Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 1(033)-13/2025 10.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllə məhkum olunmayan, Zaqatala rayonu, Çobankol kəndində qeydiyyatda olmaqla Zaqatala rayonu, Pərzivan kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin binasında saat 15:45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 07 radələrində Zaqatala rayonu Pərzivan kəndində Zərərçəkmiş şəxs ilə qohumu Təqsirləndirilən şəxs arasında şəxsi münasibətləri zəminində yaranmış mübahisə zamanı sonuncu qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruq vuraraq sonuncuya sol göz ətrafında şişkinlik, hematoma, gözün ağlı qişasına qansızma və burun beli üzərində sıyrılmış yara xarakterli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə baxışı iclasında dindirilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə mal-qara üstündə olmuşdur, belə ki, o malları meşəyə sürmüş, lakin daha sonra onları tapa bilməmişdir. Səhər Zərərçəkmiş şəxs mallarının onun həyətinə girdiyini və otu dağıtdığını bildirmişdir. Bu zaman hər ikisi əsəbi olmuş, zərərçəkmiş şəxs ona əl atanda o da qarşılıq vermişdir. X2 ilə barışmışdır. Ona vurduğu ziyanı ödəmişdir. Odur ki, barəsində başlanmış cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir Zərərçəkmiş şəxs (şikayət vermiş şəxs) Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və ifadəsində göstərdi ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarında olan 15 dekabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, qərarın təsviri hissədində göstərilənlərə əsasən məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan X7 tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş ərizədən görünür ki, müraciətinin məhkəməyədək sadələşdirilmiş icraat qaydasında aparılmasına heç bir etirazı yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş ərizədən görünür ki, X3 xx.xx.2024-cü il tarixli şikayət ərizəsi əsasında barəsində RPŞ-də aparılan araşdırmanın böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmasına etirazı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X10 tərəfindən verilmiş 434 saylı, xx.xx.2024-cü il tarixli “canlı şəxsin ekspertizasına” dair ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilən xəsarətləri: sol göz ətrafında şişkinlik, hematoma, gözün ağlı qişasına qansızma və burun beli üzərində sıyrılmış yara - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X10 tərəfindən verilmiş 441 saylı, xx.xx.2024-cü il tarixli “canlı şəxsin ekspertizasına” dair ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət- alt dodağın selikli qişağında səthi əzilmiş yara- bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Zaqatala RİHB-nın Çobankol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayon, Çobankol kənd sakinidir, ailə tərkibi isə yoldaşından, iki oğlundan və bir qızından ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Zaqatala RİHB-nın Çobankol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Veysalidze X1 qeydiyyatda olsa da, uzun müddətdir ki, ailəsi ilə birgə Pərzivan kəndində yaşayır. Çobankol kəndində ictimaiyyət arasında özünə məxsus hörmət qazanmışdır. Kənddə özünü layiqli və məqsədyönlü tərzdə göstərmişdir. Sakit həyat tərzi keçirmişdir. Kənd sakini olan Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə ailəsindən və ictimaiyyətdən heç bir şikayət və narazılıq daxil olmamışdır. İş materiallarında olan 28 dekabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, toplanmış dəllilər vət. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinin sübuta yetirilməsi üçün kifayət hesab edilməsi və barəsində böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokol tərtib edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibi rədd edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Zərərçəkmiş şəxs ilə barışmasının nəzərə alınması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən Zərərçəkmiş şəxs barəsində inzibati icraatın başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs X7 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən göürünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və ya maddi ziyan tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən göürünür ki, o, zərərçəkmiş şəxs X7 ilə barışmışdır. Barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizanın rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs X7 ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs maddi ziyan tələbinin olmadığını, onunla barışdığını, ondan heç bir şikayəti və tələbinin olmadığını bildirməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin onun barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmiş və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Republikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1-ci və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə aradan qaldırmışdır. Belə olan halda Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 358, 384 və 385-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(033)-13/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №1(033)-13/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver