Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-13/2023 15.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Zaqatala rayonu Sumaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Zaqatala rayon məhkəsinin xx.xx.2023-cü il tarixli hörmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Zaqatala rayonu Sumaylı kəndində pasport qeydiyyatında olan, barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanılmış, azırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsinə həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 15 mart 2023-cü il tarixdə saat 16:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədilə ilə 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs məxsus olub Zaqatala rayonu Sumaylı kəndində yerləşən anbara qanunsuz daxil olmaq üçün əvvəlcə anbarın həyətinə giriş darvazasının kilidini daş parçası ilə sındırmış, daha sonra həyətə daxil olaraq anbarın qapısının üst hissəsndə yerləşən nəfəsliyin şüşəsinin sındırılması yolu ilə anbara daxil olub anbarın qapısının kilidini içəri tərəfdən sındırdıqdan sonra oradan 21 kisə buğdanı gizli yolla qəsdən talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 638,40 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbayan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və Zaqatala Rayon Məhkəməsinin hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Daha sonra 8 Noyabr Amnistiya aktına əsasən qalan cəzadan azad olmuş və məhkumluğu götürülmüşdür. Bundan başqa o, Zaqatala rayon məhkəsinin xx.xx.2023-cü il tarixli hörmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur və hazırda həmin hökm üzrə cəza cəkir. O, 2022-ci ilin may ayında Sumaylı kəndi ərazisində kənd sakini Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin yanındakı ərazidə barama qurdu yetişdirmiş, Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin içərisində anbar olduğunu və anbarda buğda saxlanıldığını bilmiş, təxminən avqust ayının axırları maddi sıxıntıları olduğu üçün tək oğurluq etmək qərarına gələrək Zərərçəkmiş şəxs məxsus anbardan buğda oğurlamaq qərarına gəlmişdir. 2022-ci ilin sentyabr ayında saat 20 radələrində yaşadığı Sumaylı kəndində yerləşən kənd sakini Zərərçəkmiş şəxs məxsus içərisində anbar olan torpaq sahəsinə darvazanın kilidini daş parçası ilə sındıraraq ora daxil olmuş, darvazadan içəri girdikdən sonra təxminən sahəsi 200 kv.m olan anbarın qapısının kilidli olması səbəbi ilə anbarın qapısının üst tərəfində olan şüşəni daş parçası ilə sındıraraq anbara daxil olmuş, anbara daxil olduqdan sonra iç tərəfdən qapının kilidini qırıb qapını açmış, anbarda olan təxminən 45-50 kisədə yığılmış buğdanın 21 kisə buğdanı daşıyaraq darvazanın iç tərəfinə yığmış, daha sonra heyvan saxlayan həmkəndlisi Cumaya zəng edərək satlıq buğda olduğunu bildirmiş, Cuma ona buğda lazım olmadığını, lakin buğdanı sata biləcəyi tanımadığı şəxsin mobil nömrəsini verdiyini, adının sonradan Fazil olduğunu öyrəndiyi həmin şəxslə telefon əlaqəsi saxlayaraq ona satlıq buğda olduğunu bildirmiş və onunla razılaşmışdır. Daha sonra Fazil ondan buğdanı hardan əldə etdiyini soruşmuş, Fazilə buğdanı iş gördüyünü və işin müqabilinə zəhmət haqqı əvəzinə ona verildiyini bildirmiş, sonra darvazanın çölünə çıxıb buğdanı aparmaq üçün avtomobil axtarmış və orada təxminən 20-25 dəqiqə gözlədikdən sonra oradan təsadüfən keçən tanımadığı və dövlət qeydiyyat nişanı yadında qalmayan Qazel markalı avtomobili saxlatdırmış, Qazel markalı avtomobilin sürücüsünə təxminən 1 ton buğda olduğunu və Aşağı Tala kəndi ərazisinə aparmaq istədiyini bildirmiş, Qazel markalı avtomobilin sürücüsü həmin buğdanın kimə məxsus olduğunu soruşduqda o, sürücüyə buğdanın özünə məxsus olduğunu bildirmişdir. Daha sonra Qazel markalı avtomobilin sürücüsü buğdanı aparmağa razılaşıb ondan aparmaq üçün 30 manat istəmiş, onunla razılaşıb buğdanı tək Qazelə yükləmiş, buğdanı Aşağı Tala kəndində yerləşən buğda alışı və satışı məntəqəsinə aparmış və orada buğdanı tərəzidə çəkdikdən sonra buğdanın çəkisinin təxminən 1064 kq olduğunu bilmiş və ona 480 manat pul verilmişdir. O, 480 manatın 30 manatını Qazelin sürücüsünə vermişdir. Daha sonra taksi ilə Zaqatala şəhərində yerləşən “Ağ saray” şadlıq sarayının yanına getmiş və orada digər taksi ilə yaşadığı Sumaylı kəndinə gəlmişdir. Səhəri gün o, təkrar olaraq şəhərə getmiş və şəhərdə “Sürücü” adlanan kafedə çay içərkən orada Balakən rayonundan olan tanışı Ramili görmüş, onun Ramilə 360 manat borcu olduğu üçün o Ramili görən kimi ona olan 360 manat borcunu vermiş, qalan 90 manat pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zaqatala rayonu Sumaylı kəndində yerləşən torpaq sahəsində buğda əkini ilə məşğuldur, həmin torpaq sahəsini Zaqatala rayonu Göyəm Bələdiyyəsindən 49 illik icarə müqaviləsi əsasında götürmüş və hal-hazırda istifadə edir. O həmin torpaq sahəsində əkdiyi buğdaları kombayn vasitəsilə biçdikdən sonra onları kisəyə doldurub Zaqatala rayonu Sumaylı kəndində yerləşən ona məxsus anbara aparıb orada saxlamışdır. 23 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində həmin anbara getmiş və anbarın kilidinin sındırıldığını görmüş, anbara daxil olub baxdıqda orada olan 41 kisə buğdadan 21 kisəsinin yerində olmadığını və naməlum şəraitdə oğurlandığını gürmüş, sonuncu dəfə anbara oğurluq hadisəsindən təxminən bir həftə öncə, yəni xx.xx.2022-ci il tarixdə getmiş və həmin vaxt 41 kisə buğda orada olmuş və anbarın qapının kilidi sındırılmamış vəziyyətdə olmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2022-ci il tarixli 9/7937 nömrəli rəyində 1064 kq buğdanın 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 638,40 (1064x0,60) manat müəyyən edilməsi barədə ona məlumat verilmiş, o, öncə verdiyi ifadəsində 21 kisə buğdanın qiymətini təxmini olaraq 550 manat kimi qeyd etsə də 19 dekabr 2022-ci il tarixli 9/7937 nömrəli rəydə göstərilən qiymətlə, yəni 638,40 manatı düzgün hesab edirək həmin qiymətlə razılaşmışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı ildən Zaqatala rayonu, Göyəm kənd icra nümayəndəsi vəzifəsində işləyir. Əlavə olaraq atası ilə birlikdə kənd təsərrüfatı ilə məşğul olaraq xırda buynuzlu heyvanlar saxlayır. Fazil adlı şəxsi tanıyır və onunla bir neçə dəfə taxıl alveri etmişdir. Tarixi yadında qalmayan vaxt həmkəndlisi Təqsirləndirilən şəxs ona zəng vuraraq iş gördüyünü və işin əvəzinə taxıl aldığını bildirmiş və lazımdırsa ona satmağı təklif etmişdir. O, Dilqəmə əkdiyi arpanı sonuncu dəfə Fazilə satdığını, ona hazırda taxil lazım olmadığını demişdir. Dilqəm ona Fazildən taxıl almaq istəməsini soruşmağı xahiş etmiş və alacağı təqdirdə ona satmağı təklif etmişdir. O, Fazillə telefon əlaqəsi saxlamış və həmkəndlisinin satlıq taxılı olduğunu bildirmiş, Fazil taxılı almağa razılaşmışdır. Daha sonra o, Fazilin mobil nömrəsini Dilqəmə verərək öz aralarında danışmalarını bildirmişdir. Daha sonra onlar arasında nə danışıldığından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 12 ildir taxıl məhsullarının satışı ilə məşğul olur və buna görə də Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən marketi var. Şahid1 tanıyır və münasibətləri yaxşıdır. Təxminən sentyabr ayının ortalarında Şahid1 ona zəng edərək 1 ton buğda olduğu bildirərək həmin buğdanı satın ala biləcəyini soruşmuş, o, Cumaya buğdanı marketə gətirməyi, tərəzidə buğdanı çəkdikdən sonra ala biləcəyini bildirmişir. Həmin gün Dilqəm adlı şəxs təxminən 1 ton buğda gətirmiş, marketdə satıcı işləyən Murad həmin buğdanı tərəziyə çəkmiş, Dilqəmə təxminən 450 manat ödəməklə həmin buğdanı almışdır. İş materiallarında olan əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs məxsus 21 kisə buğdanı Təqsirləndirilən şəxs oğurlamışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə 23 sentyabr 2022-ci il tarixli protokola əsasən müəyyən edilmişdir ki, hadisə yeri Sumaylı kəndində yerləşir, təxminən sahəsi 1 hektara yaxın olan həyətyanı sahənin girişi 2 laylı boz rəngli dəmir qapıdandır. Həyətyanı sahəyə daxil olduqda sol tərəfdə təxminən sahəsi 200 kv metr olan anbar vardır. Qalan sahələr isə boşdur. Anbar bir mərtəbədən ibarətdir, giriş qapısı ağ rəngli iki laylı dəmir qapıdır. Qapının üst tərəfi 4 hissəli şüşədən ibarətdir. Giriş qapısından girdikdən sonra dəhliz yerləşir və dəhlizi keçdikdən sonra təxmini eni 8-10 metr, uzunluğu isə 20-25 metr olan bir mərtəbəli köhnə tikilidən ibarət olan anbar vardır. Zərərçəkmiş şəxs anbarın ortasını göstərərək buğda kisələrini həmin yerə yığdığını və oğurluq hadisəsindən sonra qalan buğdaları da özünün satdığını bildirmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında xx.xx.2023-cü il tarixə heç bir məlumat yoxdur. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(033)- 2/2023 saylı hökmündən ilə görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının çəkilməsinin əvvəli həbsə alındığı gündən xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Zaqatala RİHB-nin Göyəm Tala KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1058 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Zaqatala rayon Sumaylı kənd sakinidir. İş materiallarında olan Zaqatala RİHB-nin Göyəm Tala KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1059 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi: özündən ibarətdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti başçısının Göyəm kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1057 nömrəli xasiyyətnamədən müəyyən edilir ki, təqsirləndirilənor şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 dekabr 2022-ci il tarixli 9/7937 nömrəli rəyindən görünür ki, 1064 kq buğdanın 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 638,40 (1064x0,60) manat müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən məlum olur ki, aparılmış ekspertiza təhqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Zərərçəkmiş şəxs 13 yanvar 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödəmiş və hadisə ilə bağlı heç bir şikayətinin və tələbinin yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Zaqatala rayon məhkəməsinə ünvanlamış 01 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 638.40 manat ziyanın tamamilə ödəmiş və hadisə ilə bağlı heç bir şikayətinin və tələbinin yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdiyi ifadəsi və digər iş materialları ilə təsdiq olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlini 2022-ci ilin sentyabr ayında yəni, məhkum olunduğu Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(033)- 2/2023 saylı hökmü qəbul olunduğu tarixdən əvvəl törətdiyindən ona cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi ilə, yəni cinayətlərin məcmusuna əsəsən təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat təşkil edən məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və əmlak müsadirəsi yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 381-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(033)-2/2023 saylı hökmü ilə ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm ilə ona təyin edilmiş cəzaya qismən toplanaraq üzərində qəti olaraq 02 (iki) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli tutulduğu 01 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu andan (ədə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-13/2023
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-13/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver