Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-13/2024 13.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X6 katibliyi, dövlət ittihаmçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Mazanova (Qəhramanova) Səhər Mehdi qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxx 1988-ci ildə Zaqatala rayonu Mamqabinə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Zaqatala rayonu Mamqabinə kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 16:00-da baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 17 iyul 2014-cü ildə doğulmuş X7 və 03 mart 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 03 may 2016cı il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 80,00 manat sabit pul məbləğində alimentin alınaraq Mazanova (Qəhramanova) Səhər Mehdi qızının xeyrinə verilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(033)-888/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2022-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə, həmçinin əvvəllər eyni xarakterli cinayət törətdiyinə görə məhkəmə məsuliyyətinə verilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün ilkin təqdimat verildikdən sonra, yəni 14 dekabr 2018-ci il tarixdən sonuncu təqdimat verilən 06 iyul 2023-cü il tarixədək şəxsi maraq niyyətilə cəmi 7450,00 manat aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməyərək zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə birgə nikahlarından 2 övladları olmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən alimenti ödəmədiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və ayağına qandal vurulmuşdur. Ona alimentin silinəcəyini bildirmişlər, belə olacağını biləsəydi az-az ödəyərdi. Hazırda iş yeri olmadığı üçün aliment borcunu ödəyə bilmir. 2019-cu ildən bugünədək imkan daxilində aliment ödənilib. Onun iş yeri olmadığı üçün alimenti anası ödəmişdir. O sadəcə imkanı olmadığı üçün ödəyə bilmir. Gündəlik fəhləliklə məşğul olur, qazanc əldə edir. Az-az alimenti ödəyəcək. 7450 manat borcdan 1300 manatı ödənilib. Qalan alimenti torpaq satıb ödəyəcək. Maddi imkanı zəif olduğu üçün vaxtı-vaxtında ödəyə bilmir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Mazanova (Qəhramanova) Səhər Mehdi qızı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2013-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. 2014-cü il tarixdə qızı, 2016-cı il tarixdə isə oğlu dünyaya gəlmişdir. Daha sonra aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Tehran müraciətdən sonra aliment borcundan müəyyən bir hissəni ödəsə də, çox hissəsi ödənilməmişdir. Əvvəllər də alimenti ödəmədiyi üçün məhkəməyə şikayət etmişdir və Tehran məhkum olunmuşdur. İndi aylıq ödədiyi 160 manatın üstünə heç olmasa 160 manat da qoyub ödəsin ki, borcu yavaş-yavaş azalsın. Pulun hamısını tələb edir. Ödəmək imkanı olmadığı üçün heç olmasa aylıq ödədiyi 160 manatın üstünə 160 manat da qoyub ödəsin ki, borcu azalsın. 2023-cü ildən hər ay davamlı 160 manat ödəməyə başlayıb. Əvvəllər ödəmədiyi üçün aliment borcu o qədər yığılıb. Uşaqları balaca olduğu üçün onu atası işləməyə qoymur. Borc ödənilmədiyi təqdirdə ondan şikayətçidir, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-888/2016 saylı 02 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 03 may 2016-cı il tarixdən hesablanmaqla 2 uşağın saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. 2018-ci ildə 2480 manat aliment borcuna görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət işi başlanılmış, Zaqatala Rayon Məhkəməsinin müvafiq hökmü ilə 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin bundan sonra Qəhrəmanov Tehran alimenti vaxtında və tam ödəmədiyi üçün həmin hökmdən sonra 06 iyul 2023-cü il tarixədək, yəni təqdimat verilən tarixədək 7450 manat aliment borcu yığılmışdır. Ondan sonrakı aliment borcunu tam dəqiq bilmir. İstintaq zamanı qəbzlər təqdim edib, 1 dəfə də 500 manat ödəniş etməsi ilə bağlı qəbz təqdim edib. Lakin təqdimat verilən vaxt 7450 manat aliment borcu olmuşdur. Verdiyi təqdimatı müdafiə edir. Tehranın hal-hazırda 7000 manata yaxın aliment borcu var. Bir dəfə mıhkumluğu olmuşdur, bir neçə dəfə də inzibati qaydada həbs edilmişdir. Onun aliment borcunun olması qərəzli şəkildə ödəməməsinin sübutudur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, zərərçəkmiş şəxs Mazanova (Qəhramanova) Səhər Mehdi qızı onun qızıdır. Təqsirləndirilən şəxslə hazırda yaxın qohumluqları yoxdur. O, qonşu kənddəndir. Onun özünün 70 yaşı var, yoldaşının isə 68 yaşı var və yataq xəstəsidir. O, özü isə 5 dəfə cərrahi əməliyyat keçirmişdir, xəstə adamdır. Onun nə qədər yaşayacağı bəlli deyil. Belə vəziyyətdə ailəsinə kim baxacaq, necə olacaq bilmir. O olmasa ailəsinə baxacaq adam yoxdur. Təqsirləndirilən şəxs alimenti də vaxtı-vaxtında ödəmir. Təqsirləndirilən şəxsdən uşaqlara görə ev tələb edə bilər, lakin heç nə tələb etmir. Sadəcə aylıq alimentin və aliment borcunu hər ay vaxtı-vaxtında ödənməsini istəyir. Vaxtında ödəsəydi bu qədər borc yığılmazdı. Özü pensiyaçıdır. Ailəni pensiya pulu ilə dolandırır. Uşaqlar balacadırlar. Onların gələcəyi üçün çox narahatdır. O, özü kollecdə fəhlə işləyir. Oğlu isə hər gün Zaqatala rayonu Üçüncü Tala kəndinə gedərək orada gününə 20-30 manata fəhlə işləyir. Təqsirləndirilən şəxs deyir ki, guya iş tapa bilmir. Kənddə işləmək istəyən adama çox iş var. Tehran sadəcə işləmək istəmir, bəhanələr edir. Təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(033)-888/2016 nömrəli qətnaməsindən görünür ki, 17 iyul 2014cü il ildə doğulmuş X1 və 03 mart 2016-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 03 may 2016-cı il tarixdən hesablanmaqla, hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin X2 alınaraq X5 xeyrinə verilməsi qət edilmişdir. Təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-888/2016 nömrəli 12 mart 2019-cu il tarixli qərardadından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(033)-888/2016 nömrəli qətnaməsində iddiaçının soyadı "Qəhramanova”, cavabdehin soyadı "Qəhramanov", adı Tehran, uşaqların soyadları Qəhramanova” və “Qəhrəmanlı" icra vərəqəsində tələbkarın soyadı “Qəhramanova” borclunun soyadı “Qəhramanov”, adı “Tehran", uşaqların soyadları “Qəhramanova” və “Qəhramanlı” kimi, qətnamənin qət etdi hissəsinin ikinci abzasının üçüncü sətrindəki "hər ay 80 manat” sözləri isə “hər ay hər uşaq üçün 80 manat” sözləri kimi oxunması qərara alınmışdır. Təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(033)-888/2016 nömrəli icra vərəqəsindən görünür ki, 17 iyul 2014-cü il tarixdə doğulmuş X1 və 03 mart 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 03 may 2016-cı il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 80 (səksən) manat sabit pul məbləğində aliment X2 alınaraq X5 xeyrinə verilməlidir. Təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmiş Zaqatala Rayon İcra şöbəsinin icra məmuru Vüqar Musayev tərəfindən 20 iyul 2016-cı il tarixdə qəbul edilmiş 1107 nömrəli “icraata başlamaq haqqında” qərardan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(033)-888/2016 nömrəli icra vərəqəsinə əsasən icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs hər ay mütəmadi olaraq icranı könüllü təmin etməsi təklif olunmuşdur. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 20 iyul 2016-cı il tarixli bildirişdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(033)-888/2016 nömrəli icra vərəqəsini hər ay könüllü icra etmədiyi halda icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 8(033)-178/2016 nömrəli 29 sentyabr 2016-cı il tarixli qərardadından görünür ki, Zaqatala rayonu, Üçüncü Tala kəndində yaşayan borclu - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Zaqatala Rayon Məhkəməsinin 1(033)-43/2019 nömrəli xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 22 sentyabr 2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(033)-888/2016 nömrəli icra vərəqəsini mütəmadi olaraq icra etmədiyindən Təqsirləndirilən şəxs 8250 manat aliment borcu vardır və borcuödəmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi ona bildirilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 14 dekabr 2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(033)-888/2016 nömrəli icra vərəqəsini mütəmadi olaraq icra etmədiyindən Təqsirləndirilən şəxs 8580 manat aliment borcu yaranmışdır. 03 gün müddətində yaranmış aliment borcunu ödəmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdar edilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 07 mart 2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(033)-888/2016 nömrəli icra vərəqəsini mütəmadi olaraq icra etmədiyindən Təqsirləndirilən şəxs 8910 manat aliment borcu vardır və borcu ödəmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi ona bildirilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 04 iyul 2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(033)-888/2016 nömrəli icra vərəqəsinə əsasən tələbkar Səhər Qəhrəmanovaya olan 7060 manat aliment borcunun ödənilməsindən yayındığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 3(033)-212/2022 nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 15 iyul 2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(033)- 888/2016 nömrəli icra vərəqəsini mütəmadi olaraq icra etmədiyindən Təqsirləndirilən şəxs 7060 manat aliment borcu vardır və aliment borcunu 10 gün müddətində ödəmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi ona bildirilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş tələbkar Mazanova (Qəhramanova) Səhər Mehdi qızının ərizəsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(033)-888/2016 nömrəli icra vərəqəsi üzrə Təqsirləndirilən şəxs ona 7060 manat aliment borcu vardır və borclu haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cimayət işinin başlanmasını xahiş etmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş Zaqatala rayonu Mamqabinə kəndində tərtib edilmiş 17 dekabr 2022-ci il tarixli aktdan görünür ki, hal şahidlərinin iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(033)-888/2016 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş və bu zaman borcun ödənilməsini təmin etmək üçün borcluya məxsus tələb yönəldilməsi mümkün olan əmlak aşkar edilməmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 30 yanvar 2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(033)-888/2016 nömrəli icra vərəqəsini mütəmadi olaraq icra etmədiyindən Təqsirləndirilən şəxs 9700 manat aliment borcu yaranmışdır. 03 gün müddətində yaranmış aliment borcunu ödəmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayətməsuliyyətə cəlb ediləcəyinə dair xəbərdar edilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(033)-888/2016 nömrəli icra vərəqəsinin icrasını təmin etməsi Təqsirləndirilən şəxs tələb edilmiş, əks halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb ediləcəyinə dair xəbərdar edilmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş aliment borcunun hesablanması haqqında qərardan görünür ki, borclu Təqsirləndirilən şəxs aliment borcunun 8410 manat hesablanması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Ryon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 3 ay ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 29 noyabr 2023cü il tarixli 296718 nömrəli məktubdan görünür ki, təqdimat verildikdən sonra X8 tərəfindən aliment borcunun bir qismi ödənmiş və sonuncunun tələbkar Qəhrəmanova (Mazanova) Səhər Mehdi qızına 7450 manat aliment borcu qalmışdır. İş materiallarında olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 17 noyabr 2023cü il tarixli 270 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar Zaqatala Rayon İcra və Probasiya şöbəsinin probasiya qeydiyyatından çıxarılmışdır. İşdə olan 04 dekabr 2023-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş 500 manat pul məbləğini qəbul etmişdir. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 17 iyul 2014-cü ildə doğulmuş X7 və 03 mart 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 03 may 2016-cı il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 80,00 manat sabit pul məbləğində alimentin alınaraq Mazanova (Qəhramanova) Səhər Mehdi qızının xeyrinə verilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(033)-888/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2022-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə, həmçinin əvvəllər eyni xarakterli cinayət törətdiyinə görə məhkəmə məsuliyyətinə verilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün ilkin təqdimat verildikdən sonra, yəni 14 dekabr 2018-ci il tarixdən sonuncu təqdimat verilən 06 iyul 2023-cü il tarixədək şəxsi maraq niyyətilə cəmi 7450,00 manat aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməyərək zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmçinin, həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqındatətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ədalət mühakiməsi əleyhinə olan az ağır cinayət kateqoriyasına aid, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyib, ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. O, ikinci təqdimat verilən müddətədək zərərçəkmiş şəxsə ödəməli olduğu 7450 manat aliment borcunu tam şəkildə ödəməmişdir. Ona görə də Təqsirləndirilən şəxs əməlinə CMin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən əməlinə görə CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi ədalət prinsipinin fəlsəfəsi ilə uzlaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin olunması sosial ədalətin bərpasına, Təqsirləndirilən şəxs islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxsin işləmədiyini və islah işləri cəzasının icrasının mümkün olmadığını, həmçinin əvvəllər də eyni maddə ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmasını, buna baxmayaraq onun islah olunmamasını, bundan başqa məhkəmə qərarı qanuni qüvvəsinə mindikdən sonra ilk təqdimat verilən vaxtdan sonraki təqdimat verilən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 10-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qərəzli olaraq alimenti ödəməyən, habelə digər icra sənədlərini icra etməyən şəxslərə Cinayət Məcəlləsində nəzərdə tutulan cəzaların təyini zamanı məhkəmələr cəzanın məqsədini diqqətdə saxlamalı, Cinayət Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan “şərti məhkumetmə” institutundan istifadə və bu zaman məhkumun üzərinə icra ilə bağlı öhdəlik qoyulması məsələsi müzakirə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsaslar da mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində 04 dekabr 2023-cü il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni, 13 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №1(033)-13/2024
Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-13/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver