Məhkəmə qərarları › İş №1(033)-14/2021

Zaqatala Rayon Məhkəməsi Hökm — İş №1(033)-14/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Zaqatala rayonu İş № 1(033)-14/2021 23.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Аzərbаycаn Respublikаsı Bаş Prоkurоrluğunun Dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihаmının müdаfiəsi üzrə şöbəsinin prоkurоru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Sergeyevnanın, tərcüməçi X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, subay, işləməyən, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla, ünvan 2ında yaşayan, 12 noyabr 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 iyul 2020-ci il tarixdə saat 22 radələrində Zaqatala şəhəri Anar Həmidov küçəsi döngə 6, ev 3 ünvanında yerləşən evin qarşısında onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs saçından tutub dartmaqla bədəninin müxtəlif hissələrinə yumruqla vuraraq sonuncunun sağlamlığına ənsə nahiyəsində bir ədəd şişkinlik, sol saidində iki ədəd, sağ sağrısında və sol pəncənin bayır topuğunda sıyrıqlar kimi dərəcəsi təyin edilməyən, baş beyin silkələnməsi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirib sağlamlığının qısa müddətə pozulmasına səbəb olmaqla qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışı iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən 5-6 yaşından tanıyır. Onların əvvəllər münasibətləri yaxşı olmuş, təxminən 10 il olarki onunla münasibətləri korlanmışdır. O, təxminən 7 ildir ki, ünvan 3 ünvanında xalası Şahid2 məxsus olan evdə nənəsi ilə birlikdə yaşayır. Kristina ilə əvvəllər dəfələrlə müxtəlif səbəblərdən aralarında münaqişə olmuşdur. 17 iyul 2020-ci il tarixdə saat 17-18 radələrində qonşuluqda yaşayan Aniya onun qızı Kamillanın yanında olan zaman Kristina ona əgər birdə onun qardaşı qızına toxunduğunu görsə, işinin uşaqla olmayacağını, onunla olacağını, Kamillanın əlini kəsəcəyini demişdir. Kamilla həmin söhbəti ona demiş, ona qorxduğunu, Kristinanın onu əlini kəsməklə hədələdiyini demişdir. O, buna əsəbləşib onunla söhbət etmək qərarına gəlmiş, onun həmin vaxt evdə olmadığını bildiyi üçün onu gözləmişdir. Kristina adətən saat 17-18 radələrində uşaqla birlikdə evdən çıxıb gəzməyə gedib daha sonra geri qayıdır. O, təxminən saat 22 radələrinədək onu gözləmiş, darvazanın qapısının açılmasının səsini eşitdikdə Kristinanın gəldiyini bilmiş, darvazanın qarşısına çıxmışdır. O, qapıya çıxdıqda Kristinanın özünün dayandığını, yanında bir qız olduğunu və uşağın qızın qucağında olduğunu görmüş, Kristinaya “sən mənim qızıma nəsə demisənmi” dedikdə Kristina onun sözünü yarımçıq qoyaraq yaxşı elədiyini demişdir. O, Kristinaya uşağın valideyini olduğunu deyib ona “qələt etmisən, ona deyənə kimi uşağın valideyini mənəm gəlib mənə deyərdin” demişdir. Kristina isə ona qardaşı qızının sahibsiz olmadığını demiş, o isə ona qardaşı qızı sahibsiz deyilsə sən özün bibisi olaraq narahatsansa onun bir iki gün əvvəl həmin qıza qarşı işlətdiyi nalayiq ifadəni onun yadına salıb niyə işlətdiyini demişdir. Kristina həmin vaxt onun üzərinə hücum çəkmiş, o da ona qarşılıq vermişdir. Kristina ona nalayiq ifadələr işlədərək üzərinə hücum çəkdikdə ona qarşılıq verərək onu təhqir etmişdir. Kristina ona yaxınlaşdıqda bir-birinin saçından tutub bir birini vurmuşlar. O, Kristinanı bərk itələmiş, onu vurmamış, Kristina yerə yıxılan zaman ondan tutmaq istədikdə dırnaqları ilə onun qolunu cırmışdır. O yerə yıxıldıqdan sonra ayağa qalxıb təkrar onun üzərinə hücum çəkmək istədikdə xalası Nina həyətə çıxmışdır. Kristina təpiklə onu vurmaq istədikdə xalası Nina araya girib onları ayırmışdır. Nina ona Yuliya gedək evə deyərək onu evə gətirmişdir. Kristina isə həmin yerdən harasa getmiş, səs küyə qonşuların nə olub, nə olub deyərək gəldiyini eşitmişdir. Lakin dəqiqliyi ilə kimlərin gəlməsinə baxmamışdır. Hadisə zamanı Kristina da onu vurmuş, xəsarəti olmuş, dava zamanı Kristina onun qolunu dırnaqları ilə cırmış, həmçinin bədəninə xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs və onun arasında olan münaqişə 17 iyul 2020-ci il tarixdə baş vermişdir. Kristina da onun qolundan və bədənin müxtəlif nahiyələrindən tutub dartaraq ona ağrı vermiş, polisdə araşdırma zamanı bədənində olan həmin qançırın hadisə zamanı yarandığını düşünmüşdür. Lakin ekspertizadan keçən vaxt ekspert ona həmin qançırın hadisə vaxtı yaranmadığını bildirmişdir. Münaqişə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə baş verən zaman həmin yerdə Kristina və yanında bir nəfər qız olmuş, daha sonra isə səs küyə xalası Nina gəlib onları ayırmışdır. Hadisə baş verən zaman Kristinanın saçından tutaraq dartmış, onu yerə də yıxmışdır. Kristinada onun qolundan, bədəninin müxtəlif hissələrindən tutub dartaraq, əli ilə vuraraq fiziki ağrı yetirmişdir. Kristina onun qızı Kamillanın sağlamlığına heç bir xəsarət yetirməmiş, Kamillaya real olaraq hər hansı xəsarət yetirməyə, öldürməyə çalışmamışdır. O, yalnız şifahi sözlərlə Kamillə əgər onun qardaşı qızını incitsə onun əlini kəsəcəyi ilə hədə qorxu gələrək onu qorxutmuşdur. O, təkidlə zərərçəkmiş şəxslə barışmaq niyyətinin olmadığını bildirərək himayəsində azyaşlı uşağının olmasını qeyd edərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan yüngül cəza növünün təyin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 24-25 ildi tanıyır. Onun nənəsi Lidya, Yuliyanın babası Vasili ilə ailə həyatı qurmuşdur. Onların bu cür qohumluq münasibətləri olmuş, bu səbəbdən onunla demək olarki uşaqlıqdan birlikdə böyümüşlər. Onların aralarında əvvəllərdə müxtəlif səbəblərdən münaqişə olmuş, hadisə baş verən vaxtdan təxminən iki gün əvvəl Kamillanın, qardaşı qızı Anastasiyanı döydüyünü eşitmiş, Kamillanın rəfiqəsi Aniyaya demişdir ki, Kamilla Anastasiyanı döyməsin, əgər döysə ona sözünü deyəcəkdir. 17 iyul 2020-ci il tarixdə təxminən saat 22 radələrində qonşular Ceyhunə, Xəyalə, Ülviyyə ilə birlikdə küçədə oturub söhbət etmişlər. Onlarla küçədə olan vəziyyətdən söhbət edib uşaqları həmin yerdə açıq havada gəzdirmişlər. Təxminən saat 22 radələrində beş aylıq qızını da götürüb evə qayıtmış, həmin vaxt yanında Ülviyyə də olmuşdur. Onlar evə çatan zaman həmin vaxt darvazaları bir birinə bitişik olduğu üçün Yuliya yaşadığı evin darvazasının qapısından küçəyə doğru çıxmışdır. Yuliya darvazanın qapısı tərəfdən onu adı ilə səsləyib ondan “X6 döyməsin, əgər döysə mən sözümü deyəcəm” belə söz deyib demədiyini soruşmuş, o, ona həqiqətən də belə bir söz dediyini demişdir. Yuliya ona bir də sözün olsa əgər gəl mənə de demiş, O, isə ona “sənin uşağın kimdiki mənim qardaşım qızını döysün, əgər sözün varsa get anasına de” demiş, bundan sonra açarı götürüb darvazanı qapısını açmaq istəmişdir. Yuliya ona nalayiq ifadələr işlədərək təhqir etmiş, onun ifadələrinə qarşılıq verərək ona nə söz deyirsə həmin sözlərin onun özü olduğunu demişdir. Yuliya həmin vaxt ona səni sürüyərəm demiş, ona cavab verərək bacarırsa gəlib sürüməsini bildirmişdir. Həmin vaxt anidən başının arxa nahiyəsindən saçından tutub dartdığını hiss etmiş, özünü itirmişdir. Yuliya onu saçından tutaraq təxminən 10-15 metr yerlə sürümüş, daha sonra isə başını yerə döyərək sağlamlığına xəsarət yetirmişdir. O, bərk həyəcanlı olmuş, tam olaraq hər şeyi dərk edə bilməmiş, Yuliya onun başından, saçından tutub başını yerə çırpmağa davam etmişdir. O, anidən Yuliyanın xalası Ninanın səsini eşitmiş, Nina qışqıraraq Yuliyaya “sən nə etdin, sən nə elədin” demişdir. O, Ninanın Yuliyanı tutub ondan aralayıb apardığını hiss etmiş, özünə gəldikdə yanında Ceyhunə və Xəyaləni görmüşdür. Onlar ona kömək edib yerdən qaldırmış, onların yanında Ülviyyəyə telefonu verməsini demişdir. Onlar onun DİN-nin “102 zəng” xidmətinə məlumat vermək istədiyini görmüşlər, onlar bundan sonra çıxıb getmişlər. O, dəfələrlə zəng edib məlumat vermək istəsə də, məlumat verə bilməmiş, bu səbəbdən evə gəldikdən təxminən yarım saat 45 dəqiqə sonra polisə məlumat vermişdir. Təxminən 10-15 dəqiqə sonra həmin yerə polis əməkdaşları gəlmişlər. Onlar ilkin olaraq ondan ərizə almış, polis əməkdaşı qayda qanun necədirsə elə də işin araşdırılacağını demişdir. Həmçinin hadisənin hansı səbəbdən baş verməsi barədə onu sorğu sual etmişdir. Həmin gecə özünü narahat hiss etdiyi üçün gecə saat 02 radələrində təcili tibbi yardım xidmətinə müraciət etmişdir. Hadisə baş verən zaman Yuliya anidən ona hücum çəkərək sağlamlığına xəsarət yetirmiş, o, özünü itirdiyi üçün münaqişənin nə qədər davam etdiyini xatırlamamışdır. Hadisə baş verən zaman Yuliya, Ülviyyə həmin yerdə olmuş, Yuliya onu döydükdən sonra həmin yerə Nina gələrək onu Yuliyanın əlindən almışdır. O, özünə gəldikdə isə həmin yerdə Ceyhunə və Xəyalə adlı küçə sakinləri olmuşdur. Lakin onların hadisəni görüb görmədiklərini bilməmiş, onlardan soruşduqda onlar səs küyə gəldiklərini demişlər. Yuliyanın yalan ifadə verdiyini, Yuliyanı vurmadığını bildirmişdir. Yuliyanın onu anidən arxadan yaxınlaşıb saçından tutub yerə yıxaraq yerdə sürüdüyünü, həmin vaxt özünü itirdiyini, bu səbəbdən ona heç bir xəsarət yetirmək imkanı olmadığını bildirmişdir. O, Kamillanın sağlamlığına heç bir xəsarət yetirməmiş, Kamillaya real olaraq hər hansı xəsarət yetirməyə, öldürməyə çalışmamışdır. Kamillanın onun qardaşı qızını döyməməsi üçün onu yalnız şifahi sözlərlə qorxudaraq qardaşı qızını incitməməsini tələb etmişdir. Təqsirləndirilən şəxs ilə aralarında barışıq olmadığını bildirdi və təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Kristina Serqeyevna onun rəfiqəsidir. Hadisə baş verən gündən təxminən 4-5 gün əvvəldən Kristinanın yaşadığı ünvana qonaq getmişdir. 17 iyul 2020-ci il tarixdə saat 19 radələrində Kristina ilə birlikdə onun qızını açıq havada gəzdirmək üçün küçəyə çıxmışlar. Saat 22 radələrinədək Xəyalə, Ceyhun, Kristina və o açıq havada oturub söhbət etmişlər. Saat 22 radələrində Kristina ilə birlikdə onlarla sağollaşıb evə qayıtmaq istəmişlər. Onlar Kristinagilin evinə çatdıqda Kristina darvazanın qıfılını açmağa çalışmış, həmin vaxt uşaq onun qucağında olmuşdur. Həmin vaxt Kristina ilə qonşuluqda yaşayan Yuliya darvazanı açaraq küçəyə çıxmış, Yuliya ilə Kristinanın aralarında məzmununu dəqiq xatırlamadığı, həmçinin rus dilini bilmədiyi üçün başa düşmədiyi dialoq olmuşdur. Kristina darvazanı açıb içəri girmək istədikdə Yuliya nalayiq formada ifadə işlədərək Kristinaya xəsarət yetirəcəyini bildirmiş, Kristina isə bacarırsan et demişdir. Yuliya anidən Kristinanın üzərinə hücum çəkmiş, Kristinanın saçının arxa hissəsindən tutub dartaraq təxminən 2-3 metr onu yerdə sürükləyərək döymüş, Kristina isə ona qışqıraraq saçını buraxmasını bildirmişdir. Həmin vaxt səsə Yuliyanın xalası Nina gələrək Yuliyanı tutub içəri aparmışdır. Bundan sonra həmin yerə səs küyə Xəyalə və Ceyhunə gəlmiş, o içəri daxil olaraq uşağı evə qoymuşdur. Kristinanın yanına qayıtdıqda Kristina telefonu ondan alaraq polisə məlumat vermişdir. Bundan sonra Ceyhunə və Xəyalə oradan uzaqlaşmışlar. Hadisə baş verən zaman Kristinanın Yuliyaya qışqıraraq saçını buraxmasını dediyini eşitmiş, Lakin Yuliyanı vurmasını görməmişdir. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək iş üzrə şahid qismində dindirilmiş X2 verdiyi ifadəyə oxşar məzmunda ifadə verərək onun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X16 tərəfindən verilmiş 23 iyul 2020-ci il tarixli 320 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-ənsə nahiyəsində 1 (bir) ədəd şişkinlik, sol saidində 2 (iki) ədəd, sağ sağrısında və sol pəncənin bayır topuğunda 1(bir) ədəd sıyrıqlar, baş beyinin silkələnməsi-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 17.07.2020-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə baş beyin silkələnməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Zaqatala RİH-nin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 saylı MTİİTS-ə heç bir şikayət daxil olmamışdır. İş materallarında olan və məhkəmə ictintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən verilmiş 24.08.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş İcbari Tibbi Sığorta X13 Zaqatala Rayon Mərkəzi X9 Şəxs tərəfindən 22.08.2020-ci il tarixdə verilmiş 584 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala RMX PHŞ-nin X1 narkoloji və psixiatrik kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 14 avqust 2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 iyun 2012-ci il tarixdə anadan olmuş X5 atası X10, anası isə Təqsirləndirilən şəxsdır. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində özünü təqsirli bilmədiyini, zərərçəkmiş şəxsin də ona xəsarət yetirdiyini, onun isə sonuncuya xəsarət yetirmədiyini bildirsə də, məhkəmə onun bu barədə ifadəsinə hüquqi qiymət verərək, qeyd edir ki, onun həmin ifadəsi özünümüdafiə xarakteri daşıyır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X16 tərəfindən verilmiş 23 iyul 2020-ci il tarixli 320 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-ənsə nahiyəsində 1 (bir) ədəd şişkinlik, sol saidində 2 (iki) ədəd, sağ sağrısında və sol pəncənin bayır topuğunda 1(bir) ədəd sıyrıqlar, baş beyinin silkələnməsi-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 17.07.2020-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə baş beyin silkələnməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Həmçinin cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X16 tərəfindən verilmiş 10 avqust 2020-ci il tarixli 365 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət-döş qəfəsində bir ədəd qançır-bərk küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarət onun məhkəmə tibbi müayinəsindən 8-12 gün əvvəl əmələ gəlməyə uyğundur. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Göründüyü kimi, Təqsirləndirilən şəxs bədəni üzərindən hadisənin baş verdiyi tarixə, yəni 17 iyul 2020-ci il tarixə xarakterik olan xəsarət aşkar edilməmiş, həmçinin zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə həmin xüsusat öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən, iş materiallarında olan sənədləri sübut qismində qiymətləndirərək məhkəmə hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs bu xüsusatlarla bağlı məhkəmədə verdiyi ifadəsi, iş materiallarında olan, məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla təkzib edilir və o, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəyi cəzadan yayınmağa çalışır. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə tibbi ekspertizasının rəyi, məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs 17 iyul 2020-ci il tarixdə saat 22 radələrində Zaqatala şəhəri Anar Həmidov küçəsi döngə 6, ev 3 ünvanında yerləşən evin qarşısında onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs saçından tutub dartmaqla bədəninin müxtəlif hissələrinə yumruqla vuraraq sonuncunun sağlamlığına ənsə nahiyəsində bir ədəd şişkinlik, sol saidində iki ədəd, sağ sağrısında və sol pəncənin bayır topuğunda sıyrıqlar kimi dərəcəsi təyin edilməyən, baş beyin silkələnməsi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirib sağlamlığının qısa müddətə pozulmasına səbəb olmaqla qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış biri-digərini tamamlayan sübutlarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində bir azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Himayəsində azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların, onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, əməlini səmimi etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir . Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxsna təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə, azadlığın məhdudlaşdırılması, ictimai işlər, islah işləri cəzalarının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Onun əməlində cəzanı ağırlaşdıran halların mövcud olmaması, şəxsiyyəti, ailəsinin həyat şəraiti, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, qadın olması, subay olmaqla himayəsində azyaşlı uşağın olması, etdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər qrupuna aid edilməklə, xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az təhlükəli olması bunu deməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxsna hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və subay olmaqla himayəsində azyaşlı uşağın olmasını nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay müddətində müvafiq bank hesabına köçürməklə ödəməlidir. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay müddətində müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti Zaqatala Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar