markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə toqquşaraq ehtiyatsızlıqdan mikroavtobusda olan sərnişinlər-X4 döş qəfəsinin arxa hissəsində böyük ölçülü sıyrıqlı qançır, sağ bazusunda qançır, İİİ-İV-V-Vİ qabırğaların onurğaya birləşən hissəsindən qapalı yerdəyişən sınıqları, sol tərəfdən Vİİ-Vİİİ-İX-X-Xİ-Xİİ, sağ tərəfdən İİİ-İV-V-Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, diafraqmanın, sağ böyrəyin və dalağın əzilib-cırılması, döş və qarın boşluqlarına kəskin qanaxma kimi həyatla bir araya sığmayan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə dalağın və sol böyrəyin əzilib-cırılması, daxilə qanitirmə, çoxlu qabırğaların sınığı nəticəsində ehtiyatsızlıqdan sonuncunun ölümünə, Zərərçəkmiş şəxs4 döş qəfəsinin sınığı, Vİ qabırğanın sınığı, travmatik hemopnevmotoraks, döş şöbəsinin qan damarlarının travması ilə nəticələnən, həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs5 saidin çoxsaylı açıq yaraları, qan damarlarının travması, körpücük sümüyünün sınığı, yuxarı ətraf qurşağı və bazunun çoxsaylı açıq yaraları ilə nəticələnən, həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs8 qapalı kəllə beyin travması, beyin silkələnməsi, sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs2 sol saidin əzilmiş-sıyrılmış-cırılmış yaraları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs6 sol qulaq və sol qaş nahiyəsinin əzilmiş-cırılmış yaraları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs3 bel nahiyəsinin yumşaq toxumasının əziyi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs7 döş qəfəsin və bazunun yumşaq tozumalarının əziyi ilə nəticələnən, ehtiyatsızlıqdan sonuncunun sağlamlığına zərər vurmağından dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsinə, motosikletin sürücüsü Zərərçəkmiş şəxs9 kürək və bel nahiyələrində, sağ dirsək oynağında, sağ sağrısında və sol diz oynağında sıyrılmış yara izləri ilə nəticələnən, ehtiyatsızlıqdan sonuncunun sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsinə və Zərərçəkmiş şəxs9 məxsus “İJ” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletə 600 (altı yüz) manat məbləğində maddi ziyan vurulmasına, motosikletdə olan sərnişin Zərərçəkmiş şəxs1 travmatik şokla müşayiət olunan ağır qapalı kəllə beyin travması, sol gicgah və sağ almacıq sümüklərinin sınığı, baş beynin alın payının əzilməsi, sağ bud sümüyünün posttravmatik çıxığı, sol bud sümüyünün yuxarı 1/3nin yerdəyişən sınığı, sağ sirkə kisəsinin və hər iki topuğun yerdəyişməyən sınıqları, neyrogen mənşəli sidik saxlaya bilməyən sidik kisəsi, təpə nahiyəsində əzilmiş, sol bazusunda, sol saidində, sol dirsək oynağında və sağ baldırında sıyrılmış yaraları ilə nəticələnən, həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, fərdi əmək kimi özünə məxsus Mercedes D208 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücülük edirmiş, o, 3-4 gün ara ilə Muğanlı, Faldarlı və Qandax kənd sakinlərini işləmək üçün Şəki və Qax rayonu ərazisində yerləşən tütün sahəsinə aparmışdır. Onun BCD kateqoriyalı sürücülük vəsiqəsi olmuş, o, sürücülük vəsiqəsini 2015-ci ildən almışdır. 23 iyun 2021-ci il tarixdə saat 15 radələrində o, idarə etdiyi avtomobil ilə Əliabad qəsəbəsindən gələrək üzü Qandax kəndi istiqamətində hərəkət etmişdir. O, təxminən 60-70 km/saat sürətlə avtomobili idarə etmişdir. Ondan başqa avtomobildə 10 nəfər sərnişin olmuş, ondan təxminən 30-40 metr aralıda motosiklet hərəkət etmişdir. Motosikletdə 2 nəfər olmuşdur. O, əks istiqmətdən avtomobil gəlmədiyini görüb yavaş hərəkət edən motosikleti ötüb keçmək istəmişdir. O, motosikletə 30 metr qalmış sola dönmə işığını yandırmış və yolun digər zolağına keçmişdir. O, təxminən 20-30 metr məsafədən motosikletə siqnal verməyə başlamış, siqnal verməkdə məqsədi motosikletin sürücüsünü ötmək istəməsi barədə xəbərdar etmək olmuşdur. O, motosikletə çatmağa az məsafə qalmış da bir neçə dəfə siqnal vermişdir. O, motosikletin arxa təkərinə çatanda qəflətən motosikletin sürücüsü onun hərəkət etdiyi zolağa doğru hərəkət etmişdir. O, toqquşmamaq üçün avtomobili biraz da sola çəkmiş, lakin onun idarə etdiyi avtomobilin qabaq sağ təkəri ilə motosiklet toqquşmuşdur. Sola çəkəcəyi halda yoldan çıxacağı üçün avtomobili sağ tərəfə doğru hərəkət etdirərək öz yoluna qayıtmaq istəmişdir. Ancaq avtomobil iki təkər üstünə qalxaraq aşmış və sürüşərək yolun kənarında olan ağaca çırpılmışdır. O, qabaq sərnişin qapısını açaraq düşmüş, motosikletdə olan sürücü və sərnişin xəsarət almışdır. Motosiklet yolun kənarında kolluğa çırpılmışdır. O, arxa qapını açmış və yaralanmayan iki nəfər kişi sərnişin ilə bir-bir sərnişinləri düşürmüşdür. O, 102 xidmətinə zəng edərək məlumat vermiş, hadisə yerinə tez bir zamanda təcili tibbi yardım avtomobilləri gəlmiş və sərnişinləri xəstəxanaya aparmışdır. Hadisə yerində bir nəfər ölmüş qadın sərnişin qalmış, onu avtomobildən düşürəndə artıq həmin sərnişin ölmüşdür. Onun da sol qolu kəsildiyi üçün sonuncu təcili tibbi yardım avtomobilinə minərək xəstəxanaya getmişdir. O, əlavə olaraq ifadəsində göstərdi ki, həmin vaxt o, avtomobili təxminən 60-70 km/saat sürətlə sürmüş, onun idarə etdiyi avtomobilin texniki vəziyyəti saz vəziyyətdə olmuşdur. Ötmə əməliyyatını həyata keçirməzdən əvvəl idarə etdiyi avtomobillə qarşıda hərəkət edən motosiklet arasında təxminən 30-40 metr məsafə olmuşdur. Təxminən 2-3 metr qalmış motosiklet onun qarşısına çıxmış, onun sürəti motosikletdən yüksək olduğu üçün idarə etdiyi avtomobilin qabaq sağ təkəri motosikletlə toqquşmuşdur. Hadisə hərəkət istiqamətinə uyğun olaraq əks istiqamət hərəkət zolağında baş vermişdir. Ötmə əməliyyatını həyata keçirməsi ilə bağlı xəbərdar etmək üçün təxminən 30 metr məsafə olan zaman motosikletə xəbərdar etmək üçün siqnal verməyə başlamışdır. Motosiklet hadisədən əvvəl öz hərəkət zolağı ilə hərəkət etmişdir. Motosiklet təxminən 2-3 metr qalmış onun qarşısına çıxmışdır. O da biraz sola tərəf hərəkət edib hadisədən yayınaraq ötmək istəmişdir. Etdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin dəfn xərclərinin ödənilməsində onun hüquqi varisinə köməklik etmişdir. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, X5 onun anasıdır. Onun atası X7 2016-cı ildə rəhmətə getmişdir. O, evin tək uşağıdır. Onun qardaş və bacısı yoxdur. X11 heç bir xroniki xəstəlikdən əziyyət çəkməmiş və cərrahiyə əməliyyatı olmamışdır. Zöhrə Cəbiyeva iş düşdükcə müxtəlif bağ sahələrində işləmək üçün kənd sakinləri ilə birlikdə sahələrə getmişdir. Kənd sakinləri bağ sahələrinə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı avtomobil ilə getmişlər. 23.06.2021-ci il tarixdə səhər saatlarında X11 kənd sakinləri ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Qax rayonuna işləməyə getmişdir. Həmin gün saat 15 radələrində kənd sakinləri onunla əlaqə saxlayaraq Rəvanın idarə etdiyi avtomobilin kəndlərində yaşayan Vasif adlı şəxsin idarə etdiyi motosikletlə toqquşaraq ağaca çırpılmasını, hadisə nəticəsində sərnişinlərin yaralanmasını, X11nın isə ölməsini demişlər. Təqsirləndirilən şəxsla barışaraq onu bağışlamışdır, ona ağır cəza verilməsini istəmir, təqsirləndirilən şəxs ona vurulan ziyanı tam ödəmişdir. Ondan hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 23 iyun 2021-ci il tarixdə Qax rayonu ərazisində yerləşən əkin sahəsində işləri başa çatdıqdan sonra o, Muğanlı kəndindən və digər ətraf kəndlərdən olan sakinlərlə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə minmişdir. O, həmin avtomobildə sükanın arxasında yerləşən sırada 2-ci cərgədə, pəncərənin yanında yerləşən oturacaqda əyləşmişdir. O, yorğun olduğu üçün gözlərini yummuş və həmin əsnada yorğunluqdan yatmışdır. O, yatdığı zaman sərnişinlərin səs-küy saldığı və avtomobilin titrədiyi üçün qəflətən ayılmışdır. O, ayılan zaman avtomobilin aşmasını görmüş, avtomobil aşdıqdan sonra sürüşərək ağaca çırpılmışdır. Bundan sonra yaralandığı üçün avtomobildən hərəkət edərək çölə çıxa bilməmiş, sürücü Rəvan avtomobildə olan xəsarət almamış sərnişinlərlə köməkləşərək onu avtomobilin içərisindən çıxarmışlar. Həmin vaxt avtomobilin motosikletlə toqquşması ona məlum olmuş, motosiklet yolun kənarında kolluğa çırpılmışdır. Bundan bir müddət sonra təcili tibbi yardım avtomobili gələrək onu və digər xəsarət almış şərnişinləri xəstəxanaya gətirmişdir. O, əlavə olaraq ifadəsində göstərdi ki, o, yatdığı üçün hadisənin necə olmasını görməmiş, ancaq hadisəni görmüş sərnişinlər Rəvanın idarə etdiyi avtomobillə motosikleti keçmək istəyən zaman motosikletin avtomobilin qarşısına keçdiyi üçün hadisə baş verməsini demişlər. Onun sinə nahiyəsi əzilmiş və bədəninin bir neçə yerində ağrılar olmuşdur. Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tam ödənildiyindən ondan şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 23.06.2021-ci il tarixdə Qax rayonu ərazisində yerləşən əkin sahəsində işləri başa çatdıqdan sonra o, Muğanlı kəndindən və digər ətraf kəndlərdən olan sakinlərlə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə minmişdir. O, həmin avtomobildə sükanın arxasında yerləşən sırada 3-cü cərgədə, 1-ci oturacaqda əyləşmişdir. Həmin avtomobil ilə üzü Qandax kəndi istiqamətində hərəkət etmiş, Rəvan avtomobili normal sürətlə idarə etmişdir. Onlar Qandax kəndi istiqamətində hərəkət etmişlər. O, bir nəfər sərnişin qadınla söhbət etdiyi üçün yola baxmamışdır. Rəvan avtomobili sol tərəfə sürmüş və biraz sürətini artırmışdır. Rəvanın bir neçə dəfə siqnal verməsini eşitmiş, o, yola baxan zaman Rəvanın yanından ötüb keçmək istədiyi motosikletin qəflətən sola tərəf hərəkət etməsini görmüşdür. Motosiklet Rəvanın idarə etdiyi avtomobilin qarşısına çıxmış, Rəvan tormoz versə də, avtomobil motosikletin arxa hissəsi ilə toqquşmuşdur. Rəvan nə qədər çalışsa da, avtomobilin hərəkətini nizamlaya bilməmiş, avtomobil aşaraq sürüşüb yolun kənarında olan ağaca çırpılmışdır. Bundan sonra yaralandığı üçün avtomobildən hərəkət edərək çölə çıxa bilməmiş, sürücü Rəvan və sərnişin Vəli köməkləşərək onu avtomobilin içərisindən çıxarmışlar. Motosiklet yolun kənarında kolluğa çırpılmış, bundan bir müddət sonra təcili tibbi yardım avtomobili gələrək onu və digər xəsarət almış şərnişinləri xəstəxanaya gətirmişdir. O, əlavə olaraq ifadəsində göstərdi ki, Rəvan motosikleti ötmək üçün yolun sol tərəfinə sürmüş, bir neçə dəfə siqnal vermişdir. O, yola baxan zaman Rəvanın motosikleti ötüb keçmək istəyən zaman motosikletin onun qarşısına doğru hərəkət etməsini və Rəvanın tormoz versə də, motosikleti arxa hissəsindən vurmasını görmüşdür. O, yola baxan zaman artıq motosiklet Rəvanın qarşısına doğru hərəkət etmiş, buna görə də neçə metr məsafədən motosikletin avtomobilin qabağına çıxmasını dəqiq deyə bilməmişdir. Amma Rəvan əvvəlcədən də bir neçə dəfə siqnal vermişdir. O, döş qəfəsindən xəsarət almışdır. Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tam ödənildiyindən ondan şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 23.06.2021-ci il tarixdə Qax rayonu ərazisində yerləşən əkin sahəsində işləri başa çatdıqdan sonra o, Muğanlı kəndindən və digər ətraf kəndlərdən olan sakinlərlə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə minmişdir. O, həmin avtomobildə sükanın arxasında yerləşən sırada 3-cü cərgədə, pəncərənin yanında yerləşən oturacaqda əyləşmişdir. Həmin avtomobil ilə üzü Qandax kəndi istiqamətində hərəkət etmiş, buna görə də o, avtomobilin qarşısını görməmiş və pəncərədən çölə baxmışdır. Təqsirləndirilən şəxs avtomobili normal sürətlə idarə etmiş, Rəvan yolun sol tərəfinə keçərək sürətini artırmağa başlamış, Rəvanın bir neçə dəfə siqnal verməsini eşitmiş, həmin vaxt qəflətən avtomobilin qabaq hissəsindən tappıltı səsi gəlmiş və avtomobil titrəməyə başlamışdır. Avtomobil təkəri üzərinə qalxmış və yanıüstə aşmışdır. Avtomobil aşdıqdan sonra sürüşərək ağaca çırpılmış, bundan sonra yaralandığı üçün avtomobildən hərəkət edərək çölə çıxa bilməmişdir. Sürücü Rəvan avtomobildə olan xəsarət almamış sərnişinlərlə köməkləşərək onu avtomobilin içərisindən çıxarmışdır. Həmin vaxt avtomobilin motosikletlə toqquşması ona məlum olmuş, motosiklet yolun kənarında kolluğa çırpılmışdır. Bundan bir müddət sonra təcili tibbi yardım avtomobili gələrək onu və digər xəsarət almış şərnişinləri xəstəxanaya gətirmişdir. O, əlavə olaraq ifadəsində göstərdi ki, o, yolu görmədiyi üçün hadisənin baş verməsinin dəqiq səbəbini bilməmiş, hadisəni görənlərin deməsinə görə hadisənin baş verməsinə səbəb Rəvan idarə etdiyi avtomobillə motosikleti ötüb keçmək istəyən zaman motosikletin onun qarşısına çıxması olmuşdur. O, baş nahiyəsindən və döş qəfəsindən xəsarət almışdır. Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tam ödənildiyindən ondan şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 23.06.2021-ci il tarixdə Qax rayonu ərazisində yerləşən əkin sahəsində işləri başa çatdıqdan sonra o, Qandax kəndindən və digər ətraf kəndlərdən olan sakinlərlə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə minmişdir. O, həmin avtomobildə sükanın arxasında yerləşən sırada 2-ci cərgədə 1-ci oturacaqda əyləşmişdir. Həmin avtomobil ilə üzü Qandax kəndi istiqamətində hərəkət etmişlər, o, qabaqda motosiklet getməsini görmüşdür. Təqsirləndirilən şəxs avtomobili normal sürətlə idarə etmiş, Rəvan arxadan motosikletə yaxınlaşdıqca o, motosiklet sürücüsünün ancaq başını görmüşdür. Rəvan yolun sol tərəfinə keçərək sürətini artırmağa başlamış, Rəvanın bir neçə dəfə siqnal verməsini eşitmişdir. Rəvan motosikletin yanına çatan zaman avtomobilin qabaq hissəsindən tappıltı səsi gəlmiş və avtomobil titrəməyə başlamışdır. Rəvan avtomobili sola tərəf döndərmək istəsə də, avtomobil təkəri üzərinə qalxmış və yanıüstə aşmışdır. Avtomobil aşdıqdan sonra sürüşərək ağaca çırpılmışdır. Bundan sonra yaralandığı üçün avtomobildən hərəkət edərək çölə çıxa bilməmişdir. Sürücü Rəvan avtomobildə olan xəsarət almamış sərnişinlərlə köməkləşərək onu avtomobilin içərisindən çıxarmışlar. Həmin vaxt avtomobilin motosikletlə toqquşması ona məlum olmuşdur. Motosiklet yolun kənarında kolluğa çırpılmışdır. Bundan bir müddət sonra təcili tibbi yardım avtomobili gələrək onu və digər xəsarət almış şərnişinləri xəstəxanaya gətirmişdir. O, əlavə olaraq ifadəsində göstərdi ki, Rəvan idarə etdiyi avtomobillə motosikletə yaxınlaşdıqca o, artıq motosikleti tam olaraq görə bilməmişdir. Rəvan sola tərəf sürərək motosikleti keçmək istədiyi zaman da bir neçə dəfə siqnal vermişdir. Motosikletə çatdığı zaman da siqnal vermiş, həmin vaxt qabaq sağ tərəfdən tappıltı səsi gəlmiş və Rəvan sola tərəf çəksə də, avtomobilin hərəkətini düzəldə bilməmişdir. O, sol said nahiyəsindən xəsarət almışdır. Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tam ödənildiyindən ondan şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 23.06.2021-ci il tarixdə Qax rayonu ərazisində yerləşən əkin sahəsində işləri başa çatdıqdan sonra o, Qandax kəndindən və digər ətraf kəndlərdən olan sakinlərlə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə minmişdir. Hadisə baş verən zaman başı zərbəyə məruz qaldığı üçün baş verənləri, hadisədən əvvəl və hadisə baş verən zaman nə olub bitməsini xatırlamamışdır. O, gözünü açan zaman xəstəxanada olmuşdur. O, əlavə olaraq ifadəsində göstərdi ki, hadisə barədə heç bir şey xatırlamamışdır. Hadisəni görənlər Rəvanın idarə etdiyi avtomobillə motosikleti keçmək istəyən zaman motosikletlə toqquşmasını demişlər. O, sol qulaq və sol qaş nahiyəsindən xəsarət almışdır. Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tam ödənildiyindən ondan şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, 23.06.2021-ci il tarixdə Qax rayonu ərazisində yerləşən əkin sahəsində işləri başa çatdıqdan sonra o, Muğanlı kəndindən və digər ətraf kəndlərdən olan sakinlərlə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə minmiş, o, həmin avtomobildə sükanın arxasında yerləşən sırada 4-cü cərgədə, pəncərənin yanında yerləşən oturacaqda əyləşmişdir. 23.06.2021-ci il tarixdə həmin avtomobil ilə üzü Qandax kəndi istiqamətində hərəkət etmişlər. O, pəncərə tərəfdə oturduğu və qarşısında da sərnişinlər əyləşdiyi üçün yolu görə bilməmişdir. Rəvan normal sürətlə avtomobili idarə etmiş, Rəvan yolun sol tərəfinə çıxaraq sürətini artırmağa başlamış, Rəvanın bir neçə dəfə siqnal verməsini eşitmişdir. Avtomobilin qabaq hissəsindən tappıltı səsi gəlmiş və Rəvanın idarə etdiyi avtomobil qəflətən o, əyləşdiyi tərəfi üstə aşmağa başlamışdır. Avtomobilin şüşələri qırılaraq onun üzərinə tökülmüşdür. Həmin vaxt o, qorxudan huşunu itirmişdir. Bundan sonra baş verənlər onun yadında olmamış və gözünü açanda xəstəxanada olmuşdur. O, əlavə olaraq ifadəsində göstərdi ki, o, qabaq tərəfi görə bilmədiyi üçün hadisənin baş vermə səbəbini dəqiq bilməmişdir. Ancaq hadisəni görənlər Rəvanın qarşısına keçən motosikletlə toqquşmasını bildirmişlər. O, bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tam ödənildiyindən ondan şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, atası Zərərçəkmiş şəxs9 özünə məxsus motosikleti olmuş, o, atası ilə birlikdə səyyar olaraq meyvə və tərəvəz satmışdır. 23.06.2021-ci il tarixdə saat 15 radələrində atası ilə birlikdə yaşadıqları Qandax kəndinə getmişdir. Atası motosikleti idarə etmiş, o isə arxa oturacaqda əyləşmişdir. Atası motosikleti yolun sağ tərəfi ilə öz hərəkət zolağında sürmüşdür. Motosikletin güzgüsündən baxanda arxalarından Mercedes markalı marşrutun gəlməsi görünmüşdür. Atası motosikleti təxminən 30-40 km/saat sürətlə sürmüşdür. O, bundan sonra baş verənləri xatırlamamışdır. Bir neçə gün huşunu itirmiş, gözünü açanda isə xəstəxanada olmuşdur. O, əlavə olaraq ifadəsində göstərdi ki, o, hadisənin necə baş verməsini xatırlamamışdır. O, bədəninin bütün nahiyələrindən xəsarət almışdır. Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tam ödənildiyindən ondan şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, qarşılarında təxminən 30 metrdən çox məsafə aralıda motosiklet hərəkət etmiş, motosiklet sürücüsü motosikleti normal idarə edə bilməmişdir. Bir neçə dəfə öz yolundan çıxaraq digər yola keçib qayıtmışdır. O, Rəvana bir neçə dəfə avtomobili ehtiyatlı sürməsini də demişdir. Rəvan avtomobilin sürətini artıraraq motosikleti ötmək istəmişdir. Buna görə də, avtomobili sol tərəfə sürərək digər yola çıxmış, həmin vaxt motosiklet yolun ortasına doğru yəni Rəvanın avtomobili idarə etdiyi tərəfə doğru hərəkət etmiş və yolun ortası ilə hərəkət etməyə davam etmişdir. Motosiklet gah Rəvanın avtomobili sürdüyü yola, gah digər yola tərəf gedib gəlmişdir. Təxminən 20-30 metr məsafədən Rəvan öz yoluna yəni, sağ tərəfə doğru getməsi üçün motosikletə siqnal verməyə başlamış, ancaq motosiklet öz yoluna qayıtmamış və bir neçə dəfə ilanvari hərəkət edərək manevr etmişdir. Rəvan bir neçə dəfə tormoz verərək sürətini yavaşlatsa da, motosiklet yolun ortası ilə hərəkət etməyə davam etmişdir. Rəvan motosikletin yanına yaxınlaşmış, Rəvan motosikletin yanına çatanda təxminən 10 metr məsafədən bir neçə dəfə də siqnal vermişdir. Lakin motosiklet Rəvanın qarşısına doğru hərəkət etməyə başlamışdır. Rəvan avtomobilə tormoz verib sola tərəf getsə də avtomobilin qabaq sağ tərəfi motosikletin arxası ilə toqquşmuşdur. Həmin vaxt Rəvan nə qədər etsə də, avtomobili yola tərəf düzəldə bilməmiş və avtomobil təkəri üstə qalxıb sol tərəfi üstə aşmışdır. Avtomobil sürüşərək yolun kənarında ağaca çırpılmış, o, avtomobildən özü düşmüşdür. Rəvan və Vəli ilə birlikdə köməkləşərək sərnişinləri düşürmüş, motosiklet də yoldan çıxaraq kolluğa çırpılmış, motosikletdə olan sürücü və sərnişin xəsarət almışdır. Daha sonra Rəvan 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, əlavə olaraq ifadəsində göstərdi ki, Rəvan idarə etdiyi avtomobil ilə motosikleti ötüb keçən zaman təxminən 10 metr məsafə qalmış motosiklet qəflətən sola tərəf, yəni qarşılarına doğru hərəkət etmiş və Rəvanın idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Təxminən 30 metrdən çox məsafə qalmış Rəvan motosikleti ötmək üçün digər yola çıxmış, həmin vaxt motosiklet də yolun ortasına doğru hərəkət etmiş və yolda ilanvari bir neçə dəfə manevr etmişdir. Rəvan təxminən 20-30 metr məsafə qalmış motosikletə öz yoluna qayıtması üçün bir neçə dəfə siqnal versə də, motosikleti yolun ortası ilə sürmüşdür. Rəvan bir neçə dəfə tormoz verib sürətini yavaşlatsa da, motosiklet öz yoluna qayıtmamışdır. Təxminən 10 metr məsafə qalmış Rəvan bir neçə dəfə siqnal verib sol tərəfə avtomobili sürmüşdür. Ancaq motosiklet qarşılarına doğru hərəkət etmiş və Rəvan da motosikleti ötməyə davam etmişdir. Rəvan çatmağa az qalmış tormoz versə də, avtomobili saxlaya bilməmiş və motosikleti vurmuşdur. Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tam ödənildiyindən ondan şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, o, özünə məxsus İJ markalı dövlət qeydiyyat nişanı olmayan motosiklet ilə kəndləri gəzərək meyvə və ərzaq satmışdır. Onun sürücülük vəsiqəsi olmamış, İJ markalı motosikleti bir ildir ki, sürmüşdür. 23.06.2021-ci il tarixdə saat 15 radələrində o, idarə etdiyi motosikletlə üzü Zaqatala rayonu, Qandax kəndi istiqamətində hərəkət etmişdir. Onun idarə etdiyi motosikletin arxa oturacağında oğlu Adəm əyləşmişdir. O, təxminən 30-40 km/ saat sürətlə motosikleti idarə etmiş, güzgüdən baxanda onun arxa tərəfindən təxminən 20-30 metr aralıdan Mercedes markalı marşrutun gəlməsini görmüşdür. Həmin avtomobil yüksək sürətlə onun idarə etdiyi motosikletin arxa hissəsinə yaxınlaşmışdır. Həmin avtomobilin onu sol tərəfindən ötüb keçəcəyini zənn etmişdir. Ancaq həmin avtomobil gəldiyi sürətlə onun olduğu hərəkət zolağında idarə etdiyi motosikletin arxa hissəsindən vurmuşdur. O, motosikletin idarə etməsini itirmiş və yoldan kənara çıxmışdır. O, motosikletdən yıxılmış, motosiklet də yolun kənarında olan kolluq sahəyə çırpılmışdır. Oğlu Adəm də yolun kənarına yıxılmışdır. O, həmin andan sonra baş verənləri xatırlamamış, gözünü açanda xəstəxanada olmuşdur. O, əlavə olaraq ifadəsində göstərdi ki, o, belindən, dirsəyindən və diz nahiyəsindən xəsarət almışdır. Ona motosikletin zədələnməsi nəticəsində 600 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tam ödənildiyindən ondan şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, qarşılarında təxminən 30 metrdən çox məsafə aralıda motosiklet hərəkət etmişdir. Rəvan avtomobilin sürətini artıraraq motosikleti ötmək istəmiş, buna görə də avtomobili sol tərəfə sürərək digər yola çıxmışdır. Həmin vaxt motosiklet yolun ortasına doğru yəni Rəvanın avtomobili idarə etdiyi tərəfə doğru hərəkət etmiş və yolun ortası ilə hərəkət etməyə davam etmişdir. Təxminən 20-30 metr məsafədən Rəvan motosikletə siqnal verməyə başlamış, ancaq motosiklet öz yoluna qayıtmamışdır. Rəvan bir neçə dəfə tormoz verərək sürətini yavaşlatsa da, motosiklet yolun ortası ilə hərəkət etməyə davam etmişdir. Rəvan motosikletin yanına yaxınlaşmış, Rəvan motosikletin yanına çatanda təxminən 10 metr məsafədən bir neçə dəfə də siqnal vermiş, lakin motosiklet Rəvanın qarşısına doğru hərəkət etməyə başlamışdır. Rəvan avtomobilə tormoz verib sola tərəf getsə də avtomobilin qabaq sağ tərəfi motosikletin arxası ilə toqquşmuşdur. Həmin vaxt Rəvan nə qədər etsə də, avtomobili yola tərəf düzəldə bilməmiş və avtomobil təkəri üstə qalxıb sol tərəfi üstə aşmışdır. Avtomobil sürüşərək yolun kənarında ağaca çırpılmışdır. O, əlavə olaraq ifadəsində göstərdi ki, Rəvan idarə etdiyi avtomobil ilə motosikleti ötüb keçən zaman təxminən 10 metr məsafə qalmış motosiklet qəflətən sola tərəf, yəni qarşılarına doğru hərəkət etmiş və Rəvanın idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Təxminən 30 metrdən çox məsafə qalmış Rəvan motosikleti ötmək üçün digər yola çıxmış, həmin vaxt motosiklet də yolun ortasına doğru hərəkət etmişdir. Rəvan təxminən 20-30 metr məsafə qalmış motosikletə öz yoluna qayıtması üçün bir neçə dəfə siqnal versə də, motosiklet yolun ortası ilə sürmüşdür. Rəvan bir neçə dəfə tormoz verib sürətini yavaşlatsa da, motosiklet öz yoluna qayıtmamışdır. Təxminən 10 metr məsafə qalmış Rəvan bir neçə dəfə siqnal verib sola tərəf avtomobili sürmüş, motosiklet qarşılarına doğru hərəkət etsə də, Rəvan da motosikleti ötməyə davam etmişdir. Rəvan çatmağa az qalmış tormoz versə də, avtomobili saxlaya bilməmiş və motosikleti vurmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, 23.06.2021-ci il tarixdə saat 15 radələrində Rəvanın idarə etdiyi Mervedes markalı avtomobildə ən arxa oturacaqda əyləşmiş və yatmışdır. Avtomobil aşan zaman ayılmış və avtomobil sürüşərək ağaca çırpılıb dayanmışdır. O, yatdığı üçün avtomobil aşmazdan əvvəl nə baş verməsini xatırlamamışdır. Hadisə nəricəsində xəsarət almamışdır. O, Rəvanla köməkləşərək yaralıları çıxarmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, DİO-da və tutduğu vəzifədə 2013-cü ildən xidmət edir. 23.06.2021-ci il tarixdə saat 15 radələrində Zaqatala rayonu Əliabad-Qandax yolu istiqamətində avtopatrulda xidmət yoldaşı Şahid4 ilə xidmətdə olan zaman operatordan Əliabad-Qandax yolunun Zaqatala rayonu, Qandax kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi, marşrutla motosikletin toqquşması bildirilmişdir. O, xidmət yoldaşı ilə birlikdə BMW markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə gedən zaman Mercedes markalı mikroavtobusun aşaraq ağaca çırpılmasını, motosikletin isə yolun kənarında olan kolluğa çırpılmasını görmüşdür. Tərəflərindən hadisə yerinə müdaxilə olmaması üçün hadisənin baş verdiyi yol bağlanmışdır. Mercedes markalı mikroavtobusun sürücüsü və həmin mikroavtobusda olan şərnişinlər yaralandıqları üçün təcili tibbi yardım avtomobili tərəfindən xəstəxanaya aparılmışdır. Motosiklet sürücüsü və motosikletdə olan sərnişin də yaralandığı üçün təcili tibbi yardım avtomobili tərəfindən xəstəxanaya aparılmışdır. Daha sonra müstəntiq tərəfindən hadisə yeri müayinə olunmuşdur. Hadisə yerində hərəkət istiqamətinə uyğun olaraq əks istiqamət hərəkət zolağında Mercedes markalı mikroavtobusa aid tormoz izləri olmuşdur. Həmçinin hadisə yerində motosikletə aid əks istiqamət hərəkət zolağından başlayaraq qövsvari formada uzanan tormoz izləri olmuşdur. Bundan başqa asfalt yol üzərində çat izləri müşahidə edilmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolu imzalarla təsdiq etmişlər. Daha sonra Mercedes markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin və motosikletin DYPB-in müvəqqəti saxlama duracağına aparılması tərəflərindən təmin edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xususatları öz ifadəsində təsdiq etdi. İş materiallarına əlavə edilmiş 23.06.2021-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolu və əlavə edilmiş sxemə əsasən müəyyən edilmişdir ki, baxış aydın havada Faldarlı kəndindən Qandax kəndi istiqamətində keçirilmişdir. Yolnəqliyyat hadisəsinin yeri Faldarlı kəndindən Qandax kəndinə gedən əsas yolda yerləşir. Yolun hərəkət hissəsi düz. Yol örtüyü asfaltbeton. Yol örtüyü quru. Yol örtüyünün eni 7 metrdir. Hərəkət zolaqlarının sayı iki, hərəkət hissəsinin eni 3,5 x 3,5 metrdir. Hərəkət hissədə nişanlanma xətti yoxdur. Hərəkət hissəyə birləşir: sağdan eni 1,45 metr olan yol çiyini, soldan eni 1,45 m olan yol çiyini, Sonra sağdan və soldan meşə zolağı. Hərəkətin nizamlanma üsulu yol nişanları zonası. Yol nişanları zonası yolda hərəkət sürəti 60 km/saatda. Yol işıqlandırılmır. Toqquşma yeri yolun kənarından 2,10 metr məsafədə yerləşir. Toqquşma yeri nəqliyyat vasitələrinin hərəkəti istiqamətinə uyğun olaraq əks istiqamətdə baş vermiş. Toqquşan nəqliyyat vasitələrinin sayı 2. Toqquşan nəqliyyat vasitələrinin hadisədən əvvəlki hərəkət istiqamətləri: Toqquşan nəqliyyat vasitələri eyni istiqamətdə hərəkət etmişdir. Mercedes markalı avtomobil ötmə əməliyyatı həyata keçirən zaman toqquşma baş vermişdir. Hadisə yerində nəqliyyat vasitələrinin vəziyyəti Mercedes markalı avtomobil yolun çiynindən sonra olan ağaca çırpılıb aşmış vəziyyətdə yanmışdır. Motosiklet yolun çiynindən sonra olan kolluğa çırpılıb dayanmışdır. Avtomobil və motosiklet arasında 6,80 metr məsafə vardır. Mercedes markalı avtomobil toqquşma yerindən 40-50 metr sürüşərək ağaca çırpılmışdır. Motosiklet toqquşma yerindən 34,63 metr aralıqda kola çırpılmışdır. Tormozlama izləri hadisə yerində əks istiqamət hərəkət zolağında 4,30 metr uzunluğunda tormoz izi vardır. Həmin iz Mercedes markalı avtomobilə məxsusdur. Həmin izlər bitdikdən sonra motosikletə məxus 31,70 metr uzunluğunda qövsvari izlər vardır. Nəqliyyat vasitələrinin ətrafdakı əşyalara toxunma izləri motosikletin tormoz izindən 2,85 metr məsafədə asasfaltda çat izi vardır. Meyitin nəqliyyat vasitəsi salonunda yerləşməsi hadisə yerində meyit avtomobildən düşürülərək yolun çiyin hissəsinə qoyulmuşdur. Xüsusi qeydlər: hadisə yerində meyit avtomobildən düşürülərək kənara qoyulmuşdur. İştirakçıların o cümlədən sürücülərin baxış protokolunun tərtibi, habelə nəqliyyat vasitələrinin nasazlığı haqda ərizə və qeydləri daxil olmamışdır. Baxış 23 iyun 2021-ci il tarixdə saat 16:10-da başlamış və 23 iyun 2021-ci il tarixdə saat 17:50-də qurtarmışdır. İş materiallarına əlavə edilmiş 23 iyun 2021-ci il tarixli 181 nömrəli sərxoşluq vəziyyətinin müayinəsi aktı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi baş verən zaman ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhələnilən şəxsin tutulması haqqında 24 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24.06.2021-ci il tarixdə saat 00:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 24 iyun 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 24 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilmə barədə qərardan görünür ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs saxlandığı Zaqatala RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Zaqatala RİHB-nın Muğanlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan 29.06.2021-ci il tarixli DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 12 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs göstərməsi ilə Zaqatala rayonu, Qandax kəndi ərazisindən keçən əsas yola gəlmişlər. Təqsirləndirilən şəxs göstərməsi ilə müəyyən edilmişdir ki, hadisə əks istiqamət hərəkət zolağında yolun kənarından 2.10 metr məsafədə baş vermişdir. Hadisə baş verməmişdən əvvəl Təqsirləndirilən şəxs motosikletin qarşısına keçməsini gördüyü üçün dərhal tormoz əyləcinə basmışdır. Hadisə yerində iki tərəfli 4.30 metr tormozlama izi vardır. Təqsirləndirilən şəxs tormozlama izlərinin sonunda motosiklet ilə toqquşmuşdur. Tormozlama izlərinin bitdiyi nöqtədən 31.70 metr uzunluğunda Vasif Əsgərovun idarə etdiyi motosikletə aid qövsvari tormozlama izləri vardır. Tormozlama izləri yol bitdiyi üçün qurtarır. Tormozlama izləri bitdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes markalı avtomobil 12,50 metr yolun kənarında sürüşərək ağaca çırpılmışdır. Tormozlama izləri bitdikdən sonra Vasif Əsgərovun idarə etdiyi motosiklet 6,10 metr yolun kənarında sürüşərək kolluğa çırpılmışdır. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12 Zaqatala rayon şöbəsinin 23 iyul 2021-ci il tarixli 10 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, vət. X2 meyitinin məhkəmətibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: döş qəfəsinin arxa hissəsində böyük ölçülü sıyrıqlı qançır, sağ bazusunda qançır, İİİ-İV-V-Vİ qabırğaların onurğaya birləşən hissəsindən qapalı yerdəyişən sınıqları, sol tərəfdən Vİİ-Vİİİ-İX-X-Xİ-Xİİ, sağ tərəfdən İİİ-İV-V-Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, diafraqmanın, sağ böyrəyin və dalağın əzilib-cırılması, döş və qarın boşluqlarına kəskin qanaxma. Bu xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat qəzası nəticəsində törənə bilərdilər, törənmə müddəti ölümün baş verdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 23.06.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə təyin edildiyi kimi ümumilikdə həyatla bir araya sığmayan sağlamlığa AĞİR zərər vurmaya aiddir, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. Vət. X2 ölümünə səbəb-dalağın və sol böyrəyin əzilib-cırılması, daxilə qanitirmə, çoxlu qabırğaların sınığı olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 2-4 saat əvvələ uyğun gəlir. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12 Zaqatala rayon şöbəsinin 31.07.2021-ci il tarixli 304 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs7 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: döş qəfəsin və bazunun yumşaq tozumalarının əziyi bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 23.06.2021-ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12 Zaqatala rayon şöbəsinin 26.07.2021-ci il tarixli 303 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: döş qəfəsinin sınığı, Vİ qabırğanın sınığı, travmatik hemopnevmotoraks, döş şöbəsinin qan damarlarının travması bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 23.06.2021 -ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12 Zaqatala rayon şöbəsinin 31.07.2021-ci il tarixli 302 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs8 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: qapalı kəllə beyin travması, beyin silkələnməsi, sol gicgah nahiyəsinin əzilmiş -cırılmış yarası, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 23.06.2021-ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12 Zaqatala rayon şöbəsinin 31.07.2021-ci il tarixli 301 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol saidin əzilmiş-sıyrılmışcırılmış yaraları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 23.06.2021-ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12 Zaqatala rayon şöbəsinin 31.07.2021-ci il tarixli 299 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs6 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol qulaq və sol qaş nahiyəsinin əzilmiş-cırılmış yaraları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 23.06.2021-ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12 Zaqatala rayon şöbəsinin 31.07.2021-ci il tarixli 298 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs5 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: saidin çoxsaylı açıq yaraları, qan damarlarının travması, körpücük sümüyünün sınığı, yuxarı ətraf qurşağı və bazunun çoxsaylı açıq yaraları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 23.06.2021-ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmağa aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12 Zaqatala rayon şöbəsinin 31.07.2021-ci il tarixli 300 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: bel nahiyəsinin yumşaq toxumasının əziyi bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 23.06.2021-ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dacəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12 Zaqatala rayon şöbəsinin 09.08.2021-ci il tarixli 331 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs9 bədən səthində aşkar edilmiş xəsarətlər - kürək və bel nahiyələrində, sağ dirsək oynağında, sağ sağrısında və sol diz oynağında sıyrılmış yara izləri - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 23.06.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12 Zaqatala rayon şöbəsinin 09.08.2021-ci il tarixli 332 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - travmatik şokla müşayiət olunan ağır qapalı kəllə beyin travması, sol gicgah və sağ almacıq sümüklərinin sınığı, baş beynin alın payının əzilməsi, sağ bud sümüyünün posttravmatik çıxığı, sol bud sümüyünün yuxarı 1/3-nin yerdəyişən sınığı, sağ sirkə kisəsinin və hər iki topuğun yerdəyişməyən sınıqları, neyrogen mənşəli sidik saxlaya bilməyən sidik kisəsi, təpə nahiyəsində əzilmiş, sol bazusunda, sol saidində, sol dirsək oynağında və sağ baldırında sıyrılmış yaralar- bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 23.06.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmağa aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki RQİ və TBŞnin 11.08.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs etibarlılıq müddəti 22.12.2015-ci il tarixdən 22.12.2025-ci il tarixədək olan BCD kateqoriyalı, AE 717475 nömrəli sürücülük vəsiqəsi almış və sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısında adı aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2021-ci il tarixli 8/2838 nömrəli məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, iş üzrə təyin edilmiş təkrar məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 12.11.2021-ci il tarixli 8/2838 nömrəli rəyindən görünür ki, 1. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən İJ markalı motosikletin sürücüsü Zərərçəkmiş şəxs9 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. 2.Sürücü Zərərçəkmiş şəxs9 İJ markalı motosikleti dövlət qeydiyyat nişanı və sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29 və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3.Mercedes Benz D208 markalı 62 BK 833 dövlət qeydiyyat nişanlı miktoavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “maksimum sürətinin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, 70 km/saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətinin məhdudlaşdırılması”) yol nişanının tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş 08 noyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş zərəri ödədiyi üçün onunla barışmışlar, ona qarşı şikayət və tələbləri yoxdur. Ona yüngül cəza verilməsini xahiş edirlər. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat ekspertizalarının rəyləri, hadisə yerinə baxış protokolu, iş materiallarına əlavə edilmiş digər istintaq hərəkətlərinin protokolları və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə, saat 15 radələrində ayıq vəziyyətdə özünə məxsus idarə etdiyi “Mercedes Benz 208D” markalı ** BK *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Zaqatala rayonu, Qandax kəndində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək ötmə əməliyyatını həyata keçirərkən eyni istiqamətdə qarşısında hərəkətdə olan Zərərçəkmiş şəxs9 idarə etdiyi İJ markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə toqquşaraq ehtiyatsızlıqdan mikroavtobusda olan sərnişinlər-X4 döş qəfəsinin arxa hissəsində böyük ölçülü sıyrıqlı qançır, sağ bazusunda qançır, İİİ-İV-V-Vİ qabırğaların onurğaya birləşən hissəsindən qapalı yerdəyişən sınıqları, sol tərəfdən Vİİ-Vİİİ-İX-X-Xİ-Xİİ, sağ tərəfdən İİİ-İV-V-Vİ qabırğaların qapalı yerdəyişən sınıqları, diafraqmanın, sağ böyrəyin və dalağın əzilibcırılması, döş və qarın boşluqlarına kəskin qanaxma kimi həyatla bir araya sığmayan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə dalağın və sol böyrəyin əzilibcırılması, daxilə qanitirmə, çoxlu qabırğaların sınığı nəticəsində ehtiyatsızlıqdan sonuncunun ölümünə, Zərərçəkmiş şəxs4 döş qəfəsinin sınığı, Vİ qabırğanın sınığı, travmatik hemopnevmotoraks, döş şöbəsinin qan damarlarının travması ilə nəticələnən, həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs5 saidin çoxsaylı açıq yaraları, qan damarlarının travması, körpücük sümüyünün sınığı, yuxarı ətraf qurşağı və bazunun çoxsaylı açıq yaraları ilə nəticələnən, həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs8 qapalı kəllə beyin travması, beyin silkələnməsi, sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs2 sol saidin əzilmiş-sıyrılmış-cırılmış yaraları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs6 sol qulaq və sol qaş nahiyəsinin əzilmiş-cırılmış yaraları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs3 bel nahiyəsinin yumşaq toxumasının əziyi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs7 döş qəfəsin və bazunun yumşaq tozumalarının əziyi ilə nəticələnən, ehtiyatsızlıqdan sonuncunun sağlamlığına zərər vurmağından dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsinə, motosikletin sürücüsü Zərərçəkmiş şəxs9 kürək və bel nahiyələrində, sağ dirsək oynağında, sağ sağrısında və sol diz oynağında sıyrılmış yara izləri ilə nəticələnən, ehtiyatsızlıqdan sonuncunun sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsinə və Zərərçəkmiş şəxs9 məxsus “İJ” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletə 600 (altı yüz) manat məbləğində maddi ziyan vurulmasına, motosikletdə olan sərnişin Zərərçəkmiş şəxs1 travmatik şokla müşayiət olunan ağır qapalı kəllə beyin travması, sol gicgah və sağ almacıq sümüklərinin sınığı, baş beynin alın payının əzilməsi, sağ bud sümüyünün posttravmatik çıxığı, sol bud sümüyünün yuxarı 1/3-nin yerdəyişən sınığı, sağ sirkə kisəsinin və hər iki topuğun yerdəyişməyən sınıqları, neyrogen mənşəli sidik saxlaya bilməyən sidik kisəsi, təpə nahiyəsində əzilmiş, sol bazusunda, sol saidində, sol dirsək oynağında və sağ baldırında sıyrılmış yaraları ilə nəticələnən, həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs motosikletə 30 metr qalmış sola dönmə işığını yandıraraq yolun digər zolağına keçməsinə, təxminən 20-30 metr məsafədən motosikletə siqnal verməyə başlamasına, siqnal verməkdə məqsədi motosikletin sürücüsünü ötmək istəməsi barədə xəbərdar etmək olmasına, o, motosikletə çatmağa az məsafə qalmış bir neçə dəfə siqnal verməsi, motosikletin arxa təkərinə çatanda qəflətən motosikletin sürücüsü onun hərəkət etdiyi zolağa doğru hərəkət etməsinə, toqquşmamaq üçün avtomobili birazda sola çəkməsinə, lakin onun idarə etdiyi avtomobilin qabaq sağ təkəri ilə motosikletin toqquşması, sola çəkəcəyi halda yoldan çıxacağı üçün avtomobili sağ tərəfə doğru hərəkət etdirərək öz yoluna qayıtmaq istəməsi məzmununda ifadəsinə hüquqi qiymət verərək, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini və digər sübutları qiymətləndirərək hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində bu xüsusatla bağlı göstərdikləri iş materiallarında olan ekspertiza rəyləri, məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla təkzib edilir və o, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəyi cəzadan yayınmağa çalışır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanı tam ödəməklə onlarla barşıq əldə etməsini və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların, onun mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, əksinə yuxarıda sadalanan cəzanı yüngülləşdirən hallar, şəxsiyyəti, ailəsinin həyat şəraiti, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, etdiyi əməlin az ağır cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması, törətdiyi əməllərə görə səmimi peşman olması bunu deməyə əsas verir. Bu baxımdan Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun əməlindən peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməklə təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin barəsində CM-nin 70 və 62-ci maddəsinin tətbiq edilməklə onun azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alır və ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsini, cəzasının əvvəlinin onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasını, həmçinin, təqsirləndirilən şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlarla yanaşı məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs 400 (dörd yüz) manat ekspertiza xərcinin alınaraq dövlət büdcəsinin hesabına ödənilməsini, həmçinin, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs 24 iyun 2021-ci il tarixdən saat 00:15-dən 24 iyun 2021-ci il tarixə saat 16:20-dək tutularaq saxlanıldığı 1 (bir) gün, nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hesablanmalıdır. İş üzrə maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 iyun 2021-ci il tarixdən saat 00:15-dən 24 iyun 2021-ci il tarixə saat 16:20-dək tutularaq saxlanıldığı 1 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 1 (bir) gün həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 400 (dörd yüz ) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar